226
Vasilenkonun həyatına sui-qəsd etmiĢdir. Vasilenko təsadüf nəticəsində ölümdən
qurtarmıĢdı;
287.
02 dekabr 1988-ci il: DaĢnak terror qrupları Amasiya rayonunun ayrı-
ayrı kəndlərinə basqın edirlər. Evlərini tərk etmək istəmədiklərinə görə Güllücə
kənd sakini Əli Əliyevi vəhĢicəsinə döyürlər. Əzizbəyov kəndində Həsənov
Mühidi iĢgəncə ilə qətlə yetirir, Haqverdiyev Babəki asır, Heydər Seyidovu və
Fərman Həsənovu isə vəhĢicəsinə döyürlər. Çaxmaq kənd sakinləri Elbəyi və Roza
Süleymanovları, Amasiya qəsəbə sakini Musayev Məmmədi iĢgəncə verməklə
öldürürlər. Güllücə kənd sakinlərindən Rüstəmov Nəbini maĢının təkərləri altına
atır, Məmmədov Bayraməlini isə vəhĢicəsinə döyməklə qətlə yetirirlər. DaĢkörpü
kəndindən Bəhlul Abbasovu, Mağaracıq kəndindən Dursun Məmmədovla Niftalı
Əliyevi, Çaybasar kəndindən Güləhməd Vəliyevi vəhĢicəsinə döyərək onlara ağır
bədən xəsarəti yetirirlər. Qaçqın düĢənlərdən altı nəfər isə qarlı-çovğunlu havada
borana düĢüb donvurmadan tələf olur;
Dostları ilə paylaş: