291. 10 dekabr 1988-ci il: DaĢnak terror qrupu Türkiyəyə məxsus
olduğunu güman edərək Belqrad-Ankara-Ġrəvan marĢrutu ilə Ermənistana - zəlzələ
rayonuna uçan Yuqoslaviya təyyarəsini «qəzaya» uğradır. Altı nəfər ekipaj üzvü
həlak olur;
292. 11 dekabr 1988-ci il: Bakıdan Leninakana zəlzələ rayonuna köməyə
uçan Ġl-76 təyyarəsi daĢnak terrorçuları tərəfindən qəzaya uğradılır. 69 sərniĢindən
yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər
azərbaycanlı sərniĢin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın
səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu
məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ
qalmıĢ Fəxrəddin Babayev Ġrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında
yaralı türkə yer yoxdu» deyən daĢnak xislətli erməni həkimləri onu müalicə
etməkdən boyun qaçırırlar;