25 iyun 1989-cu il: Bakı Ģəhər sakini Nəbiyev Əli Məhəmməd oğlu
Kərkicahan kəndində yaĢayan qardaĢıgilə gedərkən yolda daĢnak terrorçular
tərəfindən qətlə yetirilir; 302. 7 iyul 1989-cu il: DaĢnak terror qrupu Kərkicahan qəsəbəsinə həmlə
edir. Daxili qoĢunların qəsəbədə yerləĢən hərbi hissəsi bu basqının qabağını alır.
Lakin kəndin bir çox evləri yandırılır;
303. 11 iyul 1989-cu il: V.X.Xaçaturovun baĢçılıq etdiyi beĢ daĢnak
terrorçusu ġuĢadan evlərinə qayıdan Kərkicahan qəsəbəsinin dinc sakinləri Əli
Nəbiyev, Orduxan Səfərov və Natiq Salahovun qabağını kəsərək onları diri tutmaq
istəyirlər. Natiq Salahov güllə yarası alsa da, qaçıb aradan çıxa bilir. Terrorçular
girov götürdükləri Əli Nəbiyevlə Orduxan Səfərovu soyunduraraq hər ikisini ağaca
sarımıĢlar. Onların sinələrini ülgücləyərək yara yerlərinə odlu siqarlar basmıĢlar.
Müxtəlif iĢgəncələr verdikdən sonra onları niĢangaha qoymuĢlar. Əli Nəbiyevin
ürəyindən, Orduxan Səfərovun baĢından ataraq qətlə yetirmiĢlər. Bütün bunlarla
ürəkləri soyumayan qansızlar mərhumların gözlərini çıxararaq cəsədlərini
yaxınlıqdakı çamurlu gölməçəyə atmıĢlar;