60
göstərmələri ilə xarakterizə olunur. DaĢnak dəstələrinin tutduqları türk kəndləri
canlı insanlardan «azad olunur» və eybəcər hala salınmıĢ meyitlərlə doldurulmuĢ
xarabalıqlara çevrilirdilər»;
Yenə orada - «1918-ci ildə Göyçə qətliamında cəllad Andronikin quldur
dəstəsində iĢtirak etmiĢ AĢağı Bəyaziddən olan Bəhram adlı daĢnak 1920-ci ildə öz
«igidliyini» belə təsvir edir: «Mən Basarkeçərdə türk əhalisini fərq qoymadan
məhv edirdim. Amma bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarĢı ən yaxĢı vasitə
odur ki, döyüĢdən sonra salamat qalanların hamısını yığıb su quyularına
doldurasan və üstlərinə də ağır daĢlar tökəsən ki, daha yer üzündə qalmayalar. Mən
elə də edirdim. Bütün kiĢiləri, qadınları və uĢaqları quyulara doldurub daĢqalaqla
məhv edirdim»;
Yenə orada - «Digər «qəhrəman» (daĢnak terrorçusu -
Ə.Ə.) arvadları,
anaları, bacıları tam soyunmağa və əvvəlcədən hazırlanmıĢ gölməçəyə salıb bütün
camaatın qarĢısında ördək kimi üzməyə məcbur etmiĢdir. Bu alçaq çılpaq qadınları
döymüĢ və saatlarla orada qalmağa məcbur etmiĢdir. Sonra əmr etmiĢdi ki,
qadınlar həbs olunsun, gecə cavan qadınları və qızları yanına çağırıb təhqir etmiĢ,
onları keĢikçilərə paylamıĢdı»;
Dostları ilə paylaş: