partlayıĢ törədir. 6 nəfər həlak olur, 3 nəfər yaralanır; 732. 3 iyul 1994-cü il: DaĢnak muzdlusu və sadvalçı Aslanov Azər Salman
oğlu tərəfindən Bakı metropoliteninin «28 may» və «Gənclik» stansiyaları arasında
elektrik qatarında partlayıĢ törədilir. 13 nəfər həlak olur, 54 nəfər yaralanır,
müxtəlif dərəcəli bədən xəsarəti alırlar. Aslanov Azər Salman oğlu erməni
əsirliyində olarkən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaĢları polkovnik
Karen Baqdasaryan, Ağvan ləqəbli polkovnik və kapitan Seyran Sarkisyan,
Moskvada yaĢayan əlaqələndirici agent Artur ġmavonoviç Akopyanın vasitəsi ilə
ələ alınır. Onun ələ alınmasında Zori Balayan və qondarma DQR-nın o vaxtkı
prezidenti R.Koçaryanın xüsusi rolu olur. O, məxfi əməkdaĢlığa cəlb olunduqdan
sonra iyulun 3-də gizli yolla Bakıya gəlir və terror aktını həyata keçirir;