282
gizlənə sürünürdü. Ancaq nəfəsi sinəsinə dirənəndə əli daĢlara çatdı. Son gücünü
gözləri didilən dizlərinə verdi. Əllərinin köməyi ilə qamətini dikəltdi. «Azadlıq
ağacı qanla suvarılar» pıçıldadı. Pıçıltısını bir ancaq özü eĢitdi. Dizini qatladı.
ġəhadət barmağını ayaq ləpirinin yerində göllənmiĢ qanına batırdı. Al qanıyla Qara
divarına son vəsiyyətini yazdı: «Xocalı qan gölüdür. Bu qanlı göldən çırmanıb
keçmə, türk oğlu! Xocalı faciəsinə göz yumar olsan, Vətən sənə oğul deməz. ġəhid
ruhları səni bağıĢlamaz, Vətən oğlu!»
DaĢnak terror qrupları mühasirədən çıxıb qaçanları, sağ can qurtarmaq
istəyənləri yanlarına sürəkçilər salıb yollarda, yamaclarda, dağ keçidlərində,
meĢələrdə pusqular qurub tələyə salırdılar. Ov kimi ovlayırdılar. Təkrar qətliamlar
törədirdilər. Fevralın 25-dən 26-na keçən gecə erməni-daĢnak faĢizminin XX əsrin
son vandalizminə əl qoydular, bəĢər tarixində isə ən böyük insani fəlakətlərdən
birinə imza atdılar. 83 uĢaq o gecənin qurbanı oldu. 76 uĢaq ağır yaralar aldı. 25
uĢaq ata-anasız qaldı. 130 uĢaq valideynlərindən birini itirdi. 8 ailə tamamilə məhv
edildi. 1153 dinc sakin qətlə yetirildi. 910 nəfər əsir alındı. 487 nəfər əlil oldu.
Ġnsan ölümü varsa, həyatını itirənlərin dağıdılan, yandırılan xanimanlarından, qarət
olunan, talanan var-dövlətinin itkisindən, hesabından söz açmağına dəyərmi?
Xocalı faciəsi kitab-dəftərə sığası
dərd deyil yazasan, Vətən oğlu!
Öz çeĢidinə, rənginə görə oxĢarı, bənzəri, analoqu olmayan, xüsusi
qəddarlığı ilə seçilən bu terror aktı sivil dünyanın gözləri qarĢısında baĢ verən
insanlığa qarĢı yönəlmiĢ bəĢəri bir cinayət idi. Məhz bu gün bəĢər tarixi insan
ağlının, insan idrakının, insan dərrakəsinin qəbul edə bilmədiyi bir faciə ilə bu
qanlı aksiya ilə, vəhĢanəliklə üz-üzə qaldı. Bu qanlı aksiya erməni-daĢnak faĢistləri
tərəfindən törədilən türk soyqırımının ən dəhĢətli mənzərəsi, Rusiyanın
imperiyapərəst dairələri tərəfindən isə Azərbaycanın müstəqilliyinə qarĢı
yönəldilən qəsdin ən qanlı və son zirvəsiydi. Bu faciə Azərbaycan türkünün sabaha
ümidini qırmaq, iĢıqlı dünyaya baxan gözünə mil çəkmək, oyulmuĢ gözünü ovcuna
qoymaq dərsiydi. DaĢnak terror qruplaĢmalarına və hərbi hissələrinə qoĢulan,
Xocalı soyqırımının həyata keçirilməsində daĢnak muzdlusu qismində iĢtirak edən
xüsusi təyinatlı 366-cı motoatıcı rus alayının fitnəkar və cinayətkar rolundan yan
keçmək mümkün deyil. Bir halda ki alayın praporĢiklərinin 80%-i, bir batalyon
komandiri, baĢqa birinin qərargah rəisi, 15 vzvod komandiri, yüzlərlə əsgəri
daĢnaklardan ibarət səlahiyyətli vəzifə sahibləri və hərbi qulluqçuları idisə, alaya
təhkim
edilən də Zaqafqaziya Hərbi Dairəsi Komandirinin müavini, erməni
mənĢəli general-leytenant Ġosif Ohanyan olubsa, tay buna nə ad vermək olar?!
Alay komandiri Y.Y.Zarviqorov erməni-daĢnak faĢistlərinə satılıbsa,
artilleriya divizionunun komandiri Ġ.Lixodey, kombatlardan Nabokix, Kraule
haqqında danıĢmağa, yazmağa, artıq söz deməyə dəyərmi?! Mayor Ohanyan
Seyran MiĢaqoviç (batalyon komandiri), Çitçiyan Valeriy Ġsayeviç (qərargah rəisi)
daxil olmaqla 366-cı alayda xidmət edən 50-dən çox erməni millətindən olan zabit
və praporĢiklərin qəddarlıqları göz dəlirsə, bu amansız terror aktında iĢtirak edən,
283
beynəlxalq aləmdə ad çıxaran, öz milli mənliyini Xocalıda ikigünlük körpəni
öldürməsiylə bəyan edən, adı Tayqulaq Androniklə bir sırada çəkilən ASALA
terrorçusu Vazgen Sislyandan nə ummaq olar?! Həm də bu məlun Qarabağ
separatçısı, Azərbaycan vətəndaĢı, Azərbaycanın Abdulla Ocalanı kimi ad
çıxarmıĢ, ədalət məhkəməsində mühakimə olunmaq əvəzinə Ermənistan
Respublikasının prezidenti kreslosunu mənimsəmiĢ R.Koçaryanın təĢəbbüsü ilə
Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüĢdür. 15 il keçməsinə
baxmayaraq nə yazıqlar ki Xocalı qətliamının törədilməsində adı çəkilən «Qaflan»
və çəkilməyən onlarca daĢnak terror qrupları hələ də Ana torpaqda Qarabağda,
Xocalının xarabazarlığı üstə at oynadırlar. ġəhid ruhlarını təhqir etməkdə davam
edirlər. Milli mənliyimizi ələ salmaqdan Ģövqlə danıĢırlar. Öz qanlı, çirkin
oyunbazlıqlarından əl çəkmirlər. Biz isə hələ də toparlanıb erməni-daĢnak
faĢistlərinin Qarabağda dikəlib körüklənən burunlarını ova-ovuĢdura bilmirik ki,
bilmirik. Ġllər keçir, lakin Xocalı soyqırımının yarası nə sağalır, nə də qaysaq
bağlayır. Ġl üstə il gəldikcə göynərtisi daha da artır. Axı, bu yara ovutmalı,
ovunmalı yara deyil. Qapısında axı, çöpü dikəlmir Ģəhərin. Xocalı qətliamından
salamat çıxanlara Tanrı öz lütfünü göstərib. Allah Ģəhid düĢənlərə qəni-qəni rəhmət
eləsin. Amin!
Dostları ilə paylaş: