20 YANVAR BAKI QIRĞININDA
ERMƏNĠ-DAġNAK ĠZĠ
20 Yanvar Bakı qırğını Azərbaycanın faciə dolu tarixindən bir qanlı
səhifədir. Xalqımızın həyatına fəlakət, qan gətirən günlərimizdəndir. Qorbaçov
hökumətinin baĢbilənləri qoĢunun Bakıda qayda-qanun yaratmaq və qan
tökülməsinin qarĢısını almaq, daha doğrusu, ermənilərin və ya Ģəhərin rus
əhalisinin təhlükəsizliyini təmin etmək adı altında yeridildiyini desələr də, məqsəd
tamam baĢqaydı. Bəs onda 20 Yanvar Bakı qırğınının Azərbaycan tarixinin,
taleyinin, mənəviyyatının kontekstində oynadığı rol barədə nə demək olar?! Bu
bəlanın baĢverma səbəbi nədir, günahkarları kimlərdir?!
Bəli, hadisə var, baĢ verən kimi tarixə dönür. Öz adıyla, öz ünvanıyla
qırmızı və ya qara xətlə tarix səhifəsinə, eləcə də xalqın qan yaddaĢına həkk
275
olunur. Hansı xətlə, rənglə yazılmasından asılı olmayaraq bu hadisələrin eləsi də
var ki, o dünənin əsarətinə, ölümünə fərman verir, gətirdiyi sarsıntıdan, qəm-kədər
yükündən asılı olmayaraq bu günün və sabahın müjdəçisinə, tarixin və xalqın
qəhrəmanlıq səhifəsinə çevrilir. 20 Yanvar qırğını da məhz tariximizin bu qəbildən
olan, həm fəlakətli və faciəvi bir günü özündə ehtiva edən, həm də fədakarlığı
yaĢadan bir gündür. Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədə
əhvali-ruhiyyəsinin ifadəsinin göstəricisidir. Müstəqillik və istiqlal mübarizəsinin
ilk mərhələsində, qan tökmələrindən biri olan bu faciə öz miqyasına görə bəlkə də
birincisidir. Yenə də bu faciədə Rusiyanın iĢğalçılıq siyasəti erməni daĢnak
faĢistlərinin çirkin, məkrli niyyətləri ilə uzlaĢdı, üst-üstə düĢdü. Ermənipərəst
mərkəzin daĢnak xislətli rəhbəri Qorbaçovun, mənəvi və siyasi əxlaqsızlığın, milli
ədavət qızıĢdırıcılarının sürfəsindən mayalanmıĢ cütünə - erkəkciyinə və diĢiciyinə
dönmüĢ Balayanla Silvanın psixopat düdüyünə züy tutması Azərbaycan xalqının
səbir kasasını doldurub-daĢdırırdı. Qorbaçovun daĢnak isteriyasının erməni
sadizminə yoluxması, açıq-aĢkar Azərbaycan xalqına ögey münasibət bəsləməsi,
Qarabağ probleminə, onun həlli məsələsinə üçəm, beĢəm standartlardan yanaĢması
Azərbaycanın uduzması demək idi. Xalq artıq üzləĢdiyi erməni bəlasına çarə tapa,
əncam çəkə biləcək öz dövlətini, öz hakimiyyətini qurmaq tələbi ilə çıxıĢ edirdi.
Xalqın qətiyyəti, dönməzliyi, dözümlülüyü, mübarizliyi Moskvanın kürkünə birə
salırdı. Sözdən söz çıxaranlar deyirdilər ki, Ata BuĢla Qorbaçovun dekabrın 7-də
(1989) Maltada görüĢlərində Azərbaycanda vüsət alan milli azadlıq hərəkatını
hərbi güclə susdurmaq məsələsini də müzakirə ediblər. Rusiya Bakı qırğınını ABġ-
ın Panamada törətdiklərinə kompensasiya edəcəkdir, söz-söhbəti gəzirdi. Xalqın
əqidəsini, əzmini qırmaq, Azərbaycan SSR-in Sovet Ġttifaqından ayrılması
təhlükəsini aradan qaldırmaq üçün Bakıya qoĢun yeridilməsi labüd idi. O vaxtlar
SSRĠ Ali Soveti Ġttifaq Sovetinin sədri iĢləyən Primakovun təbirincə desək, buna
bir addım yol qalırdı. Bakını iĢğal etməkdə ordunun əsas məqsədi xalqın gözünün
odunu almaq, xalq hərəkatını yatırtmaq, Xalq Cəbhəsinin təĢkilat strukturlarını,
dayaqlarını birdəfəlik darmadağın etmək idi. Azərbaycan Xalq Cəbhəsinin
antierməni siyasəti yürüdən və zorakılıqda əli olan təĢkilat kimi mərkəzdə adı
hallandırılırdı. Bakının iĢğalı əməliyyatına rəhbərliyi bilavasitə öz əlinə alan SSRĠ
Müdafiə naziri, erməni yeznəsi Yazov ordunun məqsədini birbaĢa bəyan edirdi ki,
məqsədimiz Xalq Cəbhəsi təĢkilatını dağıtmaq və onun dayaq dəstələrini sıradan
çıxarmaqdır. Siyasilər isə papaq altda ot yolurdular: QoĢun Bakıda qayda-qanun
yaratmaq, erməniləri müdafiə etmək, Ģəhərin rus əhalisinin təhlükəsizliyini
qorumaq, təmin etmək üçün yeridilir - deyirdilər. Arada iĢğal söhbəti varsa,
erməni-daĢnak faĢistləri bu girəvəni əldən verərdilərmi heç?! Mərkəz erməni-
azərbaycanlı münaqiĢəsinə ögey-doğmalıq münasibətini göstərməkdə davam
edirdi. 265 min azərbaycanlının Qərbi Azərbaycandan didərgin salınması, 450
nəfər Azərbaycan türkünün qətlə yetirilməsi, 50 nəfərdən çoxunun Ģikəst
edilməsindən sanki, nə daĢnak xislətli Qorbaçovun, nə erməni yeznəsi Yazovun, nə
276
də Ermənistan SSR-də lövbər salmıĢ 7-ci rus ordusunun komandanı, erməni
mənĢəli sovet generalı Samsonovun xəbəri vardı. Təkcə 1989-cu ilin son beĢ
ayında daĢnak terror qrupları 91 dəfə Ermənistan SSR ərazisindən Azərbaycanın
sərhəd kəndlərinə basqılar etmiĢdi. 52 nəfər Azərbaycan vətəndaĢı qətlə yetirilmiĢ,
166 nəfər dinc sakin güllə yarası almıĢdı. Nə Qorbaçov, nə Yazov, nə də Samsonov
bu cinayət qarĢılığında tük belə tərpətməmiĢdilər. Sanki SSRĠ hökuməti SSRĠ
Konstitusiyasına görə Azərbaycan SSR-in ərazi bütövlüyünü, əhalisinin
təhlükəsizliyini qorumaq öhdəliyini deyil, əhalisini məhv etmək, torpaqlarını hissə-
hissə qoparıb Ermənistan SSR-ə ilhaq etmək vəzifəsini yerinə yetirmək üçün ali
hakimiyyət kürsüsündə oturmuĢdur. Öz üzərinə bu sayaq öhdəliklər götürmüĢdür.
Öz təxribat iĢlərini altdan-altdan əlaltıları-xalqına etinasız münasibət bəsləyən yerli
idarəçilərin, respublika rəhbərlərinin əliylə görməkdəydilər. Bakını iĢğal etməyin,
Bakıya qoĢun yeritməyin yolunu axtarıb-arayırdılar. Tapırdılar da: 1) qaçqınlarla
yerli camaat arasında narazılıq yaratmağa cəhd göstərdilər. Lakin alınmadı. Ən
böyük düĢmən - erməni-daĢnak faĢistləri xalqın qarĢısındaydı; 2) bir neçə partiya,
sovet orqanlarına basqılar etmək təĢəbbüsündə olmaq təxribatına əl atdılar. Təəssüf
ki, buna nail oldular. Cəlilabadda məlum aksiya törədildi. Bununla da Azərbaycan
SSR AS-nin 15 sentyabr, 5 oktyabr sessiyalarının kulminasiya nöqtəsi olacaq 29
dekabr 1989-cu ildə keçirilməsi nəzərdə tutulan sessiyanın baĢ tutmasına imkan
verilmədi. Hakimiyyətin demokratik, dinc yolla dəyiĢdirilməsi yolunun bərqərar
olması ehtimalı aradan qaldırıldı. Xalqın üzünə demokratiya qapıları biryolluq
bağlandı; 3) son pillədə isə detekanın əliylə milli zəmində toqquĢmaları törətmək
və Bakıya qoĢun yeritmək tədbirinə önəm vermək idi;
Ən nəhayət, Azərbaycan Xalq Cəbhəsinin Milli Müdafiə ġurası yaratmaq
bəyanatı ilə çıxıĢ etdiyi gün - 13 yanvar 1990-cı il tarixdə Bakı Ģəhərində xüsusi
xidmət orqanlarının əli ilə erməni qırğınlarına rəvac verildi. Lakin Xalq Cəbhəsi
fəallarının köməyi ilə yanvar ayının 15-dək vəziyyət sabitləĢdi. Mərkəz isə yanvar
ayının 13-15-ci günlərində baĢ verənləri çeynəməkdə, iğtiĢaĢa yeni çalarlar
qatmaqda, fitnəkarlıq aktları barədə söz-söhbətlərini gəvələməkdə davam edirdi.
Azərbaycanda silahlı dövlət çevriliĢi, hərbi hissələrin yaradılması, islam
fundamentalizmi, Bakıda guya ruslar əleyhinə hərəkatın baĢlaması haqqında
cəfəngiyatlar uydururdular. Axı, nəyin bahasına olursa-olsun Bakıya qoĢun
yeritmək lazım idi. Azərbaycana güzəĢt edilə bilməzdi. Yanvarın 20-də XC-nin
izdihamlı mitinqi gözlənilirdi. Bakı isə o günədək iĢğal edilməliydi. Azərbaycanın
Sovet Ġttifaqından ayrılmasına yol vermək olmazdı. Tarixi ənənəyə də əməl
edilməliydi. Qafqazın iĢğalında erməni amilindən istifadə etmək ənənəsindən məhz
bu gün də Bakının iĢğalında istifadə olundu. Səfərbərlik haqqında fərman olmasa
da, erməni diasporunun nəzərəçarpacaq dərəcədə və səviyyədə gücə malik olan
Rusiyanın cənub əyalətlərində Krasnodar, Stavropol ölkələrində və Rostov
vilayətində ehtiyatda olan hərbiçilərin toplantısı keçirildi. Bakıya yeridiləcək
qisasçı ordunun tərkibinə erməni millətindən ehtiyatda olan 600 nəfər əsgər və
277
zabit, 180 nəfər diasporda adları hallanan daĢnak terrorçusu daxil edildi. Daha
doğrusu, «verbovka» olundular. Erməni-daĢnak faĢistləri tərəfindən ələ alınmıĢ
ermənipərəst Qorbaçov 20 Yanvar Bakı qırğınının törədilməsinə «dobro» verdi.
Bakıda kifayət qədər ordu hissələrinin olmasına baxmayaraq, ordunun kənardan
gətirilməsinin açıq-aĢkar nə niyyətə edildiyi faĢ oldu. Bunun ancaq daĢnak əlaltısı
Qorbaçov və onun ətrafındakı ermənilər tərəfindən ordunun tərkibinə erməni-
daĢnak ünsürlərinin yeridilməsi ilə bağlı edildiyinə heç bir Ģəkk-Ģübhə yeri
qalmadı. Krasnodardan, Stavropoldan, Postov vilayətindən çağırılmıĢ ehtiyatda
olan əsgərlərə - daĢnaklara (istər terrorçu olsun, istərsə də erməni znovoru) xüsusi
qəddarlıq dərsləri keçmək lazım deyildi, artıq onlar buna hazır idilər. Səfərbər
olunanlar Azərbaycan türkünü qırmaq, öldürmək hərisləriydilər. Qisasçı
ermənilərin
tərkibinə
yeridildiyi
ordunun
formalaĢdırılması
bununla
məhdudlaĢmırdı. Ermənipərəst Qorbaçovun, erməni yeznəsi Yazovun öz daĢnak
xislətləriylə daĢnak dost-aĢnalarına verdikləri vədlər müqabilində belə çox iĢlər
gördülər. Lakin heç nə bildikləri, bazar möhtəkiri sandıqları Azərbaycan sınan
qoza oxĢamırdı. 20 Yanvar gecəsində Bakını al qana boyamaq üçün Kremldə
qantutarlar
da
hazırladılar. Bəs nələr hazırlamadılar? Bilmədiklərimiz
bildiklərimizdən qat-qat çoxdur, bəlkə də min dəfə artıqdır. Bakı demokratiya
selində üzürdü. Bakını bu selin özündə boğacaq emissarlar artıq paytaxtda
oturmuĢdular. Əməliyyat hazırlayırdılar. Bu əməliyyata quru, hərbi dəniz, hərbi
hava və hərbi desant qoĢunlarının iri hissələri, SSRĠ DTK-nın və SSRĠ DĠN-nin
xüsusi təyinatlı qoĢunları qatılmıĢdılar.
Qana susamıĢ ordu 1990-cı il 20 Yanvarda gecəyarısı, gecənin bağrını
iriçaplı güllə atəĢləriylə yarır. Qorbaçov gizli fərman verir. Fövqəladə vəziyyət
elan edilmədən, habelə respublikanın Ali Soveti ilə razılaĢdırılmadan qeyri-qanuni
Ģəkildə Bakıya qoĢun yeridilir. Qorbaçov hökuməti tərəfindən açıq-aydın xalqı
xəbərdar etmədən, xalqın varlığına qəsd edilir, cinayətkarcasına açıq hərbi təcavüz
aktı həyata keçirilir. Hücumdan öncə SSRĠ DTK-nın alfa xüsusi qrupu tərəfindən
Azərbaycan SSR DTK-nın əməkdaĢı Starçenkonun bilavasitə iĢtirakı və bələdçiliyi
ilə Azərbaycan Televiziyasının enerji bloku partladılır. Bakı güllələnir o gecə!
Bakı al qana qərq edilir o gecə! Azərbaycan türkünün azadlıq harayı rus tanklarının
tırtılları altına salınır, əzilir o gecə! Ġnamlar, ümidlər dara çəkilir insan bədənində o
gecə! Azərbaycan xalqı öz faciəsi ilə üzbəüz, təkbətək qalır o gecə! Xalqın milli
mənliyi, milli qürur, milli iftixar hissləri tapdanır o gecə! Zorakılıq və atəĢ səsləri
ilə həkk olunur Azərbaycan xalqının qan yaddaĢına o gecə!
Erməni-daĢnak faĢistlərinin atəĢfəĢanlığıdır 20 Yanvar gecəsi. Qansız,
goreĢən, kəmfürsət daĢnak terrorçularının fürsət düĢür əllərinə o gecə. NəĢələnmiĢ,
narkotik qəbul etmiĢ əsgərlər daĢnak terrorçularına qoĢulur, onların diqtəsi altında
bir-birindən üstün, xüsusi amansızlıqlarla qətl hadisələri, vəhĢilik aktları törədirlər.
Xəbərdarlıq etmədən silahsız adamlara güllələr atırlar. Ġstifadəsi qadağan edilmiĢ,
insan bədənində müxtəlif istiqamətlərdə hərəkət edən güllələrdən istifadə edirlər.
278
Küçədən keçən bütün Ģəhər sakinləri və iĢığı yanan evlər gülləbaran edilir. Dinc
sakinlər öz mənzillərində qətlə yetirilir. Ölüm insanları o müdhiĢ gecədə küçə
qapılarında, avtobuslarda, iĢ yerlərində haqlayır. Minik maĢınları öz sərniĢinləri ilə
birgə tankların, PDM-lərin altına salınır. Yaralılara kömək etməyə tələsən təcili
yardım maĢınları atəĢə tutulur. Yerlərdə yaralılara təcili yardım göstərən tibb
iĢçiləri güllələrə tuĢ edilir. Həkimlərə də güllə atılır, ölən həkimlər var. Yaralılara
da güllə atılır. Yaralananları səhərə kimi yerdən götürməyə qoymurlar. Onlara
kömək edənləri döyürlər, söyürlər. Qabırğaları sındırılır, qol-qıçları əzilir. 5,45 mm
kalibrli güllələrdən yara alanların əzabı qat-qat artır, ölümləri labüdləĢir. Saqqallı
əsgərlər, daĢnak terrorçuları onların iniltisindən həzz alır. Bu saqqallı əsgərlər, heç
cürə demək olmaz ki, sovet ordusuna məxsusdular. Onlar ancaq bu ad altında
Bakıya soxulan daĢnak terrorçularından baĢqa kim ola bilərdilər?! Məhz bu
cəlladlar ələ salamat keçənləri də döyür, Ģil-küt edirdilər. Ölülərin qiymətli
əĢyaları, əsginazları oğurlanır, mənzillər qarət olunur, vətəndaĢlar soyulurdu. Göz
altına alınanlar təhqir edilir, onların insanlıq ləyaqəti alçaldılırdı. Bütün bunlar,
habelə silahsız adamların qabaqcadan təĢkil edilmiĢ qırğını, qəddarlıqla müĢahidə
olunan qətllər məgər erməni-daĢnak faĢistlərinin bu qətliamda iĢtirakını
təsdiqləmirmi?!
Bəli, o gecə insanlar qırılırdı... O gecə təkcə küçələrin, evlərin deyil,
xəstəxanaların da iĢıqları söndürülmüĢdü. Xəstəxanalarda cərrahiyyə əməliyyatları,
tibbi yardımlar Ģam iĢığında, qəzet, kağız bükmələrinin alovu altında aparılırdı.
ġəhidlər və Ģahidlər Ģəhadət verirdi o gecə! O gecə Bakının 171 dinc sakini qətlə
yetirildi, beĢ nəfər itkin düĢdü, 800 nəfər yaralandı, 841 nəfər göz altına alındı.
Yüzə yaxın müxtəlif markalı avtomaĢın tankların altında əzildi. Onlarla nəqliyyat
vasitəsi gülləbaran edildi. Binalar dağıdıldı, zədələndi. ġəhərə və Ģəhər
təsərrüfatına 5 milyard rus rublu dəyərində maddi ziyan vuruldu. Sovet ordusu
tərəfindən daha altı nəfər AXC üzvü Lənkəranda qətlə yetirildi. AXC-nin bütün
rayon mərkəzlərindəki dayaq dəstələri sovet ordusunun təcavüzünə məruz qaldı.
Qırmızı ordu qızıl qanımızla qəddarcasına tariximizə Qara Yanvar səhifəsi yazdı.
Qəlbi saflığımız, bəĢəri dəyərlərə hörmətimiz, inamımız çox baha baĢa gəldi bizə o
gecə. Bakının dinc, əliboĢ, əliyalın əhalisinə qarĢı soyuqqanlılıqla düĢünülmüĢ,
qəddarlıqla həyata keçirilən qanlı faciə xalqın birliyini, mətinliyini, ləyaqət hissini
birdən-birə endirdi o gecə. Cinayətin təĢkilatçıları - Sov. ĠKP-nın BaĢ katibi
Qorbaçov, SSRĠ AS Ġttifaq Sovetinin sədri Primakov, Sov. ĠKP MK katibi
Girenko, Sov. ĠKP MK-nın məsul iĢçisi Mixaylov; iĢtirakçıları SSRĠ MN-i Yazov,
SSRĠ DĠN-i Bakatin, SSRĠ DTK sədri Kryuçkov və hərbi hissələrin komandirləri,
zabit heyəti; icraçıları hərbi qulluqçular (əsgərlər) 20 Yanvar Bakı qırğınını
törətdiklərinə görə, görəsən, Tanrı cəzasındandamı yan keçəcəklər?! Xalqın
müdafiəsini təĢkil etməyə borclu olan yerli vəzifə mənsubları - Ə.Vəzirov,
A.Mütəllibov, Y.Polyaniçko, E.Qafarova, V.Hüseynov 20 Yanvar Bakı qırğınının
qarĢısını almaqda fəaliyyətsizlik göstərmələrinin, xalqın Ģərəfini, namusunu,
279
mənliyini tapdalatdıqlarının görəsən heç fərqinə vardılarmı?! Xalqın qınağına
keçməyin nə olduğunu dərk etmək iqtidarında heç oldularmı?!
Xalqın önündə bu sayaq gedənlərin - öz millətinin, xalqının aqibətinə,
taleyinə bu qədər biganə olmaları, etinasızlıq göstərmələri, olub-keçənləri belə ört-
basdır etmə cəhdləri adamda ancaq təəssüf hissi doğurur. Öz vəzifələri, mənsəbləri,
Ģəxsi mənafeləri naminə nələr etmədilər, etmirlər, bu vəzifə düĢkünləri, Ġlahi!
Fəlakəti sovuĢdurmaq və ya miqyasını azaltmaq gücündə olmayan yerli idarəetmə
aparatının nümayəndələri Bakıya qoĢun yeridilməsinə qarĢı nə açıq, nə gizli
etirazlarını bildirdilər, nə də xalqın etimadını itirdiklərinə görə vəzifələrindən istefa
verdilər. Xalq hərəkatının liderləri isə 20 Yanvar Bakı qırğınının asanlıqla həyata
keçirilməsinə bir növ Ģərait yaratmıĢ oldular. Qorbaçov hökuməti mənliyi
tapdanmıĢ zavallı xalqın həqiqət istəyini qərənfillərlə bəzəmiĢ qara mafələrə -
tabutlara çevirib xalqın, zavallı insanların öz çiyinlərinə yüklədi. Bakı boyda
xiyabanlara qərənfillərdən xalı döĢəndi. Qırmızı qərənfillər günahsız qanlara ağı
dedi. Göz yaĢlarıyla odlandı qərənfillər. Qara geyimli, gözləri bulud-bulud dolmuĢ,
kökslərinə dağ basılmıĢ dəfn mərasiminin iĢtirakçılarının heyrətamiz görkəmləri
qarĢısında Xəzər dənizi lal sükuta daldı. Sahildə insan dənizi dalğalanırdı.
Konturları qara boyalarla çəkilmiĢ bu hüznlü mənzərənin ehtiĢamından yer-göy
lərzəyə gəlirdi. Ümumxalq matəmi idi. Kədərdən doğan bu birlik xalqın
əyilməzliyini, əzəmətini nümayiĢ etdirirdi.
Bəli, xalqı sarsıtdı, lakin əyə bilmədi o gecə! Qorbaçov hökuməti dərk
etmədi ki, 70 illik imperiyanın süqutunun əlamətlərindən biriydi o gecə! Son iki
əsrdə müstəmləkəyə çevrilmiĢ bir məmləkəti zorakılıq və silah gücünə əsarətdə
saxlamaq mümkün olan Ģey deyildi. Bakı susmadı. Özünə son və əzəli dönüĢ və
döyüĢ yolu sandığı istiqlal mücadiləsinə daha böyük əzmlə qalxdı. Bakı nəhrə
döndü. Böyük öndərimiz M.Ə.Rəsulzadənin «Bir kərə yüksələn bayraq bir daha
enməz» çağırıĢını özünə müqəddəs kəlam bildi.
20 Yanvar Bakı qırğını sübut etdi ki, Azərbaycan türkünü qanına qəltan
etmək olar, lakin iĢıqlı gələcəyə, Azərbaycanı dünyəvi dövlətlər sırasında görmək
arzusuna olan ümid və inamını öldürmək, qırmaq, heçə endirmək əsla olmaz!
20 Yanvar milli yaddaĢımıza yazılan salnamədir. 20 Yanvar gecəsi
keçdiyimiz yol alın yazımız, verdiyimiz qurbanlar isə müqəddəs Vətənə, Vətənin
varlığına can borcumuzdur!
Dostları ilə paylaş: |