284
olmadığını göstərdi. 20 noyabr terror aktı daĢnak terror qruplaĢması tərəfindən
törədilsə də, nə onlar axtarıldı, nə də fərman verənlərin izinə düĢən oldu. Bu terror
aktının da təĢkilatçıları və iĢtirakçıları qara qutu kimi qara pərdələr arxasında it-
bata düĢdü. O günlərin iqtidarı isə Xocalının müdafiəsini öz üzərinə götürən
könüllüləri tam silahlandırmaq yox, silahsızlaĢdırmaq yolunda çapaladı. Yalan
vədlər verməklə günü-günə satır, vaxt ötürürdü. Milli Ordu yaradılması barədə o
günlər fərman verilsə də, mətn quru kağız üzərində qalıb Qarabağın iĢğalına göz
bərəldirdi. Ġxtiyar sahibləri Milli Ordu yaradılmasına barmaqarası baxırdılar.
Demokratiyanın öncülləri sayılan müxalifət liderlərinin isə vəzifə stullarına,
kreslolarına hərislik göstərmələri xalqın müqavimətini və müdafiəsini təĢkil etmək,
Xocalının xilası naminə hər hansı bir addım atmaq təĢəbbüsündən uzaq saldı. Gözə
görünməyən 3-cü, 4-cü qüvvələr isə dilləri altına çöp qoyub ortalığa danıĢdılar.
Dərd azmıĢ kimi, hər iki real qüvvəni öz dillərindən tuta-tuta lağa-loğaza qoydular.
Qarabağ camaatının isə birlik nümayiĢ etdirməsinin qeyri-reallığı Qarabağ
hadisələri baĢlayan ilk günlərdən özünü göstərdi. QonĢu-qonĢuyla, kənd-kəndlə,
bölgə-bölgəylə əl-ələ verib tam halda çıxıĢ etmək əzmkarlığı göstərmədilər.
Xocalının müqavimətini təĢkil edəcək qüvvə əksinə, qətliamı törətmək üçün
erməni-daĢnak faĢistlərinin yolu üstünə,
belə demək mümkünsə, yaĢıl iĢıq tutur,
düĢmən dəyirmanına su tökürdülər. Bu qətliamı törətmək və ya törətməmək,
soyqırımın miqyası və qəddarlıq dərəcəsi ancaq və ancaq erməni-daĢnak
faĢistlərinin öz insafına qalırdı. Sərbəstlikdən və cəzasızlıqdan isə erməni-daĢnak
faĢistləri sözün tam mənasında azad idilər. Onlar son anda öz vəhĢanəliklərindən
bəhrələndilər. Qəddarlığın və qətliamın misli-bərabəri olmayan həddindən və
mümkün miqyasından gen-bol, bütövlükdə istifadə etdilər. XX əsrin son və ən
dəhĢətli soyqırımı faciəsini bəĢəriyyətin bu günüylə uyuĢmayan qətliam hadisəsini
törətdilər. Müxalifət millətin mənafeyini hakimiyyət hərisliyinə qurban verdi.
Ġqtidarsa sanki əldən getməkdə olan hakimiyyətinin acığını susdurmaq adıyla
millətdən bu sayaq çıxdı.
Xocalı faciəsindən Qarabağ camaatı Ģoka düĢdü. Köməksiz olduğunu
anladı. Kimsə hər hansı bir güc-qüvvə tərəfindən müdafiə olunacağına olub-qalan
son ümidini də tamam-kamal itirdi. Qarabağ elatının gündoğana yön alan adda-
budda köçləri Xocalı qətliamının baĢ verdiyi gündən arasıkəsilməz oldu, kütləvi
hal aldı. Əks tərəfdən heç bir reaksiya görməyən, hətta Xocalı qətliamının
miqyasını azaltmağa, heçə endirməyə çalıĢan Azərbaycan hökumətinin
bivecliyindən ruhlanan daĢnak terror qruplaĢmaları daha da fəallaĢdılar. Ağdamın
mərkəzi meydanlarını, Füzuli Ģəhərinin bazar ətrafı məhəllələrini raket yağıĢına
tutdular. Ġnsan tələfatına boy verdilər.
Dostları ilə paylaş: