Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə482/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   478   479   480   481   482   483   484   485   ...   500
P.S.  20  Yanvar  Ģahidlərinin  daĢlaĢan  abidələri  ilə  tez-tez  salamlaĢıram. 
Onların  önündə  baĢ  əyən  milyonlardan  biriyəm.  Lakin  çox  maraq  doğuran  və 
acınacaqlısı odur ki, biz hələ də 20 Yanvar Bakı qırğınını, nə də Xocalı soyqırımını 
ümumbəĢəri  faciəyə  qovuĢma,  qovuĢdurma  həddinə  çatdıra  bilməmiĢik.  Qarabağ 
səddini  aĢa  bilmirik.  Qanlı  Yanvar  və  Qarabağ  Ģəhidlərinin  baĢımız  üstə  dolaĢan 
ruhları bizi o taylı, bu taylı Vətənimizin nicatı, torpaqlarımızın düĢmən iĢğalından 
xilası,  demokratiyanın  inkiĢafı,  iqtisadi-sosial  dirçəliĢimizin  çiçəklənməsi  naminə 
vahid  bir  yumruq  kimi  birləĢməyə  çağırır.  El-obası  dağılan,  nizamı  pozulan, 


280 
 
torpağı  düĢmən  tapdağı  altında  qalan,  övladları  həlak  olan,  qız-gəlinləri  girov 
düĢən,  namusuna  təcavüz  olunan  bir  millətin  parçalanmağa,  ölkə  daxilində 
qarĢıdurma  yaratmağa  mənəvi  haqqı  yoxdur.  Birliyimiz  nicatımızdır!  Çox 
təəssüflər  olsun  ki,  20  Yanvar  Bakı  qırğınından  bu  qədər  müddət  keçməsinə 
baxmayaraq, onun da müzakirəsi zamanı qəbul edilən parlament qərarından bir sıra 
anlaĢılmazlıqlar hələ də öz həllini tapmamıĢdır. Ümumiyyətlə, bu qırğında erməni-
daĢnak terrorçularının iĢtirakına açıq Ģəkildə toxunulmur. Son variantda isə Bakıda 
qanlı qırğın törədilməsində baĢ rollardan birinin ifaçısı olmuĢ Yevgeni Primakovun 
adı  faciəyə  görə  mənəvi-siyasi-kriminal  cinayət  məsuliyyəti  daĢıyan  Ģəxslərin 
siyahısından  çıxarılmıĢdı.  Deməzsən,  bu  faciəyə  heç  bir  dəxli  olmayan,  daha 
doğrusu, məsuliyyət daĢımayan o dövrün müxalifət nümayəndələri Arif Hacıyev və 
Fazil  Qəzənfəroğlunun  adları  nəyə  görəsə,  hansı  səbəbdənsə  mənəvi-siyasi-
kriminal məsuliyyəti daĢıyan Ģəxslərin cərgəsinə daxil edilmiĢlər. 
Qeyd: Ġstər 20 Yanvar Bakı qırğınının, istərsə də Xocalı soyqırımının cani 
və günahkarlarının cinayətləri və təqsirkarlıq dərəcələri iĢlətdikləri əmələ görə iki 
qrupa  bölünür.  Ona  görə  də  istər  siyasi  məsuliyyətə,  istərsə  də  cinayət 
məsuliyyətinə cəlb edilmədə günahkarlar da iki qisimdə müəyyən edilməlidirlər: 1) 
cinayəti  törədənlər  və  buna  fərman  verənlər;  2)  günahsız  insanların  müdafiəsini 
təĢkil  etməyə  borclu  olan  səlahiyyət  sahibləri  və  onların  vəzifə  borclarını  yerinə 
yetirməyə mane olanlar; 
Hər  iki  qrupa  daxil  olanların  siyahıları  tərtib  edilməli  və  ayrı-ayrılıqda 
cinayət  xarakterli  hərəkətləri  tam  tədqiq  olunmalı  və  hərəkətlərinə  hüquqi  qiymət 
verilməlidir.  Əməlində  cinayət  tərkibi  tam  sübuta  yetirilənlər  layiq  olduqları 
cəzalarını da çəkməlidirlər. Nə qədər cəzadan yayınmalar varsa, cinayətlərin artma 
tempi  də  bir  o  qədər  çoxalacaqdır.  Hər  iki  məsələyə  hüquqi-siyasi  qiymət 
verilərkən bu prinsiplər  gözlənilməli, ölkə xaricindəki və ölkə  daxilindəki cinayət 
törədicilərinin  siyasi  məsuliyyət  məsələsinə  ayrı-ayrılıqda  baxılması  bir  zərurət 
kimi qəbul edilməlidir. 
 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   478   479   480   481   482   483   484   485   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin