ƏLAVƏLƏR
YAZIÇI-PUBLĠSĠST ƏLĠSAHĠB ƏROĞULUN DÜNYA XALQLARINA
MÜRACĠƏTĠ
Möhtərəm dostlar, həmplanetlilər!
Mən nümayəndəsi olduğum Azərbaycan xalqının milli faciəsinin daĢıyıcısı -
dünya tarixində analoqu olmayan erməni-daĢnak faĢizminin XX əsrdə həyata
keçirdiyi azərbaycanlıların əzəli torpaqlarından qovulması, etnik təmizləmə və
soyqırımı siyasətinin qurbanı kimi Sizlərə müraciət edirəm. Düçar olduğumuz
məhrumiyyətlərdən, yaĢantımız üçün yaranmıĢ qeyri-normal vəziyyətdən çıxıĢ
yolunu siyasi oyunbazlıqlara qoĢulmaqda deyil, nə qədər ağrılı-acılı olsa da,
həqiqəti Sizlərə - dünya xalqlarına çatdırmaqda, deməkdə, çəkilməsi mümkün
olmayan dərdlərimizi bölüĢməyə Ģərik axtarmaqda görürəm.
Əslində, milli faciələrə və misli görünməyən məĢəqqətlərə məruz
qalmağımızın tarixi çar Rusiyasının XIX əsrin birinci yarısında Azərbaycanı iĢğal
etməsi və vəhĢanə, sərsəm bir siyasət yeritməsiylə - Türkiyə və çar Rusiyası
arasında süni surətdə bufer dövlət - «Böyük Ermənistan» yaratmaq xülyası ilə baĢ-
baĢa qaldığımız müdhiĢ bir gündən baĢlayır. Əsli-kökü, yeri-yurdu məlum olmayan
yüz minlərlə erməni əhalisi Türkiyə və Ġran ərazilərindən, habelə dünyanın
müxtəlif yerlərindən Azərbaycanın münbit qərb və mərkəzi torpaqlarına
köçürüldükcə və onların yerləĢdirilməsi dövlət səviyyəsində təmin edildikcə, biz
azərbaycanlıların Ģəhər və kəndləri topa tutuldu, ulularımız qılıncdan keçirildi,
qanları su yerinə axıdıldı. Günahsız, dinc, aborigen əhali olan türksoylu
azərbaycanlılar ana yurdlarından zor gücünə qovuldular, vəhĢanə tərzdə etnik
torpaqlarından sıxıĢdırılıb çıxarıldılar, qətlə yetirildilər.
Dünya zəiflərin haqqını tanımır! Rusiyanın müstəmləkə siyasətinin
nəticəsidir ki, bütün Qafqaz xalqlarının, xüsusən azərbaycanlıların milli azadlıq və
müstəqillik mübarizəsinə qarĢı yönəldilmiĢ xəyanət və satqınlıq, məkr və hiylə
təzahürlərindən maya tutan, ətə-qana dolan gəlmə ermənilərin süni surətdə «erməni
vilayəti» adlı ilk inzibati-ərazi vahidi iĢıq üzü gördü. Ġllər ötdükcə
azərbaycanlıların torpağında özünü möhkəmlədən erməni icmasının təfəkkürünə
«Böyük Ermənistan» xülyasını yeritmək, siyasi mütəĢəkkilliyi və təĢkilatlanmanı
artırmaq, silahlı əsgəri hissələr formalaĢdırmaq və saxlamaq, məqamı gəldikcə
onlardan istifadə etmək, terror aktları törətmək və s. üçün çar Rusiyası tərəfindən
qatı faĢist ideologiyası ilə silahlanmıĢ erməni faĢist partiyasının - DaĢnaksutyunun
yaradılmasına xeyir-dua verildi. Bu ifrat faĢist partiyası türkə düĢmənçilik
299
siyasətindən doğdu. Beləliklə, rus müstəmləkəçiləri ilə erməni-daĢnak faĢizminin
müĢtərək siyasəti bir-birini tamamladı. Üst-üstə düĢdüyü gündən Azərbaycan
torpağı azərbaycanlılar üçün milli didiĢmə, ermənilər üçün isə milli əlahiddəlik
meydanına çevrildi. Demək, ötən yüzilliyin hər ili milli mənsubiyyətə görə məhv
edilmələrə, qırğınlara, talanlara, qanlı hadisələrə, ana yurddan qovulmalara,
insanlıqdan kənar vəhĢiliklərə məruz qalmalar, günahsız, dinc, təhlükəsiz
Azərbaycan türkləri üçün alın yazısına dönən məhrumiyyətli illər oldu. Bu illərdə
erməni-daĢnak faĢizminin insan ağlına sığmayan vəhĢiliklər törətməsi - 1905-ci il
avqust ayının 14-də Zəngəzur mahalının Saqqarsu oymağında 90 yaĢlı, əli Quranlı
el ağsaqqalı Molla Həsən Əfəndi ətrafına toplaĢmıĢ qadın və uĢaqlara aman
dilərkən daĢnak fasistləri tərəfindən pirani insanın və yanındakı 62 qadının
doğranması, 15 uĢağın baĢının kəsilməsi; 1918-ci ilin ilaxır çərĢənbəsində Göyçə
mahalının ġiĢqaya kəndində 640 nəfərin bir gündə diri-diri yandırılması; el
sənətkarı DaĢkəndli aĢıq Nəcəfin girov götürülərək kürəyinə qaynar samovar
bağlayıb iĢgəncəylə öldürülməsi; 1918-ci ilin mart ayının 29-dan keçən üç gün
ərzində Bakı Ģəhərində 30000 azərbaycanlının kütləvi Ģəkildə qətlə yetirilməsi;
1919-cu ilin qıĢında 3000 azərbaycanlı kəndlisinin Ağmaqan dağında
dondurulması; 1988-ci il dekabr ayının 5-də Spitakda azərbaycanlı millətindən
olduqlarına görə 80-dən çox azyaĢlı uĢağın iri diametrli borulara doldurub
baĢlarına dəmir lövhələr qaynaq edilərək uçurumdan yuvarladılması; 1992-ci ilin
fevral ayının 25-dən 26-na keçən gecə 1153 nəfərin qətli, 1200 nəfərin Ģikəst
edilməsi, 7000 nəfər əhalisi olan Xocalı Ģəhərinin bir gecədə yerlə yeksan edilməsi
kimi faciələr azərbaycanlı olan hər kəsin qan yaddaĢına silinməz izlər buraxmıĢdır.
Bütün bu terror aktları insanlıq əleyhinə yönəlmiĢ erməni-daĢnak faĢistlərinin
törətdikləri vəhĢətləridir. Bu gün əsir düĢənlərin və girov götürülənlərin elektrikə
verilməsi, diri-diri basdırılması, yandırılması, sinələrinə xaç niĢanları çəkilməsi,
gözlərinin çıxarılması, baĢlarının kəsilməsi, avtomobillərin təkərləri altına atılması,
oynaq sümüklərinin və daxili əzalarının qablaĢdırılaraq Qərbi Avropa bazarlarına
çıxarılması orta əsr vandalizmi deyil, sivil dünyamızda erməni-daĢnak faĢistlərinin
azərbaycanlıların baĢına gətirdiyi müsibətlər, faciələr, fəlakət və azğınlıqlardan
xəbər verən gerçəkliklərdir, vəhĢanəliklərdir.
Tarixi faktların analitik təhlili göstərir ki, erməni-daĢnak faĢistlərinin 1905-
1907-ci illərdə Azərbaycan türklərinə qarĢı apardıqları etnik təmizləmə və
soyqırımı siyasəti nəticəsində, 1914-1917-ci illərdə Qars, Ərzurum, Ərdahan, Van,
Adana, Səlmas, Xoy, Urmiya, Təbriz Ģəhər və əyalətlərində rus iĢğalının yaratdığı
münbit Ģəraitdən istifadə edərək törətdikləri qırğınlarda, 1918-1920 və 1988-1994-
cü illərdə Azərbaycan türkünə qarĢı törətdikləri qətliamlarda nə az, nə çox, bir
milyondan çox Azərbaycan türkü qətlə yetirilmiĢ, 2,2 milyon nəfər isə yurd-
yuvasından didərgin salınmıĢdır.
Təəssüflər olsun ki, çar Rusiyasının yerində bərqərar olan Sovet Rusiyası öz
sələflərinin himayədarlığı və havadarlığı altında erməni-daĢnak faĢizminin
300
törətdiyi tarixi cinayətləri və ədalətsizlikləri ləğv etmək, aradan qaldırmaq əvəzinə,
daha da dərinləĢdirilməsinə rəvac verdi. Faciələrimizin həcmi ölçüyəgəlməz
dərəcədə artdı. 1918-ci il iyun ayının 4-də torpağı, paytaxtı olmayan erməni dövləti
ilə
bağlanmıĢ Batum sülh müqaviləsinə və Azərbaycan Demokratik
Cümhuriyyətinin Ġrəvan mahalını erməni vilayətinə güzəĢt etməsi ilə ümumi sahəsi
9,8 min km olan Ermənistan daĢnak hökuməti yaradıldı. Həmçinin 1920-ci il
noyabr ayının 29-da Ermənistan SSR təĢkil edilərkən Sovet Rusiyası Azərbaycan
xalqına qarĢı misli görünməmiĢ bir xəyanətə əl aldı. Azərbaycanın Dərələyəz,
Zəngəzur, Qaraqoyunlu, Göyçə mahallarını ilhaq edərək Ermənistan SSR-nin
ərazisini 29,8 min km
2
-ə çatdırdı. Qərbi Azərbaycanın daha 20 min km
2
-lik
torpağını süni surətdə Ermənistan SSR-nin ərazisi elan etdi. Bu azmıĢ kimi,
Azərbaycanın mərkəzi vilayəti sayılan Qarabağın dağlıq hissəsində iki cüt bir tək
erməni yaĢayan bir ərazidə 1923-cü ildə Azərbaycana hakimi-mütləq təyin edilmiĢ
bolĢevik emissarı S.M.Kirovun, Mirzoyanın və Zaqafqaziya Federasiyasının rəhbər
orqanlarında oturmuĢ bolĢevik-daĢnak siam əkizlərinin, xüsusilə S.Orcenikidzenin,
Miyasnikovun səyi ilə hətta Lenin milli siyasətinin ziddinə olsa da, ikinci bir
erməni muxtar qurumu - DQMV təĢkil edildi. SSRĠ hökumətinin rəhbər
orqanlarında mövqe tutmuĢ, kommunist maskası taxmıĢ erməni-daĢnak
faĢistlərinin fitnə-fəsadıyla 1929, 1968, 1985-ci illərdə Azərbaycan SSR-nin 10
min hektarlarla torpaqları hissə-hissə qoparılaraq müxtəlif adlar altında Ermənistan
SSR-nin ərazisinə qatıldı. Torpaq, ərazi ilhaqları ilə bahəm Qərbi Azərbaycan
torpaqlarından azərbaycanlıların sıxıĢdırılıb çıxarılması bir an belə səngimək
bilmədi. 1930-cu illərin repressiyalarında pantürkist, panislamist, qolçomaqlarla
mübarizə siyasəti və kommunist cildinə girmiĢ daĢnakların antitürk fəaliyyətinə
yuxarı partiya və sovet orqanları rəhbərlərinin loyal münasibəti nəticəsində sırf
azərbaycanlılar yaĢayan 100-dən çox kənd xarabazarlığa çevrildi. Ermənistan SSR-
nin azərbaycanlılardan təmizləmə və məhv etmə siyasətinin daha bir iyrənc
üsuluna əl atıldı. DaĢnak fitnəsinə uymuĢ Stalin 1948-1953-cü illərdə xaricdən
gələn ermənilərin Ermənistan SSR-də yerləĢdirilməsi adı altında 150 min
azərbaycanlını könüllülük adı altında zorla dədə-baba torpaqlarından köçürüb
Azərbaycan SSR-nin isti, malyariyanın tüğyan etdiyi Kür-Araz ovalığının ilan
mələyən, həyat niĢanəsi olmayan düzlərinə atdı. Bu köçürmə kampaniyası
DQMV-də də həyata keçirildi. DQMV-nin yüzlərlə azərbaycanlı ailəsi daxili
köçürmə adı altında ondan kənar ərazilərə - Xanlar və Beyləqan rayonlarına
köçürüldülər.
Bütün bunlarla yanaĢı, partiya, sovet təĢkilatlarının nümayəndəsi kimi
rəhbər iĢlərdə oturmuĢ maskalı daĢnakların gözümçıxdısından daim əziyyət çəkən,
cana doyan, sovet totalitar rejiminin hüquq müdafiəçilərindən haqq-ədalət
görməyən, təzyiq, təqib və təhqirlərə məruz qalan azərbaycanlıların tək-tək, ailə-
ailə, tayfa-tayfa, kənd-kənd Ermənistan SSR-dən Azərbaycan SSR-ə, habelə digər
müttəfiq respublikalara miqrasiyası biz nəsillərin gözü qabağında davam edən
301
arasıkəsilməz bir proses oldu. SSRĠ hökuməti tərəfindən DaĢnaksutyun
Dostları ilə paylaş: |