YAZIÇT-PUBLĠSĠST ƏLĠSAHĠB ƏROĞULUN
ÇOXMĠLYONLU RUS XALQINA
MÜRACĠƏTĠ
Möhtərəm, sabiq həmvətənlər!
Mən, Rusiyanın Azərbaycan xalqının tarixi inkiĢafında, onun ictimai-
iqtisadi, siyasi və mədəni həyatında böyük rol oynamasını heç vaxt inkar
etməmiĢəm. Əksinə maarifçiliyin, elmi və demokratik ideyaların inkiĢafında rus
mütəfəkkirlərinin, qabaqcıl ziyalılarının, elm və mədəniyyət xadimlərinin
təkanverici təsirindən, maarifpərvər rolundan qürur hissiylə danıĢmıĢam. Ġctimai
fikir tariximizdə Rusiyanın xüsusi yer tutmasından, rus klassiklərinin aparıcı,
realist və mütərəqqi təcrübəsindən həmiĢə bəhrələnməyimizdən, istifadə
etməyimizdən, daim mənəvi qida almağımızdan geniĢ yazmıĢam. Rus dilini ikinci
ana dilimiz kimi yüksək qiymətləndirmiĢik. Günü bu gün də, müstəqil
respublikamızda rusdilli məktəblərin inkiĢaf etdirilməsi, hətta onların sayının sovet
dönəmindəki səviyyədən aĢağı düĢməməsi, rus dilinin dövlət dili olan Azərbaycan
306
dili ilə yanaĢı iĢlədilməsi rus dilinə, rus xalqına, onun elminə, mədəniyyətinə
göstərilən diqqətin, hüsn-rəğbətin dəyər ölçüsü ola bilər.
Mən əsrlərdən bəri davam edən Azərbaycan-Rusiya əlaqələrinin hər hansı
bir səbəbdən kəsilə biləcəyinə, qarĢılıqlı etimadın nə vaxtsa tükənəcəyinə qətiyyən
bir əsas görmürəm. Məhz bu etibar, etimad və ehtiramın yaratdığı bir ovqatın, fikir
təminatının təsiri altında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqiĢəsi ilə
bağlı həqiqəti, tarix səhifələrində baĢ vermiĢ bir çox hadisələri yada salmağı,
çoxmilyonlu rus xalqına müraciət etməyi özümə rəva bilirəm. Çünki erməni
məsələsinin köklərinə yaxından bələd olmadan, dəqiq və tam öyrənmədən, qəzet
uydurmalarına, televiziya kanallarının birtərəfli və qərəzli təbliğatına aldananların
nəinki Azərbaycan, həmçinin erməni xalqının özünün cəlladına çevrilmiĢ daĢnak
faĢistlərinin və «Böyük Ermənistan» ideoloqlarının təĢviq etdikləri Ģeytan felinə
uymamaları qeyri-mümkündür. Hələ də XX əsrdə baĢdan-baĢa azərbaycanlılara
qarĢı etnik təmizləmə və soyqırımı siyasətini aparan erməni-daĢnak faĢistləri günü
bu gün də Rusiyanın mətbuat və digər informasiya kanalları vasitəsi ilə öz
yalanlarını, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurmalarını, riyakar, saxta
tarixlərinə dair Ģərhlərini MDB məkanında sərbəst yayırlar. Ermənilərin və onların
muzdlu nökərlərinin, erməni təəssübkeĢlərinin qərəzli səyi ilə hələ də, ABġ, Fransa
kimi qüdrətli dövlətlərin KĠV-lərinə yalan və böhtan axını davam edir. Azərbaycan
isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda Rusiya və digər Qərbi
Avropa KĠV-lərinin böyük maneçilikləri ilə üz-üzə gəlir. Erməni məkri ictimai
fikirdə nə qədər dərinə iĢləyirsə, azərbaycanlıların kövrək sadəlövhlüyü bir o qədər
üzdə qalır. Əlbəttə, ancaq haqqı dananlar, utanmağın, həyanın nə olduğu
bilməyənlər həqiqəti inkar edə bilərlər. Erməni məsələsində qərəzsiz olmaq üçün
bu məsələyə məkrli erməni mövqeyindən yanaĢmaq yolverilməzdir. Azərbaycan
xalqı daĢnak sərsəmliyinə uyan və satılan rus və Qərbi Avropa KĠV-lərinin
iftiralarına layiq deyildir.
Açıq etiraf etmək lazımdır ki, 200 ildir ki, Rusiyanın hakim dairələri
erməni-azərbaycanlı münaqiĢəsində haqlıya-haqqını, haqsıza-həddini tanıtmaq
əvəzinə «Böyük Ermənistan» xülyasını qızıĢdırmaqla, Qafqazda süni erməni
dövləti yaratmaqla məĢğul olublar. Erməni məsələsi ilk dəfə Türkiyədə qaldırılsa
da, Azərbaycana çar Rusiyası tərəfindən gətirilib. Ġnkarolunmaz tarixi faktlar
göstərir ki, çar orduları Qafqazı iĢğal edərkən ermənilərin xəyanət və
satqınlığından kifayət qədər bəhrələniblər. Cənubi Qafqazda bir qarıĢ torpağı
olmayan, əzəli torpaqları Türkiyə və Ġran ərazilərində olan ermənilər isə bu
«xidmətləri» müqabilində Qafqazda, daha doğrusu, Qərbi Azərbaycanda erməni
dövləti qurmağa müvəffəq olublar.
Ümumiyyətlə, ermənilərin Cənubi Qafqaza əsasən XIX əsrdə gəlmə
xalq olduğunu təsdiq edən tarixi faktlar, qərəzsiz rəsmi statistika inandırıcı və
sənədli sübutlardır. Erməni müəllifi B.ĠĢxanyan 1916-cı ildə S.Peterburqda dərc
etdirdiyi «Qafqaz xalqları» adlı kitabında yazır: «Ermənilərin Böyük Ermənistan
307
adlı həqiqi vətəni, Rusiyanın hüquqlarından kənarda, daha doğrusu, Kiçik Asiyada
yerləĢir». Ermənilərin Qafqaza gəlmə xalq olduğunu təsdiqləyən istənilən sayda
faktlar göstərmək olar. Bunlardan ancaq ikisini qeyd etmək yetərlidir. Birinci,
1829-cu ildə, Rusiya iĢğalından bir il sonra belə Ġrəvan Ģəhərində əhalinin 95%-ni
azərbaycanlılar təĢkil etmiĢdir. Ġkinci, bu gün Ermənistan Respublikasının inzibati-
ərazi bölgüsünü təĢkil edən 36 rayonun 33-də 1918-ci ilədək sırf azərbaycanlılar
yaĢamıĢ, ancaq üçünün əhalisi qarıĢıq olmuĢdur. Zaman keçdikcə Qərbi
Azərbaycanda əhalinin milli tərkibinin ermənilərin xeyrinə dəyiĢməsi ancaq və
ancaq çar Rusiyası tərəfindən ermənilərin bu ərazilərə məqsədli Ģəkildə
köçürülməsi, Sovet Rusiyasının qərəzli antitürk siyasəti yürütməsi sayəsində
mümkün olmuĢdur. Rus tarixçisi N.N.ġavrov yazır: «Biz 1828-ci ildən 1830-cu
ilədək Zaqafqaziyaya 40 mindən çox fars, 84 min türk ermənisi köçürmüĢük.
Onları erməni əhalisinin az olduğu Yelizavetpol (Gəncə) və Ġrəvan
quberniyalarındakı
(Qərbi Azərbaycan) ən yaxĢı dövlət torpaqlarında
yerləĢdirmiĢik. Bu məqsədlə 200 min desyatin dövlət torpağı ayrılmıĢ,
müsəlmanlardan (azərbaycanlılardan) 2 milyon manatlıqdan çox torpaq satın
alınmıĢdır. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Qarabağ)
və Göyçə (Sevan) gölünün sahillərində yerləĢdirilmiĢdir. Köçənlərin sayı rəsmi
məlumata görə 124 min olmasına baxmayaraq, əslində onların sayı 200 mini
keçmiĢdir». Rəsmi statistika göstərir ki, 1820-1920-ci illər ərzində Qərbi
Azərbaycana 600 min erməni əhalisi köçürülmüĢdü. BolĢevik istilasının Qərbi
Azərbaycanda yaratmıĢ olduğu Ermənistan SSR adlı süni qurumdan sonra
ermənilərin Ermənistan SSR-ə repatriasiyası adı altında köçürülmə prosesi daha da
intensivləĢdirilmiĢdi. 1922-ci ildə Mesopotamiyadan 9 min erməni, 1925-1926-cı
illərdə 20 min, 1926-29-cu illərdə 6 min, 1930-36-cı illərdə 42 min erməni Ġran,
Türkiyə Yunanıstan, Fransa, Suriya və Livandan Ermənistan SSR-ə
köçürülmüĢdür. Bu proses Sovetlər Birliyinin süqutunadək mərhələ-mərhələ
davam etdirilmiĢ və bu gün də davam etməkdədir. Ermənilərin Qafqaza ayaq
basdığı gündən isə yerli, aborigen, heç bir günahı olmayan azərbaycanlıların
basqına, zülmə, zorakılığa, qırğına məruz qalması, ana yurdundan sıxıĢdırılıb
çıxarılması, qovulması, soyqırıma düçar edilməsi Azərbaycan tarixinin qanlı
səhifəsinə çevrildi.
1905-1907 və 1918-20-ci illərdə daĢnak faĢistləri azərbaycanlılara qarĢı
kütləvi qırğınlar törətdilər. Güdülən məqsəd - bölgədə erməni dövləti qurmaq üçün
azərbaycanlıları məhv etmək, son nəfərinədək qırıb qurtarmaq idi. Bu minvalla
1820-1920-ci illəri əhatə edən yüz il ərzində iki milyon azərbaycanlı milli
mənsubiyyətinə görə öz ana yurdundan qovulmuĢ və ya məhv edilmiĢdir.
DaĢnakların Azərbaycan xalqına qarĢı yönəlmiĢ bu çirkin, qeyri-humanist və qeyri-
insani aksiyalarını Sovet Rusiyası öz qırmızı terroru vasitəsi ilə daha da
dərinləĢdirdi, düĢünülmüĢ və sistemli Ģəkildə davam etdirdi.
308
1920-30-cu illərdə 100 min Ermənistan azərbaycanlısı repressiyaya məruz
qaldı. Təkcə 1937-1938-ci illərdə bolĢevik maskası taxmıĢ daĢnak Mikoyanın
dezinformasiyası (guya Ermənistan azərbaycanlıları Türkiyəyə köçmək istəyir)
nəticəsində 50 min azərbaycanlı Qazaxıstana sürgün edildi. 1948-1953-cü illərdə
xaricdən gələn ermənilərin Ermənistan SSR-də yerləĢdirilməsi bəhanəsi ilə 150
min
azərbaycanlının
insan hüquqları cinayətkarcasına pozuldu. Onlar
antikonstitusion, beynəlxalq hüquq normalarına zidd Ģəkildə Azərbaycan SSR-yə
köçürüldülər. Bu tədbir SSRĠ hökuməti tərəfindən dövlət səviyyəsində həyata
keçirilən, milli mənsubiyyətə görə etnik təmizləmə aksiyası idi.
DaĢnak ideoloqlarının hər hansı bir sərsəmliyini SSRĠ-nin hökumət
rəhbərlərinin qeyd-Ģərtsiz qəbul etmələrini, 1965-ci ildə uydurma erməni
soyqırımının 50 illiyinin Ermənistan SSR-də qeyd edilməsinə icazə vermələrini
heç cür qavramaq olmur. Əgər bu tanınma türk düĢmənçiliyi və siyasi möhtəkirlik
naminə edilsə də, mübaliğəsiz demək olar ki, ermənilər üçün milli əlahiddəlik
Ģəraitinin yaradılmasına, daĢnak faĢizminin dirçəlməsinə rəvac verilməsi, dünyaya
meydan oxuyan Sovetlər Birliyinin daxildən çat atmasına və 1991-ci ildə
çökməsinə təsir göstərən həlledici amillərdən biri idi. Deyirlər ədalətin ən etibarlı
zəmanətçisini dövlətdə tapmaq insanın son ümid yeridir. Əfsuslar olsun ki, 200 ilə
yaxın bir müddətdə Rusiyanın hakimiyyəti altında qalmıĢ azərbaycanlılar son ümid
yerini bir qayda olaraq itiriblər. Bu illər ərzində ermənilər dəfələrlə
azərbaycanlıları kütləvi surətdə öldürüb, qırıb, ana yurdlarından zorakılıqla qovub
çıxarıblar. Azərbaycanlılar cinayətkar qonĢularına cavab vermək istəyəndə, buna
qarĢı tədbir görəndə rus əsgərləri və rus silahları iĢə düĢüb, azərbaycanlıların
qarĢısına sədd çəkiblər. Ermənilərin tərəfini saxlayıb, ermənilərə arxa-dayaq
durublar. Çoxsaylı yalanları ilə dünyanı aldadan, insanlığa düĢmən kəsilən, insanı
insana qırdırmağı, qonĢunu qonĢuya öldürməyi təbliğ edən daĢnak faĢist
ideologiyasını bitərəfli qaydada müdafiə ediblər. Bu acı həqiqət biz nəsillərin gözü
qaĢısında bir daha təkrarlanıbdı.
Belə ki, 1988-ci ildə Ermənistan SSR-də neofaĢist daĢnak qruplaĢmalarının
açıq-aĢkar baĢ qaldırmasına göz yumuldu, Qarabağda bir ovuc yaraqlının
separatizmi dəstəkləndi, Azərbaycan xalqına qarĢı xəyanət etmələri dövlət hüquq
qanunları ilə ittiham edilməli olduğu halda, SSRĠ hökuməti aĢkarlıq və
demokratiya pərdəsi altında erməni tərəfinin mövqeyini müdafiə etdi. Ermənistan
SSR ərazisindəki 7-ci ordunun komandanı, erməni mənĢəli rus generalı Samsonov
sələflərinin yolunu davam etdirdi. AzğınlaĢmıĢ silahlı erməni-daĢnak terror
qruplaĢmaları 1988-ci ilin yanvar ayından dekabr ayınadək 265 min dinc, əliyalın,
günahsız Ermənistan azərbaycanlısını zorakılıqla neçə minilliklərdən bəri məskun
olduqları ana yurdlarından qovdular. Etnik təmizləmə zamanı ev-eĢiyini tərk etmək
istəməyən 450 nəfər azərbaycanlı qətlə yetirildi. Cinayətkarların Ģəxsiyyəti tam
məlum olsa da, onlardan heç biri SSRĠ-nin hüquq mühafizə orqanları tərəfindən
cinayət məsuliyyətinə cəlb edilmədilər.
309
Mitinqlər və küçə yürüĢləri ilə haqqını tələb edən Azərbaycan xalqına qarĢı
həmiĢə qərəzli siyasət yeridən Kreml yenə də öz tarixi mövqeyini təkrar bildirdi.
SSRĠ Müdafiə naziri, ordu generalı Yazovun komandanlığı altında sovet
ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoĢunların iri kontingenti 1990-cı il
yanvar ayının 19-dan 20-sinə keçən gecə fövqəladə vəziyyət elan edilmədən
Bakıya yeridildi. Xüsusi qəddarlıq və misli görünməyən vəhĢiliklərlə törədilən
qanlı yanvar qırğını uzun illərdən bəri beynimizə sülh və əmin-amanlıq keĢikçisi
kimi təbliğ edilən, yeridilən rus əsgərlərinə qarĢı olan son hörmət və inam hissimizi
bir gecədə puç etdi.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə daĢnak silahlıları
Xankəndində yerləĢən, RF-na məxsus 336-cı motoatıcı alayın hərbi texnikasının və
canlı qüvvələrinin köməyi ilə Xocalı soyqırımını törətdilər. DaĢnak terror
qruplaĢmaları ilə yanaĢı bu dəhĢətli və müdhiĢ cinayətdə iĢtirak etmiĢ alayın zabit,
gizir və əsgərləri hərbi cani kimi hələ də öz cəzalarına çatmamıĢlar.
Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycan Respublikasının
müstəqilliyinə və varlığına qəsd kimi ortaya atılmıĢ Qarabağ münaqiĢəsinin
ədalətli həllində RF ən böyük diskriminasiya nümayiĢ etdirən dövlət kimi çıxıĢ
edir. Rusiyasız heç bir gücə malik olmayan ER məhz bu dəstəkdən güc alaraq AR-
nın 20% torpaqlarını iĢğal altından saxlayır. Bir milyon qaçqını etnik təmizləmə
siyasətinin girovlarına çevirməklə Dağlıq Qarabağı öz ərazisinə birləĢdirmək
istəyir. Halbuki Qarabağ ulu tarixin heç bir dönəmində erməni torpağı olmamıĢdır.
Bunun üçün tarixin yaddaĢını oyatmaq kifayət edər: rus tarixçisi N.Dubrovinin
məlumatına görə 1795-97-ci illərdə Qarabağda 60 min ailə mövcud olmuĢdursa,
1913-cü ildə vur-tut 3080 ailə qalmıĢdı. Bu ərazilərin çar Rusiyasının və Ġranın
iĢğalçılıq müharibələrinin savaĢ meydanına çevrilməsi nəticəsində əhali 20 dəfə
azalmıĢ, Qarabağ xarabazarlığa çevrilmiĢdi. Bu isə ermənilərin Qarabağa
köçürülməsinə tam hazırlıq demək idi; Qarabağın mərkəzi Ģəhəri ġuĢada rus kilsəsi
XIX əsrin birinci yarısında tikildiyi halda, erməni kilsəsi XIX əsrin ikinci yarısında
inĢa edilmiĢdir; ġuĢa Ģəhərində erməni məhəlləsi 1830-cu ildə, Azərbaycanın
Rusiya tərəfindən iĢğalının tam baĢa çatdırılmasından sonra salınmıĢdı.
Bu gün Qarabağ ermənilərinin mərkəzi Ģəhəri sayılan Xankəndinə ilk
erməni ailəsi nökər qismində gəlmiĢdir. Çoxsaylı ailələr isə 1923-cü ildə, Lenin
milli siyasətinin ziddinə olaraq Azərbaycan ərazisində ikinci bir süni erməni
qurumu yaradıldıqdan sonra köçürülmüĢdür.
Tarixi ədalətsizliklər, xüsusilə əhalinin milli tərkibinin süni surətdə
azaldılıb-artırılması sovet dönəmində antitürk siyasəti zəminində daha eybəcər
Ģəkildə davam etdirilmiĢdi. Belə ki, 1920-ci ildə 50 min əhalisi olan ġuĢada 1988-
ci ildə cəmi 13 min əhali qeydə alınmıĢdır. 1920-ci ildə cəmi 1500 nəfərin yaĢadığı
Xankəndi isə bu illər ərzində əksəriyyətini ermənilər təĢkil edən 50 minlik əhalisi
olan bir Ģəhərə çevrilmiĢdi.
310
Bu gün ġuĢanı riyakarcasına erməni mədəniyyət mərkəzi və ya erməni
Ģəhəri adlandıran erməni-daĢnak faĢistləri fakt olaraq Qarabağda ədəbi-mədəni
hadisəyə səbəb ola bilən bir nəfər belə ġuĢada doğulan erməni yazıçısının,
mədəniyyət və ya elm xadiminin adını çəkməkdə acizdilər. Azərbaycanlılar isə
ġuĢanı Qafqazın konservatoriyası adlandırırlar. ġuĢa - Ü.Hacıbəyov, S.Ələsgərov,
Ə.Bədəlbəyli, Niyazi, Bülbül, R.Behbudov, Cabbar Qaryağdıoğlu, Xan ġuĢinski
kimi dünya Ģöhrətli bəstəkar və müğənnilərin, M.P.Vaqif, Q.Zakir, M.M.Nəvvab,
X.Natəvan, N.Vəzirov, Ə.Ağayev, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, E.Köçərli
kimi Ģair və dramaturqlarımızın, ədəbiyyat korifeylərimizin Vətəni sayılır. Bütün
bunlar göstərir ki, bu gün Qarabağla bağlı Ermənistanın torpaq iddiasının heç bir
hüquqi əsası yoxdur. Təkzibolunmaz faktları ört-basdır etməklə və gizlətməklə
saxta tarix yazanların ünvanına deyiləcək ifĢaedici bir sözüm vardır: Böhtançıda
məntiq olmaz. Onun silahı ancaq zor ola bilər!
Bu gün mən ötən iki əsrin keĢməkeĢində bu zora məruz qalan Azərbaycan
xalqının dözülməz və dəhĢətli həyat tərzi keçirən bir milyon qaçqının adından
çoxmilyonlu rus xalqına müraciət etmək, sadəliyinə və səmimiyyətinə həmiĢə qibtə
etdiyim rus xalqının diqqətini Domokl qılıncı kimi baĢımızın üstündən asılmıĢ
Qarabağ münaqiĢəsinə cəlb etmək qərarına gəldim.
Bu gün biz tariximizin ən məsul, ağır, çətin və sınaqlı bir dövrünü yaĢayırıq.
Təcavüzkar, separatizmi və beynəlxalq terroru dəstəkləyən Ermənistan dövləti
tərəfindən məcburən qanlı müharibəyə cəlb olunmuĢuq. Ağlı baĢında olan hər kəs
dərk edir ki, burada söhbət 60-70 minlik Qarabağ ermənisinin müstəqil dövlət
qurmasından, öz müqəddəratını təyin etmək hüququnun müdafiə edilməsindən
deyil, erməni diasporunun at oynatdığı super dövlətlərin siyasi möhtəkirliklə
Azərbaycan xalqına qarĢı yönəldilmiĢ siyasi düĢmənçilik pərdəsi altında Dağlıq
Qarabağ torpaqlarının və onu anklavdan qurtaran Laçın və ġuĢa rayonları
ərazilərinin Ermənistan Respublikasına ilhaq edilməsindən gedir. Söhbət bu
ərazilərlə heç bir əlaqəsi olmayan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və
Qubadlı bölgələrini iĢğal altında saxlamaqla Azərbaycan Respublikasına edilən
ədalətsiz, məkrli və hiyləgər, qərəzli təzyiqdən gedir. Heç kimə sirr deyildir ki, bu
gün Ermənistanın dövlət rəhbərləri, prezident R.Köçəryan baĢda olmaqla müdafiə
və hüquq mühafizə orqanlarının baĢçıları 1988-1994-cü illərdə Dağlıq Qarabağda
separatizmə və beynəlxalq terrorçuluğa rəhbərlik etmiĢlər. DaĢnak faĢist
ideologiyasının fəal təbliğatçıları, aparıcı və daĢıyıcı, iĢtirakçı və pozucu
nümayəndələri olmuĢlar. Elə buna görə də onlar beynəlxalq hüquq normalarına
hörmət etmir, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur, münaqiĢənin
dinc yolla, ədalətli həllinə hər vasitəylə maneçilik törədirlər. Bütün hərəkət və
davranıĢlarıyla sülh danıĢıqlarının uzadılması prinsipində maraqlı olduqlarını
nümayiĢ etdirirlər. Riyakar danıĢıqlarıyla, özlərinə xas hiyləgərliklə bütün dünyanı
aldada biləcəklərini güman edirlər. Onlar dərk etmək istəmirlər ki, qonĢuya
düĢmənçilik etməklə özlərinə səadət sarayı ucaldanlar heç zaman xoĢbəxtliyə
311
qovuĢmamıĢ, qızıl teĢtə qan qusmalı olmuĢlar. QonĢuya düĢmənçilik edənlər,
qonĢunun düĢmənini özünə həmməslək və müttəfiq seçənlər həmiĢə satqın və
xəyanətkar adıyla damğalanmıĢlar.
Lakin məni bu sətirləri yazmağa vadar edən baĢlıca məsələ bir sıra suallara
cavab axtarmaq, dialoqa girmək üçün müraciətimi rus xalqının mühakiməsinə
vermək istəyimdir: Görəsən, tarixi keçmiĢin ibrət dərslərindən nəticə çıxarmayan
RF rəhbərlərinin daĢnak faĢizmini dəstəkləməkdə, tarixin təkərini geri fırlatmaq
təĢəbbüsündən əl çəkməməkdə məqsədləri nədir?! Nə üçün RF Dağlıq Qarabağ
probleminin həllində ümumdövlət prinsipi kimi sərsəm bir ideyanı ortaya atmaq və
müdafiə etməklə Azərbaycan Respublikasının müstəqilliyinə və unitar
dövlətçiliyinə düĢməncəsinə sarsıdıcı zərbə vurmaq istəyir?! Nə üçün böyük rus
xalqı onun adına ləkə gətirən, özlərini qaniçən və qatil tərəfdarları kimi göstərən
parabeyin Jirinovski, daĢnaklar tərəfindən satın alınmıĢ Mitrafonov, Starovoytova
və s. kimi yaramazların DD-na üzv seçilmələrinə imza atır?! Nə üçün özünü bizə
dost kimi tanıdan rus siyasətçiləri, biznesmenləri, imkanlı iĢ adamları, bir
sözlə, rus ictimaiyyətinin nümayəndələri tərəqqipərvər dünyadan fərqli olaraq
Azərbaycan xalqının düĢdüyü bəlaya biganəlik və diqqətsizlik göstərir?! Nə üçün
keçən əsrdə çar və Sovet Rusiyasının havadarlığı və himayəsi altında erməni-
daĢnak
faĢizmi
tərəfindən
azərbaycanlıların
zaman-zaman
tarixi-etnik
torpaqlarından qovulması, deportasiya edilməsi və soyqırıma məruz qalması çar və
Sovet Rusiyasının varisi kimi çıxıĢ edən RF tərəfindən etiraf olunmur və
pislənmir?! Nə üçün sovet ordusu daĢnak fitvasına uyaraq Böyük Vətən
müharibəsində rus xalqının alman faĢizminin qanlı caynağından qurtulmasında
müstəsna rol oynamıĢ, gecə-gündüz çalıĢaraq hərbi texnikanı və iqtisadiyyatın
bütün sahələrini yanacaqla təmin etmiĢ, dünyanın ən beynəlmiləl Ģəhəri kimi
ad çıxarmıĢ Bakını 1990-cı il 20 Yanvar gecəsində al-qana boyadı?! Nə üçün
Dağlıq Qarabağda 60-70 minlik erməni əhalisi üçün müstəqil, Azərbaycan
torpağında ikinci bir erməni dövləti yaratmaq siyasətini dəstəkləyən RF dərk etmək
istəmir ki, Rusiya ərazisində tarixi-etnik torpaqlarında toplum halında yaĢayan,
sayları 10 milyonları aĢan türksoylu tatar, baĢqırd, çuvaĢ, habelə türk mənĢəli Sibir
və Qafqaz xalqlarının, xüsusi ilə milli-azadlıq mücadiləsində RF ilə ölüm-dirim
mübarizəsinə qalxmıĢ çeçen xalqının müstəqil dövlət qurmağa daha çox milli-
mənəvi hüquqları, insanlıq haqları vardır?!..
Tarixi həqiqətlər günü-gündən öz parlaqlığını artırır, əlahəzrət zaman öz
hökmünü verir və verəcəkdir. RF-nın gec-tez erməni hiyləsinin qurbanına
çevriləcəyi tarix çox da uzaqda deyildir. Bunu bizə ədalətsiz, hər addımda baĢqa
xalqların haqqını tapdalayan rus-erməni müĢtərək siyasətinin gələcək
perspektivsizliyi, törətdikləri vəhĢiliklərin müqabilində alacaqları tarixi cəza diqtə
edir. Bu siyasətin antitürk mahiyyəti Azərbaycan xalqının taleyi üçün daha məkrli
xarakter daĢıyır. Erməni-rus müĢtərək siyasəti Azərbaycanı təkcə iĢğal etmək,
Azərbaycan xalqını kölə vəziyyətində saxlamaq məqsədi güdmür, həmçinin
312
çoxmilyonlu Azərbaycan xalqının bir hissəsinin yaĢadığı ġimali Azərbaycan
torpaqlarını baĢdan-baĢa mənimsəmək üçün 8 milyonluq aborigen əhalisini
tədricən məhv etmək və ya etnik təmizləmə siyasətinin qurbanlarına çevrimək
məqsədi güdür. Bu gün RF-nın da həmsədr olduğu Minsk qrupunun apardığı
erməni yönümlü danıĢıqlar Azərbaycan hökumətinin DQ-ın müstəqilliyini təmin
edən güzəĢtli addımlar atmasını təhdid edir. Bu isə münaqiĢəyə son qoymaq deyil,
onun daha da dərinləĢməsinə təkan vermək deməkdir. Rüsvayçı sülh müqaviləsinin
imzalanması ilə razılaĢmayan Azərbaycan xalqı, sözsüz ki, son anda çıxıĢ yolunu
silaha əl atmaqda görəcəkdir. Vətənin ayrılmaz tərkib hissəsi olan, ana dilimizin,
musiqimizin, incəsənətimizin, mədəniyyətimizin, bir sözlə, milli varlığımızın
beĢiyi, vuran ürəyi olan müqəddəs Qarabağ torpaqları, Azərbaycanın qeyrət tacı,
azadlıq simvolu sayılan ġuĢa uğrunda ölüm-dirim mübarizəsinə qalxacaqdır. Nə
qədər erməni-daĢnak faĢist ideologiyasının son iĢartısı qalır, əldən yerə qələm
qoymayacağımız, nə qədər ki son erməni yaraqlısı Qarabağ torpağından
çəkilməyib, əldə silah tutacağımız danılmazdır. Xüsusən, biz qaçqınlar Qarabağ
uğrunda qan axıtmağı, Ģərəf və namusla ölməyi, Vətəndə vətənsiz qalmaqdan,
xəcalət və rüsvayçılıq içində yaĢamaqdan üstün tuturuq. Ədalətli sülhün özü də
mübarizədə qazanılır.
Biz ölüm-dirim müharibəsinin astanasındayıq. RF-nın birtərəfli qaydada ER
ilə hərbi ittifaqa girməsi, kollektiv təhlükəsizlik saziĢlərinə imza atması, birgə hərbi
qruplaĢmalar və hava hücumundan vahid müdafiə sistemləri yaratması, Ermənistan
ərazisini əvəzi ödənilməyən, təmənnasız müasir döyüĢ silah və sursatlarıyla
doldurması, barıt çəlləyinə döndərməsi, söz yox ki, rus hərbiçilərinin də bu
mübarizəyə qatılacağını istisna etmir. Bu isə rus gəncliyinin məhv edilməsi, rus
analarının gözü yaĢlı qalması deməkdir.
Ona görə mən çoxmilyonlu rus xalqını, öz həqiqət seçiminə sadiq qalan rus
ziyalılarını, ələlxüsus rus gəncliyini və rus analarını haqqı nahaqqın ayağına
verməməyə, erməni Ģərinə uymamağa, erməni-daĢnak faĢizminin törədə biləcəyi
qanlı faciə və fəlakətlərin qarĢısını almağa, rus gəncliyinin, gələcək nəsillərinizin
AR-nın əbədi və əzəli torpağı olan Qarabağda indən belə günahsız qanlar
axıtmalarına və qan tökmələrinə, erməni Ģərinin, erməni məkr və hiyləsinin havayı
qurbanlarına çevrilməsinə imkan verməməyə çağırıram:
- Siz haqqın tərəfində olun, haqq isə bizimlədir!
Dostları ilə paylaş: |