122. Bakının bir qrup rus əhalisi RSFSR xalq deputatlarının VI qurultayına müraciətində yazırdı: «Arutyunovun (rus qaçqınları ilə iĢ üzrə
komitə) məsuliyyətsiz çıxıĢları rusların Bakıya dəstə ilə qayıtmasının qarĢısını,
əlbəttə, ala bilməyəcək, onlar öz talelərini çoxdan Azərbaycan xalqı ilə bağlayıblar,
onun heç bir çığır-bağırı Bakıda yaĢayan biz ruslarla bizim azərbaycanlı
qardaĢlarımız arasında nifaq sala bilməyəcəkdir»; 123. Leninqraddakı «ElektronmaĢ» EĠB-nin fəhləsi Ġqor Poyarkov 1989-cu ildə SSRĠ Konstitusiya Nəzarəti Komitəsinin sədri S.Alekseyevə ünvanladığı məktubda yazır: «Bu regiondakı (Qarabağdakı - Ə.Ə.) çıxılmaz
vəziyyəti millətçilikdən ağlını itirmiĢ adamlardan çox, SSRĠ hakimiyyət
orqanlarının, o cümlədən Sizin baĢçılıq etdiyiniz komitənin prinsipsizliyi
yaratmıĢdır»; Yenə orada - «Hərgah onlar (ermənilər - Ə.Ə.) üçün müəyyən anda millətin
öz müqəddəratını təyin etmək hüququ dünyadakı bütün baĢqa hüquqlardan üstün
olmuĢdursa, DQMV-dən Ermənistana çıxıb getməklə sərbəst və tam Ģəkildə bu
hüquqdan istifadə edə bilərlər. Bəs onlar bunu niyə etmirlər? Onlar Ermənistana
üstündə yaĢadıqları ərazi ilə birlikdə çıxıb getmək arzusundadılar. Bəs ərazisiz
necə? Ərazisiz onlar getmək istəmirlər! Təəssüf eləyirəm, amma tamamilə aydındır
ki, hər halda bu adamlar üçün onların yaĢadığı ərazi millətin öz müqəddəratını
təyin etməsindən daha vacibdir. Ermənilərin öz müqəddəratını təyin etməsi artıq
olmuĢdur. Bir millət öz müqəddəratını neçə dəfə təyin edə bilər?»;