Elm öyrənmək üçün dünyanın uzaq guşəsinə qədər get



Yüklə 66 Kb.
səhifə1/2
tarix29.12.2016
ölçüsü66 Kb.
#3813
  1   2

Şərq Ədəbiyyatı Fondunun

İnciləri
"Elm öyrənmək üçün dünyanın uzaq

guşəsinə qədər get”

(MəhəmmədPeyğəmbər(ə.s.)
Mədəni insan, kitabı özünün ayrılmaz bir parçası halına gətirən, kitabxananı məbəd qədər müqəddəs qəbul edən, oxuyan, duyan və düşünən insandır. Qısacası mədəniyyət kitabdır, kitabxanadır.

Şərq dünyasında ilk kitabxana təsis etmək təşəbbüsünü irəli sürən və həyata keçirən şəxs, ömrünü tibb və kimya elminə həsr etmiş Əməvi Şahzadəsi Xalid bin Yezid bin Müaviyyə(M.ö. 690) olmuşdur.

Uzun illər damla-damla toplanmış ən qiymətli milli sərvətimizin bir hissəsi olan AMEA MEK-in Şərq Ədəbiyyatı fondunun mövcudluğu sayəsində tarix, coğrafiya, fəlsəfə, məntiq, dil və ədəbiyyat, ilahiyyat, Şərqşünaslıq, astronomiya, iqtisadiyyat, tibb, fizika, riyaziyyat, və s. elm sahələrinə aid yazılan yüzlərlə sanballı tədqiqat əsərləri Şərq Fondunun kitab xəzinəsinə daxil olmuşdur.

Şərq Ədəbiyyatı Fondu şərqşünas alimlər, mütəxəssislər üçün qiymətli və əvəzsiz məxəzlərdən biri və nadir kitabların sayına görə MEK-in ən diqqətəlayiq fondlarından biridir.

Burada Şərqə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövrü mətbuat nüsxələri, 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın Arxiv fondu və 64 adda dövrü mətbuat nüsxələri, fotosurətlər və mikrofilmlər mühafizə olunur. Şərq Ədəbiyyatı Fondunda, həmçinin, Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanmışdır.

Burada Nizamişünaslığın banilərindən biri, İran və Dəməşq Ərəb EA-nın müxbir üzvü Y.E.Bertelsin (4312 nüsxə:2366 nüsxə Şərq və Avropa, 1946 nüsxə Rus və b. dillərdə), islam və ərəb ölkələrinin orta əsrlər üzrə mütəxəssisi Y.A.Belyayevin (229 nüsxə: 220 nüsxə Ərəb, 9 nüsxə Fars dillərində), Şərqşünas alim B.N.Zaxoderin (2056 nüsxə), diplomat Zahid Hüseynzadənin (524 nüsxə), tanınmış macar türkoloqu akad. G.Hazainin (1743 nüsxə: 1273 nüsxəsi Türk dilində, 470 nüsxəsi Qərbi Avropa dillərində) şəxsi kitab kolleksiyaları qorunub mühafizə edilir.

İnqilaba qədər və inqilabdan sonrakı ilk dövrlərdə Azərbaycanda nəşr olunmuş kitab və dövrü mətbuatı özündə cəmləşdirən Arxiv fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir. Arxiv fondu Azərbaycanın ictimai fikir tarixinin öyrənilməsində böyük rol oynayır. Bu fond nəinki Azərbaycan xalqının, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb edir.


Yüklə 66 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin