Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Ailədə tərbiyə işinin psixopedaqoji əsasları



Yüklə 0,8 Mb.
səhifə22/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailədə tərbiyə işinin psixopedaqoji əsasları

Ailə tərbiyəsi cəmiyyətdə özünü göstərən mürəkkəb, sosial - psixoloji və pedaqoji hadİsələrdən biridir. Şəxsiyyətin tərbiyəsinə və bu prosesin nəticələrinə ailədaxili münasibətlərlə şərtlənən ailə həyat tərzİnin mühüm təsiri vardır. Ailədaxİli münasibətlərin müsbət və ya mənfi xarakteri tərbiyə prosesİnə fərqli təsir göstərən psixisosial amillərdən biridir. Ailə tərbiyəsi mürəkkəb və çoxşaxəli sistemdİr. Bu sistemə təsir göstərən amillər sırasmda irsiyyət, uşaq- ların anatomik -fizioloji sağlamhğı, maddi-iqtisadi təminat, ailənin sosial vəziyyəti , həyat tərzi, ailə üzvlərinin sayı, yaşayış yeri, uşağa miinasibət və s. başlıca yer tutur. Aiiə tərbiyəsi qarşısında duran başlıca psixopedaqoji vəzifələr bunlardır:

  1. Uşağın yetkinləşməsi və inkişafı üçün mümkün olan bütün şəraitin yaradılması;

  2. Ailədaxili ənənələrin qorunub saxlanılması və uşaqların tərbiyəsində bu amilin tərbiyəedici imkanlarının reallaşdırılması;

  3. Müsbət vərdiş və , bacarıqların uşaqlara aşılanması və bu zəmində özünəxidmətə və baçşqalarına kömək etmək meylinin formalaşdırılması;

  4. Şəxsi ləyaqət hissinin tərbiyə olunması.

Ailə tərbiyəsi işində sınaqdan çıxmış bir çox ümumi prin- siplər mövcuddur. Həmin prinsiplərə ilk növbədə bunları aid etmək olar: inkişaf etməkdə olan uşağa humanist və qayğılı münasibət; ailədaxili münasibətlərin optimallığınm təmin edilməsi; uşağın ai- lənin daxili həyat və fəaliyyətinə cəlb edilməsi. ailədə açıq və inama əsaslanan münasibətlərin yaradılması; valideynlərin uşağa qarşı yönələn tələblərinin vahidliyi və davamlığı; uşağa mümükün olan hər bir yardımın göstərilməsi. Qeyd edilən prinsiplərlə yanaşı ailə tərbiyəsində müəyyən qaydalara da əməl edilməlidir: fiziki cəzanın yolverilməzliyi; nəsihətçilikdən imtina; uşağa qarşı dərhal tabe olmaq tələbinin irəli sürülməsi; uşağın yerli-yersiz hər cür tələb və arzusunun dərhal yerinə yetirilməsi və s.

Klassik və müasir pedaqoji psixologiyada ailə tərbiyəsi ilə bağlı bir sıra yanaşmalar mövcuddur. Bu yanaşmalar ailə tərbiyəsi modellərinin psixopedaqoji mahiyyətini əks etdirir. Ailə tərbiyəsi sahəsində diqqət çəkən tərbiyə modellərindən biri Adler modeli adlamr. Avstriya psixoloqu A.Adlerin(1870-1937) ailə tərbiyəsi konsepsiyası valideynlərin davramşınm şüurlu və məqsədyönlü su- rətdə dəyişdirilməsi ideyasına əsaslanır. Alfred Adlerin nəzəriyyəsi- nə görə, ailədə mövcud olan psixoloji iqlim, ümumi yönəlişlik, ailə- daxili dəyərlər və qarşılıqlı münasibətlər, uşaq şəxsiyyətinin inkişa- fının və tərbiyəsinin mühüm amilləridir. O, qeyd edirdi ki, valideyn- lər tərbiyə işində bərabərlik, əməkdaşlıq və təbii nəticələri əsas prin- siplər kimi qəbul etməlidirlər. Ailə tərbiyəsində hökmranlıqdan im- tina və uşağın təlabatlarım nəzərə almaq diqqət mərkəzində olmalı- dır. Valideynlər hər bir uşaq şəxsiyyətinin təkrarolunmazlığı, fər- diyətliliyi və toxunulmazlığı ilə hesablaşmağa alışmalıdırlar. Ailə psixologiyasında ailə tərbiyəsinin modellərindən biri amerikan psi- xoloqu B.F.Skinner (1904-1990) tərəfındən irəli sürülmüşdür. Ailə tərbiyəsinin təlim-nəzəri modeli adlanan bu model biheviorizmin ümumi nəzəriyyəsinə əsaslamr. Bu nəzəriyyəyə görə, valideynlərin və onların uşaqlarımn davranışım yenidən öyrətmə və öyrətmə me- todu əsasmda dəyişdirmək mümkündür. Təlim-nəzəri modeldə uşaqların davranışının formalaşdırılmasının vasitələri sırasında müsbət möhkəmləndirmə rəğbətləndirmə yolu ilə, mənfı möhkəm- ləndirmə isə cəza yolu ilə həyata keçirilməməlidir. Valideynlər sosi- al öyrətmə nəzəriyyəsinin prinsiplərini praktik olaraq tətbiq etməklə ailə mühitində uşaqlarm davramşınm dəyişilməsinə nail ola bilərlər. Ailə tərbiyəsi modellərindən biri də amerikan psixoloqu K,- R.Rocersin (1902-1987) irəli sürdüyü hissi kommunikasiya modeli adlanır. Şəxsiyyətin fenomenoloji nəzəriyyəsinə əsaslanan bu modeldə şəxsiyyətin özünüifadəsi üçün əlverişli şəraitin yaradılması bir tələb kimi irəli sürülür. Ailə tərbiyəsinin hissi kommunikasiya modeli ailədaxili ünsiyyətin qarşılıqlı, səmimi və azad olmasımn təmin olunmasında ifadə olunur. Bu modelə yiyələnən hər bir valideyn 3 mühüm bacarığa sahib olmalıdır: 1) aktiv dinləmək; 2) uşağın başa düşəcəyi şəxsi hisslərin ifadəsi; 3) ailədaxili müna- sibətlərdə “hər iki tərəf haqlıdır” prinsipinin praktik olaraq tətbiqi.

Ailə tərbiyəsinin modellərindən biri kimi qrup terapiyası modelinin mahiyyəti uşağın təlabatlarından asılı olaraq valideyn- lərin öz mövqelərini dəyişdirərək yenidən qurmalarında əks olunur. Bu modelə görə, valideynlərin tərbiyəsi qrup şəraitində aparılan məsləhətlər, terapiyalar və təlimatlar vasitəsilə həyata keçirilir. Qrup terapiyası modelinin əsas məqsədi valideynlərin şəxsiyyətinin strukturunda müsbət dəyişikliklərin təmin edilməsinə nail olmaqdır. Valideynlərin maarifləndirilməsi və gənclərin ailə həyatına hazırlanması modeli rus pedaqoqu İ.V.Qrebennikov tərəfındən irəli sürülmüşdür. Bu modeldə valideynlərin pedaqoji maarifləndiril- məsinin metodiki proqramı işlənmiş və belə bir mövqe əsaslandırıl- mışdır ki, ailə tərbiyəsində və ailədaxili münasibətlərdə baş verən çətinliklərin əsasmda- valideynlərin pedaqoji-psixoloji məlumatsız- lığı durur.

Cəmiyyətə münasibət baxımından ailənin başlıca funksiyaların- dan biri tərbiyə funksiyasıdır. Ailənin tərbiyəedici fiınksiyası yeni nəsillərə biliklərin, bacanq və vərdişlərin, norma və dəyərlərin, mənəvi sərvətlərin, ictimai tarixi təcrübənin ötürülməsini nəzərdə tutur. Psixoloji araşdırmalan ilə məşhur olan Penelopa Liç yazır: “Uşaqlan tərbiyə etmək, böyükmək ən dəyərli, ən yaradıcı əmək növlərindən biridir. Siz yeni şəxsiyyət yaradırsımz, uşağa elə insan olmaqda kömək edirsiniz ki, bu sizin görmək iztədiyinizdir”. [73,s.8]

Görkəmli pedaqoq V.A.Suxomlinskiyə görə isə uşağın normal psixi inkişafı, şəxsiyyətinin formalaşması əhəmiyyətli dərəcədə ailə tərbiyəsi üslubundan asılıdır. Bunun psixoloji əsasları ilə bağlı təd- qiqatçı yazır: “Uşağın qəlbini ədalətsizliyin doğurduğu emosional gönüqalınlıqdan daha çox eybəcərləşdirən başqa bir şey təsəwür etmək çətindir. Uşaq özünə etinasız münasibəti hiss edərək, xeyirə və şərə həssaslığı itirir. Onun qəlbində şübhə, insanlara inamsızlıq yurd salır, bu isə qəzəbliliyin ən başlıca mənbəyidir”. [43,s.l94] Psixoloqlar belə hesab edirlər ki, uşağın şəxsiyyətinin inkişafında valideynlərin uşağa münasibəti və nəzarətin xarakteri ən mühüm amillər kimi nəzərdən keçirilə bilər. Bu baxımdan valideynlər üç əsas qrupa ayrılır: demokratik, avtoritar və liberal valideynlər.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin