Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

 

Müasir dövrdə elmin böyük rolunu hamı etiraf 

edir. Hər bir insan öz şəxsi həyatında elmin bu və ya 

digər  nəticələrindən  istifadə  edir  və  elmiləşmiş  tex-

nogen  mühitsiz  insanı  təsəvvür  etmək  mümkün 

deyil. Lakin bununla belə, insanların böyük əksəriy-

yəti bilavasitə elmdən uzaqdırlar və hətta elmə qarşı 

tam  bir  etinasızlıq  şəraitində  yaşayırlar.  Bu  mühit 

artıq  bizimdir.  Yeni  nəsil  bu  mühiti  hazır  şəkildə 

mənimsəyir  və  onun  üçün  o,  bir  növ  təbii  mühitdir. 

Ancaq tarixi aspektdə  yanaşdıqda, həyata retrospek-

tiv  münasibət  zamanı  aydın  olur  ki,  vaxtilə  nə  tele-

vizor,  nə  telefon,  nə  avtomobil  olub.  İnsanlar  hətta 

ən böyük məsafələri də ayaqla və  ya ən  yaxşı halda 

at  və  dəvə  ilə  qət  ediblər.  Bircə  gün  elektrik  olma-

yanda,  insan  həyatı  öz  normal  ritmindən  çıxır  və 

dözülməz hala gəlir. Amma biz heç düşünmürük də 

ki,  bu  “norma”  ancaq  son  əsrlərdə  formalaşıb.  Ona 

qədər  isə  neçə  minilliklər  ərzində  həyatın  başqa 

normativləri mövcud olub.  



Elmşünaslığa giriş 

 

120



Bəli,  elmin  nəticələri  həyatımıza  o  dərəcədə 

üzvi  surətdə  daxil  olub  ki,  biz  onlardan  istifadə 

edərkən nə onların əsasında duran elmi ideyaları, nə 

də bu kəşflərin müəllifi olan elm adamlarını xatırla-

yırıq.  Yəni  əslində  elm  harada  isə  arxa  plandadır. 

Görüb qurtardığı işləri insanların ixtiyarına buraxıb, 

indi  yeni işlərlə məşğuldur. Cəmiyyət bu  yeni işlər-

dən  xəbərsizdir;  bu  yeni  işlər  ancaq  kiçik  bir  qisim 

insanların  –  elm  adamlarının  maraq  dairəsindədir. 

Yəqin bir vaxt gələcək, bugünkü elmin nəticələri də 

ictimai həyatda realizasiya olunaraq elm çevrəsindən 

kənara çıxacaq və ictimai-təbii mühitin, ikinci təbiə-



tin  ayrılmaz  tərkib  hissəsinə  çevriləcəkdir.  Və  onda 

bu “yeni işlər” də köhnələcək, elmin ön cəbhəsindən 

uzaqlaşaraq  özünün  elmdən  kənar  həyatını  yaşaya-

caqdır.  Yəni  texnikada,  texnologiyada,  istehsalatda 

və  ya  hər  hansı  bir  xidmət  sahəsində  realizasiya 

olunacaq, özgələşmiş hala düşəcəkdir. Yaxud poten-

sial  imkan  kimi,  sadəcə  elmin  hələ  tətbiq  olunma-

mış,  reallaşmamış  məhsulu  –  elmi  bilik  kimi  saxla-

nılacaqdır.  

Necə ki, bulaq qaynayır və getdikcə artan sular 

axıb dağ çaylarına çevrilir, həm təsərrüfatda istifadə 

olunur,  həm  də  axıb  hansı  isə  bir  göldə  və  ya  də-

nizdə  qərar  tapır,  eləcə  də  elmi  yaradıcılıq  prosesi 

çağlayan  bulağa  bənzədilsə,  alınan  biliklər  qismən 

istehsalatda,  təsərrüfatda  tətbiq  olunur  və  bununla 

yanaşı  elmi  biliklər  sisteminə,  bilik  anbarına  qatı-



Elm anlayışı  

 

 



121

laraq  gələcək  tətbiqlərini  gözləyir.  K.Popper  belə 

obyektivləşmiş  biliklər  sistemini  “badya”  və  ya 

“üçüncü  dünya”  adlandırır.  Daha  ümumi  şəkildə el-

mi  biliyin  saxlanma  formalarından  söhbət  gedir. 

Amma sual olunur ki, hansı model bunları elm siste-

minə daxil etməyə imkan verir? Belə ki, elm dedikdə 

ancaq  elmi  yaradıcılıq  və  yeni  elmi  biliklərin  alın-

ması  prosesini  nəzərdə  tutsaq,  elmin  nəticələri,  ob-

yektivləşmiş elmi biliklər və onların tətbiqi, realiza-

siyası  və  s.  bu  kimi  məsələlər  elmə  daxil  olmaya-

caqdır.  

Elmin hansı miqyasda öyrənilməsi “elm” anla-

yışının hansı mənada götürülməsindən, elm sistemi-

nə  hansı  struktur  səviyyəsinin  daxil  edilməsindən 

asılıdır.  Belə  ki,  əgər  ancaq  müstəqim  mənada  elm-

dən,  yəni  elmi  yaradıcılıq  prosesindən,  yeni  elmi 

biliklərin əldə edilməsindən, elmi kəşflərdən danışı-

rıqsa, onda elmin həm məntiqi-epistemoloji, həm də 

sosial sistem kimi həcmi minimal olacaqdır. Burada 

ancaq yaradıcı elm adamlarının, elmi yeni ideyalarla 

zənginləşdirən  alimlərin  fəaliyyəti  əhatə  olunacaq-

dır.  Lakin  ilkin  elmi  biliklər  bazası  olmasa,  elmi 

kadrların  yetişdirilməsi  prosesi,  yəni  elmə  yönəli 

təhsil olmasa, cəmiyyətin elmə sosial sifarişi, elm ilə 

istehsal  arasında  körpü  olmasa,  yüksək  dərəcədə 

təchiz edilmiş laboratoriyalar və zəngin kitabxanalar 

olmasa  heç  bir  yaradıcı  alim  tədqiqatla  məşğul  ola 

bilməz,  yeni  elmi  kəşflər  baş  verməz.  Deməli,  elm 


Elmşünaslığa giriş 

 

122



sisteminin  həcmi  ilk  baxışda  göründüyündən  daha 

genişdir, təkcə yerdən qaynayan bulaq yox, bu suyun 

yığılıb artması və çaylardan, dənizlərdən buxarlana-

raq  buludlarda  toplanması  və  daha  sonra  yağaraq 

torpağı  islatması  bütöv  bir  dövri  proses  kimi  baş 

tutmasa,  bulaq  da  daha  yerin  təkindən  qaynaya  bil-

məz.  Əlbəttə,  elmin  dövri  proses  kimi  nəzərdən  ke-

çirilməsinin  suyun  dövranı  ilə  müqayisəsini  davam 

etdirsək,  belə  bir  məqam  da  diqqəti  cəlb  edir  ki, 

yağış  bilavasitə  bulağa,  çaya  və  dənizə  də  tökülür, 

amma  bunlar  su  dövranının  üzdə  görünən  qatıdır. 

Yağış  suyu  ilə  bulaq  suyu  eyni  deyil  və  onun  hasil 

olması  üçün  su  ancaq  yerin  dibindən  süzülərək  və 

minerallarla  zənginləşərək  qayıtmalıdır.  Məlum  bi-

liklərin  mənimsənilməsi  üçün  də  nisbətən  məhdud 

bir dövri sistem yetərlidir. Yəni biliklər hansı forma-

da və səviyyədə mənimsənilirsə, həmin forma və sə-

viyyədə də başqalarına ötürülür.  

Yeni  biliklər  əvvəlkiləri  sadəcə  mənimsəmək, 

sistemləşdirmək  və  yenidən  qablaşdırmaq  hesabına 

əmələ  gələ  bilməz.  Nə  isə  yeni  bir  ideyanın,  qanu-

nun,  təlimin  yaranması  üçün  onun  insan  daxili  alə-

minin  dərin  qatlarından  keçərək  yeni  məzmun  və 

mahiyyətdə  üzə  çıxması  tələb  olunur.  Burada  yenə 

də  dövri  prosesin  iki  müxtəlif  qatından  danışmaq 

mümkündür.  Biri  –  problemin  insanın  intellektual 

dünyasından  keçərək  işıqlanması,  o  biri  –  kosmik 

düşüncə sisteminə qatılaraq işıqlanmasıdır. Daha bö-



Elm anlayışı  

 

 



123

yük bir dövri prosesin iştirakçısına çevrilmək və bu-

nun  sayəsində  problemə  kosmik  zəkanın  işığında 

baxmaq, məlum biliklərin məntiqi təhlili və ümumi-

ləşdirməsi  ilə  deyil,  ilham  və  vəcd  məqamlarında 

bilavasitə  mənimsəmə  yolu  ilə  yeni  biliklər  qazan-

maq. Bu zaman dövri prosesin dərinlik dərəcəsi qey-

ri-müəyyən  olur,  çünki  rasional  idrakın  hüdudların-

dan kənara çıxır.  

İndiyəqədərki  elmşünaslıq  elmi  məhz  rasional 

idrak hüdudlarında araşdırmış və müvafiq dövri pro-

sesin  sosial  strukturunu  təhlil  etmişdir.  Lakin  istər 

təhsil  sistemi  ilə,  istərsə  də  sənaye  və  ya  xidmət 

sahələri  ilə  ortaq  sahələrin  məhz  hansı  sistemə  aid 

olması məsələsi açıq qalmışdır.   

Elmin  müstəqil  bir  sahə  kimi  institutlaşması, 

yoxsa  təhsil  sisteminin  və  ya  istehsal  sahəsinin 

strukturunda  yer  alması  onun  daxili  məzmununa  tə-

sir etməsə də, tədqiqatların yönünə və xarakterinə tə-

sir  göstərir.  Fundamental,  yoxsa  tətbiqi  elmlərə  üs-

tünlük  verilməsi  müvafiq  sosial  struktur  və  təşkilati 

birlik  formaları  tələb  edir.  Universitetlərin  nəzdində 

əsasən fundamental elmlərə üstünlük verildiyi halda, 

biznes strukturlarının, istehsal müəssisələrinin struk-

turunda  tətbiqi  elmlər  üstünlük  təşkil  edir.  Başqa 

sözlə  desək,  elmin  məzmunu  ilə  onun  təşkilati  for-

ması arasında bir uyğunluq olur. Ona görə də, elmin 

daha  optimal  təşkili  üçün  əvvəlcə  onun  təkcə  epis-



Elmşünaslığa giriş 

 

124



temoloji  müstəvidə  deyil,  həm  də  sosial  müstəvidə 

öyrənilməsi lazımdır.  

Elm anlayışının tədqiqi,  elmin bir sistem kimi 

nəzərdən  keçirilməsi,  onun  inkişaf  qanunauyğunlu-

ğunun  öyrənilməsi  son  dövrlərdə  xüsusi  aktuallıq 

kəsb etmişdir ki, bu da elmin sosial və iqtisadi rolu-

nun  müqayisə  olunmaz  dərəcədə  artması  ilə  əlaqə-

dardır. Təbii ki, bu sahədəki tədqiqat elə ilk mərhə-

lədən  sistemli  xarakter  daşıya  bilməzdi  və  buna  eh-

tiyac  da  olmamışdı.  Bu  sahənin  tədqiqinə  hər  dəfə 

elmin  və  elmi  inkişafın  bu  və  ya  digər  cəhətini  öy-

rənmək zərurəti yaranarkən, qarşıya çıxan cari tələb-

lərin xüsusiyyətlərinə spesifikasiyasına uyğun olaraq 

müraciət  edilmişdir.  Buna  görə  də  müxtəlif  aspekt-

lərdəki  tədqiqatlar  genetik  əlaqə  ilə  birləşməmişdir 

və xeyli dərəcədə rabitəsiz xarakter daşıyır. Bununla 

belə,  hələ  yeganə  bütöv  tədqiqat  şəbəkəsi  formalaş-

masa  da,  bu  sahədəki  mövcud  elmi  işləri  bir  neçə 

başlıca  tədqiqat  istiqamətində  qruplaşdırmaq  olar; 

elmin  tarixi,  metodoloji,  sosioloji,  iqtisadi,  qno-

seoloji  və  s.  aspektlərdəki  tədqiqi,  həmçinin  onun 

planlaşdırılması  və  proqnozu  probleminin  öyrənil-

məsi  –  hər  biri  ayrılıqda  nisbi  müstəqil  tədqiqat  sa-

həsi  kimi  götürülə  bilər.  Bu  sahələrdən  hər  birinin 

inkişafı  da  nisbi  qapalı  çərçivə  daxilində  həyata  ke-

çir  və  digər  aspektlərdəki  tədqiqatlarla  yalnız  zahiri 

tellərlə bağlana bilər. Əslində isə bütöv sistem təşkil 

edən  elmin  və  elmi  inkişaf  prosesinin  müxtəlif  as-



Elm anlayışı  

 

 



125

pektlərdəki  tədqiqi  də  bütöv  və  sistemli  xarakter 

daşımalıdır.  Zira  ayrı-ayrı  diferensial  tədqiqatların 

istiqamətləndirilə  bilməsi  üçün  tədqiqat  predmeti 

haqqında  vaxtaşırı  da  olsa  bütöv  təsəvvür  əldə  edil-

məsi vacibdir. 

Məhz  buna  görədir  ki,  son  vaxtlarda  elmin 

müxtəlif  aspektlərdə  öyrənilməsindən  alınan  nəticə-

ləri vahid tədqiqat sahəsində – «elmşünaslıq» (yaxud 

«elm haqqında elm»)  adı altında birləşdirməyə  çalı-

şırlar.  

Elmşünaslıqda daxili tamlıq əldə edilməsi üçün 

əsas şərt metodoloji əsasların hazırlanması və başlı-

ca  fəlsəfi  problemlərin  həllidir.  Çünki  elə  konkret 

məsələlər  vardır  ki,  ümumi  fəlsəfi  təsəvvür  əldə  et-

mədən  onların  həlli  qeyri-mümkündür.  V.A.Dmitri-

yenko məhz belə hallardan birini nəzərə alaraq yazır: 

«Elmin tabe olduğu qanunauyğunluqları aydınlaşdır-

madan  onun  idarə  olunması  problemini  həll  etmək 

ağlasığmazdır»; ona görə də, nə qədər ki, elmin inki-

şaf  qanunları  dəqiqləşdirilməyib,  onun  idarə  olun-

ması  və  planlaşdırılması  da  tamamlanmamış  qala-

caq».

1

 



Müasir  dövrdə  elmin  mahiyyətini  və  inkişaf 

qanunauyğunluğunu  müəyyənləşdirmək  zərurəti  bü-

tün  aydınlığı  ilə  hiss  olunsa  da,  problem  öz  ümumi 

                                                 

1

 В.А.Дмитриенко. Об общих закономерностях развития 



науки. «Учение записи Томского госуниверситета. Пробле-

мы методологии и логики наук». Томск, 1969, с.5. 



Elmşünaslığa giriş 

 

126



həllini  hələ  də  tapmamışdır.  Bununla  belə,  elmin 

müxtəlif  konkret  cəhətlərinin  müəyyənləşdirilməsi, 

onun  inkişaf  xüsusiyyətlərini  əks  etdirən  çoxlu  mə-

lumatlar toplanması qısa dövrdə böyük nailiyyətdir. 

Tədqiqat  işlərinin  bir  hissəsi  (zahirən  fəlsəfi 

aspekt) bilavasitə elmin mahiyyətinin öyrənilməsinə 

yönəldilmişdir.  Lakin  bu  tədqiqatlar  elmin  müxtəlif 

aspektlərdə  öyrənilməsindən  alınan  nəticələrə  əsas-

lanmaq,  onları  ümumiləşdirmək  əvəzinə,  bir-biri  ilə 

əlaqəsiz olan aspektlərdən yalnız birinə çevrilmişdir. 

Bu cür vəziyyət fəlsəfə ilə digər konkret elmi sahələr 

arasındakı  məlum  münasibətə  qətiyyən  uyğun  gəl-

mir. 

 Burada  əsas  tədqiqat  prinsipi  elmin  müəyyən 



bir  xüsusiyyətlərini  ön  plana  çəkmək  və  onun  digər 

sistemlərlə  əlaqəsini  bu  baxımdan  izah  etməyə  ça-

lışmaqdır.  Lakin  aşağıda  göstərəcəyimiz  kimi,  elm 

qeyri-bircins  fenomenoloji  sistem  olduğundan  onun 

mahiyyəti  təsadüfi  seçilmiş  hər  hansı  xüsusiyyətə 

görə  –  bu  xüsusiyyət  nə  qədər  əsas  olursa  olsun  – 

müəyyənləşdirilə bilməz. 

Sərlövhəsinə görə elmin metodoloji prinsipləri-

nə həsr olunmuş əsərlərdə adətən heç də bütövlükdə 

«elm» sistemi yox, onun tərkib elementləri olan təd-

qiqat üsulları və elmi yaradıcılıq xüsusiyyətləri öyrə-

nilir.  Bununla  belə,  metodologiyanın  müxtəlif  elmi 

sahələr  üçün  eyni  xarakter  daşıması  elmin  müvafiq 

cəhətləri  üçün  bəzi  ümumiləşdirmələr  aparmağa  və 



Elm anlayışı  

 

 



127

alınmış  nəticələrdən  elmşünaslıqda  istifadə  etməyə 

geniş  imkan  yaradır.  Lakin  çox  təəssüf  ki,  metodo-

loji tədqiqatların nəticələrindən bütöv elm sisteminə 

xas olan cəhətlərin müəyyənləşdirilməsi üçün olduq-

ca az istifadə edilir. 

Mövcud  tədqiqatlar  içərisində  elmin  metodo-

loji  məsələlərinə  ən  çox  yaxın  olan  sahə  onun  sis-

temli baxımdan tədqiqidir. Bundan başqa, elmin təd-

qiqində tarixilik prinsipinin, həm də tarixi və mənti-

qi  yanaşma  üsullarının  öyrənilməsi  də  metodoloji 

xarakter daşıyır.  

Elmin  sistemli  tədqiqi  hazırkı  tədqiqat  istiqa-

mətləri içərisində nəzəri xarakter daşıması və eklek-

tiklikdən  uzaq  olması  ilə  fərqlənir.  Əgər  bu  sahədə 

elmin  mahiyyətinin  müəyyənləşdirilməsi  üçün  hələ 

ciddi  addımlar  atılmamışdırsa,  bu  yalnız  həmin  sa-

hənin özünün və onun spesifik tətbiq xüsusiyyətləri-

nin kifayət qədər öyrənilməməsi nəticəsidir. 

Sistemli tədqiqat elmin digər aspektlərdəki təd-

qiqində buraxılan metodoloji qüsurları aşkara  çıxar-

maq baxımından rasional meyar rolunu oynayır. Mə-

sələn,  E.M.Mirski  elmin  indiyə  qədərki  təyinlərin-

dən  bir  qismini  sistemli  yanaşma  ilə  müqayisə  edə-

rək  yazır:  «Biz  «elm...(biliklərdən,  məlumatlardan, 

birgə  axtarışlardan,  institutlardan  və  s.  ibarət)  sis-

temdir»  tipli  çoxlu  tərifləri,  onlar  sistemli  yanaşma-

ya  müraciətlə  müşayiət  olunsa  belə,  nəzərə  almaya 

bilərik. Məsələ burasındadır ki, bu təriflərdə əslində 


Elmşünaslığa giriş 

 

128



elementlər  təyin  olunur  və  «sistem»  termini  onlar 

arasında  ümumiyyətlə  hansı  isə  əlaqənin  olduğunu 

göstərir:  buna  görə  də,  belə  təriflərin  quruluşu,  sis-

temli  yanaşma  haqdakı  təsəvvürlərimizə  uyğun  gəl-

mir».

1

 Doğrudan da, müəllif prinsip etibarı ilə tama-



milə  haqlıdır.  Lakin  sitatda  göstərilən  tərif  növünü 

və bu növə daxil olan müxtəlif yanaşma variantlarını 

təkzib etmək və atmaq üçün təkcə onun sistemli təd-

qiqatın  prinsiplərinə  uyğun  gəlməməsi  faktı  kifayət 

deyildir.  Qəti  nəticə  çıxara  bilmək  üçün,  birincisi 

tərif növünün formasının qüsurluluğu ilə bərabər be-

lə  forma  ilə  ifadə  olunan  müxtəlif  yanaşma  variant-

larından  hər  birinin  məzmunca  da  natamam  və  bir-

tərəfli  olduğu  sübut  edilməlidir,  əks  təqdirdə  tədqi-

qatçıların eyni mövqeyi yenidən, başqa formada tək-

rar etmələri üçün  əsas qalmış olur.  İkincisi, sistemli 

yanaşmanın öz ümumi nəzəriyyəsi kifayət qədər də-

qiqləşdirilmədiyindən  və  bu  yanaşma  bir  çox  tətbiq 

sahələrində  hələ  yoxlanılmadığından  təkcə  ona  isti-

nad  edən  mühakimələr  tam  etibarlı  sayıla  bilməz. 

Əksinə,  hazırkı  dövrdə  elmə  sistemli  yanaşmadan 

alınan  nəticələr  ümumi  məntiqi  və  tarixi  tədqiqatla-

rın  nəticəsi  ilə  üst-üstə  düşərsə,  bu  fakt  sistemli  ya-

naşmanı  yeni  bir  sahədə  də  özünü  doğrultması  ba-

xımından daha çox əhəmiyyət daşımış olar. 

                                                 

1

 Э.М. Мирский. Системный подход в изучении науки. – 



«Системные исследования», М., 1973, с. 187. 

Elm anlayışı  

 

 



129

Elmin  tədqiqindəki  birtərəfli  mövqelər  sadəcə 

olaraq atılmamalıdır: sistemli tədqiqatda müxtəlif as-

pektlərdə  əldə  olunmuş  nəticələrin  hamısından  isti-

fadə  edilməlidir.  Ayrıca  tədqiqat  istiqamətlərində 

bütövlükdə elmin özü olmasa da, onun müxtəlif  cə-

hətləri öyrənilib ki, bunları bilmədən «elm» sistemi-

nin  elementlərini  təyin  etmək  mümkün  deyil.  Ele-

mentlər  məlum  olmadıqda  isə  həqiqi  sistemli  tədqi-

qatdan heç söhbət də gedə bilməz. 

Bir sıra tədqiqat aspektlərini və onlardan alınan 

nəticələri  tamamilə  nəzərdən  atdığına  görədir  ki, 

E.M.Mirski «elm» sistemindən danışarkən yalnız bə-

zi  aspektlərin  tədqiqat  obyektlərini  birləşdirməklə 

kifayətlənir və bununla da, özü birtərəfliliyə yol ver-

miş  olur:  «Elm  dedikdə  bilik  və...  fəaliyyət  nəzərdə 

tutulacaqdır».

1

  Buraya,  məsələn,  elmin  material  ba-



zası, elmi biliyin saxlanma formaları və sair ünsürlər 

daxil  edilmir,  halbuki,  yarımçıq  əsas  üzərində  sis-

temli təsəvvür zəruri tamlıq tələbini ödəyə bilməz. 

Bundan  başqa,  baxdığımız  birtərəfli  sistemli 

tədqiqat  cəhdində  daha  bir  tədqiqat  aspektinin  nə-

zərə alınmaması zəruri sayılır:  «...Elmi daha yüksək 

səviyyəli  bir  tamın  yalnız  hissəsi  (variantı)  kimi 

götürən  modellər  də  bizim  təhlil  sərhədlərindən  kə-

narda  qalır».

2

  Belə  olduqda  elmi  bütöv  sistem  kimi 



səciyyələndirən  xüsusiyyətlər  necə  öyrənilə  bilər? 

                                                 

1

 Yenə orada, s. 189. 



2

 Yenə orada, s. 188. 



Elmşünaslığa giriş 

 

130



Axı, tədqiqat sistemin təkcə elementlərinin yox, özü-

nün  də  xassələrinin  müəyyənləşdirilməsinə  imkan 

verməlidir. 

Tədqiqatımızın  sonrakı  mərhələsində  istifadə 

edə  bilmək  üçün  yuxarıdakı  mühakimələrimizdən 

alınan iki nəticəni xüsusilə qeyd etmək istəyirik: 

a)  Sistemli  yanaşma  metodunun  həqiqi  tətbiqi 

zamanı əvvəlcə elmin əhatə etdiyi elementlər müəy-

yənləşdirilməlidir  ki,  bu  da  müxtəlif  aspektlərdəki 

tədqiqatların hamısını nəzərə almaq sayəsində müm-

kün ola bilər. 

b)  Bir  yox,  iki  cür  sistem  öyrənilməlidir:  əv-

vəla  «elm»  sisteminin  özü  –  onun  elementlərindən 

təşkil olunmuş sistem, ikincisi, elmin bir element ki-

mi daxil olduğu sistem və burada elmin yeri. 

Elmin  ayrı-ayrı  aspektlərdəki  tədqiqində  bir 

qayda olaraq onun yalnız müəyyən bir cəhəti öyrəni-

lir;  bütöv  elm  sisteminin  tədqiqi  isə  kölgədə  qalmış 

olur.  Məsələn,  «elmin  tarixi  tədqiqi»  adı  altında, 

adətən  elmin  tarixi  əvəzinə  elmi  biliyin  tarixi  öyrə-

nilir; halbuki, elmi bilik qlobal «elm» sisteminin tər-

kib elementlərindən yalnız biridir. Və nəzərə alınma-

lıdır ki, sistemin və onun tərkib elementlərinin nisbi 

müstəqil  surətdə  keçirdikləri  müxtəlif  kəmiyyət  və 

keyfiyyət dəyişiklikləri, inqilabi momentlər və s. za-

manca uzlaşmaya da bilər və çox vaxt belə də olur. 

Nəzərə  alınmalıdır  ki,  sistem  üçün  ən  əsas  cəhət 


Elm anlayışı  

 

 



131

məhz  onun  öz  tərkib  elementlərindən  fərqli  olaraq, 

yeni inteqrativ xassələrə malik olması şərtidir.

1

  



Bununla  belə,  bu  sahədə  əldə  edilən  nəticələr 

olduqca  qiymətlidir  və  lazımi  nəzəri  ümumiləşdir-

mələrdən  sonra  «elm»  sisteminin  tədqiqi  üçün  də 

zəruri olan bir sıra nəticələr alına bilər. Belə ki, bü-

töv  «elm»  sisteminin  keçdiyi  əsas  tarixi  mərhələlər 

yalnız  konkret  elmi  yaradıcılıq  xüsusiyyətlərinin, 

istifadə edilən elmi idrak metodlarının, elmi biliyini 

toplanma  və  saxlanması  vasitələrinin,  informasiya 

mübadiləsi  və  s.  Cəhətləri  müxtəlif  dövrlərdə  və 

müxtəlif  ictimai-iqtisadi  şəraitlərdəki  vəziyyətlərinə 

görə müəyyənləşdirilə bilər. 

«Elm»  sistemində  başlıca  özək  elementlərin-

dən  (sistemin  komponentlərini  şərti  olaraq  «özək 

elementləri»  və  «əlaqə  elementləri»  kimi  iki  qrupa 

ayıracağıq)  birini  elmi  yaradıcılıq  –  yenilikgətirmə 

aktları  təşkil  edir.  Tədqiqatçıların  böyük  bir  qismi 

məhz  bu  cəhəti  elmin  mahiyyəti  kimi  götürür  və 

elmi öyrənmək istərkən onun yalnız bir tərkib hissəsi 

olan  «qnoseoloji  momentləri»  («elmi  idrak»,  «elmi 

yaradıcılıq», «elmi tədqiqat» və s. Bu kimi anlayışla-

rın  spesifikası,  dəqiq  məxsusi  sərhədləri  müəyyən-

ləşdirilmədiyindən biz onların hamısını «elmdə qno-

seoloji  momentlər»  adlandırırıq)  tədqiq  olurlar.  Bu 

aspektdə olduqca müxtəlif mövqelər vardır və onları 

                                                 

1

  В.Г.  Афанасьев.  Научное  управление  обществом.  М., 



1968, с. 7. 

Elmşünaslığa giriş 

 

132



elmin  tərifi  kimi  qəbul  etmək  mənasızdır,  lakin  bu 

yanaşmaların  hər  birində  müəyyən  bir  qnoseoloji 

moment  ön  plana  çəkilir  və  onların  təhlili  bütöv 

«elm» sistemində və ayrıca elmi yaradıcılıq aktların-

da  bu  momentlərdən  hər  birinin  dəqiq  yerini  müəy-

yənləşdirməyə şərait yaratmış olur. 

«Elm»  sisteminin  dəqiq  mənzərəsinin  məlum 

olmaması  elmi  idrak  kateqoriyalarının  mahiyyətinin 

müəyyənləşdirilməsi üçün də çətinlik törədir. Məsə-

lən, P.V.Kopnin yazır: «Hipotez – elmin inkişaf for-

masıdır».

1

  Aydın  məsələdir  ki,  burada  «elm»  sözü 



bir istilah kimi işlənmiş və yalnız «konkret yaradıcı-

lıq aktında «elmi fikir» ifadəsini əvəz etmişdir. Belə 

misallardan  çox  gətirmək  olar.  Lakin,  nə  qədər  ki, 

elm  bir  sistem  kimi  müəyyənləşdirilməyib,  bu  cür 

qeyri-müəyyən  şərhlər  müəlliflərin  təqsiri  kimi  de-

yil, obyektiv zərurət kimi qiymətləndirilməlidir. 

«Elm» sisteminin hər hansı bir cəhətinin başqa 

sərlövhələr  altında  da  olsa  öyrənilməsi  elmin  kom-

pleks  tədqiqi  üçün  material  verdiyindən  kitabda  el-

min  qnoseoloji  aspektinin  tədqiqindən  alınan  bəzi 

nəticələri də nəzərə alacağıq. 

“Elm” anlayışının mahiyyətinin tədqiqində bir-

tərəfliliyə  yol  verməmək  üçün  yeganə  düzgün  üsul 

məsələnin  kompleks  surətdə  öyrənilməsidir.  Bu  za-

man  əsas  tutacağımız  metodoloji  prinsip  elmi  mü-

                                                 

1

  П.В.Копнин.  Диалектика  как  логика  и  теория  позна-

ния, с. 208. 




Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin