Elm:
genezisdən özünüdərkə qədər
Elm Yeni Dövrün məhsuludur. Qədimdə və
hətta orta əsrlərdə elmdən danışarkən əslində müasir
mənada elm yox, onun hansı isə elementləri, əlamət-
ləri nəzərdə tutulur. Müasir elmin tarixən ilk ünsür-
lərindən biri insanın aşkar, verballaşan bilikləri idi;
yəni əməli fəaliyyətin içərisində, sinkretik və qeyri-
aşkar biliklərdən fərqli olaraq, ilk dəfə fəaliyyətdən
ayrılıb müstəqil varlıq kimi ortaya çıxan biliklər. O
vaxtlarda insanın öz fiziki həyatının təmin olunması-
na yönəli əməli fəaliyyət sahəsindən fərqli olan əsas
hadisə –onun zehni fəaliyyətlə məşğul olması idi.
Fiziki və zehni əməyin tarixi bölgüsü biliklərin yara-
nışı və inkişafı üçün yeni imkanlar açdı.
İnsanın fəallığı onun əllərinin, ürəyinin və
beyninin fəaliyyəti kimi üç istiqamətə ayrılır: əməli
fəaliyyət – fiziki enerjinin realizasiyası, düşüncə,
ağıl, bilik kimi terminlərlə ifadə olunan rasionallıq –
Elm: genezisdən özünüdərkə qədər
25
əqli enerjinin realizasiyası və bir də poeziya (ümu-
miyyətlə incəsənət) – hissi, emosional enerjinin rea-
lizasiyası. Düzdür, qədim dövrdə bu bölgü hələ tam
kristallaşmamışdı və gah birinci ilə ikinci, gah da
ikinci ilə üçüncü tərəflər hələ qarışıq şəkildə idi. Yə-
ni zehni fəaliyyətin müəyyən elementləri əməli işin
tərkibində, bətnində formalaşırdı. Ş.Sührəvərdinin
dediyi kimi, “hərəkətlər qabiliyyətlərə gətirib çıxa-
rır”,
1
qabiliyyət isə artıq müəyyən biliklərin vərdiş
halında mövcudluğudur. Digər tərəfdən, bədii poetik
düşüncə ilə məntiqi düşüncə də hələ tamamilə ayrıl-
madığından və mifik təfəkkürün tərkibində mövcud
olduğundan, müstəqil zehni fəaliyyət də öz növbə-
sində dini-mistik təcrübə ilə qatışıq halında olurdu.
Bu baxımdan, qədim türk tarixində şamançılıq zehni
fəaliyyətin durulması yolunda mühüm bir mərhələ
olmuşdur.
Zehni fəaliyyətin də öz növbəsində parçalan-
ması, daxili bölgü getməsi faktı bəlli olsa da, sinkre-
tizm uzun müddət davam etdiyindən dəqiq meyarlar
əsasında təsnifat aparmaq hələ mümkün deyildi.
“Sənət” anlayışı özü də çox tutumlu idi və elmlə sə-
nət arasında dəqiq sərhəd çəkilə bilmirdi.
“Metafizika” əsərinin orijinalında sonralar
“elm” kimi tərcümə olunmuş sözün necə verildiyini
və onun nə dərəcədə müasir science anlayışına ade-
1
Ş.Y.Sührəvərdi. Filosofların görüşləri. Bakı, Elm, 1986, s.
13.
Elmşünaslığa giriş
26
kvat olduğunu bir yana qoyub, Aristotelin məşhur
tədqiqatçısı V.F.Asmusun da bu məsələdə tərəddüd-
lü olduğunu qeyd edək. O, “Metafizika”ya qeydlərdə
yazır ki, Aristotel “elm” və “sənət” arasındakı fərq-
ləri heç də həmişə birmənalı şəkildə nəzərə almır.
1
Başqa sözlə desək, bu anlayışlar müasir anlamla mü-
qayisədə hələ formalaşmamışdı.
Ən ilk dövrlərdə insan ancaq asudə vaxtlarında
fikrə dala bilərdi. Nə zaman ki, cəmiyyətin özünün
də məqsədyönlü düşüncəyə ehtiyacı yaranmışdır,
onda bir qisim adamlar başqa yüklərdən azad oluna-
raq, məhz düşüncə sahəsində ixtisaslaşmışlar. Aris-
totel özü də sənət və elmlə məşğul olmaq üçün asudə
vaxtın xüsusi rolunu qeyd edirdi. O, riyaziyyatın və
digər sənətlərin (fikir verin, riyaziyyat da sənət kimi
qeyd olunur – S.X.) ilk dəfə Misirdə yaranmasının
səbəbini də orada kahinlərin digər yüklərdən azad
olaraq asudə vaxt qazanması ilə izah edirdi.
2
Amma
diferensiasiya getmədiyinə görə, bütün bu qarışıq
hikmət tədricən vahid bir ad altında – fəlsəfə kimi
ümumiləşdirilmişdir. Və təbii ki, ilkin elmi biliklər
də fəlsəfənin tərkibində olmuşdur. Ancaq indiki in-
kişaf səviyyəsindən baxdıqda, biz o dövrün zehni
nailiyyətlərini qruplaşdıra bilirik, müasir meyarları
1
Аристотель. Сочинения в 4-х томах, т. 1, М.,
«Мысль», 1976, Примечания, с. 453.
2
Аристотель. Метафизика // Сочинения в 4-х томах, т.
1, s. 67.
Elm: genezisdən özünüdərkə qədər
27
tətbiq etməklə, nəyin həqiqətən fəlsəfəyə, nəyin mi-
fə, nəyin elmə, nəyin dini dünyagörüşünə aid oldu-
ğunu müəyyənləşdirərək, hər birinin tarixini ayrılıq-
da nəzərdən keçiririk. Bu cür yanaşdıqda, elmin də
tarixi çox qədimlərə gedib çıxır.
Bununla belə, həmin dövrlərdə insanların elmi
düşüncəsi çox vaxt ümumiyyətlə idrak, ağıl, təfək-
kür kimi anlayışlarla ifadə olunmuşdur. Xristianlıq
fəlsəfəsində elmi düşüncə bütövlükdə inkar olundu-
ğundan, yaxud qəbul edilmədiyindən, insanın dünya-
görüşü strukturunda əsasən ağıl komponentindən
bəhs edilmişdir. Məsələn, Avqustinin təlimində ağıla
nə qədər yüksək qiymət verilsə də, o, əsasən metafo-
rik formada təqdim olunur və insanın real həyatdakı
düşüncələrinin təsnifatı verilmir.
1
Təxminən eyni
düşüncə tərzi orta əsr İslam Şərqi üçün də səciyyəvi-
dir. Hətta Kant təbiətşünaslıq haqqında yazdıqlarını
(tənqidəqədərki dövr) əql haqqında yazdıqları ilə
əlaqələndirmir. Başqa sözlə desək, onun naturfəlsə-
fəsi epistemoloji sistemindən əvvəl yazıldığına görə,
empirisizmin və mexanisizmin təsirindən xali deyil.
“Səmanın” ümumi təbii tarixi və nəzəriyyəsi əsərin-
də Kant yazırdı ki, o, təbiəbin bütün böyük nizamını
ancaq iki qüvvənin – cazibə və itələmənin vasitəsi
ilə izah etmişdir.
2
Bu fikir o dövrlərdə fikirləri qəsb
etmiş Nyuton mexanikasının hakimi-mütləqliyi şə-
1
Bax: А. Августин. Исповедь. Москва: Канон+, 1997.
2
Кант. Сочинения. Том 1. М., 1966, с. 131.
Elmşünaslığa giriş
28
raitində yazılmışdı. Amma sonralar Kant özü dünya
nizamının aprior biliklərsiz təsəvvür oluna bilmə-
məsini isbat etsə də, bu yeni idrak təlimi zirvəsindən
qayıdıb naturfəlsəfəni təzədən yazmağa cəhd göstər-
məmişdi. Nəticədə epistemologiya bir addım qabağa
getsə də, elm fəlsəfəsi bir addım geridə qalmışdı.
Nə vaxtsa vahid biliklər sistemi əvəzinə ayrı-
ayrı elmi ideyalar var idi – qaranlıq səmada ulduzlar
kimi. Zaman keçdikcə və bu ideyalar çoxaldıqca,
ayrı-ayrı bürclər və kəhkəşanlar formalaşır, ayrı-ayrı
fənlər yaranır. Bəs nə vaxtsa bu müxtəlif fənlərdən
vahid bir elm və dünyanın vahid bir elmi mənzərəsi
formalaşacaqsa, bu analogiyanı davam etdirsək,
göydən qaranlıqlar çəkiləcəkmi və səma ancaq bir
“süd yolunumu” xatırladacaq?!
Lakin elmin keçməli olduğu bu yol sonsuzdur;
ona görə də, o həmişə sanki bu yolun başlanğıcında-
dır. Digər tərəfdən, elmin artıq qət etdiyi bu başlan-
ğıc mərhələsinin özü də bir sonsuzluqdur. Yəni müa-
sir elm iki sonsuzluq arasındadır. Amma qarşıdakı
sonsuzluğun tərtibi daha yüksəkdir.
Elmdə nə isə yeni bir nəticə ala bilmək üçün
ilk növbədə əvvəlki elmi biliklərin mənimsənilməsi
tələb olunur. Bu isə ictimai miqyasda təşkilatlanmış
bir elmi-təhsil sisteminin mövcudluğu şəraitində
mümkün olur. Bu sistem özü də daim öyrənilməli və
təkmilləşdirilməlidir. Həm də təkcə konseptual məz-
mun baxımından deyil, sosial və təşkilati struktur
Elm: genezisdən özünüdərkə qədər
29
baxımından. Müasir dövrdə elmi adi şüur səviyyə-
sində idarə etmək mümkün deyil. Onu elmi surətdə
idarə edə bilmək üçün isə elmin rüşeym halından bu
günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyl-
lərini aşkara çıxarmaq və məqsədəuyğun istiqamətə
yönəltmək tələb olunur.
Elm nə vaxtdan başlanır?
«Elm» anlayışının necə başa düşülməsindən
asılı olaraq bu suala müxtəlif cavablar vermək olar.
1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə
görə», «hansı səbəbdən» sualını qoyduğu vaxtdan
başlanır. İnsanların dünya hadisələrini izah etmək
cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sua-
lını deyil, həm də «nəyə görə belədir» sualını qoy-
maları biliklərin bölgüsünə gətirir; əməli biliklərlə
yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəy-
yən mənada elmin başlanğıcı kimi qəbul oluna bilər.
Adi şüur adət olunmuş, standart vəziyyətlərdə
necə hərəkət etmək lazım olduğunu göstərirsə də, bu
vəziyyəti şərtləndirən səbəbləri aşkar etmək üçün ki-
fayət deyil. Bunun üçün adi şüur hüdudundan kənara
çıxmaq tələb olunur.
Belə nəql edirlər ki, guya bir dəfə İ.Nyutonun
başına alma düşür; alim bu hadisədən heyrətlənir və
ümumdünya cazibə qanunu ideyasına gəlib çıxır. Əl-
bəttə, bu, sadəlövh bir təxmindir. Amma mətləb
bunda deyil. Mətləb hekayətin bir şərhi ilə əlaqədar
adi şüurla elmi şüuru fərqləndirməkdir. 1972-ci ildə
Elmşünaslığa giriş
30
respublikamızda «Gənc fiziklər» məktəbinin açılış
mərasimindəki çıxışında Xudu Məmmədov bu heka-
yətə müraciət edərək dedi ki, əgər ümumdünya cazi-
bə qanunu almanın düşməsinə görə kəşf olunsa idi,
ən çox ehtimalla, İngiltərədə yox, Qubada kəşf olu-
nardı… Ancaq əsas məsələ almanın düşməsində de-
yil, kimin başına düşməsindədir. Əsas məsələ bun-
dadır ki, alma düşəndə adam sadəcə başını yanamı
çəkir, yoxsa düşünürmü ki, axı, alma niyə, nə səbəb-
dən düşür? Bu sual ilk baxışdan nə qədər sadə gö-
rünsə də, adi şüur hüdudunun keçilməsini tələb edir.
Bu sualın qoyulması məsələyə elmi münasibətin
başlanğıcıdır.
2. Elm – biliklərin bir sistem kimi formalaşdığı
vaxtdan başlanır. Yəni elə bir vaxtdan ki, birincisi,
bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan
bilik üçün meyara çevrilir; Artıq qərarlaşmış olan bi-
liklərə uyğun gəlmək, onları tamamlamaq elmiliyin
şərti kimi çıxış edir. Yaxud, ikincisi, mövcud biliklər
zəminində daha obyektiv gerçəklikdən yeni faktiki
material gözləmədən yeni bilik almaq imkanı yara-
nır; başqa sözlə, mövcud biliklər sistemi özü özünü
inkişaf etdirmək keyfiyyəti əldə edir. Elmin özünü-
inkişaf sisteminin olması onun müasir dövrdə siner-
getik kontekstdə araşdırılmasını da aktuallaşdırır.
Elm həm də sosial sahədə vahid və bütöv sis-
tem kimi formalaşır. Elmi biliklər sistemi daha artıq
elm hadisəsini tam səciyyələndirmək üçün kifayət
Elm: genezisdən özünüdərkə qədər
31
etmir. Elm dedikdə bir neçə en kəsiyini; elmi bilik
və elmi fəaliyyət sahələrini, habelə sosial təşkilatlan-
maya xidmət edən elmi-bürokratik qurumları ehtiva
edən mürəkkəb qeyri-bircins sistem nəzərdə tutulur.
İstər «elm» sistemi, istərsə də, elmi inkişaf
prosesi yalnız son onilliklərdə xüsusi tədqiqat pred-
metinə çevrilmişdir ki, bu da elmin sosial və iqtisadi
rolunun ciddi surətdə artması ilə əlaqədardır. Təbii
ki, tədqiqat elə ilk mərhələdən sistemli xarakter daşı-
ya bilməzdi və buna ehtiyac da olmamışdır. Bu sahə-
nin tədqiqinə hər dəfə elmin və elmi inkişafın müx-
təlif cəhətlərini öyrənmək zərurəti yaranarkən, qarşı-
ya çıxan tələblərin konkret xüsusiyyətlərinə, spesifi-
kasına uyğun olaraq müraciət edilmişdir. Buna görə
də müxtəlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə
rabitəsiz xarakter daşıyır. Bununla belə, hələ vahid
tədqiqat sistemi formalaşmasa da, bu sahədəki elmi
işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaş-
dırmaq olar. Elmin tarixi, metodoloji, qnoseoloji, so-
sioloji, iqtisadi, psixoloji aspektlərdəki tədqiqi, həm-
çinin onun planlaşdırılması və proqnozu probleminin
öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqi-
qat sahəsi kimi götürülə bilər. Bu sahələrin öz arala-
rındakı əlaqə çox zəifdir. Halbuki elm bütöv sistem
təşkil etdiyindən, onun müxtəlif aspektlərdəki tədqi-
qi də vahid terminoloji əsasa malik olmalı, sistemli
xarakter daşımalıdır. Ayrı-ayrı tədqiqat qollarının
ortaq məxrəcə gətirilə bilməsi üçün, vaxtaşırı da ol-
Elmşünaslığa giriş
32
sa, tədqiqat predmeti haqqında bütöv təsəvvür əldə
edilməsi vacibdir. Bu tələbatı ödəmək üçün son
dövrlərdə elmin müxtəlif istiqamətlərdə öyrənilmə-
sindən alınan nəticələri vahid tədqiqat sahəsində –
elmşünaslıqda birləşdirmək təşəbbüsü göstərilir.
Müasir dövrdə elmin mahiyyətini və inkişaf
qanunauyğunluğunu müəyyənləşdirmək zərurəti bü-
tün aydınlığı ilə özünü göstərsə də, problem öz qəti
həllini hələ tapmamışdır. Lakin bu sahədə bir sıra
konkret nailiyyətlər əldə edilmiş, elmin başlıca xüsu-
siyyətləri, inkişaf meylləri və s. müəyyənləşdirilmiş-
dir.
Sərlövhəsinə görə elmin metodoloji təhlilinə
həsr olunmuş əsərlərdə adətən heç də bütövlükdə
«elm» sistemi yox, onun tərkib elementləri, konkret
elmi tədqiqat metodları, xüsusi elmi problemlərin
fəlsəfi məsələləri öyrənilir. Bununla yanaşı, metodo-
loji aspektdəki tədqiqat elmşünaslığın strukturunda
mühüm yer tuta bilər. Lakin təəssüf ki, bu sahələrin
əlaqəsi hələ çox zəifdir.
Elmin sistemli tədqiqində müxtəlif aspektlərdə
əldə olunmuş nəticələrin hamısı nəzərə alınmalıdır.
Hər bir tədqiqat aspektində elmin müəyyən cəhətləri
öyrənilir ki, bunları bilmədən, onun bütöv mən-
zərəsini yaratmaq mümkün deyil.
Sistemli yanaşma elmin mahiyyəti ilə yanaşı,
struktur və elementlərinin də müəyyənləşdirilməsini
tələb edir. Həm də bu zaman bir yox, iki cür sistem
Elm: genezisdən özünüdərkə qədər
33
öyrənilməlidir: əvvəla, «elm» sisteminin özü – onun
elementlərindən təşkil olunmuş sistem, ikincisi, el-
min bir element, yaxud altsistem kimi daxil olduğu
daha mürəkkəb sistemlər və burada elmin yeri.
Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir
qayda olaraq onun yalnız müəyyən bir cəhəti öyrəni-
lir, elmin bütöv hadisə kimi tədqiqi, onun makroxas-
sələri və yekun funksiyaları kölgədə qalır. Məsələn,
«elmin tarixi tədqiqi» adı altında adətən elmin tarixi
əvəzinə, elmi biliyin və konkret elmi kəşflərin tarixi
öyrənilir;
1
halbuki elmi bilik elm sisteminin tərkib
elementlərindən yalnız biridir. Belə hallarda nəzərə
alınmalıdır ki, sistemin və onun tərkib elementləri-
nin keçirdiyi keyfiyyət və kəmiyyət dəyişilmələri za-
manca uzlaşmaya da bilər. Məsələn, elmi biliklərin
inkişafında inqilabi çevrilişlər, dünyanın elmi mən-
zərələrinin əvəzlənməsi və s. hələ sosial «elm» siste-
minin keyfiyyət dəyişikliyi keçirdiyinə dəlalət etmir.
Elmi biliyin tarixi inkişaf yolunun izlənməsi
elmin ümumi inkişaf qanunauyğunluğunun müəy-
yənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi
1
Bax, məs.: Ф.Сабадвари, А. Робинсон. История анали-
тической химии, М., «Мир», 1984; А.Паннекук. История
астрономии. М., Наука, 1966; М.Льоцци. История физики.
М., Мир, 1970; Возникновение и разитие химии с древней-
ших времен до XVII века. Всеобшая история химии. М.,
Наука,1983; К.А.Рыбников. Возникновение и разитие мате-
матической науки. М., Просвещение, 1987 və s.
Elmşünaslığa giriş
34
mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiy-
yətlərinin, istifadə edilən elmi idrak metodlarının, el-
mi biliyin toplanma və saxlanma vasitələrinin, infor-
masiya mübadiləsi və s. cəhətlərin müxtəlif dövrlər-
də və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziy-
yətlərinə görə müəyyənləşdirilə bilər.
Əgər elmi kəşflər, yeni elmi biliklər xronoloji
ardıcıllıqla sıraya düzülərsə, əlbəttə, bu, elmin həqiqi
tarixini ifadə edə bilməz. Hər bir yeni mərhələdə
alim üçün önəmli olan ancaq elmin ön cəbhəsidir.
Yəni elmi ictimaiyyət tərəfindən qəbul olunmuş
“son həqiqətlər” əsas götürülür. Halbuki, hər hansı
biliyin elmi ictimaiyyət tərəfindən qəbul olunmasına
qədər keçdiyi təbəddülatlı yolu izləmədən, alternativ
fikirlər və versiyalarla tanış olmadan, gələcək axta-
rışlar zamanı ortaya çıxan yeni yol ayrıclarında se-
çim etmək çətin ola bilər.
Keçmişdə atılmış, tarixin qaranlığında qalmış
bir çox ideyalar gələcəkdə kara gələ bilər. Ona görə
ki, hər bir zamanda elmi ictimaiyyətin qəbul etmədi-
yi ideyalar əslində iki səbəbdən atılmış olur. Onlar
zamanına görə, ya çox köhnədir, ya da əksinə, zama-
nını qabaqlayır və dövrün normal düşüncəsinə sığ-
mır. Bax, bu mənada keçmiş həm də gələcək üçün
olan ideyalar xəzinəsidir.
Zaman heç də yalnız elmin öz daxili məntiqi
əsasında axmır. Yəni dəyişən, yeniləşən ancaq bilik-
lər deyil, dövrün tələbləri, insanların dünyagörüşü,
Elm: genezisdən özünüdərkə qədər
35
sosial sifarişlər də dəyişir. Ona görə də, elmi bilik-
lərin inkişaf yolu heç də ancaq daxili proses kimi
nəzərdən keçirilə bilməz. Elm tarixi elmin öz sər-
hədlərindən kənara çıxan bir miqyasda, daha geniş
planda öyrənilməlidir. Bunun üçün hər bir fənnin
sərhədlərini keçərək bütövlükdə elmin hansı inkişaf
mərhələsində olduğunu, daha sonra isə ümumiyyətlə
elmin sərhədlərini keçərək dövrün düşüncə tərzini və
üstün dünyagörüşünün hal və məqamını nəzərə al-
maq lazımdır.
Elmin ümumi inkişaf qanunauyğunluğunu aç-
mağa çalışan mütəfəkkirlər arasında adətən Sen-Si-
mon, O.Kont, H.Spenser, Q.Bokl, C.S.Mill və s.-in
xidmətləri xüsusi qeyd edilir.
1
Ən çox diqqətə layiq
olan konsepsiyalardan biri Kontun “üç mərhələ” qa-
nunu hesab olunur. Onun fikrinə görə, “bizim hər bir
əsas ideyamız hər bir bilik sahəsi ardıcıl olaraq üç
nəzəri haldan keçir: teoloji və ya fiktiv, metafizik və
ya mücərrəd, nəhayət, elmi və ya müsbət hal”.
2
Ma-
raqlıdır ki, Kont bu qanunauyğunluğu təkcə ümu-
miyyətlə elmə deyil, hər bir ideyaya da şamil edir.
Onun fikrinə görə, elm inkişaf etdikcə, biliklər əv-
vəlcə teoloji, sonra isə metafizik elementlərdən təd-
1
Л.А.Маркова. Наука. История и историография XIX-
XX вв. М., Наука, 1987, с. 21.
2
О. Конт. Курс положительной философии. Т. 1, СПб.,
1900, с. 4 // Л.А.Маркова. Наука. История и историография
XIX-XX вв., с. 35.
Elmşünaslığa giriş
36
ricən xilas olur və nəticədə ancaq müsbət biliklər qa-
lır. Bax, beləcə, pozitivizmin banilərindən sayılan
Kont metafizikanı (əslində ümumiyyətlə fəlsəfəni)
inkar etməyə qalxışır. Lakin Kont hələ tam inkarçı-
lıq mövqeyindən çıxış etmir. O, hər halda elmi yara-
dıcılıq prosesində metafizik düşüncənin müəyyən
dərəcədə iştirakını nəzərə alaraq elmin bir vəzifəsi
olaraq bu kənar təsirdən azad olmaq yollarından da-
nışır. H.Spenser isə elmdə teoloji və metafizik dü-
şüncənin hər hansı bir formada iştirakını və rolunu
tamamilə inkar edir. Belə çıxır ki, elm ancaq öz da-
xili potensialı hesabına, öz təməli üzərində təkamül
yolu ilə inkişaf edir. Əlbəttə, Kontun yanaşması
Spenserin yanaşmasına nisbətdə daha məqbuldur.
Belə ki, o, həm yaradıcı təfəkkürün təməl dairəsini
daha geniş götürür, həm də tarixi və sosioloji aspekt-
ləri nəzərə alır. Amma Kont da elmin fəlsəfə və din-
lə yanaşı və qarşılıqlı əlaqədə inkişafından bəhs et-
mək əvəzinə, bu üç dünyagörüşü və təfəkkür forma-
sını qarşılaşdırır, onları tarixi yanaşma əsasında, xro-
noloji ardıcıllıqla düzür və elmi ən son, ən üstün və
ən “müsbət” (pozitiv) mərhələ kimi təqdim etməyə
çalışır.
Təəssüf ki, elmin fəlsəfədən təcrid edilməsi
meyli Kont və Spenserdən sonra da davam etdirilmiş
və neopozitivizmdə, postpozitivizmdə, tənqidi rasio-
nalizmdə elmin reduksiyası və kənar amillərdən
arınması, eliminasiyası adı altında ayrı-ayrı elmi mə-
Elm: genezisdən özünüdərkə qədər
37
sələlərin təsviri mahiyyət kontekstindən və səbəbiy-
yət zəncirindən çıxarılmış, elmi faktların şaquli müs-
təvidə deyil, ancaq üfüqi müstəvidə struktura daxil
edilməsinə üstünlük verilmişdir. Məhz problemin
dərininə izahından, fəlsəfi qatdan qaçaraq ancaq
faktların təsvirinə üstünlük verildiyi üçün elm çərçi-
vəsinə salınmış dil və elmi dilin semantikası kimi
məsələlər önə keçmişdir. Halbuki, müasir eksperi-
mental cihazların və mürəkkəb riyazi əməliyyatların
nəticəsi kimi alınan yeni bilikləri səliqə-sahmanla
təsvir etmək ancaq “normal elm” hüdudunda fayda
verə bilər. Bütün böyük ideyaların, kəşflərin əsasın-
da isə bütövlükdə dünyagörüşünü dəyişən, daha də-
rin qatlara enərək indiyədək yazılanları təzədən yaz-
mağa vadar edən fəlsəfi yönlü yanaşmalar dayanır.
Təsadüfi deyil ki, A.Koyre Yeni Dövr elminin
təməlində duran Qaliley prinsiplərini elmdə çevriliş-
dən daha çox, fəlsəfədə çevriliş hesab edir. Koyre
yazır ki, Qalileyin “Dialoqlar”ı elm haqqında kitab
olmaqdan daha çox, bir fəlsəfə kitabıdır. ... Belə ki,
astronomik problemin həlli yeni fizikanın struktu-
rundan asılıdır və o da öz növbəsində təbiət haqqın-
da elmin strukturunda riyaziyyatın yeri məsələsinin
həllini tələb edir ki, bu da bir fəlsəfə məsələsidir.
1
Spenserin şərhində elmin inkişaf yolu həddin-
dən artıq sadələşir: “Elm ... qavrayışların əqli nəticə
1
A.Koyre. Galileo and Plato // Metaphysics and
Measurement / Ed. A.Koyre. Harvard, 1968, c. 35.
|