Elmin inkişaf qanunauyğunluğu
227
qanunauyğunluqla (loqistik əyri) nə dərəcədə uzla-
şır. Bunun üçün, əvvəla, loqistik əyri boyunca in-
kişafın xarakteri ilə tanış olaq: «Loqistik əyri» üçün
analitik ifadə
kbt
e
a
b
y
−
⋅
+
=
1
; k > 0 (1)
aşağıdakı diferensial tənliyin həllidir:
(
)
y
b
ky
dy
−
=
; 0 < y < b;
(2)
Bu halda artım məhduddur, belə ki, b sabiti y
kəmiyyətinin maksimal qiymətidir. Digər əmsallar:
a və k da sabit kəmiyyətlərdir. Artımın nisbi sürəti
dy/ydt = k(b-y) artıq sabit kəmiyyət olmayıb y-in
xətti funksiyasıdır. Bizi maraqlandıran tərəfin çat-
dığı səviyyə nə qədər yüksək olursa, artım sürəti də
bir o qədər az olur».
1
Sxem 3-dən göründüyü kimi,
loqistik əyri inkişafın eksponensial artıma uyğun
gələn birinci mərhələsini əks etdirir. Lakin ikinci
müntəzəm mərhələ absis oxuna paralel olan
min yalnız bəzi tərəflərinə aid olduğundan yeni inkişaf qanu-
nauyğunluğu da bu tərəflər üçün axtarılmalıdır. Ona görə də,
loqistik əyri boyunca inkişaf zərurətini bizə yalnız yuxarıda
adlanan konkret elmi tərəflərə şamil edəcəyik.
1
Г.А.Влэдуц, В.В.Налимов, Н.И.Стяжкин. Научная и
техническая информация как одна из задач кибернетики //
Успехи физических наук, т. 69, № 1, 1959, с.13.
Elmşünaslığa giriş
228
asimptotla sərhədlənmişdir ki, bu da yuxarı sərhəd-
lərin heç bir istiqamətli inkişafda bulunmasına mü-
vafiqdir.
Sxem 3.
Bu cür qiymətləndirmə dialektik təsəvvürlərə
tamamilə ziddir. Yuxarıda göstərdiyimiz kimi, elmin
hər bir konkret tərəfinin inkişaf səviyyəsi üçün möv-
cud olan məhdudluq hədləri heç də tam stabil olma-
yıb məxsusi inkişafa da malikdir. Əgər baxılan elmi
tərəflərin inkişafı yalnız yuxarı sərhəddin varlığı uc-
batından ləngiyirsə, deməli, onların artması, gec, ya
tez sərhəddin artma qanunu ilə baş verməlidir. Əgər
başqa ləngidici amillər də varsa, onda inkişaf sürəti,
təbii ki, daha da aşağı düşməlidir. Deməli, yuxarı
sərhədlərin inkişaf qanunauyğunluğu müvafiq elmi
tərəflərin inkişafındakı ikinci müntəzəm mərhələnin
maksimal səviyyəsini əks etdirir. Bundan başqa, I və
II müntəzəm mərhələ arasında müəyyən keçid mər-
J
eksp.
b
loq.
0
t
Elmin inkişaf qanunauyğunluğu
229
eksp.
J
d
d
ϕ
(t)
I II III t
0
hələsi olmalıdır və keçid özü də ixtiyari şəkildə yox,
müəyyən
Sxem 4.
qanunauyğunluqla baş verməlidir. Lakin ayrılıqda
yanaşdıqda keçid mərhələsinin kəmiyyət xarakteris-
tikalarını müəyyənləşdirmək olduqca çətindir və bu-
na görə də, əvvəlcə hər iki müntəzəm dövrü əhatə
edən ümumi inkişaf qanunu tapmaq lazımdır. Bu
halda uyğun riyazi qrafik keçid hissəsini də əhatə
edəcək ki, əyrinin həmin hissədəki xarakteri ən çox
ehtimala görə, keçid mərhələsindəki qanunauyğunlu-
ğu əks etdirəcəkdir. Modelləşdirmənin ən yüksək və-
ziyyəti də bundan ibarətdir ki, aralıq mərhələlərin
qiymətləndirilməsinə imkan yaradır.
Beləliklə, birinci müntəzəm mərhələni ekspo-
nensial, ikincini isə yuxarı sərhəddin inkişaf qanuna
uyğun şəkildə götürməklə elmin istənilən konkret
tərəfinin inkişaf qrafikini qurmaq mümkündür.
Elmşünaslığa giriş
230
Sxem 3-də elmi işçilər sayının ümumi inkişaf
mənzərəsini təsvir etməyə çalışmışıq. Burada φ(t)
əyrisi ümumiyyətlə adamlar sayının artma qanuna-
uyğunluğunu göstərir. Sxemdə adamların və elmi
işçilərin sayı arasında daimi interval saxlanmışdır və
bizim fikrimizcə, bu cür fərqin qalması labüddür.
Yeri gəlmişkən, qeyd edək ki, bəzi tədqiqatçılar
elmin ictimai xarakterini və elm ilə sənət arasındakı
fərqi lazımınca qiymətləndirməyərək iddia edirlər ki,
gələcəkdə «hər kəs elm sferasında xidmət edəcək-
dir».
1
Bu fikirlə heç cür razılaşmaq mümkün deyil;
bütün adamlar elmi bilik əldə edə bilər və öz
fəaliyyətində ondan istifadə edə bilər, həmçinin peşə
vərdişlərinin formalaşmasında da elmin nailiyyətlə-
rindən istifadə edilə bilər və bu labüddür, lakin nəzə-
rə alınmır ki, elmi biliklərin və peşə vərdişlərinin öy-
rənilməsi və istifadə olunması heç də elm sferasında
xidmət etdiyini göstərmir.
Elmin yuxarıda təhlil etdiyimiz digər element-
ləri üçün də analoji qrafiklər qurmaq olar. Lakin
məntiqi mülahizələr əsasında verdiyimiz düzəlişi
yalnız o vaxt rasionallaşdıra bilərik ki, onu riyazi
ifadə edə Bilək. Bunun üçün (2) tənliyində b sabiti-
nin əvəzində sərhəddin dəyişmə qanununu ifadə
edən
(
)
y
z
y
dt
dy
−
=
;
z = φ(t);
(3)
1
И.И. Лейман. Наука как социальный институт, с.101.
Elmin inkişaf qanunauyğunluğu
231
baxdığımız məsələnin şərtlərini düzgün əhatə edir.
*
Elm sisteminin baxılan konkret elementləri
üçün mövcud olan yuxarı sərhədlərin də inkişaf et-
məsi faktı mütləq məhdudiyyətlərin olmaması haq-
dakı təlimə tamamilə müvafiq gəlir. İnkişafın xarak-
teri, sürəti, həyatakeçmə formaları dəyişə bilər, in-
kişaf prosesində bir qanunauyğunlun başqası ilə
əvəz oluna bilər, lakin inkişaf bütövlükdə kəsilə bil-
məz. Əgər bir qrup tədqiqatçı
1
elmin müxtəlif kom-
ponentlərinin inkişaf sürətinə olan məhdudiyyəti in-
kişafın özünə olan məhdudiyyət kimi qələmə verirsə,
bu yalnız metodoloji qüsurun nəticəsidir, metafizik
yanaşma tərzinin təzahürüdür.
Bundan başqa, bütün faktiki materiallar elmin
yalnız ayrı-ayrı komponentlərinin (elmi işçi kütləsi,
informasiyanın ötürülməsi vasitələri, elm üçün lazım
olan xərclər və s.) inkişaf xüsusiyyətlərini əks et-
dirdiyi halda, tədqiqatçılar aldığı nəticələrin nə
üçünsə – heç bir məntiqi əsas göstərmədən, bütöv-
lükdə elm sisteminə aid edirlər. Belə əsərlərdə
*
(3) tənliyi tipinə görə Bernulli tənliyidir və ümumi şəkildə
həmişə həll oluna bilər. Lakin elmin hər bir konkret kompo-
nentinin inkişaf qanununu öyrənmək üçün əvvəlcə φ(t)-nin aş-
kar şəkli və müvafiq sərhəd şərtləri müəyyənləşdirilməlidir ki,
bu da xüsusi tədqiqat işinin predmeti olmaqla mövzumuzdan
kənara çıxır.
1
Məsələn: «Наука о науке» (məqalələr toplusu); Г.А.Влэ-
дуц, В.В.Налимов, Н.И.Стяжкин. Научная и техническая
информация как одна из задач кибернетики.
Elmşünaslığa giriş
232
anlayışlardan o dərəcədə qeyri-müəyyən şəkildə isti-
fadə edilir ki, elm ilə onun müxtəlif tərkib element-
ləri arasında ümumiyyətlə fərq qoyulmur; guya sis-
temin hər konkret elementinə xas olan cəhətlər sis-
temin özünə də xas olmalı imiş. Belə nəticə müasir
sistemli yanaşma nəzəriyyəsində müəyyənləşdirilmiş
olan metodoloji prinsiplərlə, sistem və onun ele-
mentləri haqdakı təsəvvürlə bir araya sığa bilməz.
Elmin ayrı-ayrı elementlərinin saturasiyasına
(doyma, sabitləşmə halı) dair fikirlər nəticə etibarilə
qüsurlu olsa da (bunun belə olduğunu biz yuxarıda
göstərmişik), müəyyən qnoseoloji əsaslara malikdir
və bu məsələ haqqında danışılması elmi cəhətdən
bəlkə maraq doğura bilər. Lakin bütöv elm sistemi-
nin saturasiyası haqqındakı fikirlər o qədər qüsurlu
nəticələrə gətirir ki, bizcə, bu haqda mübahisə et-
məyə belə dəyməz. Belə ki, elmi inkişafda doyma
halı istər-istəməz ümumiyyətlə ictimai tərəqqidə öz
əksini tapmış olardı ki, sonuncuda durğunluğun ya-
ranmasını qəbul etmək mövcud dialektik təsəvvür-
lərə heç cür uyğun gəlmir. Şübhəsiz ki, elmi inki-
şafda doyma halı elə həmin dövrdə ictimai tərəqqi-
nin dayanmasına ekvivalent deyil, zira ictimai tərəq-
qi çoxaspektli proses olmaqla cəmiyyətin daxili
qrupları arasındakı münasibətlərin də inkişafını əks
etdirir. Lakin elmi inkişafda durğunluq yaranmış ic-
timai inkişafın digər istiqamətlərdə davam etməsinə
də mane olardı, zira ictimai qruplar arasındakı zid-
Elmin inkişaf qanunauyğunluğu
233
diyyətlərin həllinə aparan ən vacib və ilkin hadisələr-
dən biri məhz elmi-texniki tərəqqidir. Elmin satura-
siyası haqdakı fikirlər isə, istər-istəməz gələcəkdə
elmi-texniki tərəqqinin də durğunlaşmasını, tükən-
məsini qəbul etməyə ekvivalentdir, çünki müasir
dövrdə elmi-texniki tərəqqidə aparıcı rol oynayan
məhz elmin inkişafıdır.
Digər tərəfdən, cəmiyyətin bütün tarixi inkişaf
yolu göstərir ki, elmə olan tələbat getdikcə daha çox
dərəcədə artmaqdadır və mövcud sosial ziddiyyətlər
həll olunduqdan sonra ictimai tərəqqidə ağırlıq mər-
kəzi qlobal inkişaf xəttinə – elmi tərəqqiyə keçəcək-
dir. Hələ bir əsrdən də qabaq K.Marks yazırdı ki, gə-
ləcəkdə yekun istehsalın effektivliyi istehsal sfera-
sına sərf edilən əməklə yox, elm sferasına sərf edilən
əməklə, elmin ümumi inkişafı və onun texnoloji
tətbiq səviyyəsi ilə təmin olunacaqdır. Belə bir dövr
hələ tam mənasında gəlib çatmamışdır, lakin ictimai
həyatda baş verən bütün dəyişilmələr tarixin məhz
həmin istiqamətdə getdiyini göstərir. Və əgər belə-
dirsə, heç bir tutarlı əsas olmadan, yalnız elmin bəzi
komponentlərinin inkişafındakı məhdudiyyətlərə –
həm də doyma halına yox, yalnız inkişafdakı məh-
dudiyyətlərə – əsaslanmaqla gələcəkdə elmi inkişa-
fın dayana bilməsi haqqında danışmaq nə dərəcədə
qanunauyğundur?
Maraqlı burasıdır ki, başqa aspektdə tədqiqat
aparan alimlər də eyni bir səhv nəticəyə – elmin sa-
Elmşünaslığa giriş
234
turasiyasının labüdlüyü qənaətinə gəliblər. Bu cür
fikrə ən çox elm sisteminin vacib tərkib hissələrin-
dən olan elmi biliyin tədqiqində rast gəlirik. Yuxa-
rıda araşdırdığımız hallarda olduğu kimi, yenə də
bəzi konkret elementlərə aid olan məhdudiyyət bü-
tövlükdə elmi biliyə, hətta elm sisteminin inkişafına
şamil edilir: «Daha mürəkkəb hadisə və şeylər sis-
teminə aid olan faktları topladıqca və onları qanu-
nauyğunluq şəklində ümumiləşdirdikcə, elm (kursiv
bizimkidir – S.X.) mürəkkəblik astanasına çatır».
1
Elmi bilik səviyyəsinin inkişafında ikinci mün-
təzəm mərhələnin «doyma» xarakteri daşıması fikri
dialektik inkişaf prinsipi ilə uzlaşmır və aşağıdakı
qüsurlu mövqelərdən birinə uyğun gəlir:
1.
Cəmiyyət kainatın bütün qanunlarını öyrə-
nir və kainat üzərinə tam hökmran olur ki, daha yeni
öyrənmə obyekti qalmır.
Lakin təkcə kainatın sonsuzluğu faktından da
məlumdur ki, bu cür öyrənmə mümkün olsa belə,
yalnız sonsuz zaman ərzində həyata keçə bilər. Hər
hansı sonlu zaman hissəsindəki inkişafa isə qrafikin
yalnız ilkin hissəsi – ekponensial hissəsi də uyğun
gələ bilər (sxem 3, 4).
2.
Kainatdakı hadisə və qanunauyğunluqların
yalnız bir hissəsi dərk edildikdən sonra yerdə qalan
1
Л.А.Хурсин. О природе механизма развития науки на
современном этапе научно-технической революции //
Вопросы философии, 1971, № 6.
Elmin inkişaf qanunauyğunluğu
235
hadisələrin öyrənilməsi mümkün olmur.
Bu cür təsəvvür kainatın dərkolunanlığı haqda
materialist dünyagörüşünə ziddir və aqnostisizm
mövqeyinə uyğun gəlir.
Elmin strategiyası haqda fikirlərin səhv nəticə-
lərə gətirməsi bir sıra tədqiqatçıların nəzərindən heç
də yayınmamışdır və ədəbiyyatda bu fikirlərin tən-
qidinə tez-tez rast gəlmək olar. Bizcə, belə tənqid-
lərdə əsas məqsəd qüsurlu nəticəyə gətirən səbəbləri
araşdırmaqdan və tədqiqatçıların nədə yanıldıqlarını
açıb göstərməkdən ibarət olmalıdır.
Lakin, çox təəssüf ki, bu sahədəki tənqidlər ol-
duqca səthi xarakter daşıyır və tədqiqatçıların şəxsi
münasibətindən başqa bir şey deyil. Məsələn,
M.M.Karpov yazır: «Elmi inkişafda» «sərhəd nəzə-
riyyəsi» olduqca qüsurludur. İdrak prosesi sonsuz-
dur, o nə dayana, nə də yavaşıya bilər. Çətinliklər
yarandıqda onların aradan qaldırılması yollarını
elmin özü tapır…”.
1
Yaxud İ.Leyman bu məsələyə
münasibətini belə şərh edir: «Bütün bunlar
*
fərz et-
məyə imkan verir ki, elmin xalis eksponensial artımı
sonsuz olaraq mümkün deyilsə də, doyma halı
olmayacaqdır».
2
Göründüyü kimi, müəlliflərin etira-
1
М.М. Карпов. Закон ускоренного развития естествен-
ных наук // Вопросы философии, №4, 1963, с.110.
*
Yuxarıdakı abzaslarda «bütün bunlar» deməyə əsas verən
heç bir ciddi tədqiqat yoxdur.
2
И.И.Лейман. Наука как социальный институт, с.103.
Elmşünaslığa giriş
236
zı olduqca ümumi xarakter daşıyır və elmin daimi
inkişafına sadəcə olaraq ümid bəsləmək kimi səs-
lənir.
İstər elmin yuxarıda tədqiq etdiyimiz kompo-
nentlərinin, istərsə də elmi bilik səviyyəsinin sərhəd-
də malik olması haqdakı fikirlər heç də təsadüfən
meydana çıxmamışdır. Müasir tədqiqatlar göstərir
ki, insan beyninin informasiya tutumu sonludur və
hadisələrin, qanunauyğunluqların çox cüzi hissəsini
əks etdirə bilər. Bu haqda L.A.Xursin yazır: «Mü-
rəkkəblik astanasının mövcud olması insan beyninin
informasiya tutumu 27 bitlə xarakterizə edilən qısa-
müddətli hafizəsinə qoyulan məhdudiyyətlərin nəti-
cəsidir».
1
Əgər elmi bilik səviyyəsi ayrıca adamların da-
xili aləmi ilə müəyyənləşmiş olsa idi, elmi biliyin
məhdud olduğunu iddia edənlər tamamilə düzgün
mövqedə durmuş olardılar. Lakin elmi biliyin inkişa-
fı ümumi istiqamətli inkişafın bir hissəsi olmaqla ic-
timai prosesdir və hər bir dövrdəki elmi bilik səviy-
yəsi ayrıca insanın yox, ümumiyyətlə insanın daxili
aləmi ilə (cəmiyyətin əldə etdiyi bütün elmi nailiy-
yətlərlə) müəyyənləşir. Bu barədə K.Marks yazır:
«hər cür elmi iş, hər cür kəşf, hər cür ixtira ümumi
əməkdir. O qismən müasirlərin əməkdaşlığı, qismən
1
L.A.Xursin. О природе механизма развития науки на
современном этапе научно-технической революции.
Elmin inkişaf qanunauyğunluğu
237
də sələflərin əməklərindən istifadə olunması ilə şərt-
lənir».
1
Dialektik təhlil göstərir ki, ayrıca bir sahədə
təkcə ümumiyə nəzərən qabağa gedə bilər və daha
dəqiq desək, ümuminin inkişafı məhz ayrı-ayrı tək-
cələrin irəli çıxması hesabına baş verir. Təkcənin qa-
bağa çıxması heç də əvvəlcə onun ümumiyə çevril-
məsini tələb etmir və bu mümkün də deyil. Eləcə də,
ümumi insan anlayışına nəzərən təkcə rolunu oyna-
yan konkret insanın hər hansı dar elmi sahədə ye-
nilik etməsi üçün heç də bütün mövcud bilikləri bey-
nində cəmləşdirməsi tələb olunmur.
Qeyd edək ki, hər bir konkret elmin inkişaf
aktı yeni biliklərin qazanılması və onların ictimailəş-
məsi kimi iki müstəqim mərhələyə bölünə bilər və
biz bu mərhələlərin hər birində məhdudluq ehtima-
lını ayrı-ayrı yoxlamağa çalışacağıq.
Yenilikgətirmə (konkretlik üçün birinci mərhə-
ləni belə adlandıracağıq) iki yolla olur:
1.
Hələ məlum olmayan (ümumiyyətlə insa-
nın daxili aləmində əks olunmamış) təbiət hissəsi
*
müəyyən şəraitdə ayrıca insanın daxili aləmində əks
olunur ki, sonuncunu mövcud qaydalarla (informa-
1
К.Маркс и Ф.Энгельс. Сочинения. T. 25, Часть I, с.116.
*
Bizə məlum təbiət hissəsi dedikdə heç də yalnız məkanca
məlumluq nəzərdə tutulmur. Konkret məkan hissəsində cisim
və hadisələrin xarakter rəngarəngliyi, xassələr, proseslərin baş-
vermə qanunauyğunluqları və s. də bura daxildir.
Elmşünaslığa giriş
238
siya vasitələri nəzərdə tutulur) şərhi elmi biliyin
ümumi inkişafına gətirir. Belə yeniliklər, bir qayda
olaraq, müşahidə və eksperiment yolu ilə əldə edilir
və elmin ekstensiv, eninə inkişafını təmin edir.
2.
İnsan özünün, eləcə də cəmiyyətin intellek-
tual bazasında, ictimai hafizədə artıq mövcud olan
elementlər arasında əvvəllər məlum olmayan elə əla-
qələr yaradır ki, bunların şərhi elmin dərininə inki-
şafını təmin edir. Belə yeniliklər nəzəri tədqiqat yolu
ilə əldə edilir.
Birinci halda müşahidə edilən halın yeniliyini,
əhəmiyyətini görə bilmək və onu nümayiş etdirmək
üçün ikinci halda isə, analoji əlaqələrdən istifadə edə
bilmək və tapılmış münasibəti elmi şəkildə şərh edə
bilmək üçün insan uyğun sahələrdə lazımi informa-
siyaya malik olmalıdır. Hər bir konkret elmi təhlil
üçün tələb olunan bu cür sahələr isə insanın ümumi
informasiya tutumuna nəzərən çox-çox kiçikdir və
deməli, yenilik gətirmək üçün heç də informasiya
çoxluğu yox, nəticə çıxarmaq qabiliyyəti – məntiqi
təfəkkür tələb olunur.
Məlum fizioloji faktlar da gəldiyimiz nəticəni
təsdiq edir. Məsələn, A.Q.Mıslivçenko yazır:
«…Əsas məsələ beyinin çəkisində və ya hətta hü-
ceyrələrinin sayında yox, onların arasındakı əlaqənin
kəmiyyət və keyfiyyətindədir… Fizioloqların fikrin-
cə, müasir insanın qəbul edə bildiyi informasiya seli
və onun araşdırılması məsələsinin həllolunma səviy-
Elmin inkişaf qanunauyğunluğu
239
yəsi yaxın keçmişin müvafiq parametrlərini xeyli
aşsa da, insan beyinin imkanlarının yalnız onda
birini istifadə edir».
1
Sxem 5.
Müəyyən konkret sahədə yenilik gətirmək
üçün həmin sahədə artıq əldə edilmiş olan bütün
elmi nailiyyətləri, xarakterik terminləri və s. bilmək
lazım gəlir ki, buna uyğun gələn məlumat çoxluğu
insan beyninin informasiya tutumuna nəzərən xeyli
kiçik olsa da, həmin sahədə tam ixtisaslaşmış bilik
təşkil edir. İnsanın malik olduğu informasiya ümumi
həcminə görə nə qədər böyük olsa belə, heç olmazsa
bir yenilikgətirmə aktı üçün lazım olan məlumat
çoxluğunu və analoji elementlərini tam şəkildə
özündə saxlamırsa, insan elmi inkişafda bilavasitə
heç bir rol oynaya bilməz.
1
А.Г.Мысливченко. Человек как предмет философского
познания. М., 1972, с.65.
Elmşünaslığa giriş
240
Aydınlıq xatirinə fikrimizi sxematik şəkildə də
göstərməyə çalışacağıq. Model ikiölçülü məkan fə-
zasında qurulur, çünki əyani təsəvvürü yalnız bu
vaxt yaratmaq mümkündür. Biz də insanın bilik alə-
minin baxdığımız məsələni təsəvvür etmək üçün ki-
fayət edən sadələşmiş mücərrəd sxemini məhz iki-
ölçülü fəzada qurmuşuq (Bax: Sxem 5). Sxemdən
göründüyü kimi, I insanın məlumat əhatəliliyi geniş
olsa da, heç bir elementlər çoxluğunu (nə
•
tipli, nə
x tipli, nə də 0 tipli) özündə tam saxlamır. II insanın
bilik aləmi isə nisbətən məhdud olsa da (
•
) tipli ele-
mentləri tam şəkildə əhatə edir və bu ona ekvi-
valentdir ki, II insan həmin sahədə mütəxəssisdir və
ya yaradıcılıqla məşğul olmaq, düzgün elmi nəticələr
çıxarmaq üçün yetərli informasiyaya malikdir.
Ayrı-ayrı konkret elmi sahələrdə yenilikgətir-
mənin mümkünlüyü üçün elmi işçilərin getdikcə da-
ha məhdud sahələrdə ixtisaslaşması prosesi gedir ki,
bu da elmin diferensiasiyası adlanır. Yuxarıda gös-
tərdiyimiz kimi, hər bir elmi sahə üçün zəruri olan
məlumatlar çoxluğu öz ümümi həcminə görə insan
beyninin informasiya tutumunun çox cüzi hissəsini
təşkil edir və deməli, sonuncunun məhdudluğu elmi
yenilikgətirmə işinə mane ola bilməz.
Digər tərəfdən, elmin diferensiasiyası nəticə-
sində yaranan çoxlu miqdarda müxtəlif biliklər
yekun bir elmi nəticənin əldə olunmasına xidmət
edir və bundan sonra onların yadda saxlanmasına eh-
Elmin inkişaf qanunauyğunluğu
241
tiyac qalmır. «Elmin tədrici inkişaf mərhələsi inqila-
bi çevrilişlə əvəz olunur və bu vaxt yığılmış infor-
masiya çoxluğu tamamilə yeni bir bilik səviyyəsi ilə
əvəz olunur».
1
Ümumiləşdirici kəşflər əsasında qa-
zanılan yeni biliklər ilkin biliklər silsiləsindən qat-
qat yığcam olur. Bu hadisə elmin inteqrasiyasını ifa-
də edir və elmi informasiyanın konkretləşməsinə sə-
bəb olur.
İnformasiya tutumunun sonluluğundan doğan
məhdudiyyət, bəlkə elmi biliklərin artması prosesi-
nin ikinci mərhələsində – qazanılmış yeni məlumat-
ların ictimailəşdirilməsi və nəsildən-nəslə ötürülməsi
işində təzahür edir? Hər bir insan üçün maksimal in-
formasiya tutumunun sonlu olması faktı bütövlükdə
cəmiyyətə də şamil edilə bilməzmi? Axı, cəmiyyəti
təşkil edən adamların sayı da sonludur və iki sonlu
vuruğun hasili mütləq sonlu ədəd verməlidir. Onu da
qeyd edək ki, bütövlükdə cəmiyyət üçün də infor-
masiya tutumu məhdud olsaydı, elmi biliyin satura-
siyası haqqındakı fikir təsdiq edilmiş olardı, çünki
elmi yenilikgətirmənin müntəzəm surətdə davam et-
məsi sayəsində qazanılmış elmi biliklərin miqdarı
əvvəl ya axır, istənilən sonlu səviyyəyə gəlib çat-
malıdır.
Lakin bu cür mühakimədə belə bir cəhət unu-
dulur ki, cəmiyyət üçün informasiyanın saxlanması
1
И.И. Лейман. Наука как социальный институт, с.103.
Elmşünaslığa giriş
242
vasitələri heç də ayrı-ayrı adamların hafizələrinin
məcmuyu ilə kifayətlənmir və bir sıra tamamilə yeni
keyfiyyətli tərəfləri də əhatə edir. Bu yeni tərəflər
sonsuz tutuma malik olmaqla cəmiyyəti informasiya
qəbulunda güman olunan hər cür məhdudiyyətdən
xilas edir. Elmi biliyin bu cür saxlanma formalarını
məxsusi keyfiyyətlərinə görə iki əsas qrupa bölmək
olar:
1.
Cəmiyyət inkişafının ətraf mühitdəki inika-
sı. – Yeni bilik – əldə edilməsindən məqsəd məhz tə-
biətin məqsədəuyğun surətdə dəyişdirilməsidir ki,
bunun sayəsində həmin biliklərin özü olmasa da,
nəticələri hazır şəkildə gələcək nəslə çatdırılmış
olur
*
. Beləliklə, dəyişdirilmiş təbiət hissələri elmi
biliyin saxlanma formasına çevrilir.
2.
Elmi biliyin məxsusi saxlanma formaları.
Buraya biliklərin rəmzləşdirilmiş şəklinin maddi ini-
kasları daxildir. Məsələn, yazı və şərti (həmçinin
riyazi) işarələrin (kitab, qəzet, jurnal və müxtəlif cür
yazılı əsərlər), model və sxemlərin (müxtəlif qrafik-
lər, maddiləşmiş modellər), danışıq səslərinin (mü-
hazirə yazılmış vallar, lentlər), surətlərin (foto-kino
lentləri) və s.-in maddi şəkildə çoxaldılıb saxlanması
bilavasitə biliklərin gələcək nəslə ötürülməsinə xid-
*
Bu məsələ aşağıdakı məqalədə daha ətraflı şərh edilmiş-
dir: S.S.Xəlilov. Təbiətin istiqamətlənmiş inkişafı və onun
müəyyənedici şərtləri // ADU Elmi əsərləri, «Tarix və fəlsəfə»
seriyası, 1973, № 3.
Elmin inkişaf qanunauyğunluğu
243
mət edir. Bundan başqa, bəzi məqsədlər üçün hesab-
lama maşınlarının, kompüterlərin də informasiya tu-
tumundan istifadə edilir ki, bu saxlanma forması
konkret elmi tədqiqatlar üçün getdikcə daha çox əhə-
miyyət kəsb edir. Son dövrlərdə bütövlükdə texnika
da elmi biliyin saxlanma formalarından birinə çevril-
mişdir və bizcə, bu hadisə elmi-texniki inqilabın ən
əsas xüsusiyyətlərindən birini ifadə edir.
Qeyd edək ki, göstərilən vasitələr elmi biliklə-
rin gələcək nəsillərə çatdırılması – saxlanması funk-
siyasından başqa, həmin dövrdə müxtəlif ölkə və
ərazilərin elm işçiləri arasında yayılmasına da xid-
mət edir ki, elmin ictimai xarakteri məhz bu sonun-
cunun hesabına mümkündür.
Elmin bütün bəşəriyyət miqyasında öz spesifik
virtual məkanının formalaşması eyni problemlər üz-
rə tədqiqatlar aparan adamların internet vasitəsilə,
yaxud beynəlxalq konfranslarda yaradılan əlaqə sa-
yəsində, yaxud həmin dar ixtisas üzrə nəşr olunan
elmi jurnal ətrafında “toplanmaq” yolu ilə həyata ke-
çir. Amma hələ ki, elmi ictimaiyyətin real məkanları
və bilavasitə əlaqə formaları üstünlük təşkil edir. Biz
ilk növbədə elmi kollektivləri nəzərdə tuturuq. Mü-
əyyən ixtisas sahəsi üzrə tədqiqat aparan şəxslərin
“real məkanda” birgə fəaliyyəti əsasən “tədqiqat ins-
titutları” çərçivəsində həyata keçir.
Elmi tədqiqat institutlarını səciyyələndirən və
müqayisə üçün imkan verən cəhətlərdən biri işçilərin
Elmşünaslığa giriş
244
sayıdır. Belə elmilikdən kənar bir dəyərləndirmə ən-
ənəsi yaranıb: elmi müəssisələrin, elmi kadrların kə-
miyyət göstəriciləri dedikdə, ən çox hallandırılan şö-
bələrin, laboratoriyaların, eksperimental avadanlığın,
elmi işçilərin və köməkçi heyətin, elmi jurnalların,
yazılan kitabların və məqalələrin sayı və ya həcmi
nəzərdə tutulur. «Keyfiyyət» göstəricisi olaraq isə
laboratoriyanın müasir cihazlarla təchizatı, elmi
işçilərin arasında elmi dərəcəsi olanların nisbi sayı,
yəni faiz göstəricisi önə çəkilir. Halbuki bu sonuncu
da sadəcə statistikadır və başqa şkalada kəmiyyət
göstəricisidir.
Bu kəmiyyət o zaman keyfiyyət göstəricisinə
çevrilir ki, sistem işləyə bilsin. Yəni söhbət müəyyən
bir yekun sistemin effektivliyindən gedirsə, burada
statistik göstəricilər və ayrı-ayrı lokal proseslər yox,
bütöv sistemin iş qabiliyyəti, əvvəldən axıradək baş
tutan elmi tədqiqat prosesləri və ən başlıcası, alınan
elmi nəticələr və onlara verilən dəyər önəmlidir.
Statistik göstəricisi, daha doğrusu, görüntü
çox yüksək ola bilər. Tutaq ki, bir elmi-tədqiqat
müəssisəsində 100 nəfər elmi işçi çalışır; bunlardan
60 nəfəri PhD, 25 nəfəri elmlər doktorudur, hətta 5
nəfər də akademik vardır. Bizim meyarlara görə bu –
yüksək keyfiyyət göstəricisidir. Amma məsələyə da-
ha konkret yanaşanda, məlum olur ki, əvvəla, insti-
tutun hansı problem üzərində çalışdığı bəlli deyil.
Elmi işçilərin biri, tutaq ki, Dubnada, o biri Novosi-
Elmin inkişaf qanunauyğunluğu
245
birskdə, üçüncüsü – Tokio Universitetində, dördün-
cüsü – Malayziya ET Mərkəzində təcrübə keçib və
hərə öz mövzusu, tədqiqat metodları və iş üslubu ilə
qayıdıb, burada da onu davam etdirməyə çalışır.
Amma buna nail ola bilmir: çünki həmin elmi mühit
burda yoxdur, ordakı iş üsulu burda işləyə bilmir,
ordakı elmi auranı, elmi infrastrukturu burda yarat-
maq mümkün olmur. Hərə öz inersiyası ilə bir müd-
dət çalışıb, sonra yavaş-yavaş yumşalır, yerli mühitə
qatışır. Əksəriyyət isə Bakıda təhsil alıb müdafiə
edənlərdir: onların da öz ənənələri, metodları var:
AAK tələblərini daha yaxşı mənimsədikləri üçün
formal göstəricilərə əməl etməklə vaxtında disserta-
siya işi yazıb müdafiə edib, elmi dərəcə alıblar. Və
bu bir nəticə sayılır. Halbuki, elmi dərəcə əlahiddə
bir amil olaraq institutda elmi tədqiqat işinin key-
fiyyəti üçün göstərici sayıla bilməz. Kimin elmi iş
vərdişi daha yüksəkdir və s. bu kimi suallar isə qo-
yulmur.
Dissertasiya müdafiəsi naminə tədqiqat möv-
zuları çox vaxt institutun əsas tədqiqat probleminə
uyğun gəlmir. Deməli, həm xarici ölkələrdən gələn-
lər, həm də ölkəmizdə elmi iş yazanların hər biri nə
isə bir iş görsə də, onlar vahid bir prosesin hissələri-
nə çevrilmir, ümumiləşdirici ideyaların yoxluğu
üzündən böyük miqyaslı elmi fəaliyyətdən söhbət
açmaq mümkün olmur. Pərakəndə tədqiqatlar isə
fundamental və ya tətbiqi elmlər üçün faydalı ola bi-
Elmşünaslığa giriş
246
ləcək dərəcədə səmərə verə bilmir. Böyük tətbiqlər
üçün müəyyən bir mövzu ətrafında bütün spektri
əhatə edən böyük miqyasda elmi-nəzəri strukturların
canlandırılması lazımdır. Buna isə hər bir tədqiqat-
çının ayrılıqda gücü çatmaz. Elmi-tədqiqat institutu
ayrı-ayrı elmi işlərin və işçilərin sadəcə olaraq top-
lusu deyil. Elmin səmərəsi o zaman artır ki, daha bö-
yük miqyaslı elmi tədqiqat mexanizmləri işə düşür.
Ümumbəşəri elmin, yaxud lokal elmi struktur-
ların inkişaf mexanizmləri vahid qanunauyğunluq
əsasında öyrənilə bilməz. Ona görə də, müasir dövr-
də elm sisteminin gerçək sosial-təşkilati formalarının
öyrənilməsi və hər bir strukturlaşma üçün müvafiq
inkişaf qanunauyğunluğundan bəhs edilməsi daha
məqsədəuyğun olardı. Bütövlükdə elm isə hələ ki,
abstrakt bir modeldir və biz ən ümumi tendensiyaları
ancaq virtual ümumbəşəri elm məkanı üçün aşkar
edə bilərik.
Hələ ki, daha çox dərəcədə bir abstraksiya olan
vahid ümumbəşəri elm sistemi əvəzinə ayrı-ayrı sa-
hələr üzrə və müxtəlif ölkələrdə elmin real vəziyyə-
tini araşdırmaq və müqayisəli təhlil aparmağa ehti-
yac vardır. Lakin e
lmin inkişaf səviyyəsinə görə ölkələr
arasında müqayisə aparılması bir sıra çətinliklərlə bağ-
lıdır. Çünki elm qəti sərhəd bilmədiyinə görə, siyasi sər-
hədlər oriyentir ola bilmir. Ona görə də müqayisə əsasən
elmi ictimaiyyətlər və elmi institutlar arasında daha rahat
aparılır. Bəli, müasir dövrün elmi rəqabəti alimlər ara-
Elmin inkişaf qanunauyğunluğu
247
sında deyil, “elmi ictimaiyyətlər” arasında gedir. Daha
doğrusu, ictimai miqyas almış elmi-tədqiqat prosesləri bu
və ya digər bir ölkənin bu proseslərə verdiyi siyasi və
iqtisadi dəstəklə də sıx surətdə bağlı olur. Ona görə də
elm sanki müxtəlif ölkələrdə müxtəlif miqyas və templə
inkişaf edir və elmin sosial inteqrasiyası iki müxtəlif
miqyasda həyata keçir. Belə ki, əgər bir tərəfdən müxtəlif
ölkələrdəki elmi tədqiqatların əlaqələndirilməsi və nə-
ticələrin “toplanmasına” ehtiyac yaranırsa, digər tərəfdən
hər bir ölkə daxilində belə əlaqələndirmənin daha mobil
və dayanıqlı formaları yaradılmalı olur. Bu cür proseslər
həm də elmin təşkilatlanması və institutlaşması baxımın-
dan maraq doğurur. Hər bir ölkədə təşkilatlanmanın opti-
mallığı, effektivliyi, habelə bu təşkilati strukturların –
institutların təmin və təchiz olunması işi müvafiq dövlət
siyasətinin tərkib hissəsinə çevrilir. Elmin ictimai həyatda
rolu artdıqca bütün qabaqcıl ölkələrdə onun prioritetliyi
nəzərə alınır. Bu münasibət özünü həm kəmiyyət, həm də
keyfiyyət parametrlərində göstərir. Elmin keyfiyyətcə
dəyərləndirilməsi çətin olduğundan elmşünaslar çox vaxt
müqayisəni kəmiyyət göstəriciləri əsasında aparırlar. Mə-
sələn, ABŞ və Rusiyada elmin vəziyyətini səciyyələndir-
mək üçün aşağıdakı parametrlər müqayisə olunur: “bu
gün Rusiyada 422 min, ABŞ-da isə 3 milyondan artıq
alim vardır”.
1
Yaxud keçmiş SSRİ ilə müqayisə aparılır:
“Sovet İttifaqında 1 milyon 600 min elmi işçi fəaliyyət
göstərirdi ki, bunlardan 376 mininin elmi dərəcəsi var
1
А.Л.Гапоненко, Т.М. Орлова. Управление знаниями.
Как превратить знания в капитал. М., Эксмо, 2008, s.62.
Elmşünaslığa giriş
248
idi”
1
. (Yeri gəlmişkən, bu rəqəm bütün dünyadakı elmi
işçilərin 25%-ni təşkil edirdi
2
). Beləliklə, cəmi 20 il ər-
zində elmi işçilərin ümumi sayı 1,6 milyon səviyyəsindən
xeyli aşağı (Rusiyada – 422 mindir; başqa MDB ölkə-
lərini üstünə gəldikdə, cəm yenə də xeyli kiçik alınır)
düşmüşdür. Yaxud: “1990-cı ildə Sovet İttifaqında 8000-
ə yaxın elmi təşkilat, o cümlədən 4700 elmi-tədqiqat ins-
titutu və konstruktor bürosu olmuşdur. Bunlardan 64%-i
sahə elmlərinin, 16% -i akademik institutların, 11 %-i ali
məktəb daxilindəki tədqiqat müəssisələrinin və 9%-i
zavoddaxili laboratoriyaların payına düşür”
3
. SSRİ dağıl-
dıqdan sonra elmin səviyyəsinin aşağı düşməsi yenə də
rəqəmlərlə ifadə olunur. Belə ki, elmi işçilərin xeyli qis-
minin inkişaf etmiş qabaqcıl ölkələrə miqrasiya etdiyi
göstərilir. Nə qədər təəccüblü olsa da, ABŞ elm fondunun
məlumatına görə, oradakı riyaziyyatçıların və nəzəriyyəçi
fiziklərin nə az, nə çox, 80%-i keçmiş SSRİ-dən kö-
çənlərdir
4
.
Professor O.L.Fiqofskinin araşdırmalarına görə,
Rusiyanın xarici ölkələrdəki intellektual potensialı bu
gün də kifayət qədər böyük bir qüvvədir ki, Rusiya ondan
faydalana bilmir.
5
2010-cu ildə fizika üzrə Nobel müka-
fatlarına da rus mühacir alimlərininlayiq görülməsi nəinki
1
Yenə orada, s. 66.
2
А.Л.Дроздов. Наукометрия и наука в России // Вестник
ДВО РАН, № 2, 2004.
3
А.Л.Гапоненко, Т.М. Орлова. Управление знаниями, с.
66.
4
Yenə orada, s.62.
5
О.Л.Фиговский. Наука управлять Наукой // Экология и
жизнь, 2006, № 12, с. 8.
Elmin inkişaf qanunauyğunluğu
249
təsadüfi deyil, hətta biz deyərdik ki, intellektual miq-
rasiyanın, “beyin köçünün” və yeni demokrafik vəziyyə-
tin qanunauyğun göstəricisidir.
Vaxtilə SSRİ-də nə kimi bir elmi inkişaf siyasəti
aparıldığı haqqında təsəvvürə malik olmaq üçün belə bir
statistikanı da xatırlatmaq yerinə düşərdi: “İkinci Dünya
Müharibəsindən sonra elmi işçilərin sayının ikiqat atması
prosesi Avropada – 15 ildən, ABŞ-da – 10 ildən, SSRİ-də
isə – 7 ildən bir həyata keçmişdir.
1
Rəqəm göstəriciləri təkcə elmi institutların və elmi
kadrların yox, elmi jurnalların və məqalələrin sayında da
ifadə olunur. Məsələn, statistik göstəricilərə görə, dünya-
da təqribən 100 min elmi və elmi-tətbiqi yönlü jurnal nəşr
olunur. Bunlardan cəmi 155-i Rusiya Elmlər Akademiya-
sının payına düşür. Əlbəttə, elmi jurnalların sayı da əhə-
miyyətlidir, lakin elmi statistikada daha çox dərəcədə mə-
qalələrin sayı əsas götürülür. Keyfiyyət göstəricisini də
müəyyən dərəcədə rəqəmlərlə ifadə edə bilmək üçün bu
məqalələrə verilən iqtibasların sayı əsas götürülür. Mə-
sələn, 1993-2003-cü illər arasında ABŞ-da elmi məqalə-
lərin sayı 2 milyon 600 min, İngiltərədə 712 min, Yapo-
niyada 686 min, Rusiyada isə cəmi 277 min olmuşdur.
Göründüyü kimi, Rusiyada məqalələrin sayı qabaqcıl öl-
kələrələ müqayisədə xeyli aşağı olmuşdur. Biz bu
rəqəmləri Y.Qarfild (ABŞ) tərəfindən əsası qoyulmuş
Elmi İnformasiya İnstitutu (İnstitute for Scientific İnfor-
mation) tərəfindən hazırlanmış məlumatlardan götürmü-
şük. Daha doğrusu, Rusiyalı tədqiqatçı A.L.Drozdov hə-
1
Bax: В.С. Степин. Философия науки, c. 151.
Elmşünaslığa giriş
250
min mənbəyə istinad edir.
1
Həmin məlumatdan görünür
ki, iqtibasların sayına və hər 10 min nəfərə düşən paya
görə müqayisə Rusiya üçün daha acınacaqlıdır. Belə ki,
ABŞ-da iqtibasların sayı 31 min, İngiltərədə – 7 min, Ya-
poniyada – 4.700, Rusiyada isə cəmi 800-dür. Hər 10 min
nəfərə görə bu rəqəmlər müvafiq olaraq 1400, 1200, 400
və, nəhayət, Rusiyada 54-dür.
2
Azərbaycan isə bu siya-
hıya ümumiyyətlə daxil edilməmişdir.
Eİİ-nin başqa bir araşdırması da diqqəti cəlb edir:
adambaşına düşən illik gəlir ilə müqayisədə məqalələrin
və iqtibasların nisbəti aşağıdakı nəticələrə gətirir. Adam-
başına illik gəlirin ən çox olduğu ölkələrdə bir qayda ola-
raq elmi göstəricilər də yüksəkdir. Məsələn, İsveçrə, Ka-
nada, İsveç, İsrail kimi ölkələr də elmi göstəricilərinə
görə ABŞ və Yaponiyadan geri qalmırlar. Amma maraq-
lıdır ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt kimi varlı
ölkələr elmi göstəricilərinə görə çox aşağı yer tuturlar.
3
Deməli, məsələ təkcə maddi imkanda yox, elmə verilən
qiymətdə, düzgün elmi siyasət aparılmasındadır.
Bir cəhət də nəzərə alınmalıdır ki, iqtibas gös-
təricilərinin elmi işlərin keyfiyyətinə uyğunluğuna tam
əmin olmaq mümkün deyil. Belə ki, Eİİ-nin məlumatları
əsasən ingilis dilində nəşr olunan jurnalları əhatə edir.
Məhz həmin institutun məlumat bazası əsasında hazırla-
nan dəqiq elmlər üzrə indekslər (SCİ – Science Citiation
Index) müəyyən mənada daha etibarlı olsa da, ictimai
elmlər üzrə (Social Science Citiation Index) və humanitar
1
А.Л.Дроздов. Наукометрия и наука в России.
2
Yenə orada.
3
Yenə orada.
Elmin inkişaf qanunauyğunluğu
251
elmlər üzrə (Arts& Humanities Citiation Index) indekslər
gerçək elmi səviyyələrin müqayisəsini vermək üçün ye-
tərli deyil. Belə ki, ictimai və humanitar elm sahələrində
jurnallar çox vaxt milli problematikaya həsr olunur və
milli dillərdə çap olunur. Yəni onların elmi dəyəri də da-
ha çox ölkə və bölgə miqyasında aşkar edilə bilər. Bu
çatışmazlığı aradan qaldırmaq üçün beynəlxalq miqyasda
bir sıra alternativ indeksasiya sistemləri tətbiq olunur.
Məsələn, Copernicus İndex sistemi milli dillərdə nəşr
olunan jurnalları da ehtiva etməyə çalışır. Fəlsəfi elmlərin
xüsusiyyətini nəzərə almaq üçün ayrıca Philosophy İndex
sistemi mövcuddur.
Beynəlxalq elmi meyarlar əsasında müəyyənləşdi-
rilən “elmilik səviyyəsi” yenə də ancaq ən qabaqcıl elmi
müəssisələr, jurnallar və məqalələr üçündür. Amma bu
meyarlar hər bir ölkədə beynəlxalq miqyasa çıxa bil-
məyən, dünya elminə qatıla bilməyən, bununla belə, öl-
kənin təhsil sisteminə və maarifçilik işinə dəstək verə bi-
lən və böyük elm üçün kadrların yetişdirilməsində mü-
hüm rol oynayan yerli şəraitin xüsusiyyətlərini nəzərə ala
bilmir. Ona görə də, qabaqcıl ölkələrdən fərqli olaraq,
inkişaf etməkdə olan ölkələrin öz meyarlarına, ekspertiza
sisteminə və yerli elmi mühit üçün keçərli ola bilən elmi
statistikaya ehtiyac vardır. Yəni elmşünaslıq ikinci eşalon
üçün bir qədər fərqli təşkilati formalar və dəyərləndirmə
sistemləri təklif etməlidir. Lakin bəzi ölkələrdə real inki-
şaf səviyyəsinə məhəl qoymadan birbaşa beynəlxalq me-
yarları tətbiq etməyə təşəbbüs göstərilir ki, bu da gerçək-
liyə adekvat nəticələr alınmasına imkan vermir.
Bizim ölkəmizdə elmin vəziyyəti də dünyanın qa-
baqcıl elm mərkəzləri ilə müqayisə oluna bilmədiyindən,
Elmşünaslığa giriş
252
biz ancaq öz səviyyəmizə uyğun ölkələrlə müqayisə
oluna bilərik. Buraya məsələn, MDB ölkələri, yaxud türk
dünyası cümhuriyyətləri aid edilə bilər. Ya da beynəlxalq
statistikadan çıxış etməklə, müəyyən parametrlərinə görə
bizim ölkə ilə müqayisə oluna biləcək digər ölkələrdə
elmin real durumunun təhlili aparıla bilər.
Bu sahədə indiyədək heç bir addım atılmadığından,
bizimkilər kortəbii olaraq özlərini Rusiya ilə müqayisə
edir və daha pisi isə budur ki, Rusiyanı özünə nümunə
kimi qəbul edir. Halbuki, Rusiyada görkəmli elm mütə-
xəssisləri elmin günü-gündən tənəzzülə getdiyini, vəziy-
yətdən çıxış yolu üçün təcili tədbirlər görülməli olduğunu
yazırlar.
1
İstənilən halda elmin bütün dünya miqyasında
ümumi inkişaf tendensiyasını nəzərə almaq lazım gəlir.
Biz elmin planetar xəritəsində, habelə inkişaf xətti üzə-
rində öz yerimizi heç olmasa müəyyən təxminiliklə bil-
məsək, ölkəmiz üçün optimal inkişaf modeli də hazırlaya
bilmərik.
1
Məs.: Е.Овсянникова. Российская наука терпит крах //
www.utro.ru/ articles/2010/01/27/868238.shtml; Программы
РАН изрядно “порезали” (интервью с вице-президентом
РАН Г.А. Месяц. 19 февраля 2010) // http://www.
poisknews.ru/articles/6693-po-zhivomu.html; С.М.Рогов. Не-
востребованность науки – угроза безопасности страны //
Газета «Поиск», № 12, 19 марта 2010.
Elmin idarə olunması
Ayrıca bir skripkaçı
özü özünü idarə edir, orkes-
tri idarə etmək üçün isə diri-
jor lazımdır.
Dostları ilə paylaş: |