ümumi nəzəri təhlildən ölkə miqyasın-
da durum təhlilinə keçək. Müasir mərhələdə dövlətin
və cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri
elmi potensialın qorunub-saxlanması və ondan milli
inkişaf naminə maksimum səmərə ilə istifadə olun-
masıdır. Əgər bu, Elmlər Akademiyasının ənənəvi
strukturunu saxlamaq və buradakı elmi mühiti bərpa
etmək hesabına mümkündürsə, bütün qüvvələri bu
istiqamətdə yönəltmək, AMEA-nı hər vasitə ilə dir-
çəltmək və onu işlək mexanizm vəziyyətinə qaytar-
maq lazımdır. Lakin bunun üçün böyük təşkilatçılıq
işi və büdcədən böyük miqdarda vəsait ayrılması
tələb olunur.
Əlbəttə, Elmlər Akademiyası qorunub saxlan-
malıdır. Lakin hansı formada, hansı fəaliyyət isti-
qamətlərində və hansı infrastruktura daxil olmaqla?
Bunlar irəlicədən müəyyənləşdirilməlidir. Bu gün
Akademiyanın keçmiş SSRİ Elmlər Akademiyasın-
dan qopub ayrılmış və təşkilati forması yeni miqya-
sın tələblərinə uyğun gəlməyən hazırkı vəziyyətini
eynilə qoruyub saxlamaqdansa, onu daha mobil, da-
ha çevik və daha məqsədyönlü bir quruma çevirmək
tələb olunur. Əgər biz elmi potensialımızın bazasın-
da həqiqətən rentabelli, işlək bir elm modeli qura
bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər get-
Elmin idarə olunması
281
məyəcəyinə, “fundamental elm – tətbiqi elm – tex-
noloji ideya – mühəndis-konstruktor layihəsi – isteh-
sal” zəncirində hər bir halqaya ayrılan vəsaitin son-
rakı halqaların hesabına səmərə verəcəyinə əmin ola
bilər.
“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sahə-
ləri praqmatiklik prizmasından, habelə son nəticənin
milli və ümumbəşəri dəyərlərlə əlaqəliliyi baxımın-
dan üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elmlərdir
ki, onların da real fayda gətirməsi yaxın və uzaq
məqsədlərə xidmət baxımından iki cür olur. Müəy-
yən bir əməli fəaliyyət sahəsinin elmi əsaslarla qu-
rulması, konkret bir istehsal müəssisəsinin texniki
təchizatının yeni elmi biliklər əsasında təkmilləş-
dirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsa-
sında daha optimal texnoloji prinsipin həyata keçi-
rilməsi sayəsində elm qısa müddətdə fayda verə bi-
lər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə
çəkilən xərclərlə tətbiqdən alınan gəlir arasında müs-
bət balans yaranır ki, bu da xalis gəliri müəyyən
edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki,
söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları
(başqa ölkələrdəki tədqiqatlar) tərəfindən əldə edil-
miş hazır biliklərin sadəcə tətbiq yollarının araşdı-
rılıb tapılmasından və tətbiq prosesinin texniki icra-
sından gedir. Daha doğrusu, deyilənlər elmin özün-
dən daha çox, elm ilə istehsal arasındakı əlaqə pro-
seslərinə aiddir.
Elmşünaslığa giriş
282
“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə,
istehsalın cari tələblərinə cavab olmayıb, daha çox
dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fun-
damental elmlər sahəsində əldə olunmuş biliklərin
üzərində qurulur. Burada söhbət bu və ya digər kon-
kret istehsal müəssisəsinin rekonstruksiyasından de-
yil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin
ümumi ehtiyaclarının yeni tələblər əsasında ödənil-
məsinə yönəldilmiş fəaliyyətdən gedir. Bu fəaliyyət
istehsal sahəsində yox, elmin öz hüdudları çərçivə-
sində aparılır. Ona görə də, burada alınan yeni bilik-
lərin haradasa hökmən tətbiq olunacağına və gəlir
gətirəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bəhrə-
sini verir, lakin bundan faydalanmaq, istifadə etmək
vəzifəsi istehsalçıların üzərinə düşür. Sənaye mü-
əssisələrinin tərkibində bu məqsədlərə xidmət edən
layihə-konstruktor büroları və hətta xüsusi “elm”
bölmələri fəaliyyət göstərir ki, bunlar da bir qayda
olaraq “sahə elmləri” adı altında əhatə olunur.
Tətbiqi elmlər sahəsində fəaliyyət hətta bilava-
sitə konkret müqavilələr, sifarişlər əsasında aparıl-
masa da, onların hansı istehsal sahəsində, hansı tə-
sərrüfat forması üçün istifadə olunacağı irəlicədən
məlumdur. Bu baxımdan, tətbiqi elmlərin yerli iqti-
sadiyyatın istiqamətlərinə və tələblərinə uyğun yö-
nəldilməsi prinsipcə mümkündür. Dünyanın bütün
ölkələrində tətbiqi elmlərin əsas hərəkətverici qüv-
vəsi yerli iqtisadiyyatın ehtiyaclarıdır. Heç bir öl-
Elmin idarə olunması
283
kədə bütün tətbiqi elm sahələrində fəaliyyət göstə-
rilmir və bu mümkün də deyil. Əlbəttə, dünya hökm-
ranlığı iddiasında olan super ölkələr öz məhsulları
üçün bütün dünya bazarlarını açıq saxlayırlar. Am-
ma bunun üçün təkcə elmi-texnoloji rəqabət və iq-
tisadi mexanizmlər kifayət deyil; bu məqsəd üçün
siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.
İqtisadi müstəqilliyin təmin olunması üçün
əsas şərt bundan ibarətdir ki, yerli iqtisadiyyatın eh-
tiyaclarına uyğun olan tətbiqi elm sahələrinin inki-
şafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər
həm maddi, həm də mənəvi aspektlərdə stimullaş-
dırılmalıdır.
Fundamental elmlərdə isə nəinki konkret tət-
biqi sahələr, hətta tətbiq istiqamətləri də irəlicədən
müəyyənləşdirilə bilmir. Burada elmi axtarışların si-
farişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün-
dür” prinsipi əsas tutulur. Əlbəttə, burada əldə olu-
nan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni el-
mi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal
sahəsində isə istifadə olunacaqdır. Lakin ünvan və
zaman qeyri-müəyyəndir.
Beləliklə, fundamental elmlər milli ideallardan
daha çox, ümumbəşəri ideallara xidmət edir. Əlbəttə,
bəşər övladı olaraq bizim hər birimiz ümumbəşəri
tərəqqidə iştirakçı olduğumuz üçün fəxr etməliyik;
lakin şüurlu surətdə, yaxın və uzaq məqsədləri anla-
maqla. Belə ki, müasir fizikanın, məsələn, elementar
Elmşünaslığa giriş
284
zərrəciklər nəzəriyyəsinin, kvant elektrodinamikası-
nın, ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbay-
canda heç kim fəaliyyət göstərməsə, bu sahələr inki-
şaf etmiş xarici ölkələrdə onsuz da tədqiq olunacaq-
dır. Bu sahələrdə əldə olunan yeni elmi biliklərin tət-
biqi kiçik ölkələrin texniki imkanları şəraitində on-
suz da mümkün deyildir. Fundamental elmlərin ön
cəbhəsində əldə edilən yeniliklər ancaq çox yüksək
texnika və texnologiya bazasında istifadə olunmaqla
praktik səmərə verə bilər. Təsadüfi de-yil ki, Azər-
baycanda da bu sahələrin ancaq nəzəriyyəsi ilə, əs-
lində nəzəriyyə də çox vaxt operativ eksperimental
dəstək tələb etdiyindən, riyaziyyatı ilə məşğul olur-
lar. Bəli, riyaziyyat yeganə sahədir ki, burada eks-
perimental baza və müvafiq texnoloji inkişaf səviy-
yəsi olmadan da, elmin ön cəbhəsinə girmək müm-
kündür. Təki intellekt olsun, istedad olsun. İntellek-
tual imkanlarına görə isə bizim millət heç kimdən
geri qalmadığından, alimlərimiz məhz nəzəriyyə və
riyaziyyatla bağlı sahələrdə böyük uğurlar əldə edə-
rək dünya elminə layiqli töhfələr verirlər. Lakin bi-
zim dünya elminə verdiyimizlə ondan aldığımız ara-
sında optimal balans yaranırmı? Böyük istedad sahi-
bi olan alimlərimizin dünyada gedən elmi proseslər-
dəki iştirakı pərakəndə xarakter daşıyır? Elmi tədqi-
qatın, elmi informasiyanın əslində çox qiymətli ol-
duğu bir zamanda biz tədqiqatlarımızın nəticələrini
dünya elminə havayı bağışlayırıq? Əlbəttə, bütün
Elmin idarə olunması
285
sahələrdə olduğu kimi burada da biz öz milli
mentalitetimizə uyğun olaraq genişqəlblilik nümayiş
etdirə bilərik. Lakin hər şeyin bir həddi vardır. Biz
özümüzün ən yüksək sərvətimiz olan intellektual
potensialımızdan praqmatik düşüncə ilə istifadə
etməyi bacarmalıyıq. Bunun üçün dünya elm prak-
tikasında məlum modellər vardır ki, müstəqil dövlət
olduqdan sonra bu barədə də düşünməliyik. Biz is-
tedadlı gənclərimizə qrantlar verərək onların elmi
fəaliyyət layihələrini maliyyələşdirən beynəlxalq
fondların “səxavətinə” də, nəhayət, səmimiyyət və
sadəlövhlük müstəvisindən fərqli bir müstəvidə qiy-
mət verməliyik. Biz intellektual mülkiyyət haqqında,
patent haqqında sadəcə qanunlar qəbul etməklə ki-
fayətlənməyərək, onların Azərbaycan gerçəkliyində
həqiqətən işləməsinə nail olmalıyıq. Bütün bu deyi-
lənlər ilk növbədə fundamental elmlər sahəsindəki
tədqiqatlarımıza aiddir.
Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu
və ya digər sahəsində tətbiq olunaraq gəlir vermə-
sələr də, bizim milli maraqlarımızla bilavasitə bağlı-
dırlar və onların inkişaf etdirilməsi müstəqil Azər-
baycan Respublikasının ən böyük vəzifələrindən bi-
ridir. Bu elmlər dünya elmi prosesinə, ümumbəşəri
dəyərlər kompleksinə dolayısı ilə daxil olsalar da,
bilavasitə Azərbaycanla, xalqımızın, millətimizin ta-
rixi və bu günü ilə, milli dünyagörüşümüzlə, fəlsəfi
fikrimizlə, milli iqtisadiyyatımızın təşkilati problem-
Elmşünaslığa giriş
286
ləri ilə və nəhayət, dinimiz, dilimiz, mədə-niyyəti-
miz, ədəbiyyatımızla bağlı olan elmlərdir. Bu sahə-
lər insanla, cəmiyyətlə bağlı olduğuna görə elmlərin
təsnifatında ya humanitar elmlər, ya da ictimai elm-
lər adı altında qruplaşdırılır.
Fundamental elmlərdən fərqli olaraq ictimai
elmlər ümumbəşəri miqyas daşımaqla bərabər, hər
bir millət miqyasında həmin millətin maraq dairəsi-
nə uyğun ikinci, regional mövcudluğa malikdir. Yə-
ni, ümumdünya tarixi ilə yanaşı Azərbaycan tarixi
də vardır. Ümumi iqtisadi nəzəriyyə ilə yanaşı,
Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə
tədqiq olunur və s.
İctimai elmlər sahəsində də dünya miqyasında
gedən prosesləri öyrənənlər çoxdur. Biz məşğul ol-
masaq da, tarixi, fəlsəfəni, iqtisadi nəzəriyyəni öy-
rənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azər-
baycanın tarixini, fəlsəfi fikrini, iqtisadiyyatını, icti-
mai-siyasi problemlərini, dilini, ədəbiyyatını və s.
başqaları bizim qədər təfərrüatlı öyrənməyəcəklər və
ya əgər öyrənsələr də obyektivliyi gözləməklə, ya-
xud bizim milli maraqlar prizmasından öyrənməyə-
cəklər.
Fundamental, tətbiqi və ictimai elm sahələrinin
hər birinin öz xüsusiyyətləri vardır və elmin inkişaf
konsepsiyası hazırlanarkən və bu konsepsiyaya uy-
ğun təşkilati formalar müəyyənləşdirilərkən bu xü-
susiyyətlər mütləq nəzərə alınmalıdır. Nəzərə alın-
Elmin idarə olunması
287
malıdır ki, inkişaf etmiş ölkələrdə ictimai-siyasi qu-
ruluş və iqtisadi münasibətlər sistemi artıq qərarlaş-
dığından, onların bu sahədə ciddi problemləri yox-
dur. Bu ölkələr elm dedikdə, əsasən təbiət elmlərini
nəzərdə tuturlar. Burada prioritetlik də ola bilsin ki,
məhz təbiət elmlərinə verilir. Lakin biz, yeni iqtisadi
münasibətlərə keçən, yeni cəmiyyət və yeni dövlət
quran, milli özünüdərk prosesinə yeni qədəm qoy-
muş olan bir xalq keçid dövründə prioritetliyi məhz
bu quruculuq proseslərinin elmi-nəzəri əsaslarına
vermək məcburiyyətindəyik. Amma bu, əlbəttə,
digər elmlərin sıxışdırılması hesabına həyata keçiril-
məməlidir.
Elmi fəaliyyət çox ağır və baha başa gələn,
böyük resurslar tələb edən bir sahədir. Hətta ən bö-
yük ölkə belə, elmin bütün sahələrində müasir tələb-
lər səviyyəsində tədqiqat işləri apara bilməz.
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq
onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqa-
mətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki,
Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri
müəyyənləşdirilməli və tədqiqatlar əsasən bu isti-
qamətlərə yönəldilməlidir.
Lakin tətbiqi elmlərlə yanaşı fundamental elm-
lər də vardır və onlar bir qayda olaraq bütün öl-
kələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkələrdə
inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən,
fundamental elmlərə praqmatik münasibət hələ for-
Elmşünaslığa giriş
288
malaşmadığından çoxları bu sahəyə sadəcə milli
imici yüksəldən bir amil kimi baxır.
Həm fundamental, həm də tətbiqi elmlər iki
müxtəlif parametrlə səciyyələnir. Sözün dar məna-
sında, həqiqi mənasında böyük elm – elmi yaradı-
cılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə
edilməsi, elmi nəzəriyyələrin formalaşması prosesi
vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəyyənləşir.
Lakin elm piramidası həm də oturacaq müstəvisinin
sahəsi ilə, artıq məlum elmi biliklərin və nəzəriyyə-
lərin mənimsənilməsi və yayılma dərəcəsi ilə ölçü-
lür.
Hər hansı bir ölkədə əhalinin maariflənməsi,
savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris
proqramlarına daxil edilməsi və yayılması prosesi,
daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə
zənginləşməsi, elmi biliklərin əhali arasında paylan-
ması və ya daha doğrusu, elmi biliklərin adi şüurun
strukturuna daxil olması – bəli, bütün bunlar da gös-
təricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi
yoxdur.
Müasir dövrdə Azərbaycanda elmi potensial-
dan səmərəli istifadə etmək və onu ictimai tərəqqinin
mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək
üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati
strukturunu yeni tələblərə uyğun surətdə qurmaqdan,
onu optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bü-
tün dünya alimlərinin birgə səyi ilə yaradılan və in-
Elmin idarə olunması
289
kişaf etdirilən və bütün sahələri əhatə edən böyük
elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və is-
tifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına
uyğun olaraq qoşulur.
Əsas məsələ məqsədin düzgün seçilməsidir.
Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sa-
hələrindəki nailiyyətləri öz ölkəmizdə tətbiq etmək
imkanlarına malikik? Bizim sənayenin və kənd tə-
sərrüfatının texnoloji inkişaf səviyyəsi və burada is-
tifadə olunan qurğuların elmi tutum dərəcəsi öyrə-
nilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sa-
hələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tərəf-
dən, bizim texnologiyanın elmin hansı inkişaf səviy-
yəsinə adekvat olduğu nəzərə alınmalıdır.
Məsələ burasındadır ki, fundamental elmlərin
inkişaf səviyyəsi ilə tətbiq üçün uyğunlaşdırılmış sə-
viyyə arasında xeyli böyük fərq vardır. Başqa sözlə,
tətbiqi elmlər fundamental elmlərin təqribən 5-10 il,
bəzi sahələrdə isə hətta 20-30 il bundan əvvəlki
nailiyyətlərindən istifadə edir. Ancaq o ölkələr fun-
damental elmlərin inkişafında xüsusilə maraqlıdır ki,
onlar yeni elmi kəşflərin hamıdan əvvəl tətbiq olun-
masına qadirdirlər. Dünyada cəmi bir neçə belə su-
perdövlət vardır və bu ölkələrdə yeni elmi biliklərin
qorunması, yad əllərə düşməməsi üçün xüsusi təşki-
lati mexanizmlərə böyük əhəmiyyət verilir. Bu sı-
rada elmi ideyaların, kəşflərin patentləşdirilməsi
xüsusi yer tutur.
Elmşünaslığa giriş
290
Əlbəttə, elm ilə istehsal arasındakı münasibət-
lərin düzgün tənzimləndiyi cəmiyyətlərdə elmə qo-
yulan vəsaitin artması olduqca səmərəli olur. İnkişaf
etmiş ölkələrdə elm ən çox gəlir gətirən sahələrdən
biridir. Elmə qoyulan hər manatın gətirdiyi gəlir
faizlərlə deyil, misillərlə ölçülür. Lakin bunun üçün
əvvəlcə elmi potensialın səfərbər olunması və məq-
sədli surətdə yönəldilməsi lazımdır.
Dünyada elmin təşkili praktikasında Elmlər
Akademiyası həqiqətən ən diqqətəlayiq formalardan
biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə
həyata keçirilməsinin böyük üstünlükləri vardır. La-
kin nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sis-
tem daha çox dərəcədə sosializm cəmiyyəti üçün sə-
ciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm
cəmiyyətinə nisbətən həqiqətən üstünlükləri var idi.
Lakin iqtisadiyyat sahəsində dövlət monopoliyasın-
dan imtina edilməsi və bazar münasibətlərinə keçil-
məsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliy-
yəti bir sıra çətinliklərlə bağlıdır. Biz bu mahiyyət
fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki qay-
dada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik.
Burada əvvəlcə iki müxtəlif ictimai-iqtisadi sistemin
üstün cəhətlərinin inteqrasiyası kimi çox mürəkkəb
bir prosesin elmi-metodoloji əsasları işlənib hazır-
lanmalıdır.
Vahid ümumbəşəri elm prosesinə daxil ola
bilməyən, elə bil ancaq özü üçün yaradılmış lokal
Elmin idarə olunması
291
elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə
daxil olmağın öz şərtləri vardır. Bunlardan biri
dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin
və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə
xəttindən geridə qalanlar müasir elmi prosesə qoşul-
mayaraq, yalnız artıq keçilmiş yolların künc-buca-
ğında yer tuta bilərlər, lakin bu, elm hesab edilə
bilməz.
Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız
ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əy-
ləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiyyət-
lə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına
xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-
tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sa-
hələri arasında isə bir körpü olaraq müvafiq texnika
və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük,
bütün ölkə miqyasında həyata keçən mürəkkəb icti-
mai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük
ölkələr üçün də müstəqil elm məkanından danışmaq
mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng
ölkə də özünün tam müstəqil elmini yarada bilmədi.
Ona görə də, hər bir ölkə elm strategiyasını öz im-
kanlarına uyğun olaraq qurmalıdır.
İndi biz müstəqil Azərbaycan Respublikasında
elmin inkişaf perspektivlərini araşdırarkən köhnə
təşkilati formalara, onların müsbət ənənələrinə hör-
mətlə yanaşmaqla bərabər, yeni, zamanın tələblərinə
daha çox cavab verən optimal təşkilati formalara da
Elmşünaslığa giriş
292
biganə qalmamalıyıq. Qanunvericiliyin məqsədi ya-
radıcılıq axtarışlarının, o cümlədən təşkilati forma
axtarışlarının məhdudlaşdırılması deyil, əksinə,
fayda verə biləcək istənilən yeni formaya hüquqi im-
kan verilməsidir. Bu baxımdan, biz elm və təhsilin
birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən
ümumi prinsipləri ön plana çəkməyə və süni məh-
dudiyyətləri aradan götürməyə çalışmalı, bürokratik
mexanizmləri sadələşdirməliyik. Xatırlatmaq istər-
dim ki, Milli Elmlər Akademiyası, heç şübhəsiz,
Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xid-
mətləri olan, böyük kadr potensialına malik nəhəng
bir qurumdur. Ona görə də yarım əsr ərzində topla-
nılmış təcrübəni nəzərə almadan yeni bir qurum ya-
ratmaq sadəlövhlük olardı. Bu səbəbdən də, Azər-
baycanda elmin inkişafı ilə bağlı islahatlar aparılar-
kən ilk növbədə Elmlər Akademiyasının təcrübəsinə
istinad edilməlidir.
Elmin optimal fəaliyyəti onun daxil olduğu da-
ha böyük ictimai sistemlərin təşkilati mexanizmləri
ilə sıx surətdə bağlıdır.
Elmi-texniki tərəqqini, bir tərəfdən, öz müstə-
qil strukturuna malik olan bütöv bir hadisə kimi,
digər tərəfdən isə, daha böyük miqyaslı hadisənin
hissəsi kimi nəzərdən keçirmək olar. O, ictimai
tərəqqinin, xüsusən də hər bir ölkənin sosial-iqtisadi
inkişafının tərkib hissəsini təşkil edir.
Elmin idarə olunması
293
İstehsalın intensivləşdirilməsi prosesini aşağı-
dakı iki fazaya ayırmaq olar: elmi-texniki tərəqqinin
sürətləndirilməsi və elmi-texniki tərəqqinin nailiy-
yətlərinin vaxtında və səmərəli şəkildə iqtisadiyyatın
bütün sahələrinə tətbiq edilməsi. Bu cür şərti böl-
güyə ehtiyac ondan irəli gəlir ki, hər fazanın öz nisbi
müstəqil məzmunu və problemləri var. Lakin bir çox
hallarda onlar əsassız olaraq qarışıq salınır, mürək-
kəb tərkibli fəaliyyətin hissələri arasında fərqlər nə-
zərdən qaçırılır.
İqtisadiyyatın
inkişafının
sürətləndirilməsi
prosesinin tərəfimizdən şərti olaraq qeyd olunan
ikinci fazası elmi-texniki tərəqqinin hüdudlarından
kənara çıxır. O, ölkənin bütövlükdə təsərrüfat siste-
mi ilə bağlı olub istehsalatın texniki yenidən qurma
işlərinə olan tələbatının öyrənilməsi, bazarın tələbat-
ları ilə yeni texnologiyaya keçid arasındakı ziddiy-
yətlərin aradan qaldırılması, yeni texnikaya maddi
və mənəvi marağın artırılması, yaradıcı əməyin hə-
vəsləndirilməsi, təsərrüfat mexanizminin bütövlükdə
elmi təşkili və s. kimi problemləri əhatə etməklə da-
ha çox təşkili-idarəetmə xarakteri daşıyır. Gördüyü-
müz kimi, elmi-texniki tərəqqinin istehsalata tətbiqi
kifayət qədər mürəkkəb və çoxtərəfli proses olmaqla
məzmununa görə elmi-texniki tərəqqidən fərqlənir.
Bunu xüsusi olaraq vurğulayırıq, çünki son illər
“elmi-texniki tərəqqi” anlayışı geniş mənada işlədilir
ki, bu da onun kateqoriya statusuna uyğun gəlmir.
|