Book Number), ISSN (international standard
serial number), УДК, ББК istifadə olunur. Birinci
2 kod beynəlxalq səciyyə daşıyır. Son 2 kod isə so-
vet və post-sovet məkanında işlədilən УДК (Уни-
1
Bax: Əlavə 3.
2
Yenə orada.
Elmşünaslığa giriş
200
версальная десятичная классификация ), ББК
(Библиотечно-библиографическая
классифика-
ция) kodlarıdır. УДК bütün dünyada istifadə edilən
Universal onluq təsnifat (UOT, yaxud ingiliscə
UDC – Universal Decimal Classification) siste-
minin rus dilində olan variantıdır. Rəsmi nəşr mütləq
UDC-ya malik olmalıdır. Bu klassifikatoru olmayan
nəşr heç bir qlobal məlumat bazasına daxil edilmir.
Universal onluq təsnifat sistemi XX əsrin əv-
vəlində Belçikalı biblioqraflar Pol Otlet və Henri La-
fonten tərəfindən yaradılmışdır. Bu sistemin əsasın-
da 1876-cı ildə ABŞ-ın Konqres kitabxansı üçün
Melvil Diyu (Dewey) tərəfindən işlənib-hazırlanmış
Onluq Təsnifat (DDC) sistemi durur. Lakin elm və
texnikanın bəzi spesifik sahələrini və onlar arasında-
kı münasibətləri daha dolğun ifadə etmək üçün bu
sistemdə əlavə simvollardan istifadə edilmişdir.
UDC sistemi uzun illər boyu beynəlxalq miqyasda
təkmilləşdirilmişdir.
Hal-hazırda müxtəlif dillərdə hazırlanan UDC-
ların çapı ilə məşğul olunan qurumlar Beynəlxalq
UDC konsorsiumu
1
tərəfindən koordinasiya olunur
və Elmi və Texniki informasiya üzrə beynəlxalq
Şura (International Council for Scientific and
Technical İnformation
1
) ilə sıx əməkdaşlıq edir. Hər
bir ölkədə müəyyən qurum UDC cədvəllərinin hazır-
1
http://www.udcc.org
1
http://www.icsti.org
Beynəlxalq təsnifat sistemləri
201
lanması və çapı üzrə eksklyuziv səlahiyyətlərə ma-
likdir. Məsələn, rus dilində bu materiallar üzrə mo-
nopoliya VİNİTİ-yə,
1
yapon dilində Yaponiya kitab-
xanalar assosiasiyasına ( Japan Library Associa-
tion
2
), ingilis dilində isə Britaniya Standartlar insti-
tutuna (BSI Group – British Standards Institu-
tion
3
) məxsusdur. İndiyə qədər UDC konsorsiumu
elm və texnika üzrə dünyanın 130-dan çox ölkəsini
əhatə edən informasiyanı 40 dildə tam və ya qismən
şəkildə çap etmişdir.
UDC sisteminin əsasında əsas cədvəl durur.
Bu cədvəlin əsas kateqoriyaları bunlardır:
0
Ümumi şöbə
1
Fəlsəfə, psixologiya
2
Din, teologiya
3
Sosial elmlər
5
Təbiət elmləri
6
Texnologiya
7
(İncə)sənət
8
Dil, linqvistika, ədəbiyyat
9
Coğrafiya, bioqrafiya, tarix
UDC sisteminin iyerarxik quruluş prinsipi on-
dan ibarətdir ki, yuxarıda göstərilən hər bir bölmə on
yeni cədvələ bölünə bilər. Hər bir yeni bölgü ərəb
rəqəmləri ilə işarə olunur. Bu iyerarxiya davam et-
1
ВИНИТИ - Всероссийский институт научной и
технической информации. http://www2.viniti.ru
2
http://www.jla.or.jp
3
www.bsigroup.com
Elmşünaslığa giriş
202
dikcə insan fəaliyyətinin daha dar sahələrini detalla-
rı ilə xarakterizə edə bilən kifayət qədər uzun kodlar
yarana bilir.
ISBN (International Standard Book Number) –
Kitabın beynəlxalq standart nömrəsidir. Hər bir ki-
tab nəşrinin unikal nömrəsi olan bu kod, nəşrin satış
şəbəkələrində yayımı, kitabxanalar sistemində saxla-
nılması işini avtomatikləşdirməyə, asanlaşdırmağa
xidmət edir. 1966-cı ildə yaradılan və sonuncu dəfə
2007-ci ildə təkmilləşdirilən ISBN sistemi 13 rə-
qəmli koda malikdir və bu kod ştrix-kodla uyğunlaş-
dırılmışdır. 2007-ci ilə qədər nəşr olunmuş kitablar
10 rəqəmli ISBN kodu (ISBN-10), sonra nəşr olu-
nanlar isə 13 rəqəmli (ISBN-13) kod ilə təchiz olu-
nurlar.
ISBN nömrələri ISBN abreviaturasından sonra
gələn defis və ya boş yerlərlə aralanmış 4 və ya 5
hissədən ibarətdir:
1.
GS1 (Global Standard
1
, əvvəllər EAN
International) prefiksi 978 və ya 979 (978 – kitab
nəşrinə aiddir);
2.
Qrup (mənsubiyyəti) identifikatoru (dil ey-
niyyəti ilə bağlı dövlətlər qrupu). Beynəlxalq ISBN
agentliyi
1
tərəfindən verilir. Bu identifikator 1-dən
5-ə qədər rəqəmlərdən ibarət ola bilər. Məsələn, 0 və
1
www.gs1.org
1
www.isbn.org, www.isbn-international.org
Beynəlxalq təsnifat sistemləri
203
ya 1 – ingilisdilli ölkələri; 2 – fransızdilli ölkələri; 3
– almandilli ölkələri; 4 – Yaponiya; 5 – rusdilli ölkə-
ləri və s. xarakterizə edir; Çoxrəqəmli identifikator-
lara misal kimi qeyd edək ki, Azərbaycanda nəşr
olunan ədəbiyyat üçün prefiks – 9952-dir;
3.
Nəşriyyatın kodu. Beynəlxalq ISBN agent-
liyi tərəfindən verilir; Haradasa 628000 nəşriyyat və
lokal ISBN agentlikləri Beynəlxalq ISBN agentliyin-
də qeydiyyatdan keçmişdir; Məsələn, 19 – “Oxford
University Press” nəşriyyatına uyğun gəlir; “El-
sevier”, “Springer” kimi nəşriyyatlar isə bir neçə
analoji kodlara malikdir; Adətən lokal ISBN agent-
liklərinə və böyük nəşriyyatlara onların ehtiyaclarına
uyğun olaraq ISBN blokları (kodları) verilir;
4.
Nəşrin unikal kodu;
5.
Nəzarət rəqəmi (0-dan 9-a qədər ərəb rə-
qəmləri və ya X ( 10-un əvəzinə) rum rəqəmi); Bu,
ISBN nömrəsindəki rəqəmlərin düzgünlüyünü yox-
lamaq üçün ISBN agentliyi tərəfindən hazırlanmış
xüsusi alqoritm vasitəsilə alınan toplum-yoxlama
(checksum) rəqəmidir.
Qeyd etmək lazımdır ki, eyni bir kitabın bərk-
üzlü (hardback) və yumşaqüzlü (paperback) nəşrləri
müxtəlif ISBN kodlarına malik ola bilər. Məsələn,
bu sətirlərin müəllifinin Stokholmda 2008-ci ildə
çap edilmiş “Philosophy, Science, Culture. Their
Peculiarities in the East and the West” kitabının iki
Elmşünaslığa giriş
204
kodu var: ISBN 978-91-976993-2-7 (hardback) və
ISBN 978-91-976993-3-4 (paperback).
Azərbaycanda ISBN agentliyi “Xəzər” univer-
sitetinin nəzdində yerləşir.
1
ISSN (International Standard Serial Number) –
dövri, davamlı nəşrlərin beynəlxalq standart nömrə-
sidir. Səkkiz unikal rəqəmdən ibarət olan bu nömrə-
lər həm çap edilmiş, həm də elektron versiyada olan
dövri ədəbiyyata aiddir. Həm çap, həm də elektron
versiyada olan eyni bir dövri nəşr iki ISSN koda
malik olur: print ISSN (p-ISSN) və electronic ISSN
(e-ISSN).
Parisdə yerləşən Beynəlxalq ISSN Mərkəzi tə-
rəfindən dövri nəşrlərə verilən ISSN nömrələri
defislə ayrılmış iki dörd rəqəmli hissədən ibarətdir.
2
Axırıncı rəqəm nəzarət üçün olan toplum-yoxlama
( checksum) rəqəmidir (0-dan 9-a qədər ərəb rəqəm-
ləri və ya X (10-un əvəzinə) rum rəqəmi) və o da xü-
susi alqoritm vasitəsilə hesablana bilər. ISSN kodu
beynəlxalq miqyasda yayıla bilən istənilən dövrü
mətbuata (jurnal, qəzet, almanax və hətta, elektron
nəşrlərə – CD, Veb-səhifələrə və s.) şamil edilə
bilər.
Baxmayaraq ki, ISBN və ISSN konseptual
baxımdan bir-birinə oxşayır, lakin bunlar arasında
1
http://www.khazar.org
2
http://www.issn.org/
Beynəlxalq təsnifat sistemləri
205
fərqlər də var. Belə ki, ISBN kodu ayrıca kitaba və
ya dövrü nəşrin konkret nüsxələrinə verildiyi halda,
ISSN bütün dövrü nəşrə tam şəkildə şamil edilir.
ISBN-dən fərqli olaraq, ISSN kodu anonim xarakter
daşıyır: o, nəşrin hansı ölkədə və ya dildə olduğu və
hansı nəşriyyatda çap edildiyi haqda informasiya
vermir.
ISSN-ə misal üçün Azərbaycanda “Copernicus
Index” tərəfindən qeydə alınmış və “Philosophy
Index” tərəfindən referatlaşdırılan humanitar sahədə
yeganə jurnal olan “Fəlsəfə və sosial-siyasi elmlər”
jurnalının ISSN nömrəsi 1810-9047 -dir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq ISSN
Mərkəzi indi dövri nəşrləri yeni formada –ISSN-L
(L – linked, yəni əlaqəli, bağlı mənasını verir) da
qeydiyyatdan keçirir. Bu onunla əlaqədardır ki, son
vaxtlar eyni bir dövrü nəşr mənbəyi müxtəlif
üsullarla realizə oluna bilər.
Elmin
inkişaf qanunauyğunluğu
Elmin hüdudları üfüqü
xatırladır: nə qədər çox ya-
xınlaşırsansa, o qədər uzağa
çəkilir.
P.Buast
Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun ku-
mulyativ xarakterinin nəticəsidir. Kumulyativlik –
elmi biliklərin yenisi ilə əvəz olunmayaraq, üst-üstə
toplanması deməkdir. Müasir elmşünaslıq elmi inki-
şaf qanunauyğunluğunun daha mürəkkəb xarakterə
malik olduğunu aşkar etsə də, hər halda bu xassə el-
min mühüm səciyyələrindən biri olaraq qalmaq-
dadır.
Elmin spesifikasından söhbətlər gedərkən o,
bir qayda olaraq, fəlsəfə, din, incəsənət və əxlaqla
qarşılaşdırılır. Bu zaman kumulyativlik xassəsi elmi
bütün bu hadisələrdən fərqləndirən başlıca xüsusiy-
yət kimi çıxış edir. Bu gün orta məktəbdə oxuyan
Elmin inkişaf qanunauyğunluğu
207
şagird fizika haqqında İ.Nyutona nisbətən daha çox
məlumata malikdir. Sıravi elmi işi, aspirant A.Eyn-
şteynin nəzəriyyəsinə əlavələr edir, onun tətbiq da-
irəsini daha da genişləndirir. Başqa cür mümkün də
deyil; hər hansı elm korifeyi elm binasında yeni bir
mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mər-
təbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər
qoymaqla məşğul olur.
İncəsənətdə belə deyil. Bu günün hər hansı
bəstəkarının L.Bethovendən və ya Ü.Hacıbəyovdan
daha mükəmməl musiqi bəstələməsi nəinki qanuna-
uyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir
rəssamlar İntibah dövrü rəssamlarından daha da yax-
şı çəkə bilsə idilər Rafaelin, Leonardo da Vinçinin,
Mikelancelonun əsərlərinin qiyməti günü-gündən
daha da artardımı? Hər bir yeni şair nəsli Füzulidən,
Puşkindən bir addım qabağa getsə və ya, başqa söz-
lə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə
kərpic də əlavə etsə, poeziya binası hara ucalardı?
Ümumiyyətlə, vahid poeziya binasından, vahid mu-
siqi abidəsindən danışmaq mümkündürmü? Xeyr.
Sənət məmləkətində hər bir şairin, rəssamın, bəstə-
karın ucaltdığı ayrıca məbədlər var ki, onlar bir-bi-
rindən seçilir və heç vaxt bir-birinin üzərinə toplan-
mır. Sənət əsəri hansı isə vahid bir binanın kərpici-
nə, nəhəng sənət maşınının vintinə çevrilsə, öz bü-
tövlüyünü və ahəngini itirər və daha sənət əsəri
olmaz.
Elmşünaslığa giriş
208
Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir
yeni nəslin nümayəndəsi əvvəlkindən daha zəngin
mənəviyyatlı və daha tərbiyəlimi olur? Nəzəriyyə-
dən də, təcrübədən də məlumdur ki, belə bir qəti
hökm səhvdir. Bəs onda əxlaqda, incəsənətdə və s.
tərəqqi yoxdurmu? Tərəqqi var, o kumulyativ yolla
və ya buna bənzər surətdə həyata keçmir. Hər sonra
gələk əvvəlkini yaratdığının üzərində deyil, onunla
yanaşı başqa əsərlər yaradır, özünəməxsus mənəvi
aləmə, əxlaqi keyfiyyətlərə malik olur. Bu keyfiy-
yətlər yalnız həmin dövrün ümumi ahəngindən deyil,
həm də real həyat tərzindən, konkret ictimai-iqtisadi
mühitdən asılı olur. Burada tərəqqi ilə yanaşı, xüsusi
şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii
haldır.
Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkə-
nin elmi tərəqqisində nisbi tənəzzül məqamları olsa
da, bütövlükdə elm maşını daim irəli gedir, elm bi-
nası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtə-
bələr əlavə olunur. Ümumi bir yüksəliş var və hər
bir ölkənin məqsədi bu yürüşdən geri qalmamaq,
onun ön cəbhəsinə çıxmaqdır.
Əlbəttə, biz bununla elmin inkişaf yolunun
mürəkkəbliyini, burada da böhranların və inqilabla-
rın labüdlüyünü inkar etmək istəmirik. Əsas məqsəd,
təfərrüatlara varmadan, yekun inkişafın vahid istiqa-
mətini və müntəzəm xarakterini göstərməkdir.
Elmin inkişaf qanunauyğunluğu
209
Lakin doğrudanmı elmi tərəqqinin həddi-hü-
dudu yoxdur? Bəs bu prosesin məhdudlaşdırılmasına
yönəldilmiş amillər necə?
Belə amillər var və o dərəcədə ciddi amillərdir
ki, bir sıra tədqiqatçılar elmin son həddindən, onun
inkişafında «doyma» halından, elmi potensialın tü-
kənməsindən söhbət açırlar. Doğrudan da, əgər elmi
informasiya həddindən artıq çoxalırsa, insanın intel-
lektual imkanı əsasən yerində saydığı halda, elm
gündən-günə mürəkkəbləşirsə belə söhbətlər tama-
milə təbiidir.
Elmin son həddi barədə mübahisələr yalnız
müasir dövrdə ortaya çıxmamışdır. Bu haqda əvvəl-
lər də danışılmışdır. Məsələn, XIX əsrdə texnikanın
sürətli inkişafından sonra durğunluq yarandığı və
mexanisizmin elmi düşüncə tərzinə hakim kəsildiyi
bir şəraitdə bundan sonra elmin yenə inkişaf etməsi
imkanı şübhə altına alınırdı. Elmin real inkişaf yolu
isə göstərdi ki, burada hər bir böhran həddindən son-
ra dünyanın yeni elmi mənzərəsinə, yeni təfəkkür
tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və
s. Lakin müasir dövrdə elmin hüdudu ilə əlaqədar
şübhələr daha çox sosial amillərin təhlili nəticəsində
yaranır. Məsələn, elmin müasir inkişafı elmi işçilərin
sayının sürətlə artması ilə müşayiət olunur. Bu sürət
Yer kürəsində adamların sayının artma sürətindən
qat-qat böyükdür. Deməli, bu hal müntəzəm davam
edərsə, yaxın gələcəkdə gərək bütün adamlar elmlə
Elmşünaslığa giriş
210
məşğul olsunlar. Bəs sonrakı inkişaf nəyin hesabına
təmin ediləcəkdir? M.Delbryukun dediyi kimi, cə-
miyyət həmişə cavan qalır, elm isə qocalır.
Bu cür dəlillərə istinad edən tədqiqatçılar unu-
durlar ki, elmi işçilərin sayının artması elmin inki-
şafını təmin edən yeganə amil deyil. Bu gün elmin
tətbiqi sayəsində istehsalatda ekstensiv inkişaf xət-
tindən intensiv inkişaf xəttinə keçildiyi kimi, elmin
öz inkişafında da intensiv xəttə keçid təmin edilərsə,
elmi işçilərin sayını artırmağa ehtiyac qalmaz. İnfor-
masiya tutumunun məhdudluğuna gəlincə, burada
elektron-hesablama maşınlarının yaddaşı insanın kö-
məyinə gəlir. Elm özü öz gələcək inkişafı üçün yol
açır.
Kompüter texnologiyasının inkişafı ilə əlaqə-
dar olaraq elmi informasiyanı saxlamaq imkanları da
xeyli artmışdır. Əgər əvvəllər ilkin informasiya və
material toplanması və onlardan istifadə mexanizm-
lərindən tutmuş yeni elmi nəticələr alınmasına qədər
bütün idraki prosedurlar bir insan beynində gedirdi-
sə, indi alimlər kompüterlərin timsalında öz fəaliyyət
dairələrini kifayət dərəcədə genişləndirə, habelə
müxtəlif alimlərlə birgə fəaliyyətə qoşula bilirlər.
Yəni əslində söhbət elmi yaradıcılığın fərdi miqyas-
dan elmi işçi qrupu və ya hətta müəyyən ixtisas üzrə
elmi ictimaiyyət miqyasına keçməsindən gedir. İnsa-
nın, elmi işçinin böyük miqyaslı analoqu olan bu ye-
ni ictimai subyektin düşüncə və elmi yaradıcılıq fəa-
Elmin inkişaf qanunauyğunluğu
211
liyyəti hələ kifayət qədər tədqiq olunmamışdır. Epis-
temologiya min illər boyu ancaq fərdi elmi yaradı-
cılığı, fərdi elmi idrakı tədqiq etmişdir. Amma son
yüzillikdə gedən idrak prosesləri artıq yeni tipli və
yeni mahiyyətli proseslərdir. Burada idrakın öz daxi-
li sosial strukturu vardır. Düzdür, bu yanaşma bir
növ “sosial idrak” anlayışını xatırladır, amma biz sa-
dəcə sosial idrakdan deyil, ictimai miqyas almış və
bu mənada sosiallaşmış elmi idrak prosesindən danı-
şırıq.
Elmi informasiyanın və elmi idrak metodları-
nın geniş miqyas aldığı bir şəraitdə ayrıca götürül-
müş bir alim artıq ona alternativ olan və elmin sub-
yekti kimi çıxış edən “elmi ictimaiyyət”lə rəqabətdə
çətinlik çəkir. Yəni hansısa daha böyük tədqiqat qru-
puna daxil ola bilməyən elm adamı bir növ oyundan-
kənar vəziyyətdə qalmış olur.
Vəziyyətdən çıxış üçün fərdi tədqiqatçılar gec-
tez bu və ya digər elmi məktəblər tərəfindən cəlb
olunur və onların sayəsində lokal elmi qruplar daha
da güclənir. Ona görə də, hazırda böyük elmi tədqi-
qat ictimaiyyətləri elmi mühiti olmayan ölkələrdəki
fərdi tədqiqatçılar hesabına genişləndiyindən getdik-
cə daha çox beynəlmiləlləşirlər.
Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə
onun sürətli inkişafına mane ola biləcək heç bir şüb-
həli qaraltı görünmür. Hətta texniki tərəqqi sahəsin-
də, təbii enerji ehtiyatları sahəsində qarşıya çıxan bir
Elmşünaslığa giriş
212
sıra prinsipial çətinliklərin də əlacı yalnız elmin tə-
rəqqisində axtarılır.
Elmin tərəqqisindən danışa bilmək üçün meto-
doloji prinsip kimi istiqamətlənmiş inkişaf anlayışın-
dan istifadə etmək lazım gəlir. Belə ki, elmin daxili
hərəkəti, hansı isə biliklərin arxaikləşməsi və hansı
isə yeni tədqiqat sahələrinin və yeni biliklərin ak-
tuallaşması prosesi həmişə gedir və bu tipli hadisə-
lərin, dəyişmələrin inkişaf kimi götürülməsi elmdə
hər hansı bir inkişaf qanunauyğunluğunun açılması-
na imkan verə bilməz. Belə bir qanunauyğunluğun
müəyyən edilməsi üçün isə öncə hərəkətin üstün is-
tiqamətləri müəyyənləşdirilməlidir. Yəni biz inkişaf
kateqoriyasından yox, əslində tərəqqi anlayışından
çıxış edirik və bu zaman tərəqqinin meyarları bəlli
olmalıdır.
XX əsrin 50-60-cı illərində “elmşünaslıq” və
ya “elm haqqında elm” adı altında ortaya çıxan yeni
tədqiqat istiqaməti elmdə məhz riyazi olaraq qiymət-
ləndirilə bilən parametrlərin təhlili ilə əlaqədar idi.
Belə ki, elmin sosial sistemə çevrilməsi və maddi ic-
timai təcəssümü məhz elm üçün spesifik olan bir sıra
hadisələrin ölçülməsinə imkan yaratdı. Bunlar ilk
növbədə elmi-tədqiqat müəssisələrinin, elmi məktəb-
lərin, elmi işçilərin, jurnalların, məqalələrin və s. və
s. sayılması və müəyyən statistik nəticələr əldə edil-
məsindən ibarətdir. Yəni əslində böyük elm, onun
daxili məzmunu, evristik proseslər və s. kənar edil-
Elmin inkişaf qanunauyğunluğu
213
məklə ancaq məhz ölçülə bildiyinə görə bir qrup za-
hiri göstəricilər ümumiyyətlə elmin inkişaf göstəri-
ciləri kimi önə çıxdı.
Əslində kəmiyyət göstəricilərinin önə çıxması
üçün elmin özünə olan münasibət buna uyğunlaşdı-
rılmalıdır. Tanınmış elmşünas D.Prays 60-cı illərdə
yazırdı: “Elm odur ki, elmi jurnallarda, məqalələrdə,
monoqrafiyalarda çap olunur”.
1
Görünür, riyazi mo-
delləşdirmənin tətbiqi üçün elm anlayışı bu dərəcədə
bəsitləşdirilməli imiş. Elmin inkişafının belə formal
göstəricilər əsasında təsəvvür olunması riyazi elmşü-
naslığın hələ dəbdə olduğu 70-ci illərdə bizim tərə-
fimizdən tənqid olunmuşdu.
2
Kəmiyyət artımı ilk növbədə elmi biliklərin
çoxalması və onların saxlanması üçün istifadə olu-
nan vasitələrin həcminin artması ilə bağlıdır. Əgər
biz kitabların sayının dinamikasını nəzərdən keçir-
sək, hətta hər bir dar ixtisas sahəsi üzrə elm adamı-
nın oxumaq imkanlarından qat-qat çox informasiya
toplandığı aşkar olur. Əvvəllər müəyyən sahə üzrə
alim olmaq üçün cəmi bir neçə məşhur kitabı oxu-
maq kifayət edirdi. İndi isə bütün planet miqyasında
elmi kitabların sayı sürətlə artır. E.Tofflerin müra-
1
D.Price. The science of science // Bulletin of the Atomic
Scientist. Vol. XXI. № 8. Oct. 1965, p. 5.
2
Bax: S. Xəlilov. Elmin inkişaf qanunauyğunluqlarının
tədqiqi və müvafiq metodoloji məsələlər // Azərbaycan SSR
EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3.
|