Elm yarandıqdan sonra hər şey


Book  Number),  ISSN  (international  standard



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Book  Number),  ISSN  (international  standard 

serial number), УДК, ББК istifadə olunur. Birinci 

2 kod beynəlxalq səciyyə daşıyır. Son 2 kod isə so-

vet  və  post-sovet  məkanında  işlədilən  УДК  (Уни-

                                                 

1

 Bax: Əlavə 3. 



2

 Yenə orada. 



Elmşünaslığa giriş 

 

200



версальная  десятичная  классификация),  ББК 

(Библиотечно-библиографическая 

классифика-

цияkodlarıdır. УДК bütün dünyada istifadə edilən 

Universal  onluq  təsnifat    (UOT,  yaxud  ingiliscə 



UDC  –  Universal  Decimal  Classification)  siste-

minin rus dilində olan variantıdır. Rəsmi nəşr mütləq 

UDC-ya malik olmalıdır. Bu klassifikatoru olmayan 

nəşr heç bir qlobal məlumat bazasına daxil edilmir. 

Universal  onluq  təsnifat  sistemi  XX  əsrin  əv-

vəlində Belçikalı biblioqraflar Pol Otlet və Henri La-

fonten  tərəfindən  yaradılmışdır.  Bu  sistemin  əsasın-

da  1876-cı  ildə  ABŞ-ın  Konqres  kitabxansı  üçün 

Melvil  Diyu  (Dewey)  tərəfindən  işlənib-hazırlanmış 

Onluq  Təsnifat  (DDC)  sistemi  durur.  Lakin  elm  və 

texnikanın bəzi spesifik sahələrini və onlar arasında-

kı  münasibətləri  daha  dolğun  ifadə  etmək  üçün  bu 

sistemdə  əlavə  simvollardan  istifadə  edilmişdir. 

UDC  sistemi  uzun  illər  boyu  beynəlxalq  miqyasda 

təkmilləşdirilmişdir.  

Hal-hazırda müxtəlif dillərdə hazırlanan UDC-

ların  çapı  ilə  məşğul  olunan  qurumlar  Beynəlxalq 

UDC  konsorsiumu

1

  tərəfindən  koordinasiya  olunur 



və    Elmi  və  Texniki  informasiya  üzrə  beynəlxalq 

Şura  (International  Council  for  Scientific  and 

Technical İnformation

1

) ilə sıx əməkdaşlıq edir. Hər 



bir ölkədə müəyyən qurum UDC cədvəllərinin hazır-

                                                 

1

 http://www.udcc.org 



1

 http://www.icsti.org 



 Beynəlxalq təsnifat sistemləri

  

 

 



201

lanması  və  çapı  üzrə  eksklyuziv  səlahiyyətlərə  ma-

likdir.  Məsələn,  rus  dilində  bu  materiallar  üzrə  mo-

nopoliya VİNİTİ-yə,

1

 yapon dilində Yaponiya kitab-



xanalar  assosiasiyasına  (Japan  Library  Associa-

tion

2

), ingilis dilində isə  Britaniya Standartlar insti-

tutuna  (BSI  Group  –  British  Standards  Institu-

tion

3

)  məxsusdur.  İndiyə  qədər  UDC  konsorsiumu 

elm  və  texnika  üzrə  dünyanın  130-dan  çox  ölkəsini 

əhatə edən informasiyanı 40 dildə tam və ya qismən 

şəkildə çap etmişdir. 

UDC  sisteminin  əsasında  əsas  cədvəl  durur.  

Bu cədvəlin əsas kateqoriyaları bunlardır: 

 

 



0  

Ümumi şöbə 

 



Fəlsəfə, psixologiya 



 

Din, teologiya 



 

Sosial elmlər 



 

Təbiət  elmləri 



 

Texnologiya 



 

(İncə)sənət 



 

Dil, linqvistika, ədəbiyyat 



 

Coğrafiya, bioqrafiya, tarix 



 

UDC sisteminin iyerarxik quruluş prinsipi on-

dan ibarətdir ki, yuxarıda göstərilən hər bir bölmə on 

yeni  cədvələ  bölünə  bilər.  Hər  bir  yeni  bölgü  ərəb 

rəqəmləri  ilə  işarə  olunur.  Bu  iyerarxiya  davam  et-

                                                 

1

  ВИНИТИ  -  Всероссийский  институт  научной  и 



технической информации.  http://www2.viniti.ru 

2

 http://www.jla.or.jp 



3

 www.bsigroup.com 



Elmşünaslığa giriş 

 

202



dikcə insan fəaliyyətinin  daha dar sahələrini detalla-

rı ilə xarakterizə edə bilən kifayət qədər uzun kodlar 

yarana bilir. 

ISBN (International Standard Book Number) – 

Kitabın  beynəlxalq standart nömrəsidir. Hər bir  ki-

tab nəşrinin unikal nömrəsi olan bu kod, nəşrin satış 

şəbəkələrində yayımı, kitabxanalar sistemində saxla-

nılması  işini  avtomatikləşdirməyə,  asanlaşdırmağa 

xidmət edir. 1966-cı ildə  yaradılan və sonuncu dəfə 

2007-ci  ildə  təkmilləşdirilən  ISBN  sistemi  13  rə-

qəmli koda malikdir və bu kod ştrix-kodla uyğunlaş-

dırılmışdır.  2007-ci  ilə  qədər  nəşr  olunmuş  kitablar 

10  rəqəmli  ISBN  kodu  (ISBN-10),  sonra  nəşr  olu-

nanlar  isə  13  rəqəmli  (ISBN-13)  kod  ilə  təchiz  olu-

nurlar. 

ISBN nömrələri ISBN abreviaturasından sonra 

gələn  defis  və  ya  boş  yerlərlə  aralanmış  4  və  ya  5 

hissədən ibarətdir: 

1.

 

GS1  (Global  Standard



1

,  əvvəllər  EAN 



International)  prefiksi  978  və  ya  979  (978  –  kitab 

nəşrinə aiddir); 

2.

 

Qrup (mənsubiyyəti) identifikatoru (dil ey-



niyyəti  ilə  bağlı  dövlətlər  qrupu).  Beynəlxalq  ISBN 

agentliyi

1

  tərəfindən  verilir.  Bu  identifikator  1-dən 



5-ə qədər rəqəmlərdən ibarət ola bilər. Məsələn, 0 və 

                                                 

1

 

www.gs1.org



 

1

 



www.isbn.org, www.isbn-international.org

 


 Beynəlxalq təsnifat sistemləri

  

 

 



203

ya 1 – ingilisdilli ölkələri; 2 – fransızdilli ölkələri; 3 

– almandilli ölkələri; 4 – Yaponiya; 5 – rusdilli ölkə-

ləri  və  s.  xarakterizə  edir;  Çoxrəqəmli  identifikator-

lara  misal  kimi  qeyd  edək  ki,  Azərbaycanda  nəşr 

olunan ədəbiyyat üçün prefiks – 9952-dir; 

3.

 

Nəşriyyatın kodu. Beynəlxalq ISBN agent-



liyi tərəfindən verilir; Haradasa 628000 nəşriyyat və 

lokal ISBN agentlikləri Beynəlxalq ISBN agentliyin-

də  qeydiyyatdan  keçmişdir;  Məsələn,  19  –  “Oxford 

University  Press”  nəşriyyatına  uyğun  gəlir;  “El-

sevier”,  “Springer”  kimi  nəşriyyatlar  isə  bir  neçə 

analoji  kodlara  malikdir;  Adətən  lokal  ISBN  agent-

liklərinə və böyük nəşriyyatlara onların ehtiyaclarına 

uyğun olaraq ISBN blokları (kodları) verilir; 

4.

 

Nəşrin unikal kodu; 



5.

 

Nəzarət  rəqəmi  (0-dan  9-a  qədər  ərəb  rə-



qəmləri  və  ya  X  (10-un  əvəzinə)  rum  rəqəmi);  Bu, 

ISBN  nömrəsindəki  rəqəmlərin  düzgünlüyünü  yox-

lamaq  üçün  ISBN  agentliyi  tərəfindən  hazırlanmış 

xüsusi  alqoritm  vasitəsilə  alınan  toplum-yoxlama 

(checksum) rəqəmidir. 

Qeyd etmək lazımdır ki, eyni bir kitabın bərk-

üzlü (hardback) və yumşaqüzlü (paperback) nəşrləri 

müxtəlif    ISBN  kodlarına  malik  ola  bilər.  Məsələn, 

bu  sətirlərin  müəllifinin  Stokholmda  2008-ci  ildə 

çap  edilmiş  “Philosophy,  Science,  Culture.  Their 

Peculiarities  in  the  East  and  the  West”  kitabının  iki 


Elmşünaslığa giriş 

 

204



kodu  var:  ISBN  978-91-976993-2-7  (hardback)  və 

ISBN 978-91-976993-3-4 (paperback). 

Azərbaycanda ISBN agentliyi “Xəzər” univer-

sitetinin nəzdində yerləşir.

1

 

ISSN (International Standard Serial Number) – 



dövri,  davamlı  nəşrlərin  beynəlxalq  standart  nömrə-

sidir. Səkkiz unikal rəqəmdən ibarət olan bu nömrə-

lər həm çap edilmiş, həm də elektron versiyada olan 

dövri  ədəbiyyata  aiddir.  Həm  çap,  həm  də  elektron 

versiyada  olan  eyni  bir  dövri  nəşr  iki  ISSN  koda 

malik  olur:  print  ISSN  (p-ISSN)  və  electronic  ISSN 

(e-ISSN). 

Parisdə yerləşən Beynəlxalq ISSN Mərkəzi tə-

rəfindən  dövri  nəşrlərə  verilən  ISSN  nömrələri 

defislə ayrılmış iki dörd rəqəmli hissədən ibarətdir.

2

 

Axırıncı  rəqəm  nəzarət  üçün  olan  toplum-yoxlama 



(checksum)  rəqəmidir  (0-dan  9-a  qədər  ərəb  rəqəm-

ləri və ya X (10-un əvəzinə) rum rəqəmi) və o da xü-

susi  alqoritm  vasitəsilə  hesablana  bilər.  ISSN  kodu 

beynəlxalq  miqyasda  yayıla  bilən  istənilən  dövrü 

mətbuata  (jurnal,  qəzet,  almanax  və  hətta,  elektron 

nəşrlərə  –  CD,  Veb-səhifələrə  və  s.)  şamil  edilə 

bilər. 

Baxmayaraq  ki,  ISBN  və  ISSN  konseptual 



baxımdan  bir-birinə  oxşayır,  lakin  bunlar  arasında 

                                                 

1

 

http://www.khazar.org



 

2

 



http://www.issn.org/

 


 Beynəlxalq təsnifat sistemləri

  

 

 



205

fərqlər  də  var.  Belə  ki,  ISBN  kodu  ayrıca  kitaba  və 

ya  dövrü  nəşrin  konkret  nüsxələrinə  verildiyi  halda, 

ISSN  bütün  dövrü  nəşrə  tam  şəkildə  şamil  edilir. 

ISBN-dən fərqli olaraq, ISSN kodu anonim xarakter 

daşıyır: o, nəşrin hansı ölkədə və ya dildə olduğu və 

hansı  nəşriyyatda  çap  edildiyi  haqda  informasiya 

vermir. 


ISSN-ə misal üçün Azərbaycanda “Copernicus 

Index”  tərəfindən  qeydə  alınmış  və  “Philosophy 

Index”  tərəfindən  referatlaşdırılan  humanitar  sahədə 

yeganə  jurnal  olan  “Fəlsəfə  və  sosial-siyasi  elmlər” 

jurnalının ISSN nömrəsi 1810-9047 -dir. 

Qeyd  etmək  lazımdır  ki,  Beynəlxalq  ISSN 

Mərkəzi  indi  dövri  nəşrləri  yeni  formada  –ISSN-L 

(L  –  linked,  yəni  əlaqəli,  bağlı  mənasını  verir)  da 

qeydiyyatdan keçirir.  Bu onunla əlaqədardır ki, son 

vaxtlar  eyni  bir  dövrü  nəşr  mənbəyi  müxtəlif 

üsullarla realizə oluna bilər. 

 

 



 

 

 

 

 

 

Elmin  

inkişaf qanunauyğunluğu 

 

 



Elmin  hüdudları  üfüqü 

xatırladır:  nə  qədər  çox  ya-

xınlaşırsansa,  o  qədər  uzağa 

çəkilir

P.Buast 

 

Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun ku-



mulyativ  xarakterinin  nəticəsidir.  Kumulyativlik  – 

elmi biliklərin  yenisi ilə əvəz olunmayaraq, üst-üstə 

toplanması deməkdir. Müasir elmşünaslıq elmi inki-

şaf  qanunauyğunluğunun  daha  mürəkkəb  xarakterə 

malik olduğunu aşkar etsə də, hər halda bu xassə el-

min  mühüm  səciyyələrindən  biri  olaraq  qalmaq-

dadır. 

Elmin  spesifikasından  söhbətlər  gedərkən  o, 



bir  qayda  olaraq,  fəlsəfə,  din,  incəsənət  və  əxlaqla 

qarşılaşdırılır. Bu zaman kumulyativlik xassəsi elmi 

bütün  bu  hadisələrdən  fərqləndirən  başlıca  xüsusiy-

yət  kimi  çıxış  edir.  Bu  gün  orta  məktəbdə  oxuyan 



Elmin inkişaf qanunauyğunluğu  

 

 



207

şagird  fizika  haqqında  İ.Nyutona  nisbətən  daha  çox 

məlumata  malikdir.  Sıravi  elmi  işi,  aspirant  A.Eyn-

şteynin  nəzəriyyəsinə  əlavələr  edir,  onun  tətbiq  da-

irəsini daha da genişləndirir. Başqa  cür mümkün  də 

deyil;  hər  hansı  elm  korifeyi  elm  binasında  yeni  bir 

mərtəbə  tikirsə,  sonrakı  nəsil  artıq  bu  yeni  mər-

təbədə  rahat  yerləşərək  onun  üzərinə  yeni  kərpiclər 

qoymaqla məşğul olur. 

İncəsənətdə  belə  deyil.  Bu  günün  hər  hansı 

bəstəkarının  L.Bethovendən  və  ya  Ü.Hacıbəyovdan 

daha  mükəmməl  musiqi  bəstələməsi  nəinki  qanuna-

uyğunluq  deyil,  hətta  ağlasığmaz  bir  haldır.  Müasir 

rəssamlar İntibah dövrü rəssamlarından daha da yax-

şı  çəkə  bilsə  idilər  Rafaelin,  Leonardo  da  Vinçinin, 

Mikelancelonun  əsərlərinin  qiyməti  günü-gündən 

daha da artardımı? Hər bir yeni şair nəsli Füzulidən, 

Puşkindən bir addım qabağa getsə və ya, başqa söz-

lə,  onların  qalxdığı  mərtəbədə  dayanıb  üstünə  bircə 

kərpic  də  əlavə  etsə,  poeziya  binası  hara  ucalardı? 

Ümumiyyətlə,  vahid  poeziya  binasından,  vahid  mu-

siqi  abidəsindən  danışmaq  mümkündürmü?  Xeyr. 

Sənət  məmləkətində  hər  bir  şairin,  rəssamın,  bəstə-

karın  ucaltdığı  ayrıca  məbədlər  var  ki,  onlar  bir-bi-

rindən seçilir və heç vaxt bir-birinin üzərinə toplan-

mır.  Sənət  əsəri  hansı  isə  vahid  bir  binanın  kərpici-

nə,  nəhəng  sənət  maşınının  vintinə  çevrilsə,  öz  bü-

tövlüyünü  və  ahəngini  itirər  və  daha  sənət  əsəri 

olmaz. 


Elmşünaslığa giriş 

 

208



Eləcə  də  fəlsəfə  və  əxlaq  sahəsində.  Hər  bir 

yeni  nəslin  nümayəndəsi  əvvəlkindən  daha  zəngin 

mənəviyyatlı  və  daha  tərbiyəlimi  olur?  Nəzəriyyə-

dən  də,  təcrübədən  də  məlumdur  ki,  belə  bir  qəti 

hökm  səhvdir.  Bəs  onda  əxlaqda,  incəsənətdə  və  s. 

tərəqqi  yoxdurmu?  Tərəqqi  var,  o  kumulyativ  yolla 

və ya buna bənzər surətdə həyata keçmir. Hər sonra 

gələk  əvvəlkini  yaratdığının  üzərində  deyil,  onunla 

yanaşı  başqa  əsərlər  yaradır,  özünəməxsus  mənəvi 

aləmə,  əxlaqi  keyfiyyətlərə  malik  olur.  Bu  keyfiy-

yətlər yalnız həmin dövrün ümumi ahəngindən deyil, 

həm də real həyat tərzindən, konkret ictimai-iqtisadi 

mühitdən asılı olur. Burada tərəqqi ilə yanaşı, xüsusi 

şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii 

haldır. 

Elmdə  isə  geriyə  yol  yoxdur.  Ayrıca  bir  ölkə-

nin  elmi  tərəqqisində  nisbi  tənəzzül  məqamları  olsa 

da,  bütövlükdə  elm  maşını  daim  irəli  gedir,  elm  bi-

nası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtə-

bələr  əlavə  olunur.  Ümumi  bir  yüksəliş  var  və  hər 

bir  ölkənin  məqsədi  bu  yürüşdən  geri  qalmamaq, 

onun ön cəbhəsinə çıxmaqdır. 

Əlbəttə,  biz  bununla  elmin  inkişaf  yolunun 

mürəkkəbliyini,  burada  da  böhranların  və  inqilabla-

rın labüdlüyünü inkar etmək istəmirik. Əsas məqsəd, 

təfərrüatlara varmadan, yekun inkişafın vahid istiqa-

mətini və müntəzəm xarakterini göstərməkdir. 


Elmin inkişaf qanunauyğunluğu  

 

 



209

Lakin  doğrudanmı  elmi  tərəqqinin  həddi-hü-

dudu yoxdur? Bəs bu prosesin məhdudlaşdırılmasına 

yönəldilmiş amillər necə? 

Belə amillər var və o dərəcədə ciddi amillərdir 

ki,  bir  sıra  tədqiqatçılar  elmin  son  həddindən,  onun 

inkişafında  «doyma»  halından,  elmi  potensialın  tü-

kənməsindən söhbət açırlar. Doğrudan da, əgər elmi 

informasiya həddindən artıq çoxalırsa, insanın intel-

lektual  imkanı  əsasən  yerində  saydığı  halda,  elm 

gündən-günə  mürəkkəbləşirsə  belə  söhbətlər  tama-

milə təbiidir. 

Elmin  son  həddi  barədə  mübahisələr  yalnız 

müasir dövrdə ortaya çıxmamışdır. Bu haqda əvvəl-

lər də danışılmışdır. Məsələn, XIX əsrdə texnikanın 

sürətli  inkişafından  sonra  durğunluq  yarandığı  və 

mexanisizmin  elmi  düşüncə  tərzinə  hakim  kəsildiyi 

bir  şəraitdə  bundan  sonra  elmin  yenə  inkişaf  etməsi 

imkanı şübhə altına alınırdı. Elmin real inkişaf  yolu 

isə göstərdi ki, burada hər bir böhran həddindən son-

ra  dünyanın  yeni  elmi  mənzərəsinə,  yeni  təfəkkür 

tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və 

s.  Lakin  müasir  dövrdə  elmin  hüdudu  ilə  əlaqədar 

şübhələr daha çox sosial amillərin təhlili nəticəsində 

yaranır. Məsələn, elmin müasir inkişafı elmi işçilərin 

sayının sürətlə artması ilə müşayiət olunur. Bu sürət 

Yer  kürəsində  adamların  sayının  artma  sürətindən 

qat-qat  böyükdür.  Deməli,  bu  hal  müntəzəm  davam 

edərsə,  yaxın  gələcəkdə  gərək  bütün  adamlar  elmlə 


Elmşünaslığa giriş 

 

210



məşğul olsunlar. Bəs sonrakı inkişaf nəyin hesabına 

təmin  ediləcəkdir?  M.Delbryukun  dediyi  kimi,  cə-

miyyət həmişə cavan qalır, elm isə qocalır. 

Bu cür dəlillərə istinad edən tədqiqatçılar unu-

durlar  ki,  elmi  işçilərin  sayının  artması  elmin  inki-

şafını  təmin  edən  yeganə  amil  deyil.  Bu  gün  elmin 

tətbiqi  sayəsində  istehsalatda  ekstensiv  inkişaf  xət-

tindən  intensiv  inkişaf  xəttinə  keçildiyi  kimi,  elmin 

öz inkişafında da intensiv xəttə keçid təmin edilərsə, 

elmi işçilərin sayını artırmağa ehtiyac qalmaz. İnfor-

masiya  tutumunun  məhdudluğuna  gəlincə,  burada 

elektron-hesablama maşınlarının yaddaşı insanın kö-

məyinə  gəlir.  Elm  özü  öz  gələcək  inkişafı  üçün  yol 

açır. 


Kompüter  texnologiyasının  inkişafı  ilə  əlaqə-

dar olaraq elmi informasiyanı saxlamaq imkanları da 

xeyli  artmışdır.  Əgər  əvvəllər  ilkin  informasiya  və 

material toplanması və onlardan istifadə mexanizm-

lərindən tutmuş yeni elmi nəticələr alınmasına qədər 

bütün idraki prosedurlar  bir insan beynində gedirdi-

sə, indi alimlər kompüterlərin timsalında öz fəaliyyət 

dairələrini  kifayət  dərəcədə  genişləndirə,  habelə 

müxtəlif  alimlərlə  birgə  fəaliyyətə  qoşula  bilirlər. 

Yəni əslində söhbət elmi yaradıcılığın fərdi miqyas-

dan elmi işçi qrupu və ya hətta müəyyən ixtisas üzrə 

elmi ictimaiyyət miqyasına keçməsindən gedir. İnsa-

nın, elmi işçinin böyük miqyaslı analoqu olan bu ye-

ni ictimai subyektin düşüncə və elmi yaradıcılıq fəa-



Elmin inkişaf qanunauyğunluğu  

 

 



211

liyyəti hələ kifayət qədər tədqiq olunmamışdır. Epis-

temologiya  min  illər  boyu  ancaq  fərdi  elmi  yaradı-

cılığı,  fərdi  elmi  idrakı  tədqiq  etmişdir.  Amma  son 

yüzillikdə  gedən  idrak  prosesləri  artıq  yeni  tipli  və 

yeni mahiyyətli proseslərdir. Burada idrakın öz daxi-

li  sosial  strukturu  vardır.  Düzdür,  bu  yanaşma  bir 

növ “sosial idrak” anlayışını xatırladır, amma biz sa-

dəcə  sosial  idrakdan  deyil,  ictimai  miqyas  almış  və 

bu mənada sosiallaşmış elmi idrak prosesindən danı-

şırıq. 

Elmi  informasiyanın  və  elmi  idrak  metodları-



nın  geniş  miqyas  aldığı  bir  şəraitdə  ayrıca  götürül-

müş bir alim artıq ona alternativ olan və elmin sub-

yekti kimi çıxış edən “elmi ictimaiyyət”lə rəqabətdə 

çətinlik çəkir. Yəni hansısa daha böyük tədqiqat qru-

puna daxil ola bilməyən elm adamı bir növ oyundan-

kənar vəziyyətdə qalmış olur. 

Vəziyyətdən çıxış üçün fərdi tədqiqatçılar gec-

tez  bu  və  ya  digər  elmi  məktəblər  tərəfindən  cəlb 

olunur  və  onların  sayəsində  lokal  elmi  qruplar  daha 

da güclənir. Ona görə də, hazırda böyük elmi tədqi-

qat  ictimaiyyətləri  elmi  mühiti  olmayan  ölkələrdəki 

fərdi tədqiqatçılar hesabına genişləndiyindən getdik-

cə daha çox beynəlmiləlləşirlər.   

Beləliklə,  elmin  üfüqündə  yaxın  gələcəkdə 

onun sürətli inkişafına mane ola biləcək heç bir şüb-

həli qaraltı görünmür. Hətta texniki tərəqqi sahəsin-

də, təbii enerji ehtiyatları sahəsində qarşıya çıxan bir 


Elmşünaslığa giriş 

 

212



sıra  prinsipial  çətinliklərin  də  əlacı  yalnız  elmin  tə-

rəqqisində axtarılır. 

Elmin tərəqqisindən danışa bilmək üçün meto-

doloji prinsip kimi istiqamətlənmiş inkişaf anlayışın-

dan istifadə etmək lazım gəlir. Belə ki, elmin daxili 

hərəkəti,  hansı  isə  biliklərin  arxaikləşməsi  və  hansı 

isə  yeni  tədqiqat  sahələrinin  və  yeni  biliklərin  ak-

tuallaşması  prosesi  həmişə  gedir  və  bu  tipli  hadisə-

lərin,  dəyişmələrin  inkişaf  kimi  götürülməsi  elmdə 

hər hansı bir inkişaf qanunauyğunluğunun açılması-

na  imkan  verə  bilməz.  Belə  bir  qanunauyğunluğun 

müəyyən edilməsi üçün  isə öncə hərəkətin üstün is-

tiqamətləri  müəyyənləşdirilməlidir.  Yəni  biz  inkişaf 

kateqoriyasından  yox,  əslində  tərəqqi  anlayışından 

çıxış  edirik  və  bu  zaman  tərəqqinin  meyarları  bəlli 

olmalıdır.  

XX  əsrin  50-60-cı  illərində  “elmşünaslıq”  və 

ya “elm haqqında elm” adı altında ortaya çıxan yeni 

tədqiqat istiqaməti elmdə məhz riyazi olaraq qiymət-

ləndirilə  bilən  parametrlərin  təhlili  ilə  əlaqədar  idi. 

Belə ki, elmin sosial sistemə çevrilməsi və maddi ic-

timai təcəssümü məhz elm üçün spesifik olan bir sıra 

hadisələrin  ölçülməsinə  imkan  yaratdı.  Bunlar  ilk 

növbədə elmi-tədqiqat müəssisələrinin, elmi məktəb-

lərin, elmi işçilərin, jurnalların, məqalələrin və s. və 

s. sayılması və müəyyən statistik nəticələr əldə edil-

məsindən  ibarətdir.  Yəni  əslində  böyük  elm,  onun 

daxili  məzmunu,  evristik  proseslər  və  s.  kənar  edil-



Elmin inkişaf qanunauyğunluğu  

 

 



213

məklə ancaq məhz ölçülə bildiyinə görə bir qrup za-

hiri  göstəricilər  ümumiyyətlə  elmin  inkişaf  göstəri-

ciləri kimi önə çıxdı.  

Əslində  kəmiyyət  göstəricilərinin  önə  çıxması 

üçün  elmin  özünə  olan  münasibət  buna  uyğunlaşdı-

rılmalıdır.  Tanınmış  elmşünas  D.Prays  60-cı  illərdə 

yazırdı: “Elm odur ki, elmi jurnallarda, məqalələrdə, 

monoqrafiyalarda çap olunur”.

1

 Görünür, riyazi mo-



delləşdirmənin tətbiqi üçün elm anlayışı bu dərəcədə 

bəsitləşdirilməli  imiş.  Elmin  inkişafının  belə  formal 

göstəricilər əsasında təsəvvür olunması riyazi elmşü-

naslığın  hələ  dəbdə  olduğu  70-ci  illərdə  bizim  tərə-

fimizdən tənqid olunmuşdu.

2

  



Kəmiyyət  artımı  ilk  növbədə  elmi  biliklərin 

çoxalması  və  onların  saxlanması  üçün  istifadə  olu-

nan  vasitələrin  həcminin  artması  ilə  bağlıdır.  Əgər 

biz  kitabların  sayının  dinamikasını  nəzərdən  keçir-

sək, hətta hər bir dar ixtisas sahəsi üzrə  elm adamı-

nın  oxumaq  imkanlarından  qat-qat  çox  informasiya 

toplandığı  aşkar  olur.  Əvvəllər  müəyyən  sahə  üzrə 

alim  olmaq  üçün  cəmi  bir  neçə  məşhur  kitabı  oxu-

maq kifayət edirdi. İndi isə bütün planet miqyasında 

elmi  kitabların  sayı  sürətlə  artır.  E.Tofflerin  müra-

                                                 

1

 D.Price. The science of science // Bulletin of the Atomic 



Scientist. Vol. XXI. № 8. Oct. 1965, p. 5. 

2

  Bax:  S.  Xəlilov.  Elmin  inkişaf  qanunauyğunluqlarının 



tədqiqi  və  müvafiq  metodoloji  məsələlər  //  Azərbaycan  SSR 

EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3.  




Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin