1
Sührəvərdi. İşıq heykəlləri, s. 221.
Elm haqqında elm
378
Elmi dünyagörüşü və paradiqmalar
Elm fəlsəfədən ayrıldıqdan sonra elmi və fəlsəfi dünyagörüşləri nisbi
müstəqil inkişaf yolu keçmiş və bir-birindən xeyli dərəcədə uzaqlaşmışdır.
Təbiətin getdikcə daha kiçik hissələrini olduqca müxtəlif münasibətlər və
əlaqələr müstəvisində tədqiq edən elm vaxtaşırı qayıdıb dünyanın ümumi
elmi mənzərəsini yaratmağa çalışır. Yəni elmdə bir tərəfdən sürətli
diferensiallaşma getdiyi halda, digər tərəfdən inteqrativ proseslər də gedir.
Lakin elmdə inteqrasiya gerçək təbiətin, bütövlükdə dünyanın taleyi, məq-
sədi və funksiyalarını araşdırmaq iqtidarında deyil. Bu əslində fəlsəfi dün-
yagörüşünə aid olan bir məsələdir. Elmdə inteqrasiya isə ayrı-ayrı fənlər
çərçivəsində əldə edilmiş olduqca müxtəlif səpkili biliklərin qruplaşdırıl-
ması, vahid sistem halına salınması və bu biliklər əsasında dünyanın yeni
elmi modellərinin qurulması şəklində həyata keçir. Əlbəttə, hər bir yeni
model çərçivəsində müxtəlif elm sahələrinin əldə etdiyi elmi informasiya-
nın bir araya gətirilməsi və dünyanın bu cür yaradılan elmi mənzərəsində
üstün mövqe tutan müəyyən ahəngin transformasiyası, bu və ya digər mak-
roqanunauyğunluqların aşkar edilməsi arada qalan boşluqları da deduktiv
metodla doldurmaq üçün imkan yaradır. Yəni bütövün ahəngi hissələrin
tədqiqi üçün oriyentir olur, yeni istiqamət açır.
Elmdə diferensiallaşma əsasən empirik tədqiqatlar və induktiv me-
todlar vasitəsilə həyata keçirildiyi halda, inteqrasiya prosesi yeni, daha mü-
kəmməl və əhatəli nəzəriyyələrin yaranması sayəsində mümkün olur. Belə
böyük nəzəri sistemlərin konkret fiziki proseslərə şamil edilməsi, proyek-
siyası empirik materialdan, təcrübədən gəlməyən ideya və hipotezlər üçün
meydan açır ki, sonradan onların yoxlanması üçün qoyulan eksperimentlər
müsbət nəticə verirsə, bu da həmin nəzəriyyənin düzgünlüyünü göstərən
əlavə arqumentə çevrilir.
Fəlsəfi dünyagörüşü isə daha böyük miqyası əhatə etdiyinə görə, hər
Elm fəlsəfəsi və elmin metodologiyası
379
bir yeni fəlsəfi təlimin baxış bucağından dünyanın elmi mənzərəsi də fərqli
görünür. Amma təəssüf ki, fəlsəfi təlimlərlə ümumi elmi nəzəriyyələrin
əlaqələndirilməsi sahəsində arzu olunan səviyyədə işlər aparılmamışdır.
Daha doğrusu, elmi paradiqmaya təsir edə biləcək yeni fəlsəfi təlimlərin
formalaşması istiqamətində tədqiqatlar çox ləng gedir. Yəni nə vaxtsa ay-
rılmış elm və fəlsəfə arasında məsafə getdikcə artır və bəzən uçurum dərə-
cəsinə çatır: sanki hərə özü üçün imiş. Bununla belə, ən son dövrlərdə fəl-
səfi dünyagörüşündə baş verən dəyişikliklər artıq bütövlükdə elmi düşüncə
tərzinə təsir etməyə bilməz. Filosofların 2500 il öncə işləyib hazırladıqları
atomistik struktur nəzəriyyəsi elm üçün ancaq XX əsrin əvvəllərində xü-
susi əhəmiyyət kəsb etdi və atom fizikası yarandı. İndi fəlsəfi fikrin başqa
bir ideya mənbəyi aktuallaşmışdır. Əsasən Şərq düşüncəsi üçün səciyyəvi
olan ruhun prioritetliyi üzərində qurulmuş yeni təlimlər dinin və fəlsəfənin
sərhədlərini keçərək elmin fundamental prinsiplərinə də təsir göstərir.
XX əsrin böyük fiziklərindən biri V.Heyzenberqin fikrinə görə, bü-
tün bəşər tarixi boyunca ən böyük kəşflər həmişə fərqli təfəkkür sistemlə-
rinin kəsişməsi zamanı edilir.
5
1
Bu fikri, bir tərəfdən Şərq və Qərb düşüncə
tərzlərinin kəsişməsi, digər tərəfdən ənənəvi və modern düşüncənin vahid
məxrəcə gətirilməsinə aid etmək olar. Həmin dövrün başqa bir böyük fiziki
Maks Born isə belə deyir: «Bizim nəsil yunan atomistlərinin o vaxt səpdiyi
toxumların məhsulunu indi yığır».
5
2
Həqiqətən də, qədim yunan filosofları-
nın mücərrəd elmi-fəlsəfi ideyaları elmin öz təbii tarixi inkişaf xətti ilə gə-
lib çatdığı məqamları iki min il qabaqlamışdı. O dövrün fəlsəfi fəhmi ilə
söylənən bəzi ideyalar isə elm tərəfindən hələ də mənimsənilməmiş, elmi
metodlarla isbata yetirilməmişdir. Bununla belə, «qədim fəlsəfələr bugü-
nün elminə çıraq tutmaqda davam edir» (Əbu Turxan). F.Kapra da belə he-
sab edir ki, dünyanın fiziki quruluşunu izah edən nəzəriyyələrin təməl
prinsipləri hətta yunanlardan daha çox, Şərq mistisizmində ifadə
olunmuşdu.
5
3
Pifaqorun və onun davamçılarının dünyanın ahəngini rəqəmlər ara-
sında münasibət kimi izah etmək cəhdləri sonrakı minilliklərdə riyazi mü-
nasibətlərin əslində doğrudan da təbiətdən qaynaqlandığını və ya bəlkə də
hissi dünyadakı qanunauyğunluqların əsasında durduğunu getdikcə daha
1
Bax: Ф. Капра. Дао физики. К.: «София», М.: ИД «Гелиос», 2002, с. 10
2
Bax: Г.Волков. У колыбели науки. М., 1971, с. 96.
3
Ф.Капра. Дао физики, с. 17.
Elm haqqında elm
380
çox isbata yetirmiş, insan, təbiət və ruh arasındakı vəhdətin daha bir təcəs-
sümü kimi formalaşmışdır. B.L.Van der Vardenin yazdığı kimi, pifaqorçu-
lara görə, riyaziyyat insanın ilahi duyğularını ifadə edir: «Pifaqorçular ri-
yaziyyatla dini ayin kimi məşğul olur, ona Allaha yaxınlaşmağın vasitəsi
kimi baxırdılar».
5
1
Henrix Volkov yazır: «Pifaqorun dünya haqqındakı təli-
minin mahiyyəti – riyazi təşkil olunmuş kosmosdur. Onlar üçün qeyri-üzvi
təbiətdən başlayaraq ağıla, nəfsə, tanrılara qədər bütün varlıq öz ifadəsini
rəqəmlərdə tapır. Bütün cisimlər riyazidir, bütün rəqəmlər maddidir,
cismanidir, «dünyəvi» yaradılışın izlərini daşıyırlar».
5
2
Riyaziyyat fərqli bir dünyadır və ya məhz bizim dünyanın bir
modelidir.
Elmə verilən təriflər içərisində onun mahiyyətini ən gözəl ifadə edən
tərif belə səslənir: “Elm ümumilər arasında əlaqəni öyrənir”. Bəli, məhz
ümumilər arasında. Cismani dünyada biz ayrı-ayrı hadisələrlə, təzahürlərlə
rastlaşırıq. Burada hər şey təsadüfi kimi görünür. Qanunauyğunluqlar an-
caq ümumilər arasındakı münasibətdə üzə çıxır. Və bu münasibət ədədlər
arasında nisbət kimi də ifadə oluna bilir.
Geosentrik sistemdən heliosentrik sistemə keçidin əsasında bütün
digər elmlər üçün də önəmli olan hansı prinsipial dəyişiklik dururdu? Yəni
bu iki sistem ancaq göy cisimlərinin öyrənilməsi, yəni astronomiya və ya
kosmoqoniya kontekstindəmi əhəmiyyətli idi, yoxsa burada biz bütövlükdə
dünyagörüşü səviyyəsində ortaya çıxan daha böyük bir fərqin astrono-
miyada daha əyani şəkildə üzə çıxan konkret konstatasiyası ilə rastlaşırıq?
Əgər Yer dünyanın mərkəzidirsə, yəni bütün göy cisimləri hərəkət
etdiyi halda, Yer sükunət halındadırsa, onda insanların müşahidə etdiyi
mexaniki və fiziki hərəkətlər koordinat başlanğıcı sükunətdə olan və ancaq
kənar təsirlə hərəkətə gətirilən hadisə kimi öyrəniləcəkdir. Burada iki baş-
lanğıc şərt nəzərdə tutulur. Birincisi, Yerlə bağlı olan bütün ölçmə sistem-
ləri sükunətdə olduğundan cismin sükunət halı daha dayanıqlı və əsas hal-
dır, hərəkət isə sonradan, təsirlə yaranır və təsir kəsilən kimi cisim yenə də
sükunət halına keçir. Başqa sözlə desək, bu ölçü sistemində sükunət müt-
ləq, hərəkət nisbidir. Aristotel dövründən bəri cisimlərin hərəkəti məhz tə-
1
Ван дер Варден Б.Л. Пробуждающаяся наука, М., 1959, с. 146.
2
Г.Волков У колыбели науки, с. 127.
Elm fəlsəfəsi və elmin metodologiyası
381
məl rolunu oynayan sükunət halına nəzərən ölçülmüş və xüsusi olaraq
formulə edilməsə də, bütün hərəkətlərin ancaq bəlli qüvvə təsiri ilə
mümkün olduğu qəbul edilmişdir.
Q.Qaliley – Nyuton mexanikasının ən böyük yeniliklərindən biri me-
xaniki hərəkətlərin təkcə sükunət halında olan koordinat sistemlərinə nəzə-
rən deyil, həm də bərabərsürətli və düzxətli hərəkətdə olan koordinat sis-
temlərinə nəzərən eyni xarakterdə olduğunu irəli sürməkdən ibarətdir. Yə-
ni Qaliley bərabərsürətli düzxətli hərəkət halının sükunət halına ekviva-
lentliyi prinsipini irəli sürməklə əslində bəlli bir sükunət halını inkar et-
mişdir. Başqa sözlə desək, sükunətin nisbiliyi prinsipini irəli sürmüşdür.
Qalileyin bu xidməti mexanika və fizika tarixində, habelə elmi dünyagörü-
şünün inkişafında yeni mərhələ kimi, bir inqilab kimi dəyərləndirilir. Lakin
biz bu yeniliyi məhz geosentrik sistemdən heliosentrik sistemə keçidi tə-
min edən elmi dünyagörüşü bazası kimi də dəyərləndirmək istərdik. Düz-
dür, Kopernik Qalileydən bir əsr əvvəl yaşamışdır və Kopernikin kəşfi ki-
mi təqdim olunan heliosentrik sistemin astronomiya kontekstində ideya
əsasları ondan da xeyli əvvəl Nəsirəddin Tusi və İslam dünyasının başqa
mütəfəkkirləri tərəfindən qoyulmuşdu, lakin bütün bunlar hələ fiziki pro-
seslərin dünyagörüşü əsası kimi ortaya çıxmamışdı. Bu əsas məhz Qaliley
tərəfindən yaradıldı. Biz nəyə görə Qaliley mexanikasını heliosentrik sis-
temlə əlaqələndiririk? Çünki bu zaman Yerin Günəş ətrafında hərəkəti qə-
bul olunur və Yer kürəsi üzərində baş verən hadisələr daha artıq Yerin də-
yişməz görünən dayanıqlı hissələrinə nəzərən hərəkət kimi təsbit oluna
bilmir. İndi obyektlərin hərəkət trayektoriyasının üzərinə həm də Yerin öz
hərəkətini gəlmək tələb olunur. Bu hərəkətlərin toplanması isə böyük dola-
şıqlıq yarada bilərdi. Bir tərəfdən heliosentrik sistemi və Yerin hərəkətini
qəbul etmək, digər tərəfdən də heç nə olmayıbmış kimi, bütün mexaniki
yerdəyişmələri yenə də sükunətə nəzərən dəyişmə kimi qəbul etmək daha
mümkün deyildi. Bax, elmi dünyagörüşünün belə bir böhranı şəraitində
çıxış yolunu Qaliley göstərdi.
Amma burada başqa bir sual da ortaya çıxırdı. Yerin hərəkətini bəra-
bərsürətli düzxətli hərəkət kimi qəbul etmək olardımı? Çünki dairəvi hərə-
kətin radiusu nə qədər böyük olursa-olsun, dəqiq hesablama zamanı onun
düzxətli hərəkətdən fərqli olduğu ortaya çıxmalıdır. Bax, bu baxımdan ya-
naşdıqda əyri xətlə düz xəttin hansı şərtlər daxilində ekvivalent götürül-
məsinin mümkünlüyü məsələsi hələ də öz qəti həllini tapmamışdır. Riman
Elm haqqında elm
382
fəzası və Lobaçevski fəzası həndəsədə bir inqilab idi. Bu təlimlər Eynştey-
nin nisbilik nəzəriyyəsi ilə bir-birini tamamlasa da, yeni dünyagörüşünün,
yeni elmi paradiqmanın formalaşması hələ tamamilə başa çatmamışdır.
Bununla belə, çoxölçülü fəza, fəzanın əyilməsi haqqında ideyaların
özünü doğrultması, habelə qeyri-evklid həndəsəsinin elmdə və praktikada
təsdiqlənməsi bu yeni paradiqmanın artıq xeyli dərəcədə qərarlaşdığını
göstərir.
Biz isə elmi inkişafın indiki mərhələsində özünü yeni-yeni büruzə
verən daha bir paradiqma dəyişikliyi ərəfəsində olduğumuzu nəzərə çarp-
dırmaq istərdik. Necə ki, Yerin sükunətdə götürülməsi bir cür dünyagörü-
şünün təməl prinsipi olur, Yerin hərəkətinin qəbul edilməsi isə bütün hadi-
sələrin yenidən dəyərləndirilməsini tələb etməklə başqa bir dünyagörüşü-
nün əsasına çevrilir. hərəkət və sükunət anlayışlarına münasibət dəyişir,
eləcə də dünyanı necə varsa, o cür də qəbul etmək, yəni onun guya elə
əzəldən var olmasını və əzəldən məhz bu cür olması ideyasını aksiom kimi
qəbul etmək bir cür dünyagörüşüdür, dünyanın nə vaxtsa yaradıldığını və
dünya nizamının da məhz bu yaradıcılığın məhsulu olduğunu qəbul etmək
başqa bir dünyagörüşüdür. Bütün klassik təbiətşünaslıq birinci mövqedən
çıxış edir ki, bu da fəlsəfədə ya materialist baxışa, ya da deizm prinsipinə
uyğun gəlir. Yəni dünyanın indiki nizamının, bütün proseslərin əsasında
duran ahəngin, qanunauyğunluqların nə vaxtsa və necə isə yaradılması
məsələsi istisna olunur. Lakin bu məsələni qəbul etdikdə (“Yerin də öz
hərəkəti var imiş” tezisinə bənzər surətdə) və dünyada indi müşahidə etdi-
yimiz nizamın heç də əbədi-əzəli və dəyişilməz bir şey olmayıb, bir yaradı-
lışın məhsulu olması mövqeyindən çıxış etdikdə vəziyyət xeyli dəyişir.
Yəni prinsipcə bu nizamın nə vaxtsa olmadığını, nə vaxtsa başqa cür oldu-
ğunu və ya nə vaxtsa başqa cür ola biləcəyini də nəzərə almaq lazım gəlir.
Ən azı dünya bir yaranış prosesində götürülməli olur. Yəni tamamilə
mümkündür ki, bu yaranış indi də davam edir. Yəni indi müşahidə
etdiyimiz nizam mütləq bir hal olmayıb, hərəkətdə, yaranışda və ya tərsinə,
tənəzzüldə, pozulmada olan bir proses kimi götürülə bilər. Onda bu hazır
nizam donuq, statik bir hal kimi deyil, daha böyük miqyaslı hərəkətin,
prosesin bir məqamı kimi götürüləcəkdir. Bu məqam əslində kainat
kontekstində kiçik bir zamanı əhatə etsə də, bizim həyatımızla müqayisədə
elə böyük bir zamandır ki, bu zaman intervalında biz müşahidə etdiyimiz
nizamı şərti olaraq stabil, dayanıqlı götürə bilərik. Halbuki daha böyük
Elm fəlsəfəsi və elmin metodologiyası
383
zaman intervalında baxılsa, hansı isə təkamül (proqress) və ya tənəzzül (re-
qress) prosesi aşkarlanar ki, onun da bəzi kritik nöqtələri məhz bizim yaşa-
dığımız dövrə düşərsə, biz onu ənənəvi nizam mövqeyindən izah edə bil-
məyəcəyik. Ona görə də belə hadisələr ya təsadüf, qəzavü-qədər, ya da
dərki elmin indiki inkişaf səviyyəsində mümkün olmayan hadisə, anomali-
ya kimi dəyərləndirilir.
Əslində yeni paradiqmanın doğuşu üçün vaxt çoxdan yetişmişdir. Si-
nergetikanın yaranması ilə xaosun əvvəllər heç ağla da gəlməyən potensial
imkanlarının açılması qayda və nizam anlayışlarına da müəyyən düzəliş
verilməsi ehtiyacını ortaya qoydu. Belə ki, xaos müəyyən bir kontekstdə
kosmosa, başqa kontekstdə isə loqosa qarşı qoyulan və birinci halda
kainatda, təbiətdə nizamsızlığı, ikinci halda fikirdə nizamsızlığı ifadə edən
bir anlayış kimi öz birmənalı statusunu itirərək həm də kosmik nizamı və
aydın fikri doğura biləcək ana bətni kimi qəbul edilməyə başladı. Daha
doğrusu, Əbu Turxan təlimində məsələ məhz bu cür qoyulur.
5
1
Müəyyən bir elmi paradiqma çərçivəsində alimin dünyagörüşü həlle-
dici rol oynamır. Lakin paradiqmanın özü dəyişilirsə, yəni bütövlükdə mə-
kan-zaman duyumu, materiyanın struktur və formaları, genezisi haqqında
təsəvvürlər yeniləşirsə, elm adamı istər-istəməz oriyentasiyasını yenidən
tənzimləmək üçün elmin öz çərçivəsindən kənara çıxaraq məsələyə fəlsəfi
müstəvidə nəzər salmalı olur. Ona görə də, məhz elmdə böhran yaşanar-
kən, hansı isə problemləri əvvəlki təsəvvürlər çərçivəsində və əvvəlki
terminologiya ilə izah etmək çətinləşərkən elmin metodologiyası aktualla-
şır və ənənəvi metodlara düzəliş vermək zərurəti yaranır.
Fizika inkişaf etdikcə təbii sistemlərin daha incə quruluşunu aşkara
çıxarır və onun obyekti də adi – «bilavasitə» qavrayış imkanlarından uzaq-
laşaraq vasitələnmiş olur. Hadisələrin mahiyyətinə varılması təbii duyğu
orqanlarının getdikcə daha mürəkkəb və çoxpilləli eksperimental vasitələr-
lə tamamlanmasını tələb edir və tədricən sadəlövh realizmin qnoseoloji
kökləri də aradan qalxır.
Fizikanın inkişafında bu meyl hələ XIX əsrin axırlarında özünü
göstərməyə başlamışdı və elə o vaxtdan da sadəlövh realizmə və mexaniki
1
Əbu Turxanın “fikir fəzası” təlimi // «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı, 2008, №
4, s. 159-166.
Elm haqqında elm
384
materializmə güclü hücum üçün obyektiv zəmin yaranmışdı. Fizikadakı
yeni kəşflər obyektlərin maddi təbiətini onların maddi substansiya olan
atomlardan təşkil olunmasında və mütləq məkan-zaman müəyyənliyində
görən fəlsəfi baxışın qüsurlu olduğunu bir daha sübut etdi. Təbiətə realist
baxışın məhz «sadəlövhlüyündən» irəli gələn bu qüsur idealistlərə öz dün-
yagörüşlərini elmi faktlarla «əsaslandırmaq» üçün bir vasitə rolunu oynadı.
Obyektlərin bilavasitə və bəzən hətta bilvasitə idraka müyəssər ol-
mayan daxili xassə və əlaqələrinin öyrənilməsi getdikcə daha çox dərəcədə
simvolik obrazlardan istifadə olunmasını zəruri edir. Bilavasitə qavranıla
bilən bu obraz– modellər fizikanın inkişaf prosesində getdikcə təkmilləşir
və daxili qanunauyğunluq və xassələrin əyani təsəvvürü vasitəsinə çevrilir
(analogiya vasitəsi ilə əlaqələrin üzə çıxarılması). Məsələn, atomun mürək-
kəb zərrəcik olması kəşf edildikdən sonra onun quruluşu əvvəlcə Tomson,
sonra Rezerford, daha sonra Bor modelləri ilə ifadə olunmuşdu. Bor mode-
li də öz növbəsində Zommerfeld tərəfindən təkmilləşdirilmişdi. Modelin
təkmilləşməsi istiqamətində atılan hər bir addım yeni-yeni xassə və qanu-
nauyğunluqların aşkar edilməsinə apardığından belə bir təsəvvür üçün
«zəmin» ola bilərdi ki, model təkmilləşdikcə, atomun identik obrazına çev-
rilir. Sadəlövh realizmin (fiziklərin çoxu məhz bu mövqedən çıxış edirdi-
lər) nümayəndələri atomun maddiliyini onu təşkil edən zərrəciklərin mad-
diliyində, bu zərrəciklər arasındakı əlaqəni dəqiq məkan-zaman mü-
nasibətləri və plastik mexanika təsəvvürləri ilə izahında görür, bu sahədə
çətinliklərə rast gəldikdə isə atomun mahiyyətinə şübhə ilə yanaşırdılar.
Lakin hələ Bor modelinin özündə klassik təsəvvürlərlə bir araya
sığmayan və metafizik materializm nöqteyi-nəzərindən tamamilə anlaşılan
olan diskret enerji keçidlərindən söhbət gedirdi ki, bu da atom haqqındakı
metafizik təsəvvürlərin güclü idealist hücumlar qarşısında aciz qoyurdu.
Spontan enerji keçidi faktı mexaniki determinizmə vurulan ilk zərbə idi.
Bu ilk zərbə elektronların hərəkətində «özünə trayektoriya seçmək müstə-
qilliyi» kəşf olunduqdan sonra ardıcıl indeterminizm cərəyanının əsas
istinad nöqtəsi kimi çıxış etmişdir.
Bu faktlar bir daha göstərir ki, müasir dövrdə kvant mexanikasının
müxtəlif idealist şərhlərini təkzib etməyə çalışmaqdansa, onların ümumi
tənqid hədəfi olan mexaniki-metafizik materializmə və sadəlövh realizmə,
fiziklərin özlərinin məsələyə baxışlarına xas olan qüsurlarını aradan
Elm fəlsəfəsi və elmin metodologiyası
385
qaldırmaq səmərəlidir. Bununla biz idealist cərəyanların materializmə
qarşı hücumlarını «qnoseoloji əsaslarını» da aradan qaldırmış olarıq.
Müasir kvant fizikasının fəlsəfi şərhindəki mülahizələr əsasən «fiziki
reallığın» necə başa düşülməsi, elementar hissəcik və proseslərin obyektiv-
liyi, mikrohadisələrdə ölçmənin xüsusiyyətlərini, kvant mexanikasında sə-
bəbiyyətin spesifikası, qeyri-müəyyənlik, tamamlama və uyğunluq prinsip-
lərinin təbiəti, mikroaləm kontiniumunun anlaşılması və s. problemlər ətra-
fında gedir.
Əvvəla, kvant fizikasının müasir inkişafından irəli gələn bir sıra yeni
məsələlərin fəlsəfi qoyuluşu mahiyyət etibarilə XX əsrin əvvəllərində
meydana çıxan fəlsəfi problemlərin eynidir. Məsələn, kvant mexanikasının
inkişafı nəticəsində xüsusi məna və əhəmiyyət kəsb edən «qavranılanlıq»,
«əyanilik» və «müşahidəolunanlıq» prinsiplərinin materialist şərhi
5
1
, əyani
və abstrakt metodların, ilk növbədə riyazi metodların vəhdəti və eyniyyəti
5
2
kimi problemlər abstraktlaşdırma, riyaziləşmə meylinin müasir davamıdır.
Bu qəbildən olan problemlərin düzgün şərhi üçün əsas şərt yeni fiziki nai-
liyyətlərin izahını «köhnə» fəlsəfi problemlərə gətirilməsidir.
İkincisi, bir sıra yeni fəlsəfi problemlərin «məsələn qeyri-müəyyən-
lik prinsipi və mikroaləmdə ölçülmənin spesifik xarakteri ilə əlaqədar ola-
raq obyektiv halın müəyyənləşdirilməsinin dərk edilməsinin şübhə altına
alınması» materialist həlli üçün və ya fəlsəfədə bəlli olan, lakin yeni fiziki
dəlillər sayəsində guya idealizmin xeyrinə «həll olunan problemlərin»
(elementar hissəciklərin hərəkətinin onların fiziki halına əsasən birqiymətli
müəyyənləşdirilə bilməməsi faktı indeterminizmin canlanmasına, yeni
zəmində inkişafına səbəb olmuşdu
5
3
, annigilyasiya hadisəsi guya energetiz-
min düzgünlüyünü sübut etmişdir və s.).
Bu problemlərdən bir çoxu dialektik materializm nöqteyi-nəzərindən
1
Бах, məs.: М.Э. Омельяновский Диалектика в современной физике, гл. II, III, IX,
М., 1973; Л.Г. Антипенко. Проблема физической реальности. М., 1973; А.В. Славин.
Наглядный образ в структуре познания, гл. III. М., 1971 və s.
2
Бах, məs.: В.М.Свириденко. Об эвристической роли математического аппарата
при формировании квантого способа описания. «Физическая наука и философия»,
М., 1973; М.В.Мостепаненко. Физическая теория как математическое построение.
«Философия и физическое теория». Л. 1969.
3
Бах: Р.Карнап. За пределами детерминизма // Р.Карнап. Философские основа-
ния физики, М., 1971; В. Гейзенберг Философские проблемы атомной физики. М.,
1953 вя с.
Elm haqqında elm
386
öz qəti şərhini artıq tapmış və hazırda düzgün istiqamətdə işlənilməkdədir.
Bəzi problemlər isə bizim fikrimizcə, hələ də mübahisəli şəkildə qalmaqda
davam edir.
Təbiətşünaslıqdakı nailiyyətlərin fəlsəfi şərhindən çıxış edərək
aşağıdakı qeydləri zəruri sayırıq.
1. Kvant mexanikasında səbəbiyyətin şərhi ilə əlaqədar olaraq so-
vet filosoflarının indiyədək tutduqları mövqe
5
1
, bizcə, xeyli kəskindir və
idrak nəzəriyyəsinin heç də bütün məqamlarını nəzərə almır. Kvant
mexanikasında səbəbiyyət məsələsində sovet filosofları bir qayda olaraq
statistik determinizm mövqeyini müdafiə edirlər. Əlbəttə, o fikir ki, kvant
fizikasında mikroproseslərin statistik qanunla idarə olunması fikri özlüyün-
də səbəbiyyət haqqındakı materialist təlimə zidd deyildir,
5
2
ona tamamilə
uyğundur. Lakin təkcə bunu əsas götürmək və dinamik səbəbiyyət axtarıl-
masını mikroobyektlərin spesifikasının nəzərə alınmaması kimi qələmə
vermək düzgün deyildir.
Fizikanın müasir nailiyyətləri göstərir ki, elementar hissəciklər heç
də mütləq mənada elementar deyil və onların quruluşunun öyrənilməsi hər
bir hissəciyin hərəkətlərini birqiymətli şərh etməyə imkan verə bilər.
2. Lui de Broyl energetizm cərəyanlarının nümayəndələrini tənqid
edərək yazır: «Kvant fizikasının müasir nəzəriyyələri energetizm mövqe-
yində dayanmaqla kvant fizikasının aksiomlar sisteminə əsaslanan və ye-
ganə məqsədi müşahidə olunan hadisələri xəbər vermək olan abstrakt nə-
zəriyyə kimi təqdim etmək məcburiyyətindədirlər və dünyanın fiziki mən-
zərəsinin məkan-zaman təsəvvürləri əsasında qurulmasını faydalı, yaxud
hətta qanuni hesab etmirlər».
5
3
Göründüyü kimi, L.Broyl fiziki sistemlərin
öyrənilməsində məkan-zaman təsəvvürlərinin deyil, başqa – məsələn, ener-
ji-impuls təsəvvürlərinin əsas götürülməsini energetizm üçün xarakterik
sayır.
1
Бах: Вопросы причинности в квантовой механике, М., 1955; А.А.Тяпкин. К
развитию статистической интерпретации квантовой механики на основе совместного
координатно-импульсного представления. «Философские вопросы квантовой физи-
ки», М., 1970; Г.А.Свечников. Причинность и детерминизм квантовой механике. «Фи-
лософские проблемы физики элементарных частиц», М., 1963 və s.
2
Г. А.Свечников. Индетерминизм. «Философская энциклопедия», т.2, М., СЭ,
1962, сящ. 259.
3
Луи де Бройль. По тропам науки, М., 1962, с. 176.
Elm fəlsəfəsi və elmin metodologiyası
387
Lakin fiziki idealizmi ətraflı təhlil edərkən görürük ki, fiziki hadisə-
lərin fəlsəfi şərhində materializmin əsas götürdüyü yeganə zəruri şərt fiziki
obyektlərin «obyektiv reallıq olması, şüurumuzdan xaricdə mövcud olması
xassəsidir». Bu baxımdan, fiziki hadisələrin şərhində məkan-zaman təsəv-
vürlərinin əsas tutulmaması özlüyündə hələ materializmin əsas prinsipi ilə
ziddiyyət təşkil etmir. Doğrudur, bizə etiraz edib deyə bilərlər ki, məkan
və zaman materiyanın mövcudluq formaları olduğundan onların inkarı do-
layı yolla elə materiyanın da inkarıdır. Həm də bu etiraf tamamilə düzgün
olar. Lakin gəlin görək, fiziki kəmiyyət kimi konkretləşdirilmiş olan koor-
dinat və fiziki zaman fəlsəfi mənada materiyanın mövcudluq formaları he-
sab edilən məkan və zamanının eynidirmi? Yox, eyni deyil, onun xüsusi
halıdır.
Digər tərəfdən, kvant mexanikasında koordinat-zaman fəzası ilə ya-
naşı enerji-impuls fəzasından da eyni müvəffəqiyyətlə istifadə edilməsi in-
karedilməz bir faktdır və bu faktı riyazi abstraksiyanın nəticəsi, «abstrakt
fəza» və s. ifadələrlə izah etməyə çalışmaq əsla qənaətləndirici deyildir.
Bizcə, enerji-impuls fəzası da materiyanın mövcudluq formaları olan mə-
kan və zamanının real fiziki təzahürüdür və bu baxımdan koordinat-zaman
fəzasından heç nə ilə fərqlənmir. Deməli, müasir energetizmin başlıca
nöqsanı enerji-impuls fəzasını əsas götürməkdə yox, dünyanın fiziki mən-
zərəsinin yaradılmasında onu yeganə əsas götürməsində, məkan-zaman tə-
səvvürləri əsasında bu mənzərənin qurulmasının qeyri-mümkün hesab
etməsindədir.
3. Yeri gəlmişkən, onu da qeyd edək ki, məkan kateqoriyasının
fizikada koordinat anlayışı ilə eyniləşdirilməsi və ya birqiymətli əlaqə-
ləndirilməsi kvant mexanikasının şərhində başqa dolaşıqlıq da yaradır.
V.S.Qott yazır ki, çoxlu sayda hissəciyin «hal funksiyası-üç məkan
koordinatı və zamanın deyil, koordinat və zamanın funksiyasıdır. Yəni o
real üçölçülü fəzada deyil, üç «n» ölçülü konfiqurasiya fəzasında verilmiş-
di və bu zaman hal funksiyası özünün bilavasitə əyani xarakterini itirmiş
olur. Beləliklə, hal funksiyası anlayışının qarşılıqlı təsirdə olan çoxlu his-
səciyə də aid edilməsi əyanilikdən məhrum olan müəyyən abstraksiyaya
gətirir».
5
1
Göründüyü kimi, müəllif hal funksiyasının üç «n» sayda koordi-
natdan asılılığını abstraksiya adlandırır, «zira, real məkan üçölçülüdür».
1
В.С. Готт. Философские вопросы современной физики, М., 1972, с. 59.
Elm haqqında elm
388
Lakin necə olur ki, müasir elmi imkan baxımından həmin «simvolik şərh-
lər» ən münasib izahat vasitəsi kimi ortaya çıxır? Müəllif bu cür vəziyyətin
qeyri-zəruri və keçici olduğunu qeyd edir. «Elmin inkişaf tarixi göstərir ki,
nisbi mənada əyani olmayan simvolik şərhlər zaman keçdikcə fiziki, mə-
kan-zaman interpretasiyası ilə əvəz olunur və dünyanın real mənzərəsinin
ünsürlərinə çevrilir».
5
1
Buradan açıq-aşkar belə çıxır ki, simvolik şərhlər
dünyanın real mənzərəsinə uyğun gəlmir və bu mənzərənin çəkilməsi üçün
əsas şərt yalnız zaman-məkan interpretasiyasıdır. Biz burada fəlsəfi za-
man-məkan kateqoriyalarını fizikadakı koordinat-zaman (zaman da dör-
düncü koordinat kimi) anlayışları ilə qarışdırılmasının şahidi oluruq. Mə-
gər koordinat-zaman təsəvvürləri özü abstraksiya deyilmi və «simvolik
şərh» ifadəsi eyni hüquqla koordinat-zaman təsəvvürlərinə də aid olmur-
mu? Axı, abstraksiya heç də əyanilikdən uzaqlaşma mənasında deyil, birtə-
rəflilik mənasında başa düşülməlidir. Axı, materiyanın mövcudluq forma-
ları olmaqla məkan və zaman materiyasız dərk edilə bilməz və maddi ha-
disələrdən hər cür təcridetmə (məsələn, özlüyündə koordinat) abstraksiya-
dan başqa bir şey deyil. Əksinə, üç «n» sayda koordinat real məkan və
zamanı daha ətraflı əks etdirə bilər, çünki bu halda məkan xalis abstraksiya
kimi deyil, real qarşılıqlı təsir sahələri ilə birlikdə şərh edilmiş olur. Bizcə,
qravitasiya sahəsinin nəzərə alınması sayəsində Evklid fəzasına verilən dü-
zəlişlər bu fikrin doğruluğuna ən parlaq misaldır.
Fiziki problemlərin fəlsəfi şərhi, yuxarıda qeyd etdiyimiz kimi, sadə-
cə olaraq elmdə qəti müəyyənləşmiş nəzəriyyələrin dünyagörüşü mövqe-
yindən izah edilməsi deyil, habelə: a) tam elmi həlli tapılmamış, hələ
mübahisəli olan bəzi problemlərin öyrənilməsi üçün daha düzgün yolun və
metodun seçilməsini; b) məlum problemlər zəminində yeni keyfiyyətli və
yeni səviyyəli elmi problemlər qoyulmasını da əhatə edir.
Dialektika kvant mexanikasında bir sıra mübahisəli problemlərin
həlli üçün metodoloji cəhətdən düzgün tədqiqat istiqamətləri müəyyənləş-
dirməyə böyük imkanlar açır.
Müasir mərhələdə mikroobyektləri eksperimental surətdə tədqiq
edərkən biz hissəciyin hərəkət trayektoriyasını deyil, yalnız hərəkətin baş-
lanğıc və son vəziyyətlərini qeydə ala bilərik. Hansı nöqtədə biz elektro-
nun yerini dəqiq müəyyənləşdiririksə, məsələn, hərəkət artıq dayandırılmış
1
Yenə orada.
Elm fəlsəfəsi və elmin metodologiyası
389
olur və ya hər halda dəyişdirilir. Aralıq nöqtələrin dəqiq müəyyənləşdirilə
bilməməsi bu vəziyyətin nəzəri ifadəsi üçün müəyyən sərbəstlik verir,
mahiyyətcə nəzəriyyə elə olmalıdır ki, eksperimentin nəticəsini izah etsin,
yəni elektronun ilkin vəziyyətinə əsasən onun bilavasitə qeyd oluna bilən
son vəziyyətini müəyyənləşdirmək mümkün olsun. Əgər eksperiment eyni
şəraitdə təkrar olunarkən elektron həmin nöqtəyə düşərsə və həmin nöqtə-
nin koordinatları nəzəriyyədən birqiymətli alına bilərsə, ekstrapolyasiya
yolu ilə hissəciyin bütün zaman anlayışlarındakı yerini, dəqiq trayektoriya-
sını hesablamaq olardı. Lakin bütün çətinlik bundadır ki, eksperiment
təkrar olunduqca hissəciyin düşdüyü nöqtə hər dəfə dəyişir və hissəciyin
lövhənin müxtəlif lokal hissələrinə düşmə ehtimalı müxtəlif olur. Təbii ki,
nəzəriyyədə elə qurulmalıydı ki, bu gerçək vəziyyəti əks etdirsin. Ona görə
də kvant mexanikasında hissəciyin hansı nöqtəyə düşəcəyini yox, müxtəlif
nöqtələrə düşmə ehtimalını hesablamaq mümkün olur.
Bu baxımdan, Eynşteynin Borla mübahisədə kvant mexanikasının
statistik xarakterini onun bir nəzəriyyə kimi qeyri-mükəmməlliyində
axtarması meyli, şübhə yox ki, qüsurludur. Zira, nəzəriyyədəki bu cəhət
gerçəkliyin öz xüsusiyyətlərindən irəli gəlir. Lakin bu xüsusiyyətin
mikroobyektlərin daxili xassəsi kimi izah edilməsi cəhdi də şübhəlidir.
Əlbəttə, daxili xassə, özünəməxsusluq anlayışları müxtəlif cür başa
düşülə bilər; əgər biz bunları mikroobyektin daxili quruluşunun hələ
müəyyən olmaması və müxtəlif hissəciklər üçün bu quruluşun heç olmasa
kəmiyyət xarakteristikalarının müxtəlif ola bilməsi mənasında başa düşsək,
bu, dialektik məntiq baxımından mümkündür və elmi faktlar bunu iqrar və
ya inkar etmədikcə, bu barədə qəti fikir yürütmək olmaz.
Lakin fəlsəfi ədəbiyyatda bu özünəməxsusluq başqa mənada, mik-
roobyektlərin hərəkətinin dəqiq şərhinin ümumiyyətlə mümkün olmaması
mənasında qəbul edilir. Onu da qeyd edək ki, birqiymətli şərhin qeyri-
mümkünlüyü qənaətinə başqa mühakimələrdən də gəlinir. Belə ki, bu hal
hissəciyə edilən kənar təsirlə ölçmə prosesinin obyektin halında yaratdığı
dəyişikliklə də izah olunur. «Mikroobyektlərin hərəkətinin dəqiq şərhinin
ümumiyyətlə mümkün olmamasını» hissəciklərin özünəməxsus daxili xas-
səsi hesab etmək dialektik düşüncənin müddəalarına iki aspektdə ziddir:
a) Həqiqətin obyektivliyi və nisbi həqiqətin daim mütləq həqiqətə
yaxınlaşması haqqında təlimə ziddir.
b) Makroobyektlərin təbiəti etibarilə başqa qanunlara, mikroob-
Elm haqqında elm
390
yektlərin isə başqa qanunlara tabe olması fikri dünyanın vəhdəti haqqında
materialist təlimlə uzlaşmır. Dünyanın bütün hadisələrini eyni fundamental
baxış mövqeyindən izah etmədən, vahid məkan-zaman olduğunu, spesifik
hərəkət prinsipləri ilə yanaşı, ən ümumi hərəkət prinsiplərinin də olduğunu
sübut etmədən, dünyanın vəhdəti haqqında təlimin daxili tamlığına nail
olmaq mümkün deyil.
Məsələnin fəlsəfi mövqedən öyrənilməsi göstərir ki, kvant mexani-
kası ilə klassik mexanika arasındakı keyfiyyət müxtəlifliyi heç də mikro-
və makroaləmdə müxtəlif qanunların mövcud olmasından irəli gəlmir. Bu-
rada əsas fərq ondan ibarətdir ki, mexanikada cisimlərin hərəkəti «obyek-
tiv surətdə» olduğu kimi, özlüyündə, labüd qarşılıqlı təsirin törətdiyi labüd
dəyişiklikləri nəzərə almadan şərh edilir, çünki burada mikroötürücünün
təsirini nisbi mənada nəzərə almamaq həmişə mümkündür, mikrocihazın
təsiri isə, əgər varsa, həmişə hesablana bilər. Kvant mexanikasında isə
mikrotəsir mikroobyektin hərəkətində ciddi dəyişiklik yarada bildiyindən,
onların məcmuyu – yekun hərəkət öyrənilir. Yəni burada obyektin özlü-
yündəki müdaxiləsiz vəziyyəti yox, qarşılıqlı təsir prosesinin nəticəsi ilə
birlikdəki hal şərh edilir. Kvant mexanikasının spesifikasının da məhz
buradan irəli gəlməsi (şübhəsiz ki, əks etdirilən obyektlərin keyfiyyət müx-
təlifliyi nəzəriyyənin, qanunların da keyfiyyət müxtəlifliyini doğurmalıdır)
faktı nə üçünsə çox vaxt nəzərdən qaçırılır. Yalnız Bor interpretasiyasında
bu cəhət öz əksini tapmış, lakin sonrakı tədqiqatçılar tərəfindən N.Borun
bu mövqeyi ön plana çəkilməmiş, kölgədə qalmışdır. İ.S. Alekseyevin yaz-
dığı kimi, Bor «cihazın hadisəni dəyişdirməsi fikrinin əleyhinə çıxmışdır,
zira cihaz özü bir ünsür kimi hadisəyə daxil olur».
5
1
Lakin bunu belə başa
düşmək lazım deyil ki, guya N.Bor doğrudan da cihazın obyektə təsirini
inkar edir. N.Bor əslində hadisə dedikdə obyektin ölçmə təsirinin daxil ol-
duğu hərəkətini nəzərdə tutur, «fiziki reallığa ölçmə proseslərini də daxil
edir».
5
2
Lakin hər halda ölçmə prosesi olmasaydı, «özlüyündə hadisə» necə
olardı sualı qalır.
Dialektik materializmin «özündə şeylər» haqqında Kant nəzəriyyə-
sinə münasibətində, məlum olduğu kimi, heç bir qarşılıqlı təsirdə olmayan
obyektin necəliyi haqqında, doğrudan da, fikir yürüdə bilmərik; ona görə
1
И.С.Алексеев. Некоторые соображения по поводу дискуссии Эйнштейна и Бора
// «Вопросы философии», 1979, №1, с. 102.
2
Yenə orada.
Elm fəlsəfəsi və elmin metodologiyası
391
yox ki, «özündə şeylər» dərkedilməzdir, ona görə ki, tam təcrid olunmuş
obyektin varlığı ümumiyyətlə qeyri-mümkündür. Lakin biz «özlüyündə
hadisədən» danışarkən «özündə şeyləri» nəzərdə tutmuruq. Hadisə sözü-
nün özü əslində hər hansı qarşılıqlı təsir əlaqələrini də əhatə edir. Biz
«özlüyündə» dedikdə, obyektə ölçmə məqsədi ilə edilən «subyektiv müda-
xiləni» istisna edirik. Bu cür istisna iki variantda mümkündür:
1. Ölçmə prosesi bu məqsədə xidmət edən «kənar müdaxilə» hesa-
bına deyil, obyektin öz zəruri qarşılıqlı əlaqələrindən dolayı yolla istifadə
etmək hesabına aparılır. Bu variant əsasən ideal təcrübə sistemlərində
mümkündür və heç də həmişə mümkün olmur.
2. Kəmiyyət xarakteristikaları qəti müəyyən olan konkret təsir
üsullarından istifadə edilir, bu zaman təsir obyektiv vəziyyəti dəyişdirsə
də, biz riyazi yolla bu dəyişikliyin «miqdarını» hesablaya bilərik, yəni
ölçülən yekun hadisə və təsir hadisələri kəmiyyətcə məlumdursa, «çıxma»
yolu ilə obyektiv hadisənin özünü öyrənmək olar.
Əlbəttə, biz belə bir mümkünlüyü yalnız ehtimal edirik, yəni fəlsəfi
baxımdan belə bir variant istisna olunmur. Bu məsələdə son sözü yalnız
elm özü deyə bilər.
Ümumiyyətlə, vaxtaşırı fəlsəfi müdaxilə olmadan fizikanın və digər
xüsusi elmlərin düzgün məcrada inkişafı qeyri-mümkündür. Fəlsəfə bir
növ oriyentir rolunu oynayır və konkret problemlərin daha böyük problem-
lər kontekstində hər dəfə yenidən nəzərdən keçirilməsinə imkan yaradır.
Ancaq təəssflənməli haldır ki, T.Kun paradiqma anlayışını şərh edərkən
elmin fəlsəfə ilə əks əlaqəsindən çıxış etmir və bu anlayışını ya sosioloji
aspektdə, ya da elmin daxili məsələsi kimi izah etməyə çalışır. O, müəyyən
ixtisas sahəsi üzrə elmi ictimaiyyətin baxışlarında, dəyərlər sistemində,
istifadə olunan texniki vasitələrdə baş verən dəyişikliyi paradiqmanın
sosioloji mənası kimi, böyük elmi problemlərin həllindən dolayı açılan ev-
ristik imkanları yeni paradiqma doğuran epistemoloji şərait kimi təqdim
edir.
5
1
Məhz elmi ictimaiyyətin, elmi qrupun roluna, dəyərlər sisteminə
xüsusi önəm verdiyinə görədir ki, T.Kunun təlimi elm fəlsəfəsinin sosioloji
qoluna aid edilir. Lakin Kun təlimində yeni elmi nəzəriyyələrin, anlayış-
ların ənənəvi mənalarının dəyişilməsini tələb edən yeni interpretasiyaların
roluna da xüsusi diqqət yetirilir. Elmi inqilablardan bəhs edilərkən də
1
Т. Кун. Структура научных революций. М., АСТ, 2001, c. 225-226.
Elm haqqında elm
392
məhz bu axırıncı aspekt önə çəkilir. Lakatos tədqiqat proqramlarının rolu-
nu önə çəkərkən yeni interpretasiyaların əhəmiyyətini xüsusilə
vurğulayır.
5
1
Elm inkişaf etdikcə, hər bir ideya, hər bir elmi anlayış donuq və
statik bir ehkam olmayıb, kontekstdən, tədqiqat proqramından asılı olaraq
xüsusi yön alır ki, bu da onlara vektorial kəmiyyət kimi baxmağa imkan
verir.
Hər bir anlayış müəyyən bir konsepsiya hüdudunda istiqaməti və
yönü bəlli olan vektorial kəmiyyətdir. Başqa konsepsiyalara daxil olduqda
onun istiqaməti mütləq dəyişməlidir. Yəni anlayışın daşıdığı informasiya
onun modulunu, kontekstlə əlaqəsi isə istiqamətini müəyyən edir. Konkret
bir təlimin tərkibində daxil olduğu əlaqələr sistemi anlayışı müəyyən bu-
caq altında yönəltdiyindən, bir kontekstdə işlənən eyni (eynimi?) bir anla-
yış başqa kontekstdə yenidən yönləndirilməlidir. Bu, yüklü zərrəciyin da-
xil olduğu sahənin intensivliyinə və istiqamətinə uyğun olaraq köklənmə-
sini, başqa sahəyə keçərkən istiqamətini dəyişməsini xatırladır. Anlayışla-
rın və deməli, fiziki kəmiyyətlərin riyazi statuslarının dəyişilməsi əslində
fizikada fundamental rekonstruksiyadan xəbər verir və yaxın gələcəkdə
yeni paradiqmanın qaçılmaz olduğuna dəlalət edir.
1
И.Лакатос. Фальсификация и методология научно-исследовательских программ
// Т. Кун Структура научных революций. М., АСТ, 2001, c. 319.
|