Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

 

 

Elmi-texniki tərəqqinin şərtlərindən və eyni zamanda əsas nəticələ-

rindən biri biliyin xüsusi növü olan elmi-texniki biliyin yaranması və sü-

rətlə inkişaf etməsidir. Son illərin ədəbiyyatında “elmi-texniki bilik” anla-

yışına tez-tez rast gəlinir. Lakin o, biliyin keyfiyyətcə yeni növü mənasın-

da yox, elmi və texniki biliklərin məcmusu mənasında, yaxud hətta texniki 

biliklərin, texniki elmlərin və ya tətbiqi elmlərin sinonimi kimi işlədilir ki, 

bu da elmi yanaşma deyil. Elmi-texniki biliyin spesifikliyini müəyyən 

etmək üçün onu biliyin digər növləri ilə müqayisə etmək, onun biliklərin 

iyerarxik strukturunda yerini göstərmək lazımdır. 

Biliklərin bölgüsü çox vaxt inikas sahələri üzrə aparılır. Bu zaman 

elmlərin təsnifatı ilə biliklərin təsnifatı tez-tez qarışıq salınır. Həmçinin 

biliyin səviyyələri ilə sahələri də qarışıq salınır. Əksər hallarda biliyin sə-

viyyəsi dedikdə elmi biliyin empirik və nəzəri səviyyələri nəzərdə tutulur. 

Digər kifayət qədər geniş yayılmış yanaşmaya görə, bilik adi (cari, məişət) 

və elmi olmaqla iki növə bölünür. Burada “adi” anlayışı biliyin həm 

səviyyəsi, həm də sahəsi mənasında işlədilir. 

Bu cür dolaşıqlıqdan xilas olmaq üçün biliyin təsnifatı üfüqi və şa-

quli müstəvidə aparılmalıdır. Üfüqi müstəvidə biliyin təsnifatı məsələlərini 

biz yuxarıda ayrıca paraqrafda araşdırmışıq. Bu halda adətən biliyin məi-

şət, əxlaqi, hüquqi, siyasi, texniki və s. kimi növlərini qeyd olunur. Şaquli 

müstəvidə isə biliyin təsnifatı onun səviyyələrinə görə aparılmalıdır. Belə 

olduqda biliyin faktiki, praktiki, elmi və elmi-texniki növlərini qeyd etmək 

olar.  Əgər üfüqi müstəvidə biliyin təsnifatının  əsas meyarı “gerçəkliyin 

hansı sahəsi  əks etdirilir” sualına cavab olacaqdırsa,  şaquli müstəvidə bu 

meyar onların “gerçəkliyi hansı səviyyədə, hansı dəqiqliklə əks etdirməsi” 

olacaqdır. 


 

Əməli bilik, elm, texnologiya 

 

 

 

539



 

Elmi-texniki biliyin spesifikliyini müəyyənləşdirmək üçün bəzi mü-

bahisələrə, məsələn, fəlsəfi biliyin spesifikası haqqında mübahisələrə qo-

şulmadan, bir qədər sadələşdirilmiş sxemə  nəzər salaq. Biliklərin səviy-

yələr üzrə  təsnifatının sxemində elmi-praktiki pillənin yerinə indi elmi-

texniki bilik dayanacaqdır. Bu sıralanmada daha sonra texniki və texnoloji 

biliklər gələcəkdir. 

 

 



 

 

 



 

Sxem 10. 

 

Lakin texnoloji biliklərin ancaq elmin tətbiqi sayəsində deyil, həm 

də ənənəvi praktik bilik bazasında formalaşdığını nəzərə alsaq, onu da iki 

yerə ayıra bilərik.  

 

 

 

Sxem 11. 

 

Elmi biliyin mahiyyəti və spesifikliyi təkcə praktiki biliklə deyil, 

eyni zamanda həm də elmi-texniki biliklə müqayisədə müəyyən edilməli-

dir, çünki o, aralıq bilik təşkil edir. Məlum olduğu kimi, mücərrəd təfəkkür 

şüurlu praktiki fəaliyyətin inkişafında inkar məqamına uyğun gəlir. Bunun 

sayəsində praktikanın aşağı  səviyyəsindən ali səviyyəsinə, idrakın  əsası 

olan praktikadan idrakın məqsədi olan praktikaya keçid imkanı yaranır, 

yəni başlanğıcdakı praktika ilə sondakı praktika səviyyə fərqinə malikdir. 

Eynilə biliyin yuxarıda qeyd etdiyimiz səviyyələrini də Hegel triadasının 

müvafiq pillələri kimi nəzərdən keçirmək olar. Deməli, elmi bilik məqsəd 

yox, daha miqyaslı prosesin zəruri halqası kimi çıxış edir. 

Təbii-elmi biliyin yaranmasında əsas rolu insanların maddi fəaliyyə-

ti oynayır. Elmi biliyin birbaşa sələfləri olan praktiki biliklər məhz bu pro-

sesdə formalaşır. 

Elmi  bilik

Elmi-texniki

bilik

Elmi-texnoloji 



bilik

Elmi    


bilik

Elmi-texniki

bilik

Texnoloji



bilik

Elm haqqında elm 

 

 

 

540



Praktiki bilik özündə ayrılmaz  şəkildə  həm idraki aspekti, həm də 

tətbiq aspektlərini birləşdirir, yəni bu səviyyədə gerçəklik yalnız praktiki 

fəaliyyətdə dəyişdiriləcək dərəcədə əks etdirilir. Lakin sonrakı tarixi inki-

şafda praktiki biliyin idraki və tətbiqi aspektlərə ayrılması prosesi güclənir, 

elmi və texnoloji biliklər tədricən müstəqil status alır və elmi bilikdən tex-

noloji biliyə keçid etmək yolunda xüsusi aralıq bir halqaya – elmi-texniki 

biliyə ehtiyac yaranır. Biliyin bu pilləsi biliyin ilkin səviyyələrinə (praktiki 

biliyin texnoloji aspektinə) qayıdışa bənzəsə də, əslində o, onun ali pilləsi-

ni kəsb edir, çünki onun köməyi ilə məqsəd obyektivliklə qovuşur. 

“Bilik” anlayışının təkamülünün təhlili göstərir ki, bəzi konsepsiya-

lara görə, “bilik dərk olunmuş bir şeyi texniki cəhətdən təkrar istehsal et-

mək bacarığı ilə eyniyyət təşkil etmir”. Digər tədqiqatçılar isə, əksinə, bili-

yi yaratma, qurma, konstruksiya etmə ilə eyniləşdirirlər. Bu cür eyniləşdir-

mə biliyin keyfiyyət müxtəlifliyinə, mürəkkəb iyerarxik strukturuna etina-

sızlığın nəticəsidir. Bu mənada V.A.Lektorski tərəfindən Q.Başlyarın tən-

qidi maraq kəsb edir. Q.Başlyara görə, “elmin mahiyyəti təbii reallığın dər-

kində yox, süni biliklərin yaradılmasındadır, bilikdə yox, texnologiyada-

dır.


7

1

 Halbuki, süni obyektlərin yaradılması, elmi-texniki fəaliyyət fəaliyyə-



tin yalnız bundan sonrakı səviyyəsini təşkil edir; elm onun nəticəsi ilə ey-

niləşdirilməməlidir. 

Elmi-texniki fəaliyyətin məqsədi bizi əhatə edən dünyanın nəzəri 

dərkinə müncər edilməməlidir. Bu, elmi fəaliyyət üçün səciyyəvidir. Elmi-

texniki fəaliyyət təbiətin artıq dərk olunmuş qanunlarının rasional tətbiq 

üsullarını aşkarlamaq məqsədini güdür. Bundan başqa, yeni texniki vasitə-

ləri konstruksiya edərkən təkcə elmi yox, həmçinin texniki məlumatlardan 

da istifadə olunur. 

Qərbin fəlsəfi  ədəbiyyatında elmi-texniki fəaliyyət  əksər hallarda 

texnoloji fəaliyyətlə

7

2

  və  tətbiqi elmlərlə



7

3

 eyniləşdirilir. Lakin “texnoloji 



fəaliyyət” və “tətbiqi elmlər” anlayışları  məzmunca “elmi-texniki fəaliy-

yət” anlayışına yaxın olsalar da, onunla üst-üstə düşmürlər. Buna görə də 

onların arasındakı  fərqləri üzə  çıxarmaq lazımdır. Bu arada “elmi-texniki 

fəaliyyət” anlayışının həcmi və  məzmununun müəyyən edilməsi də mü-

                                                 

1

 В.А. Лекторский.  Субъект, объект, познание. М,, 1980. s.164. 



2

 S.F. Kasprzuk. On the consept of technology and its relation to science and tecnic, p. 

321-322. 

3

 M.Bunge. Towards a Philosophy of Technology.  p. 29. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

541



 

hüm əhəmiyyətli bir məsələdir, çünki biliklərin iyerarxik strukturunda yeni 

səviyyə olan elmi-texniki biliyin yaranmasına məhz bu fəaliyyət gətirib 

çıxarır. 

ETİ şəraitində texnoloji fəaliyyət bir qayda olaraq texniki sistemlə-

rin qurulması üçün zəruri olan elmi-texniki fəaliyyətdən sonra başlayır. 

Tətbiqi elmlər və müvafiq elmi fəaliyyət elmi-texniki fəaliyyətin önündə 

getməklə elmi ideyaların texnikada istifadə üçün yararlı olan daha konkret 

formalara çevrilməsinə səbəb olur. Buna görə də biz bu qənaətə gəlirik ki, 

elmi-texniki bilik tətbiqi elmlərlə texnologiya arasında aralıq halqa kəsb 

edir. 

Lakin indiyədək fəlsəfi ədəbiyyatda elmi-texniki fəaliyyət fəaliyyə-



tin xüsusi bir növü kimi, elmi-texniki bilik isə biliyin xüsusi bir səviyyəsi 

kimi qeydə alınmamışdır. Bu hadisənin ayrı-ayrı mərhələləri müxtəlif kon-

tekstlərdə müxtəlif cür və müxtəlif anlayışlarda öz əksini tapmışdır. Onla-

rın arasında “texnoloji bilik”, “texniki bilik”. “texniki elmlər”, “elmi bi-

lik”. “tətbiqi elmlər”, “mühəndis biliyi”, “elmi işləmələr” və s. anlayışları-

nı xüsusi olaraq qeyd etmək lazımdır. Məzmunları tez-tez “elmi-texniki bi-

lik” anlayışının məzmunu ilə qarışıq salınan bu anlayışların bu cür rənga-

rəngliyi heç də  təsadüfi deyil. Bu, ilk növbədə onunla bağlıdır ki, fəlsəfi 

ədəbiyyatda elmi-texniki bilik hələ ki, biliyin xüsusi forması kimi qeyd 

olunmur. Bu anlayışdan istifadə edən müəlliflər bir qayda olaraq onun 

dəqiq tərifini vermirlər

7

1



. Belə ki, məsələn, Q.M.Qlaqoleva yazır: “Elmin 

özü bilavasitə istehsal və ya şəxsi istehlak üçün yararlı olan maddi məhsul-

ları yaratmır. Onun məhsulu maddi istehsalda cismani məhsul istehsalının 

şərti olan elmi-texniki bilikdir. Elmin ictimai istehsal sahəsi kimi spesifik-

liyi bundadır”. 

7

2



 Elmi-texniki biliyin əşyaların istehsal şərti olması haqqın-

da fikir düzgündür və iqtisadi ədəbiyyat üçün yalnız bu xüsusiyyətə işarə 

etmək, zənnimizcə, kifayətdir. 

Lakin bu anlayışın istifadə edildiyi kontekst göstərir ki, müəllif onun 

keyfiyyət özünəməxsusluğunu görmədən ona təsadüfən müraciət edir, çün-

ki burada elmi-texniki bilik elmin məhsulu kimi başa düşülür. Halbuki el-

                                                 

1

 Bax:  Б.И.  Иванов,  В.В.  Чешев.  Становление  и  развитие  технических  наук.  Л., 



1977.  С. 7; М.Л.Шубас.  Инженерное  познание  и  инженерная  практика  (гносеологи-

ческий аспект). Вест. МГУ. Сер.8. Философия. 1974. №1. s. 4-6. 

2

 Г.М. Глаголева. Технологическое освоение научных открытий и разработок. М., 



1977. s. 11. 

Elm haqqında elm 

 

 

 

542



min bilavasitə  məhsulu elmi bilikdir. Elmi-texniki bilik isə biliyin başqa 

tipi olduğundan fəaliyyətin başqa tipinin – elmi-texniki fəaliyyətin nəticəsi 

olmalıdır. 

Bu hadisənin özünəməxsus xarakter daşıdığını bir çox tədqiqatçılar 

vurğulayır. Belə ki, V.V.Çeşev yazır: “Biliklərin praktikada tətbiqi prose-

sinin özü hələ ki, açıqlanmamışdır və qeyri-ixtiyari olaraq belə bir təəssü-

rat yaranır ki, fundamental biliklərin köməyi ilə biz praktiki problemin sə-

mərəli həllini tapmışıq. Halbuki biliklərin praktiki tətbiqi prosesi kifayət 

qədər mürəkkəbdir”.

7

1



 Lakin müəllif daha irəli gedərək fəaliyyətin elmi 

fəaliyyətdən fərqlənən xüsusi tipini qeydə almaq və  fəaliyyətin bu 

formasının gələcəkdə daha da genişləndirmək zərurətinə  işarə etməyə 

cəsarət etmir. O, tədqiqatda akademik elm üçün səciyyəvi olan “birtərəfli 

mövqedən imtina etməyi” təklif etməklə kifayətlənir

7

2



. Lakin bu cür təklif 

heç də qaneedici deyil, çünki müəllif qeyd-şərtsiz olaraq “elmi tədqiqat” 

anlayışından ümumən “tədqiqat” anlayışına keçid edir: “Tədqiqat haqqında 

təsəvvürləri layihələşdirmə haqqında təsəvvürlərlə tamamlamaq 

lazımdır...”

7

3



 Tədqiqatlar müxtəlif ola bilir, elmi tədqiqat isə spesifikdir və 

o, başqa xarakterli tədqiqatlarla qarışıq salınmamalıdır. Layihələşdirmənin 

yaradıcı aspekti həmişə tədqiqatın forması kimi qiymətləndirilir. Lakin bu, 

artıq elmi tədqiqat deyil. 

Bəzi müəlliflər tətbiqi fəaliyyət sistemini bütövlükdə  məhz elmi 

tədqiqata aid edirlər. Onun keyfiyyətcə başqa bir hadisə kimi qeydə alına 

biləcəyini sanki qabaqcadan duyan bu alimlər buna qarşı  çıxış edirlər: 

“bilikdən istifadə elmi idrak və yaradıcılıqdan kənarda olan bir fəaliyyət 

olmayıb, onların tərkib hissəsini, komponentini, elmi-tədqiqat prosesi 

dövrənin ayrılmaz halqasını təşkil edir.”

7

4

 Lakin biliklərdən hələ elmin və 



elmi idrakın olmadığı dövrlərdə də istifadə olunurdu. Elmi biliyin praktiki 

istifadəsi nəzərdə tutulduqda isə, bu prosesin məhz elmin öz çərçivələrində 

cərəyan etməli olduğunu zənn etməyə heç bir əsas yoxdur. 

                                                 

1

 В.В.Чешев. Критерии различения фундаментальных и прикладных наук // Фунда-



ментальные и прикладные исследования в условиях НТР. Новосибирск, 1979. s. 216. 

2

 Yenə orada. 



3

 Yenə orada. 

4

 Г.Гиргинов. Наука и творчество. М., 1979. s. 201. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

543



 

Praktikanın vahid idrak prosesi zəncirinə  əsas halqa kimi daxil 

olduğunu söyləyən müəlliflərin fikri ilə çox güman ki, razılaşmaq olmaz

7

1



Praktika ilə idrakın bir-biri ilə qarşılıqlı əlaqələrdə olması birincinin ikinci-

yə daxil olması kimi başa düşülməməlidir. “Praktikanın vahid idrak prose-

si halqasına daxil olması heç də o demək deyildir ki, bu prosesdə nisbi 

müstəqil istiqamətləri qeydə almaq, vahid ictimai-praktiki fəaliyyət zənci-

rində elmi fəaliyyəti predmet fəaliyyətindən ayırmaq mümkün deyil. Artıq 

məlum olan elmi biliklərə yiyələnmə öz-özlüyündə elmi fəaliyyətə aid de-

yil. Sonuncu elmin bu sahəsini tamamlamaq və inkişaf etdirmək məqsədini 

güdən tədqiqatdan başlayır. Lakin elmi biliklərə başqa məqsədlərlə  də, 

məsələn, bu bilikləri gələcəkdə başqalarına çatdırmaq məqsədilə də yiyə-

lənmək olar. Elmi biliklərə insan onlardan istifadənin yolları və metodları-

nı tapmaq üçün də yiyələnə bilər. Elə  məhz bu sonuncu da elmi-texniki 

fəaliyyət təşkil edir. Bu peşə sahibini adətən ya konstruktor, ya mühəndis-

konstruktor, ya da tətbiqi tədqiqatçı adlandırırlar. Fəaliyyətin bu sahəsi 

struktur-təşkil baxımından hələ tam ayrılmadığından, onun nümayəndələri 

üçün ümumi bir ad da hələ ki, tapılmamışdır. Zənnimizcə, onları “elmi-

texniki işçi” adlandırmaq məqsədə müvafiq olar. Onların fəaliyyətinin 

elmlə  əlaqədə olması danılmaz fakt olsa da, bu fəaliyyətin məqsədi və 

istiqaməti fərqlidir. 

N.Monçeva da elmi-texniki fəaliyyəti elmi fəaliyyətlə eyniləşdirir: 

“Elmi işləmə elmi informasiyanı  sənayedə istifadə üçün yararlı formaya 

gətirən məqsədyönlü elmi prosesdir”.

7

2

 V.V.Çeşevin də əsərlərində bu cür 



eyniləşdirilməyə rast gəlmək olur: “Tətbiqi tədqiqatlar bilavasitə layihələş-

dirmə sferasına xidmət edən elmi biliklərin təşəkkül tapdığı dövrdə meyda-

na gəlmişdi.”

7

3



 Əslində hər iki halda söhbət elmi-texniki prosesdən gedir ki, 

onun da elmi proses çərçivəsində  dərki mümkün deyil. “Layihələşdirmə 

sferasına xidmət edən elmi biliklər” ifadəsindən elmi-texniki biliyin məna-

sını çatdırmaq məqsədilə istifadə olunmuşdur. Elmi biliklərlə müqayisədə 

elmin praktiki tətbiqi haqqında biliklərin fərqli olması danılmazdır. Lakin 

tədqiqatçıların bu özünəməxsusluğu elmin öz çərçivələrində axtarmaq 

cəhdləri anlaşılmazlığa gətirib çıxarır. 

                                                 

1

 Yenə orada. 



2

 Н.Мончев. Разработки и нововведения. М., 1978. s. 40. 

3

 В.В.Чешев. Критерии различения фундаментальных и прикладных наук, s. 220. 



Elm haqqında elm 

 

 

 

544



Elmi-texniki fəaliyyətə ən yaxın (inikasın xarakterinə görə yox, ob-

yektinə görə) olan hadisələrdən biri texniki elmlərdir. Buna görə də elmi-

texniki fəaliyyət çox vaxt ümumən elmi fəaliyyətlə yox, məhz texniki elm-

lərlə eyniləşdirilir. Belə ki, B.M.Kedrov yazır: “Əgər təbiətşünaslıq prak-

tikada istifadə oluna biləcək  şeyləri (materiyanın müxtəlif növlərini və 

onun hərəkət formalarını, təbiətin qanunlarını) kəşf edib öyrənirsə, texnika 

və texniki fənlər “bu qanunlardan insanın xeyrinə necə istifadə etməli” mə-

sələsini həll edir”

7

1

. B.İ.İvanovla V.V.Çeşevin “elmi-texniki bilik” termini 



işlədilən birgə əsərində bu bilik texniki elmlərlə eyniləşdirilir: “...Texniki 

elmlərə elmi-texniki fəaliyyəti və elmi-texniki biliyi əhatə edən mürəkkəb 

sosial orqanizm kimi yanaşmaq lazımdır.”

7

2



 Bu fikri onun götürüldüyü 

fəslin “Texniki elmlər elmi biliklərin və elmi fəaliyyətin vəhdəti kimi” 

adlanan başlığı ilə müqayisə etsək, görərik ki, müəlliflər elmi biliklərlə 

elmi-texniki biliklər arasında elə bir əhəmiyyətli fərq görmürlər. 

V.V.Çeşevin terminologiyasına diqqətlə  nəzər yetirsək, onda görə 

bilərik ki, o, elmi-texniki bilikdən yox, elmi texniki bilikdən yazır. Bəzi 

yerlərdə müəllif məhz bu ifadəni işlədir

7

3



 ki, bu da əslində ona ekvivalent 

olan “texniki biliyin nəzəri səviyyəsi” ifadəsi ilə yanaşı “texniki elmlər” 

anlayışının məzmununa tam uyğun gəlir: “Nəzəri səviyyəli texniki bilik 

təbii proseslərin müvafiq texniki obyektlərin quruluşundakı  və  fəaliyyət 

mexanizmindəki əlaqələri təsvir etmək üçün yaradılan nəzəri modellərinin 

tətbiqi  əsasında meydana gəlir”

7

4

. Lakin elmi texniki biliklə (texniki 



elmlər) elmi-texniki bilik arasında fundamental bir fərq var. Birincisi 

maddi aləmin (bizim halda texniki obyektlərin fəaliyyət mexanizmi) ob-

yektiv əlaqələri haqqında bilikdirsə, ikincisi subyektiv fəaliyyət formaları, 

elmin yeni məlumatlarının praktiki tətbiq üsul və metodları haqqında 

bilikdir. 

Elməqədərki praktiki fəaliyyətdə də predmet və onun xassələri haq-

qında biliklərlə predmetin istehsal üsulu haqqında biliklər, yəni primitiv 

texnoloji biliklər bir-birindən fərqlənir. Lakin burada bu iki müxtəlif for-

malar xüsusi bir səviyyə təşkil etmir. Onlar daha çox eyni səviyyənin, yəni 

                                                 

1

 Б.М.Кедров. Предмет и взаимосвязь естественных наук. М., 1967, s. 15. 



2

 Б.И. Иванов, В.В.Чешев. Становление и развитие технических наук. Л., 1977, s. 7 

3

 В.В.Чешев. Специфика технического знания // Вопросы философии, 1979. № 4, 



s. 62-63 

4

 Yenə orada. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

545



 

biliyin praktiki səviyyəsinin altsəviyyələrini təşkil edir, çünki bir formadan 

digər formaya keçid üçün fəaliyyətin aralıq sahəsinə ehtiyac olmur. 

Elməqədərki praktiki fəaliyyətdə yalnız tətbiqi əhəmiyyət kəsb edən 

biliklər qazanılıb ötürülürdü. Başqa sözlə, biliyin gerçəkliyin inikasına və 

dəyişdirilməsinə yönələn aspektləri ictimai miqyasda vahid bir tam təşkil 

edirdi. Lakin yenə də təbiətin konkret hadisələri miqyasında diferensiasiya 

mövcud olaraq qalırdı. Elə  məhz bu da müstəqil elmi biliklərin meydana 

gəlməsinə  səbəb oldu. Bir qayda olaraq, ayrı-ayrı elmi biliklər uzun 

müddət tələb olunmamış qalırdı ki, bu da “xalis elm”, “elm elm üçündür” 

və s. ifadələrinin meydana gəlməsinə səbəb olurdu. 

Sonrakı tarixi prosesdə praktiki biliyin idraki və  əməliyyat (tex-

noloji) aspektlərə ayrılması prosesi gücləndi. Tədricən biliyin bu formaları 

cəmiyyət miqyasında müstəqil status əldə etdi. Elmi bilikdən texnoloji 

biliyə keçid etmək, biliyin nəzəriyyədən praktikaya doğru hərəkətindəki 

zənciri bağlamaq üçün xüsusi bir aralıq halqaya – elmi-texniki biliklərə və 

elmi-texniki fəaliyyətə ehtiyac yaranır. 

Beləliklə, araşdırmalarımız göstərir ki, elmi-texniki tərəqqini elmi 

tərəqqi ilə texniki tərəqqi arasında aralıq hadisə kimi səciyyələndirmək 

üçün dərin məntiqi-qnoseoloji  əsaslar var. Zənnimizcə, bu faktın nəzərə 

alınması elmi-texniki tərəqqinin mahiyyətinin izahının zəruri şərtidir. 


Elm haqqında elm 

 

 

 

546



 

 

 



 

 

Elm, texnologiya və iqtisadiyyat 

 

 

Bilmək hələ azdır,  əsas məsələ onu 



yaxşı tətbiq etməkdədir. 

R. Dekart 

 

Elmin nə  dərəcədə  səmərəli olması  bəzilərinin Azərbaycan ictimai 

şüuruna yeritməyə çalışdığı beynəlxalq indeksasiya göstəriciləri ilə deyil, 

onun infrastrukturundakı üç komponent arasında nisbətlə səciyyələnir. 

Söhbət  fundamental elmin, tətbiqi elmin   təcrübi-konstruktor 

işinin (bu sonuncu əslində elmin bir sahəsi olmayıb, elmlə mühəndisliyin 

qovşağında olan fərqli bir sahədir) nisbətindən gedir.  

Azərbaycanda elmə ayrılan maliyyə  vəsaiti  əsasən “fundamental 

elm” kateqoriyasına aid olan sahələrə  sərf olunur. Tətbiqi elmlərə ondan 

xeyli az vəsait ayrılır. Akademiya çərçivəsində  təcrübi-konstruktor işləri, 

demək olar ki, yox dərəcəsindədir.  

Əyanilik üçün bəzi qabaqcıl ölkələrdə bu üç komponentin nisbətinə 

baxaq: Yaponiyada bu nisbət 14% - 26% - 60%; ABŞ-da: 12% - 22% - 

66%-dir. Yəni fundamental elmə  nə  qədər xərclənirsə, ondan təqribən 2 

dəfə çox tətbiqi elmlərə  və 4-5 dəfə çox təcrübi-konstruktor işlərinə  sərf 

olunur. Sonuncu halqa bilavasitə istehsalın, iqtisadiyyatın daxili tələbatına 

uyğunlaşdırılmış  və  tətbiqi elmlərin bazasında görülən mühəndis-kon-

struktor işlərini əhatə edir. Buraya yeni texnika istehsalına olan məsrəflər 

də daxil deyil. Çünki bu mərhələyə texnikanın kütləvi istehsalı yox, təcrübi 

nümunənin düzəldilməsi aiddir. Əgər bu nümunə sınaqdan uğurla çıxarsa, 

onda həmin texnikanın (istehsal vasitəsinin) istehsalına başlanır ki, bu da 

əsasən maşınqayırma sənayesinə aiddir.  

Ancaq yeni texnikanın kütləvi istehsalından sonra onun nisbətən 

yüngül sənaye sahəsində istifadə olunması başlanır və  əgər bu yeniliyin 

tətbiqi iqtisadi cəhətdən daha səmərəli olarsa, alınan gəlir elmin tətbiqi 



 


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin