Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
Elm haqqında elm 

 

 



 

456


Nə qədər ki, bu suala dəqiq cavab verilməmişdir, nə qədər ki, «elm», 

«texnika» və «elm-texnika» sistemlərinin tarixi inkişaf mərhələləri müəy-

yənləşdirilməmişdir, «elmi-texniki tərəqqi» və «elmi-texniki inqilab» an-

layışlarının spesifikası da, inqilabiliyi xarakterizə edə biləcək fundamental 

keyfiyyət dəyişilmələri də müəyyənləşdirilməmiş qalacaqdır. 

Mövcud  ədəbiyyatda elmi-texniki tərəqqi prosesinin bütövlüyünü 

şərtləndirən cəhətlərdən söhbət açılmadığı kimi, «elm-texnika» sistemi də 

həqiqi sistemli yanaşma baxımından tədqiq olunmamışdır. Adına görə bu 

məsələni əhatə etməli olan «insan–elm–texnika» kitabının ilk bir neçə sə-

hifəsində

6

1

, Q.N.Dobrovun «Elm haqqında elm» əsərinin müvafiq bölmə-



sində

6

2



, V.İ.Stryukovskinin dissertasiya işində

6

3



, N.V.Markovun elmi-texni-

ki inqilab haqdakı kitabında

6

4

 və s. bu tipli onlarla müxtəlif yazılarda «elm-



texnika» sisteminin tədqiqi ilə  əlaqədar ola biləcək bəzi məsələlərə toxu-

nulsa da, elə lap sərlövhədəcə, elə məsələnin qoyuluşundaca ciddi qüsurlar 

buraxılmış, düzgün tədqiqat istiqaməti seçilməmişdir. «İnsan–elm», «in-

san–texnika», «insan–elm–texnika» sistemlərindən danışan müəlliflər ay-

rıca «elm», «texnika» və «elm-texnika», sistemləri haqqında heç düşün-

mürlərmi və əgər düşünülərsə, bu sistemləri insandan kənarda necə təsəv-

vür edirlər? Məsələn, daim inkişafda olan elm hərəkətverici qüvvəsiz, ya-

radıcı subyekt daxil edilmədən sistem kimi götürülə bilməz, çünki sistem 

bütövlük  şərtini ödəməlidir və bu şərt yalnız o vaxt ödənilmiş olur ki, 

bütün inkişafın, dəyişilmələrin genezisi də sistem daxilində həyata keçsin. 

Elmin hərəkətverici qüvvəsi, yaradıcılıq subyekti isə elmi işçidir – in-

sandır. Deməli, «elm» dedikdə, «elm-texnika» sistemindən danışdıqda in-

san da bu sistemlərin tərkib hissəsi kimi hələ qabaqcadan nəzərdə tutulmuş 

olur. Belə isə, «insan–elm», «insan–texnika», «insan–elm–texnika» sis-

temlərindən danışmaq insanın iştirakının kənar qüvvə kimi qiymətləndiril-

məsinə və bununla da, elm və texnikanın nəticə etibarilə passiv tərəf kimi, 

təsir obyekti kimi qələmə verilməsinə uyğun gəlmirmi və belə yanaşmanın 

məntiqi cəhətdən qüsurlu olması elə özlüyündəcə aydın deyilmi? 

                                                 

1

 «Человек-Наука-Техника», с.15-18; 83-88.  



2

 Г.Н. Добров. Наука о науке. Киев. 1970. с.54. 

3

 В.И.Стрюковский. Система «человек-техника» и наука Ростов н/Д, 1967. 



4

 Н.В.Марков. Научно-техническая революция: анализ, перспективы последствия. 

М., 1973, с.15. 


  Elm–Texnika–İstehsal 

 

 

 

457



 

Bəlkə, müəlliflər «elm» və «texnika» sistemlərinin bu sistemlərdə 

iştirak etmələrindən asılı olmadan bütün insanlarla əlaqəsindən (məsələn, 

insanlar elmi-texniki nailiyyətlərdən istifadə edir), onların digər fəaliyyət 

sahələrinə təsirindən danışmaq istəyirlər? – Xeyr, bu cür müstəqil tərəfləri 

vahid sistem kimi götürmək olmaz və belə məsələlər adətən «elmi-texniki 

inqilabın sosioloji nəticələri» və s. bu kimi adlar altında öyrənilir. «İnsan–

elm», «insan–texnika», «insan–elm–texnika» adı altında isə  yəqin ki, elə 

əslində «elm», «texnika», «elm–texnika» anlayışları nəzərdə tutulur. Lakin 

anlayışları bu cür başa düşdükdə belə, yenidən çoxlu sayda başqa qüsurlar 

buraxılır. Məsələn: «…İnsan və cəmiyyəti bütün «insan–elm–texnika» sis-

teminin  əsas və  həlledici komponenti kimi qəbul edərək müxtəlif müna-

sibətlər,  ən başlıcası isə  «İnsan–elm» və «insan–texnika» münasibətlərini 

alarıq».


6

1

 Guya konkret sistemlər mürəkkəb sistemlərdən səmərəli imiş… 



Halbuki, «elm–texnika» sistemi müstəqil «elm» və «texnika» (müəllifin 

təbirincə, «insan–elm» və «insan–texnika») sistemlərinin tarixi inkişafının 

yalnız müəyyən mərhələsində formalaşmışdır. Müəllif isə «elm» və «tex-

nika» sistemlərini subyektiv münasibətin nəticəsi kimi qələmə verir, 

cəmiyyəti «İnsan–Elm–Texnika» sisteminin komponenti kimi «qəbul 

etməklə» (məhz qəbul etməklə) yeni sistemlər alır. 

Elm və texnikanın digər sistemlərlə əlaqəsi də düzgün şərh edilmir: 

«İnsan-mühit münasibəti də bu sistemə («insan–texnika» və deməli, əslin-

də «texnika» sistemi – S.X.) aiddir. Burada mühit, əvvəla, təbii (b.s. tə-

biət), ikincisi, insanın öz istehsal fəaliyyəti (elmi-texniki inqilabın nailiy-

yətləri də burada reallaşır) nəticəsində yaratdığı  tərəflər kimi götürülür. 

Buradan alt sistemlər yaranır: insan–təbiət, İnsan–mühit (elmi-texniki inqi-

labın yaratdığı)».

6

2

  Xırda bir parçada nə  qədər qarma-qarışıq və qüsurlu 



fikirlər söylənmişdir. «İnsan–mühit münasibəti» texnikaya necə aid ola bi-

lər?... Bu fikir yəqin belə bir illüziyanın nəticəsidir ki, guya «insan–texni-

ka» sistemi» dedikdə  təkcə texniki işçiləri  əhatə edən texnika yox, ümu-

miyyətlə hər hansı insanın müstəqil (?) texnika ilə təşkil etdiyi geniş əha-

təli sistem də  nəzərdə tutula bilərmiş  və «texnika insanın əlaqədə olduğu 

mühiti də əhatə etdiyindən» (?) İnsan-mühit sistemi də İnsan-Texnika sis-

teminə daxil edilə bilərmiş… lakin kənar  insanın texnika ilə (söhbət is-

                                                 

1

 «Человек-Наука-Техника», с.15. 



2

 Yenə orada. 



Elm haqqında elm 

 

 



 

458


tehsal texnikasından gedir) bilavasitə hansı əlaqələri mümkündür? Müəllif-

lər nəzərə almırmı ki, bilavasitə texnika sferasında çalışan texniki işçilər-

dən başqa, hamı yalnız texnikanın istehsala tətbiqindən alınan nəticələrlə 

əlaqədə olur və buna görə də, ümumiyyətlə, insanla texnika vahid sistemdə 

ümumiləşdirilə bilməz. Digər tərəfdən «mühit anlayışının özü olduqca ge-

nişdir və texnika ilə əlaqədar olmayan tərəfləri də əhatə edir. Elə sitat gəti-

rilən parçadaca müəllif qeyd edir ki, mühitə həm təbii, həm də süni tərəflər 

daxildir, halbuki mövcud ədəbiyyatda qəbul edildiyi kimi, texnikaya yalnız 

süni yaradılmış tərəflər (onların da yalnız bir hissəsi) aiddir. 

«Elmi-texniki inqilab və sosializm» kitabında isə «İnsanın elmi-tex-

niki və ictimai tərəqqidə iştirakı» məsələsinə ayrıca bir paraqraf həsr edil-

mişdir


6

1

; halbuki «elmi-texniki tərəqqi» və «ictimai tərəqqi» anlayışlarının 



özlərində insanın iştirakı onsuz da nəzərdə tutulur və onu ayrıca qeyd 

etmək bu anlayışların düzgün qiymətləndirməməyin nəticəsidir. 

Bir çox hallarda isə «elm-texnika-istehsal» sistemindən danışılır ki, 

bizim fikrimizcə, belə bir sistem hələ formalaşmamışdır. Məsələn, istehsal 

sferasında çalışan külli miqdarda fəhlələrin elmi bilik səviyyələri hələ kifa-

yət qədər yüksəlməmişdir və onları «elm–texnika» sistemi ilə birləşdirən 

tellər təzə sistem təşkil etmək üçün kifayət qədər möhkəm deyildir. Bun-

dan başqa, istehsal sferasında hələ də əl əməyindən geniş istifadə edilməsi, 

istehsalın planlaşdırılması ilə elmi-texniki nailiyyətlərin proqnozu arasında 

hələ də hərtərəfli əlaqə yaradıla bilməməsi və s. bu kimi hallar vahid «elm-

texnika-istehsal» sistemindən danışmağa imkan vermir. 

Adına görə bilavasitə «elm–texnika» sisteminin tədqiqinə həsr olun-

muş bəzi fəsillərdə

6

2



 isə bu məsələdən bir kəlmə də olsa danışılmır, yalnız 

hərdən bir elm və texnika arasındakı əlaqə məsələsinə toxunulur ki, bu əla-

qə «elm-texnika» sisteminin formalaşmasından çox-çox əvvəl də mövcud 

olmuşdur. 

Aydın məsələdir ki, «elm–texnika» sisteminin əhatə dairəsi və onun 

tarixi inkişafın qanunauyğun nəticəsi kimi formalaşması şərtləri müəyyən-

ləşdirilməyincə, «elmi-texniki tərəqqi» anlayışından qeyri-müəyyən şəkil-

də, təxmini mənada istifadə edildikcə elmi-texniki inqilaba həsr olunmuş 

                                                 

1

 «Научно-техническая революция и социализм», М., 1973, с.244. 



2

 Məsələn:  Н.И.Дряхлов.  Социальные  проблемы  научно-технической  революции. 

М., 1972, Раздел I, глава 4. Система «наука-техника» в условиях научно-технической 

революции, с.80-93. 



  Elm–Texnika–İstehsal 

 

 

 

459



 

tədqiqat işləri də konkretlik qazana bilməz; və buna görə də, bütün bu mə-

sələlərin ayrı-ayrılıqda, spesifik metodoloji əsaslar üzərində deyil, qarışıq 

şəkildə və hətta ümumi ad altında («elmi-texniki inqilabın tədqiqi» kimi) 

öyrənilməsi tamamilə qanunauyğundur. Elmi-texniki inqilaba dair yazılmış 

əsərləri təhlil edərkən görəcəyik ki, «elm–texnika» sisteminin tarixi inkişa-

fındakı inqilab momenti indiyədək yalnız ona görə müəyyənləşdirilə bil-

məmişdir ki, «elm-texnika» sistemi də, elmi-texniki tərəqqi də spesifik ic-

timai hadisə kimi hələ öyrənilməmişdir; və baş verən dəyişilmələr içərisin-

də müntəzəm tərəqqi prosesi üçün xarakterik olanlar təyin edilmədikcə ta-

mamilə yeni keyfiyyət daşıyan – inqilabı səciyyələndirən hadisələr də se-

çilə bilməyəcəkdir. 

Elmi-texniki inqilabın məhdud zaman intervalını  əhatə etməsi haq-

da, onun nə vaxt bitməsinin zəruriliyi haqda,

6

*

 elmi-texniki tərəqqidə baş-



lanmalı olan yeni müntəzəm mərhələ haqqında söhbət açılmaması da mü-

asir mədəni həyatda baş verən, demək olar ki, bütün dəyişilmələrin «elmi-

texniki inqilab» adı altında ümumiləşdirilməsinə səbəb olur. Mövcud ədə-

biyyatlarda hər cür irəliləyiş, hər cür müasirlik «elmi-texniki inqilab» an-

layışı ilə əlaqələndirilir ki, nəticədə bu anlayış rəmziləşmiş və müasirliyin 

simvoluna çevrilmişdir. 

Əgər elmi-texniki inqilabın mahiyyəti əsaslı fəlsəfi tədqiqat vasitəsi-

lə müəyyənləşdirilmiş olsaydı, onun iqtisadi problemlərinə,

6

1

 sosial nəticə-



lərinə

6

2



, müxtəlif ictimai-iqtisadi formasiyalardakı xüsusiyyətlərinə,

6

3



 onun 

təhsil sisteminə,

6

4

 idarəetmə



6

5

 və s. məsələlərlə əlaqəsinə həsr olunan əsər-



lərdə elmi-texniki inqilabın mahiyyətini ayrıca olaraq təhlil etməyə ehtiyac 

                                                 

*

 Bu məsələyə tədqiqatçılardan yalnız N.V.Markov toxunmuş, lakin onun elmi həllini 



verə bilməmişdir  (Н.В.Марков. Научно-техническая революция: анализ, перспективы, 

последствия, Новосибирск, 1970 с.38) 

1

 Н.М.Никольский.  Научно-техническая  революция:  мировая  экономика,  политика, 



население. М., 1970; Г.И.Кархин. Связи настоящего и будущего в экономике. М., 1970. 

2

 А.А.Зворыкин.  Научно-техническая  революция  и  ее  социальные  последствия.  М., 



1967; Л.Н.Малков. Социальные проблемы современной научно-технической революции 

və s. 


3

 «Научно-техническая  революция  и  социализм»;  Н.Д.Гаузнер.  Научно-

технический прогресс и рабочий класс США. М., 1968. 

4

 В.Турченко.  Научно-техническая  революция  и  революция  в  образовании.  М., 



1973 və s. 

5

 В.Г.Афанасьев.  Научно-техническая  революция,  управление,  образование.  М., 



1972 və s. 

Elm haqqında elm 

 

 



 

460


qalmazdı. 

Elmi-texniki inqilabın mahiyyətinin müəyyənləşdirilməməsi bir sıra 

əsərlərdə  tədqiqatçıların özü tərəfindən də etiraf edilir.

6

1



 Lakin elə  həmin 

əsərlərdəcə elmi-texniki inqilaba təzə izah verilir və eyni zamanda, əvvəl-

kilərdən heç nə ilə  fərqlənməyən, yaxud əvvəlkilərdən heç də az qüsurlu 

olmayan konsepsiyalar irəli sürülür. «…Elmi-texniki inqilab elmi və texni-

ki inqilabların vahid tam halında birləşməsi və elmin bilavasitə məhsuldar 

qüvvəyə çevrilməsi nəticəsində  məhsuldar qüvvələrin  əldə etdiyi köklü 

keyfiyyət dəyişilmələridir».

6

2



 Belə çıxır ki, elmi-texniki inqilab iki müxtəlif 

inqilabın yekunu imiş (belə mövqeyin qüsurlu olduğunu aşağıda göstər-

məyə çalışacağıq). Bir də, axı, hər nəyin nəticəsi olursa olsun, «məhsuldar 

qüvvələrin köklü keyfiyyət dəyişilmələri» dedikdə məhz nə nəzərdə tutu-

lur? Bu halda məhsuldar qüvvələrin öz inkişafındakı inqilabdan danışmaq 

daha məqsədəuyğun olmazdımı? Belə elmi-texniki inqilabın spesifikası ye-

nə də müəyyənləşməmiş qalmırmı? 

Elmi-texniki inqilabın bilavasitə mahiyyətinin öyrənilməsinə  həsr 

olunmuş  tədqiqat işlərinin bir qayda olaraq müvəffəqiyyətsizliklə  nəticə-

lənməsinə səbəb nədir? Şübhəsiz ki, bu cür ümumi müvəffəqiyyətsizlik ay-

rı-ayrı  tədqiqat işlərindəki təsadüfi qüsurlarla bağlı olmayıb, hələ lap qa-

baqcadan düzgün metodoloji prinsiplərə  əsaslanmamağın nəticəsidir. Qü-

surların həqiqi mənbəyini dəqiq şəkildə müəyyənləşdirmək üçün isə  tipik 

qüsurları  təsadüfi qüsurlardan ayırmaq – xüsusi təsnifat işi aparmaq 

lazımdır. 

Biz «müasir elmi-texniki inqilabın mahiyyəti» məsələsinin həllinə 

«müasir» təyinindən başlayacağıq. Bu cür təyinə ehtiyac olub-olmaması 

haqda  ədəbiyyatlarda ciddi mübahisə getsə  də, heç bir qəti qənaət hasil 

edilməyib və kim istəsə sadəcə «elmi-texniki inqilabdan» kim istəsə 

«müasir elmi-texniki inqilabdan» danışır. Bu ikihakimiyyətliyə son qoy-

maq məqsədi ilə əvvəlcə bu qeyri-müəyyənliyin səbəbini tapmağa çalışaq 

və bunun üçün isə hər iki cəbhə tərəfdarlarının mövqeyi ilə tanış olaq. 

                                                 

1

 В.Д.Комаров.  Современная  научно-техническая  революция  и  проблемы  логики 



научного  исследования // «Теоретические  проблемы  современной  научно-техни-

ческой революции». Л., 1969, с.28; «Научно-техническая революция и ее социальная 

проблематика» // Вопросы философии, 1971, № 12, с.3. 

2

 «Человек-Наука-Техника», s. 30. 



  Elm–Texnika–İstehsal 

 

 

 

461



 

Elmi-texniki inqilab hadisəsinin yalnız indiki dövr üçün səciyyəvi 

olduğunu sübut etməyə çalışaraq (və deməli, «müasir» təyininin əleyhinə 

olaraq) D.A.Lebin yazır: «Tam yəqinliklə demək olar ki, elmi-texniki inqi-

lab yeni, əvvəllər müşahidə olunmamış bir hadisəni təmsil edir. Keçmişdə 

elm-və texnikada inqilablar hərdən eyni vaxtlarda baş versə  də, heç vaxt 

vahid proses kimi qaynayıb-qarışmayıblar. Elmi və texniki inkişafın mü-

asir dövr üçün spesifik cəhəti bundan ibarətdir ki, elm və texnikadakı 

inqilabi çevrilişlər eyni bir prosesin – elmi-texniki inqilabın … müxtəlif 

tərəfləridir».

6

1

 Bu doğrudur ki, keçmişdə elmi və texniki inqilablar vahid 



bir proses təşkil etməyiblər.

6

*



 Lakin bəs indi? İndiki dövrdə baş verən inqi-

lab vahidmi hadisədir? 

Bax, müəlliflərin sakitcə üstündən keçdikləri məsələ də bundan iba-

rətdir. «Keçmişdə elmi və texniki inqilabın yalnız indiki dövr üçün xarak-

terik olan bir hadisə kimi qiymətləndirilməsi mövqeyində duran və bunun-

la yanaşı, elmi-texniki inqilabı elmi və texniki inqilabların məcmuyu kimi 

qəbul edən təkcə D.A.Lebin deyil; bu cür münasibət həmin cəbhənin bütün 

nümayəndələri üçün tamamilə tipikdir. Məsələn, aşağıdakı parçalarda eyni 

bir məzmun müxtəlif tədqiqatçılar tərəfindən sadəcə olaraq təkrar edilir»: 

«…Hər iki inqilab vahid elmi-texniki inqilab prosesində birləşmişdir; elm-

dəki çevriliş  və texnikadakı çevriliş isə onun yalnız müxtəlif tərəflərini 

təmsil edir»

6

2

, yaxud: «…elmi-texniki mahiyyəti və prinsipial yeniliyi bun-



dan ibarətdir ki, müasir elmi və texniki inqilab məhz bu hadisədə üzvi su-

rətdə birləşmişdir»,

6

3

 yaxud: «Bizim vaxtlarda təbiətşünaslıq və 



texnikadakı inqilabların  əsas xüsusiyyəti bundan ibarətdir ki, hər iki 

çevriliş qaynayıb-qarışır və eyni bir elmi-texniki inqilab prosesinin 

müxtəlif tərəflərini təşkil edir».

6

4



 Bütün bu yazılarda məqsəd də eynidir: – 

                                                 

1

 Д.А.Лебин. Научно-техническая революция и социалистическая интеграция. М., 



1973, с.13. 

*

 Maraqlıdır ki, bütün mübahisələr məhz inqilabların əlaqəsindən gedir, halbuki elm və 



texnikadakı inqilablar yalnız o vaxt əlaqələnə bilər ki, əvvəlcə bu tərəflərin müntəzəm 

inkişafları əlaqələnsin, yaxud onların özləri qaynayıb-qarışmış olsun. Həm də məsələnin bu 

cür qoyuluşu bütöv elmi-texniki tərəqqi prosesinin də sərhədlərinin müəyyənləşdirilməsinə 

xidmət edərdi; lakin çox təəssüf ki, problemin tədqiqinə yalnız ortadan – inqilabların 

əlaqəsi məsələsindən başlanılır. 

2

 «Человек-Наука-Техника», с.8. 



3

 Ю.С.Мелешенко.  Характер  и  особенности  научно-технической  революции // 

Вопросы философии, 1968, № 7. 

4

 «Научно-иехническая революция и социализм», М., 1973, с.25. 



Elm haqqında elm 

 

 



 

462


Göstərmək ki, elmi-texniki inqilab hadisəsi yalnız indiki dövr üçün 

xarakterikdir, əvvəllər belə hadisə olmamışdır; o vaxt mövcud olan yalnız 

elmi və texniki inqilablar imiş. Lakin müəlliflər bu məqsədə nail 

olurlarmı? 

Elmdə və texnikada əvvəllər və indi baş verən inqilablar fərqlənə bi-

lər (məsələnə, qarşılıqlı əlaqənin daha da sıxlaşması ilə və s.) və fərqlən-

məlidir də. Ancaq bu fərq o vaxtkı elmi-texniki inqilabla indiki elmi-tex-

niki inqilab arasındakı fərq kimi də götürülə bilər. Məsələn, V.Roman mə-

sələyə  məhz bu cür yanaşır: «Elm və texnika sahəsindəki müasir inqilab 

keçmişdə baş verən və yaxud tək-tək bölmələri  əhatə edən inqilablardan 

köklü surətdə fərqlidir. İndiki (kursiv mənimdir – S.X.) elmi-texniki inqi-

lab belə məhdudluğa malik deyil, o bütün təbiətşünaslıq və texniki elmlər 

sahəsini əhatə edir».

6

1



 Göründüyü kimi, müəllif elmi və texniki inqilabların 

keçmişdəki və indiki xüsusiyyətlərini fərqləndirsə də, keçmiş dövr üçün də 

elmi-texniki inqilabdan danışmağı mümkün sayır. 

Nə  qədər ki, elmi-texniki inqilab elmi və texniki inqilabların məc-

muyu kimi başa düşülür, onun yeni hadisə olduğunu sübut etmək də müm-

kün olmayacaqdır. Çünki bu halda elmdəki və texnikadakı çevrilişlərin is-

tər «vəhdətindən», istərsə  də «qaynayıb-qarışmasından» danışsınlar, yenə 

də onları ayrı-ayrı hadisələr kimi qəbul etməli olurlar.  

İkinci cəbhənin tərəfdarları isə, şübhə yox ki, məhz bu cəhətə əsasla-

naraq elmi-texniki inqilabın əvvəllər də mövcud olduğunu iddia edirlər və 

əksər hallarda «elmi-texniki inqilab» əvəzinə «müasir elmi-texniki inqilab-

dan» danışılması da yalnız bununla əlaqədardır. Bu mövqedən çıxış edən 

V.İ.Stryukovski yazır: «Qeyd etmək lazımdır ki, müəlliflərin böyük bir 

qrupu XVI-XVII əsrlərdə elm və texnikada inqilab baş verdiyini qəbul 

etsələr də onların birliyini inkar edirlər. Kitabda şərh olunan material XVI-

XVIII əsrlərdə elm və texnikada baş verən sıçrayışların qarşılıqlı əlaqəsinə 

dəlalət edir və ilk elmi-texniki inqilabdan danışmağa ixtiyar verir».

6

2



 Elmi 

və texniki inkişafda inqilabların zaman etibarilə kəsişməsi və onların ara-

sında müəyyən  əlaqənin olması elmi-texniki inqilab demək imiş (?)… 

Mövcud təsəvvürlər zəminində başqa cür düşünmək də mümkün deyil… 

Bir də, bu nədir ki, – «yeri gələndə» heç «əlaqə» şərtini qoymadan da el-

                                                 

1

 В.Роман. Промышленная революция в развитии общества. М., 1969, с. 74-75. 



2

 В.И.Стрюковский. Система «человек-техника» и наука. с.7. 



  Elm–Texnika–İstehsal 

 

 

 

463



 

mi-texniki inqilabdan danışmaq olar. Məsələn, V.D.Komarov yazır: «Biz 

elmi və texniki inqilabların keçmişdə də baş verdiyini nəzərə alaraq müasir 

elmi-texniki inqilabdan danışırıq».

6

1

  Yəni elmi və texniki inqilablar var 



imişsə, deməli, elmi-texniki inqilab da var imiş; müəllif əlavə şərtləşməyə 

ehtiyac belə duymur… 

Görəsən, doğrudan da, elmi-texniki inqilab elm və texnikadakı inqi-

labların məcmuyundanmı ibarətdir; onların eyni vaxta düşməsi və ya qarşı-

lıqlı əlaqəsi başqa bir hadisə – elmi-texniki inqilabmı doğurur? Doğrudan-

mı iki müxtəlif inqilab «qaynayıb-qarışaraq», «birləşərək» vahid bir inqi-

lab törədə bilər? Və  nəhayət, doğrudanmı, bir vahid iki vahidin məcmu-

yundan ibarət ola bilər? 

– Xeyr. Vahid bölünməzdir və ya daha doğrusu bütöv hissələrə bö-

lünə bilməz. Elmi inqilab və texniki inqilab isə özlüyündə bütöv hadisələr-

dir (həm də, bir halda ki, onları ayrı-ayrı anlayışlarla ifadə etmək mümkün-

dür və onlar başqa bir bütöv hadisənin, vahid elmi-texniki inqilab prose-

sinin «müxtəlif tərəfləri» ola bilməz. 

Bəs elmi-texniki inqilabı istər əvvəllər, istərsə də indiki dövrdə

6

*

 baş 



verən elmi və texniki inqilablardan fərqləndirən cəhət nədən ibarətdir? (Bu 

fərq, bizcə elmi-texniki inqilabın əsas xüsusiyyətlərini əks etdirməlidir). – 

Məhz bu cür qoyulmuş sualın cavabını mövcud ədəbiyyatda axtarmaq, 

şübhə yox ki, mənasızdır. Zira yuxarıda şahidi olduğumuz kimi, tədqiqat-

çılardan heç kəs elmi-texniki inqilabı elm və texnikadakı nisbi müstəqil 

inqilablardan fərqləndirmək, onlardan kənarda təsəvvür etmək fikrində de-

yil. Hətta elə mövqelər mövcuddur ki, onun tərəfdarları elmi-texniki in-

qilabı nəinki elmdə və texnikadakı inqilablarla, hətta onların yalnız müxtə-

lif tərkib  hissəllərindəki  dəyişmələrlə (inqilabla yox, dəyişmələrlə) izah 

edirlər, həm də bu mövqelər o qədər geniş yayılmışdır ki, onların ayrıca 

olaraq təhqiq edilməsinə, buraxılan tipik qüsurların qnoseoloji köklərinin 

araşdırılmasına xüsusi ehtiyac duyulmaqdadır. 

                                                 

1

 В.Д.Комаров.  Современная  научно-техническая  революция  и  проблемы  логики 



научного исследования, с.29 

*

 Elmi-texniki inqilabdan fərqli olan nisbi müstəqil elmi və texniki inqilablar hazırkı 



dövrdə də baş verə bilər; həm də elmi-texniki inqilabla yanaşı və ona daxil olmadan. Məsə-

lən, XX əsrin  əvvəllərində fizikada (və  hətta ümumiyyətlə elmi biliklərin inkişafı prose-

sində) baş vermiş inqilab məhz elmi-texniki inqilab dövrünə təsadüf edir, halbuki ona nə-

zərən müstəqil (və ya nisbi müstəqil) prosesdir. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin