Elm–Texnika–İstehsal
421
sus olan istifadə şeylərini də (məsələn, gözlük, dabankeş
6
1
və s.) texnikaya
daxil etməsi ilə uzlaşmır. Tərifdə verilən digər köməkçi təyinlər isə əslində
atıla da bilər, zira onlar anlayışın sərhədləndirilməsinə deyil, «süni» sözü-
nün izahına xidmət edir. Bu təyinlər texnikaya insanın istifadə etdiyi
istənilən (məsələn, təbiətdən hazır halda götürülən) vasitələrin yox, yalnız
məqsədəuyğun fəaliyyət sayəsində yaradılmış olan vasitələrin daxil ol-
duğunu göstərmək üçündür.
Q.N.Volkovun mövqeyinə yaxın olan, lakin xeyli müxtəsər şəkildə
verilən başqa bir tərifdə deyilir: «…Texnika adı altında biz insanların süni
surətdə yaradılmış fəaliyyət vasitələrini başa düşürük».
6
2
Burada başlıca
fərq yalnız «ictimai insandan deyil, ümumiyyətlə insanlardan danışılması-
dır. Digər tərəfdən, texnika bu vasitələrin məcmuyu kimi yox, ayrı-ayrılıq-
da mövcudluğu kimi verilir. Bu dəyişikliklərin hər ikisi anlayışın əhatə
dairəsinin dəqiqliyini aşağı salır və bir sıra metodoloji dolaşıqlıqlara səbəb
olur. Məsələ burasındadır ki, ictimai və fərdi fəaliyyət vasitələrinin fərq-
ləndirilməsi, həmçinin ümuminin məcmuluq və təkrarlananlıq cəhətlərinin
öyrənilməsi kimi problemlər öz metodoloji həllini tapmadığı üçün tətbiq
də oluna bilmir.
Texnikanı daxili tamlığa malik olan bir sistem kimi təsəvvür edə bil-
mək üçün o, fərdi yox, ictimai fəaliyyətlə əlaqələndirilməlidir. Zira fərdi
fəaliyyətlər vahid istiqamətə və qlobal məzmuna malik olmadığından, tex-
niki tərəqqi ümumcəmiyyət məzmunlu vahid proses kimi yalnız ictimai tə-
rəqqi zəminində öyrənilə bilər.
Y.S.Meleşenko və S.V.Şuxardin birgə yazdıqları əsərdə texnika haq-
dakı fikirlərini onun dörd müxtəlif xüsusiyyətlərini qeyd etməklə bildir-
mişlər: – Əvvəla, texnika ictimai varlığın bir hissəsi kimi çıxış edən spe-
sifik ictimai hadisədir. İkincisi, texnika əmək prosesində insanların istifadə
etdiyi maddi vasitələrdir. Üçüncüsü, texnika tarixən bir-birini əvəz edən
süni yaradılmış sistemləri əks etdirir. Dördüncüsü, texnikanın əsasında,
onun lap məğzində təbii material və proseslərin məqsədəuyğun istifadəsi
durur.
Göstərilən hər bir xüsusiyyəti ayrılıqda təhlil edək. Əvvəla, texnika
ictimai hadisə deyil. Zira hər bir hadisə və ya ictimai fəaliyyət sferası
1
Бах: Г.Н. Волков. Техника // Философская энциклопедия, т. 5, М., 1970, сящ.228.
2
Современная научно-техническая революция, c. 13.
Elm haqqında elm
422
daxili tamlığa malik olmalıdır, texnika isə belə hadisələrdə yalnız bir ünsür
kimi çıxış edir. İkincisi, texnika əmək prosesində istifadə olunan maddi
şeylərin heç də hamısını əhatə etmir (məsələn, təbii halda olan vasitələr
buraya daxil deyil) və həm də təkcə maddi şeylərdən ibarət deyildir (sonra-
lar göstərəcəyimiz kimi, texnika qeyri-bircins makrovasitədir). Üçüncüsü,
texniki tərəqqi vahid texnika sisteminin (əgər texnikanı sistem hesab etmək
mümkün olsaydı) bütöv daxili inkişaf prosesini ifadə edir və heç vaxt müx-
təlif sistemlərin diskret əvəzlənməsi kimi göstərilə bilməz. Dördüncüsü,
təbii material və proseslərin məqsədəuyğun istifadəsi texnikanın nəinki
əsasında durmur, onunla heç əlaqədar da deyil. Yalnız bilavasitə mövcud
olan yeganə əlaqəni göstərmək üçün müəlliflər əlavə izahat verərək yazır-
lar ki, təbiətin material, proses və qanunauyğunluqlarından məqsədəuyğun
şəkildə istifadə bu və ya digər texniki qurğunun tələblərinə cavab verən
elementlərə və struktura malik süni sistemlər yaradılması sayəsində müm-
kündür».
6
1
Unudulur ki, süni vasitələr «təbiətin material, proses və qanuna-
uyğunluqlarından məqsədəuyğun şəkildə istifadə olunmasına» xidmət edir-
sə, bu onun heç də zəruri şərt olunduğunu göstərmir. Zira əmək süni vasi-
tələrsiz də (insanın təbii orqanları sayəsində) mümkündür.
Göründüyü kimi, S.V.Şuxardin və Y.S.Meleşenko sonrakı əsərlərin-
də öz mövqelərini nəinki təkmilləşdirməmişlər, hətta bəzi konkret məsələ-
lərdə əvvəlkinə nəzərən daha kobud səhvlər buraxmışlar.
Vahid, qərarlaşmış mövqeyə malik olmayan, öz fikirlərinə tez-tez
«düzəliş» verən tədqiqatçılardan fərqli olaraq Q.N.Volkov bütün yaradıcı-
lığı boyu sabiq mövqe tutur, texnika haqqındakı ilk fikrini sonrakı əsərlə-
rində də dəyişdirmir. Məsələn, yuxarıda təhlil etdiyimiz tərif 1981-ci ildə
çıxan «Elmin sosiologiyası» əsərində
6
2
və «Fəlsəfi» ensiklopediya» üçün
yazdığı «texnika» sərlövhəli məqalədə
6
3
eynilə təkrar edilir. Axırıncı
yazıda bir sıra təfərrüatlar da yığcam şəkildə şərh olunmuşdur ki, bunlar
Q.N.Volkovun mövqeyinin düzgün başa düşülməsi üçün olduqca vacibdir.
O, «texnika» anlayışı üçün təyin etdiyi əhatə dairəsini» əmək vasitələrinin
məcmuyu ilə müqayisə edərək yazır: «Sovet ədəbiyyatında texnikanın
ictimai istehsal sistemində əmək vasitələrinin məcmuyu kimi təyin
olunması geniş şəkildə yayılmışdır. Ancaq «əmək vasitələrinin cəmi»
1
Yenə orada.
2
Социология науки, М., 1968, сящ.30.
3
Г.Н. Волков. Техника, сящ.227.
Elm–Texnika–İstehsal
423
anlayışı «texnika» anlayışını tam əhatə etmir. O, texnikaya nəzərən bəzi
yanaşmalarda geniş, digərlərində isə məhduddur. K.Marks ev heyvanlarını,
torpağı və hətta (müəyyən şəraitdə) işçinin bədən üzvlərini də istehsal
vasitələrinə aid edirdi. Əmək vasitələrinə daxil olan bəzi köməkçi
materialları məsələn, sürtgü maddələrini isə texnikaya çətin ki, aid etmək
mümkün olsun. Digər tərəfdən «əmək vasitələri» anlayışı texniki
vasitələrin bəzi çox vacib qruplarını: hərbi texnikanı, rabitə texnikasını,
məişət texnikasını əhatə etmir.
6
1
Əmək vasitələrinin «texnika» anlayışına
daxil edilə bilməyən əlavə ünsürləri də əhatə etməsi faktı o qədər aydın gö-
rünür ki, təhlilə ehtiyac yoxdur. Lakin bu fakt tədqiqatçıların yalnız o
qisminin əleyhinədir ki, onlar texnikanı məqsədəuyğun fəaliyyət məhsulu
olduğunu tərifdə qeyd etmirlər. Daha vacib olan «texnika məqsədəuyğun
fəaliyyət sahəsində yaradılan əmək sahələrini bütövlükdə əhatə edirmi»
sualına isə müəllif cavab vermir. «Bəs texnikaya əmək vasitələrindən
başqa da bir şey daxildirmi?» sualına necə? Bu məsələ də demək olar ki,
təhlil olunmur. Bunun üçün ilk növbədə texnikaya vərdişlərin və s. qeyri-
maddi tərəflərin də daxil olub-olmaması müəyyənləşdirilməli idi ki,
N.Volkov da hələ lap əvvəldən bunun əleyhinədir (görəsən niyə) və ona
görə də bu məsələyə toxunmur. Lakin bunun əvəzində Q.N.Volkov
«texnika» anlayışının əhatə dairəsini təhlil edərkən – yuxarıda sitat
gətirdiyimiz məqalədə – əslində başqa xarakter daşıyan, amma olduqca
mühüm olan bir problemə toxunur. Bura da texnikanın yalnız istehsal tex-
nikası kimimi? Yoxsa daha geniş mənadamı başa düşülməsi məsələsi
qarşıya çıxır. Bu məsələni biz sonralar geniş şəkildə təhlil edəcəyik. Ancaq
qabaqcadan qeyd edək ki, Q.N.Volkov şərhində problemin qoyuluşu aydın
olmur: elə çıxır ki, məsələ yalnız anlayışın əhatə dairəsinin əmək va-
sitələrinə nəzərən daha geniş olmasındadır. Halbuki tədqiqatçıların, demək
olar ki, hamısı hələ lap qabaqcadan yalnız istehsal prosesinə bağlı olan
texnikanı (istehsal texnikasını) təyin etməyi qarşılarına məqsəd qoyurlar.
6
*
Əksər təriflərdə «ictimai istehsal prosesində» şərtinin də qoyulması bunu
açıq-aydın sübut edir və bu tədqiqatçılarla yalnız istehsal texnikasının
əhatə dairəsinə dair mübahisəyə girmək olar.
1
Yenə orada.
*
O vaxtkı sovet elmi ədəbiyyatında elmi-texnika qarşılıqlı münasibətindən və hətta
elmi-texniki tərəqqi və elmi-texniki inqilabdan danışarkən yalnız istehsal texnikası nəzərdə
tutulur. Ona görə də, müvafiq terminlərin təyinində xüsusi şərtləşmələr tələb olunur.
Elm haqqında elm
424
İndi isə Q.N.Volkovun geniş mənada götürdüyü texnikanı necə
qruplaşdırdığına nəzər salaq: «Müasir texnikanı aşağıdakı funksional sahə-
lərə bölmək olar. İstehsal texnikası, nəqliyyat və rabitə texnikası, elmi-təd-
qiqat texnikası, mədəniyyət və məişət texnikası, tibbi texnika, idarə və
dövlət aparatı texnikası»
6
1
. Bölgü texnikanın olduqca geniş və həm də qey-
ri-müəyyən əhatə dairəsinə malik olduğunu göstərir. Lakin Q.N.Volkov bu
fikri inkişaf etdirməyə, aydın təsəvvür yaratmağa nail olmur. Məxsusi me-
todoloji əsas olmadığından, texnikaya müstəqil sfera, bütöv sistem kimi
yox yalnız müəyyən bir makro tərəf kimi baxmaq lazım olduğu müəyyən-
ləşdirilmədiyindən müəllif dolaşıqlıqlara yol verir və özü bir neçə yerdə
texnika ilə istehsal texnikasını qarışıq salır: «istehsalat binaları və tikintilə-
ri texnikaya daxil olduğu halda, yaşayış evləri daxil deyil».
6
2
Lakin zavod
binası istehsal texnikasına aiddirsə (bu özü mübahisəli məsələdir) yaşayış
binası da eyni hüquqla məişət texnikasına aid edilməlidir. Deməli, müəllif
bu fikrində adətkərdə olaraq texnika kimi yalnız istehsal texnikasını qəbul
etmişdir.
Digər tərəfdən, Q.N.Volkovun nəqliyyat, körpü, kanal və s. bu kimi
tərəfləri də texnikaya aid etməsi
6
3
göstərir ki, o geniş mənada götürülən
texnikanın həqiqi mahiyyətini, başlıca spesifik xüsusiyyətlərini müəyyən-
ləşdirə bilməmişdir.
Baxılan problemin təfərrüatını – insanın təbiətdə yaratdığı dəyişil-
mələrin dəqiq təsnifatını və bunlardan məhz hansı qrupun texnikaya aid
olması məsələsini biz yuxarıda artıq təhlil etmişik. İndi isə bilavasitə öy-
rənmək istədiyimiz məsələyə – texnikanın tədqiqinin ümumi fəlsəfi və me-
todoloji problemlərinə həsr olunmuş bəzi əsərlərlə tanı olaq. Həm də qa-
baqcadan qeyd edək ki, bilavasitə texnikanın tədqiqindəki spesifik metodo-
loji məsələlərə həsr olunmuş əsərlər olduqca azdır və təbii ki, bu sahədə
çox cüzi iş görülmüşdür. Bu məsələlərə əsasən Y.Y. Stul və S.S.Tovmas-
yanın əsərlərində toxunulmuşdur.
6
*
Lakin S.S.Tovmasyanın bilavasitə
1
Г.Н. Волков. Техника, с. 228.
2
Yenə orada.
3
Yenə orada.
*
Я.Е.Стуль. О диалектике понятия «техника», Челябинск, 1966; С.С.Товмасян.
Качественные фазы развития техники и современная научно-техническая революция.
Ереван. 1970.
Elm–Texnika–İstehsal
425
əmək və texnikanın fəlsəfi problemlərinə həsr olunmuş əsərlərində
6
1
əslində yalnız əməkdən söhbət gedir, texnikanın fəlsəfi problemləri, onun
mahiyyətinin müəyyənləşdirilməsi məsələsi isə həll olunmamış qalır. Bəzi
başqa əsərlər
6
2
də sərlövhələrinə görə mövzunun tələbini ödəmədiyindən
onları təhlil etməyə ehtiyac yoxdur.
Biz bu sahədə yazılan əsərlərdən yalnız Y.Y.Stulun «texnika anlayı-
şının dialektikası haqqında» əsərini təhlil edəcəyik. Y.Y.Stul başqa tədqi-
qatçılardan fərqli olaraq və əsərdə qoyulan məqsədə (anlayışın dialektika-
sını öyrənmək) müvafiq şəkildə əvvəlcə özünəqədərki tədqiqatlardakı ek-
lektikliyin səbəbini müəyyənləşdirməyə; yaranmış vəziyyəti obyektiv qa-
nunauyğunluq kimi göstərməyə çalışır. Müəllif qeyd edir ki, texnikaya ve-
rilən «onlarca tərifə həmişə texnikanın müasir vəziyyətini müxtəlif aspekt-
lərini ifadə edən yeni təriflər əlavə edilər bilər».
6
3
Yuxarıdakı təhlildən ay-
dın olduğu kimi texnikanın tədqiqində vəziyyət doğrudan da belədir. Lakin
nəyə görə? Nəyə görə belə olduğunu isə Y.Y.Stul düzgün izah etmir: «Tə-
riflərdəki müxtəlifliyə səbəb – texnikanın dialektik xüsusiyyətlərində, tex-
niki vasitələrin sürətli tərəqqisində, yüksək dərəcədə dəyişkən olmasında-
dır. Texnika o qədər mürəkkəb və ziddiyyətlidir ki, o qədər dinamik keçirir
ki, hər bir sonrakı tədqiqatçı özündən əvvəlkini tamamlamalı – texnikada
müşahidə etdiyi hansı isə yeni cəhəti də əlavə etməli olur».
6
4
Belə çıxır ki,
texnikanın təyini məsələsindəki dolaşıqlıqlar tam obyektiv bir haldır, tex-
nikaya heç olmasa müvəqqəti dövr üçün də olsa dayanıqlı tərif vermək ol-
mazmış. Müəllif nəzərə almır ki, tərif heç də bütün cəhətləri, xassələri
əhatə edə bilməz və etməməlidir də. Tərifdə yalnız anlayışı şərtləndirən
əsas kriteriyalar – mahiyyət verilir ki, bu da xırda xassələrə nəzərən olduq-
ca dayanıqlıdır. Deməli, texnikanın təyinindəki dolaşıqlıqlar daha çox də-
rəcədə subyektiv səbəblə
6
*
tədqiqatçıların vahid metodoloji prinsipinə
1
С.С.Товмасян. Философские проблемы труда и техники. М., 1972.
2
В.Г.Семибратов. Законы материалистической диалектики и их проявление в
техническом прогресс. Л., 1963.
3
Я.Е. Стуль. О диалектике понятия «техника», с. 3.
4
Yenə orada.
*
Aristotelin dövründən başlayaraq «texne» ( yun. – qabiliyyət, sənətkarlıq) sözünün
əhatə edə biləcəyi və etdiyi məzmun həqiqətən çox dəyişmişdir. Lakin dolaşıqlıqlar texni-
kaya məhz indiki mövqedən yanaşdıqda – «texnikanı necə təyin etmək (bir termin kimi) və
bu anlayış altında nəyi başa düşmək» sualını qoyduqda meydana çıxır, həm də tarixi in-
kişafla bağlı olmadan meydana çıxır.
Elm haqqında elm
426
əsaslanmamaları, artıq elmi surətdə tənqid edilmiş fikirləri təzədən, forma-
ca başqa şəkildə təkrar etmələri ilə izah olunmalıdır. «Anlayışların əks et-
dirdiyi predmetin köklü surətdə dəyişdirilməsini
6
1
» nəzərə almaq nə dərə-
cədə vacib olsa da, bu texnikanın tədqiqindəki vəziyyətlə heç bir əlaqəsi
olmayan – yeni, əlavə şərtdir. Zira biz texnikanı yalnız indiki mövqedən
təyin edirik, yəni bizim texnikaya verəcəyimiz tərif bütövlükdə ictimai tə-
rəqqinin indiki vəziyyəti haqdakı vahid, bütöv təsəvvürə tamamilə uyğun
gəlməlidir.
Lakin həm texnikanın bu şərt daxilində (ümumi təsəvvürün bütövlü-
yünü təmin etmək şərti – II fəslin girişində bu şərt ən əsas metodoloji prin-
sip kimi geniş şəkildə təhlil edilir) təyin edə bilmək üçün, həm də bu şərt
daxilində təyin olunmuş texnikaya hələ keçmiş zamanlardan başlayaraq
xas olmaqda davam edən – zaman ümumiliyinə malik olan xüsusiyyətləri
müəyyənləşdirmək üçün tarixi tədqiqat zəruridir. (Burada yenə də tarixi və
məntiqinin vəhdətini müşahidə edirik. Bu baxımdan yanaşdıqda texnikanın
tarixi inkişafı heç də Y.Y.Stulun təsəvvür etdiyi kimi texnika haqdakı ba-
xışların tarixi inkişafı ilə üst-üstə düşmür.
Y.Y.Stul elə həmin kitabçada müvafiq metodoloji problemlərin də
öyrənilməsindən doğan çətinlikləri nəzərə alaraq yazır: «Qəti şəkildə şərh
olunmuş metodologiyanın çatışmazlığı bu və ya digər bir tərifi irəli sürən
tədqiqatçının istinad etdiyi motivlərin əsaslı olub-olmadığı imkanını ara-
dan qaldırır».
6
2
Y.Y.Stul özü bəzi metodoloji məsələləri müəyyənləşdirmə-
yə çalışır və əsas metodoloji Prinsipi müxtəlif dövrlər üçün xarakterik olan
təriflər verib, sonra bunlardan ən ehtimallı variant hazırlamaqda görür:
«Texnikanın keçmişdəki, indiki və gələcək təyinlərini müqayisə edərək hər
cür dəyişilmə zamanı dayanıqlı qalan cəhətləri müəyyənləşdirmək olar. Əl-
bəttə, mütləq həqiqiliyinə namizəd olan belə üçüncü tərif də olduqca va-
cibdir».
6
*
Sonra isə müəllif özü müxtəlif dövrlər üçün tərif verərək (başqa-
larının tərifləri əsasında) və bunları ümumiləşdirərək «maksimum dərəcədə
ümumi və dayanıqlı olan tərif»
6
3
verir: «Texnika insanın öz şəxsi və ictimai
1
Я.Е. Стуль. О диалектике понятия «техника», с. 4-5.
2
Yenə orada, s. 17.
*
Yenə orada, s. 21. Baxılan parçada cümlələr əlaqəsiz olsa da («…belə üçüncü tərif de-
mək üçün əsas varmı, yaxud «mütləq həqiqiliyə namizəd olan» nədir?), müəllifin nə demək
istədiyi aydın olur.
3
Yenə orada.
Elm–Texnika–İstehsal
427
məqsəd və maraqlarını reallaşdırmaq üçün təbiət və ictimai həyat qa-
nunlarının dərk edilməsi və praktik istifadə əsasında yaratdığı və tətbiq et-
diyi süni orqanlar sistemidir».
6
1
Göründüyü kimi «metodoloji izahat»dan sonra verilən bu tərifdə
Q.N.Volkovun yuxarıda təhlil etdiyimiz tərifinə nəzərən heç bir irəliləyiş,
yenilik yoxdur və onun haqqında dediyimiz fikirlər eynilə bu «yeni» tərifə
də aid edilə bilər. Yeganə dəyişiklik «ictimai insan» və ya «cəmiyyət» söz-
lərini ümumiyyətlə «insan» sözü ilə əvəz etməkdədir ki, bununla da «tex-
nika» anlayışının əhatə dairəsi yalnız bir qədər də genişlənir və onun icti-
mai istehsalla əlaqələndirilə bilməsi üçün son imkanlar da aradan qalxmış
olur.
1
Yenə orada.
Elm haqqında elm
428
Texniki tərəqqi
Bəşər tarixinin ilk mərhələsi, daha doğrusu, tarixdən əvvəlki dövr,
müxtəlif coğrafi bölgələrdə nə qədər müxtəlif və rəngarəng olsa da, bütün
xalqlar üçün əsasən eyni səciyyə daşımışdır. Daha doğrusu, müasir dövrün
uzaqlığından baxanda təfərrüatlar nəzərə çarpmır.
İnsanın bir insan kimi, cəmiyyətin üzvü kimi, formalaşması prose-
si təbii mühitin spesifikasından qismən asılı olsa da, bütün bölgələr üçün
ümumi olan cəhətlər daha çox idi. Bu ümumilik ən çox texniki tərəqqidə
özünü göstərir. Texnika dedikdə XXI əsrdə yaşayan adamların ağlına ilk
növbədə elektronika, traktor, kompüter, raket, mürəkkəb avtomat qurğular
düşür. Lakin müasir həddə gəlib çatana qədər texnika uzun tarixi inkişaf
yolu keçmişdir. Biz daha artıq xışın, kotanın, dəryazın, hətta belin, toxa-
nın, rəndənin, çəkicin texniki tərəqqidə mühüm bir mərhələ olduğunu unu-
duruq. Halbuki onlar bu gün də istifadə olunmaqla davam edir. Digər tə-
rəfdən də, keçmişimiz üçün ənənəvi olan texnika bizim həyat tərzimizə da-
xil olmuş, bədii ədəbiyyatda və incəsənətdə də öz əksini tapmışdır. Bu tex-
nika növləri bizim üçün doğmadır, çünki bizim milli mədəniyyətimizin tər-
kib hissəsidir. Çünki onları biz başqa xalqlardan hazır şəkildə almışıq. On-
ları bizim ulu babalarımız özləri ixtira edib, təkmilləşdirib və istifadə
ediblər.
Müasir texnika isə, çox təəssüf ki, əsasən xarici ölkələrdə, başqa
xalqların yaradıcılığının məhsulu kimi meydana gəlir və bizim həyatımıza
hazır şəkildə daxil olur. Bu da bir ölkənin başqa ölkədən iqtisadi və
texnoloji asılılığına gətirib çıxarır.
Bəli, təbii-tarixi proses getdikcə özünə ən optimal yol seçir və bu
yol müxtəlif regionlarda təkrar olunur.
Lakin elə ki, nisbətən sürətli inkişaf yolu keçən xalqlar müəyyən
mütəşəkkillik qazandıqdan sonra həmin tarixi inkişaf yolunun hələ aşağı
Elm–Texnika–İstehsal
429
pilləsində olan xalqlarla təmasda olur, onda təbii-tarixi proses kənar təsirə
məruz qalır. Texnika da getdikcə daha artıq dərəcədə milli mədəniyyətin
tərkib hissəsinə çevrilir. İnsan ilə texnika arasındakı daxili vəhdət və ahəng
pozulur və bu ahəngin bərpa olunması üçün xüsusi səy göstərilmir.
Lakin bütün bunlar tarixin sonrakı mərhələlərində baş verir. Tari-
xin ilk mərhələsində isə texniki tərəqqi insanın inkişafının, ictimai tərəqqi-
nin tərkib hissəsi kimi həyata keçir. Bu baxımdan, texnikanın genezisi in-
sanın şüurlu əməli fəaliyyətinin tarixi ilə qırılmaz surətdə bağlıdır. Təsadü-
fi deyil ki, ümumdünya tarixi inkişaf prosesini, insan təbiətinin genezisini
araşdıran H.Ə.Həsənov dönə-dönə texnikanın genezisi məsələsinə toxunur
və müxtəlif tarixi dövrlərdə onun oynadığı roldan bəhs edir.
6
1
Texnikanın tarixi maddi istehsal prosesinin başlandığı vaxtdan baş-
lanır. Onu yaradan əsas səbəb insanın təbii ehtiyaclarıdır. İnsan yaşamaq
üçün yeməlidir, geyməlidir. Təbiətin dəyişkən və bəzən də sərt iqlimindən
qorunmaq, daldalanmaq üçün özünə münasib yer tapmalıdır. Lakin insan
heyvanlardan fərqli olaraq bütün ehtiyaclarını təbiətdə hazır şəkildə olan
şeylər hesabına ödəyə bilməz.
Heyvanlar alətsiz fəaliyyət göstərir. Onlar yalnız öz təbii orqanları-
nın – əqlin, ağızın və s. köməkliyi ilə özlərini təbiətdə hazır olan qidalarla
təmin edir. İnsan isə alətlərdən istifadə etməklə öz təbii orqanlarının
imkanlarını artırır. İnsanın ilkin istifadə etdiyi alətlər təbiətdə hazır şəkildə
mövcud olan şeylərdir. Ucu iti daş parçaları, düz, hamar və möhkəm ağac
budaqları və s. insanın əlinin imkanlarını artırmaq üçün, onu daha bərk və
daha uzun etmək üçün istifadə olunurdu. Sonralar tədricən bu vasitələr
digər təbii vasitələrin köməyilə istifadə üçün daha yararlı vəziyyətə salındı.
İstehsal vasitələrinin – alətlərin hazırlanması və təkmilləşdirilməsi
prosesi bəşəriyyətin bütün sonrakı tərəqqisinin əsasında durur. Əvvəlcə,
təbiətdə hazır şəkildə olan şeylərdən istifadə edə bilmək üçün əl özü tək-
milləşir. İnsan alətdən istifadə etmək vərdişləri qazanır. Sonra alətlərin
özünü təkmilləşdirmək üçün insan digər alətlərin köməyindən istifadə edir
və yeni əməliyyatlar aparmalı olur. Bu əməliyyatların dəfələrlə təkrar
olunması nəticəsində yeni əməli vərdişlər formalaşır.
İnsanın ilk tarixi inkişaf dövründə əldə etdiyi əməli vərdişlərin çoxu
1
Г.А.Гасанов. Генезис техники // Цель истории. Философия истории поли-
тического генезиса человеческого общества. Баку, Элм, 2004, с. 257-262.
|