Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə27/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

 

                                                 

1

 Sührəvərdi. İşıq heykəlləri, s. 221. 



Elm haqqında elm 

 

 



 

378


 

 

 

 

 

Elmi dünyagörüşü və paradiqmalar 

 

 



Elm fəlsəfədən ayrıldıqdan sonra elmi və fəlsəfi dünyagörüşləri nisbi 

müstəqil inkişaf yolu keçmiş və bir-birindən xeyli dərəcədə uzaqlaşmışdır. 

Təbiətin getdikcə daha kiçik hissələrini olduqca müxtəlif münasibətlər və 

əlaqələr müstəvisində tədqiq edən elm vaxtaşırı qayıdıb dünyanın ümumi 

elmi mənzərəsini yaratmağa çalışır. Yəni elmdə bir tərəfdən sürətli 

diferensiallaşma getdiyi halda, digər tərəfdən inteqrativ proseslər də gedir. 

Lakin elmdə inteqrasiya gerçək təbiətin, bütövlükdə dünyanın taleyi, məq-

sədi və funksiyalarını araşdırmaq iqtidarında deyil. Bu əslində fəlsəfi dün-

yagörüşünə aid olan bir məsələdir. Elmdə inteqrasiya isə ayrı-ayrı  fənlər 

çərçivəsində  əldə edilmiş olduqca müxtəlif səpkili biliklərin qruplaşdırıl-

ması, vahid sistem halına salınması və bu biliklər əsasında dünyanın yeni 

elmi modellərinin qurulması  şəklində  həyata keçir. Əlbəttə, hər bir yeni 

model çərçivəsində müxtəlif elm sahələrinin əldə etdiyi elmi informasiya-

nın bir araya gətirilməsi və dünyanın bu cür yaradılan elmi mənzərəsində 

üstün mövqe tutan müəyyən ahəngin transformasiyası, bu və ya digər mak-

roqanunauyğunluqların aşkar edilməsi arada qalan boşluqları da deduktiv 

metodla doldurmaq üçün imkan yaradır. Yəni bütövün ahəngi hissələrin 

tədqiqi üçün oriyentir olur, yeni istiqamət açır.  

Elmdə diferensiallaşma  əsasən empirik tədqiqatlar və induktiv me-

todlar vasitəsilə həyata keçirildiyi halda, inteqrasiya prosesi yeni, daha mü-

kəmməl və əhatəli nəzəriyyələrin yaranması sayəsində mümkün olur. Belə 

böyük nəzəri sistemlərin konkret fiziki proseslərə şamil edilməsi, proyek-

siyası empirik materialdan, təcrübədən gəlməyən ideya və hipotezlər üçün 

meydan açır ki, sonradan onların yoxlanması üçün qoyulan eksperimentlər 

müsbət nəticə verirsə, bu da həmin nəzəriyyənin düzgünlüyünü göstərən 

əlavə arqumentə çevrilir.  

Fəlsəfi dünyagörüşü isə daha böyük miqyası əhatə etdiyinə görə, hər 


 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

379



 

bir yeni fəlsəfi təlimin baxış bucağından dünyanın elmi mənzərəsi də fərqli 

görünür. Amma təəssüf ki, fəlsəfi təlimlərlə ümumi elmi nəzəriyyələrin 

əlaqələndirilməsi sahəsində arzu olunan səviyyədə  işlər aparılmamışdır. 

Daha doğrusu, elmi paradiqmaya təsir edə biləcək yeni fəlsəfi təlimlərin 

formalaşması istiqamətində tədqiqatlar çox ləng gedir. Yəni nə vaxtsa ay-

rılmış elm və fəlsəfə arasında məsafə getdikcə artır və bəzən uçurum dərə-

cəsinə çatır: sanki hərə özü üçün imiş. Bununla belə, ən son dövrlərdə fəl-

səfi dünyagörüşündə baş verən dəyişikliklər artıq bütövlükdə elmi düşüncə 

tərzinə təsir etməyə bilməz. Filosofların 2500 il öncə işləyib hazırladıqları 

atomistik struktur nəzəriyyəsi elm üçün ancaq XX əsrin  əvvəllərində xü-

susi əhəmiyyət kəsb etdi və atom fizikası yarandı. İndi fəlsəfi fikrin başqa 

bir ideya mənbəyi aktuallaşmışdır. Əsasən Şərq düşüncəsi üçün səciyyəvi 

olan ruhun prioritetliyi üzərində qurulmuş yeni təlimlər dinin və fəlsəfənin 

sərhədlərini keçərək elmin fundamental prinsiplərinə də təsir göstərir.  

XX əsrin böyük fiziklərindən biri V.Heyzenberqin fikrinə görə, bü-

tün bəşər tarixi boyunca ən böyük kəşflər həmişə fərqli təfəkkür sistemlə-

rinin kəsişməsi zamanı edilir.

5

1

 Bu fikri, bir tərəfdən Şərq və Qərb düşüncə 



tərzlərinin kəsişməsi, digər tərəfdən ənənəvi və modern düşüncənin vahid 

məxrəcə gətirilməsinə aid etmək olar. Həmin dövrün başqa bir böyük fiziki 

Maks Born isə belə deyir: «Bizim nəsil yunan atomistlərinin o vaxt səpdiyi 

toxumların məhsulunu indi yığır».

5

2

 Həqiqətən də, qədim yunan filosofları-



nın mücərrəd elmi-fəlsəfi ideyaları elmin öz təbii tarixi inkişaf xətti ilə gə-

lib çatdığı  məqamları iki min il qabaqlamışdı. O dövrün fəlsəfi fəhmi ilə 

söylənən bəzi ideyalar isə elm tərəfindən hələ də mənimsənilməmiş, elmi 

metodlarla isbata yetirilməmişdir. Bununla belə, «qədim fəlsəfələr bugü-

nün elminə çıraq tutmaqda davam edir» (Əbu Turxan). F.Kapra da belə he-

sab edir ki, dünyanın fiziki quruluşunu izah edən nəzəriyyələrin təməl 

prinsipləri hətta yunanlardan daha çox, Şərq mistisizmində ifadə 

olunmuşdu.

5

3

  



Pifaqorun və onun davamçılarının dünyanın ahəngini rəqəmlər ara-

sında münasibət kimi izah etmək cəhdləri sonrakı minilliklərdə riyazi mü-

nasibətlərin əslində doğrudan da təbiətdən qaynaqlandığını və ya bəlkə də 

hissi dünyadakı qanunauyğunluqların  əsasında durduğunu getdikcə daha 

                                                 

1

 Bax: Ф. Капра. Дао физики. К.: «София», М.: ИД «Гелиос», 2002, с. 10 



2

 Bax: Г.Волков. У колыбели науки. М., 1971, с. 96. 

3

 Ф.Капра. Дао физики, с. 17. 



Elm haqqında elm 

 

 



 

380


çox isbata yetirmiş, insan, təbiət və ruh arasındakı vəhdətin daha bir təcəs-

sümü kimi formalaşmışdır. B.L.Van der Vardenin yazdığı kimi, pifaqorçu-

lara görə, riyaziyyat insanın ilahi duyğularını ifadə edir: «Pifaqorçular ri-

yaziyyatla dini ayin kimi məşğul olur, ona Allaha yaxınlaşmağın vasitəsi 

kimi baxırdılar».

5

1



 Henrix Volkov yazır: «Pifaqorun dünya haqqındakı təli-

minin mahiyyəti – riyazi təşkil olunmuş kosmosdur. Onlar üçün qeyri-üzvi 

təbiətdən başlayaraq ağıla, nəfsə, tanrılara qədər bütün varlıq öz ifadəsini 

rəqəmlərdə tapır. Bütün cisimlər riyazidir, bütün rəqəmlər maddidir, 

cismanidir, «dünyəvi» yaradılışın izlərini daşıyırlar».

5

2



  

Riyaziyyat fərqli bir dünyadır və ya məhz bizim dünyanın bir 

modelidir.  

Elmə verilən təriflər içərisində onun mahiyyətini ən gözəl ifadə edən 

tərif belə  səslənir: “Elm ümumilər arasında  əlaqəni öyrənir”. Bəli, məhz 

ümumilər arasında. Cismani dünyada biz ayrı-ayrı hadisələrlə, təzahürlərlə 

rastlaşırıq. Burada hər şey təsadüfi kimi görünür. Qanunauyğunluqlar an-

caq ümumilər arasındakı münasibətdə üzə çıxır. Və bu münasibət ədədlər 

arasında nisbət kimi də ifadə oluna bilir.  

 

Geosentrik sistemdən heliosentrik sistemə keçidin əsasında bütün 



digər elmlər üçün də önəmli olan hansı prinsipial dəyişiklik dururdu? Yəni 

bu iki sistem ancaq göy cisimlərinin öyrənilməsi, yəni astronomiya və ya 

kosmoqoniya kontekstindəmi əhəmiyyətli idi, yoxsa burada biz bütövlükdə 

dünyagörüşü səviyyəsində ortaya çıxan daha böyük bir fərqin astrono-

miyada daha əyani şəkildə üzə çıxan konkret konstatasiyası ilə rastlaşırıq? 

Əgər Yer dünyanın mərkəzidirsə, yəni bütün göy cisimləri hərəkət 

etdiyi halda, Yer sükunət halındadırsa, onda insanların müşahidə etdiyi 

mexaniki və fiziki hərəkətlər koordinat başlanğıcı sükunətdə olan və ancaq 

kənar təsirlə hərəkətə gətirilən hadisə kimi öyrəniləcəkdir. Burada iki baş-

lanğıc şərt nəzərdə tutulur. Birincisi, Yerlə bağlı olan bütün ölçmə sistem-

ləri sükunətdə olduğundan cismin sükunət halı daha dayanıqlı və əsas hal-

dır, hərəkət isə sonradan, təsirlə yaranır və təsir kəsilən kimi cisim yenə də 

sükunət halına keçir. Başqa sözlə desək, bu ölçü sistemində sükunət müt-

ləq, hərəkət nisbidir. Aristotel dövründən bəri cisimlərin hərəkəti məhz tə-

                                                 

1

 Ван дер Варден Б.Л. Пробуждающаяся наука, М., 1959, с. 146.  



2

 Г.Волков У колыбели науки, с. 127. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

381



 

məl rolunu oynayan sükunət halına nəzərən ölçülmüş  və xüsusi olaraq 

formulə edilməsə  də, bütün hərəkətlərin ancaq bəlli qüvvə  təsiri ilə 

mümkün olduğu qəbul edilmişdir.  

Q.Qaliley – Nyuton mexanikasının ən böyük yeniliklərindən biri me-

xaniki hərəkətlərin təkcə sükunət halında olan koordinat sistemlərinə nəzə-

rən deyil, həm də bərabərsürətli və düzxətli hərəkətdə olan koordinat sis-

temlərinə nəzərən eyni xarakterdə olduğunu irəli sürməkdən ibarətdir. Yə-

ni Qaliley bərabərsürətli düzxətli hərəkət halının sükunət halına ekviva-

lentliyi prinsipini irəli sürməklə  əslində  bəlli bir sükunət halını inkar et-

mişdir. Başqa sözlə desək,  sükunətin nisbiliyi prinsipini irəli sürmüşdür

Qalileyin bu xidməti mexanika və fizika tarixində, habelə elmi dünyagörü-

şünün inkişafında yeni mərhələ kimi, bir inqilab kimi dəyərləndirilir. Lakin 

biz bu yeniliyi məhz geosentrik sistemdən heliosentrik sistemə keçidi tə-

min edən elmi dünyagörüşü bazası kimi də dəyərləndirmək istərdik. Düz-

dür, Kopernik Qalileydən bir əsr əvvəl yaşamışdır və Kopernikin kəşfi ki-

mi təqdim olunan heliosentrik sistemin astronomiya kontekstində ideya 

əsasları ondan da xeyli əvvəl Nəsirəddin Tusi və  İslam dünyasının başqa 

mütəfəkkirləri tərəfindən qoyulmuşdu, lakin bütün bunlar hələ fiziki pro-

seslərin dünyagörüşü əsası kimi ortaya çıxmamışdı. Bu əsas məhz Qaliley 

tərəfindən yaradıldı. Biz nəyə görə Qaliley mexanikasını heliosentrik sis-

temlə əlaqələndiririk? Çünki bu zaman Yerin Günəş ətrafında hərəkəti qə-

bul olunur və Yer kürəsi üzərində baş verən hadisələr daha artıq Yerin də-

yişməz görünən dayanıqlı hissələrinə  nəzərən hərəkət kimi təsbit oluna 

bilmir. İndi obyektlərin hərəkət trayektoriyasının üzərinə həm də Yerin öz 

hərəkətini gəlmək tələb olunur. Bu hərəkətlərin toplanması isə böyük dola-

şıqlıq yarada bilərdi. Bir tərəfdən heliosentrik sistemi və Yerin hərəkətini 

qəbul etmək, digər tərəfdən də heç nə olmayıbmış kimi, bütün mexaniki 

yerdəyişmələri yenə də sükunətə nəzərən dəyişmə kimi qəbul etmək daha 

mümkün deyildi. Bax, elmi dünyagörüşünün belə bir böhranı  şəraitində 

çıxış yolunu Qaliley göstərdi.  

Amma burada başqa bir sual da ortaya çıxırdı. Yerin hərəkətini bəra-

bərsürətli düzxətli hərəkət kimi qəbul etmək olardımı? Çünki dairəvi hərə-

kətin radiusu nə qədər böyük olursa-olsun, dəqiq hesablama zamanı onun 

düzxətli hərəkətdən fərqli olduğu ortaya çıxmalıdır. Bax, bu baxımdan ya-

naşdıqda  əyri xətlə düz xəttin hansı  şərtlər daxilində ekvivalent götürül-

məsinin mümkünlüyü məsələsi hələ də öz qəti həllini tapmamışdır. Riman 


Elm haqqında elm 

 

 



 

382


fəzası və Lobaçevski fəzası həndəsədə bir inqilab idi. Bu təlimlər Eynştey-

nin nisbilik nəzəriyyəsi ilə bir-birini tamamlasa da, yeni dünyagörüşünün, 

yeni elmi paradiqmanın formalaşması hələ tamamilə başa çatmamışdır.  

Bununla belə, çoxölçülü fəza, fəzanın  əyilməsi haqqında ideyaların 

özünü doğrultması, habelə qeyri-evklid həndəsəsinin elmdə və praktikada 

təsdiqlənməsi bu yeni paradiqmanın artıq xeyli dərəcədə  qərarlaşdığını 

göstərir.  

Biz isə elmi inkişafın indiki mərhələsində özünü yeni-yeni büruzə 

verən daha bir paradiqma dəyişikliyi ərəfəsində olduğumuzu nəzərə çarp-

dırmaq istərdik. Necə ki, Yerin sükunətdə götürülməsi bir cür dünyagörü-

şünün təməl prinsipi olur, Yerin hərəkətinin qəbul edilməsi isə bütün hadi-

sələrin yenidən dəyərləndirilməsini tələb etməklə başqa bir dünyagörüşü-

nün  əsasına çevrilir. hərəkət və sükunət anlayışlarına münasibət dəyişir, 

eləcə  də dünyanı necə varsa, o cür də  qəbul etmək, yəni onun guya elə 

əzəldən var olmasını və əzəldən məhz bu cür olması ideyasını aksiom kimi 

qəbul etmək bir cür dünyagörüşüdür, dünyanın nə vaxtsa yaradıldığını və 

dünya nizamının da məhz bu yaradıcılığın məhsulu olduğunu qəbul etmək 

başqa bir dünyagörüşüdür. Bütün klassik təbiətşünaslıq birinci mövqedən 

çıxış edir ki, bu da fəlsəfədə ya materialist baxışa, ya da deizm prinsipinə 

uyğun gəlir. Yəni dünyanın indiki nizamının, bütün proseslərin  əsasında 

duran ahəngin, qanunauyğunluqların nə vaxtsa və necə isə yaradılması 

məsələsi istisna olunur. Lakin bu məsələni qəbul etdikdə (“Yerin də öz 

hərəkəti var imiş” tezisinə bənzər surətdə) və dünyada indi müşahidə etdi-

yimiz nizamın heç də əbədi-əzəli və dəyişilməz bir şey olmayıb, bir yaradı-

lışın məhsulu olması mövqeyindən çıxış etdikdə  vəziyyət xeyli dəyişir. 

Yəni prinsipcə bu nizamın nə vaxtsa olmadığını, nə vaxtsa başqa cür oldu-

ğunu və ya nə vaxtsa başqa cür ola biləcəyini də nəzərə almaq lazım gəlir. 

Ən azı dünya bir yaranış prosesində götürülməli olur. Yəni tamamilə 

mümkündür ki, bu yaranış indi də davam edir. Yəni indi müşahidə 

etdiyimiz nizam mütləq bir hal olmayıb, hərəkətdə, yaranışda və ya tərsinə, 

tənəzzüldə, pozulmada olan bir proses kimi götürülə bilər. Onda bu hazır 

nizam donuq, statik bir hal kimi deyil, daha böyük miqyaslı  hərəkətin, 

prosesin bir məqamı kimi götürüləcəkdir. Bu məqam  əslində kainat 

kontekstində kiçik bir zamanı əhatə etsə də, bizim həyatımızla müqayisədə 

elə böyük bir zamandır ki, bu zaman intervalında biz müşahidə etdiyimiz 



nizamı  şərti olaraq stabil, dayanıqlı götürə bilərik. Halbuki daha böyük 

 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

383



 

zaman intervalında baxılsa, hansı isə təkamül (proqress) və ya tənəzzül (re-

qress) prosesi aşkarlanar ki, onun da bəzi kritik nöqtələri məhz bizim yaşa-

dığımız dövrə düşərsə, biz onu ənənəvi nizam mövqeyindən izah edə bil-

məyəcəyik. Ona görə  də belə hadisələr ya təsadüf, qəzavü-qədər, ya da 

dərki elmin indiki inkişaf səviyyəsində mümkün olmayan hadisə, anomali-

ya kimi dəyərləndirilir.  

Əslində yeni paradiqmanın doğuşu üçün vaxt çoxdan yetişmişdir. Si-

nergetikanın yaranması ilə xaosun əvvəllər heç ağla da gəlməyən potensial 

imkanlarının açılması  qayda  və  nizam anlayışlarına da müəyyən düzəliş 

verilməsi ehtiyacını ortaya qoydu. Belə ki, xaos  müəyyən bir kontekstdə 

kosmosa, başqa kontekstdə isə  loqosa  qarşı qoyulan və birinci halda 

kainatda, təbiətdə nizamsızlığı, ikinci halda fikirdə nizamsızlığı ifadə edən 

bir anlayış kimi öz birmənalı statusunu itirərək həm də kosmik nizamı və 

aydın fikri doğura biləcək ana bətni kimi qəbul edilməyə başladı. Daha 

doğrusu, Əbu Turxan təlimində məsələ məhz bu cür qoyulur.

5

1

 



  

Müəyyən bir elmi paradiqma çərçivəsində alimin dünyagörüşü həlle-

dici rol oynamır. Lakin paradiqmanın özü dəyişilirsə, yəni bütövlükdə mə-

kan-zaman duyumu, materiyanın struktur və formaları, genezisi haqqında 

təsəvvürlər yeniləşirsə, elm adamı istər-istəməz oriyentasiyasını yenidən 

tənzimləmək üçün elmin öz çərçivəsindən kənara çıxaraq məsələyə fəlsəfi 

müstəvidə  nəzər salmalı olur. Ona görə  də, məhz elmdə böhran yaşanar-

kən, hansı isə problemləri  əvvəlki təsəvvürlər çərçivəsində  və  əvvəlki 

terminologiya ilə izah etmək çətinləşərkən elmin metodologiyası aktualla-

şır və ənənəvi metodlara düzəliş vermək zərurəti yaranır.    

Fizika inkişaf etdikcə təbii sistemlərin daha incə quruluşunu aşkara 

çıxarır və onun obyekti də adi – «bilavasitə» qavrayış imkanlarından uzaq-

laşaraq vasitələnmiş olur. Hadisələrin mahiyyətinə varılması  təbii duyğu 

orqanlarının getdikcə daha mürəkkəb və çoxpilləli eksperimental vasitələr-

lə tamamlanmasını  tələb edir və  tədricən sadəlövh realizmin qnoseoloji 

kökləri də aradan qalxır. 

Fizikanın inkişafında bu meyl hələ XIX əsrin axırlarında özünü 

göstərməyə başlamışdı və elə o vaxtdan da sadəlövh realizmə və mexaniki 

                                                 

1

 Əbu Turxanın “fikir fəzası” təlimi // «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı, 2008, № 



4, s. 159-166. 

Elm haqqında elm 

 

 



 

384


materializmə güclü hücum üçün obyektiv zəmin yaranmışdı. Fizikadakı 

yeni kəşflər obyektlərin maddi təbiətini onların maddi substansiya olan 

atomlardan təşkil olunmasında və mütləq məkan-zaman müəyyənliyində 

görən fəlsəfi baxışın qüsurlu olduğunu bir daha sübut etdi. Təbiətə realist 

baxışın məhz «sadəlövhlüyündən» irəli gələn bu qüsur idealistlərə öz dün-

yagörüşlərini elmi faktlarla «əsaslandırmaq» üçün bir vasitə rolunu oynadı. 

Obyektlərin bilavasitə  və  bəzən hətta bilvasitə idraka müyəssər ol-

mayan daxili xassə və əlaqələrinin öyrənilməsi getdikcə daha çox dərəcədə 

simvolik obrazlardan istifadə olunmasını  zəruri edir. Bilavasitə qavranıla 

bilən bu obraz– modellər fizikanın inkişaf prosesində getdikcə təkmilləşir 

və daxili qanunauyğunluq və xassələrin əyani təsəvvürü vasitəsinə çevrilir 

(analogiya vasitəsi ilə əlaqələrin üzə çıxarılması). Məsələn, atomun mürək-

kəb zərrəcik olması kəşf edildikdən sonra onun quruluşu əvvəlcə Tomson, 

sonra Rezerford, daha sonra Bor modelləri ilə ifadə olunmuşdu. Bor mode-

li də öz növbəsində Zommerfeld tərəfindən təkmilləşdirilmişdi. Modelin 

təkmilləşməsi istiqamətində atılan hər bir addım yeni-yeni xassə və qanu-

nauyğunluqların aşkar edilməsinə apardığından belə bir təsəvvür üçün 

«zəmin» ola bilərdi ki, model təkmilləşdikcə, atomun identik obrazına çev-

rilir. Sadəlövh realizmin (fiziklərin çoxu məhz bu mövqedən çıxış edirdi-

lər) nümayəndələri atomun maddiliyini onu təşkil edən zərrəciklərin mad-

diliyində, bu zərrəciklər arasındakı  əlaqəni dəqiq məkan-zaman mü-

nasibətləri və plastik mexanika təsəvvürləri ilə izahında görür, bu sahədə 

çətinliklərə rast gəldikdə isə atomun mahiyyətinə şübhə ilə yanaşırdılar. 

Lakin hələ Bor modelinin özündə klassik təsəvvürlərlə bir araya 

sığmayan və metafizik materializm nöqteyi-nəzərindən tamamilə anlaşılan 

olan diskret enerji keçidlərindən söhbət gedirdi ki, bu da atom haqqındakı 

metafizik təsəvvürlərin güclü idealist hücumlar qarşısında aciz qoyurdu. 

Spontan enerji keçidi faktı mexaniki determinizmə vurulan ilk zərbə idi. 

Bu ilk zərbə elektronların hərəkətində «özünə trayektoriya seçmək müstə-

qilliyi» kəşf olunduqdan sonra ardıcıl indeterminizm cərəyanının  əsas 

istinad nöqtəsi kimi çıxış etmişdir. 

Bu faktlar bir daha göstərir ki, müasir dövrdə kvant mexanikasının 

müxtəlif idealist şərhlərini təkzib etməyə çalışmaqdansa, onların ümumi 

tənqid hədəfi olan mexaniki-metafizik materializmə və sadəlövh realizmə, 

fiziklərin özlərinin məsələyə baxışlarına xas olan qüsurlarını aradan 


 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

385



 

qaldırmaq səmərəlidir. Bununla biz idealist cərəyanların materializmə 

qarşı hücumlarını «qnoseoloji əsaslarını» da aradan qaldırmış olarıq. 

Müasir kvant fizikasının fəlsəfi şərhindəki mülahizələr əsasən «fiziki 

reallığın» necə başa düşülməsi, elementar hissəcik və proseslərin obyektiv-

liyi, mikrohadisələrdə ölçmənin xüsusiyyətlərini, kvant mexanikasında sə-

bəbiyyətin spesifikası, qeyri-müəyyənlik, tamamlama və uyğunluq prinsip-

lərinin təbiəti, mikroaləm kontiniumunun anlaşılması və s. problemlər ətra-

fında gedir.  

Əvvəla, kvant fizikasının müasir inkişafından irəli gələn bir sıra yeni 

məsələlərin fəlsəfi qoyuluşu mahiyyət etibarilə XX əsrin  əvvəllərində 

meydana çıxan fəlsəfi problemlərin eynidir. Məsələn, kvant mexanikasının 

inkişafı nəticəsində xüsusi məna və əhəmiyyət kəsb edən «qavranılanlıq», 

«əyanilik» və «müşahidəolunanlıq» prinsiplərinin materialist şərhi

5

1

, əyani 



və abstrakt metodların, ilk növbədə riyazi metodların vəhdəti və eyniyyəti

5

2



 

kimi problemlər abstraktlaşdırma, riyaziləşmə meylinin müasir davamıdır. 

Bu qəbildən olan problemlərin düzgün şərhi üçün əsas şərt yeni fiziki nai-

liyyətlərin izahını «köhnə» fəlsəfi problemlərə gətirilməsidir. 

İkincisi, bir sıra yeni fəlsəfi problemlərin «məsələn qeyri-müəyyən-

lik prinsipi və mikroaləmdə ölçülmənin spesifik xarakteri ilə əlaqədar ola-

raq obyektiv halın müəyyənləşdirilməsinin dərk edilməsinin  şübhə altına 

alınması» materialist həlli üçün və ya fəlsəfədə bəlli olan, lakin yeni fiziki 

dəlillər sayəsində guya idealizmin xeyrinə «həll olunan problemlərin» 

(elementar hissəciklərin hərəkətinin onların fiziki halına əsasən birqiymətli 

müəyyənləşdirilə bilməməsi faktı indeterminizmin canlanmasına, yeni 

zəmində inkişafına səbəb olmuşdu

5

3

, annigilyasiya hadisəsi guya energetiz-



min düzgünlüyünü sübut etmişdir və s.).  

Bu problemlərdən bir çoxu dialektik materializm nöqteyi-nəzərindən 

                                                 

1

 Бах, məs.: М.Э. Омельяновский Диалектика в современной физике, гл. II, III, IX, 



М., 1973; Л.Г.  Антипенко.  Проблема  физической  реальности.  М., 1973; А.В.Славин. 

Наглядный образ в структуре познания, гл. III. М., 1971 və s. 

2

 Бах, məs.:  В.М.Свириденко.  Об  эвристической  роли  математического  аппарата 



при  формировании  квантого  способа  описания. «Физическая  наука  и  философия», 

М., 1973; М.В.Мостепаненко.  Физическая  теория  как  математическое  построение. 

«Философия и физическое теория». Л. 1969. 

3

 Бах:  Р.Карнап.  За  пределами  детерминизма // Р.Карнап.  Философские  основа-



ния  физики,  М., 1971; В.Гейзенберг  Философские  проблемы  атомной  физики.  М., 

1953 вя с.  



Elm haqqında elm 

 

 



 

386


öz qəti şərhini artıq tapmış və hazırda düzgün istiqamətdə işlənilməkdədir. 

Bəzi problemlər isə bizim fikrimizcə, hələ də mübahisəli şəkildə qalmaqda 

davam edir.  

Təbiətşünaslıqdakı nailiyyətlərin fəlsəfi  şərhindən çıxış edərək 

aşağıdakı qeydləri zəruri sayırıq. 

1.

 



Kvant mexanikasında səbəbiyyətin şərhi ilə  əlaqədar olaraq so-

vet filosoflarının indiyədək tutduqları mövqe

5

1

, bizcə, xeyli kəskindir və 



idrak nəzəriyyəsinin heç də bütün məqamlarını  nəzərə almır. Kvant 

mexanikasında səbəbiyyət məsələsində sovet filosofları bir qayda olaraq 

statistik determinizm mövqeyini müdafiə edirlər. Əlbəttə, o fikir ki, kvant 

fizikasında mikroproseslərin statistik qanunla idarə olunması fikri özlüyün-

də  səbəbiyyət haqqındakı materialist təlimə zidd deyildir,

5

2



 ona tamamilə 

uyğundur. Lakin təkcə bunu əsas götürmək və dinamik səbəbiyyət axtarıl-

masını mikroobyektlərin spesifikasının nəzərə alınmaması kimi qələmə 

vermək düzgün deyildir. 

Fizikanın müasir nailiyyətləri göstərir ki, elementar hissəciklər heç 

də mütləq mənada elementar deyil və onların quruluşunun öyrənilməsi hər 

bir hissəciyin hərəkətlərini birqiymətli şərh etməyə imkan verə bilər. 

2.

 



Lui de Broyl energetizm cərəyanlarının nümayəndələrini tənqid 

edərək yazır: «Kvant fizikasının müasir nəzəriyyələri energetizm mövqe-

yində dayanmaqla kvant fizikasının aksiomlar sisteminə  əsaslanan və ye-

ganə məqsədi müşahidə olunan hadisələri xəbər vermək olan abstrakt nə-

zəriyyə kimi təqdim etmək məcburiyyətindədirlər və dünyanın fiziki mən-

zərəsinin məkan-zaman təsəvvürləri  əsasında qurulmasını faydalı, yaxud 

hətta qanuni hesab etmirlər».

5

3



 Göründüyü kimi, L.Broyl fiziki sistemlərin 

öyrənilməsində məkan-zaman təsəvvürlərinin deyil, başqa – məsələn, ener-

ji-impuls təsəvvürlərinin  əsas götürülməsini energetizm üçün xarakterik 

sayır. 


                                                 

1

 Бах:  Вопросы  причинности  в  квантовой  механике,  М., 1955; А.А.Тяпкин.  К 



развитию статистической интерпретации квантовой механики на основе совместного 

координатно-импульсного  представления. «Философские  вопросы  квантовой  физи-

ки», М., 1970; Г.А.Свечников. Причинность и детерминизм квантовой механике. «Фи-

лософские проблемы физики элементарных частиц», М., 1963 və s. 

2

 Г.  А.Свечников.  Индетерминизм. «Философская  энциклопедия»,  т.2,  М.,  СЭ, 



1962, сящ. 259. 

3

 Луи де Бройль. По тропам науки, М., 1962, с. 176.  



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

387



 

Lakin fiziki idealizmi ətraflı təhlil edərkən görürük ki, fiziki hadisə-

lərin fəlsəfi şərhində materializmin əsas götürdüyü yeganə zəruri şərt fiziki 

obyektlərin «obyektiv reallıq olması, şüurumuzdan xaricdə mövcud olması 

xassəsidir». Bu baxımdan, fiziki hadisələrin şərhində məkan-zaman təsəv-

vürlərinin əsas tutulmaması özlüyündə hələ materializmin əsas prinsipi ilə 

ziddiyyət təşkil etmir. Doğrudur, bizə etiraz edib deyə bilərlər ki, məkan 

və zaman materiyanın mövcudluq formaları olduğundan onların inkarı do-

layı yolla elə materiyanın da inkarıdır. Həm də bu etiraf tamamilə düzgün 

olar. Lakin gəlin görək, fiziki kəmiyyət kimi konkretləşdirilmiş olan koor-

dinat və fiziki zaman fəlsəfi mənada materiyanın mövcudluq formaları he-

sab edilən məkan və zamanının eynidirmi? Yox, eyni deyil, onun xüsusi 

halıdır. 

Digər tərəfdən, kvant mexanikasında koordinat-zaman fəzası ilə ya-

naşı enerji-impuls fəzasından da eyni müvəffəqiyyətlə istifadə edilməsi in-

karedilməz bir faktdır və bu faktı riyazi abstraksiyanın nəticəsi, «abstrakt 

fəza» və s. ifadələrlə izah etməyə çalışmaq  əsla qənaətləndirici deyildir. 

Bizcə, enerji-impuls fəzası da materiyanın mövcudluq formaları olan mə-

kan və zamanının real fiziki təzahürüdür və bu baxımdan koordinat-zaman 

fəzasından heç nə ilə  fərqlənmir. Deməli, müasir energetizmin başlıca 

nöqsanı enerji-impuls fəzasını əsas götürməkdə yox, dünyanın fiziki mən-

zərəsinin yaradılmasında onu yeganə əsas götürməsində, məkan-zaman tə-

səvvürləri  əsasında bu mənzərənin qurulmasının qeyri-mümkün hesab 

etməsindədir.  

3.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, məkan kateqoriyasının 



fizikada koordinat anlayışı ilə eyniləşdirilməsi və ya birqiymətli  əlaqə-

ləndirilməsi kvant mexanikasının şərhində başqa dolaşıqlıq da yaradır. 

V.S.Qott yazır ki, çoxlu sayda hissəciyin «hal funksiyası-üç məkan 

koordinatı  və zamanın deyil, koordinat və zamanın funksiyasıdır. Yəni o 

real üçölçülü fəzada deyil, üç «n» ölçülü konfiqurasiya fəzasında verilmiş-

di və bu zaman hal funksiyası özünün bilavasitə  əyani xarakterini itirmiş 

olur. Beləliklə, hal funksiyası anlayışının qarşılıqlı təsirdə olan çoxlu his-

səciyə  də aid edilməsi  əyanilikdən məhrum olan müəyyən abstraksiyaya 

gətirir».

5

1



 Göründüyü kimi, müəllif hal funksiyasının üç «n» sayda koordi-

natdan asılılığını abstraksiya adlandırır, «zira, real məkan üçölçülüdür». 

                                                 

1

 В.С. Готт. Философские вопросы современной физики, М., 1972, с. 59. 



Elm haqqında elm 

 

 



 

388


Lakin necə olur ki, müasir elmi imkan baxımından həmin «simvolik şərh-

lər» ən münasib izahat vasitəsi kimi ortaya çıxır? Müəllif bu cür vəziyyətin 

qeyri-zəruri və keçici olduğunu qeyd edir. «Elmin inkişaf tarixi göstərir ki, 

nisbi mənada əyani olmayan simvolik şərhlər zaman keçdikcə fiziki, mə-

kan-zaman interpretasiyası ilə əvəz olunur və dünyanın real mənzərəsinin 

ünsürlərinə çevrilir».

5

1

 Buradan açıq-aşkar belə  çıxır ki, simvolik şərhlər 



dünyanın real mənzərəsinə uyğun gəlmir və bu mənzərənin çəkilməsi üçün 

əsas  şərt yalnız zaman-məkan interpretasiyasıdır. Biz burada fəlsəfi za-

man-məkan kateqoriyalarını fizikadakı koordinat-zaman (zaman da dör-

düncü koordinat kimi) anlayışları ilə qarışdırılmasının şahidi oluruq. Mə-

gər koordinat-zaman təsəvvürləri özü abstraksiya deyilmi və «simvolik 

şərh» ifadəsi eyni hüquqla koordinat-zaman təsəvvürlərinə  də aid olmur-

mu? Axı, abstraksiya heç də əyanilikdən uzaqlaşma mənasında deyil, birtə-

rəflilik mənasında başa düşülməlidir. Axı, materiyanın mövcudluq forma-

ları olmaqla məkan və zaman materiyasız dərk edilə bilməz və maddi ha-

disələrdən hər cür təcridetmə (məsələn, özlüyündə koordinat) abstraksiya-

dan başqa bir şey deyil. Əksinə, üç «n» sayda koordinat real məkan və 

zamanı daha ətraflı əks etdirə bilər, çünki bu halda məkan xalis abstraksiya 

kimi deyil, real qarşılıqlı təsir sahələri ilə birlikdə şərh edilmiş olur. Bizcə, 

qravitasiya sahəsinin nəzərə alınması sayəsində Evklid fəzasına verilən dü-

zəlişlər bu fikrin doğruluğuna ən parlaq misaldır.  

Fiziki problemlərin fəlsəfi şərhi, yuxarıda qeyd etdiyimiz kimi, sadə-

cə olaraq elmdə  qəti müəyyənləşmiş  nəzəriyyələrin dünyagörüşü mövqe-

yindən izah edilməsi deyil, habelə: a) tam elmi həlli tapılmamış, hələ 

mübahisəli olan bəzi problemlərin öyrənilməsi üçün daha düzgün yolun və 

metodun seçilməsini; b) məlum problemlər zəminində yeni keyfiyyətli və 

yeni səviyyəli elmi problemlər qoyulmasını da əhatə edir.  

Dialektika kvant mexanikasında bir sıra mübahisəli problemlərin 

həlli üçün metodoloji cəhətdən düzgün tədqiqat istiqamətləri müəyyənləş-

dirməyə böyük imkanlar açır. 

Müasir mərhələdə mikroobyektləri eksperimental surətdə  tədqiq 

edərkən biz hissəciyin hərəkət trayektoriyasını deyil, yalnız hərəkətin baş-

lanğıc və son vəziyyətlərini qeydə ala bilərik. Hansı nöqtədə biz elektro-

nun yerini dəqiq müəyyənləşdiririksə, məsələn, hərəkət artıq dayandırılmış 

                                                 

1

 Yenə orada. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

389



 

olur və ya hər halda dəyişdirilir. Aralıq nöqtələrin dəqiq müəyyənləşdirilə 

bilməməsi bu vəziyyətin nəzəri ifadəsi üçün müəyyən sərbəstlik verir, 

mahiyyətcə nəzəriyyə elə olmalıdır ki, eksperimentin nəticəsini izah etsin, 

yəni elektronun ilkin vəziyyətinə əsasən onun bilavasitə qeyd oluna bilən 

son vəziyyətini müəyyənləşdirmək mümkün olsun. Əgər eksperiment eyni 

şəraitdə təkrar olunarkən elektron həmin nöqtəyə düşərsə və həmin nöqtə-

nin koordinatları  nəzəriyyədən birqiymətli alına bilərsə, ekstrapolyasiya 

yolu ilə hissəciyin bütün zaman anlayışlarındakı yerini, dəqiq trayektoriya-

sını hesablamaq olardı. Lakin bütün çətinlik bundadır ki, eksperiment 

təkrar olunduqca hissəciyin düşdüyü nöqtə  hər dəfə  dəyişir və hissəciyin 

lövhənin müxtəlif lokal hissələrinə düşmə ehtimalı müxtəlif olur. Təbii ki, 

nəzəriyyədə elə qurulmalıydı ki, bu gerçək vəziyyəti əks etdirsin. Ona görə 

də kvant mexanikasında hissəciyin hansı nöqtəyə düşəcəyini yox, müxtəlif 

nöqtələrə düşmə ehtimalını hesablamaq mümkün olur. 

Bu baxımdan, Eynşteynin Borla mübahisədə kvant mexanikasının 

statistik xarakterini onun bir nəzəriyyə kimi qeyri-mükəmməlliyində 

axtarması meyli, şübhə yox ki, qüsurludur. Zira, nəzəriyyədəki bu cəhət 

gerçəkliyin öz xüsusiyyətlərindən irəli gəlir. Lakin bu xüsusiyyətin 

mikroobyektlərin daxili xassəsi kimi izah edilməsi cəhdi də şübhəlidir.  

Əlbəttə, daxili xassə, özünəməxsusluq anlayışları müxtəlif cür başa 

düşülə bilər;  əgər biz bunları mikroobyektin daxili quruluşunun hələ 

müəyyən olmaması və müxtəlif hissəciklər üçün bu quruluşun heç olmasa 

kəmiyyət xarakteristikalarının müxtəlif ola bilməsi mənasında başa düşsək, 

bu, dialektik məntiq baxımından mümkündür və elmi faktlar bunu iqrar və 

ya inkar etmədikcə, bu barədə qəti fikir yürütmək olmaz.  

Lakin fəlsəfi  ədəbiyyatda bu özünəməxsusluq başqa mənada, mik-

roobyektlərin hərəkətinin dəqiq şərhinin ümumiyyətlə mümkün olmaması 

mənasında qəbul edilir. Onu da qeyd edək ki, birqiymətli  şərhin qeyri-

mümkünlüyü qənaətinə başqa mühakimələrdən də gəlinir. Belə ki, bu hal 

hissəciyə edilən kənar təsirlə ölçmə prosesinin obyektin halında yaratdığı 

dəyişikliklə  də izah olunur. «Mikroobyektlərin hərəkətinin dəqiq şərhinin 

ümumiyyətlə mümkün olmamasını» hissəciklərin özünəməxsus daxili xas-

səsi hesab etmək dialektik düşüncənin müddəalarına iki aspektdə ziddir: 

a) Həqiqətin obyektivliyi və nisbi həqiqətin daim mütləq həqiqətə 

yaxınlaşması haqqında təlimə ziddir.  

b) Makroobyektlərin təbiəti etibarilə başqa qanunlara, mikroob-


Elm haqqında elm 

 

 



 

390


yektlərin isə başqa qanunlara tabe olması fikri dünyanın vəhdəti haqqında 

materialist təlimlə uzlaşmır. Dünyanın bütün hadisələrini eyni fundamental 

baxış mövqeyindən izah etmədən, vahid məkan-zaman olduğunu, spesifik 

hərəkət prinsipləri ilə yanaşı, ən ümumi hərəkət prinsiplərinin də olduğunu 

sübut etmədən, dünyanın vəhdəti haqqında təlimin daxili tamlığına nail 

olmaq mümkün deyil. 

Məsələnin fəlsəfi mövqedən öyrənilməsi göstərir ki, kvant mexani-

kası ilə klassik mexanika arasındakı keyfiyyət müxtəlifliyi heç də mikro- 

və makroaləmdə müxtəlif qanunların mövcud olmasından irəli gəlmir. Bu-

rada əsas fərq ondan ibarətdir ki, mexanikada cisimlərin hərəkəti «obyek-

tiv surətdə» olduğu kimi, özlüyündə, labüd qarşılıqlı təsirin törətdiyi labüd 

dəyişiklikləri nəzərə almadan şərh edilir, çünki burada mikroötürücünün 

təsirini nisbi mənada nəzərə almamaq həmişə mümkündür, mikrocihazın 

təsiri isə,  əgər varsa, həmişə hesablana bilər. Kvant mexanikasında isə 

mikrotəsir mikroobyektin hərəkətində ciddi dəyişiklik yarada bildiyindən, 

onların məcmuyu – yekun hərəkət öyrənilir. Yəni burada obyektin özlü-

yündəki müdaxiləsiz vəziyyəti yox, qarşılıqlı  təsir prosesinin nəticəsi ilə 

birlikdəki hal şərh edilir. Kvant mexanikasının spesifikasının da məhz 

buradan irəli gəlməsi (şübhəsiz ki, əks etdirilən obyektlərin keyfiyyət müx-

təlifliyi nəzəriyyənin, qanunların da keyfiyyət müxtəlifliyini doğurmalıdır) 

faktı nə üçünsə çox vaxt nəzərdən qaçırılır. Yalnız Bor interpretasiyasında 

bu cəhət öz əksini tapmış, lakin sonrakı  tədqiqatçılar tərəfindən N.Borun 

bu mövqeyi ön plana çəkilməmiş, kölgədə qalmışdır. İ.S. Alekseyevin yaz-

dığı kimi, Bor «cihazın hadisəni dəyişdirməsi fikrinin əleyhinə çıxmışdır, 

zira cihaz özü bir ünsür kimi hadisəyə daxil olur».

5

1



 Lakin bunu belə başa 

düşmək lazım deyil ki, guya N.Bor doğrudan da cihazın obyektə  təsirini 

inkar edir. N.Bor əslində hadisə dedikdə obyektin ölçmə təsirinin daxil ol-

duğu hərəkətini nəzərdə tutur, «fiziki reallığa ölçmə proseslərini də daxil 

edir».

5

2



 Lakin hər halda ölçmə prosesi olmasaydı, «özlüyündə hadisə» necə 

olardı sualı qalır.  

Dialektik materializmin «özündə  şeylər» haqqında Kant nəzəriyyə-

sinə münasibətində, məlum olduğu kimi, heç bir qarşılıqlı təsirdə olmayan 

obyektin necəliyi haqqında, doğrudan da, fikir yürüdə bilmərik; ona görə 

                                                 

1

 И.С.Алексеев. Некоторые соображения по поводу дискуссии Эйнштейна и Бора 



// «Вопросы философии», 1979, №1, с. 102. 

2

 Yenə orada. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

391



 

yox ki, «özündə  şeylər» dərkedilməzdir, ona görə ki, tam təcrid olunmuş 

obyektin varlığı ümumiyyətlə qeyri-mümkündür. Lakin biz «özlüyündə 

hadisədən» danışarkən «özündə  şeyləri» nəzərdə tutmuruq. Hadisə sözü-

nün özü əslində  hər hansı qarşılıqlı  təsir  əlaqələrini də  əhatə edir. Biz 

«özlüyündə» dedikdə, obyektə ölçmə məqsədi ilə edilən «subyektiv müda-

xiləni» istisna edirik. Bu cür istisna iki variantda mümkündür: 

1.

 



Ölçmə prosesi bu məqsədə xidmət edən «kənar müdaxilə» hesa-

bına deyil, obyektin öz zəruri qarşılıqlı əlaqələrindən dolayı yolla istifadə 

etmək hesabına aparılır. Bu variant əsasən ideal təcrübə sistemlərində 

mümkündür və heç də həmişə mümkün olmur. 

2.

 

Kəmiyyət xarakteristikaları  qəti müəyyən olan konkret təsir 



üsullarından istifadə edilir, bu zaman təsir obyektiv vəziyyəti dəyişdirsə 

də, biz riyazi yolla bu dəyişikliyin «miqdarını» hesablaya bilərik, yəni 

ölçülən yekun hadisə və təsir hadisələri kəmiyyətcə məlumdursa, «çıxma» 

yolu ilə obyektiv hadisənin özünü öyrənmək olar. 

Əlbəttə, biz belə bir mümkünlüyü yalnız ehtimal edirik, yəni fəlsəfi 

baxımdan belə bir variant istisna olunmur. Bu məsələdə son sözü yalnız 

elm özü deyə bilər. 

Ümumiyyətlə, vaxtaşırı fəlsəfi müdaxilə olmadan fizikanın və digər 

xüsusi elmlərin düzgün məcrada inkişafı qeyri-mümkündür. Fəlsəfə bir 

növ oriyentir rolunu oynayır və konkret problemlərin daha böyük problem-

lər kontekstində  hər dəfə yenidən nəzərdən keçirilməsinə imkan yaradır. 

Ancaq təəssflənməli haldır ki, T.Kun paradiqma anlayışını  şərh edərkən 

elmin fəlsəfə ilə  əks  əlaqəsindən çıxış etmir və bu anlayışını ya sosioloji 

aspektdə, ya da elmin daxili məsələsi kimi izah etməyə çalışır. O, müəyyən 

ixtisas sahəsi üzrə elmi ictimaiyyətin baxışlarında, dəyərlər sistemində, 

istifadə olunan texniki vasitələrdə baş verən dəyişikliyi paradiqmanın 

sosioloji mənası kimi, böyük elmi problemlərin həllindən dolayı açılan ev-

ristik imkanları yeni paradiqma doğuran epistemoloji şərait kimi təqdim 

edir.

5

1



  Məhz elmi ictimaiyyətin, elmi qrupun roluna, dəyərlər sisteminə 

xüsusi önəm verdiyinə görədir ki, T.Kunun təlimi elm fəlsəfəsinin sosioloji 

qoluna aid edilir. Lakin Kun təlimində yeni elmi nəzəriyyələrin, anlayış-

ların ənənəvi mənalarının dəyişilməsini tələb edən yeni interpretasiyaların 

roluna da xüsusi diqqət yetirilir. Elmi inqilablardan bəhs edilərkən də 

                                                 

1

 Т. Кун. Структура научных революций. М., АСТ, 2001, c. 225-226. 



Elm haqqında elm 

 

 



 

392


məhz bu axırıncı aspekt önə çəkilir. Lakatos tədqiqat proqramlarının rolu-

nu önə  çəkərkən yeni interpretasiyaların  əhəmiyyətini xüsusilə 

vurğulayır.

5

1



    

Elm inkişaf etdikcə, hər bir ideya, hər bir elmi anlayış donuq və 

statik bir ehkam olmayıb, kontekstdən, tədqiqat proqramından asılı olaraq 

xüsusi yön alır ki, bu da onlara vektorial kəmiyyət kimi baxmağa imkan 

verir.  

Hər bir anlayış müəyyən bir konsepsiya hüdudunda istiqaməti və 

yönü bəlli olan vektorial kəmiyyətdir. Başqa konsepsiyalara daxil olduqda 

onun istiqaməti mütləq dəyişməlidir. Yəni anlayışın daşıdığı informasiya 

onun modulunu, kontekstlə əlaqəsi isə istiqamətini müəyyən edir. Konkret 

bir təlimin tərkibində daxil olduğu  əlaqələr sistemi anlayışı müəyyən bu-

caq altında yönəltdiyindən, bir kontekstdə işlənən eyni (eynimi?) bir anla-

yış başqa kontekstdə yenidən yönləndirilməlidir. Bu, yüklü zərrəciyin da-

xil olduğu sahənin intensivliyinə və istiqamətinə uyğun olaraq köklənmə-

sini, başqa sahəyə keçərkən istiqamətini dəyişməsini xatırladır. Anlayışla-

rın və deməli, fiziki kəmiyyətlərin riyazi statuslarının dəyişilməsi  əslində 

fizikada fundamental rekonstruksiyadan xəbər verir və yaxın gələcəkdə 

yeni paradiqmanın qaçılmaz olduğuna dəlalət edir.  

 

                                                 



1

 И.Лакатос. Фальсификация и методология научно-исследовательских программ 

// Т. Кун Структура научных революций. М., АСТ, 2001, c. 319. 


 

 

 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin