Elm–Texnika–İstehsal
403
Min illər ərzində zehni fəaliyyət sinkretik şəkildə həyata keçmişdir.
Burada nəinki elmi düşüncə, hətta hər hansı fərqli düşüncə forması da xalis
şəkildə mövcud olmamışdır. İnsan bir tərəfdən özünü təbiətin bir hissəsi
kimi təsəvvür etməklə yanaşı, digər tərəfdən, özünü təbiətdən ayırmağa
başlamış və özü ilə təbiət arasında münasibətin müxtəlif modifikasiyaları
yaranmışdır.
İnsanın təbiətlə qarşılıqlı təsirdə yeni mərhələyə qədəm qoyması, tə-
biətə instinktiv münasibətdən fərqli olaraq şüurlu münasibət bəsləməsi bu-
na gətirib çıxarır ki, artıq o özünü və özü kimiləri təbiətdən ayırır. Əgər da-
ha qədim dövrlərdə insan özünü təbiətdən ayırmadığı kimi, daxil olduğu
qəbilənin digər üzvlərindən də ayırmırdısa, indi (biliyin fəaliyyətdən ayrıl-
dığı, şüurlu insanın formalaşdığı dövrdə) daha artıq özü kimiləri də təbiət-
dən ayırmaqla onlara xüsusi münasibət bəsləyir. Tədricən insanlar arasında
İnsan-Təbiət münasibətlərindən fərqli olan xüsusi münasibət əmələ gəlir.
Beləliklə, insanın bir insan kimi formalaşması, onun sosial mahiyyət kəsb
etməsi İnsan-Təbiət münasibətlərinə İnsan-İnsan münasibətlərinin də əlavə
olunması ilə müşayiət olunur. Bu hadisənin əsasında bir tərəfdən şüurlu
insanın rasional düşüncə potensialının reallaşdırılması, digər tərəfdən də
istehsal prosesi, fərdi istehsaldan ictimai istehsala keçid dayanır.
Təbiətin öz ahəngi var, amma bu ahəng sanki təsadüflər toplusu ki-
midir. Yekun tarazlıq sanki xaotik bir hərəkətin tarazlığıdır. Amma bu
xaosun, izotrop mühitin içərisində tədricən üstün bir istiqamət formalaşır.
Təbiətdəki varlıqlardan birinin – insanın əlahiddə bir qabiliyyətə malik ol-
duğu üçün çıxır: o, düşünə bilir. Və bu ağıl hesabına insan təbiətin digər
ünsürlərinə nisbətən bir üstünlük əldə edir. Bu proses sanki bir status-kvo
vəziyyətindən başlanan və tədricən güclənən, artan bir proses tərəfindən
pozulur. Buna çox vaxt rasionallaşma deyirlər. Təsadüfi deyil ki, Maks
Veber rasionallaşmaya ümumdünya – tarixi bir proses kimi, yaxud tərsinə,
tarixi prosesin bir tendensiyası kimi baxır.
5
1
Baxılan halda rasionallaşma
özü də fərdidən ictimaiyə keçidin bir ünsürü kimi ortaya çıxır.
Bu keçidin mexanizmini dəqiq təsəvvür edə bilmək üçün İnsan–Tə-
biət münasibətlərinin daha ətraflı təhlilini verməyə çalışaq. İnsan–Təbiət
qarşılıqlı münasibəti əslində Təbiət–İnsan və İnsan–Təbiət münasibətləri-
1
История социологии в западной Европе и США. М., НОРМА, 2001, с. 205.
Elm haqqında elm
404
nin dialektik vəhdətindən ibarətdir.
5
∗
Nə qədər ki, hər bir fərd təbiətlə əsa-
sən təklikdə qarşılıqlı təsirdə olurdu, təbiətin insana təsiri insanın əks-
təsirinə nisbətən qat-qat əhəmiyyətli idi. Lakin elə ki, istehsal prosesində
insanlar məqsədli fəaliyyətə başlayırlar və onların fəaliyyəti bir fərd miq-
yasından kənara çıxır, ictimai miqyas alır, onların təbiətə əks-təsir göstər-
mək imkanları da getdikcə artır. İnsan–Təbiət münasibəti fərdi prosesdən
ictimai prosesə çevrildiyindən və o, İnsan–İnsan münasibətini də özündə
ehtiva etdiyindən, biz də bundan sonrakı dövr üçün İnsan–Təbiət qarşılıqlı
təsirindən yox, Cəmiyyət–Təbiət qarşılıqlı təsirindən danışacağıq.
Bilik və fəaliyyətin, habelə sonrakı mərhələdə elmin və texniki tə-
rəqqinin mənşəyini və hərəkətverici qüvvələrini ən ümumi şəkildə aşkara
çıxarmaq üçün ilk yaxınlaşmada istər təbiətin, istərsə də cəmiyyətin struk-
turunu və buradan irəli gələn xüsusiyyətləri nəzərə almamağa çalışacağıq.
Təbiətin müəyyən üstün istiqamətdə inkişafına səbəb olan qarşılıqlı
təsir onun cəmiyyətlə əlaqəsidir. Bu əlaqə tərəflərdən birinin – cəmiyyət
tərəfinin fəal olması ilə fərqlənir. Cəmiyyət tərəfinin şüurluluğu nəticəsin-
də dəyişilmələr içərisində müəyyən istiqamət üstünlük təşkil edir. Buna
görə də Cəmiyyət–Təbiət qarşılıqlı təsiri nəticəsində meydana çıxan inki-
şafa gələcəkdə şərti olaraq istiqamətlənmiş inkişaf deyəcəyik.
İstiqamətlənmiş inkişaf təsirə məruz qalan tərəflərin: cəmiyyət və tə-
biətin ayrıca tam şəklində inkişafının dialektik məcmuyu kimi yalnız in-
sanların, cəmiyyətin mövcudluğu dövründə fəaliyyət göstərir. Qeyd edək
ki, istiqamətlənmiş inkişafın kəmiyyət xarakteristikaları (riyazi qanununa-
uyğunluğu) və bu inkişafın xüsusi halı olan cəmiyyət və təbiətin bir tam
kimi inkişaf xüsusiyyətləri hələ indiyədək yetərincə öyrənilməyib. Xaos-
dan nizamlı hərəkətə keçidin ən parlaq nümunələrindən biri olmasına bax-
mayaraq, bu proses sinergetika tədqiqatçılarının diqqətindən kənarda qalıb.
Ümumi dialektik inkişaf müntəzəm və təcilsiz olduğu halda, istiqa-
mətlənmiş inkişaf təcilli xarakter daşıyır, yəni inkişaf sürəti getdikcə artır.
Bəs bu inkişafın təcilli olmasına səbəb nədir?
Təbiət ona məqsədəuyğun təsir göstərən cəmiyyət tərəfinin inkişa-
∗
Prosesi keçmişə ekstrapolyasiya etsək, nə vaxtsa bu münasibətlərdə bir tarazlıq oldu-
ğunu qəbul edə bilərik. Yəni söhbət amorf sistemdən gedir. Lakin elə ki, istiqamətlər içəri-
sindən biri üstünlük təşkil edir, necə ki, baxılan halda insanın şüur potensialı tədricən özünü
göstərir, onda bu sistemin izotropluğu pozulur, üstün istiqamət və nizamlı proseslər ortaya
çıxır.
Elm–Texnika–İstehsal
405
fına uyğun olaraq hər mərhələdə daha böyük dəyişiklik keçirir. Şüurluluğu
və kortəbiiliyi ilə fərqlənmələrinə baxmayaraq, cəmiyyət və təbiət qarşılıq-
lı təsirdə müəyyən mənada eynihüquqlu tərəflər kimi iştirak edirlər. Əslin-
də yalnız cəmiyyət tərəfi məqsədli istiqamətlənmiş təsir göstərə bilir və
bununla da fəal tərəf kimi çıxış edir. Lakin bu heç də o demək deyil ki, tə-
biətin kortəbii təsiri istiqamətlənmiş inkişafda rol oynamır. Əksinə, xarici
aləmin kortəbii təsirləri olmadan insan və cəmiyyət nə yarana, nə də məq-
sədli təsir göstərə bilərdi. Hər bir tərəf təsir edərkən deyil, təsirə məruz qa-
larkən inkişaf keçirir. Deməli, istiqamətlənmiş inkişaf prosesində həm cə-
miyyət, həm də təbiət təsirləri nəticə etibarilə ekvivalent rol oynayır, cə-
miyyət təsiri təbiətin və əksinə, təbiət təsiri cəmiyyətin inkişafına səbəb
olur. Tərəflərin inkişaf səviyyəsinin yüksəlməsi qarşılıqlı təsir qüvvəsinin
artmasına gətirir ki, istiqamətlənmiş inkişafın təcilli xarakteri bununla izah
olunur.
Təsirlərin bu cür ekvivalentliyi ilə əlaqədar hər iki tərəfdə inkişafın
əsas göstəriciləri də uyğun (simmetrik) olur; cəmiyyətin inkişaf səviyyəsi
onun xarici aləmə təsir göstərmə dərəcəsi ilə, təbiətin inkişaf səviyyəsi isə
onun cəmiyyətə təsir göstərmə dərəcəsi ilə müəyyənləşir.
Qeyd edək ki, hər iki təsir ekvivalent nəticələr doğursa da, qarşılıqlı
təsir prosesində tərəflərin özlərinin oynadıqları rol tamamilə fərqlidir. Mə-
sələn, təbiət istiqamətli təsir göstərmək qabiliyyətinə məlik deyil. Cəmiy-
yətin inkişaf səviyyəsinin təbiət təsirləri ilə müəyyənləşməsi isə yalnız cə-
miyyət tərəfinin öz şüurluluğu sayəsində mümkün olur. İstiqamətlənmiş
inkişafın xarakterini öyrənərkən cəmiyyət və təbiət tərəflərini bir-birindən
tam təcrid olunmuş yox, biri digəri ilə dialektik vəhdətdə olan iki sistem
kimi götürmək lazımdır. Uyğun olaraq cəmiyyət tərəfinin şüurluluğu sayə-
sində meydana çıxan istiqamətli inkişaf vahid baxımdan – ictimai tərəqqi
kim öyrənilir. Buna baxmayaraq, cəmiyyət və təbiət keyfiyyətcə fərqli tə-
rəflər olduğu kimi, onların inkişaf səviyyələri də müxtəlif amillərlə müəy-
yənləşir. Lakin əksər hallarda təbiətin inkişaf səviyyəsini müəyyənləşdirən
bir sıra amillər, məsələn, istehsal vasitələri cəmiyyətin xarici aləmə təsir
göstərmə dərəcəsi və beləliklə də, onun inkişaf səviyyəsi kimi götürülür.
Bu cür yanaşma adətən ona görə mümkün olur ki, hər iki tərəfin istiqamətli
inkişafı eyni qarşılıqlı təsirdə təzahür etdiyindən tərəflərin keçirdiyi dəyi-
şilmələr və inkişaf səviyyələri həmişə bir-birinə uyğun gəlir. Ancaq müasir
dövrdə elm-texnika-istehsal əlaqələrinin dəqiqləşdirilməsinə, bunun üçün
Elm haqqında elm
406
isə cəmiyyət və təbiət səviyyələrinin müəyyənedici amillərinin fərqləndi-
rilməsinə böyük ehtiyac duyulur.
Təbiətin inkişaf səviyyəsini təyin edən amilləri dəqiq seçə bilmək
üçün əvvəlcə cəmiyyət və təbiət səviyyələrinin uyğun gəlmədiyi iki kənar
hal təsəvvür edək və bu hallar üçün istiqamətlənmiş inkişafın xarakterini
müəyyənləşdirməyə çalışaq.
1. Fərz edək ki, müasir səviyyəyədək inkişaf etmiş cəmiyyət heç bir
istiqamətli dəyişilmə keçirməmiş olan təbiət hissəsinə (ilkin təbiət, “vəhşi”
təbiət) köçürülmüşdür. Belə olduqda həyata keçməsi yalnız mürəkkəb qur-
ğularda – daha yüksək təbiət səviyyəsində mümkün olan və yalnız bu hal-
da fayda verən biliklər istifadəsiz qalır, nəsillərin əvəz olunması və yad-
dançıxarma nəticəsində tamamilə itirilir. Özünə tətbiq yolu tapan biliklər
isə yeni formada möhkəmlənir və məhz onun tətbiqi uyğun təbiət his-
sələrinə sürətli təkan verir. Adi şəraitdə – cəmiyyət tərəfinin də təbiətə mü-
vafiq səviyyədə olduğu halda təbiətin müasir inkişaf səviyyəsinə yüksəl-
məsi üçün milyon illərlə vaxt sərf olunmuşdusa da, baxdığımız şəraitdə
bunun üçün bir neçə yüz il kifayət edə bilər.
Cəmiyyət səviyyəsi isə zaman keçdikcə aşağı düşür və nəhayət, tə-
biət səviyyəsi ilə uyğunluq yarandıqdan sonra hər iki tərəf eyni qanunauy-
ğunluqla inkişaf etməyə başlayır. Biz ona görə bu qənaətə gəlirik ki, təbiə-
tin inkişaf səviyyəsi onun cəmiyyətə təsir göstərmə dərəcəsinə müvafiqdir
və bu səviyyə aşağı olduğundan cəmiyyətə edilən təsir zəifdir və onun əv-
vəlki səviyyəsinin saxlanması üçün kifayət deyil.
2. Fərz edək ki, cəmiyyət hələ ilkin yaranma dövründə ikən müasir
səviyyəli təbiət hissəsinə köçürülmüşdür. Formal baxımdan yanaşdıqda bu
halda cəmiyyət tərəfinin təsiri zəif, təbiət tərəfinin təsiri nisbətən güclü
olduğundan inkişafda uyğunluq yarananadək təbiət səviyyəsi enməli, cə-
miyyət səviyyəsi isə adi şəraitdəkinə nisbətən sürətlə inkişaf etməlidir. La-
kin məqsədyönlü təsirin subyekti cəmiyyət tərəfi olduğundan və bilik sə-
viyyəsi mövcud texniki qurğuları işə salmağa imkan vermədiyindən bu
halda böyük inkişaf impulsu yaranmaya da bilər və tarix sadəcə təkrar olu-
nar. Mövcud olan qurğular sıradan çıxar və neçə min illərdən sonra
yenidən ixtira edilməli olar.
Araşdırdığımız hallar real həyatda eyni ilə baş verməsə də, xeyli
fərqli, lakin prinsipcə buna uyğun hadisələr tez-tez baş verir. Amerika kəşf
olunduqdan sonra sürətli inkişaf keçirdi ki, bu da geri qalmış təbiət hissəsi-
Elm–Texnika–İstehsal
407
nə xeyli yüksək səviyyədə inkişaf etmiş insan qruplarının təsiri nəticəsi idi.
Lakin bu hadisə yuxarıda araşdırdığımız haldan, məsələn, onunla fərqlənir
ki, buraya köçmüş insan qrupları əvvəlki təbiət hissəsi ilə də (Avropa)
əlaqədə ola bildiklərindən onların səviyyəsi azalmamış, əksinə, artmışdır.
Zəif inkişaf etmiş ölkədən ixtisaslaşmağa göndərilən nümayəndələr
qısa müddətdə böyük təkamül keçirirlər ki, buna da səbəb, bir tərəfdən,
daha çox inkişaf etmiş təbiət hissəsinin, digər tərəfdən və başlıca olaraq
müvafiq səviyyəli insanların təsiridir.
Göründüyü kimi, bizim təklif etdiyimiz modeldə istehsal vasitələri,
müxtəlif texniki qurğular və s. heç də cəmiyyətin yox, uyğun təbiət
hissəsinin, ikinci təbiətin inkişaf səviyyəsini əks etdirir.
Əlaqədə olduğumuz təbiət hissəsinin keçirdiyi istiqamətli inkişaf
aşağıdakı konkret dəyişilmələri əhatə edir:
1. Təbii mövcudluğun istiqamətli inkişafı, yaxud başqa sözlə – coğ-
rafi mühitin insan mənafeyinə uyğun dəyişdirilməsi.
Buraya kanallar çəkilməsi, çayların axarının dəyişdirilməsi, süni
göllər, yollar, meşələr salınması, dağların partladılması və cəmiyyət tərə-
findən həyata keçirilən digər bu tipli dəyişilmələr aiddir.
2. Əvvəllər təbiətdə təsadüf olunmayan və cəmiyyətin məqsədyönlü
fəaliyyəti sayəsində yaradılmış cisim və hadisələr – qurğular.
Belə cisim və hadisələri iki əsas qrupa bölmək mümkündür:
a) Bilavasitə istifadə olunan istehsal məhsulları. Buraya müxtəlif is-
tehlak şeyləri, insanlara bilavasitə xidmət edən maşınlar (avtomobil,
təyyarə, gəmi və s.), mənzil və s. aiddir.
b) Bilavasitə insanın həyat tərzini müəyyənləşdirən amillərin inki-
şafına yönəlmiş məqsədəuyğun fəaliyyətin bütün hazırlıq mərhələlərində
vasitə rolunu oynayan qurğular. Buraya istehsal alətləri, praktik əhəmiy-
yətli (təbiətdə imkan şəklində mövcud olan enerjilərdən istifadə üçün –
müxtəlif mənbəli elektrik stansiyaları və s.) və tədqiqat xarakterli (labora-
toriyalar, rəsədxanalar, müxtəlif sürətləndiricilər və s.) texniki qurğular,
kənd təsərrüfatı maşınları və s. aiddir.
3. İnsan zövqünün ödənilməsinə müvafiq dəyişilmələr.
Buraya incəsənətin bir sıra növləri (arxitektura, heykəltəraşlıq, rəsm
əsərləri, musiqi alətləri və s.), cəmiyyət tərəfindən salınmış bağlar, çəmən-
liklər, fəvvarələr və s. aiddir.
Elm haqqında elm
408
Təbiətin istiqamətli dəyişilmələrinin bu üç formasından ikincisi xü-
susilə geniş sahəni əhatə edir və təbiətin inkişaf səviyyəsinin müəyyənləş-
məsi üçün əsas şərtdir. Təbiət inkişafının bu formasını, mövcud cisimlər və
onlar arasındakı qanunauyğunluqlardan istifadə edərək yeni növ cisim və
hadisələr yaradılmasını prosesin gedişinə görə iki yerə bölmək olar:
1. Sadə hissələrdən müəyyən funksiyaya malik sistemlərin düzəldil-
məsi.
2. Konkret funksiyası olmayan mürəkkəb sistemlərin məlum funksi-
yalı hissələrə bölünməsi.
İstiqamətlənmiş inkişafın ümumi qanunauyğunluğunu heç olmasa
ilk yaxınlaşmada müəyyənləşdirmək üçün dialektik vəhdətdə olan və biri
digərini tamamlayan cəmiyyət və təbiət tərəflərinin əlaqəsinə iki müstəqil
tərəfin əlaqəsi kimi baxacağıq.
Qeyd edək ki, ictimai hadisələrdə qarşılıqlı təsir bütün hallar üçün
olduğu kimi, məhz dörd fundamental qarşılıqlı təsir növü vasitəsi ilə həya-
ta keçsə də, onlardan tamamilə fərqlənən yeni keyfiyyətli prosesdir – mak-
roprosesdir. Ümumiyyətlə, makrotəsirlər əsas fundamental qarşılıqlı tə-
sirlərdən aşağıdakı cəhətlərlə fərqlənir.
1. Makrotəsirlər müxtəlif konkret təsirlərin müxtəlif cür kombinasi-
yaları olduğu üçün külli miqdarda formaya malikdir.
2. Makrotəsirlərin ötürülməsi fundamental qarşılıqlı təsirlərə nisbə-
tən xeyli kiçik sürətlə həyata keçir.
İctimai proseslərdə qarşılıqlı təsir üçün isə daha bir sıra fərqlər möv-
cuddur:
1. Təsir müddəti məqsədəuyğun nəticə alınanadək keçən bütün za-
man fasiləsini əhatə edir.
2. Ümumi əks-təsir heç də elementar əks-təsirlərin yekunu kimi
meydana çıxmır. Elementar təsirlərlə birlikdə uyğun əks-təsirlər də makro-
təsir prosesinə daxildir. Ümumi əks təsir isə yalnız ictimai proseslər üçün
əks-təsir mənasını kəsb edən yeni keyfiyyətli anlayışdır.
3. Əks-təsir özünü zamanca xeyli sonra da göstərə bilər. Ona görə də
hadisənin səbəb və ya nəticə kimi meydana çıxmasını müəyyənləşdirmək
vacibdir. Təbiətin inkişafına səbəb, bildiyimiz kimi, cəmiyyətlə qarşılıqlı
təsirdir. Lakin qeyd edək ki, bu cür qarşılıqlı təsir məkanca heç də bütün
sonsuz kainatda fəaliyyət göstərmir. Hər bir mərhələdə cəmiyyətin əlaqədə
olduğu kainat hissəsi onun daxili aləminin (insan daxili aləminə analoji)
Elm–Texnika–İstehsal
409
genişlik dərəcəsini göstərir. Bir insan söz yox ki, xarici aləmin nisbətən az
hissəsi ilə əlaqədə olur və onun görüş dairəsi də nisbətən dar olur. Biz
ümumiyyətlə xarici aləmdən danışarkən cəmiyyətin maksimal dünyagörü-
şünə uyğun gələn aləmi başa düşürük. Məlum təbiət hissəsi dedikdə yalnız
məkan, sahə genişliyi başa düşülür. Konkret məkan hissəsində cismin və
hadisələrin xarakter rəngarəngliyi, xassələr, proseslərin başvermə qanuna-
uyğunluqları və s. də buraya daxildir. Müxtəlif qarşılıqlı təsirlərdə cismin
və proseslərin müxtəlif xassə və xüsusiyyətləri açılır. Deməli, eyni sistem-
lə biz hansı münasibətlərdə olmamışıqsa, sistemin özünü həmin təsirlərə
uyğun aparmasını, yaxud uyğun xarakteristikalarını bilmirik.
Zaman keçdikcə cəmiyyətin qarşılıqlı təsirdə olduğu, dəyişdirdiyi
kainat hissəsi həcmcə böyüyür. Bu, təbiətin eninə inkişafına müvafiqdir.
İndiyədək ən çox dəyişiklik keçirmiş, inkişaf etmiş hissə cəmiyyətin
məskəni olan Yer planetidir. Cəmiyyətin daha geniş miqyaslarda fəaliyyət
göstərməsi (məsələn, kosmonavtikanın inkişafı) “qarşısıalınmaz” kortəbii
kainat hadisələrinin sayını azaldır. Nəticədə zaman keçdikcə cəmiyyətin
təsadüf üzündən məhv olması ehtimalı azalır.
6
1
Cəmiyyət tərəfi xarici aləmə şüurlu təsir göstərərək ilkin mövcud
vasitələrdən istifadə etməklə onun formasını dəyişir. Və bu forma dəyişik-
liyi məqsədəuyğun məzmun dəyişilməsinin nəticəsi kimi yaranır. Məzmun
dəyişilməsi – qarışıq halda olan təbiət obyektlərinin insana xidmət edən
qurğulara çevrilməsidir. Bu çevrilmələri yaratmaq üçün insan məhz təbiə-
tin öz qüvvələrindən istifadə edir.
Beləliklə, təbiətin öz inkişafı ilə onun dəyişdirilmə, inkişaf etdirilmə
vasitələri də artır. Deməli, təbiətin inkişafı onun öz səviyyəsindən bilava-
sitə olmasa da, hər halda asılıdır.
Təbiətin inkişafı bütövlükdə, vahid elmi əsasdan araşdırılmasa da,
bəzi əsərlərdə xüsusi halların, konkret dəyişmə formalarının şərhinə rast
gəlmək olur. Bu cür şərhlər heç də təbiət inkişafını göstərmək üçün yox,
insan mədəni səviyyəsinin yüksəlişini (cəmiyyət tərəfinin inkişafı), insan
həyatında, məişətində elmin rolunun artmasını, onun texnikalaşdırma dərə-
cəsini göstərmək üçün verilmişdir.
Müasir dövrdə mədəni inkişafda elmin rolunu təhlil edən V.M.Me-
juyev aşağıdakı fikrə gəlir: “Cəmiyyətin elmi-texniki tərəqqisi hələ qədim-
1
Дж. Бернал. Возникновение жизни. М., 1969, с. 21.
Elm haqqında elm
410
dən insanın məskəni və bilavasitə qarşılıqlı təsir obyekti olan təbii aləmdən
prinsipial surətdə fərqlənən yeni obyektivliyin yaranmasına gətirmişdir.
Mürəkkəb mexanizmlər kompleksi, texniki qurğu və informasiya va-
sitələrini əks etdirən süni yaradılmış yeni obyektivlik insanla əlaqədə heç
də kənar, insanın bu və ya digər yolla uyğunlaşmağa məcbur olduğu xa-
ricdən tapşırılmış şey kimi (təbiətə uyğunluq) yox, onun şəxsi mədəni
yaradıcılıq məhsulu kimi, onun bilik, bacarıq və qabiliyyətlərinin maddi
obyektləşməsi kimi çıxış edir”.
6
1
Bu sitat göstərir ki, müəllif təbiətdəki “süni” yaradılmış obyektivlik-
lərin “xüsusi funksiyasını hiss edir, onun insan həyatındakı rolunu qiymət-
ləndirir. Lakin yuxarıda göstərdiyimiz kimi, elmi-texniki tərəqqi ilə əlaqə-
dar bəzi proseslərin, dəyişilmələrin mahiyyəti dəqiq açılmadığından və bə-
zi terminlərin düzgün işlədilməməsindəndir ki, müəllif təbiətdəki süni
yenilikləri onun inkişafı kimi araşdırmır və uyğun olaraq bir sıra səhvlərə
yol verir. Əvvəla, “cəmiyyətin elmi-texniki tərəqqisi” olmur. Elmi-texniki
tərəqqi iki tərəfin (cəmiyyət və təbiət) birlikdə inkişaf təzahürünün xüsusi
halıdır. Daha sonra, söhbət ayrıca adamdan gedirsə, xarici aləmdəki də-
yişilmiş hissələrin təsirinin kənar təsir olduğuna müəllif nahaqdan etiraz
edir. Təbiətdəki yeniliklər bütövlükdə cəmiyyət “qabiliyyətinin, biliyinin
maddi obyektivləşdirilməsidir” və hər bir insan üçün məhz xarici təsirdir,
inkişaf nəticəsində gücləndirilmiş xarici təsirdir. Fikrinə davam edərək
müəllif əsas xətdən uzaqlaşır və bu dəyişilmələri eninə dünyagörüşünün
inkişafı ilə bağlayır. “Onunla kontakta girərkən insan öz-özü ilə əlaqədə
olmuş olur”.
6
2
Bir halda ki, təbiət və cəmiyyət eyni qarşılıqlı təsirdən təkan alan iki
tərəfdir, birinin inkişaf formaları digərində öz əksini tapmalıdır. Cəmiyyə-
tin eninə inkişafı, birincisi, kainatın daha çox hissələrinin, ikincisi, hər his-
sənin daha çox xassə və tərəflərinin öyrənilməsi kimi həyata keçir. Birinci
formaya uyğun olaraq kainatın məkanca daha çox hissələrində süni dəyişil-
mələr həyata keçəcək. İkinciyə uyğun olaraq isə bu dəyişilmələr daha
müxtəlif formalı – çoxsahəli olacaqlar.
Cəmiyyətin dərininə inkişafı isə öz əksini yaradılmış qurğuların
effektivliyində, mürəkkəbliyi və dəqiqliyində tapır.
1
В.М.Межуев. Наука в современной культуре // Вопросы философии, № 1, 1972,
с. 66.
2
Yenə orada.
Elm–Texnika–İstehsal
411
Təbiət öz quruluşuna, relyefinə görə və müxtəlif səviyyəli insan
qruplarına məxsusluğuna görə müxtəlif hissələrində müxtəlif inkişaf im-
pulsları almışdır. Bu cür fərq eyni zamanda sosial inkişafla da, siniflər və
onların münasibəti ilə də sıx əlaqədardır.
Fikrimizi aydınlaşdırmaq üçün təbiətin müxtəlif hissələri arasındakı
əsas fərq səbəblərini konkret bölgü ilə göstərək:
1. Təbiətin istiqamətlənmiş inkişafını cəmiyyət təsiri doğurdu-
ğundan onun insan yaşayan hissəsi və bu hissənin məkanca yaxın ətrafı
nisbətən çox inkişaf alır.
2. İnsanlardan asılı olmayaraq təbiətdə imkan şəklində olan şə-
raitlilik dərəcəsindən, iqlim şəraiti, relyef, xammal və təbii sərvətlərin
insanlara yararlılıq dərəcəsindən asılı olaraq təbiətin müxtəlif hissələrdə
keçdiyi süni dəyişilmələr müxtəlif olur. Təbiətin potensial imkanlarının
reallaşması sayəsində bu sahələrdə yaşayan insan qrupları daha böyük təcil
alır və nəticədə təbii sərvətlərin daha çox istismar edilməsinə, daha çox is-
tiqamətlənmiş dəyişikliklər edilməsinə şərait yaranır.
Bir sıra təsadüfi təbii proseslər nəticəsində ilk insan qrupları heç də
həmişə məhz təbii sərvətləri çox olan yerdə yaranmamışdır. Əgər müxtəlif
qruplar əlaqəsiz və xəbərsiz yaşayırlarsa, zamanca sonra yaranmış, lakin
ilkin şəraiti yaxşı olan qrup gec-tez inkişaf səviyyəsinə görə digər qrupu
keçir. Lakin geri qalan qrup öz maksimal dünyagörüşünün müəyyən mər-
hələsində təbiətdə mövcud olan, əvvəllər istifadə etmək yolunu bilmədiyi
potensial imkanları reallaşdıra bilir və yenidən qabağa çıxır. Elə hal da ola
bilər ki, müəyyən bir qrupun inkişafı bütöv bir dövr ərzində bütün başqa-
larından sürətli olsun. Müxtəlif dövrlərdə müxtəlif xalqların mədəni
səviyyəsinin yüksəkliyi bununla əlaqədardır.
3. Müəyyən mərhələdə üstün inkişaf səviyyəsinə malik olmuş ölkə-
də maddi aləmin əməli surətdə dəyişdirilməsi və uyğun olaraq əhalinin bi-
lik və bacarığının artması digər ölkələrə nisbətən sürətlə gedir. Bu, həmin
ölkəyə həm öz daxilindəki, həm də aşağı inkişaf səviyyəli başqa ərazilər-
dəki təbii sərvət və imkanlardan istifadə etməyə şərait yaradır. Həmin
mərhələdə ictimai quruluşun xarakteri ilə əlaqədar olaraq bu cür istifadə tə-
cavüzkarlıqla həyata keçmiş və müstəmləkəçilik yaranmışdır. Göründüyü
kimi, dövlətlərin gücü və inkişaf səviyyəsi təbii imkanla yox, ondan
istifadə vasitələri ilə – süni yaradılmış obyektivliklə təyin olunur.
|