Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə46/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

 

Oqtay Sinanoğlu 

 

Elmi-texniki tərəqqinin çox mühüm sosial nəticələrindən biri, heç 



şübhəsiz, onun əxlaqa təsiridir. İnsanın mənəvi aləminin bir növü iki qütbü 

kimi görülən elm və əxlaq arasındakı əlaqə XX əsrdə daha da güclənmiş, 

dövrün aktual problemlərindən birinə çevrilmişdir. 

Elmi-texniki tərəqqi və əxlaqın qarşılıqlı təsirindən danışarkən nəzə-

rə almaq lazımdır ki, insan üçün, onun təbiətini və mahiyyətini müəyyən 

etmək baxımından bu tərəflər ikisi də eynihüquqlu, eyni dərəcəli deyil. Yə-

ni biz heç də insana nəzərən iki simmetrik tərəfin münasibətindən danışmı-

rıq. 


Elmsiz də, elmi-texniki tərəqqisiz də insan var idi. İnsan hətta, ümu-

miyyətlə, hər cür elmdən qabaq da olmuşdur və bu gün də elmi bilik səviy-

yəsi çox aşağı olan, lakin insan kimi çox yüksəkdə duran adamlar az deyil. 

Beləliklə, həm tarixən? həm də bir insan həyatı üçün elmin varlığı, elmə 

yiyələnmək zəruri  şərt deyil və deməli, elm insani mahiyyəti müəyyən 

etmir. 


Elmdən fərqli olaraq əxlaq insanla əkizdir.  İlk insanlararası 

münasibət, ictimai münasibət müəyyən primitiv əxlaq normaları  əsasında 

olmuşdur və deməli, insani mahiyyət əxlaqdan kənarda dərk oluna bilməz. 

İnsan-təbiət münasibətində insan həmişə onu təbiətdən fərqləndirən 

və təbiətə qarşı dayanmağa imkan verən yeganə amilə – öz mənəvi qüdrə-

tinə istinad etmiş, yalnız mənəviyyatı sayəsində təbiətə nəzərən nisbi müs-

təqillik əldə etmişdir. Ayrıca bir fərd təbiətin müqabilində çox gücsüz olar-

dı və İnsan-Təbiət münasibətinin tarazlığını və ahəngdarlığını təmin etmək 



Elm, texnika, şəxsiyyət 

 

 

 

609



 

üçün insanlar öz aralarında ittifaqa girməli idilər. Beləliklə,  İnsan-Təbiət 

münasibətinin mümkün olması üçün İnsan-İnsan münasibəti zəruri şərt idi. 

Bu münasibətlərdən birincisi ilk praktik biliklərin, ikincisi isə  əxlaqın 

formalaşmasına gətirmişdir. Deməli, insanın  əmələ  gəlməsi üçün zəruri 

olan, insan mənəvi dünyasının kənar qütblərini təşkil edən iki əsas tərəf 

elm və əxlaq yox, bilik və əxlaq olmuşdur. Elm isə yenə də İnsan-Təbiət 

münasibəti sayəsində, lakin çox-çox sonralar, biliklərin inkişafında yeni 

keyfiyyətli bir mərhələ kimi ortaya çıxmışdır. Ümumiyyətlə, istər  İnsan-

Təbiət münasibətləri, istərsə  də  İnsan-İnsan münasibətləri çox mürəkkəb, 

ziddiyyətli inkişaf yolu keçmişdir. Bu iki münasibət forması arasındakı 

qarşılıqlı əlaqə də getdikcə möhkəmlənmiş, daha mürəkkəb və zəngin bir 

prosesə çevrilmişdir. Bilik-Əxlaq ziddiyyətinin yeni formaları: Elm-Əxlaq, 

Elmi-texniki tərəqqi-Əxlaq, Elmi-texniki inqilab-Əxlaq münasibətləri 

əmələ  gəlmişdir. Bu münasibətlərdə ikinci tərəf həmişə eyni sözlə ifadə 

olunsa da, əxlaq özü də müəyyən keyfiyyət dəyişiklikləri keçirmişdir. 

Zaman keçdikcə həm İnsan-Təbiət, həm də İnsan-İnsan münasibət-

ləri vasitələnmiş, buraya bir sıra aralıq halqalar əlavə olunmuşdur. İnsanın 

təbiəti dəyişdirməsi və dəyişdirilmiş təbiətin, bir tərəfdən, yeni təbiət kimi 

(ikinci təbiət), digər tərəfdən də, insanın təbiəti dəyişdirməsi üçün bir vasi-

tə kimi (texnika) çıxış etməsi İnsan-İnsan münasibətində də öz əksini tap-

mışdır.  İnsanın texnikaya, istehsal vasitələrinə  nə  dərəcə malik olması 

onun  İnsan-Təbiət və  İnsan-İnsan münasibətində tutduğu mövqeyi müəy-

yən edən başlıca amilə çevrilmişdir.  İstehsal münasibətləri insanın daxil 

olduğu bütün münasibətlərin əsasını təşkil etmişdir. Sinifli cəmiyyətin ya-

ranması ilə  İnsan-İnsan münasibəti  İnsan-Cəmiyyət-İnsan münasibətinə 

keçmişdir və cəmiyyətin strukturu, istehsal üsulu, siyasi və hüquqi üstqu-

rum ilkin İnsan-İnsan münasibətinin bütün formaları üçün həlledici rol oy-

namağa başlamış, o cümlədən, əxlaqa da ciddi təsir göstərmişdir. Cəmiy-

yət İnsan-İnsan münasibətini vasitələndirdiyindən onun keçirdiyi keyfiyyət 

dəyişmələri (ictimai-iqtisadi formasiyaların əvəzlənməsi, sosial inqilablar) 

öz əksini əxlaqda da tapmışdır. 

Bununla yanaşı,  əxlaqın inkişafı yalnız sosial amillərin təsiri ilə 

məhdudlaşmır. Təsadüfi deyil ki, F.Engels həm də əxlaqın ümumi tərəqqi-

sindən, sinfi əksliklərdən yüksəkdə duran əsl bəşəri  əxlaqdan danışır: 

«Şübhə yoxdur ki, insan idrakının bütün başqa sahələrində olduğu kimi, 



Elm haqqında elm 

 

 

 

610



əxlaqda da ümumiyyətlə bir tərəqqi müşahidə olunur.» Bəs bu ümumi 

tərəqqinin hərəkətverici qüvvəsini nədə axtarmaq lazımdır? 

Məhsuldar qüvvələrin inkişafını  təmin edən başlıca ziddiyyətin – 

İnsan–Təbiət ziddiyyətinin təsiri ilə, elm və texnikanın fasiləsiz tərəqqisi 

sayəsində, ümumiyyətlə, cəmiyyət də, əxlaq da müntəzəm surətdə inkişaf 

edir. Elmi-texniki tərəqqi təkcə sosial tərəqqini  şərtləndirməyib, həm də 

onunla paralel surətdə  əxlaqın (həmçinin digər ictimai şüur formalarının) 

inkişafına təsir göstərən nisbi müstəqil bir amil kimi çıxış edir. 

Habelə, elmi-texniki tərəqqi təkcə insan mənəviyyatına deyil, həm 

də təbiətə və təbiətin bir hissəsi kimi insana təsir edir. Bu zaman qarşıya 

çıxan problem insan ilə  təbiət arasındakı müvazinətin, harmoniyanın po-

zulması təhlükəsi ilə bağlıdır. Bu təhlükəni aradan qaldırmaq üçün üç yol 

vardır: 

Birincisi, necə deyərlər, Russo proyekti olub müasir dövrdə bir sıra 

Qərb ideoloqlarının da iddia etdiyi kimi, elmi-texniki tərəqqinin qarşısını 

almaqdır ki, bu da ən azı iki səbəbdən qeyri-mümkündür: 

1) Təbiəti dərk etmək və  dəyişdirmək  İnsan-Təbiət münasibətinin 

ayrılmaz tərkib hissəsidir və habelə insanın öz daxili imkanlarının, yaradı-

cılıq potensialını realizə etməsinin ən mühüm aspektlərindən biridir (siya-

sət və incəsənətlə yanaşı). İnsan səadətinin məhz daxili imkanların reallaş-

dırılması ilə bağlı olduğunu nəzərə alsaq, məlum olar ki, guya insan səadə-

ti naminə irəli sürülən «Russo proyekti» əslində onun əleyhinədir. 

2) Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında duran bir sıra ictimai 

problemlərin həllində  əsas istinad sahəsidir və ondan üz döndərmək, get-

dikcə artmaqda olan əhali kütləsinin nəinki təkcə mənəvi, həm də çoxcə-

hətli maddi tələbatının ödənilməsini qeyri-mümkün edərdi. 

Deməli, bu «yol» heç cür özünü doğrulda bilməz. 

İkincisi, insanların bioloji adaptasiyasıdır, yəni onların tədricən el-

mi-texniki tərəqqinin təsiri ilə yaradılmış ikinci təbiətə uyğunlaşması pro-

sesidir ki, bu da elm və texnikanın müasir inkişaf tempi şəraitində qeyri-

mümkündür. Yəni, insan orqanizmi elə mütəhərrik deyil ki, onun milyon 

illər  ərzində formalaşmış  təbii ehtiyacları  və onların ödənilməsi üsulları 

qısa bir müddət ərzində öz xarakterini dəyişə bilsin. 

Və nəhayət, üçüncüsü, elmi-texniki tərəqqinin təbiətə təsirini elə is-

tiqamətləndirmək ki, bu zaman, bir tərəfdən, İnsan-Təbiət qarşılıqlı müna-

sibətinin harmoniyası pozulmasın (və ya pozulma imkan daxilində mini-



Elm, texnika, şəxsiyyət 

 

 

 

611



 

muma çatdırılsın), digər tərəfdən də, bir təsir başqa bir təsiri kompensasiya 

etsin və ya məhz mənfi təsirlərin kompensasiyasına xidmət edən xüsusi 

proqramlar işlənib hazırlansın. Başqa sözlə, elmi-texniki tərəqqinin doğur-

duğu mənfi nəticələr onun öz imkanları hesabına neytrallaşdırılmış olsun. 

İnsan təbiətin bir hissəsi kimi, bioloji varlıq kimi deyil, təbiətlə əks-

lik təşkil edən nisbi müstəqil tərəf kimi – mənəvi varlıq kimi götürüldükdə 

də elmi-texniki inqilabın ona təsiri analoji yolla təhlil edilə bilər. Belə ki, 

elmi-texniki inqilabın insan mənəviyyatına, əxlaqa mənfi təsir imkanlarını 

aradan qaldırmaq üçün də onun qarşısını almaq deyil, elə istiqamətləndir-

mək, elə tətbiq etmək lazımdır ki, belə mənfi təsirlər minimuma endirilsin 

və ya hər halda zəruri olan mənfi nəticələr elmi-texniki inqilabın özünün 

açdığı digər imkanlar sayəsində kompensasiya edilsin. 

Lakin belə analogiya hər üç yolu əhatə etmir. İkinci yol – bioloji 

adaptasiya mümkün olmadığı halda, mənəvi adaptasiya tamamilə müm-

kündür. Bunun üçün insan mənəviyyatına intensiv təsir üsullarından, xü-

susi oriyentasiyalı tərbiyə vasitələrindən istifadə edilməli, ayrı-ayrı konkret 

situasiyaların spesifikasını  nəzərə alan təbliğat metodikaları hazırlanmalı-

dır. 

Mənəvi adaptasiya – insan mənəviyyatının yeni şəraitə, elmi-texniki 



İnqilabın qarşıya qoyduğu tələblərə uyğun olaraq dəyişilməsi, yenidən for-

malaşmasıdır. Bəs elmi-texniki inqilabın qarşıya qoyduğu yeni tələblər nə-

dən ibarətdir? 

Əgər  əvvəllər istehsal prosesində texniki tərbiyə, müəyyən  əmək 

vərdişlərinə mükəmməl şəkildə yiyələnmək əsas rol oynayırdısa, indi – el-

mi-texniki inqilab şəraitində – işçinin mənəvi keyfiyyəti: məsuliyyət hissi, 

diqqət, intizam və s. ön plana keçir. Hər bir işçi əvvəl yalnız bir dəzgaha 

nəzarət edirdisə, indi bütöv avtomat sistemin işi, bir yox, minlərlə qiymətli 

məhsulun taleyi bir adamın fəaliyyətindən asılı olur. İnsana nə  qədər bö-

yük sərvət etibar olunursa, onun işə vicdanlı münasibəti, mənəvi keyfiyyət-

ləri də istehsalın səmərəliliyində bir o qədər çox əks olunur. Avtomatın işi 

dəqiq vaxt bölgüsünə  əsaslandığından onu idarə edən insandan da böyük 

dəqiqlik, daimi diqqət tələb olunur. 

Mənəvi tərbiyə işi müasir tələblər səviyyəsində qurularsa, texnoloji 

yeniliklər və onlara uyğunlaşmaq tələbi ağır bir yük kimi fəhlənin çiynin-

dən asılmaz,  əksinə, daxili mənəvi tələbat kimi mənimsənilər. Bu zaman 



Elm haqqında elm 

 

 

 

612



texniki tərəqqiyə olan ehtiyacla fəhlələrin fərdi mənəvi ehtiyacı arasındakı 

ziddiyyət də müvəffəqiyyətlə aradan qaldırılmış olar. 

Texniki tərəqqi sayəsində istehsalatda fəhlələrin yaradıcılıq poten-

sialının reallaşdırılması üçün geniş imkanlar açılır. Məhz texniki amillər 

gənclərdə istehsalata, yaradıcı əməyə həvəs

 

yaradır və bununla yanaşı, on-



larda məsuliyyət hissini artırır, əməyə vicdanlı və intizamlı münasibət for-

malaşdırır. Texniki maraq, sosial maraq və fərdi mənəvi marağın üst-üstə 

düşməsi, bir-birini tamamlaması müasir mərhələdə  ən ciddi vəzifələrdən 

biri kimi ortaya çıxır. 

Bu məsələlərin həllinin prinsipcə mümkün olması heç də o demək 

deyil ki, onlar öz-özünə  də  həll oluna bilər.  Əgər xüsusi tədbirlər görül-

məzsə, istənilən  şəraitdə elmi-texniki inqilab əxlaqa, mənəvi tərbiyəyə 

müsbət təsir göstərdiyi dərəcədə  də, mənfi təsir göstərmək imkanına ma-

likdir. Keçid dövrdə bu imkan özünü çox aydın büruzə verir. Texniki tə-

rəqqi ilə gələn ziddiyyəti K.Marks çox gözəl şərh edir: «Bizim vaxtımızda 

hər şey elə bil ki, öz əksliyi ilə əvəzlənir. Texnikanın qələbələri elə bil ki, 

əxlaqi deqradasiya bahasına başa gəlir».

7

1

 



Müasir dövrdə texnika ilə  əxlaq arasındakı ziddiyyət, doğrudan da 

çox kəskindir. Lakin məsələyə daha ümumi şəkildə yanaşdıqda dərhal belə 

bir təbii sual ortaya çıxır. Texnika ilə əxlaq arasındakı əkslik bu iki tərəfin 

öz mahiyyətlərindən irəli gəlir, yoxsa bu tərəflər arasındakı əlaqəni təmin 

edən ictimai mühitdən asılıdır? 

Bu suala «hə» və «yox» – deyə qəti cavab vermək olmaz; bu halda 

məsələ öz düzgün həllini tapmamış olardı. Bir şey qəti məlumdur ki, baxı-

lan ziddiyyət texnikanın təbiətindən irəli gəlməyib, onun hansı ictimai qu-

ruluşda və necə tətbiq olunması ilə bağlıdır. Lakin bu heç də o demək de-

yir ki, texnika-əxlaq ziddiyyəti yalnız kapitalizm üçün səciyyəvi olub, so-

sializmdə heç cür təzahür etmir. Məsələ burasındadır ki, ictimai inqilab 

birdən-birə bütün ziddiyyətlərin aradan götürülməsi ilə nəticələnə bilməzdi 

və  məsələyə dialektik münasibət istənilən cəmiyyətin inkişaf prosesində 

nəzərdən keçirilməsini tələb edir. Cəmiyyət inkişaf etdikcə elmi-texniki in-

qilabın mənəviyyata mənfi təsir imkanlarının gerçəkliyə çevrilməsi daha 

çox məhdudlaşdırılır və əksinə, müsbət təsir imkanlarının reallaşması üçün 

geniş şərait yaradılır. 

                                                 

1

 К.Маркс и Ф.Энгельс, Сочинения, т. 12, с. 4 



Elm, texnika, şəxsiyyət 

 

 

 

613



 

Elmi-texniki inqilab konkret sosial şəraitdən asılı olaraq mənəviyya-

ta həm mənfi, həm də müsbət təsir göstərmək imkanlarına malikdir. Demə-

li, elmi-texniki inqilabın insana təsirini idarə etmək üçün istehsal üsulunun 

dəyişilməsi özlüyündə hələ kifayət deyil. Konkret sosial şəraitin dəyişdiril-

məsi lazımdır; həm də məhz elmi-texniki inqilabın qoyduğu tələblər baxı-

mından və hər bir mikromühitin spesifikasını, səciyyəsini nəzərə almaqla. 

Mütərəqqi cəmiyyətin üstünlüyü bunda deyil ki, bütün ziddiyyətləri, 

o cümlədən, texnika-əxlaq ziddiyyətini öz-özünə aradan qaldırır. Bu, 

mümkün deyil. Mütərəqqi cəmiyyətin, qabaqcıl təsərrüfat sisteminin üs-

tünlüyü kompleks proqramlar tərtib olunarkən, məsələn, elmi-texniki inqi-

labın iqtisadi səmərəsi ilə birlikdə, həm də sosial nəticələrini, o cümlədən, 

insan mənəviyyatına, əxlaqa təsiri də nəzərə almaqdadır. Məhz bu cür sosi-

al-iqtisadi-mənəvi kompleks proqramların hazırlanıb həyata keçirilməsi 

cəmiyyətin təkmilləşdirilməsi üçün mühüm şərtdir.

7

1



 

Beləliklə, texnikanın, elmi-texniki inqilabın mənfi əxlaqi təsir imka-

nlarını aradan qaldırmağın  ən düzgün üsulu onları ört-basdır etmək yox, 

üzə çıxarmaq, dərk etməkdir. 

Elmi-texniki inqilabın mənfi təsir imkanlarına, məsələn, aşağıdakıla-

rı nümunə göstərmək olar: 

1. Elm və texnikanın bütün əmək sahələrinə və məişətə nüfuz etməsi 

nəticəsində insan mənəviyyatında rasional və intellektual meylin üstünlük 

təşkil etməsi və  mənəviyyatın ümumi ahənginin pozulması təhlükəsi. La-

kin rasional düşüncə tərzinin hakim kəsilməsi, böyük arzu və idealların, ali 

duyğuların, saf emosiyaların, məhəbbət hissinin quru məntiqi analizlə, 

«sağlam düşüncə» ilə əvəz olunması – əxlaqi tənəzzül, mənəvi deqradasiya 

təhlükəsi. 

2. Əmək bölgüsünün sürətlənməsi, dar ixtisaslaşma, əməyin diferen-

siasiyası  nəticəsində  fərdin bütövlüyünün aradan qalxması  təhlükəsi. 

K.Marks elmdən və müasir texnikadan çox-çox uzaq olan ibtidai icma cə-

miyyəti dövründəki adamın yüksək elmi-texniki inkişaf səviyyəsinə malik 

kapitalizm dövründəki (hətta, ümumiyyətlə, müasir dövrdəki) adama nis-

bətən daha bütöv, tam bir fərd olduğunu söyləyirdi. Bunun səbəbini isə, 

hər şeydən əvvəl, əmək bölgüsündə görürdü. Belə ki, artıq hər bir şəxs öz 

                                                 

1

 Geniş bax: S.Xəlilov. Elmi-texniki, sosial-iqtisadi və mənəvi amillərin vəhdəti // Azər-



baycan kommunisti, oktyabr, 1985, s. 3-10. 

Elm haqqında elm 

 

 

 

614



fəaliyyətini bu fəaliyyətin məqsədi ilə  əlaqələndirə bilmir, əməyinin 

məhsulunu tam şəkildə təsəvvür edə bilmir, ideyadan onun texniki realiza-

siyasına qədər bütün mərhələləri keçmir. Onun fəaliyyəti hansı isə tamın 

bir hissəsi olduğu kimi, o özü də hansı isə tamın hissəsinə çevrilir. Əmək 

bölgüsü ilə, texnikanın tətbiqi ilə bağlı olan bu proses müstəqil milli dövlət 

quruluculuğu dövründə öz-özünə aradan qalxmır. Cəmiyyətin təkmilləşdi-

rilməsi və müstəqil dövlət quruculuğu prosesində qarşıda duran vəzifələr-

dən biri də, məhz nə vaxtsa itirilmiş olan bütövlüyünü insana qaytarmaq-

dır. Təbii ki, bunun üçün əmək bölgüsündən, iri maşınlı sənayedən imtina 

etmək yox, elmi-texniki inqilabın açdığı asudə vaxt imkanından səmərəli 

və məqsədyönlü surətdə istifadə etmək nəzərdə tutulur. 

3. Müasir texnikaya əsaslanan istehsalatda, bir tərəfdən, fəaliyyətin 

monotonluğunun, iş prosesindəki yekrəngliyin, digər tərəfdən də, zehni 

əməyin və məsuliyyət hissinin artması ilə psixoloji gərginlik şəraitinin ya-

ranması. Bu meyli aradan qaldırmaq və ya heç olmazsa, zəiflətmək üçün, 

əvvəla, əməyin inteqrasiyasına, eyni işçinin bir neçə yaxın ixtisasa yiyələn-

məsi və vaxtaşırı olaraq işini dəyişməsinə, işə yaradıcı münasibətin inkişaf 

etdirilməsinə, ikincisi, əməyə və onun nəticəsinə şüurlu münasibət aşılan-

masına nail olmaq lazımdır. Burada şəxsiyyətin, işçinin mənəvi bütövlüyü 

onun fiziki və psixoloji gərginliyi ilə əlaqədar olan çətinlikləri kompensa-

siya etməli olur. 

4. Urbanizasiya, iri şəhər və sənaye mərkəzlərinin yaranması, kənd 

adamının  şəhərə  gəlişi, təbii ünsiyyətin süni ünsiyyət vasitələri ilə  əvəz 

olunması, İnsan-Təbiət münasibətinin İnsan-İkinci təbiət, İnsan-İnsan mü-

nasibətinin İnsan–Texnika–İnsan münasibəti tərəfindən sıxışdırılması və s. 

bu kimi dəyişikliklər nəticəsində əxlaq normaları və «fərdi mənəvi keyfiy-

yətlərin keçirdiyi təbəddülat. Ənənəvi əxlaq təsəvvürləri ilə yeni normalar 

arasında ziddiyyətin yaranması. Bu məsələdə ümumi çıxış yolu, vahid re-

sept söyləmək çox çətindir və konkret sosioloji tədqiqatlara böyük ehtiyac 

vardır. 


5. Hər şeyin adiləşməsi, dərk olunan və əlçatan olması, insanı hey-

rətləndirə biləcək hadisələrin azalması, insanın təbiətə məftunluğunun təbi-

ət üzərində hakimiyyət hissi ilə  əvəz olunması, maddi vasitələrin gücünə 

inamın artması, onların hər şeyə qadir olması fikrinin mənəvi idealları sı-

xışdırması təhlükəsi. Bu təhlükənin qarşısını almaq maddi şəraitin dəyişdi-

rilməsindən daha çox, tərbiyə vasitələrinin yeni tələblərə şəkildə qurulma-



Elm, texnika, şəxsiyyət 

 

 

 

615



 

sından, ideya-siyasi tərbiyə işinin təkmilləşdirilməsindən, incəsənətin bədii 

təsir gücünün artırılmasından və s. asılıdır. 

Müəyyən ümumiləşdirmə aparsaq, elmi-texniki tərəqqinin  əxlaqa, 

mənəviyyata mənfi təsir imkanlarının aradan qaldırılması yollarını üç əsas 

istiqamətdə qruplaşdırmaq olar: 

1. Elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata, məişətə tətbi-

qinin layihələşdirilməsi zamanı mümkün mənfi nəticələri qabaqcadan nə-

zərə almaq. 

2. Elmi-texniki tərəqqinin zəruri mənfi təsirlərini başqa vasitələrlə 

(din, əxlaq, incəsənət və s.) kompensasiya etmək. 

3. Mənəvi tərbiyənin elmi-texniki tərəqqinin tələblərinə müvafiq 

olan yeni, intensiv metod və formalarını hazırlamaq və onun kütləviliyini 

artırmaq məqsədi ilə elmi-texniki tərəqqinin açdığı imkanlardan istifadə 

etmək. 

Eyni bir texniki yeniliyin müxtəlif nəticələr doğura bildiyini daha 



konkret şəkildə göstərmək üçün, məsələn, elmi-texniki inqilabın nailiyyət-

lərindən biri olan televiziyanın əxlaqa və ümumiyyətlə, insan mənəviyya-

tına təsir imkanlarını nəzərdən keçirək. 

Əvvəllər insan əxlaqı yalnız onun yaşadığı konkret ictimai mühitin 

(həm makro, həm də mikromühitin) təsiri ilə, həmin mühitdə hakim olan 

əxlaq normaları ilə müəyyən olunurdu. Hər bir fərdin irsi keyfiyyətləri ilə 

şərtlənən potensial əxlaqi meyl real ictimai mühitin təsiri ilə bu və ya digər 

üstün istiqamət  əldə edirdi. Lakin televiziyanın təsiri ilə insanın yaşadığı 

konkret ictimai mühit sanki genişlənir və insanın əxlaqi keyfiyyətləri təkcə 

öz mikromühitinin təsirindən yox, həm də televiziya proqramlarının məz-

munundan asılı olur. Burada biz bir daha elmi-texniki inqilabın insana 

müxtəlif təsir imkanlarının şahidi oluruq. Lakin bu təsirin xarakteri texni-

kanın öz təbiətindən, tutaq ki, televizorun quruluş və keyfiyyətindən asılı 

deyil. Bu təsirin istiqaməti həmin texniki vasitənin hansı məqsəd üçün isti-

fadə olunmasından asılıdır. İstənilən cəmiyyətdə televiziyanın əxlaqa təsi-

rindən başqa, mənfi təsir imkanlarından da danışmaq mümkündür. Bu isə, 

görünür, ilk növbədə məişət şəraitinin və müasir texnikanın hər halda məh-

dudluğu ilə bağlıdır. Belə ki, adamların yaş dövrlərini və inkişaf səviyyələ-

rini nəzərə alan müxtəlif televiziya proqramlarının hazırlanması və onların 

eyni vaxtda paralel şəkildə translyasiya olunması və ailənin müxtəlif üzv-

lərinin istədikləri proqrama baxmaq üçün müxtəlif televizorlardan istifadə 


Elm haqqında elm 

 

 

 

616



etməsi mümkün olmadıqda istər-istəməz hamı eyni bir proqrama tamaşa 

edir. Bu zaman isə eyni bir veriliş müxtəlif yaş qruplarına mənsub olan və 

müxtəlif səviyyələrə malik adamlara tamamilə müxtəlif istiqamətdə  təsir 

edə bilər. 

Digər tərəfdən də, televiziya proqramlarının tutulmasında buraxılan 

kiçik bir qüsur və ya subyektiv amil mənəvi tərbiyə işinə olduqca ciddi zi-

yan verə bilər. Məsələn, «ağladan yanında otur, güldürən yanında yox» 

hikməti unudulduqda, məzhəkələrə, ucuz gülüş vasitələrinə,  şit yumora 

həddindən artıq yer verildikdə televiziya gənclərdə həyata ciddi münasibə-

tin, fəal həyat mövqeyinin, mübariz keyfiyyətlərin formalaşmasına pis təsir 

göstərmiş olur. Yaxud gəncləri «dünya mədəniyyəti» ilə tanış etmək kimi 

çox xeyirxah niyyət, əgər bu, xüsusi profilaktik tədbirlərlə müşayiət olun-

mazsa, ideologiya süzgəcindən keçirilməzsə, bayağı mədəniyyətin və əxla-

qın təbliği kimi səslənə bilər və ümumi inkişaf səviyyəsi aşağı olan, hələ 

əqidə yetkinliyi əldə etməmiş gənclərin əxlaqi deqradasiyasına gətirib çı-

xara bilər. 

Bəzən sual olunur ki, sosializm cəmiyyəti şəraitində yetişən gənclər 

arasında mənəvi kasıblıq, əxlaq pozğunluğu və s. mənfi keyfiyyətlərə nəyə 

görə  hələ  də rast gəlinir? Axı,  əxlaq ictimai şüur formalarından biridir, 

ictimai şüur isə ictimai varlığın inikasıdır. 

Bunu sosializm cəmiyyətində  hələ  də qalmaqda olan sosial ziddiy-

yətlərlə, ictimai varlığın özündə hələ tam yekcinsliyin əldə edilməməsi və 

s. ilə izah etmək təşəbbüsü, bizcə, birtərəfli olardı. Burada ən mühüm sə-

bəblərdən biri məhz elmi-texniki tərəqqinin ictimai mühiti «genişləndir-

mək» sahəsində açdığı imkanlardır, ilk növbədə televiziya və kinonun təsi-

ridir (habelə yenə də elmi-texniki tərəqqinin və sosial tərəqqinin yaratdığı 

maddi nemətlər bolluğu  şəraitində bir qrup gənclərin  şəxsi  əməksiz də, 

valideynin və ya kiminsə hesabına tam təmin olunmaq imkanıdır). 

Digər tərəfdən də, televiziya və kinonun bədii ədəbiyyat və teatrla, 

fotoqrafiyanın təsviri sənətlə rəqabəti və birincilərin texniki cəhətdən mün-

təzəm olaraq təkmilləşməsi sayəsində getdikcə daha böyük auditoriya qa-

zanması, ikincilərin olduqca mühüm və böyük mənəvi tərbiyə gücünün 

kölgədə qalmasına səbəb olur. Mükəmməl texnika vasitəsilə kiçik vaxtda 

böyük işlər görmək imkanı vaxta münasibəti dəyişir və elmi-texniki in-

qilab  şəraitində yaranmış psixoloji atmosfer adamları daha çox dərəcədə 


Elm, texnika, şəxsiyyət 

 

 

 

617



 

yığcam informasiya dalınca qaçmağa sövq edir, necə deyərlər, roman oxu-

mağa vaxt qalmır. 

Elmi-texniki inqilab şəraitində onsuz da gərilmiş əsəblər «başqaları-

nın» faciəsinə  şərik olmağa «dözmür», adamlar istər həyatda, istərsə  də 

sənətdə dərin fəlsəfi-psixoloji vəziyyətlərdən, gərgin dramatik səhnələrdən 

qaçır, düşünmək və həyəcanlanmaq tələb etməyən yüngül səhnələrə meyl 

edir. Nəticədə, insan faciə və dramın böyük mənəvi tərbiyə gücündən məh-

rum olur, komikliklə, eybəcərliklə müntəzəm kontakt onu mənən kasıblaş-

dırır, təsadüfi kənar təsirlərə qarşı daxili müqavimət qabiliyyəti azalır. İzti-

rablarsız, mənəvi təbəddülatlarsız  əxlaq normaları insan mənəviyyatının 

dərin qatlarına nüfuz edə bilmir, qəlbin hökmünə çevrilmir. Habelə, elmi-

texniki inqilabın bir tərəfdən, incəsənətin özünə, digər tərəfdən də, adamla-

rın incəsənətə münasibətinə  təsiri mənəvi tərbiyədə  də öz əksini tapmış 

olur. 

Bütün bu cəhətlərə baxmayaraq, elmi-texniki inqilabın əxlaqa təsiri 



əsasən müsbət istiqamətdə  səciyyələnir. Belə müsbət təsir imkanları 

aşağıdakı kimi qruplaşdırıla bilər: 

1. Elmi-texniki inqilab şəraitində ümumi elmi-mədəni səviyyənin 

yüksəlməsi, elmi dünyagörüşünün və nəticə etibarilə ali məqsəd, əqidə və 

s. əxlaqi keyfiyyətlərin formalaşması. Ümumi bilik səviyyəsi, elmi düşün-

cə tərzi əxlaqı bilavasitə dəyişdirməsə də, fərdi əxlaqla ictimai əxlaq ara-

sındakı, habelə fəaliyyətin motivi ilə nəticəsi arasındakı ziddiyyətin aradan 

qaldırılması üçün mühüm şərtdir. 

Elmi-texniki inqilab yalnız təbiətşünaslığı əhatə etmir, həm də icti-

mai elmlərin yüksək inkişaf tempi ilə  səciyyələnir.  İctimai həyat mürək-

kəbləşdikcə,  əmək və onun sosial-iqtisadi nəticələri arasındakı vasitəlilik 

artdıqca insanın öz əməli fəaliyyətinin nəticələrini dərk etməsi çətinləşir və 

daha fərdi  əxlaq insan fəaliyyətini birqiymətli  şərtləndirə bilmir. İnsanın 

istəyi, niyyəti ilə əməlləri, əməllərin real nəticələri arasındakı körpü – sağ-

lam şüur, empirik bilik, fərdi həyat təcrübəsi daha özünü tam doğrultmur, 

yəni daha etibarlı rabitəyə ehtiyac duyulur. Yeni dövrdə yüksək  əxlaqi 

keyfiyyətlərin, nəcib hiss və duyğuların həyata elmi münasibətlə, elmi-nə-

zəri biliklərlə vəhdəti tələb olunur. İctimai elmlər insanın əxlaqa keyfiyyət-

ləri ilə ictimai-iqtisadi fəaliyyətini düzgün əlaqələndirməyin  əsas  şərtinə 

çevrilir. Beləliklə, yaşadığımız cəmiyyəti və lokal ictimai həyat hadisələ-



Elm haqqında elm 

 

 

 

618



rini dərk etmək yalnız alimlər qarşısında duran problem olmayıb, həm də 

hər bir şəxsin mənəvi ehtiyacıdır. 

Lakin elmi axtarışların nəticələrini geniş kütlələrin istifadəsinə ver-

mək və hər bir adama elmi əsaslar üzrə fəaliyyət üçün imkan yaratmaq mü-

əyyən ciddi çətinliklərlə bağlıdır. Obyektiv, elmi həqiqəti açıb göstərmək 

və kütlələri buna inandırmaq (məhz inandırmaq, çünki başa salmaq üçün 

hamını mütəxəssis alim səviyyəsinə yüksəltmək lazım gələrsə) geniş təbli-

ğat vasitələri və kütləviləşdirmə fəaliyyəti tələb edir. Bu məsələdə də, küt-

ləvi informasiya vasitələri və onların təsir gücünü artırmaq imkanı baxı-

mından bir daha elmi-texniki inqilabın nailiyyətlərinə istinad edilməsi la-

zım gəlir. 

Ümumi elmi-mədəni səviyyənin yüksəlməsi fəhlələrin ictimai-siyasi 

fəallığını, mənəvi yetkinliyini artırmaq baxımından əxlaqi tərəqqinin müs-

bət amili kimi çıxış edir. 

Lakin kapitalizm cəmiyyətində bu müsbət təsir ümumi ictimai miq-

yas kəsb etmir və ən başlıcası, hakim əxlaq normalarında öz əksini tapmır. 

Nəticədə, bir tərəfdən, elm və texnikanın yüksək inkişaf tempi ilə  əxlaqi 

tənəzzül arasında, digər tərəfdən də, mənəvi aləmdə intellektual səviyyə ilə 

əxlaqi səviyyə arasında kəskin ziddiyyət yaranır. Görkəmli fizik, atom sila-

hını yaradanlardan biri P.Oppenheymer yazır: «Avtomatlaşdırmada, hesab-

lama texnikasında və kosmosun tədqiqində böyük tərəqqiyə nail olsaq da, 

əxlaqi-mənəvi tərəqqiyə nail ola bilməmişik».

7

1

 Bu gün elm və əxlaqın in-



kişaf tempi arasında optimal nisbət yaradılması bir problem kimi qalmaq-

dadır və buna görə də, bəzi tədqiqatçıları həmin problemin qoyuluşuna eti-

raz etməsi, bizcə, əsassızdır. 

2. Elmi-texniki inqilabın açdığı böyük imkanlar sayəsində asudə 

vaxtın getdikcə daha da artması, bundan şəxsiyyətin hərtərəfli inkişafı 

üçün, o cümlədən, mənəvi tərəqqi naminə istifadə edilməsi. 

İnkişaf etmiş cəmiyyətlərdə iş şəraitinin elə yaxşılaşdırılması, əmə-

yin elə təşkili nəzərdə tutulur ki, ictimai faydalı əmək, iş prosesinin özü in-

sanların mənəvi tərəqqisinin vasitələrindən, amillərindən birinə çevrilir. 

Lakin bununla belə, mənəvi tərəqqi əməli fəaliyyətin yeganə məqsədi ol-

madığından, burada istər-istəməz iqtisadi səmərə ilə hesablaşmaq lazım 

gəldiyindən və istehsalatda hər bir işçinin fərdi xüsusiyyətlərini nəzərə al-

                                                 

1

 П.Оппенгеймер. Наука и культура // Наука и человечество, М., 1964, с. 53. 



Elm, texnika, şəxsiyyət 

 

 

 

619



 

maq mümkün olmadığından mənəvi inkişafın daha ardıcıl və intensiv su-

rətdə həyata keçirilməsi üçün asudə vaxtın açdığı imkanlar daha böyükdür. 

Məlumdur ki, iş vaxtında, həmin işin xüsusiyyətindən asılı olaraq 

insan bu və ya digər istiqamətdə (üstün istiqamət) daha çox dəyişilir. Onun 

hərtərəfli inkişafını, müxtəlif keyfiyyət aspektləri arasındakı ahəngdarlığı 

təmin etmək üçün hər şəxsin asudə vaxtı elə bölünməlidir ki, üstün istiqa-

mət kompensasiya edilə bilsin. Elmi-texniki inqilab şəraitində fəaliyyət sa-

hələrindən çoxu adamların intellektual inkişaf səviyyəsini daha çox yük-

səltdiyindən, xüsusi tədbirlər görülməzsə, ahəngdar inkişaf həmin istiqa-

mətdə pozula bilər; mənəvi və estetik inkişaf səviyyəsi intellektual səviyyə 

ilə müqayisədə geridə qalar. Bunun qarşısını almağın ən yaxşı yolu isə, el-

mi-texniki inqilabın təsiri ilə getdikcə artmaqda olan asudə vaxtdan məhz 

bu məqsədlə istifadə edilməsidir. Asudə vaxtın strukturunun hər bir kon-

kret şəraitə uyğun surətdə müəyyənləşdirilməsi və burada mənəvi tərbiyə 

məsələlərinin, insanın mənəvi inkişafına təsir edə biləcək bütün amillərin 

nəzərə alınması da məhz müasir dövrdə təşəkkül tapan yeni elm sahələri-

nin (məsələn, erqonomika, sosial psixologiya, mühəndis psixologiyası, 

əməyin və asudə vaxtın elmi təşkili, texniki estetika və s.) sayəsində müm-

kündür. 


Asudə vaxtdan səmərəli istifadə olunması insanın mənəvi tərəqqisi 

və ümumiyyətlə, hərtərəfli inkişafını elə bir səviyyəyə çatdıra bilər ki, bu, 

həmin adamı tamamilə yeniləşdirər və bu yenilik insanın iş fəaliyyətində, 

yaradıcılığında da öz əksini tapmış olar. Asudə vaxt insanları özgə subyek-

tə çevirir və o sonradan bilavasitə istehsal prosesinə məhz bu özgə subyekt 

kimi daxil olur. Artıq daha yüksək keyfiyyətlərə malik olan adamın isteh-

sala yenidən gəlişi ilə isə istehsalat qarşısında, onun texniki səviyyəsi qar-

şısında yeni tələblər qoyulur – İnsanın əldə etdiyi yeni yüksək mənəvi key-

fiyyətlər onu daha məsuliyyətli vəzifələrin icrası üçün hazırlamış olur. 

Bəs elm və texnika həmişə insanın qarşısına onun yeni imkanlarına 

uyğun yeni vəzifələr qoya bilirmi? Elmin inkişaf tempi insanın mənəvi 

imkanlarının artması tempi ilə ayaqlaşa bilirmi? 

Bu sual, göründüyü kimi, elmi tərəqqi ilə  mənəvi tərəqqinin inten-

sivlikləri arasındakı münasibətə dair yuxarıda qoymuş olduğumuz sualın 

tam əksidir. Cəmiyyətin inkişafının müəyyən mərhələsində mənəvi tərəq-

qinin elmi tərəqqini qabaqlaması  və onun daha yüksək sürətlə inkişafı 

üçün obyektiv şərait yaratması imkanı ortaya çıxır. 


Elm haqqında elm 

 

 

 

620



3. Elmi və texniki nailiyyətlərin bütün həyat sahələrinə nüfuz etmə-

si, məhsuldar qüvvələrin sürətli inkişafı sosialist həyat tərzinin formalaş-

masına müsbət təsir göstərir ki, o da öz növbəsində ictimai və fərdi əxlaqın 

tərəqqisinə təkan verir. 

4. Yeni texniki nailiyyətlərin mənəvi tərbiyə  işinin təşkilinə  tətbiq 

edilməsi, mənəvi tərbiyə vasitələrinin kütləvilik dərəcəsinin artması, etik 

biliklərin daha böyük miqyasda yayılması  və s. də elmi-texniki tərəqqi 

sayəsində mümkün olur və onun müsbət təsir imkanlarına aiddir. 

İnsanın mənəvi kamilliyi onun əməli fəaliyyəti ilə bilavasitə bağ-

lıdır. Daha doğrusu, mənəvi keyfiyyətlər məhz  əməli fəaliyyətdə  təzahür 

edir ki, onun da ən mühüm tərkib hissələrindən biri peşə fəaliyyəti, ixtisas 

sahəsindəki işdir.  Əxlaq yalnız insanlararası münasibətlə  məhdudlaşmır, 

buraya İnsan–Cəmiyyət–İnsan münasibətləri də daxil olur. İnsan-Cəmiyyət 

münasibətləri isə hər bir şəxsin cəmiyyətdə, ictimai həyatda tutduğu möv-

qe ilə, o cümlədən, onun ictimai-faydalı əməyi ilə şərtlənir. Ona görə də, 

elmi-texniki tərəqqinin əxlaqa, insanın mənəvi simasına təsirindən danışar-

kən insanın  əməli fəaliyyətini, onun bu sahədəki mənəvi xüsusiyyətlərini 

və burada baş verən dəyişiklikləri, meylləri nəzərə almaq lazımdır. 

K.Marks şəxsiyyətin tərbiyəsində üç əsas istiqaməti qeyd edir: əqli, 

fiziki və texniki. Burada üçüncü istiqamət, texniki təlim, istehsalın  əsas 

prinsipləri etmək vərdişlərini əhatə edir. Müasir dövrdə elmi-texniki inqila-

bın doğurduğu nəticələrdən biri də əqli tərbiyə ilə texniki təlimin bir-birinə 

sıx surətdə yaxınlaşmasıdır. Bu yaxınlaşma «əqli tərbiyə» anlayışında əha-

tə olunan intellektual tərbiyəyə aid olmaqla bərabər, mənəvi-əxlaqi tərbi-

yəyə də aiddir. Belə ki, müasir şəraitdə mürəkkəb texniki sistemlərin idarə 

olunması işində əmək vərdişlərindən daha çox, bir tərəfdən, elmi biliklərə 

yiyələnmək, digər tərəfdən də yüksək əxlaqi keyfiyyətlərə malik olmaq tə-

ləb olunur. Məsuliyyət hissi, intizamlılıq keyfiyyəti insanların əməli fəaliy-

yətinin əsas aparıcı qüvvələri sırasına daxil olur. 

Müasir dövrdə  əxlaqın konkret formalarından biri İnsan–Texnika–

İnsan münasibətlərində təzahür edir. Başqa sözlə, insanlararası münasibət 

texnika ilə vasitələnir və bu zaman müasir texnikaya necə, hansı səviyyədə 

yiyələnmək və ondan hansı məqsədlə istifadə etmək insanın mənəvi key-

fiyyətlərindən də asılı olur. Burada mənəvi idealla, insanın arzu və istəkləri 

ilə texnikanın hansı məqsəd üçün istifadə olunması arasında əlaqə yaranır. 

Elmi-texniki tərəqqi müasir dövrdə insanlara, onların taleyinə, həyat 



Elm, texnika, şəxsiyyət 

 

 

 

621



 

mövqeyinə  və  nəticə etibarilə  həm də  əxlaqına, mənəvi keyfiyyətlərinə 

qlobal problemlər vasitəsilə  də  təsir göstərir. Qlobal problemlər dedikdə 

miqyasca bütün planeti əhatə edən, bütövlükdə bəşəriyyətin taleyi ilə bağlı 

olan, hər bir ölkəni, hər bir xalqı, hər bir insanı düşündürməli olan prob-

lemlər nəzərdə tutulur. Bunlara ilk növbədə Yer üzərində sülhün təmin 

edilməsi – müharibə və sülh problemi, cəmiyyətin təbiətə dəyişdirici təsiri-

nin məqsədəuyğun surətdə idarə olunması – ekoloji problem, planetimizdə 

əhalinin artması, ailə-məişət münasibətlərində baş verən geniş miqyaslı də-

yişikliklər – demoqrafik problem, tükənməkdə olan enerji mənbələrinin 

yeniləri ilə  əvəz edilməsinə ehtiyac – energetik problem və s. aiddir. Bu 

problemlər istər bilavasitə, istərsə  də bilvasitə elmi-texniki tərəqqi ilə, 

onun necə tənzim olunması və hansı səmtə yönəldilməsi ilə bağlıdır. 

Bu gün bütün dünyanın tərəqqipərvər adamları böyük insan adının 

layiq olduğu mövqeyi müdafiə etməli, yalnız yaşadıqları ölkənin, mənsub 

olduqları ictimai-iqtisadi quruluşun mənafeyini deyil, həm də bütövlükdə 

cəmiyyətin, bəşəriyyətin taleyini düşünməli, öz böyük mənəvi borclarını, 

insanlıq borclarını yerinə yetirməlidirlər. Məhz bu cəhət, hadisələrin qlobal 

miqyas alması ilə  əlaqədar olaraq düşüncə  tərzinin, mənəvi məsuliyyətin 

də qlobal miqyas alması müasir dövrün başlıca səciyyələrindən biridir. 

Əgər bir tərəfdən elmi-texniki tərəqqi bəşəriyyət qarşısında qlobal prob-

lemlər qoyursa, o biri tərəfdən, elmin inkişafı, elmi dünyagörüşünün for-

malaşması, əsrlərin miras qoyduğu zəngin elmi-mədəni sərvətlərə yiyələn-

miş olan insanın yüksək mənəvi kamillik səviyyəsi bu problemləri məhz 

insan mənafeyi baxımından, humanist mövqedən həll etməyə imkan verir. 

İnsan-Təbiət qarşılıqlı  təsirində  də elmi-texniki tərəqqinin təsiri ilə 

elə ziddiyyətlər ortaya çıxır ki, onların həlli ümumbəşəri mənəvi məsuliy-

yətlə cilovlanan ciddi münasibət tələb edir. Əxlaq bir daha İnsan-İnsan 

münasibətlərinin çərçivəsindən kənara çıxır və İnsan-Təbiət münasibətləri 

qlobal ekoloji problemlərin təsiri ilə insanın, bəşəriyyətin taleyinə  təsir 

göstərməklə  İnsan-Təbiət-İnsan münasibətlərinə çevrilir. İnsan ilə  təbiət 

arasındakı münasibətin qlobal miqyas alması qarşıya yeni əxlaqi problem-

lər qoyur, insan fəaliyyətini məhdudlaşdıran mənəvi qadağanların sayı 

artır. 


İnsan amilinin rolunun artması, onun təkcə öz konkret fəaliyyət sa-

həsində deyil, beynəlxalq aləmdə baş verən hadisələr miqyasında fəallıq 

göstərməsi, dünyəvi problemləri dərk edərək onlara şüurlu münasibət bəs-


Elm haqqında elm 

 

 

 

622



ləməsi, təkcə öz mənsub olduğu sinfin deyil, həm də bütövlükdə bəşəriy-

yətin mənafeyini nəzərə alması insanın mənəvi tərəqqisi prosesində yeni 

keyfiyyətli pillədir. Elmi-texniki tərəqqi insanın təbiətlə qarşılıqlı münasi-

bətdə maddi fəaliyyət imkanlarını, «fiziki» gücünü artırdığı kimi, düzgün, 

kurs götürdükdə, humanist əhval-ruhiyyə ilə  tərbiyə olunduqda insanın 

mənəvi gücünü də artırır və ümumi ahəng, harmoniya yenə də təmin edil-

miş olur. 

İnsan özünü hələ dünyadan, təbiətdən ayırmadığı vaxtlarda o, bütöv 

idi. Özünü təbiətə qarşı qoyduqca, ayrıldıqca bu, bütövlükdə boş sahələr 

yaranmağa başladı. Və bu boşluq insanın zehni və  əməli fəaliyyəti ilə 

əsrlər boyu damla-damla yeni məzmun, yeni mahiyyətlə doldurulmuş oldu. 

Dünyanı bir küll halında duyan, hiss edən insan onu rasional düşün-

cə ilə anlamaq üçün hissələrə ayırdı. Bütöv dünya parça-parça oldu, hadi-

sələr toplumuna çevrildi. İnsanın məni də parçalandı və yenidən parçalar-

dan, hissələrdən rekonstruksiya olundu. Pozulmuş intuitiv ahəngin yeni ra-

sional ahənglə  əvəzlənməsi üçün neçə-neçə minilliklər  ərzində insanın 

rasional quruculuq fəaliyyəti lazım gəldi. 

Rasionallaşma, dünyaya seyrçi münasibət, dünyanın məntiqi dərki 

insanı özündən ayırıb, bütövlüyündən məhrum edib, təbiətin, maddi dün-

yanın qoynuna atdı. Mifik dünya, əsrarəngiz dünya, poetik dünya buz kimi 

soyuq ağlın təmasından çatladı, hissələrinə ayrıldı. Və hissi idrakın tələblə-

rinə uyğun olaraq insan miqyası ilə müqayisə olunacaq lokal tədqiqat sahə-

lərinə ayrıldı. Bu sinkretik sahələr də öz növbəsində duyğu orqanlarının 

fiziki-fizioloji qavrama imkanlarına uyğun rakurslara bölündü. 

Bu bölünmə hissi idrakın hökmü ilə həyata keçirildi. Yenidən bütöv-

ləşmək, ayrı-ayrı parçaları və rakursları vahid ortaq məxrəcə gətirmək, his-

sələrin arxasında tamı görmək, hissi obrazların arxasında həqiqəti sezmək 

və nəhayət, haçandan haçana bütövlükdə dünyanın elmi mənzərəsini yarat-

maq uğrunda idrak mücadiləsi neçə min illər  ərzində davam etdi. Lakin 

insan yenə də bütövləşə bilmədi. 

Bir insanın rasional quruculuq fəaliyyətindəki məhdudluq, lokallıq 

bütövlüyün əldə olunması naminə daha çox insanın birgə fəaliyyətinin, da-

ha doğrusu, fəaliyyətlərinin birləşməsini tələb edirdi. Sivilizasiya bu missi-

yanı da öz üzərinə götürdü. 

İnsanların intellektual fəaliyyətinin cəmiyyət miqyasında birləşdiril-

məsi… Əməli fəaliyyət sahəsindəki səylərin birləşdirilməsi, əmək bölgüsü 



Elm, texnika, şəxsiyyət 

 

 

 

623



 

və bölünmüş əməli fəaliyyətlərin inteqrasiyası, birgə yaradıcılıq səyləri ilə 

yaranan elmi nəzəriyyələr, kəşflər və onların tətbiqinin nəticəsi olan texni-

ki qurğular, maşınlar, sex, manufaktura, fabrik, zavod, avtomatlaşmış is-

tehsal müəssisələri… 

İnsan idrakı ilə bölünmüş  təbiətin insan ideyaları  əsasında yenidən 

birləşməsi və ikinci təbiətin yaranması. Bütün bu fəaliyyətlərin, bütün bu 

intellektual yaradıcı proseslərin subyekti insandırmı? Yoxsa bəşəriyyət?! 

Bəli, ümumbəşərilik sivilizasiyanın mahiyyətindədir. Bəşəriyyət hə-

lə özünü bir tam kimi tanımadığı dövrlərdən, qeyri-aşkar şəkildə ayrı-ayrı 

fərdlərin fəaliyyətinin arxasında dayanaraq maddi istehsal prosesini, elmi-

texniki tərəqqini, informasiyanı, sivilizasiyanı yaradırdı. 

Düzdür, bir çox hallarda bu böyük ictimai birlik, bu böyük ümu-

mbəşəri qüvvə məhz planet miqyasına gəlib çatmamış, lokal və regional si-

vilizasiyalar mövcud olmuşdur. Lakin bizcə, onların da subyekti yarımçıq 

cəmiyyətlər yox, məhz bəşəriyyət özüdür. 

Əlbəttə, ictimai hadisələrin miqyası böyüdükcə, onları hansı isə bir, 

bütöv ideyanın maddi təcəssümü kimi izah etmək çətinləşir. Kiçik miqyas-

lı hadisələri sonradan müəyyən ideya istiqamətində düzmək və bütövlükdə 

tarixin məqsədini onun ayrı-ayrı parçalarının timsalında seyr etmək nisbə-

tən asandır. Lakin bütöv tarixi prosesi sivilizasiya kontekstinə salmaq və 

intellektual texnoloji quruculuq prosesi ilə ictimai hadisələr, tarix səhnələri 

arasında  əlaqə yaratmaq və bütün bunların vahid ideya əsasını müəyyən 

etmək, əlbəttə, çətindir. Lakin bu, çox önəmlidir. Bəşəriyyət bundan sonra 

hara gedəcəyini dərk etmək üçün buna qədər hansı ideya əsasında inkişaf 

etdiyini mütləq anlamalıdır. 

Biz bütövlükdə bəşər tarixini bütün lokal sivilizasiyaları əhatə edən 

bu geniş  əhatəli prosesi məzmununa uyğun olaraq qlobal sivilizasiya 

adlandıracağıq.  İdeya müəllifi və icraçısı bütövlükdə  bəşəriyyət olan bu 

proses ayrı-ayrı fərdlərin və lokal ictimai qrupların, millətlərin, dövlətlərin 

neçə min illər  ərzində göstərdikləri məqsədyönlü fəaliyyətlərin vektorial 

cəmi kimi ortaya çıxır. 

Çağdaş mənada qloballaşma da, şübhəsiz, qlobal sivilizasiyanın əha-

tə etdiyi müxtəlif yönümlü, müxtəlif çeşidli, müxtəlif ömürlü proseslərdən 

biridir. Qlobal sivilizasiya qloballaşmadan fərqli olaraq həmçinin qlobal 

problemləri də əhatə edir. Ekologiyanın ayrı-ayrı lokal problemlər çərçivə-

sində yox, bəşər tarixi kontekstində, insanın mahiyyəti kontekstində nəzər-


Elm haqqında elm 

 

 

 

624



dən keçirilməsi də məhz qlobal sivilizasiya çərçivəsində mümkün olur. 

Məhz qlobal sivilizasiyanın bəşəriyyətin ideya təcəssümü kimi nə-

zərdən keçirilməsi yenidən insanın mahiyyəti probleminə, həyatın mənası 

probleminə və həqiqi böyük fəlsəfi problematikaya qayıdışı da şərtləndir-

miş olur. 

Uzun bir dövr ərzində ayrı düşmüş  mənəviyyatla texnogen cəmiy-

yət, mədəni-mənəvi dəyərlər sistemi ilə maddi-texniki sistemlər, fərdi-mə-

nəvi yaşantılarla ictimai-siyasi proseslər, adi insani xoşbəxtliklə planetar 

vətəndaşlıq məsuliyyəti, nəhayət ki, eyni bir ortaq məxrəcə, eyni baxış 

müstəvisinə gətirilir. «Bəşəriyyətin uşaqlıq çağı» olan antik dövrdə olduğu 

kimi, yenidən mikrokosmun makrokosmla əks əlaqəyə girməsi, özünü rasi-

onal dünyada, süni təbiətdə itirmiş insanın yenidən özünü tapması üçün ax-

tarışlar gedir. Modernizm rasionalizmi, postmodernizm modernizmi inkar 

edir, elm qanadlarında özündən çox uzaqlara uçmuş insan yenidən özünə 

qayıtmaq istəyir. Lakin bu qayıdış mümkün olacaqmı? Və olacaqsa, nəyin 

qanadları üzərində? Yenə elminmi? Yoxsa sənətin, poeziyanın, yoxsa yeni 

bir dinin? Yoxsa həm elmi, həm bədii, həm dini düşüncəni ehtiva etmək 

iqtidarında olan fəlsəfənin?! 

XX əsrin əvvəllərində neopozitivizm, tənqidi rasionalizm, linqvistik 

analiz elmi konsepti ilahiləşdirərək metafizik düşüncəni və ümumiyyətlə 

fəlsəfəni oyundan kənar hala salsalar da, indi bəşəriyyət yenidən məhz fəl-

səfəyə möhtacdır. Elmin saldığı düyünləri açmaq üçün insan ruhunun tə-

fəkkürün fövqündə dayanan gizli qüdrətinə ehtiyac vardır. Həm də bu fəl-

səfə nəinki elmin fövqündə olmalı, hər cür naturfəlsəfələrin, hər cür rasio-

nalizmin, elm fəlsəfəsinin və elmiləşmiş fəlsəfələrin fövqündə durmalıdır! 

 


 

 

 



 

 

 



 

 

 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin