Elm, texnika, şəxsiyyət
581
ki, bilavasitə düzəltmədilər; onda belə deyək: bütün müasir silahlar alimlə-
rin kəşfinə istinad etməklə ixtiraçılar, konstruktorlar və mühəndislər tərə-
findən düzəldilmirmi? Və bu işlərin arxasında ümumbəşəri bir elmi fəaliy-
yət sistemi dayanmırmı? Və bu qlobal sistemin formalaşmasında bir çox
günahsız ölkələrin günahsız alimlərinin payı da yoxdurmu?
Nəyə görə bu aydın həqiqətləri görə-görə insan yenə də bu təhlükə-
lərin «səbəbkarına» pənah aparır, onun ətəyinə sığınır? Doğrudanmı hər
bir çətinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran
səbəbin özündə axtarmaq lazımdır?
Hər halda bir şey aydındır ki, insan yaradıcılığının ən ecazkar məh-
sulu olan elm getdikcə insandan uzaqlaşır və öz yaradıcılığından asılı ol-
mayan müstəqil qüvvəyə çevrilir. İndi elmin kimin əlində olmasından çox
şey asılıdır. Böyük Füzuli elə bil bu gün üçün demişdi: «Elm pis adamların
əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad
əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək de-
məkdir».
7
1
Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli»
elmə daha tez yiyələnmişdir. Tarixin təkərini geri döndərmək, elmi «fəsad
əhlinin» əlindən geri almaq mümkün deyil. Ona görə də qarşıda duran bö-
yük vəzifə heç olmazsa, bu gün kamal əhlinin elmə daha böyük sürətlə yi-
yələnməsi və inkişaf səviyyəsinə görə «fəsad əhlini» qabaqlamasıdır. Elm
yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar ki, onun ön cəb-
həsi etibarlı əllərdə olsun.
Elmin ön xəttinə çıxmaq üçün isə ilk növbədə onu mənimsəmək
tələb olunur.
Elm yalnız məntiqi-qnoseoloji strukturu baxımından müstəqil xarak-
ter daşıyır. Elmi fəaliyyətin təşkili, elmin sosial aspektləri isə ictimai quru-
luşun xarakteri ilə şərtlənir. Belə ki, müasir cəmiyyətdə elmi işçilərin əksə-
riyyəti (xüsusi təmin olunmuş bir qrup alimləri çıxmaq şərtilə), öz maddi
mövcudluğunu təmin etmək naminə işləyir, öz arzusundan asılı olmayaraq,
yalnız firmanın, sahibkarın mənafeyinə uyğun olan istiqamətdə fəaliyyət
göstərir ki, bu da həmin elmi işçilərin hərtərəfli inkişaf imkanını aradan
qaldırmış olur.
İnkişaf etmiş ölkələrdə elmi işçilərə yaradıcılıq azadlığı verilir, onla-
rın kifayət qədər asudə vaxtlarının qalması təmin edilir, oturaq həyat tər-
1
Л.Н.Кошкин. Время больших дел, с. 192.
Elm haqqında elm
582
zinin mənfi fiziki təsirlərinə qarşı tədbirlər görülür; elmi idarələrdə idman
komplekslərinin istifadəyə verilməsi, ekskursiyalar, fəal istirahətin təmin
edilməsi və s. bu məqsədə xidmət edir.
Başqa sahədə çalışan adamlar iş müddəti başa çatdıqdan sonra şəxsi
həyatları, ailələri, istirahətləri ilə məşğul olurlar. Elm adamı isə öz işindən
heç vaxt tam ayrıla bilmir. Düşüncələrini həmişə özü ilə gəzdirməli olur .
Nəticədə alimin işdən kənar vaxtdakı həyatı başqa adamlarınkından
fərqlənir.
Alim adi adamlar kimi dərd-sərsiz, xoşbəxt həyat yaşaya bilməsi
üçün əlavə səy göstərməlidir. Bu əlavə səy, əlavə enerji beyinin elmi yük-
dən azad olmasına, “boşaldılmasına» sərf olunur. Amma buna heç də hə-
mişə müyəssər ola bilmir. Elmi metodlarla düşünmək vərdişi çox vaxt ən
adi məsələlərə münasibətdə də insanı dolayısı yollarla aparır və bəzən qə-
ribəlik təəssüratı yaradır. Şairlər emosiyanallığın çoxluğundan normadan
kənara çıxdığı kimi, alimlər də rasionallığının çoxluğu ilə diqqəti cəlb
edirlər.
Elə alimlər vardır ki, elmi yaradıcılıq həyatını adi məişət həyatından
ayırmağa, qəribəlikləri ram etməyə və böyük elm adamı olmaqla yanaşı,
cəmiyyətdə və məişətdə də normal adam kimi həyat sürməyə müvəffəq ola
bilirlər. Bunun üçün professional düşüncənin, analitik təfəkkürün baş alıb
getməsinə imkan verməyən, yeri gəldikdə onları cilovlaya bilən, kompen-
sasiya edən adi insani müdriklik və bədii-estetik təfəkkürə malik olmaq
lazımdır. Lakin hər alimdə bu olmur.
Rasional düşüncə tərzinin hakim kəsilməsi və insanlarda müqəddəs
duyğuların, böyük arzu və idealların, nəcib insani keyfiyyətlərin quru mən-
tiqi analizlə, rasionalizmlə əvəz edilməsi – əxlaqi tənəzzül təhlükəsi yara-
dır. Bu hadisə ən çox gənc nəslin kütləvi mənəvi deqradasiyası kimi təza-
hür edir. Məsələn, ali məqsədin, nəcib duyğuların olmaması, primitiv hiss-
lərin, maddi-fizioloji mahiyyətdən doğan arzu və istəklərin gəncliyə hakim
kəsilməsi ailə böhranının, pornoqrafiyanın, narkomaniyanın, neofaşizmin
və s. bu kimi meyllərin geniş yayılmasına gətirib çıxarır. Doğrudur, bu ha-
disələrin sosial səbəbləri də vardır, lakin burada ilk stimul kimi məhz ra-
sionalizm mütləqiyyəti çıxış edir. Belə ki, əvvəla, həmin hərəkatlar hamısı
müəyyən «elmi əsaslara» malikdir. Bu «nəzəriyyəçilərin» cəmiyyətin
ümumi inkişaf qanunauyğunluqlarına istinad etmədən, praktikada sınanıl-
mış fəlsəfi nəzəriyyələrə və ideoloji prinsiplərə əsaslanmadan, yalnız ayrı-
Elm, texnika, şəxsiyyət
583
ayrı konkret mühakimələrə istinad edərək və yalnız müəyyən qrup hadisə-
lər üçün səciyyəvi olan elmi qanunauyğunluqları mütləqləşdirərək «dünya-
nı dəyişdirmək» xülyasına düşmələri nəticə etibarilə heç bir ictimai bəhrəsi
olmayan kortəbii axına çevrilir, dünyanı dəyişmək həvəsi isə hansı isə
xırda, formal dəyişiklik «təskinliyi» ilə əvəz olunur. Vaxtilə xippilər hərə-
katına qoşulan gənclər tezliklə əmin olmağa başladı ki, cəmiyyəti dəyiş-
mək modanı dəyişməkdən qat-qat çətin imiş; insanlar arasında yeni müna-
sibətlər yaratmaq saç düzəltməyin yeni üslubunu yaratmaq qədər sadə bir
iş deyilmiş. İkincisi, «cəmiyyəti dəyişmək» həvəsi bu «nəzəriyyəçilərdə»
heç də cəmiyyətin sosial-iqtisadi quruluşunu dəyişmək ideyası şəklində de-
yil, elmi-texniki tərəqqinin, rasionalizmin yaratdığı dözülməz atmosferə
qarşı «üsyan» kimi təzahür edir. Yəni, yuxarıda sadalanan gənclik hərəkat-
ları heç də təkcə rasional düşüncə tərzinin insan mənəviyyatına birtərəfli
təsirinin nəticəsi olmayıb, həm də və daha çox dərəcədə həmin rasionalizm
atmosferinin (bu atmosfer əslində industrial cəmiyyətin müəyyən spesifik
cəhətləri ilə birləşərkən bu cür dözülməz olur) doğurduğu sıxıntıya qarşı
çıxmaq cəhdinin nəticəsidir. Bu problemləri kor-koranə surətdə, bu sıxıntı-
nın, dözülməzliyin əsil səbəblərini aşkar etmədən, onları aradan qaldırma-
ğın elmi yollarını müəyyənləşdirmədən həll etmək mümkün deyil. Azadlıq
obyektiv ictimai qanunauyğunluqları dərk etmək, gerçəkliyin özünü dəyiş-
dirmək sayəsində əldə olunur. Heç nəyi dəyişmədən «ürəyim necə istəyir,
elə də yaşamalıyam» hökmündən çıxış etməklə azadlığa çatmaq olmaz. Bu
cür azadlıq üçün «köhnə» adət-ənənəyə, valideynlərə, milli köklərə üsyan
“tələb olunur”. Qloballaşma yolunu tutanlar bu cür asan əldə oluna bilən
azadlığı gəncliyə «bağışlamağa» hazırdır.
Yaxşı təşkil olunmuş demokratik ölkələrdə gəncliyin başını qatmaq,
onu inqilabi mübarizədən yayındırmaq ehtiyacı olmadığından, gəncləri
«rasionalizm mütləqiyyəti» təhlükəsindən, idealsız, ali hisslərsiz yaşamaq
– bəsit həyat sürmək həvəsindən ayırmaq, onlara nəcib duyğular aşılamaq
sahəsində xüsusi işlər görülür. Guya elm və texnikanın inkişafı ilə emosio-
nal həyatın xalis intellektual həyatla, hissi əxlaqın «rasional əxlaqla» əvəz
olunmasının zəruriliyini göstərən fikirlər qəti şəkildə təkzib edilir. Lakin
bununla belə, sosioloji tədqiqatlar göstərir ki, hətta demokratik quruluşlu
ölkələrdə də vaxtında tədbirlər görülmədikdə rasionalizm artıq dəbdən
düşmüş «Don Kixotluq» üzərində qələbə çalır, hadisələrə əxlaqi borc, vic-
dan mövqeyindən deyil, «bu hadisədə iştirakım mənim üçün nə kimi fayda
Elm haqqında elm
584
və ya ziyan gətirər?» məntiqi ilə yanaşmaq halları da getdikcə artır.
XX əsrin sonu, XXI əsrin əvvəllərində Qərbdə rasionalist düşüncə
tərzinə qarşı çıxışlar xeyli çoxalmış, azadlıq və müxtəliflik axtarışları bu
sahəyə də müdaxilə etmiş və alternativ düşüncə və həyat tərzləri yaradıl-
mışdır. Bəli, məhz yaradılmışdır. Çünki proseslərin təbii gedişi, sosial-iqti-
sadi həyatın, ictimai mühitin təsiri, aşağıdan dəyişilmə bir şeydir, fəlsəfə-
nin dəyişməsi, yeni ideologiyaların yaranması və bunun kütlələrə yuxarı-
dan təlqin edilməsi başqa bir şeydir. Rasionalizmi saxlamaqla onu klassik
bədii düşüncə ilə, ənənəvi gözəllik duyğusu ilə kompensasiya etmək, ney-
trallaşdırmaq bir şeydir, onu kökündən sarsıtmaq, irrasional düşüncə tərzi
aşılamaq, reallığın özünü inkar etmək, bəzən hətta dəyişiklik naminə də-
yişmək başqa bir şeydir.
Postmodernizm məhz nəyin bahasına olursa-olsun ənənədən uzaq-
laşmaq təşəbbüsləri kimi görünür. Onun «fəlsəfi əsasları» da əslində fəlsə-
fənin əsaslarını dağıtmaq, metafizik düşüncəni ümumiyyətlə inkar etmək
üzərində qurulmuşdur. Əvvəlcə sənətdə yayılan impressionist, sürrealist,
avanqardist baxışlar tədricən düşüncə tərzinə sirayət etmiş, postmoderniz-
min bir çox istiqamətləri bədii yaradıcılıqla yanaşı fəlsəfi fikrə də təsir
göstərmiş, ənənədən uzaqlaşmaq bir çox insanlar üçün arzuolunmaz haldan
məqsədə çevrilmişdir. Əsrlər boyu əqldən instinktə, ruhdan nəfsə en-
məkdən xilas arayan insan indi bunu müasirlik, inkişaf ölçüsü kimi dəyər-
ləndirməyə başlamışdır. Dəyişiklik, yeniləşmə dalğası artıq meyarların
özünü də hədələməyə başlamışdır. Osvald Şpenqlerin “Avropanın süqutu”,
Patrik Byukenenin “Qərbin ölümü” əsərlərindən sonra indi Qərb fəlsəfi
fikrində postmodernizmə bir reaksiya yaranmışdır.
7
1
Bəlkə də Qərb bunun
üçün yetişmişdir. Bizim bu düşüncə və həyat tərzinə uyğunlaşmaq cəhdi-
miz hələ yetişmədən, kal-kal dərilmək kimi bir şeydir.
Bu meyllər, daha doğrusu, onların surroqatları bütün cəmiyyət miq-
yasında yayılır və mövcud ictimai psixologiyanın ayrılmaz komponentinə
çevrilir. Buna görə də, həmin meyllərin mənfi təsirlərinin neytrallaşdırıl-
ması sahəsində aparılan iş də kütləvi miqyas daşımalıdır.
Biz hələ rasionalizmin inkarı yox, kompensasiyası mərhələsini
1
О. Шпенглер. Закат Европы. Очерки морфологии мировой истории. В 2-х томах,
М., «Мысль», 1998; Ж.Липовецки. Эра пустоты. Эссе о современном индивидуализ-
ме. СПб., Изд-во «Владимир Даль», 2001; Патрик Дж. Бьюкенен. Смерть Запада. М.,
АСТ, 2003;
Elm, texnika, şəxsiyyət
585
yaşamalıyıq. Əksinə, biz hələ Qərbin rasional düşüncə üzərində qurduğu
dəyərləri yetərincə mənimsəmədiyimizdən, ilk işimiz məhz bu mərhələni
tamamlamaqdan ibarət olmalıdır.
Belə bir fikir geniş yayılmışdır ki, biz öz mənəviyyatımızı, mədəni-
mənəvi dəyərlərimizi qorumağa çalışmalıyıq, Qərbdən isə ancaq onların
elmi-texniki dəyərlərini, müasir texnologiyaları götürmək lazımdır. Bu, ilk
baxışda çox optimal bir metoddur, amma eyni zamanda, çox sadəlövh bir
fikirdir. Yəni əslində bunu o zaman etmək olar ki, söz sahibi sən özün ola-
san. Yəni nəyi vermək və nəyi almaq məsələsini də özün müəyyənləşdirə-
sən. Halbuki baxılan halda qüvvətlər nisbəti Qərbin xeyrinə olduğuna görə,
verən də, alan da Qərb özüdür. Yəni o bizə nəyi vermək istəyirsə, onu da
verir və bizdən nəyi almaq istəyirsə onu da alır. İndi gəlin, məsələyə Qər-
bin gözü ilə baxaq və anlamağa çalışaq ki, Qərb üçün nə daha sərfəlidir? ...
Bəli, bizim mədəni-mənəvi dəyərlərimiz bir üstünlükdür və Qərb bu-
nun qiymətini bilir. Və Qərb bizə öz elmi-texniki nailiyyətlərinin, sənaye
məhsullarının müəyyən bir qismini verməklə əvəzində bizim malik oldu-
ğumuz yeganə sərvəti almaq istəyir.
Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru transfer etmir.
O, həm də televiziya verilişlərinin məzmununu və internet vasitəsilə ötürü-
lən informasiyanın məzmununu müəyyən edir. Qərb bizim maraq dairəmi-
zi də, zəif cəhətlərimizi də bizdən daha yaxşı bilir. Çünki bizi kənardan və
məqsədyönlü surətdə seyr edir.
Təsadüfi deyil ki, bizim ümumi məhsuldan, dünya sivilizasiyasından
daha çox pay götürmək iddialarımız həmişə tərsinə çevrilir. Nəyi isə əvəz-
siz almaq ancaq illüziyadır. Elmi-texniki sahədə aldıqlarımızın bədəlini
sən demə mənəviyyatımızla ödəyirmişik.
Elmi-texniki inqilab, postindustrial cəmiyyət dövrünün doğurduğu
rasionalizmin, intellektualizmin emosional mənəvi həyatı sıxışdırmaq təh-
lükəsi fəlsəfi ədəbiyyatda etik şüurun daha ətraflı tədqiq olunması və əxlaq
normalarının məntiqi idrak pilləsində dərk olunması ilə onun psixik tələbat
formasına keçməsi, emosional-psixoloji pillədə qərarlaşması arasındakı
fərqin geniş təhlil edilməsinə ehtiyac yaratmışdır.
Emosional aləmin bütün əzəmət və zənginliyini qoruyub saxlamaq
üçün ən təsirli amillərdən biri incəsənətdir. Lakin bəzən incəsənət «könüllü
olaraq» elmə təslim olmaq mövqeyi tutur, incəsənətin özü ifrat rasiona-
lizmlə zənginləşir. Hətta o dərəcədə ki, poeziyanın da intellektuallaşma-
Elm haqqında elm
586
sından, musiqinin də rasionallaşmasından söhbət gedir. Maks Veber Qərb
həyatının bütün sahələrinin rasionallaşması kontekstində musiqidə yaranan
yeni tendensiyaları nəzərdən qaçırmır və 1910-cu ildə yazdığı “Musiqinin
rasional və sosial əsasları” adlı məqaləsində polifoniyanın yaranmasında
rasional düşüncənin rolundan bəhs edir. O, ümumiyyətlə rasional amillə-
rin, rasional texnologiyanın, rasional hüququn, hətta bütövlükdə rasional
ruhun kapitalizm cəmiyyətinin formalaşmasında rolunu yüksək qiymətlən-
dirir və gündəlik həyatın rasionallaşmasından, rasional iqtisadi etikadan
söhbət açır.
7
1
Rasionalizmin, intellektualizmin mənfi təsirinə məruz qalmış əsərlər
əsasən müasirlik, elmi-texniki inqilabla səsləşmə kimi qələmə verilir. La-
kin bütövlükdə mütərəqqi incəsənətin məqsədi, yuxarıda artıq qeyd etdiyi-
miz kimi, bizdə hələ yeni-yeni yayılmaqda olan rasionalist mənəviyyat tər-
zini gücləndirməkdən deyil, kompensasiya etməkdən, neytrallaşdırmaqdan
ibarət olmalıdır.
Əlbəttə, bu heç də o demək deyil ki, müasir dövrdə incəsənətin, bə-
dii ədəbiyyatın məqsədi elə yalnız rasionalizmə və texnisizmə qarşı müba-
rizə aparmaqdan, bu meylləri bütövlükdə və tamamilə təkzib etməkdən
ibarət olmalıdır. Bu cür kəskin münasibət özü də qüsurludur; rasionalizmə,
texnisizmə qapılmaq birtərəfli mövqe olduğu kimi, onu tamamilə inkar et-
mək, ona düşmən münasibəti bəsləmək də birtərəfli mövqedir və qüsurlu-
dur. Texnisizmə düşmənçilik münasibətinin qərarlaşması bir daha göstərir
ki, biz texnokrat düşüncəyə təslim olmaq istəməyəndə, tam əks qütbdə da-
yanmağa, yəni inkarçı mövqedə durmağa daha çox meylliyik. Halbuki op-
timal mövqe bu iki qütbün arasında olmalı, həm texnoloji yeniliklərin icti-
mai həyata və düşüncəyə təsirini, həmdə humanitar düşüncənin getdikcə
artan rolunu nəzərə almalıdır.
Elm və texnikaya münasibətin hər iki kənar halı, ya təslimçilik, ya
tam inkar mövqedən çıxış edilməsi yolverilməzdir. «Qızıl orta»nın tapıl-
ması üçün hər cür ifratçılıq istisna edilməlidir. Yeni dövrün incəsənətin-
dən, mövzu baxımından müasir problemlərə uyğunlaşmaqla yanaşı, öz
mahiyyətinə sadiq qalmaq tələb olunur.
1
M.Weber. General Economic History. New Jersey, 2003, p. 354; M.Weber. The
Rational and Social Foundations of Music. Carbondale, IL. Southern Illinois University
Press. 1958, pp. 3-11.
Elm, texnika, şəxsiyyət
587
İnsanı düşündürən (məntiqi yolla) sənətdən, intellektual poeziyadan,
rasionalist nəsrdən, tapmaca rəsmlərdən daha çox, həmin problemlərin
emosional həllini verən, insanların biliyini artırmaq deyil, hisslərini hərə-
kətə gətirmək, tərbiyə etmək vəzifəsini qarşıya qoyan incəsənətə – əsil
incəsənətə bu gün daha böyük ehtiyac vardır.
İnsanın mənəvi keyfiyyətləri təkcə hissi yox, həm də məntiqi idrak
pilləsinin məhsuludur. Hər hansı xasiyyət, əxlaqi keyfiyyət emosional və
rasional idrak komponentlərinin qarışığı kimi ortaya çıxır. Həm də rasional
komponentin payı nə qədər çox olsa, xarakter həmin istiqamətdə bir o
qədər dayanıqlı olar. Lakin nəyin yaxşı, nəyin pis olduğunu bilmək, hər
hansı keyfiyyətin məziyyətini və ya qüsurunu şüurlu surətdə dərk etmək
hələ insanın öz real fəaliyyətində bunu rəhbər tutacağına dəlalət etmir.
İnsanın ardıcıl məqsədəuyğun fəaliyyəti üçün təkcə ağıl kifayət deyil,
bunun üçün həm də ideya inamı, möhkəm əqidə lazımdır.
Lakin kor-koranə surətdə insanda qəti müəyyənləşmiş əqidə forma-
laşa bilməz. Cəmiyyətin obyektiv inkişaf qanunlarını bilmədən, mürəkkəb
ictimai hadisələrin gedişindən baş çıxarmadan, əxlaq normalarına ardıcıl
surətdə əməl etmək mümkün deyil.
Həyat mövqeyi təkcə hiss və emosiya ilə, instinkt və kortəbii vərdiş-
lərlə müəyyən edilərsə, deməli, o hələ fəal həyat mövqeyi deyildir. Bu hal-
da həyat mövqeyi dayanıqlı olmaz, situasiyaların dəyişməsindən, hissi-
emosional vəziyyətlərdən asılı olaraq insanın konkret şəraitlərdə tutduğu
mövqe də dəyişər, ardıcıl, prinsipial xarakter daşımaz.
Həyat mövqeyinin dayanıqlı olması, ən çətin şəraitdə belə insanın öz
həyat idealına sadiq qalması, əxlaq normalarından kənara çıxmaması üçün
onun əqidə və idealının şüurlu surətdə və elmi əsaslar üzrə formalaşması-
nın böyük əhəmiyyəti vardır. Sadəcə olaraq mühitə uyğunlaşmaq deyil,
mühiti öz həyat idealına uyğunlaşdırmaq mövqeyi yalnız qəti elmi müddə-
alarla möhkəmləndirilmiş olan əqidə sayəsində, fəlsəfi dünyagörüşünün
formalaşması sayəsində mümkündür.
Elmi-texniki tərəqqi sayəsində istehsal vasitələri inkişaf edir, keçmiş
primitiv texniki vasitələr, maşınlar indi yeni, mükəmməl maşınlarla əvəz
edilir, istehsalın avtomatlaşması prosesi getdikcə sürətlənir. Belə bir şərait-
də istehsal sahəsində çalışan adamlar qarşısında da yeni tələblər durur.
Hətta ofis işi də yeniləşir. Köhnə iş vərdişləri daha heç nəyə yaramır. İndi
hər yerdə, kompüterlə, yeni texniki vasitələrlə işləməyi bacaran, internet
Elm haqqında elm
588
xidmətindən istifadə edə bilən adamlar lazımdır. Bununla əlaqədar olaraq
bir sıra yeni imkanlar açılır və habelə prinsipial çətinliklər yaranır. Yeni el-
mi kəşflərin tətbiqi, yeni texnika növlərinin istifadəsi sayəsində işçilərin
vəziyyəti nəinki yaxşılaşmır, əksinə, işsizlik getdikcə artır. Müasir elmi-
texniki inqilab üçün səciyyəvi olan mexanikləşdirmə və avtomatlaşdırma
hadisələri külli miqdarda fəhlənin, personal kompüterlər isə bir çox idarə
və dəftərxana işçilərinin əməyini maşın ilə əvəz etməyə imkan verir ki, bu
da təsərrüfatın plansız xarakteri ucbatından kütləvi işsizliyə gətirir. İndus-
trial cəmiyyətdə şərait elədir ki, insan avtomat qurğuları idarə etməklə in-
tellektual aspektdə inkişaf etmək əvəzinə, həmin avtomatın mexaniki əla-
vəsinə çevrilir və müstəqilliyini daha çox dərəcədə itirmiş olur. İstehsalın
avtomatlaşdırılması heç də yalnız fiziki əməyin yüngülləşməsinə xidmət
etmir; burada hər şey elə qurulur ki, insanın fiziki imkanlarından, əmək qa-
biliyyətindən maksimum istifadə olunsun. Yeni texniki qurğunun, maşının
istehsal prosesinə daxil edilməsi o deməkdir ki, sahibkar istehsalın həcmini
artırarkən işçilərin nisbi sayını azaltmağa və hər bir işçinin daha çox əmək
sərf etməsinə nail olur.
Elm və texnikanın sürətli inkişafı cəmiyyətin daxili ziddiyyətlərini
kəskinləşdirir, məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı əks-
liyi daha da gücləndirmiş olur. İri inhisarlar arasındakı rəqabət texniki tə-
rəqqinin planlı təşkilinə, böyük miqyaslı texniki islahatlar keçirilməsinə
imkan vermir.
İnsanların mənəviyyatının, xarakterinin formalaşmasında, onların
sağlamlığında, fiziki inkişafında, habelə cəmiyyətə və təbiətə münasibətin-
də, estetik zövqünün, mənəvi oriyentasiyasının müəyyənləşməsində ixtisa-
sın, peşə vərdişlərinin, əməyin xarakterinin doğrudan da böyük rolu vardır.
İnsanın tərbiyəsində onun ömrünün çox hissəsini təşkil edən əmək fəaliy-
yətinin təsirini nəzərə almamaq olmaz. K.Marks tərbiyənin üç aspektini
fərqləndirirdi. Birincisi, zehni tərbiyə. İkincisi, fiziki tərbiyə; gimnastika
məktəblərində və hərbi təlimlərdəkinə müvafiq mənada. Üçüncüsü, bu gün
istehsal proseslərinin əsas prinsipi ilə tanışlıq yaradan və eyni zamanda
uşağa, yaxud yeniyetməyə hər cür istehsalın sadə alətləri ilə davranmaq
vərdişləri verən texniki təlim.
7
1
Texniki təlimə bu qədər böyük əhəmiyyət verilməsi, onun məhz
1
К.Маркс и Ф.Энгельс, Сочинения, т. 16, с. 198.
Elm, texnika, şəxsiyyət
589
tərbiyənin bir sahəsi kimi qeyd edilməsi, əqli və fiziki tərbiyə aspektləri ilə
yanaşı qoyulması heç də təsadüfi deyil. Minimal zəruri bilik və yeni texni-
kaya uyğun əmək vərdişləri qazanmadan, heç bir şəxs elmi-texniki tərəqqi
dövründə özünə layiqli yer tuta bilməz. Müasir dövrdə bütün həyat sahələ-
rinə nüfuz etmiş kompüter texnikasından, heç olmazsa onun əsas prinsiplə-
rindən baş çıxarmadan hərtərəfli inkişaf haqqında heç söhbət də ola
bilməz.
Adamların əmək vərdişlərinə yiyələnməsi böyük tərbiyəvi əhəmiy-
yətə malikdir; bu gün insanın texniki dünyaya inteqrasiyası onun bir insan
kimi formalaşması üçün zəruri şərtdir.
Təkcə elm sahəsində deyil, həm də istehsal sahəsində çalışan şəxs-
lərin ümumi intellektual inkişaf səviyyələrinin artması, onların elmi-texni-
ki biliklərə yiyələnməsi dövrün mühüm tələblərindən biri hesab olunur.
Təsadüfi deyil ki, İ.N. Sizemskaya müasir mərhələdə “əməyin intellektual-
laşmasından” bəhs edir.
7
1
Amma təkcə intellektual inkişaf tələbi yetərli de-
yil. Müasir sənaye obyektlərində işçilərin fiziki və intellektual inkişaf sə-
viyyələri ilə yanaşı, mənəvi keyfiyyətləri də xüsusi önəm kəsb edir. Mü-
rəkkəb texniki qurğulardan istifadə etmək üçün təkcə elmi-texniki biliklər
kifayət deyil; burada məsuliyyət hissinin və fəhmin də xüsusi rolu vardır.
Elmi-texniki inqilabın istehsalata tətbiqində belə bir ziddiyyətli cə-
hət vardır; bir tərəfdən fəhlələrin elmi-texniki biliyi, ümumi məlumatlılıq
səviyyəsi artır, digər tərəfdən də texniki qurğular o dərəcədə mürəkkəbləşir
ki, onlardan xüsusi mütəxəssis olmayan adamın baş çıxarması qeyri-müm-
kün olur. Fəhlə texniki qurğuların, avtomat sistemlərin yalnız idarə olun-
ması qaydasını bilir. Təsadüfən avtomat sistem xarab olsa, onu yalnız mü-
təxəssis təmir edə bilər. Bir sözlə, texniki qurğunu, avtomat sistemləri ida-
rə etmək, tənzimləmək və onların quruluşundan baş çıxarmaq tamamilə
başqa-başqa şeylərdir. Məsələn, ən müasir, mürəkkəb quruluşlu televizor-
ları heç bir elmi biliyi olmayan kiçik yaşlı uşaqlar da idarə edə bilir. Onun
quruluşundan isə yalnız mütəxəssis-texnik (usta) baş çıxarır. Əslində usta
da yalnız televizoru təmir etmək üçün lazım olan minimal praktik biliyə
malikdir. Televizorun fəaliyyət prinsipləri, burada istifadə olunan hadisələ-
rin elmi təbiəti ona bəlli deyil. Bunları yalnız həmin sahədə çalışan kons-
1
И.Н. Сиземская. Человек и труд: условия гармонии иразвития. М., Политиздат,
1981, с. 86.
|