Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə15/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   11   12   13   14   15   16   17   18   ...   52
Buy, sən haranın itisən, haraya hürürsən? (V. Babanlı)
Püf, qadam mənə bəxtəvər deyənlərin ürəyinə. (V. Babanlı)
Bir fakt çox maraqlıdır ki, qadın danışığı bəzi leksik fərqlərdən, yəni emotiv-ekspressivlikdən başqa, həmçinin zahiri ifadələrlə də çox fərqlidir. Məs., kişi danışarkən jestlərdən çox istifadə edir. Ancaq mimikasını, yəni üz cizgilərini, göz qaşını oynadıb - tərpətmir, qadın belə imkanı qətiyyən əldən vermir. O istəyir ki, qəşəng danışmaqla yanaşı, həm də gözəl təsir bağışlasın. Deməli, qadınlar, xüsusən qızlar danışa-danışa özünü istədib ürəklərə yol açıb, qarşısındakının inamını qazanmaq istəyirlər. Bu xüsusiyyətinə görə qadın söz, səs və görünüş - ifadə tərzinə görə çox güclü, təsirli məxluqdur. Teatr tamaşalarında, kinoda, xüsusən pantomimada və səssiz kinoda qadın obrazını yaratmaq kişi obrazından qat-qat çətindir.
Kişilər nitqində, rəsmi söhbətlərə, çox zaman lovğalı sərgüzəştlərə, əyləncəli söhbətlərə tostlara, təriflərə, andlara, şüarçılığa, adi və həmçinin qəzəbli anlarında söyüşlərə meylli olduğu halda, qadınlar adi vəziyyətdə ailə-məişət, övlad haqqında söhbətlərə, qeybətə, yamanlamalara, yalvarışlara, alqışa, qəzəbli vaxtda isə qarğış, nifrinə bağlıdırlar.
Kişilər ailə-məişət, övlad, həyat yoldaşı haqqında söhbət aparmağı sevmirlər. Bu da onların üzərində mental tabunun asıldığından xəbər verir. Yəni "Kişi evin sözünü bayırda danışmaz!!!" fikri nəsildən-nəslə ötürülür. Əlbəttə, həmin fikir qadın üçün olsa da, o, emosional varlıq kimi bu qaydanı içdiyi and kimı poza bilir. Kişi və qadın qarşılıqlı olaraq, lənət, yamanlamalardan istifadə etdiyi halda, qürurlu məxluq kimi kişi üçün qarğış etmək qadağası var. Deyirlər ki, kişi qarğış etsə, o, övladı tutar Amma ana qarğışı alqışdır. Belə ki arada ana südü durur, o, qarğışın təsirinə imkan vermir.
Çox zaman qadınlar - analar qara qüvvələrdən, pis gözdən qorunmaq inancına görə balasını və ya çox sevdiyi, xoşladığı adamı öz dili ilə yaman sözlərlə "öldürüb-məhv edir", "şikəst edir" ki, ona "nazik - görünməz" dünyanın qara-qurası tutmasın, həmin adam ziyan çəkməsin. Məs: "Ölmüş nə gözəl oxuyur"; "Başıbatmış yazığın biridir", "Külbaş özünə gün ağlaya bilmir", "Gözüçıxmış (canıyanmış) yaman ağıllı baladır".
Aşağıda bir neçə qarğış və alqış veririk: "Boynunu yerə soxum"; "Öləsən səni"; "Başın batsın" (qarğış). "Ağ günlü, çörəkli olasan"; "Səni görüm, xoşbəxt olasan"; "Su üzünə həsrət olmayasan"; "Şirininə acı qatılmasın", "Neyləyim, necə eləyim deməyəsən" lqış).
Kişinin söyüşünün əksi olan yalvarışlar əsasən qadın nitqinə daxildir: "Dərdin ürəyimə"; "Evim-eşiyim sənə qurban"; "Gözün çıxçın", "Qadası"; "Boyuna-buxununa qurban"; "Bibin sənə qurban"; "Nənən ölsün". (Maraqlıdır ki, bəzi qarğışlarda 11 şəxsin təkini 1 şəxsin təki ilə əvəz etidikdə yalvarış yaranır: "GözÜN çıxsın - GözÜM çıxsın", "ÖləSƏN qabağımda - ÖlÜM qabağında", "DərdİM ürəyİNə - DərdİN ürəyİMə").
Qadın dilində frazeologizmlərdən daha çox istifadə olunur, çünki bunlar "yoğrulmuş" - hazır emosional, ekpressiv materialdır: (Elə buna görə kişi frazeologizmlərdən az istifadə edir).
Töhfə - Töhfənin canı da sizə qurban, bağı da, qadası. (M.İbrahimov)
Töhfə - Ala, yerə girəsən elə. (M. İbrahimov)
Fatmanisə - Xoş halımıza, xalqınkılar getdikcə ipək olur, bizimki də köpək. (M.İbrahimov)
Fatmanisə - Ay aralıqda qalmış, mənim gül kimi qızıma ləkə vurma.
Hürü - Danışsana, qoca kaftar. (M. İbrahimov)
Qadın suallardan, təkrardan çox istifadə edir.
O gədəynən də bərk cici-bacı olubsan ? (V. Babanlı)
O, bir oğlan olmuşdu, bir oğlan olmuşdu ki... (Azəri nağılları)
O, buradakı qocalardan da qocadır. (Azəri nağılları)
Əhməd, ay Əhməd. (danışıqdan)
Kişi emotiv olmasın deyə, "Əhməd" xitabı ilə kifayətlənərdi.
Kişinin qadınla müqayisədə dildən bədii-ədəbi material kimi istifadə faizi yüksəkdir.
Şifahi xalq ədəbiyyatına nəzər saldıqda kişi və qadın yaradıcılığı özünü xeyi fərqli göstərir.
Uşaq folkloru dedikdə, əslində Ə.Cəfərzadənin sözü ilə desək, "ana folkloru" ilə rastlaşırıq. Çünki gələcək nəsli bətndən tutmuş işıqlı dünyaya və oradan da ərsəyə sağlam, baxılmış şəkildə gətirən, birinci mənəviyyat müəllimi ANA olduğu üçün o, əvvəl-əvvəl balasına şirin nəğmələr oxuyur, laylalar çalır, əzizləmələr, oxşama - nazlamalar, böyüdükcə isə arzulamalar deyir. Məs.:
"Layla, beşiyim, layla, Evim, eşiyim, layla. Sən get şirin yuxuya, Çəkim keşiyin, layla. Layla, balam, a layla. Gülüm, layla, a layla" (layla) ;
"Tüstüsüz damlar, Sarı badamlar. Tənbəl adamlar Bu balama qurban" (oxşama);
"Tükəndi ahım, Yoxdur günahım. Balam böyüsün, Odur pənahım" (uşağın tez böyüməsi arzusu); "Altında xalça, Çalır kamança. On dənə xonça Gələr qızımçün" (nişan arzusu).
Ana təbiətinin balasını qada-bəladan qoruma xüsusiyyəti, uşağı qorxutmamaq xüsusiyyətləri əfsanəvi-sehrli deyil, realist- məişət nağılları yarada bilməsi gümanı yaradır.
Qadın - ana psixologiyası imkan verməz ki, uşağını qardaşların xəyanəti (məs.: "Məlik Məmməd"dəki kimi) ilə tanış edib, onun təmiz, yuxulu aləmini vaxtından qabaq oyatsın və ya qorxunc qüvvələr - divlər, cin-şeytan, ifritələrlə əsəblərini gərib-pozsun.
İri, ortahəcmli folklor janrlarının - dastan, lətifə, əfsanələrin yaradıcıları Azərbaycanda qədimdə ozan, dədə, varsaq, yanşaq adlanan aşıqlar, Avropada rapsodlar, minnezingerlər, şpilmanlar, Rusiyada skazitellər, Orta Asiyada və Qazaxıstanda akınlar - hamısı gəzər sinədəftər kişilər olmuşlar. Qadının bu cür olmasına ailə-məişət tələbləri, övlad böyütmə imkan verməmişdir. Odur ki kişi yaradıcı qüvvə, qadınsa hazır materialın, müasir dillə desək, mahir aranjmançısı və ifaçısıdır.
Ən qədim janr olan əmək, mərasim, mövsüm nəğmələri, sayaçı sözləri daha çox qadın psixologiyasına yaxın olduğu halda, qəhrəmanlıq nəğmələri, holavarlar kişi təbiətinə uyğun gəlir. Məs.: "Nənəm, a ağbaş qoyun, Qarlı dağlar aş, qoyun, Yağından plov olar, Quyruğundan aş, qoyun" (sayaçı sözləri); "Qara kəlim aranda Çıxar gün qızaranda.
Xodaq murada çatar Kəlindən bar alanda" (holavar).
Mahnılara gəldikdə, elə indinin özündə də şairlər əsasən kişi, ifaçıların əksəriyyəti isə qadındır.
Fala baxdırıb, bəxt, taleyi müəyyənləşdirən vəsfi-hal, ağılar da qadın psixologiyası-na yaxındır, qadın yaradıcılığı ilə bağlıdır: "Oturmuşdum səkidə, Ürəyim səksəkidə,
Üç qızıl alma gəldi Bir cümüş nəlbəkidə" (vəsfi - hal); "Əzizim, tikə-tikə, Doğrandım tikə-tikə Anan saçın yolur, Kəfənin tikə-tikə" (ağı).
Tapmacalar ağıl çevikliyüini yoxlamaq məqsədli, hədsiz məntiqli janr kimi kişi yaradıcılıq məhsulu ola bilər: "Bir tabaq almaz, Sabaha qalmaz" - ulduz
O ki qaldı atalar sözünə ad özü hər şeyi deyir. Yəni cəmiyyətdə böyük sözü - ata sözü çox vacibdir. Bax bu vasitə ilə - müdrik, həyat təcrübəsi hopmuş kəlamlarla cəmiyyətə kamil - məntiqi yol göstərilir. Məs.: "İşləməyən dişləməz"; "Yüz ölç, bir biç"; "Tək əldən səs çıxmaz"; "Əldən qalan əlli il qalar" ; "Dövlətdə dəvə, övladda nəvə".
Məsəllər, lətifələr də əsasən kişi obrazları ilə bağlıdır. Lətifələrin çoxu hazırcavab, zarafatcıl, ibrət dərsi verən Molla Nəsrəddinin adı ilə bağlıdır. Bundan başqa Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı kimi kişilər lətifə qəhrəmanlarıdır.
Xalq tamaşalarında da kişilərin mövqeyi üstündür.
Müştərək yaradıcılıq isə özünü əsasən bayatılarda, realist nağıllarda göstərir.
Sonda onu qeyd etmək istərdik ki, istər söz (şifahi və yazılı ədəbiyyatda), istər səs
(musiqi - onun bəslələnmə və ifasında), istərsə rəng və s. ilə bağlı kişi yaradıcılığı notla çalınan cansız musiqiyə bənzər. Kişi yaratdığını cana gətirmək üçün öz düyğularını qadın duyğuları tək dərindən kökləməli, yəni qəribə də, səslənsə, sanki özündən qadın hisslərini keçirməli, dərindən duyğulanmalıdır.
Çıxışda çalışdıq ki, dil və gender problemlərinin ən ümumi istiqamətlərini göstərək. Məqsədimiz ümumidən çıxış edərək xüsusi hallara diqqəti cəlb etmək idi. Ümidvarıq ki, sonrakı ayrı-ayrı istiqamətlər toxunulan məsələlərə daha dərindən aydınlıq gətirəcək.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin