133
qurusun deyə onu 100°C temperaturda 1 saat ərzində quruducu Ģkaflarda qurudurlar. Bitkinin
qabıqlarından hələ çox qədim dövrlərdən zəif iĢlədici kimi istifadə edilmiĢdir. Çar Rusiyasında
Amerikadan alınan mürdəĢər qabıqlarından iĢlədici dərman kimi istifadə edilirdi. Həmçinin Rusiya
ərazisində yayılmıĢ mürdəĢər qabıqlarını Avropa ölkələrinə ixrac edib xeyli qazanc əldə edirdilər.
Rus kommersantları Rusiya ərazisində yayılan qızılı mürdəĢərin qabıqlarını toplayıb,
anbarlarda bir il saxladıqdan sonra, Amerika mürdəĢəri adı altında öz dövlətlərinə artıq qiymətə
satarmıĢlar. Belə ki, yük daĢıyan fəhlələrdən biri bilmədən 1 tay yükü yerə salır. Bu zaman kisə
cırılır və xammal kənara səpələnir. Beləliklə, fırıldağın üstü açılır.
Xalq təbabətində mürdəĢərdən həzm sisteminin nizama salınmasında istifadə edilir.
Meyvə, kök və qabıq hissəsindən hazırlanmıĢ cövhəri mədə-bağırsaq xəstəliklərində,
qastritdə, bağırsaq sancmalarında tətbiq edilir.
Qabıq, budaq, yarpaq və meyvəsindən hazırlanan ekstrakt mürəkkəb tərkibli «Vikalin»,
«Bikaur» preparatlarına daxil edib, büzüĢdürücii, zəif iĢlədici vasitə kimi mədə və onikibarmaq
bağırsaq xəstəliklərinin müalicəsində iĢlədirlər. Bundan əlavə ekstrakt babasil əleyhinə və eləcə də
iĢlədici çayların tərkibinə daxil edilir.
Qızılağac mürdəĢərdən müalicə vasitəsi kimi Litva və Belarus xalqı qızdırmada,
Bolqarıstanda isə əsəb, piylənmə, Ģəkərli diabet, ekzema, revmatizm və bir sıra dəri xəstəliklərində
istifadə olunur. Qiymətli boyaq bitkisidir.
Dostları ilə paylaş: