Bədrəncdən müalicə preparatlarının hazırlanması. Ürək döyüntülərində, nevrozda, miqrenin aradan qaldırılmasında, yuxusuzluqda, depressiya zamanı.100 q doğranmıĢ təzə otundan götürüb 0,5 litr qaynar suya töküb 1 saat
dəmləyin. Sonra süzüb gündə 2-3 dəfə 10 gün ərzində 100 ml qəbul edin. 50 q doğranmıĢ otundan
götürüb 200 ml arağın üzərinə töküb 7 gün saxlayıb süzün. Cövhərdən gündə 3 dəfə 1-2 çay qaĢığı
qəbul edin.
Bronxial astma, öskürək, temperaturun yüksəlməsi zamanı. 20 q qurudulmuĢ bədrəncdən
götürüb termosa töküb 2 saat dəmləyin. Antiseptik, bəlğəmgətirici, istiliyi aĢağı salmaq üçün gündə
3-4 dəfə hər dəfə 1 stəkan qəbul edin. Bədrənc yağı ilə xəstənin döĢ və bel nahiyələrinə maz çəkin.
Qarın köpü, bağırsaq spazmalarının, aradan qaldırılmasında. Bədrəncdən götürüb
çaynikdə dəmləyin. Hər iki saatdan bir yarım litr bədrənc çayı için.