35
alınmıĢ Ģirə mədə xəstəliklərinin, qara ciyər iltihabının, sarılığın müalicəsində, eləcə də qızdırmanı
salan, qandayandırıcı vasitə kimi faydalıdır. Elmi təbabətdə xinin maddəsinin kəĢfinə qədər ondan
revmatizmin, böyrək xəstəliklərinin müalicəsində, bəzi vəzilərin ĢiĢməsinin qarĢısının alınmasında
geniĢ istifadə olunmuĢdur. Bunlardan baĢqa, söyüd qabığının külündən hazırlanan sirkəli məlhəm
ziyil götürən dərmandır. Onun kitrəsi isə göz xəstəliyinin müalicəsində mühüm əhəmiyyətə
malikdir. BədmüĢk söyüdünün çiçəklərindən alınan cövhər xalq arasında «piĢpiĢə arağı» adı ilə
məĢhurdur. Bitkidən ürək ağrısı zamanı və ümumiyyətlə, ürək xəstəliklərində damcı formasında
istifadə edilir. Son zamanlar alimlərimiz öyrənmiĢlər ki, ürək dərmanı kimi bitkinin baĢqa
hissələrinə nisbətən erkəkcik daĢıyan çiçəkləri daha səmərəlidir.
Ondan alınan preparatlar ürək fəaliyyətinin pozulması və nəbzin tez-tez vurması vaxtı
iĢlədilir. Son zamanlar söyüd çiçəyindən hazırlanan duru spirtli cövhərdən qan təzyiqi
xəstəliklərində istifadə olunur.
Alman xalq təbabətində qabığından hazırlanan dəmləmə və cövhərdən öskürək zamanı baĢ
ağrılarında, qızdırmada, malyariyada, müxtəlif qanaxmalarda, mədə-bağırsaq xəstəliklərində, sinir
ağrılarında müxtəlif soyuqdəymələrdə, sakitləĢdirici kimi daxilə qəbul edilir.
BədmüĢk söyüdünün qabığının tərkibində 15-16%, bəzi hallarda isə hətta 21%-ə qədər
tannin maddəsi olur. Ağac daha kefyiyyətli olduqda taninin miqdarı 62,1%-ə çatır. Qabıqlarından
alınan yüksək keyfiyyətli tanin maddəsi göndəri sənayesi üçün qiymətli aĢılayıcı sayılır.
Bu söyüd qiymətli bəzək bitkisi hesab edilir. BədmüĢk söyüdünün yarpaq, çiçək və
qabıqlarının tərkibində flavonoid tərkibli boyaq maddələri vardır. Biz laboratoriya Ģəraitində
bədmüĢkdən sarı, qızılı-sarı, sarı-narıncı, narıncı-yaĢıl, yaĢılımtıl, zeytunu, firuzəyi, qonur,
qonurumtul-boz, açıq-qəhvəyi, tünd-qəhvəyi, Ģabalıdı, qəhvəyi-qara və s. rəng və çalarlar almağa
nail olmuĢuq. 1 kq bədmüĢk söyüdünün qabığından hazırlanan boya məhlulu ilə 8-10 kq yun və
ipək məmulatını boyamaq olar. Bitkidən alınan rəng və çalarlar günəĢ Ģüasına, yuyulmaya qarĢı
davamlıdır. BədmüĢk söyüdünün qələmləri çox çətinliklə kök atır, əsasən toxumların vasitəsilə
çoxaldılır. Kötüyündən çoxlu pöhrə verir.
Dostları ilə paylaş: