Hind soğanından müalicə preparatlarının hazırlanması. Kəskin zökəm zamanı. 1 çay qaĢığı hind soğanı Ģirəsi, 1 çay qaĢığı qurudulmuĢ propolis, 4
xörək qaĢığı isti su götürün. Komponentləri bir-biri ilə qarıĢdıraraq zəif od üzərinə qoyub azca
qızdırın. Hazır məlhəmdən götürüb bir neçə qatdan ibarət olan tənzifə yaxıb xəstə nahiyəyə
kompres qoyun və 30 dəqiqə saxlayın. Əməliyyatı günaĢırı təkrar edin.
Soyuqdəymə zamanı bronxial astmanın qarşısını almaq üçün. 3 ədəd aspirin tableti əzib
narın hala salın, üzərinə 1 xörək qaĢığı donuz piyi və 1 qaĢıq hind soğanı Ģirəsi əlavə edin.
Komponentləri bir-birilə yaxĢı-yaxĢı qarıĢdırın. Aldığınız mazdan gecələr ehtiyatla döĢ nahiyənizə
sürtün. Müalicə kursu 10 gündür. Qanaxmalara, qansızmalarına, vərəmə meylli olan xəstələrin
mazdan istifadə edən zaman çox ehtiyatlı olmaları məsləhət görülür. Mazdan istifadə edən zaman
çalıĢın ki, ürək nahiyələrindən kənar olsun.