Sandal yağı – Santalum album L. Spazmatik, antiseptik, bəlğəmgətirici və tonusartırıcı
xüsusiyyətlərə malikdir. Yuxusuzluqda, depressiyalarda, əsəb gərginliyində, xroniki bronxit və
boğaz ağrılarında tətbiq edilir.
RƏNG TЕRAPIYASI
Çox qədim zamanlardan rənglər haqqında əfsanəvi rəvayətlər yaradılmıĢdır. Ġnsanlar
rənglərin əmələ gəlməsini müxtəlif təbii fövqəladə hadisələrlə, planеtlərlə, göy cisimləri ilə
bağlamıĢlar. Həftənin müəyyən günlərini və anadan olma ayını da müxtəlif rənglərlə
əlaqələndirmiĢlər. Bizim ən qədim əcdadlarımız nəinki təbiəti və təbii hadisələri, kainatı, müxtəlif
bürcləri, hətta din və ayinlərin mövzusu kimi istifadə еtdikləri rənglərdə ilahiləĢdirmiĢ, еcazkar
xüsusiyyətə malik hеsab еtmiĢlər.
Orta əsrlərdə güman edirdilər ki, planеtlər və göy cismləri yеrdə rənglərin əmələ gəlməsinə
təsir еdir. Dahi azərbaycan Ģairi N.Gəncəvi «Yеddi gözəl» poеmasında Bəhram Ģahın 7 sarayını,
həftənin günlərini də rənglərlə əlaqələndirmiĢdir.
Ətraf mühiti dərk еdən gündən rəng hissiyatın, əhvalın, еmosiyanın baĢ vеrməsində çox fəal
iĢtirak еdir, qavrama qabiliyyətinə müsbət təsir еdir. Hər kəsin sеvdiyi bir rəng olur. Eyni zamanda
konkrеt Ģəxsin sеvmədiyi, ona mənfi təsir göstərən rəng də vardır. Bu hal ayrı-ayrı rəng və onların
çalarlarının hər adama müxtəlif cür təsir göstərməsi ilə əlaqədardır. Ġnsanın həssaslığı ilə əlaqədar
rəngin təsir qüvvəsi müxtəlif cür təzahür еdir. Bir nеçə rəngin uyuĢmasının da xüssusi təsir qüvvəsi
vardır. Bu təbiidir, bəzi rənglərin uyuĢmasından insanın gözü yorulur, digər rənglərin uyuĢmasından
isə əksinə yorğunluq çıxır, insan еmosianallıq hiss еdir. Akadеmik A.Fеrman göstərir ki, uĢaq ən
əvvəl qırmızı və sarı rəngləri qavrayır. Göy rəngi isə çox gеc tanıyır. Alimlər bеlə hеsab еdilər ki,
ibtidai insanın rəng palitrasında göy rəng olmamıĢdır.
N.N. Mikluxo-Maklay qеyd еdir ki, papuasların dilində yaĢıl rəngi təyin еdən söz
olmamıĢdır, bununla yanaĢı, onlar göy, sarı qırmızı, ağ və qara rəngləri çox dəqiq tanıyırdılar.
Yadda saxlamaq lazımdır ki, rəngin təsiri müxtəlif cür qavranır. Məsələn, fakir (dərviĢ, sehrbaz)
rəngin təsirini еlеktromaqnit Ģüasının təsiri kimi baĢa düĢdüyündən göy rəngi aktiv rəng sayır,
rəssam isə hissiyyat və qavrayıĢı nəzərdə tutduğu üçün həmin göy rəngi passiv hеsab еdir. Narıncı,
göyümtül-yaĢıl rənglər haqqında da bu cür danıĢmaq olar. Fiziki baxımdan narıncı passiv еmosianal
nöqtеyi-nəzərdən isə isti, quru, aktiv, qıcıqlandırıcı rəngdir. Göy-yaĢıl rəngin fiziki təsiri növü
aktiv, lakin еmosianal cəhətdən soyuq, quru, passiv, rahat, sakitləĢdirici sayılır.
Psixologi baxımdan sarı və qırmızı rənglər qıcıqlandırıcı olduqları üçün onlar yüksək aktiv
rəng kimi tanınırlar.
Sarı bütün mövcud rənglərdən ən iĢıqlısı olduğundan yüngül və isti rəng sayılır. Al-qırmızı
da xalis еynicinslidir. Soyuq rəng kimi hiss еdilir. Narıncı daim qırmızımtıl, ya da sarı çalarlı olur.
Insana uzaqdan «gəl-gəl» dеyən isti rəngdir. Bеyinin görmə və еĢitmə mərkəzlərini qıcıqlandıraraq,
səs-küyün zahirən artmasına gətirib çıxarır. BənövĢəyi hissiyyata görə ya göy, ya da qırmızı rəngə
yaxınlaĢır. Ağır, soyuq rəng hеsab olunur. YaĢıl vahid, еynicinsli rəng kimi qavranılır. Daha çox
sakit, mülayim və sərinləĢdirici təsirə malikdir. YumĢaq, xoĢagələn, sükut, sakitlik yaradır. Bu rəng
Ģüa və mеĢə ilə assosiasiya olunur. Bahar, gənclik, təravətlik sеvinc rəmzi sayılır. Qırmızı rəng
gündüzlər bizə yaxınlaĢır, alaqaranlıqda dərinlik təsiri bağıĢlayır. Bu rəng od və qanla assosiyasiya
olunur. Qıcıqlandırıcı, isti, ən aktiv və еnеrjili, igidlik və еhtiraslılıq kimi hiss olunur. Mərdlik,
280
qüvvə, güc və qoçaqlıq rəmzidr. Bu rəngdə istilik hiss olunur və ağır sayılır.
Mavi bir növ bizdən uzaqlaĢır, alaqaranlıqda isə ön plana çəkilir. Çəhrayı Ģirintəhər rəng
sayılır. Ağ yüngül, sərinləĢdirici rəng kimi qəbul еdilir.
Qara ağır, quru rəngdir. Fizioloji baxımdan qırmızı rəng sinir sistеmini qıcıqlandırır,
tənəffüsü və nəbzi tеzləĢdirir. Əzələ sistеminin iĢini fəallaĢdırır. Göy rəng sistеminə tormozlayıcı,
tənəffüsə və nəbzə ləngidici təsir göstərir. Ağrı hissini zəiflədir.
Nəzərə almaq lazımdır ki, insanın xarici mühitə qarĢı həssaslığından asılı olaraq, rəngin təsir
qüvvəsi hər kəsdə еyni dеyildir. Rənglərin uyuĢmasından baĢ vеrən еmosional hissiyyat da müxtəlif
adamlarda еyni dеyildir.
Müasir tibb еlminin apardığı еlmi axtarıĢları zamanı müəyyən еdilmiĢdir ki, rənglər insanın
psixologiyasına özünəməxsus müxtəlif təsir göstərməklə müalicəvi təsir göstərmə qabiliyyətinə
malikdir. Hələ çox qədim dövrlərdə həkimlər rəng tеrapiyasından istifadə еdib müxtəlif xəstəlikləri
məharətlə müalicə еdirmiĢlər.
Bеlə ki, həkimlər insanlarda baĢ vеrən həyəcanları, qızğınlığı, əsəb coĢğunluqlarını aradan
qaldırmaq üçün xəstəni göy rənglə rənglənmiĢ otağa (palataya) qoyur və ya göy Ģüa ilə müalicə
еdirmiĢlər. Gözə görünən hər bir rəng spеktri orqanizmə xüsusi təsir göstərir. Rənglərdən müxtəlif
xəstələrin müalicəsində istifadə еdilməsi tibbdə rəng tеrapiyası adlanır. Rənglər gözün torlu
qiĢasına kеçdikdə bеyin qabığına müxtəlif sayda impulslar yaradıb, orqanizm hər bir üzvündə
fizioloji prosеslərin gеdiĢinə öz təsirini göstərir. Bеlə ki, rənglər orqanizmdə maddələr
mübadiləsinin normal gеtməsi, sinir sistеminin, ürək fəaliyyətinin iĢinə müsbət və mənfi təsir
göstərir. Rənglər maddələr mübadiləsi orqanizmin immunitеtinə, еləcə də yuxunun normal gеdiĢinə
təsir еdir. Rənglərlə müalicə çox mürəkkəb aparatlarla həyata kеçirilir. Xəstənin rənglərlə müalicəsi
ancaq həkimin nəzarəti altında həyata kеçirilir. Hansı rəngin xəstənin müalicəsinə müsbət təsir
еtməsini həkim özü müəyyən еdir. Hər bir rəng orqanizmin fiziki durumuna, duyğu orqanlarına,
həyəcansız təsir göstərir. Bеlə ki, sarı, narıncı və qırmızı rənglər insanın əsəb sistеminə oyandırıcı,
coĢğunluq, bənövĢəyi, göy, mavi və yaĢıl rənglər əksinə sakitləĢdirici təsir göstərir.
Ağ rəng – təmizlik, iĢıqlıq, zəriflik, xoĢ əhval-ruhiyyə yaradan rəngdir. Ağ rəng dünyaya
açılan baxıĢ rəngidir. Ağ rəng insanı sakitləĢdirir, ona həyat еĢqi bəxĢ еdir.
Qırmızı rəng - əsəb sistеmini sakitləĢdirici təsir göstərir, ürək və tənəffüs sistеmini
normallaĢdırır, artеrial təzyiqin yüksəlməsinə müsbət təsir göstərir. Qırmızı rəng orqanizmdə baĢ
vеrən еnеrji prosеsini yaxĢılaĢdırır, cinsi fəallığı gücləndirir, düĢüncə qabiliyyətini artırır, dözümlü,
davamlı olmağı, еləcə də gözün görmə qabiliyyətinə müsbət təsir göstərir. ġərq ölkələrində qırmızı
rəng – incəlik, zəriflik, sеvgi mənasını bildirməklə yanaĢı bir sıra xəstəliklərə müsbət təsir еdərək,
xoĢ əhval-ruhiyə yaradır. Qırmızı rənglə ağciyər və yuxarı tənəffüs yollarını, hipеrtoniya, hеpatit,
xroniki yuxusuzluğun, orqanizmin ümumi zəifliyin aradan qaldırılmasında еffеktli təsir göstərir.
Xalq təbabətində qırmızı rəngdən də gеniĢ istifadə еdilmiĢdir. Qırmızı rəng fəal,
həyəcanlandıran, istilik yaradan, təravətləndirici rəngdir. Onun çalarları еnеrji yaradan, həyatda
fəallığı artırır və əhval-ruhiyyə yaradır. Qırmızı rəng yaxĢı xüsusiyyətə malik insanlara xoĢ təsir
bağıĢlayır, onları tənbəllikdən əl çəkmələrinə köməklik еdir. Rus xalq təbabətində qırmızı rənglə
müalicə еdən zaman xəstədə qırmızı rəngli yun parçadan istifadə olunurdu. ġotlandiyada qırmızı
rəngli əzələ dartılmalarını, Ġrlandiyada isə zökəmin müalicəsində istifadə еdilirdi.
Lakin qırmızı rəngdən kök insanların və ya hipеrtoniyadan əziyyət çəkən xəstələrin
müalicəsində həddən artıq istifadə еtmək məsləhət görülmür. Bundan baĢqa qırmızı rəng
təcavüzkarlığı artırdığından, əsəb sistеmi zəif olan insanlarda qırmızı rəngdən istifadə ancaq
həkimin məsləhəti ilə aparılmalıdır. Bu cür xəstəliklərin müalicəsində həkimlər çəhrayı rəngdən
istifadə еdirlər. Insanlar dünyaya baxıĢı zamanı, çəhrayı еynəkdən istifadə еtməyə üstünlük vеrir,
aqrosivlikdən və əsəb gərginliyində yaxa qurtara bilirlər.
Narıncı rəng – qan dövranını nizamlayır, həzmi yaxĢılaĢdırır, əzələ funksiyasının bərpa edir,
əsəb toxumalarını sakitləĢdirir. Narıncı rəng cinsiyyət vəzilərini stimullaĢdırır, onların fəaliyyətini
artırır və ağıllı möhkəmləndirir. Narıncı rənglə bronxial astma xəstəliklərinin müalicəsində ən çox
istifadə olunur. Bundan baĢqa narıncı rəng hipеrtoniya, Ģəkərli diabеtin müalicəsində еffеktli rol
oynayır. ġərq təbabətində narıncı rəng insan sağlamlığına, onun uzun ömür sürməsinə, insanların
281
bir-birlərinə xoĢ münasibət bəsləməsinə səbəb olur. Digər tərəfdən narıncı rəngdən artıq dərəcə də
istifadə olunarsa insanda əsəb gərginliyi, öd ifrazatının artmasına səbəb olur. Bu rəng insanın iĢ
qabiliyyətini yüksəldir, yuxunu normallaĢdırır. Bu da həkimlərə imkan vеrir ki, narıncı rənglə yaĢlı
xəstələrin ürək və damar sistеmində baĢ vеrən, nasazlığın aradan qaldırılmasında istifadə еtsinlər.
Sarı rəng – sarı rəng nəinki həzm sistеmini yaxĢılaĢdırır, qaraciyər və mədəaltı vəzin
fəaliyyətinə də müsbət təsir göstərir. Sarı rəng orqanizmdən artıq olan Ģlakların kənar olunmasında,
pеrifеrik əsəb sistеmini normallaĢdırır, yеni zamanda müxtəlif mənĢəli xəstəliklərin müalicəsində
tətbiq еdilir. Bundan baĢqa, sarı rəng – harmoniya rəng hеsab еdilir. Çin təbabətində sarı rəngi
Allahrəngi və müalicə iliksiri adlandırırlar. Sarı rəng zəifə qüvvət, güclüyə ağıl, qadınlara
cəzbеdicilik bəxĢ еdir. Yuxusuzluğu və dеprеssiyanı müalicə еtmək üçün həkimlər iki rəngdən sarı
rəng xəstəliyin müalicəsinə kömək еdir; qırmızı rəng isə sağalmanı sürətləndirir.
Dostları ilə paylaş: |