Elmi redaktorlar amea-nın müxbir üzvləri


Adi lobya – Phaseolus vulgaris



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə23/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   19   20   21   22   23   24   25   26   ...   730
SOĞANKĠMĠLƏR – Alliaceae J.Agardh fəsiləsi 
Qalib soğan – Allium victorialis L. 
 
Bu  hündürlüyü  20-50  sm  olub,  sarımsaqiyli  bitkidir.  Çox  da  böyük  olmayan  kök 
yumrularından  2-3  lansetvari  yaĢıl  yarpaqlar  əmələ  gəlir.  Xırda,  yaĢılımtıl,  ağ  çiçəkləri,  ĢarĢəkilli 
çətirdə  toplanmıĢdır.  Iyun-iyul  aylarında  çiçək  açır.  Bitkinin  yaĢıl  hissəsinin  tərkibi  çox  qiymətli 
kimyəvi birləĢmələrlə zəngin olduğundan özünəoxĢar baĢqa növlərindən fərqlənir.  
Qalib  soğanın  tərkibində  1,4%  kül,  100-200  mq%  C  vitamini,  24%  zülal,  6,5%  sulu 
karbohidratlar, 1%-ə qədər sellüloza, 89% su, 0,1% üzvü turĢular, 4 mq% karotin, B vitamini qrupu 
aĢkar edilmiĢdir. Bitki salat, ət və balıq xörəklərinə əlavə olunmaqla istifadə edilir. 
Azərbaycan  ərazisində  qalib  soğana  Quba  rayonunda  yayılan  meĢəlik  sahələrdən  tutmuĢ 
subalp çəmənliklərinə qədər rast gəlmək olar. Bitkiyə dağ çəmənliklərində də təsadüf edilir.  
Xalq  təbabətində  qalib  soğandan  hazırlanan  cövhərdən  qızdırma,  revmatizm  zamanı 
kompres  kimi  istifadə  edilir.  Bitki  çiy  halda  öskürək,  qurd  əleyhinə,  ateroskleroz,  qalxanabənzər 
vəzinin xəstəlikləri zamanı və iĢtahanın artırılması məqsədilə yeyilir. Bunun üçün bitkidən turĢuya 
və duza qoyulmuĢ halda istifadə etmək olar.  
Qalib soğan orqanizmin möhkəmləndirilməsində, soyuqdəymədə, mikrob əleyhinə, tərlədici, 
sidikqovucu kimi dizenteriyanın, köpmənin qastroentritin və s. müalicəsində də iĢlədilir. 
Qadınlar  qalib  soğandan  trixomonad  parazitinin  müalicəsində 
istifadə edirlər. Bir ədəd soğanaqdan götürüb tənzifə bükür və uĢaqlıq 
yoluna  qoyub  4-6  saat  saxlayırlar.  Bitkinin  Ģirəsindən  qulaq 
ağrılarında,  irinləmədə  damcı  kimi  istifadə  olunur.  Suda 
durulaĢdırılmıĢ Ģirəsindən göz soyuqdəymələrində yuyucu kimi istifadə 
edilir.  
Qalib soğandan qocalığın qarĢısının alınmasında istifadə edilir. 
Soğanı sıxıb Ģirəsini çıxarın və spirtlə qarıĢdırıb (bunu bitkini əzib spirt 
əlavə  etməklə  də  aparmaq  olar)  10-12  gün  qaranlıq  yerdə  otaq 


16 
 
temperaturunda  saxlayın.  Bundan  baĢqa  qalib  soğan  yarpağı,  güllücənin  yaĢıl  hissəsi  və  zəncəfil 
kökündən  götürüb  cövhərini  hazırlayın.  Aldığınız  spirtli  cövhərdən  gündə  3  dəfə  yeməyə  20-30 
dəqiqə qalmıĢ 50-70 damcı qəbul edin.  
Bundan baĢqa qalib soğanın cövhər və dəmləmələrinin köməyi ilə yorğunluğu, yuxusuzluğu, 
yuxarı  təzyiqi,  bağırsaq  pozuntularını  da  müalicə  edib,  aradan  qaldırmaq  olar.  Qalib  soğandan 
hazırlanan damcı vasitələrindən normadan artıq istifadə etmək olmaz.  
 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin