QABAQKĠMĠLƏR – Cucurbitaceae Juss. fəsiləsi
Ağ küstüĢam («Ukrayna jenĢeni») – Bryonia alba L.
Dünya florasının tərkibində qabaqkimilər fəsiləsinin
120 cinsi, 800-ə qədər növü yayılmıĢdır. Bu növlərin
əksəriyyəti sarmaĢan və yaxud sürünən ot bitkiləri, nadir
hallarda isə yarımkol, kol hesab edilir. Bu bitkilər ən çox
tropik və subtropik ölkələrdə yayılmıĢdır.
Fəsilənin bir çox növlərindən qida, dərman və bəzək
məqsədləri üçün geniĢ istifadə edilir. Bu əhəmiyyətli
bitkilərdən biri də küstüĢamdır.
Azərabycan florasının tərkibində KüstüĢam –
Bryonia L. cinsinin 2 növünə yabanı halda rast gəlinir: ağ
küstüĢam - Bryonia alba L. və ikievli küstüĢam - B.dioica
217
Jasq.
Hər iki növ çoxillik bitkidir. Ağ küstüĢam sarmaĢan, uzunluğu 3-4 metr olan yarpaqları zəif
tüklərlə əhatələnmiĢdir. Ağ küstüĢamın kökü xaricdən sarımtıl, daxildən isə ağ rəngdədir.
Yarpaqları növbəli, saplaqlı barmaqvari-dilimlidir. Uzunsov ətli kok hissəsinin kütləsi 1 kq-a qədər
olur. Xalq arasında ağ küstüĢama «Ģeytan turpu» da deyilir. Avropa botanika bağlarında bəzək
bitkisi kimi əkilib becərilən nümunələrinin kökü 5-6 kq-dan artıq olur. Meyvəsi qara rəngli
giləmeyvə olub diametri 7-8 mm-dir.
Azərbaycanın əksər rayonlarının orta dağ qurĢaqlarında, meĢə kənarlarında, çay vadilərində,
alaq bitkiləri içərisində, dincə qoyulmuĢ torpaqlarda, bağlarda, bostanlarda geniĢ yayılaraq bol
ehtiyata malikdir.
Ağ küstüĢamın kök hissələrinin tərkibində sulu karbohidratlardan saxaroza, polisaxaridlər,
0,34% efır yağı, 0,24 alkaloid, zəhərli brionin, brionidin, 0,75% kumarin, yarpaqlarında efır yağı, E,
C vitaminləri, karotin, çiçəklərində karotinoid birləĢmələri, toxumlarında isə 13,7-25%-ə qədər yağ
və likopin maddələri və s. aĢkar edilmiĢdir. Bitkinin kök hissəsindən hazırlanmıĢ cövhərindən
«Akofit» kompleks preparatının hazırlanmasında istifadə olunur. Həmin preparatın köməyi ilə
revmatizm, radikulit, homeopatiya, soyuqdəymə, xroniki artritdə, nevrit və s. xəstəliklərin
müalicəsində istifadə edilir. Ağ küstüĢamdan hazırlanan preparatlar bronxitini, bronxitli
pnevmoniyaların, quru pnevmoniyanın, baĢ ağrılarının, göz xəstəliklərinin müalicəsində də tətbiq
edilir. Avropa xalqları çox qədim zamanlardan baĢlayaraq bitkini astit, ürək xəstəliklərində, eyni
zamanda podaqra, qusma, zəif iĢlədici vasitə kimi istifadə edirdilər. Bolqarıstanda çiban və
səpkilərin, trofık yaraların, diatezin, ziyillərin, piqment ləkələrinin müalicəsində istifadə edilir.
Qaraçay-Çərkəz xalqları vərəm, pnevmoniya, mədə və boğaz xəstəlikləri, revmatizm,
paraliç, epilepsiya və s. zamanı iĢlədirlər. Ağ küstüĢamın preparatlarından malyariyada, miozitdə,
miqrendə, öskürəkdə, yarasağaldıcı, istiqovucu və s. kimi tətbiq edilir. Ondan alınan cövhərlə qan
laxtalanmasının, xərçəng çöplərinin inkiĢafının qarĢısını alırlar. Kök, zoğ, yarpaq və
giləmeyvələrindən qədimlərdə bəd və xoĢxassəli ĢiĢlərin müalicəsində geniĢ surətdə istifadə
edilmiĢdir.
Bütün hissələri: yarpaq və zoğları, meyvəsi, xüsusən də kökləri zəhərli təsirə malikdirlər.
Xalq təbabətində qurudulmuĢ köklərindən çay dəmləyib ağrıkəsici vasitə kimi, eləcə də
malyariyaya qarĢı istifadə edilir. QurudulmuĢ köklərindən toz hazırlayıb kapliyar qanaxmalarında,
dəri yaralarının müalicəsində, araqda hazırlanmıĢ spirtli cövhərindən isə revmatizmdə, podaqrada
xarici nahiyəyə sürtmə dərmanı kimi iĢlədilir.
Toxumlarının tərkibində olan piyli maddədən kustar üsulla sabun hazırlanır.
Giləmeyvələrindən qırmızı boyaq alınır. Müalicə məqsədləri üçün ən çox ətli kök hissəsindən
istifadə edilir. Kökünü çiçək açana qədər toplamaq məsləhət görülür. Dərman hazırlamaq üçün
nadir hallarda yarpaq və cavan zoğlarından istifadə edilir. Ġkievli küstüĢam birevli küstüĢam kimi
eyni müalicəvi xüsusiyyətlərə malikdir.
Müalicə məqsədləri üçün kütləsi 1 kq-a qədər olan ətli kökündən, nadir halda isə gövdə və
yarpaqlarından istifadə edilir.
Bitkinin bütün hissələrinin tərkibində, xüsusilə də kök hissəsində zəhərli amorf (formasız)
qlükozid brionin (C
48
H
66
O
18
, hidroliz olunaraq formasız briogenin (C
30
H
46
O
6
) və qlükoza əmələ
gətirir, az öyrənilən brionindir), aĢı maddəsi, qətran, sidik cövhəri, alma turĢusu duzu və s.
maddələr, toxumlarının tərkibində 25%-ə qədər likopin, yarpaqlarında askorbin turĢusu aĢkar
edilmiĢdir.
Ağ brioniyadan hazırlanan preparatlardan bakterisid kimi ağrıkəsici, yarasağaldıcı,
bəlğəmgətirici, sidikqovucu, iĢlədici, diabet əleyhinə, ĢiĢ əleyhinə, parazit qurdların tökülməsində,
arterial təzyiqin aĢağı salınmasında və ürək fəaliyyətinin iĢinin yaxĢılaĢdırılmasında tətbiq edilir.
S.E.Zemlinskiyə görə ağ brioniyadan hazırlanan ekstrakt və cövhərlərdən ağrıkəsci və
qankəsici kimi istifadə edilir. Onun preparatları fəqərəarası sinir ağrılarında iĢlədilir. Az dozalarda
(10%-li cövhərindən 30 damcı) götürməklə arterial təzyiqin aĢağı salınmasında, ürək fəaliyyətinin
yaxĢılaĢdırılmasında, ürək ağrılarının aradan qaldırılmasında, miqrenin, epilepsiya, paraliç,
həmçinin uĢaqlıq qanaxmalarında istifadə edilir (V.Ġ.Zavrajnov və b., 1977).
218
Xalq təbabətində sulu dəmləməsindən epilepsiyada, udlaq və diĢ ağrılarında istifadə edirlər.
Bunun üçün 1 çay qaĢığı bitkinin kök hissəsini 1 stəkan qaynar suya töküb dəmləyib ilıq halda
qarqara etməyi məsləhət görürlər. Bitkinin kök hissəsindən götürüb çətin sağalan irinli yaraların
üzərinə qoyub bağlayır və yaranın tez deĢilib irindən təmizlənməsinə səbəb olur (B.Q.Nikolayeva).
KüstüĢamdan hazırlanan preparatlar bakteroid, ağrıkəsici, yarasağaldıcı, soyuqdəymə,
bəlğəmgətirici, sidikqovucu, zəif iĢlədici, Ģəkər, xərçəng ĢiĢi, qurd əleyhinə, arterial təzyiqi aĢağı
salan və ürək əzələlərinin iĢləmə qabiliyyətini artıran xassələrə malikdir.
Dostları ilə paylaş: |