Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə24/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
“Müasir Naxçıvan” qəzeti,

17 fevral 2007-ci il.

HEYDƏR ƏLİYEV İDEYALARI VƏ XXI ƏSR
İnsanlarla tarixin münasibəti çox mürəkkəbdir. Xüsusilə böyük insanlarla, tarixdə öz izini qoyan dühalarla. Bəzən onların təsiri əsrlərlə qalır, bəzən isə əksinə, onlar gedəndən əsrlərlə sonra insanların həyatında böyük rol oynamağa başlayırlar. Bəzən isə dahilər öz həyatlarını pərvanə kimi öz xalqlarına xidmətə sərf edirlər. Böyük Heydər Əliyev belə insanlardan idi. O, XXI əsrdə cəmi üç il yaşadı. Amma bütün ömrünü xalqının yeni əsrdəki firavan həyatına həsr elədi.

Böyük şəxsiyyətlər sanki gələcəyi başqalarından yaxşı görürlər, tarixi gedişatı başa düşürlər və bunu öz xalqlarına da ötürməyə, aşılamağa çalışırlar. Heydər Əliyev kommunist rejimində yaşayan Azərbaycan gələcəkçisi idi və onun bütün irsində, məqalə və çıxışlarında, qərar və seçimlərində bunu aydın görmək olurdu. O, hər addımda gələcəyi qurmağa, strateq kimi sabaha yol açmağa çalışırdı. Bu, quruculuq istedadıdır, quruculuq təfəkkürüdür, milli dövləti tarixi inkişafda görmək bacarığıdır. Onun davamçıları olaraq biz də həm Yeni Azərbaycan Partiyası xətti ilə, həm dövlət idarəçiliyində, həm vətəndaş tərbiyəsi ilə bağlı işlərdə bunu əsas tutmalı və diqqəti bu sahələrə yönəltməliyik. Dahi rəhbərdən biz əsas bir şeyi - praqmatik dövlətçiliyi, sabahı yaratmağı və sabaha görə işləməyi öyrənməliyik. Başqa sözlə desək, xalq, dövlət, cəmiyyət üçün yaşamağı öyrənməliyik. Ulu öndərin öz millətinə olan sevgisinin əsas nüvəsi də elə budur: sabahın bu gündən daha firavan olması üçün əməli işlər görməyi bacarmaq.

Heydər Əliyev kommunist rejimi şəraitində ərsəyə gəlmiş bir rəhbər idi. Lakin onda sözçülüyə və iclasçılığa meylli kommunist davranışı deyil, nadir bir praqmatizm aparıcı idi. Praqmatizm nədir? Bu, sözləri, arzuları, xəyalları gerçəkliyə çevirmək bacarığıdır. Həyatda bundan çətin heç nə yoxdur. Siyasətdə isə bu, əsl istedad tələb edir. Dahi şəxsiyyətin həyat yolu bu iste­da­dın parlaq nümayişi idi. Gələcək nəslin tərbiyəsi ilə məşğul olan biz müəllimlər, Ulu öndərin Yeni Azərbaycan Partiyasındakı varisləri, dövlət işindəki davamçıları da bu cəhətə xüsusi diqqət yetir­məli, gənc insanları bu yöndə ərsəyə gətirməlidirlər.

Heydər Əliyevin ən böyük arzusu müstəqil, güclü Azər­bay­can dövləti yaratmaq, bu dövləti dünyanın siyasi xəritəsinə əbədi olaraq həkk etmək, öz millətini dünya arenasına yeni keyfiy­yətdə, yeni səviyyədə çıxarmaq idi. Bu yeniləşməni o, yaratdığı partiyanın adında da ifadə etdi: Yeni Azərbaycan!

Böyük öndərin qoyduğu bu sadə və mənalı adda xalqımızın gələcəyi barədə nə qədər gözəl arzular vardır. Ən əsası isə bu ad Azərbaycan dövlətinin çıxdığı yeni tarixi yola, qurduğu dövlətin müstəqilliyinə və müasirliyinə işarə edir. Heydər Əliyev arzulayırdı ki, müstəqillik yoluna çıxan Azərbaycan yeniləşsin, öz siyasi, dövləti və mənəvi simasını XXI əsrin tələblərinə uyğun dəyişsin.

Bunun üçün dahi rəhbər Avropa standartlarına uyğun olan yeganə düzgün yolu seçdi: liberal cəmiyyət və iqtisadiyyat yaratmaq yolunu. Bu yola başlamaq üçün təkcə siyasət yeritmək az idi, bunun üçün həm də ölkədəki siyasi rejimi liberal dəyərlər əsasında yenidən qurmaq lazım idi. 1995-ci ildə Heydər Əliyevin ideya rəhbərliyi ilə yaradılan yeni Konstitusiya bu tarixi vəzifəni uğurla yerinə yetirdi. Bu parlaq tarixi sənədin konseptual əsasını şəxsiyyət hüquqlarının üstünlüyü prinsipi təşkil edir.

Ulu öndər bu qənaətdə idi ki, bütün qabaqcıl dövlətlərin, qərb siviliza­siyasının təcrübəsi hərtərəfli inkişaf üçün bu prinsipin da­ha səmərəli olduğunu təsdiqləyir. Çünki dünyanın ən konservativ ölkələri belə, bu sistemə keçir, dövlətin mülkiyyətçilik funksi­ya­sının minimuma endirilməsi siyasətini yeridirlər. Bu gün müasir iqtisa­diyyatın təcrübəsi xüsusi mülkiyyətin dövlət mülkiy­yə­tin­dən daha effektiv idarə olunduğunu və cəmiyyətin maraqları üçün daha əhəmiyyətli olduğunu təsdiq edir.

Heydər Əliyev yeni Konstitusiyanı qəbul etməklə kifa­yət­lən­mə­di, çünki sürətli tərəqqi üçün, ölkənin istehsal potensialının artırıl­ması üçün bütün qanunvericilik sistemi, sovetlərdən qalma bü­tün normativ sənədlər müasir dövrün tələblərinə uyğun­laş­dırıl­malı idi. Qanunvericilik isə çox mühafizəkar bir sahədir. Amma Hey­dər Əliyevin qətiyyəti və ardıcıllığı hüquqi islahatların qısa bir vaxtda əsasən tamamlanması üçün imkan yaratdı. Hazırda ölkə­miz Avropa standartlarına can atır və bu istiqamətdəki qanun yara­dıcılığı prosesini dahi öndərin mühüm siyasi vəsiy­yətlə­rin­dən biri kimi icra edir.

Bu gün cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi islahatların Azərbaycanın müasirləşməsi baxımından misilsiz əhəmiyyəti vardır. Çünki yeni qanunlar olmadan totalitar sovetlər sistemindən ayrılmış respublikanı azad və liberal bir dövlətə çevirmək olmazdı. Qısa bir vaxtda qəbul olunan onlarla qanun, xüsusilə yeni Mülki və Cinayət məcəllələri yeni rejimin insan hüquqları baxımından sovet sistemindən əsaslı fərqlərini nümayiş etdirdi. Yeni məhkəmə qanunvericiliyinin yaradılması və tətbiqi isə tarixi bir hadisə idi. Bu istiqamətdə bir sıra problemlər qalsa da, sürətli və prinsipial hüquqi islahatlar yeni, müstəqil və demokratik dövlətin yaradılması prosesini tamamladı.

Artıq 1995-1996-cı illərdə ölkə dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində XXI əsrə istiqamətlənmiş bir dövlət quruculuğu yolunda idi. Bu yolun bütün məzmunu onun, sözün həqiqi mənasında milli tərəqqi yolu olması idi. Məhz bu illərdən etibarən dağıdılmış iqtisadiyyatımızın və cəmiy­yətimizin tərəqqisi başlandı.

Heydər Əliyev təkcə iqtisadiyyatda yox, siyasətdə də müdrik bir liberal və praqmatik rəhbər olduğunu dəfələrlə sübut etdi. Bu praqmatizm XXI əsr düşüncə tərzinin əsas prinsiplərindən biri idi. Siyasəti ideologiyalar, doktrinalar, şəxsi ambisiyalar deyil, real işlər və məqsədlər üzərində qurmaq, hər yolla həyatı yaxşılığa doğru dəyişməyə can atmaq bu praqmatizmdən irəli gəlirdi. Çünki müsbət məcralı olmayan, insanlara faydaya, cəmiyyətin təkmilləşməsinə və təhlükəsizliyinin qorunmasına yönəlməyən siyasət bəhrəsizdir. Böyük rəhbər buna dərindən inanır və xüsusilə müstəqillik illərində gənc dövlətimizi bu yöndə irəli aparırdı.

Özəl və liberal iqtisadiyyata keçmədən ölkə sürətli tərəqqi edə bilməzdi. Ona görə də Heydər Əliyev ölkədə özəlləşdirmə siyasətini sürətlə və ardıcıl bir qətiyyətlə aparırdı. Bunun sayəsində iki-üç il ərzində ölkədə orta və kiçik müəssisələr, vətəndaşların mənzilləri özəlləşdirildi. Torpaq islahatı üçün zəruri olan çoxlu qanunların qəbul edilməsinə və islahatların tamamlanmasına nail olundu. Yetmiş il sovet zülmü görmüş kəndli azadlığa çıxdı, torpaq sahibi və mülkiyyətçi oldu. Kəndin yeni iqtisadi münasibətlərə tərəf dönüşü müstəqilliyimizin böyük nailiyyəti idi. Bu prosesdə yetişən yeni sahibkar sinfini Heydər Əliyev müstəqilliyimizin iqtisadi dayaqlarından biri sayırdı.

Dövlətçiliyi zəif olan ölkələrdə iqtisadi islahatlar on illərlə ləngiyir və tamamlana bilmir. Lakin dahi rəhbərin siyasi qətiyyəti bizi belə perspektivdən xilas etdi. Tanrı xalqın bu qeyrətli oğlunu Vətəni XX əsrdən çıxarmaq, onu təzələmək və müasirləşdirmək, XXI əsrə ötürmək üçün yaratmışdı. Bu, vətənpərvər rəhbərin tarixi və milli hədəfi, onun mübarizələr şəraitində keçən ömrünün əsas qayəsi idi.

İndi biz regionun söz sahibi olan, dünyada ən yüksək templə tərəqqi edən çiçəklənən bir dövlətində yaşayırıq. Buna görə biz və bizdən sonra gələn nəsillər Heydər Əliyevin ölməz ideyalarına və dövlətçilik siyasətinə minnətdar olmalıyıq.

1993-cü ilin iyununda dahi rəhbər vətəndaş müharibəsi içərisində çırpınan ölkənin məsuliyyətini öz çiyinlərinə götürdü. Lakin Heydər Əliyev təkcə xilaskar deyildi. Bəlkə xilaskar olduğundan qat-qat güclü bir həyat və dövlət qurucusu idi. Onun siyasi və ideoloji praqmatizmi müasir, dünyəvi, qərbyönümlü ideyalara əsaslanırdı. Bu ideyalar Şərqi Avropa dövlətlərində sınaqdan çıxmışdı. Dahi siyasətçi onların təkamül yoluna xüsusi diqqət verir və izləyirdi. Xüsusilə onun fəaliyyətinin Moskva dövrü bu baxımdan səmərəli olmuşdur. Heydər Əliyev sovet cəmiyyətindəki böhranlı halları görür, araşdırır, Polşanın, Macarıstanın təcrübəsinə diqqət yetirirdi. Əlbəttə, bütün bunlar ona Azərbaycanın gələcək taleyi baxımından lazım idi. Bu tale onun XXI əsr barədə siyasi ideyalarının leytmotivi idi.

Heydər Əliyev Azərbaycan dövlətinin yerini həmişə vaxtı keçmiş dövlət formalarında yox, bəşəriyyətin gələcəyində, XXI əsr sivilizasiyasının mərkəzində görürdü. Bu, onun arzusu idi və o, bütün həyatını bu arzunun reallaşdırılmasına yönəltmişdi.

Müstəqillik illərində həyata keçirdiyi bütün konseptual işlərində Ulu öndər uzaqgörən və praqmatik idi. Onun praqmatizmi fikir kökləri cəhətdən bizim XIX-XX əsr maarifçilərimizin fundamental ideyalarının davamı, onların qərb dəyərlərinə verdikləri prioritetin xalqın tarixinin yeni mərhələsində inkişaf etdirilməsi idi. Ona görə Heydər Əliyev xalqın sabahına, ölkənin modernləşməsinə hesablanmış neft strategiyası, ipək yolu layihələri, demokratik informasiya siyasəti, hüquqi dövlət quruculuğu, təhsil islahatları, xarici siyasət və digər istiqamətlərdə işləri kompleks bir strategiya kimi aparırdı.

İndi biz XXI əsrin birinci onilliyini tamamlamaq üzrəyik. Ulu öndərin layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi müasirləşdirmək və modernləşdirmək baxımından misilsiz nailiyyətlər əldə etmişik. Bu nailiyyətlər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin uğurlu nəticəsidir. Bu proseslərin maliyyə və iqtisadi bünövrəsini böyük uzaqgörənliklə Heydər Əliyev yaratmışdır.

Onun müstəqil Azərbaycan qurmaq konsepsiyasının əsasında iqtisadi quruculuğun prioritetliyi prinsipi dayanırdı. XXI əsrin siyasi reallıqlarına və prinsiplərinə əsaslanan bu konsepsiya dövlətin iqtisadi amillərlə gücləndirilməsini aparıcı sayırdı. Dahi siyasətçi bu konsepsiyanı uğurla gerçəkləşdirib xalqımız və dövlətimiz üçün qoyub getdi. İndi Azərbaycan dövləti bütün layihə və planlarını öz daxili maliyyə-iqtisadi imkanları hesabına reallaşdıra bilir. Gənc bir dövlət üçün bu, misilsiz nemətdir. Həqiqi müstəqillik və suverenlik də məhz budur.

Ulu öndər çox gözəl bilirdi ki, sovet imperiyasından ayrılmış, zəifləmiş ölkənin müstəqilliyinin tam mənada təmin olunması üçün lazım olan yeni texnologiyaları mənimsəmək və Vətənimizdə tətbiq etmək güclü iqtisadi baza tələb edir. Bu bazasız Azərbaycan xalqı XXI əsrə müstəqil, firavan dövlətlərdən və cəmiyyətlərdən biri kimi daxil ola bilməzdi. Bunun üçün nə lazım idi? İlk növbədə Azərbaycanın təbii ehtiyatlarından və sərvətlərindən tez bir zamanda istifadə etmək, bununla bağlı layihələri gerçəkləşdirmək.

Lakin bu, plan kimi gözəl, görüləcək iş kimi çox çətin idi. Bütün dünya bilirdi ki, Azərbaycanın sərhədlərində Ermənistanla müharibə gedir. Bu müharibənin, dərin tarixi kökləri olan münaqişənin həlli üçün uzun bir vaxt lazım idi. Amma Azərbaycanın müstəqilliyinin quruculuğu prosesi gözləyə bilməzdi.

Dünyada hökm sürən qeyri-sabitlik şəraitində müstəqil dövləti beynəlxalq miqyasda tanıtmaq və sayılan bir dövlətə çevirmək lazım idi. Bu işin öhdəsindən ancaq Heydər Əliyev dühası gəldi. Məhz onun sayəsində erməni amili müstəqil Azərbaycan dövləti yaratmaq işinə 1918-1920-ci illərdə olduğu kimi mane ola bilmədi. Düşmənlərimizin buna ümidləri vardı, amma tarix təkrarlanmadı. Təkcə bu xidməti Heydər Əliyevin müstəqil Azərbaycanın həqiqi yaradıcısı kimi tariximizdə qalmasına və həmişə minnətdarlıqla xatırlanmasına kifayət edirdi.

1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan vəziyyətdə Heydər Əliyevin neft strategiyasını xarici siyasətin prioritetinə çevirmək təşəbbüsü yeganə düzgün seçim idi. Bu, bizə ən zərif dövlət aləti olan və ən çətin əldə edilən maliyyə müstəqilliyi verməli idi. Bunsuz dövlət özünü qoruya və təsdiq edə bilməzdi.

Xarici diplomatların səthi təbəssümlərinə inanmaq, onların sözləri üzərində siyasət qurmaq Heydər Əliyevə yad idi. On­dan əvvəl buraxılmış belə səhvləri o, öz gərgin mübarizələri sayə­sində düzəltdi. O, dərindən əmin idi ki, Azərbaycanı an­caq Azərbaycanın öz daxili qüvvəsi və potensialı möhkəm­lən­dirə bilər.

Ulu öndər XX əsrin ikinci yarısından beynəlxalq siyasətin mərkəzində karbohidrogen ehtiyatlarının və onların istismarı amilinin dayandığını bilir və öz ardıcıllarına da izah edirdi. Məhz neft strategiyası XXI əsrdə də Azərbaycanın müstəqilliyinin, onun hərbi-siyasi və dövləti gücünün bazası ola bilərdi. Bu barədə ona opponentlik etmək istəyənlər indi necə də cılız görünürlər.

Bu gün biz bu uzaqgörən siyasətin doğruluğunu öz təcrü­bə­mizdə, Azərbaycan iqtisadiyyatının uğurlarında, ölkədə sosialyönümlü siyasətin xalqı birləşdirən gücündə görürük. Deməli, neft strategiyasının təkcə ölkənin xarici siyasi vəziyyətini sabitləşdirməkdə yox, həm də onun səmərəli və xalqa xidmət edən daxili siyasətinin təmin edilməsində böyük əhəmiyyəti şübhəsizdir. Prezident İlham Əliyev son müsahibələrinin birində demişdi: “Müxalifət zəifləyib, çünki Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşayır”. Heydər Əliyev praqmatizmi beləcə heç kəsə xəbər vermədən, səssiz-səmirsiz siyasi fəaliyyət göstərir, insanların və cəmiyyətin taleyini istiqamətləndirirdi. Bu, zamanı qabaqlayan Heydər Əliyev ideyalarının həyati gücünün təntənəsidir. Bu siyasətin əsas istiqaməti cəmiyyət həyatının bütün sahələrini müasirləşdirməkdən və XXI əsrin tələblərinə, çağırışlarına uyğun yenidən qurmaqdan ibarətdir. Yeni əsr isə yeni sürət standartları irəli sürür. Bunlar rabitəyə, nəqliyyata, tikinti işlərinin sürətinə, qərarların qəbuluna və icrasına eyni dərəcədə aiddir. Bu gün İlham Əliyevin təmkinli siyasəti bunların hamısını həll edir.

Vətənimizin XXI əsrdə tərəqqisi həm ölkədə maddi istehsalın artımına, həm də mənəvi quruculuq sahəsindəki vəzifələrin həllinə aiddir. Heydər Əliyev hər iki istiqamətdəki işləri respublikamız qarşısında duran ümumi bir problemin tərkib hissəsi sayırdı. Bu problem Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası məsələsi idi. Moskvadan Vətənə qayıtdığı, erməni amili ilə məşğul olduğu ilk vaxtlardan Heydər Əliyev bu problemə dəfələrlə qayıdır, onun əhəmiyyətinin bütün siyasi qüvvələr və kadrlar tərəfindən doğru başa düşülməsinə çalışırdı.

Ulu öndər XXI əsrin astanasında Qərb cəmiyyətlərində sıçra­yışlı bir irəliləyiş baş verdiyini və bunun informasiya texnolo­giyalarındakı çevrilişlə bağlı olduğunu müşahidə etmişdi. Keçmiş Sovetlər İttifaqı və onun bütün respublikaları bu cəhətdən geri qalırdı. Hətta SSRİ-nin dağılmasının da, əslində geniş mənada, ölkənin dünyada gedən informasiya inqilabından kənarda qalması ilə bağlı olduğu ona məlum idi. Ona görə müstəqil dövlətin XXI əsrdə dünya birliyinə inteqrasiyasında bu amil nəzərə alınmalı və dövlətimizin tez bir zamanda dünya informasiya məkanına daxil olması təmin olunmalı idi.

İnformasiya texnologiyaları sahəsindəki gerilik bütün MDB respublikalarında hiss olunmaqda idi. Bu problemin həllini sürətləndirmək çətindir. Çünki o, insanların savadı və dün­ya­gö­rü­şü, aldıqları təhsilin keyfiyyəti, işlədikləri müəssisələrin infor­mativ, texniki səviyyəsi, dünya informasiya kanalları ilə nə dərəcədə intensiv münasibətlərdə olması kimi mürəkkəb mə­sə­lələrlə bağlıdır. Buna görə də Heydər Əliyev gəncləri küt­ləvi surətdə SSRİ-nin ən qabaqcıl ali məktəblərinə yollamaqla za­ma­nı qabaqlamışdı. Bu kadrlar sayəsində Azərbaycan qabaq­cıl qərb informasiya və texnologiya məkanına uğurla da­xil oldu. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla da­vam etdirir.

Ölkədə ən yeni informasiya və kommunikasiya infrastruk­tu­ru­­nun yaradılması üçün son illər kifayət qədər maliyyə vəsaiti ayrılır. Bu sahədə modernləşməni həyata keçirmək üçün xüsusi layihələr ha­zır­lanır. Ölkəmiz öz müstəqil rabitə pey­kini orbitə çıxarmaq üçün bü­tün tədbirləri görür və lazımi maliy­yə vəsaiti ayırır. Bu istiqa­mətdə görülən işlər də ölkə­mizin XXI əsr sivilizasiyasına uğurla qoşulması üçün həyata ke­çirilən kompleks dövlət tədbirlərinin mühüm tərkib his­sə­si­dir.

İnformasiya azadlığı, bu azadlığın ən yeni iqtisadi və tex­noloji səmə­rələrindən istifadə etmək, onun infrastruktur baza­sını yarat­maq ideyaları Heydər Əliyevin XXI əsrə keçid kon­sepsiya­sının tərkib hissəsi idi. Bu gün informasiya azadlığı Azər­baycandakı iqtisadi tərəqqini təmin edən, onu müasir­ləş­dirən əsas amillərdən biridir. Son illərdə gənc Prezidentimizin bu yöndə apardığı siyasət və onun nəticələri bu konsepsiyanın uzaq­görənliyini, gələcəyə hesablandığını təsdiq etməkdədir.

İnnovasiya texnologiyalarının sürətli tərəqqisi ilə yüksələn Qərb dünyasına inteqrasiya Heydər Əliyev üçün kompleks bir məsələ idi. Bu inteqrasiyanın bir tərəfi də kommunikasiya və nəqliyyat dəhlizlərinin yeni layihələrində Azərbaycanın strateji mövqeyinin təmin edilməsindən ibarət idi. Bunun üçün Heydər Əliyev Azərbaycandan keçə biləcək nəqliyyat layihələrinin qızğın tərəfdarı oldu və siyasi enerjisinin böyük bir hissəsini bu sahəyə verdi. Bu da bizim gələcəyimizə, XXI əsrdəki taleyimizə qayğının bir şəkli idi. Böyük rəhbərin bu sahədəki işləri də misilsiz nəticələr verdi. Bu layihənin siyasi, iqtisadi, hərbi, strateji əhəmiyyətini bir-birindən ayırmaq mümkün deyildir.

Bu gün Prezident İlham Əliyev bu siyasi xətti qətiyyətlə və sü­rətlə davam etdirir. Ölkənin şose və dəmir yolları yenidən qur­ulur. Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişini tamamlayıb. İndi Ermənistanı blokadaya salan Ba­kı-Tbilisi-Qars dəmiryolu xətti çəkilməkdədir. Ölkəmiz həm­çinin Şimal-Cənub dəmiryolu xətti layihəsində də fəal iştirak edir, digər beynəlxalq layihələrdə də öz milli mənafelərinə uy­ğun uzaqgörən mövqe tutur.

Beynəlxalq enerji və kommunikasiya layihələrinin reallaş­ması Azərbaycanın XXI əsrdə Qərb-Şərq nəqliyyat qovşaqları siste­mində ən strateji bir mövqe qazanmasına səbəb olmuş və bu mövqe getdikcə daha da möhkəmlənməkdədir.

Heydər Əliyev hesab edirdi ki, ölkəmiz dünyada yaranan bü­tün yeni mədəni və intellektual dəyərlər üçün açıq olmalıdır. Bu açıqlıq dövlətimizin və xalqımızın XXI əsrə inteq­rasiyasının üsulu kimi nəzərdə tutulurdu. Milli lovğalıq, milli spesifikanın şişirdilməsi Heydər Əliyev düşüncəsinə yaddır. Belə siyasət ölkəmizin strateji coğrafi mövqeyinə də uy­ğun­dur. Biz ancaq açıq və müasir cəmiyyət olaraq daha sürətlə tərəq­qi edər və problemlərimizi daha sürətlə həll edə bilərik. Bö­yük rəhbər həmişə gələcəyə baxır, sabahla yaşayır, yarat­dığı müstəqil dövlətin davamını və yüksəlişini hər şeydən artıq istə­yirdi.

2003-cü ildə İlham Əliyevin ölkəmizin Prezidenti seçilməsi böyük rəhbərin milli tərəqqi kursunun davamı idi. Dünyadakı gərgin və sürətlə dəyişən şərait Heydər Əliyevin siyasi xəttinin diqqətlə və yaradıcı şəkildə davamını tələb edirdi. Bu gün biz müstəqil Azərbaycanda dahi öndərin bu ideya və arzularının reallaşmasının şahidiyik. Prezident İlham Əliyevin siyasəti məhz bu istiqamətlidir.

Hələ sağlığında Heydər Əliyevin siyasi təcrübəsini mənimsəməyə və ondan istifadə etməyə maraq böyük idi. Bu da təsadüfi deyildi. Siyasətçilər bilirlər ki, dahilərin başçılığı ilə millətlər tarixin təkərini döndərirlər. Bütün dünya gördü ki, ən problemli Azərbaycan ən qısa vaxtda etibarlı siyasi sabitliyə və görünməmiş iqtisadi tərəqqiyə nail oldu. Bunun səbəbi Heydər Əliyevin uzaqgörən şəxsiyyətində idi. Onun bütün ömrü bizim gələcəyimizi qurmağa yönəlmişdi.

Müstəqil dövlətin memarı kimi on illik fəaliyyəti dövründə Heydər Əliyev ən yeni dövrün, XXI əsrin mahir siya­sət­çi­lə­rin­dən biri kimi şöhrətləndi. Balaca Azərbaycan onun siyasətçi qüd­rəti sayəsində ABŞ, Rusiya, İngiltərə, Fransa, Yaponiya, Çin, Almaniya kimi böyük dövlətlərin bərabər hüquqlu tərəf­daş kimi qəbul etdiyi bir dövlətə çevrildi. Bu, möcüzə idi. Bu, bö­yük öndərin sərhədlər aşan ideyalarının, dəmir iradəsinin, həm də Azərbaycan xalqının, onun dövlətinin, onun taleyinin qə­lə­bələri idi. Bu qələbələr bizim irəliyə doğru addımlarımız, XXI əsrdə qazandığımız və gələcəkdə davam edəcək uğurlarımızdır.




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin