-Yox.-Elnur dərindən ah çəkdi. Sözə necə başlayacağını beynində planlaşdırırdı.
-Niyə? mən sənin əsərlərini oxumaq istəyirəm.
-O gündən sonra nə oldu? atan necə reaksiya verdi?
-Heç. Bir az danladı.atadır da. Danlamağa haqqı var.
-Hə. mən olsaydım daha bətər eləyərdim səni.
-Niyə? guya bu da mənim tərəfimi tutan...
Onlar gülüşdülər.
-İçməyə nəsə istəyirsən?
-Yox. Hələki yox.
Arada sükut yarandı. Vaxt idi. Elnur artıq vəziyyəti öz əlinə almalı idi.
-Arzu...-Elnur Arzuya daha da yaxın əyləşdi.-Sənə deyiləsi sözüm var.
-Nə?-Arzu artıq hiss edirdi ki, artıq iş ciddiləşib. O, əvvələr olduğu kimi zarafata salaraq ya da söhbəti dəyişərək reallıqdan yaxa qurtara bilməyəcək.
-Arzu, mən artıq bu sirri saxlamaq istəmirəm.
-Hansı sirri?
-Mən və sən...Yəni ikimiz. Biz ikimiz bir-birimizi çox yaxşı başa düşürük. Bir yerdə çox yaxşı vaxt keçiririk. Bir-birimizi yarı sözdən anlaya bilirik. Sənin düşüncələrin mənim düşüncələrimlə üst-üstə düşür. Biz eyni fikirləşirik. Bizim dünyagörüşlərimiz, xasiyyətimiz hətta hobbiləriz də eynidir. Mən bilmirəm necə deyim. Ama mən artıq onu tapmışam. Xəyallarımdakı şahzadə qızı tapmışam. Bu sənsən Arzu. Bu sənsən!
Arzu susurdu. Nə deyəcəyini, necə reaksiya göstərəcəyini bilmirdi. Axı Elnur həqiqətləri deyirdi. Doğrudan da, Elnur ruhən onun tamamlanmamış ikinci hissəsi idi. Onlar həm düşüncə cəhətdən, həm də həyata olan baxışları cəhətdən eyni idilər. Arzunun sevdiyi şeyləri Elnur da xoşlayırdı. Arzunun insanda nifrət etdiyi cəhətləri Elnur da pisləyirdi.
-Arzu,bilirsən, sevgi iki insanın bir-birinə baxması deyil. Ikisinin də eyni istiqamətə baxmasıdır. Biz səninlə beləyik. Biz ikimiz də bir istiqamətə baxırıq. Mənim düşüncələrimi sən rahatlıqla gözlərimdən oxuya bilirsən. mən də sənin. Arzu, bilirsən, Kolumb Amerikanı necə kəşf edibsə, mən də səni elə kəşf etmişəm. bu sənsən,Arzu.
-Elnur...
-Arzu, mən səni sevirəm. mən səni bu həyatdakı hər şeydən çox sevirəm.
Arzu bu dəfə gözlərini qaçırmadı. Elnura baxdı. Onun sevgi dolu gözlərinin düz içinə baxdı. O, Elnura inanırdı. Bilirdi ki, Elnur səmimi insandır. O, bu sözləri sırf romantika naminə etmir. O, bunları ürəkdən, səmimiyyətlə deyir. Arzu bir anlıq düşündü. Niyə də yox? Məgər onu barda o insandan xilas edən qəhrəman Elnur deyildi? Məgər ona saatlarca pəncərədən baxan Elnur deyildi? Məgər onunla birlikdə uşaqlar kimi əylənən Elnur deyildi? Bu zaman ərzində Arzu Elnurdan nə bir yalan, nə bir xəyanət nə də yersiz bir hərəkət görmüşdü. Elnur ağıllı, sözün yerini bilən biri idi. O, heç vaxt düşüklük etməmişdi. Ucuz və əxlaqsız hərəkətlərə yol verməmişdi. Heç vaxt ona pis gözlə baxmamışdı. Bəlkə də bu o idi. Niyə də yox? Arzu indi fərqli düşünməyə başlamışdı. Bəlkə də bu o idi. Elnur Arzunun susmağından daha çox narahat olmağa başladı. Qorxurdu. Arzunun onu tərk edəcəyindən qorxurdu. Elnur o günü xatırladı. Nigarın vərəqləri onun üzünə atıb, qapını çırpıb getdiyi gün...Elnur o an heç nə hiss etmirdi. Nigarla əlaqəsinn bitməsi onda heç bir qorxu yaratmamışdı. Ancaq indi hər şey fərqli idi. O, şahzadəsini tapmışdı və onu itirmək istəmirdi. Bunu üçün hər şey etməyə hazır idi.
-Arzu, mən demirəm ki, evlənək. Bilirəm ki, sənin evlənmək fobin var. Mən sadəcə istəyirəm ki, sən daima mənimlə bir yerdə olasan. Mənimlə birgə yaşayasan. Daim yanımda olasan. Səndən ayrı qalmaq istəmirəm. istəmirəm ki, bizim münasibətimiz ötəri bir macəra olsun. Əgər qorxursansa, evlənməyək. Mən sənin bu qərarını anlayışla qarşılayıram. Və istədiyin qədər gözləyə bilərəm. Arzu, mən istəyirəm ki, biz bir yerdə yaşayaq. Bu mütləq deyil ki, münasibətimizi rəsmiyyətə çevirək. Məgər nikahlı olanlar boşanmırlar? Məgər münasibətləri rəsmiyyətdə olanlar bir-birilərinə xəyanət etmirlər? Nə olar, mənə yox demə. Mən səni itirmək istəmirəm...
-Elnur,mən...Bilmirəm...Bilmirəm nə deyim...
-Sus...Heç nə demə.-Elnur əli ilə Arzunun dodaqlarını ehmalca qapatdı. Sonra geri çəkdi. Ona diqqətlə və qayğılı gözlərlə baxdı. əlini ehmalca Arzunun ipək kimi qara saçlarında gəzdirdi. Onlar ilk dəfə idi ki, bir-birilərinə bu qədər yaxın idilər. Elnur istəyirdi. çox istəyirdi. qarşısındakı qızı dəlilər kimi qucaqlayıb, onu öpmək istəyirdi. onu öpən ilk kişinin özü olmasını istəyirdi. Elnur yavaş-yavaş Arzuya yaxınlaşdı. Ona mehribancasına gülümsədi. Arzu artıq hiss edirdi ki, Elnur onu öpmək istəyir. Və nədənsə elə bu an o da bunu istəyirdi. o da ilk dəfə həyatında sevginin, öpülməyin necə bir hiss olduğunu bilmək istəyirdi. axı nağıllarda şahzadələr öz qəhrəmanlarının öpüşü nəticəsində həyata qayıdırlar. Elnur da onun qəhrəmanı idi. Otaqda həzin bir mahnı səslənirdi. Arzu bu mahnını indi hiss etdi. Necə də gözəl lirik əsər idi. Heç bir söz deyilmədən sadəcə musiqi alətlərinin danışdığı bir əsər. Heç bir söz deyilmirdi. Ancaq nə böyük məna ifadə edilirdi...Elnur Arzunu öpmək üçün ona yaxınlaşdı. Arzu gözlərini yumdu. O bunu istəyirdi yoxsa yox. Bunu dəqiq bilmirdi. Ancaq o etiraz etməyəcəkdi. O. Bu öpüşü özü üçün istəyirdi. bəlkə də Mahiri unutduğunu beyninə və qəlbinə isbat etmək üçün, ona olan sevgisinin son qırıntılarının da bu öpüşlə məhv olacağını istədiyi üçün bu öpüşü istəyirdi. Elnur artıq ona çox yaxınlaşmışdı. Və...
-Mahir...
-Nə?-Elnur diksinərək geri çəkildi.
-Nə oldu?-Arzu gözlərini açdı.
-Sən...Sən Mahir dedin!
-Doğrudan?-Arzu pərt oldu. o, Elnuru məyus etmək istəməzdi. Ancaq deyəsən, özü bilmədən qəlbi onun adını fəryad etmişdi. Gözlərini yerə dikdi. Elnur hirslə ayağa qalxaraq pəncərəyə tərəf yaxınlaşdı. Sonra yenidən Arzuya tərəf irəlilədi.
-Sən Mahir dedin. Sən onun adını çəkdin. Mən elə bilirdim sən artıq onu unutmusan. Axı sən mənə demişdin ki, artıq onu untmusan.-Elnur dəliyə dönmüşdü. Hirsindən otaqda o yan bu yana gedib-gəlirdi. Arzu susurdu. Çox pərt olmuşdu. Utancından gözlərini qaldırıb, Elnura baxa bilmirdi. Elnur bir siqaret yandırdı. Hirslə çəkməyə başladı. Sonra qarşısındakı qıza baxdı. Ona yazığı gəldi. Onunla kobud danışdığı üçün peşman oldu. keçib, yenidən Arzunun qarşısında əyləşdi. Onun əllərindən tutdu.
-Arzu, bağışla. Mən səninlə kobud davranmaq istəmirdim. Ama mən elə bilirdim...Yəni sən niyə onun adını çəkdin? Həm də belə bir anda.
-Elnur, bu məndən asılı olmadı. Mən heç bilmədim ki, onun adını çəkmişəm.-Arzu sakit və boğuq səslə dedi.
-Bağışla,Arzu. Günah məndə oldu. mən gərək səni tələsdirməyəydim. Sənə zaman verəydim.
-Yox,Elnur...
-Nə?
-Yox,Elnur. Bu zamanla bağlı bir şey deyil. Elnur, mən onu sevirəm. bunu nə qədər inkar etməyə çalışsam da, bu belədir. Yadındaır? Sən demişdin ki, insan xəyallarının qəhrəmanına ancaq bir dəfə rast gəlir. Ondan əvvəlkilər də, sonrakılar da, hamısı boşdur. Insan qəhrəmanına ancaq bir dəfə rast gəlir. Mən artıq onunla rastlaşmışam,Elnur. Bu odur. Bu Mahirdir. Bilmirəm niyə o. Niyə məhz o? Ama mən onu sevirəm. düzdür, mən onun yalanlarına hətta xəyanətinə də şahid olmuşam. Ama ona hirslənə bilmirəm. ona nifrət edə bilmirəm. onun yalanlarını qəbul edirəm. düzdür, o, mənim yazdığım əsərlərlə heç vaxt maraqlanmayıb. Heç vaxt onların birini belə oxumayıb. Onların adını, nədən yazıldığını da bilmir. Ama mən onu sevirəm. mən çox çalışmışam ki, bu sualın cavabını tapım. Niyə məhz o? Ama səncə də, sevgi belə bir şey deyilmi? Suallarına cavab tapa bilmirsən...
-Arzu, sən onu sevmirsən. sən sadəcə qarışıq hisslər içindəsən.
-Yox,Elnur. Mən də elə bilirdim ki, mən artıq onu unutmuşam. Ama bu gün, bu an mən bildim ki, illər keçsə də, əsrlər keçsə də, mən onu heç vaxt unuda bilməyəcəm. və başqa birisini onu sevdiyim qədər sevə bilməyəcəyəm. Elnur, mən gözlərimi yumanda xəyal etdim ki, çox istədim ki, qarşımdakı insan o olsun. Mahir olsun. Bunu özüm bilmədən qeyri-şüurla istəmişəm.
-Arzu, mən səni həmişə gözləməyə hazıram.
-Yox,Elnur. Gözləmə. bəlkə də Mahir heç vaxt bilməyəcək k, mən onu necə dəhşət çox sevirəm. o, heç vaxt bunu bilməyəcək. Ama əsas odur ki, bunu mən biləcəm. mən onu aldada bilsəm də, özümü aldada bilmərəm. mən onu sevirəm,Elnur. Canımdan çox sevirəm...
Arzu ayağa qalxdı. Asta addımlarla otağı tərk etdi. Elnur indi pərişan halda idi. Məyus olmuşdu. Sevdiyi qızın qəlbinin başqasına aid olmasına tab gətirə bilmirdi. Qəlbində ona əzab verən bir acı peyda olmuşdu. “Getmə” deyə qışqırmaq, ona yalvarmaq istədi. ancaq bunu etmədi. bilirdi ki, bu heç nəyi dəyişdirməyəcək. Bir azdan qapının səsi eşidildi. Elnur hələ də donuq vəziyyətdə divanda oturmuş və gözlərini boş dəhlizə dikmişdi...
***
O gündən sonra nə Elnur Arzuya zəng vurdu, nə də Arzu pəncərədən onun eyvanına baxdı. Arzu dostu üçün çox darıxsa da, bu münasibəti davam etdirmək istəmirdi. O, heç vaxt Elnura nə sevgili, nə də gələcək həyat yoldaşı kimi baxırdı. Ancaq Elnurun Arzuya olan münasibəti fərqli idi. Bunu bildikdən sonra heç nə olmamış kimi bu münasibəti davam etdirmək mümkün deyildi. Ona görə də Arzu ilə Elnurun münasibəti bir çox münasibətlər kimi səssiz-səmirsiz bitdi. Məgər hər münasibətin sonu ayrılıq deyilmi? Bəlkə də bu insanlardan asılıdır. Onlar istəsələr münasibətləri sonsuz edə bilərlər. Ancaq ayrılıq insanların ağlına gələn ilk çıxış yoludur. Çünki ayrılsan səni narahat edən bütün fikirlərdən uzaq olacaqsan. Zamanın öhdəsinə hər şeyi ataraq, həyatınna yeni və başqa yoldan davam edirsən...
Arzu artıq gecələr pəncərədən baxmırdı. Telefon nömrəsini dəyişmişdi. Mahirdə dəyişdiyi kimi. O, artıq o insanla əvvəlki kimi maraqlanmırdı. Bilmirdi, o insan da onu düşünürmü? Nə vaxtsa onun nömrəsini yığıbmı? Artıq evə gələn zəngləri də Kəmalə qəbul edirdi. Ancaq Arzu görürdü ki, evə artıq gizli zənglər də olmur. Deyəsən, Elnur da onu unutmağa çalışırdı. Elnur da Arzu kimi depressiyada idi. Yenicə hər şey düzəlmişkən, Elnur yeni-yeni həyatı sevməyə başlayırdı ki, bu ayrılıq onu sonsuz ümidsizlik dənizində boğmağa başladı. Onu qəm dəryasında batırırdı. Elnur çox pis vəziyyətdə idi. Insan xəyallarının şahzadəsini itirəndə bu ona çox pis təsir edir. Onun xəyallarının şahzadəsinin qəhrəmanı başqa bir insan idi. Görəsən niyə belə olur? Həyatın bizə də qaranlıq qalan hadisələrinə şahid olduqca, cavabsız suallar bizi yorduqca, çıxış yolu axtadıqca sən onu anlamağa başlayırsan. O, adi bir qız deyildi. O, indiyə qədər Elnurun münasibətdə olduğu qızlar kimi deyildi. O, fəqli idi. Çətin ki, Elnur bir də belə bir insanla qarşılasşın. Bəlkə var. Bəlkə o haralardasa gizlənir. Bəs Elnur onu tapmaq istəyirdimi? Elnur o gündən sonra çox zəng vurdu Arzunun telefonuna. Çox çıxdı eyvana. Çox baxdı 7-ci mərtəbəyə. Ancaq hər dəfə də məyusluqla nəticələndi. Arzu artıq pəncərəyə çıxmırdı. O, nömrəsini dəyişmişdi. Deməli, hər şey bitmişdi. Uzatmağın mənası yox idi. Elnur qürurlu insan idi. O, istəsə Arzunun evinə gedə bilər, ya da evə zəng vura bilərdi. Ancaq bunu etmirdi. Nə qədər də əzablı olsa da, Elnur bu münasibətin bitdiyini artıq qəbul etmişdi. Geriyə ancaq bir təsəlli qalırdı: Elnur notbukunu açdı. Yeni əsər yazacaqdı. Arzuyla olan münasibətini, onunla keçən xoş anlarını əbədiləşdirmək üçün onu vərəqlərə həkk edəcəkdi. Elnur yazmağa başladı. Ancaq əvvəlcə ona bir ad qoymaq lazım idi. Elnurun barmaqları klavişdə gəzdi. Və ekranda yazıldı: “PƏNCƏRƏ”...
Arzu ona doğma və əziz olan bir insanı itirmişdi. O, artıq bezmişdi həyatındakı insanları bir-bir itirməkdən. Əvvəlcə anası, sonra Mahir, daha sonra Elnur...Arzu artıq bu əzablara tab gətirmirdi. O, tənha gecələr keçmişi xatırlayaraq ağlamaqdan bezmişdi. O, anasını istəyirdi. o, canından çox sevdiyi Mahiri istəyirdi. o, onun üçün əziz olan dostunu istəyirdi. ancaq onlar Arzunun həyat dəftərinin əvvəlki səhifələrində qalmışdılar. Arzu həyatındakı bütün səhnələrini xatırlayırdı. Uşaqlıq illəri, məktəb illəri, tələbəlik illəri, iş həyatı, Mahir, Sabir müəllimlə söhbətləri, Elnurla etdiyi dəliliklər, anasına nifrətlə dediyi kəlmələr...Hər şey Hər şey təkrar-təkrar gözlərinin qarşısında canlanırdı.
***
-Mahir?...
Arzu binalarının qarşısında heykəl kimi dayanmışdı. O, burda idi. Mahir Arzunun qarşısında idi. Maşını da kənarda saxlamışdı. Mahir Arzunun yaşadığı binanın qarşısında idi. O, gəlmişdi. Neçə müddətdən sonra o, gəlmişdi. Arzu heyrətdən və təəccübdən yerində donub qalmışdı. Beynində hər şeyi təhlil etməyə çalışırdı: O, niyə aşağı düşmüşdü? İşə getmək üçün. Axı Arzu hər səhər işə getmək üçün bu binadan dayanacağa gedirdi. Bəs Mahir burada neyləyir? Niyə gəlib? Niyə bu qədər müddətdən sonra? Axı Arzu artıq tam əmin idi ki, Mahir onu çoxdan unudub. O, bundan sonrakı həyatında Mahiri ancaq xəyallarında xatırlayıb sevəcək. Arzu buna özünü artıq alışdırmışdı. Ancaq indi Mahir onun qarşısında dayanmşdı. O, xəyal deyildi. Və bu bir yuxu deyildi. Arzu Mahiri görcək elə bil bədənindən cərəyan keçdi. Canına üşütmə gəldi. Həyəcandan bütün bədəni titrəyirdi. o, burda idi. Həyatda hər şeydən, hər kəsdən çox sevdiyi insan qarşısında idi. Mahir Arzuya yaxınlaşdı:
-Salam, Arzu.
Arzu həsrətlə və diqqətlə Mahirə baxdı. Necə də darıxmışdı bu ağıllı və zəhmli baxışlar üçün. Hər şey yalan imiş. Arzu Mahiri heç vaxt unutmamışdı. Mahir Arzunun həyatındakı hər bir səhnədə iştirak edib. O, hər baxdığı yerdə Mahiri görürmüş, hər danışdığı insanda onu xatırlayırmış...Sadəcə bunu inkar edirdi. Ancaq indi nə qədər istəsə belə, bu həqiqəti inkar edə bilməzdi. O, Mahiri sevirdi. O, ancaq Mahiri sevirdi.
-Salam, Mahir.-Arzunun səsi titrədi. istədi Mahirin boynuna sarılıb onu bərk-bərk qucaqlasın. Ancaq özünü soyuqqanlı göstərməyə çalışırdı.
-Niyə gəlmisən?
-Səni görmək istəyirdim. Olmaz?-Mahir ona mehribancasına gülümsədi.
-Olar niyə olmur? Min dəfə olar. Sənə hər şey olar...-Ancaq Arzu bunları ürəyində dedi. Dilində isə başqa sözlər səsləndi:
-Nə əcəb? Hardan yadına düşmüşəm?-Arzu bunu demək istəmirdi. Ancaq qeyri-ixtiyarı bu sözlər səsləndi.
-Arzu, mən səni heç vaxt unutmamışdım ki...Sən həmişə mənim ağlımdasan...
Arzu ağlayırdı. Ama içində. Için –için ağlayırdı.
-Get burdan ,Mahir. Hər şey bitib.-Nə qəribədir, Arzu Mahiri bu qədər çox sevərkən onu rədd edirdi.
Arzu geri çevrildi. Bloka doğru addımladı. Heç özü də bilmirdi niyə evə gedirdi. Axı o, işə getməli idi. Işə getmək üçün evdən çıxmışdı. Ancaq indi o, elə bir vəziyyətdə idi ki, nə iş nə də başqa bir şey haqda düşünə bilirdi. O, Mahiri itirmək istəmirdi. Mahiri itirmək onun üçün dünyanın və işıqlı və bir həyatın sonu demək idi. Ancaq istəmədən belə o,Mahiri rədd etdi. Axı niyə bu zaman ərzində bircə dəfə belə olsun gəlməmişdi? Niyə Arzunun ona ehtiyacı olan anlarda ondan uzaq idi? Axı Mahirin nə günahı? Arzu özü nömrəsini dəyişmişdi. Özü işdən heç nə demədən çıxmışdı. Axı Mahir onun evinə gələ bilərdi. Arzu bu düşüncələrin içində azıb qalmışdı. Bircə onu bilirdi ki, arxasını çeviirib getdiyi insan üçün canını verməyə hazırdır.
-Arzu!
Arzu geri çevrildi. Mahir əsəbi görünürdü. məgər Arzu onun əsəbi simasına vurulmamışdı?
-Arzu, niyə bunu edirsən? axı sən də məni istəyirsən. inkar etmə. Məni necə çox sevdiyini bilirəm. bəs onda niyə ikimizə də zülm edirsən? Arzu, əgər desən ki, get. Inan ki, bir də həyatında peyda olmayacam. Ama desən ki, qal. Ömrümün axırına kimi səni tərk etməyəcəm. Arzu, mən səni çox sevirəm. həm də çox...Qərarını ver.
-Get!-Arzu bu sözü demək istəmirdi. Əsla. Əsla bu fikirə deyildi. Ama dedi. Bəlkə də qorxurdu. Evlənməkdən yoxsa Mahiri itirməkdən. o, artıq Mahirsiz bir həyata öyrəşmişdi. Mahirli bir həyatda isə onu qorxu və şübhələrlə dolu bir həyat gözləyirdi. Arzu geri çevrildi. Heç iki addım atmamışdı ki, yenidən geri çevrilərək Mahirə doğru qaçdı. Onun boynuna sarılıb, uşaqlar kimi ağlamağa başladı.
-Getmə, Mahir. Getmə! Getmə! Mən səni çox istəyirəm. mən səni bu həyatdakı hər şeydən çox istəyirəm. nə olursa olsun. Nə istəyirsə baş versin. Bu qorxu mənə əzab versə də, sabah öləcəyimi bilsəm də, mən razıyam. Mən səninlə evlənməyə razıyam.
Mahir sevinirdi. Arzu isə uşaqlar kimi ağlayırdı. 5-ci mərtəbədə palaz çırpan qadın isə onlara baxırdı. Arzu xöşbəxt idi. Indi o, göyün 7-ci qatında idi. O, heç nəyi düşünmürdü. O, Mahirə onun maşınına minən qız haqqında da soruşmayacaqdı. O, niyə bu qədər zamandan sonra niyə onun yanına gəldiyini də soruşmayacaqdı. Indi o, heç nə düşünmürdü. Əsas o idi ki, Mahir indi burdadır. Onunladır. Mahir onu unutmadı. Bu nağıl gözəl sonluqla bitdi. Arzunun ağlına bir fikir gəldi: Bəlkə bu Elnur idi. Mahirə Arzunun onu necə çox sevdiyini demişdi. Mahir isə həqiqəti biləndən sonra Arzunun yanına gəlmişdi. Axı Arzu heç vaxt Mahirə onu necə çox sevdiyini deməmişdi. Bəlkə də bu Elnur idi. Ancaq bu Elnur deyildi. Arzu heç vaxt bilməyəcəkdi ki, əslində bütün bunları edən onun anasıdır. Mahiri axtarıb tapan, ona qızının sevgisi haqda danışan da Lalədir. Lalə öz sevgisi naminə qızının sevgisinin məhv olmasına razı ola bilməzdi. Axı o da sevirdi. O da əsl sevginin nə demək olduğunu bilirdi. Hər şeydən əvvəl o ana idi. Bəlkə də nə vaxtsa Arzu bu haqda biləcəkdi. Ancaq indi o, çox xöşbəxt idi.
SON
Indi siz elə zənn edirsiniz ki, iki insan evlənərək uzun və xöşbəxt həyat yaşayırlar. Axı biz adətən belə sonluqlara öyrəşmişik. Nağıllarda, sevgi hekayələrində qəhrəman ağ atında gələrək şahzadəsini alıb aparır. Bəli, bu belədir. Ancaq təkcə nağıllarda. Təəssüf ki, reallıq deyilən bir anlayış var. Və o nağılların tam əksidir. Reallıqda, xüsusilə də müasir dövrün reallığında nə qəhrəmanlar, nə də şahzadələr var. Ona görə də, sizi istəməsəm belə məyus edəcəm. çünki səhnənin görünməyən tərəfi yəni pərdə arxası var. Orada isə hər şey fərqlidir. Mən sizə o pərdə arxasını göstərəcəm.
“SON”dan sonra...
Arzu gəlinlik paltarında bir mələk idi sanki. Gəlinlik ən çirkin qızı belə gözəlləşdirir. Üstəlik bu paltarı gözəl bir qız geyinərsə o, tam nağıllardakı şahzadələrə bənzəyir. Arzu da indi özünü nağıllardakı şahzadələr kimi hiss edirdi. Bir azdan qəhrəmanı onu gəlib aparacaqdı. Məgər bundan böyük xöşbəxtlik ola bilərdi? Ətrafdakı hər kəs ona heyranlıqla baxırdı. Hər kəs bir-birinə qızın necə gözəl olduğunu pıçıldaşırdılar. Hər kəsin nəzərləri Arzunun üzərində idi. Bir azdan maşınların siqnal səsləri gəldi. Arzu atasının evindən gəlin gedəcəkdi. Əhməd evə toplaşan qohum-qonşu arasından keçərək qızına yaxınlaşdı. Nə qədər özünə söz versə də göz yaşlarını tuta bilmədi. qızını ehmalca qucaqladı. O, indi hiss etdi bunu. Onun qızı böyümüşdü. Onun qızı artıq evlənmək yaşına çatmışdı. O, qızını çox sevirdi. Arzu da kövrəldi. Əslində belə hallar Arzuya həmişə gülünc gəlirdi. Həmişə düşünürdü:Axı qızlar niyə ata evindən gedəndə ağlayırlar? Axı onlar sevdikləri insana gedirlər. Axı onlar valideynlərindən əbədəlik ayrılmırlar? Arzu indi anladı necə olur bu hisslər. Niyə qızlar ağlayır və ya kövrəlir. Elə bu an onlar anlayırlar valideynlərinin onlar üçün necə dəyərli olduğunu. Ancaq indi anlayırlar. Görəsən niyə belədir? Niyə insanlar həmin insanın dəyərli olduğunu bilmək üçün ondan uzaqlaşmalıdır?
Çalğıçılar çala-çala qapıdan evə keçdilər. Və o, göründü qapıda. Mahir. O, necə də yaraşıqlı idi. O, əsl qəhrəmanlara bənzəyirdi. Arzu Mahiri görcək üzündə xöşbəxtliyi təcəssüm edən təbəssüm yarandı. O, bu insanı həqiqətən çox sevirdi...
***
-Siz Məmmədov Mahir Sabir oğlu, Əliyeva Arzu Əhməd qızı ilə izdivaca razısınızmı?
-Bəli-Mahir məğrur halda dedi. əfrafdakı insanlar əl çaldı.
-Siz Əliyeva Arzu Əhməd qızı, Məmmədov Mahir Sabir oğlunun xanımı olmağa razısınızmı?
Arzu bir anlıq ətrafına baxdı. Yəqinki indi ətrafdakı qızlar bu iki gəncə böyük qibtə ilə baxırdılar. Axı onlar necə də bir-birilərinə çox yaraşırdılar. Indi buradakı gənc qızların hər biri istərdi ki, onların da Mahir kimi qəhrəmanı olsun. Burada toplaşan hər bir gənc oğlan istərdi ki, onlar Arzu kimi gözəl bir şahzadəyə sahib olsunlar. Bu onların gözlərindən oxunurdu. Hər şey necə də ideal görünürdü. indiyə kimi hər şey Arzuya nağıl kimi gəlirdi. O, xöşbəxtliyi tapmışdı. Axı insanın ən böyük xöşbəxtliyi onun ailə saədətidir. Adı insanlar belə düşünür. Arzu isə adi insanlardan deyildi. Onun qorxuları yenidən peyda oldu. həmin qız gözlərinin önündə yenidən canlandı. Onun mənalı gülüşü...Maşına oturması...Yəqin ki, belə qızlar Mahirin həyatında az deyildi. Bu normal hal idi. Axı Mahir nə evli idi, nə də nişanlı...Ama Arzu artıq bu səhnəni görmüşdü. Və nədənsə bu səhnəni unutmaq istədikcə, onu daha çox xatırlayırdı. Bir anlıq gələcək ailə həyatı gözlərinin önündə film kimi canlandı. O, evdədir, ya da işdə. Mahir isə işdə ya da başqa yerdə. Arzunun artıq şübhələr beynində dolanmağa başlayır. Xəyanət yoxsa yalan. Axı onun həyat yoldaşı yaraşıqlı və imkanlı idi. Arzu Kəmalənin sözlərini xatırladı: “İndiki zamanədə qızlar üçün fərqi yoxdur, evli yoxsa nişanlı. Əgər oğlan yaraşıqlıdırsa onlar həmin oğlanı ələ keçirməyə çalışacaqlar. Adətən çirkin oğlanlar qızı əldə etmək üçün bir az əziyyət çəkirlər. Yaraşıqlı oğlan üçün isə buna gərək yoxdur. Onların qızı əldə etmək üçün nəsə əziyyət keçməsi gərək deyil. Çünki qızlar həmin oğlanı ələ keçirirlər. Hətta onlara sevgi etirafı da edirlər: “YA LYUBLYU TEBYA”.
Arzu tələbəlik sevgisini xatırladı. O, eyni fakültədə oxuduğu bir tələbəyə vurulmuşdu. O, hündürboylu bir oğlan idi. Eybəcər idi. Uzun əyri burnu, mənasız siması vardı. Heç bir qızın diqqətini cəlb etməyəcək bir görkəmdə idi. Ancaq Arzu onu heç bir yaraşıqlı oğlana dəyişməzdi. Arzu bu özünəqapalı, özü dünyası olan oğlana vurulmuşdu. Həmin oğlan sakit idi. Heç vaxt bir qızla danışdığını görməmişdi. Arzu onu məhz buna görə sevirdi. O oğlan məhz onun idi. Onu heç kimlə paylaşmırdı. Ona inanırdı. Onu çox sevirdi. Onlar bu tələbəlik illəri ərzində heç bircə dəfə də olsun danışmamışdılar. Ancaq baxışlarla hər şey ifadə olunurdu bu sevgidə. Bəlkə də elə buna görə Arzunun yaddaşında həmin insan yaxşı bir yerdə qalmışdı. Bəlkə də danışsaydılar nə çox yalanlar, nə çox xəyanətlər üzə çıxacaqdı. Ancaq indi vəziyyət başqa idi. Indi Mahiri bir çox qızlarla paylaşmalı olacaqdı. Mahir çox ağıllı və ciddi bir insan idi. Ancaq xəyanət labüd idi. Bu nə vaxtsa olacaqdı. Arzu artıq bir dəfə buna şahid olmuşdu. Arzu Mahiri qısqanmırdı. Sadəcə onu başqa birisi ilə paylaşaq istəmirdi.Arzu Elnurun sözlərini xatırladı: “ Əgər insan bir dəfə yalan və xəyanətlə üzləşirsə, o insana güvən artıq itir. Və şübhələr sənin bütün həyatını zəhər edir. Sən bu həyata məhkum edilirsən...”
-Arzu...-Arzu gözlərini qaldırıb, kənarda dayanan atasına baxdı. Daha sonra bir-bir zaldakı insanlara baxdı. Nəhayət, yanında dayanan qəhrəmanına baxdı.
-Mən...Mən istəmirəm.
-Nə?-Mahir təəccüblə Arzuya baxdı. Zalda dayanan hər kəsin simasında çaşqınlıq ifadəsi yarandı.-Sən nə danışırsan,Arzu?
-Bağışla, məni. Ama mən istəmirəm. Mən səni çox sevirəm. ama mən bacarmıram. Bacarmıram...
Arzu üz tutdu çıxış qapısına doğru. Sürətlə addımladı.
-Arzu! Arzu!-Əhməd qızını arxasınca səslədi. Arzu heç kimə, heç nəyə məhəl vermədən oradan uzaqlaşdı. Mahir Arzunun arxasınca getdi. Arzu qaçırdı. Var-gücüylə qaçırdı.
-Arzu! Arzu!-Mahir qışqırırdı.
Arzu bir taksiyə mindi.
-Dayı, sür, tez ol!
Neçə illərdir həyatını bu sükan arxasında keçirən ağ saçlı kişi təəccüblə Arzuya baxdı. Yəqin birinci dəfə idi ki, onun maşınına toydan çıxan qonaqlar deyil, gəlin otururdu. Arzu şoferin təəccüblə ona baxdığını görüb, qışqırdı.
-Tez ol. Sür!
***
-Arzu?-Elnur qapını açar-açmaz qarşısında Arzunu gəlin paltarında görüncə təəccübünü gizlədə bilmədi.
-Elnur...-Arzu günah işləmiş uşaqlar kimi yazıq-yazıq Elnura baxdı.-Mən qaçdım. Mən toydan qaçdım.
-NƏ?-Elnur gülməyə başladı.
-Eee, niyə gülürsən? mən ciddiyəm.
-Yaxşı, yaxşı. Keç içəri. Arxanca gələn zad yoxdur ki?
-Yox.-Arzu paltarının ətəyindən tutub dəhlizə keçdi. Elnur bloka nəzər salıb, qapını bağladı. Arzu keçib divanda əyləşdi. Elnur Arzuya stəkanda su gətirdi.
-Al iç. Danış görüm, necə oldu? niyə toydan qaçdın?
-Sağ ol.-Arzu stəkanı alıb, həyəcanla suyu içməyə başladı. Həyəcandan bütün bədəni titrəyirdi.
-Bilimirəm, necə oldu. ama o an hiss etdim ki, mən bunu istəmirəm. mən Mahirlə evlənmək istəmirəm. yox, bu anamın məndə buraxdığı psixoloji xəstəliyə görə deyil. Mən sadəcə isətmədim. Istəmədim mən də adi insanlar kimi sevdiyim insanla evlənərək həyatımı ailə ilə məhdudlaşdırım. Onsuzda ən güclü sevgi belə müəyyən müddətdən sonra ölür. 3 ildən sonra isə sən artıq uşaqlarına görə onunla bir yerdə yaşayırsan. Mən bundan qorxdum. Sevgimin bir gün bu qədər ucuzlaşacağından qorxdum. Dəyərdən enəcəyindən qorxdum. Bu bir qorxudur. Mən həyatımı bu qorxu ilə başa vurmaq istəmirəm.
-Yəni sən Mahiri tərk etdin?
-Hə. qoy bu belə olsun. Qoy Mahirə olan sevgim özümdə qalsın. Məgər belə gözəl deyilmi? O sevgi qəlbimdə olsa heç vaxt dəyərdən düşməz. o daima güvəndə və təhlükəsiz yerdə olar. Mən Mahiri sevirəm. bu danılmazdır. Ama qəlbimdə. Mən onu reallıqda sevəcək qədər güclü deyiləm. Elnur, sevgi xöşbəxtlik demək deyil. Xöşbəxtlik tamam fərqli bir şeydir. Sevgi özü ilə ancaq xəyanət yalan və iztirab gətirir. Mən bunu istəmirəm. mən tamam fərqli bir şey istəyirəm. heç özüm də bilmirəm nə istəyirəm...-Arzu dərindən ah çəkdi.
-Başa düşürəm səni. Çünki mən də sənin kimi gic romantiklərdənəm. çünki biz adi insanlardan fərqlənirik. Biz onların düşündüyü kimi düşünmürük. Onların fikirləri bizə gülünc gəlir. Bizim fikirlərimizi isə onlar ümumiyyətlə anlamırlar. Başqası olsaydı səni dəli adlandırardı. Çünki sevdiyi insanın toyundan qaçan bir insana ancaq dəli demək olar. Mən də sənin kimi dəli olduğum üçün səni anlayıram. Ola bilsin ki, sən onunla xöşbəxt bir həyat sürə bilərdin. Ancaq qısa müddət. Çünki siz tamam fərqli dünyaların insanlarısınız.
-Elə bunu bildiyim üçün qaçdım. O, çox yaxşı insandır. Səbrlidir. Mənim dəli və paranoik hərəkətlərimə səbrlə yanaşır. Ama bilirəm ki, müəyyən müddətdən sonra mən onu bezdirəcəkdim. Və o, mənə nfrət edəcəkdi. Mən bunu istəmirəm. mən sevgimin necə süqut etdiyini görmək istəmirəm. belə daha yaxşıdır. O, mənim xatirələrimdə məni sevən bir qəhrəman kimi qalacaq. Mən onu xəyallarımda sevməyi sevmişəm. mən onu xəyal etməyi sevirəm.
-BƏs indi nə olacaq? Yenə nömrəni və ünvanını dəyişəcəksən?
Arada sükut yarandı.
-Bilirsən?-Arzu udqundu.-Sən mənə bir söz demişdin eee...O hələ də qüvvədədir?
-Hansı söz?
-Sən demişdin ki, biz bir yerdə yaşayaq. Ama nə ər-arvad kimi, nə də dost kimi. Yəni bir yerdə yaşayaq. Ama münasibətimizin bir adı olmasın.
-Hə. elə söz demişdim.-Elnurun gözlərinə işıq gəldi.
-Bax, mən istəyirəm ki, biz bir yerdə yaşayaq. Nə vaxta kimi, hara kimi bilmirəm. ama onu deyim ki, sən artıq mənim sənə olan hisslərimi bilirsən. və bilirsən ki, mən bütün həyatım boyunca təkcə bir insanı sevəcəm-Mahiri! Bunu bilə-bilə qəbul edirsən məni?
-Əlbəttə. Mən sənin fikirlərinə və hisslərinə hörmətlə yanaşıram. Və səni ömrümün axırına kimi gözləyəcəm. sən istəməyincə məndən artıq-əskik bir hərəkət görməyəcəksən.
-Hm. Deyəsən, bu məndə genetik keçib.
-NƏ?
-Qaçmaq! Anam da bizi qoyub qaçmışdı. Mən də qaçdım.-Arzu gülməyə başladı.-Yazıq,Mahir. Onu pərt eləmək istəmirdim. Ama bilirsən? içimdə qəribə bir sevinc hissi var. Mən də ondan bütün iztirablarımın və göz yaşlarımın acığını çıxdım. O, bunu tez unudacaq. O, bizim kimi romantik deyil. Təki unutsun. Təki xöşbəxt olsun. Onsuzda mən qəlbimdəki Mahiri həmişə sevəcəm...
-Aydaaa..
-NƏ oldu?
-İndi yadıma düşdü. Mən iki gündən sonra Türkiyəyə-Kapadokyaya getməliyəm.
-Niyə ki?
-Bilirsən, tələbə dostum var. Kapadokyada otel açıb. Istəyir “otelin işlətməsi”ni mənə tapşırsın. Düzü, mən də qəbul etdim. Çünki pis vəziyyətdə idim. Sevdiyim insan məni tərk etmişdi. Mənsə buradan uzaqlaşmaq istəyirdim. Çünki pəncərədə artıq onu görə bilmirdim....Ama istəsən, elə indicə zəng vurub, fikrimi dəyişdiyimi deyərəm.
-Yox. Niyə ki? Demə. Bəlkə elə mən də getdim.-Arzu gülümsəyərək göz vurdu.
-Doğrudan? Doğrudan mənimlə gələrsən?
-Əlbəttə. Səyahət mənim ən böyük arzumdur. əvvəllər turizm şirkətində işləyəndə səyahətə gedən insanlara həsəd aparırdım. Həmişə istəmişəm ki, həyatımı pobinzon kruzo kimi səyahətlərdə keçirim.
-Bu lap əla oldu ki...Arzu,sən məni lap sevindirdin. Inan ki, sən məni yenidən həyata qaytardın. Mən səni itirdiyimə görə pis olmuşdum. Inan ki çox sevindim. Indi sən burda yenidən mənimləsən...
-Hə. elnur, bilirsən? mən səni sevgi mənasında sevmirəm. ama sən mənim üçün daha dəyərlisən. biz səninlə çox şeyləri paylaşmışıq. Mən bilirəm, sən nələrdən xoşlanırsan, nələrdən yox. Ama biz Mahirlə heç vaxt bu qədər səmimi olmamışıq. Mən onu sevirdim. Ama onu səni tanıdığım qədər tanımırdım. Ona inanmırdım. Ona güvənmirdim.
-Sevindim bunları eşitməyimə. Doğrudan da bu həyatda hər şeyi sevgi həll etmir. Əsa odur ki, sən sənin tamamlanmamış ikinci hissəni tapasan. Mən isə onu tapmışam. Mən artıq özümü yarımçıq hiss etmirəm. biz fərqliyik,Arzu. Qoy onlar bizi anlamasınlar. Qoy onlar bizi dəli adlandrsınlar. Biz yenə də öz romantik dünyamızda yaşayaq. Axı kimə nə ziyanımız var? Hə?
Arzu gülümsədi.
Onlar yazıçı, hərdən melonxolik, hərdən dəlisov, romantik iki insan idilər. Onlar dünyanı fərqli rəngdə görürdülər. Onların həyat lügətində nə yalan, nə xəyanət nə göz yaşı vardı. Onlar onlara məxsus həyatı özləri istədikləri kimi, heç kimdən asılı olmadan, müstəqil, deyərək-gülərək yaşayacaqdılar. Onlar insan taleləri ilə rastlışıb onları qələmə alacaqdılar. Hər kəsin biganə yanaşdığı qonşu qızın və ya heç kəsin həyatında mühüm rol oynamayan, unudulmuş bir insanın hisslərini qələmə alacaqdılar. Çoxlarının yanından keçərək əhəmiyyət vermədiyi kiçik, uçuq koma onların əsər yazmaq üçün yeni bir stimulu olacaqdı. Onlar həyatı və ona adi olan hər şeyi sevirdilər. Bəlkə də onlar həyatı boyunca evlənməyib, subay qalacaqdılar. Bəlkə də heç vaxt ailə saədətinin nə demək olduğunu bilməyəcəkdilər.Ama əsas o idi ki, onlar xöşbəxtliyi tapmışdılar...
SON
Dostları ilə paylaş: |