“Görəsən, necə biridir? Nələrdən xoşlanır? Ailəsi ilə münasibətləri necədir?
O Nigar ilə necə münasibət qurduğunu xatırladı. əvvəlcə onun nömrəsini almışdı. Daha sonra ona özünü tanıtdırmadan sevgi dolu mesajlar yazmışdı. Nigara çox maraqlı gəlmişdi. Axı bu kim ola bilər? Bəlkə bu onun köhnə sevgilisi idi? Ancaq gələn zənglərdən sonra Nigar əmin oldu ki, bu o deyilmiş. Bu səs başqa bir insana məxsusdur. Nigar artıq hər kəsdən şübhələnməyə başlamışdı. Çünki Elnur onu hər yerdə izlədiyini söyləmişdi. Hətta axşamlar zəng edib, ona bu gün necə bir paltar geyindiyini, geydiyi koftanın nə rəngdə olduğunu deyirdi. Nigar dərsdən çıxanda ətrafına diqqətlə baxır, hər addımladıqca diqqəti onu izləyən addımlara yönəlirdi. Indi o, burada ola bilərdi. Nigar artıq bu müəmmalı insana çox öyrəşmişdi. Elnur ona sevgi dolu mesajlar yazır, onunla danışırdı. Artıq bu sevginin qarşılıqlı olduğuna əmin olduqdan sonra, o, Nigarın qarşısına çıxdı. Nigar ilk dəfədən onu xatırlamadı. Ama biləndən sonra ki, bu yaraşıqlı oğlan onun qrup yoldaşının qardaşının dostudur. Və onu partidə artıq görüb. Sən demə onun gizli heyranı Elnur imiş. Yəqin ki, hər bir qız belə qəhrəman arzulayır. Nigar özünü çox özəl hiss edirdi. Nağıllardakı qəhrəmanı tərəfindən xilas edilən şahzadələr kimi...
Ancaq indi vəziyyət başqa idi. Elnur Arzunun mobil telefonunun nömrəsini necə əldə edə bilərdi? Ancaq ev telefonunun nömrəsini öyrənə bilərdi. Onun yaşadığı ünvanı bilirdi. 109-a zəng edib, öyrənə bilərdi. Onun adını da bilirdi. Elnur bir anlıq notbuku kənara qoyub, ayağa durdu. Adəti üzrə eyvana çıxmamış, pəncərədən Arzunun pəncərəsinə baxdı. Pəncərədə heç kim yox idi. Telefonun dəstəyini götürdü. 109-u yığdı...
***
Arzunun evinə cavabsız zənglər gəlməyə başlamışdı. Arzunun ilk ağlına gələn insan Mahir oldu. “Bəlkə bu Mahirdir.” Ancaq ağlında ikinci variant da vardı. bu o ola bilərdi:Elnur. Axı bu mümkün idi. Artıq evə zəng olanda Arzu o zəngə doğru qaçırdı. Həmişə dəstəyi o götürürdü. Bəlkə bu odur. Kim? Arzu onun səsini dinləyib susan insanın kim olmasının istəyirdi. Mahir yoxsa Elnur? Arzunun bir anlıq gözlərinin önünə həmin səhnə gəldi. Mahirin iş yerinə getdiyi və o qızın Mahirin maşınına minməsi səhnəsi...Yox. Arzu istəmirdi ki, bu insan Mahir olsun. Çünki Mahir məsələsi çoxdan qapanmışdı. Düzdür, o,Mahiri asanlıqla unuda bilməmişdi. Çox ağlamışdı, çox əzab çəkmişdi. Çox əli telefonda onun nömrəsini yığmışdı, çox ona mesaj yazıb, göndərməmişdi. Ancaq o səhnənin pərdələri çoxdan qapanmışdı. Arzu onu unutmuşdu. Və indi o bu insanın Elnur olmasını arzulayırdı.
-Alo...-Arzu dəstəyi götürdü.
-Alo...-nəhayət ki, dəstəyin digər tərəfindən səs gəldi. Bu bir oğlanın səsi idi. Onun çox ciddi səs tempi vardı.
-Bəli, eşidirəm..-Arzu həyəcanlandı.
-Salam,Arzu...
-Kimdir?-bu Mahirin səsi deyildi.
-Mənəm...Elnur...Tanıdın?
-Hə...Elnur.-Arzu sevindi.-Necəsən,Elnur?
-yaxşı. Sən necəsən?
-Mən də yaxşıyam.
Arada sükut yarandı. Nə Elnur, nə də Arzu nə deyəcəyini bilmirdi. Onların hər ikisi də indi söhbət etməyi hər şeydən çox arzulayırdılar.
-Arzu, bilmirəm niyə, ancaq mən səninlə söhbət etmək istəyirəm. bilmirəm niyə,ancaq səni özümə çox yaxın bilirəm. mən səninlə dost olmaq istəyirəm...Bilirəm, bu bir az gözlənilməz oldu. ancaq mən gecələr mənimlə pəncərə yoldaşı olan biri ilə daha yaxından səmimi dost olmaq istəyirəm. Arzu...-Elnur sözünü davam etdirə bilmədi. həyəcanla Arzunun verəcəyi cavabı gözlədi. Arzu susurdu.
-Elnur...Mən də istəyirəm...
Yəqin ki, Elnur indiyə qədər bu qədər çox sevinməmişdi. O, Nigardan “Hə” cavabı alanda belə bu qədər çox sevinməmişdi. Bu nəsə qeyri-adi bir hiss idi. O, sevinirdi. O, deyəsən bu qıza aşiq olmuşdu. Bəlkə də sadəcə onunla həmsöhbət olmaq istəyirdi. ona yenicə bitmiş münasibətindən danışmaq istəyirdi. ona yazdığı əsərlərdən danışmaq istəyirdi. nə olursa olsun, mövzü nə olursa olsun Elnur bu qızla danışmaq istəyirdi.
-Elnur...
-Hə,Arzu?
-Mənim indi bir dosta çox ehtiyacım var...
-Elə mənim də...
***
Tez bir zamanda onlar çox səmimi dosta çevrildilər. Onlar qısa zamanda anladılar ki, onlar fikircə, beyincə, bir-birini tamamlayan iki insandır. Elnur danışdıqca,Arzu özünü onun fikirlərində görürdü. Arzu danışdıqca,Elnur bu qıza daha da heyran olurdu. Sən demə, onların çox ümumi cəhətləri varmış. Onların görüşürdülər, saatlarca danışırdılar, mesajlaşırdılar, gecələr pəncərədən saatlarca baxışırdılar. Arzunun həyatında yeni dövr başlamışdı. Bu yeni həyatda Mahir yox idi. Göz yaşları və xəyanətin yaddaşda buraxdığı acı səhnələr yox idi. Bu həyatda Elnur var idi. O , çox yaxşı insan idi. O, ciddi, ağıllı insan idi. Çox dərin, fəlsəfi fikirləri vardı. Hər dəfəki söhbətdə Arzu onda daha bir keyfiyyəti kəşf edirdi. O sanki dərin bir xəzinə idi Arzu üçün. Hər dəfə onu daha yaxından tanıyırdı. Və hər dəfə onu yaxından tanıdıqca ona daha çox heyran olurdu. Bu hisslər sevgi idimi yoxsa rəğbət?Arzu bunu bilmirdi. O, bu hisslərinə ad qoya bilmirdi. Ancaq Elnur dəqiq əmin idi ki, o bu qıza tamam fərqli hisslər duyur. Bu hisslər Nigara olan hisslərdən uzaqdır. O, həmişə Nigarı görəndə onu qucaqlamaq, onu öpməyi düşünürdü. Arzunu görəndə isə daha saf,daha ülvi hisslər keçirirdi. Bu nə idi? Sevgimi yoxsa adicə simpatiya? Bax,Elnur bunu bilmirdi.
***
Qapı döyüldü. Elnur qapını açdı. Gözləri güldü.
-Salam, Arzu. Xoş gəlmisən...
-Salam,Elnur.-Arzu əlindəki qabı göstərib dedi:-Keks bişirmişdim. Istədim sənə də gətirim.
-Məni də zəhərləmək istəyirsən?-Elnur zarafatyana güldü.
-Hə. Qonşumu zəhərləmək istəyirəm.
-Yaxşı eləyirsən. keç içəri.
Arzu dəhlizə keçib, ayaqqabısını çıxardı. ətrafa nəzər saldı. O, ilk dəfə idi ki, Elnurun evində idi.
-Əslində, keks bəhanədir. Sənin evini,necə bir yerdə yaşadığını görmək istəyirdim.
-Yaxşı eləmisən.-Elnur sevinirdi. Arzu onun ən sevimli qonağı idi. Arzu əlindəki qabı Elnura verdi.
-Sən keç otur. Mən də çay hazırlayım. Bu boyda keksi tək başına yeyə bilmərəm. həm zəhərlənsək, bir yerdə zəhərlənək. Hə?-Elnur mülayim nəzərlərlə Arzuya baxdı.
-Yaxşı.-Arzu otağa keçdi. Elnur çay hazırlamaq üçün mətbəxə keçdi. Indi o, özünü göyün 7-ci qatında hiss edirdi. O sevinirdi. Çünki onun üçün ən dəyərli olan insan indi onun evində idi. Onun kitab rəfinə, onun əşyalarına baxırdı. Insanın sevdiyi insanın onunla maraqlanması kimi gözəl bir şey yoxdur. Indi Elnur da bu hisslərin içində qalmışdı.
Arzu otağa nəzər saldı. Bənövşəyi rəngli divar kağızları ilə örtülmüş divarlara, açıq bənövşəyi rəngli pərdəyə, divarın küncündə yerləşən kitab rəfinə, televizora, televizorun qarşısındakı divanla iki kresloya və qarşısındakı şüşə stola diqqətlə nəzər yetirdi. Kitab rəfinə doğru yaxınlaşdı. Bir-bir kitablara baxdı. Kitabların çoxu da fəlsəfi kitablar idi.
-Hə. çayımız da hazırdır. Elnur Arzunu kitablara baxan gördü. Arzu geri çevrilərək Elnura gülümsədi.
-Maraqlı kitablardır.
-Oxumaq istəsən verə bilərəm...
-Qəribədir...
-Nə?-Elnur mənalı-mənalı Arzuya baxdı.
-Həmişə axşamlar kiçik kibrit qutusu kimi gördüyün otağı belə yaxından görmək...
-Hə...
-Eyvana çıxa bilərəm?
-Əlbəttə...
Arzu eyvana çıxdı. Elnur da onun arxasınca eyvana çıxdı. Arzu başını qaldırıb öz pəncərəsinə baxdı.
-Necə də maraqlıdır. Insan öz pəncərəsinə kənardan baxanda.
-Elədir.-Elnur Arzuya yaxınlaşdı. Onun yanında dayandı. Indi o Arzuya daha yaxın idi. Arzunun necə də məsum siması, uşaqsı gülüşü vardı. Elnur hiss etdirmədən gözucu bu qıza baxırdı. Sanki bu qızda onu cəzb edən nəsə qeyri –adi bir tilsim vardı. Onun çox duyğulu səsi vardı. Onun çox mənalı baxışları vardı. Elnur indi dərk etdi. O, bu qızı sevirdi. O bu qızı həqiqətən sevirdi. Bu sevgi idi. Elnur indi anladı. Arzu onun xəyallarının şahzadəsi idi. Elnur indiyə qədər onu axtarırmış.
-Bəs yazdığın əsərləri nə vaxt oxamağa verəcəksən?-Arzu Elnuru xəyallardan ayırdı.
-Doğrudan oxumaq istəyirsən?
-Əlbəttə. Mənə çox maraqlıdır. Sənin yazdığın əsərləri oxumaq istərdim.
-onda sən də öz yazdıqlarını mənə verəcəksən.
-Yaxşı. Problem yoxdur.
-Gəl keçək evə. Hava soyuqdur. Sənə soyuq olar sonra.
-Yaxşı.
Onlar evə keçdilər. Elnur yazdığı əsərlərin içində özünün ən çox xoşladığı əsəri seçib Arzuya uzatdı. Arzu əlinə alıb, oxudu:
- “Sevgi dənizinin sahilində”. Maraqlı adı var. Deyəsən, romantik əsərdir.
-Hə. elədir. Onu Nigarla tanışlığımızın ilk ərəfələrində yazmışam. Onda əsl Məcnun idim. Yazmaq eşqi vardı içimdə. Çünki ilham pərim vardı.
-Bəs necə oldu o ilham pərisi?
-Getdi...-Elnur dərindən ah çəkdi.
-Niyə?
-Bilmirəm. ama o mənim şahzadəm deyildi. Bilmirəm. ama mənim şahzadəm o deyildi. Xəyallarımdakı qız o deyildi.
-Axı onu sevdiyini dedin. Sən onu nə vaxtsa sevmisən. bəs indi niyə onu sevmirsən?
-Bilirsən, əvvəllər mənə elə gəlirdi ki, mən onu sevirəm. ama zaman keçdi. Və mən anladım ki, o mənim istədiyim qız deyil. Bilirsən, mən elə bir qız istəyirəm ki, o, məndən başqa heç kimlə görüşməsin. Heç kimə “Səni sevirəm” sözünü deməsin. Heç kimin əlindən tutmasın. Bilirsən, mən onu ilk dəfə öpəndə...bu elə gözəl bir duyğu idi ki...Ancaq sonra düşündüm ki, məni öpən, məndən əvvəl də, məndən sonra da kimisə öpə bilər. Mənim əlimdən tutan, məndən sonra da başqasının əlini tutacaq. Bilmirəm. bəlkə də mən xudbinəm. ancaq mən elə bir qız istəyirəm ki, o, bulaq suyu kimi saf olsun. O təmiz olsun. O asanlıqla öpüşməyə razı olmasın. Axı o sabah birigün başqasının xanımı olacaq. Onun əri bilməyəcək ki, onun canından çox sevdiyi qadın əvvəllər kiminsə qolları arasında olub. Bax, buna görə, mənim üçün müəyyən müddətdən sonra öz saflığını itirdi...
-Hə...Bilirsən, mənə həmişə maraqlı gəlib, görəsən, oğlanlar qızlar haqqında nə düşünür, necə düşünür?
-Bəs sən? sənin həyatında sevdiyin bir insan olubmu?
Arzunun gözləri uzaqlara zilləndi. Asta və məyus səslə dedi:
-Vardı...
-Niyə “Vardı?”. Bəs indi?
-Biz ayrıldıq...
-Niyə?
-O,mənə evlənmək təklif etdi. Mənsə qəbul etmədim.
-Niyə? əgər onu sevirdinsə, niyə qəbul etmədin?
-Bilirsən,Mənim evlənmək fobim var. Nəsə. Tarixi uzundur. Ona evlənə bilməyəcəyimi söylədim. O da məni tərk etdi. Onu qınamıram. Sadəcə...Nə bilim. O, fərqli idi. O, seçilirdi. O, mədəni idi. O, çox səbrli idi. Mənim şıltaqlıqlarıma dözürdü. Çox əsəbləşsə də, heç vaxt burüzə verməzdi.
-Onunla necə tanış olmusan?
-O, mənim işlədiyim şirkətin müdirinin oğlu idi. O,Çox yaraşıqlı idi.
-Vauuv. Yəqin o çox varlı idi. Ona görə ona vuruldun. Axı indiki zamanədə qızları ancaq pul maraqlandırır. Yəqin onun evi, maşını, işi vardı...
-Hə. o, imkanlı idi. Ancaq mən onu imkanına görə sevmədim. Mən həmin şirkətdə təzə işləməyə başlamışdım. Melonxolik olduğumdan, insanlarla elə də ünsiyyətdə olmurdum. Elə sakitcə işə gəlib, işdən də gedirdim.mən resepşndə işləyirdim. Bir gün qarşımda biri dayandı. Mənə dedi: “Atam burdadır?” mən çaşdım. Dedim, yəqin dəlidir. Atasını niyə burada axtarır? Sonra ətrafımdakılar gülüşməyə başladı. Mənə sonradan dedilər ki, o oğlan Müdirimiz Sabir müəllimin oğludur. Mən çox pərt olmuşdum. O, isə mənə mehribancasına gülümsəyərək dedi: “Deyəsən, burada yenisən.” mənə gülümsədi və atasının otağına getdi. Bax, mən onun o gülüşünə vuruldum. Çox səmimi və uşaqsı təbəssümü vardı. Sonra o tez-tez atasının yanına gəlib- gedirdi. Özümə etiraf etməsəm də, artıq bu insana çox öyrəşmişdim. Artıq onun gəldiyi günləri və saatları əzbərləmişdim. Gözüm qapıya zillənirdi. Onu şirkətin qapısından girən görəndə elə bil dünyanı mənə verirdilər. Bilmirəm niyə. ama ona çox öyrəşmişdim. Elə bilirdim, o, artıq mənim həyatımın bir parçasıdır. Bir müddət o şirkətə gəlmədi. o zaman anladım ki, bu insan mənim həyatımda necə mühum rol oynayırmış. Sən demə, məni həyata bağlayan, mənə işimi sevdirən də bu insan imiş. Mən bunu onun yoxluğunda anladım. O, hərdən mənə gülümsəyib yanımdan keçərdi. Bu gülüşdə heç bir xainlik ya da sırtıqlıq yox idi. Bu təbəssüm həm ciddi, həm də səmimi idi. Mən onun ağıllı baxışlarına vurulmuşdum. Mən onun səsinin tonuna, aksentinə, danışıq tərzinə vurulmuşdum....
Arada sükut yarandı. Elnur diqqətlə Arzuya qulaq asırdı. Arzuya keçmişi xatırlamaq və onları nəql etdikcə, ürəyində paslanmış yaranı sızlatmaq çox çətin idi.
-Bİr müddət o gəlmədi. elə bildim, həyatın bütün mənası da onunla getdi. Hər gün gözlərim o qapıya zillənirdi. Gəlmirdi. Və hər gün məyus halda evə gedirdim. Bir gün... Bir gün mən başımı qaldıranda birini gördüm. Bu o idi. Elə bil bütün bədənim iflic oldu. necə həyəcanlandımsa, yerimdə donub qaldım. O, ötəri mənə baxıb, “salam” deyib, yanımdan keçdi. Mən dəliyə dönmüşdüm. Sevinirdim. Həm də ağlayırdım. Cəld “ayaq yolu”na getdim. Ağladım. Ağladım. Bu dəlilik idi. Niyə ağlayırdım. Bilmirdim. Ama çox sevinmişdim. Sonra anladım ki, mən emosiyalarıma hakim olmalıyam. Üz-gözümü yudum. Makyajımı təzələdim. Və heç nə olmamış kimi yerimə qayıtdım. Yolda ona rast gəldim. Diksindim. O mənə diqqətlə baxdı və dedi: “Niyə ağlamısan?Nəsə olub?” mən cavab tapa bilmədim. Və ağlıma gələn ilk bəhanə bu oldu: “Ayaqqabım sıxır. Çox sıxır” o gülümsədi. özümü tupoy kimi hiss elədim. Bilirəm, bu yaxşı bəhanə deyildi. Ama mən darıxmışdım. Mən ondan ötrü çox darıxmışdım. Bilirdim ki, bu bağlılıq mənə əzab verir. Ama buna razıydım. Mən onu çox sevirdim. O, mənim xəyallarımın qəhrəmanı idi...
-İdi? Niyə “idi”? bəs indi?
-indi o, mənə çox uzaq görünür. Yox. Mən daha onu düşünmürəm. onu xəyal etmirəm. onunla bağlı hadisələri xatırlamıram. Çünki, hər dəfə o qız gözlərimin qarşısında dayanır. Sırtıq gülüşü ilə..
-Hansı qız?
-Biz ayrılandan heç bir həftə keçməmişdi. Mən onun iş yerinə getdim. Bilmirəm niyə. ama ona heç vaxt deyə bilmədiyim sevgi etirafımı edəcəkdim. Ona görə yox ki, mən münasibətimizi bərpa etmək istəyirdim. Sadəcə ona heç vaxt, nə dost olarkən, nə də münasibətlərimiz ciddiləşəndə “səni sevirəm” sözünü deməmişdim. onu həmişə qəlbimdə gizlicə sevmişəm. o, həmişə mənə şirin sözlər deyirdi. Bilirdim ki, o, səmimidir. Ama mən heç vaxt ona bu sözü deməmişəm. ancaq onu itirəndən sonra anladım ki, bu söz mənim ürəyimdə qaldıqca mənə əzab verəcək. Qoy bu sevgi etirafı heç nəyi dəyişdirməsin. Ama ən azından o necə çox sevildiyini bilsin. Bəlkə yenə cəsarətsizlik edib, deyə bilmərəm deyə, məktub da yazmışdım. Ancaq o an..o səhnə...Heç vaxt yaddaşımdan silinməyəcək. O, iş yerindən çıxdı. Onu görəndə anladım ki, il də keçsə, əsrlər də keçsə, mən ondan başqasını heç vaxt onun qədər sevə bilməyəcəm. ama onun arxasınca bir qız çıxdı. O, çox gözəl idi. Onlar harasa gedəcəkdilər. Qız onun maşınına mindi. Bəlkə də bu sadəcə bir iş görüşməsi idi. Bəlkə də tamam başqa bir şey idi. Ancaq o qızın gülüşü...Nİfrət edirəm o qıza. Bax, o an anladım ki, mən onu çoxdan itirmişəm. mən onu qınamıram. Mən heç vaxt onu qınamadım. Mən ona hirslənə bilmirəm. mən onu nədəsə ittiham edə bilmirəm. bu çox qəribədir. Başqa birisi olsaydı çoxdan ona nifrət etmişdim. Ancaq nədənsə mən ona nifrət etmirəm. edə bilmirəm.
-Bəs ona sevgini etiraf etdin?
-Yox. Yazdığım məktubu da zibil qabına atıb, gəldim. Ondan sonra çox əzab çəkdim. Neçə yuxusuz gecələr keçirdim. Nə qədər ağladım. Ancaq indi,Allaha şükür, yaxşıyam. Artıq o xatirələr çox uzaqda qalıb. Üstündən 1 əsr keçibmiş kimi...
Elnurun simasında qəribə razılıq əlaməti olan təbəssüm yarandı. Bu onu sevindirmişdi. Onun ürəyindəki yaranan ümid qığılcımı getdikcə alovlanırdı. Bu o idi. Neçə illərdir arzusunda olduğu şahzadə. O, indiyə qədər heç kimi öpməmişdi. O, indiyə qədər heç kimlə əl-ələ tutub, onun gözlərinə baxmamışdı. O heç kimə “səni sevirəm” deməmişdi. Bu o idi. Elnur qəlbində yaranan bu inamı doğrultmaq üçün soruşdu:
-Bağışla, bu sualım bəlkə də bir az yersiz olacaq. Ama doğrudan, sən indiyə qədər kiməsə “Səni sevirəm” deməmisən? Əl-ələ tutub, gəzməmisən? onu...Onu öpməmisən?
-Yox. Sevgi anlayışı müxtəlif insanlarda müxtəlif olur. Bu bəziləri üçün parklarda gəzməkdir, bəziləri üçün əl-ələ tutmaq...Ama mənim üçün tamam başqa şeydir. Bəzən universitetdən çıxan qızları görürəm. sevdiyi oğlan onun belini qucaqlayaraq, yol gedirlər. Düşünürəm ki, onun gələcək əri indi bilmir ki, onun gələcək xanımı indi başqa oğlanla qucaqlaşır. O, bunu heç vaxt bilməyəcək. Bəlkə də elə o oğlan o qızı alacaq. Bəlkə də yox. Nə bilmək olar. Ama şəxsən mən oğlan olsaydım, elə bir qızla evlənərdim ki, onun həyatında birinci insan olum. Ona birinci toxunan mən olum. Bəlkə də bu xudbinlikdir.. ama mən istəməzdim...
Elnurun gözləri gülürdü. O, artıq sualına cavab tapmışdı. Arzu onun düşüncələrini ifadə edirdi. Arzu da Elnur kimi düşünürdü. Onlar eyni düşünürdü. Onların fikri eyni idi. Onlar yarı sözdən bir-birilərini anlayırdılar.
-Eyniylə sənin kimi...-Elnur mənalı-mənalı Arzuya baxdı.
-Mən heç vaxt evlənməyəcəm.
-Niyə?
-Bu məndə bir qorxudur. Xəstəlikdir. Sənə danışmışdım.
-Hə...Anan?
-Hə.-Arzu dərindən köks ötürdü.
Arada sükut yarandı. Elnur diqqətlə Arzuya baxırdı. Arzu isə baxışlarını ondan qaçırırdı. Elnur Arzunun bu cəsarətsiz baxışlarını sevirdi. Ondan baxışlarını qaçırmasını sevirdi. Bu o idi. Indi o, dəqiq əmin idi ki, illərdir axtardığı, xəyalında olduğu qız odur. Nə İrinna, nə Nigar nə də başqaları ona bənzəmirdi. O, fərqli idi. Onlar bu axşam doyunca söhbət etdilər. Arzu Elnuru özünə daha yaxın hiss edirdi, nəinki Kəmaləni. O, Elnurla daha çox sirlərini bölüşürdü. Çünki onların eyni maraq dairələri, eyni hobbiləri, eyni düşüncələri vardı. Arzu saatlarca bu yazıçı ilə söhbət etməkdən yorulmurdu. Bu isti münasibət, bu ünsiyyət onu yenidən qanadlandırırı. O, indi səmalarda uçurdu. Indi depressiya, bədbinlik ondan uzaq idi. O, onun kimi düşünən birini tapmışdı. Insanı anlayan birinin olması kimi gözəl bir şey yoxdur. Anlayırsan ki, sənin kimi düşünən insanlar da var. Anlayırsan ki, sən tək deyilsən. sənin ağrıların kimi, əzab çəkən, səni başa düşə bilən biri var...
***
-Elnur, üzün gülür artıq. Deyəsən işlər yolundadır. Hə?-Zaur Elnuru fasilə vaxtında iş yoldaşları ilə deyib- gülən gördü.
-Hə..-Elnur oğlanlardan ayrılıb,Zaurla kənara çəkildilər.
-İnan ki, buna sevindim. Nigarla barışdınız?
-Nigar? Nigar kimdir?-Elnur bərkdən güldü.
-Vauv. Artıq Nigarı xatırlamırsan. Hə? bəs onda kimdir sənin bu sevincinə səbəb olan? Bilmək olar?
-Heç kim.-Elnur ona Arzudan danışmaq istəmirdi. O, Arzunu öz dostundan da gizlədirdi. Bəlkə də qısqanırdı. Onun adının başqa dillərdə səslənməsindən qısqanırdı.
-Yaxşı da...Axı mən neçə illik dostumu yaxşı tanıyıram. Bilirəm ki, dostum çox romantikdir. Və onu sevgidən başqa heç nə bu qədər sevindirə bilməz.
-Ola bilər...-Elnur mənalı-mənalı Zaura baxdı.-Bəlkə də bu bir qızdır. Bəlkə də bir məlaikədir. Bəlkə də bu bir sevgi pərisidir. Nə bilmək olar
***
-Elnur?-Arzu Elnuru onun işlədiyi bankda görəndə təəccübünü gizlədə bilmədi.-Sən burada neyləyirsən?
-Səni qaçırmağa gəlmişəm.
-Nə?
-Yaxşı. Qorxma. Zarafat edirəm.-Elnur güldü.-Dedim, işdən sonra bir yerə gedək..
-Hara?
-Nə bilim. Ona sən qərar ver...
-Bildim.
-Hara?
-Karuselə minməyə..
-Nə? Tapa-tapa bunu tapdın?
-Nə olar. Etiraz eləmə. gedək. Dənizkənarı bulvarda super qorxulu karusellər var. Nə vaxtdır ona minmək istəyirəm. ona minib, bərkdən qışqırmaq istəyirəm.
-Bilirsən, elə mən də nəsə bir dəlilik eləmək istəyirdim..
-Super..-Arzu uşaqlar kimi sevindi.
-İşinin bitməsinə nə qədər qalıb?
-Hələ 1 saat-Arzu təəssüflə dodağını büzdü.
-Bilirsən, gəl elə dəliliyi indidən eləyək?
-Necə?
-Gəl elə indi çıxaq.
-Yox.Elnur, sən nə danışırsan? Işdən qovula bilərəm...
Arada sükut yarandı. Elnur ona mehribancasına gülümsəyirdi.
-Bilirsən. Əslidə haqlısan.-Arzu bic-bic güldü. Ətrafına nəzər saldı. Çantasını götürüb, cəld Elnurla bankdan çıxdı.
Arzu elə şirin-şirin gülürdü ki...
-Gördün,Elnur? “Security” bizə necə baxdı?
-Hə. elə bildi ki, biz bankdan nəsə oğurlamışıq.
-Elə sürətlə qaçırdıq ki...Heç bilməzdim ki, öz iş yerimdən oğru kimi qaçacam. Bu bir dəlilik idi. Ama super, xoşuma gəldi. Heç vaxt belə dəllik etməmişdim. Həmişə işə vaxtında gəlib, vaxtında gedirdim. Düzü, işim çox sıxıcıdır. Bu gün etdiyim isə qeyri-adi bir şey idi. Yəqin sabah, müdir birinci məni çağıracaq. Ama bilirsən? heç qorxmuram. Indi elə xoşbəxtəm ki...
Elnur Arzuya baxdı. O, uşaq kimi idi. Heç nəyi gizli saxlamırdı. Olduğu kimi idi. Maskalanmırdı. Sevinəndə sevinirdi, ağlayanda ağlayırdı. Səmimi idi. Mehriban idi. Gülümsəyirdi. daima simasında məsum bir təbəssüm olurdu. Düzdür, onlar sevgili deyildilər. Münasibətlərinə hələ bir ad qoymamışdılar. Ancaq Elnura Arzuyla bir yerdə olmaq xoş idi. Onunla bir yerdə dünyanın bütün yalanlarından, xəyanətlərindən, iyrəncliklərindən uzaq olurdu. Onunla yeni bir dünyada olurdu sanki. Təkcə ondan və Arzudan ibarət bir dünya...
Onlar dənizkənarı bulvarda nə qədər karusel vardısa hamısına mindilər. Bəzilərində dəli kimi qışqırdılar, bəzilərində güldülər. Onlar uşaqlar kimi əyləndilər. Danışdılar, güldülər. Gəmiyə minib, dənizə baxdılar. Səmadakı ulduzları saydılar. Hərdən zarafatlaşdılar. Hərdən avtobusa minmək istəyən yaşlı qadına kömək etdilər. Hərdən top oynayan uşaqlara qoşulub top oynadılar. Hərdən skamyada oturan, bir-birini qucaqlayıb, öpüşən sevgililərə daş atıb, qaçdılar. Bu gün onlar heç nəyi düşünmədən, ürəklərindən keçən hər bir şeyi elədilər. Bu Arzu üçün bir yenilik idi. O, indiyə qədər heç bu qədər əylənməmişdi. Elnur ilk dəfə idi ki, özünü bu qədər rahat və xöşbəxt hiss edirdi...
-Çox sağ ol hər şeyə görə.-Arzu bloklarının ağzında Elnurla sağollaşdı.
-Əsas sən sağ ol. Bu gün mənim üçün çox özəl oldu. heç bu qədər gülməmişdim. Axırıncı dəfə nə vaxt güldüyümü belə unutmuşdum.
-Hə. nəsə. Sağ ol.
Onlar əl sıxışdılar. Arzu binaya girdi. Elnur heyranlıqla onun arxasınca baxdı. Sonra maşınına minib, öz blokuna sürdü.
-Arzu, bu sənsən?-Kəmalə qapının səsini eşitcək divandan qalxıb, Arzunun yanına gəldi.
-Hə. mənəm.
-Nə əcəb gec gəldin? Saat 11-dir.
-Hə. bilirəm. Elnurla idim. Onunla dəizkənarına getmişdik.
-Vauv...-Kəmalə mənalı-mənalı güldü.
-Xeyr. Heç də sən düşündüyün kimi deyil. Biz pis bir şey eləmədik. Sadəcə karuselə mindik, sonra ürəyimiz nə istədi onu da elədik. Uşaqlar kimi əyləndik.
-Yəni o, səni öpmədi? ya da əlindən tutmadı?
Bir anlıq Arzu qarşısında dayanan qıza nifrət elədi. o, neçə müddətdir, birlikdə yaşadığı otaq yoldaşını hələ yaxşı tanımamışdı.
-Deyəsən, sən məni yaxşı tanımamısan hələ. Mən heç vaxt belə düşük hərəkətlərə yol vermərəm.-Arzu hirslə Kəmalənin yanından keçib öz otağına keçdi. Kəmalə də onun arxasınca getdi.
-Yaxşı da. Mən nə dedim ki, belə hirsləndin? Mən sadəcə dedim ki, yəni aranızda ciddi bir şey yoxdur? Neçə müddətdir artıq münasibətdəsiniz.
-Öpüşmək o münasibətin ciddiliyindən xəbər verir? Ya da əl-ələ tutub şit-şit sözlər demək sevginin əlamətidir?
-Deməli, onu sevirsən?-Kəmalə maraqla Arzuya baxdı.
-Yox.
-Yaxşı da. Məndən gizlədəcəksən? görürəm ki, gözlərin gülür. Gününün çox vaxtını onunla keçirirsən. mənə demə ki, biz dostuq. Mən inanmaram.
-Yox. Biz dost deyilik. Ama sevgili də deyilik. Məgər məcburdur ki, bir ad qoyulsun. Biz sadəcə bir-birimizi yaxşı başa düşürük. Bir yerdə olanda vaxtımızı yaxşı keçiririk. Bizim söhbətimiz tutr. O, məni başa düşür, mən onu. Biz ikimiz də yazırıq. Bir romantik insanlarıq. Biz melonxolik yazıçılarıq. Bizim ümumi cəhətlərimiz çoxdur...
-Hm..
Elə bu an Arzunun telefonu mesaj gəldi. Arzu cəld telefonundakı mesajı oxudu.
“Buradakı ulduzların sayı, bulvarda saydığımız ulduzların sayından çoxdur. Bəlkə mən səhv sayıram. Bəlkə mənə kömək edəsən.”
-Kimdir? Gülürsən...
-Elnurdur.-Arzunun sevincli olduğu bəlli olurdu.
-Siz ki, indi ayrıldınız.
-O, pəncərədədir. Mənim də pəncərəyə çıxmağımı istəyir...
-Yaxşı, aydın oldu. mən mane olmayım. Iki romantik bir yerdə gecəyə tamaşa edin..-Kəmalə ayağa qalxıb öz otağına keçdi. Arzu cəld pəncərəyə yaxınlaşdı. Elnur orada idi. Arzunu görcək üzündə izaholunmaz bir təbəssüm yarandı. Ancaq qaranlıqda bu təbəssüm aydın sezilmirdi. Hər ikisi də, bütün gün gəzməkdən ayaqları yorulmuşdu. Ancaq hər ikisi də bu yorğunluğu hiss etmədən saatlarca pəncərədən bir-birinə baxdılar. Hərdən mesajlaşdılar da...
Dostları ilə paylaş: |