98
nümayəndələri ilə iştirak edir, səsvermə hüquqlarını həyata keçirir və seçki
proseslərinə nəzarət edir. Monitorinqlər aparır, rəy sorğuları həyata keçirir.
Vətəndaş cəmiyyətləri hüquqi dövlətlərin dayağında dayanır. Dövlət və
vətəndaş arasında ictimai-siyasi, mədəni və digər əlaqələrin təşkilində mühüm
rol oynayır. Vətəndaş cəmiyyətləri insanların ictimai və siyasi fikirlərinin
formalaşmasında mühüm xidmətlər həyata keçirir ki, bu istiqamət də dövlət
siyasətinin tərkibini təşkil edir. Vətəndaş cəmiyyətinin mövqeyi və rolu
çoxtərəflidir və cəmiyyətlə dövlət arasında mühüm bağlayıcı vasitələrə
malikdir. Vətəndaş cəmiyyətinin parlament seçkilərində və seçkiöncəsi təbliğat
və təşviqat vasitələrində rolu danılmazdır. Belə qəbul etmək olar ki, parlament
seçkiləri prezident seçkiləri ilə yanaşı (bura bələdiyyə seçkilərini də aid etmək
olar), vətəndaş cəmiyyətlərinin fəaliyyətlərinin aktivləşdiyi mərhələ hesab
olunmalıdır. Çünki parlament seçkiləri elə vətəndaşların siyasi hüquqları
üçündür və siyasi hüquqların təminatı yönündə əlverişli bir metoddur.
Vətəndaş cəmiyyəti parlament seçkilərində dövlətin qanunverici hakimiyyətini
formalaşdırmaqla yanaşı, öz hüquqlarını da təmin etmiş olur. İctimai-siyasi
qurumlar öz namizədlərini irəli sürürlər və seçki proqramları yolu ilə təbliğat
və təşviqat təşkil edərək, ümumvətəndaşlar arasında öz aktivliklərini
göstərirlər və müəyyən üsullarlaa məram və məqsədlərini müəyyən edirlər.
Onların aktivlikləri vətəndaşlarda da müəyyən maarifləndiricilik funksiyalarını
aşılayır.
Dostları ilə paylaş: