dərəcədə yaxın olmasını sübuta yetirməkdən ibarətdir. Məntiqlə əldə
olunan elmdir, məntiqi istiqamətləndirən fəlsəfədir. Fəlsəfə bu baxımdan
zərurətdir. Şərti olaraq, fəlsəfə bir bütöv anlayış kimi məntiqlə əldə olunan
nəticələrdən, yəni ayri-ayrı sahələrdə olan elmlərdən ibarətdir, nəticələr
məcmuəsidir. Buna görə də siyasətin, iqtisadiyyatın, mədəniyyətin fəlsəfəsi
yaranır. Hər bir elmi istiqamətlər özündə fəlsəfi mahiyyətlidir.
Fəlsəfənin məqsədi xeyirxahlıqdır, elmdə də bu belə şərtlənir. Lakin
elmdə bu aspekt bir qədər kasadlıq təşkil edə bilər. Məsələn, atom silahları
elmin nəticəsidir. Ola bilər ki, başlanğıcı, zərurəti (yaranma zərurətini) fəlsəfə
verib. Lakin silahların mövcudluğu bəşəriyyət üçün ən böyük təhlükədir,
risqlərlə doludur. Nəticə həm müsbət, həm də mənfidir. Düzdür, qorxu
baxımdan müharibələrin qarşısını alan faktordur. Belə qəbul edək ki, atom
silahını qorxu fəlsəfəsi meydana gətirib. Elm təbiətə nüfuz edə bilir. Fəlsəfə
isə daha çox təbii olanı düşünür. Elmdə bəzən müdriklik olmaya bilər. Nəticə
həm fəlsəfi, həm də “qeyri-fəlsəfi” ola bilər. -Bir fərq də budur. Elm və
fəlsəfəni tamamilə ayrımaq bir qədər çətindir. Bəlkə də mümkün deyil.