87
Ümumiyyətlə, diktaturalar uzun müddətə yaşaya bilmirlər. Onların daxili
və xarici siyasəti həm daxildə, həm də beynəlxalq aləmdə gərginliklərlə
müşahidə olunur. Diktaturalar dünyada, eləcə də regionda baş verən
liberallaşma tendensiyalarının təsirlərinə məruz qalır. Ətraf cəmiyyətlərdə
güclənmə təbii olaraq bərk rejimlərin hökm sürdüyü cəmiyyətlərə də öz
təsirlərini edir.
Bu rejimlərin əsas qorxusu itkilərlə üzləşməkdən ibarət olur. Buna görə
də daima xarici siyasətlərini və daxili siyasətlərini gərginləşdirirlər.
Regionlarda digər ölkələrlə müharibələrə, böhranlara, münaqişələrə, ərazi
mübahisələrinə gətirib çıxara biləcək aktlara əl atırlar. İqtisadi və siyasi
ə
laqələr zəif vəziyyətdə olur. Diktaturalar üçün plüral cəmiyyətlər qorxu hesab
olunur. Bu baxımdan da ölkənin siyasi və ictimai quruluşu zəif olur. Bərk
rejimlər daxildən parçalanma ilə də rastlaşır. Rejimin yaratdığı kəskin
maraqlar qruplaşmanı formalaşdıra bilir.
Dostları ilə paylaş: