Elşən Misir oğlu Nəsibov


Diktaturalar  və  avtoritar  rejimlər  üçün  xarakterik  xüsusiyyətləri  bu



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə114/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   110   111   112   113   114   115   116   117   ...   140
Azf-286777

Diktaturalar  və  avtoritar  rejimlər  üçün  xarakterik  xüsusiyyətləri  bu 
kimi konkret əsaslarla təsnif etmək olar: 
-insan  hüquqlarının  lazımi  səviyyədə  təminatını  yerinə  yetirə  bilməyən 
hüquq normalarının çatışmazlığı; 
-hüquqların təminatı üşün lazımi resursların çatışmazlığı; 
-iqtisadiyyatın bir qrupun əlində cəmləşməsi; 
-siyasi idarəçiliyin bir qrupun əlində cəmləşməsi; 
-orta və yerli idarəçiliyinin ali hakimiyyətdən sıx asılı vəziyyətdə qalması 
və yalnız özünü qorumağa çalışması; 
-xarici  iqtisadi  əlaqələrin  bir  qrupun  əlində  cəmləşməsi  və  klan 
hakimiyyətinə xidmətlərə yönləndirilməsi; 
-elmin bir qrupun maraqlarına xidmət etməsi; 
-elmin gərgin rejimlərə və beynəlxalq böhranlara xidmət etməsi; 
-ictimai-siyasi fikrin şəxsiyyətin pərəstişinə yönləndirilməsi; 
-ictimai-siyasi fikrin şəxsiyyətin bütləşdirilməsinə yönləndirilməsi; 
-alternativ siyasi fikrin azlığı və alternativ fikir üzərində bir qrupun ciddi 
nəzarəti; 
-ictimai-siyasi fikrin bir qrup tərəfindən nəzarətə alınması; 
-fərqli düşünənlərə qarşı terrorların və sui-qəsdlərin mövcudluğu; 
-hakimiyyətə  təhlükə  törədə  biləcək  şəxslərin  mənəvi-fiziki  baxımdan 
zərərsizləşdirirlməsi; 
-hüquq-məhkəmə  sisteminin sifarişli işləməsi; 
-yalan  iqtisadi  məlumatların  cəmiyyətə  ötürülməsi  və  bu  baxımdan  da 
saxta cəmiyyətin, riyakar cəmiyyətin formalaşdırılması; 
-dövlət-xalq birliyinin saxta rəqəmlər üzərində köklənməsi və  əlaəqlərin  
təhlükə risqlərindən kövrəkləşməsi; 
-dövlət-xalq arasında köklü olaraq qarşılıqlı inamın qeyri-mövcudluğu; 


88 
 
-biznes  üzərində  siyasi  təzyiqlərin  formalaşdırılması  və  biznesdə  hakim 
payların əldə olunması; 
-klan biznesinin formalaşdırılması; 
-ictimai-asayişin güclə qorunub saxlanılması; 
-siyasi sabitliyin kövrək xarakteri; 
-güc  strukturlarına  (hüquq-mühafizə  orqanlarına)  olmazın  səlahiyyətlərin 
verilməsi, polis hakimiyyətinin gücləndirilməsi və s.  
Ümumiyətlə,  diktatura  və  avtoritar  rejimlərə  də  iki  bucaqdan  yanaşmaq 
lazımdır. Birincisi, postsabitliyin meydana gətirdiyi bərk rejimlər mövcud olur. 
Burada    xaosun    sistemli  vəziyyətə  gətirilməsi  üçün  müəyyən  sərt  addımların 
atılması  lazım  gəlir.  Belə  formanı    zəruri  bərk  rejim  kimi  adlandırmaq 
düzgün  olar.  Bu  forma  və  vəziyyət  zahirən  diktaturanı  və  avtoritar  rejimləri 
yaratsa da, son məqsəd xalqın sosial-rifah halının yaxşılaşdırılmasından ibarət 
olur.  Zəruri  bərk  rejim  dövləti  və  dövlətçiliyi  qoruyur.    İkincisi  isə  şəxsin 
xarakterinə bağlı olur. Şəxsin psixi portreti diktatura və avtoritarlıq üçün şərait 
yaradır.  Cəmiyyət  və  xalq  üzərində  qatı  idarəçilik  hərisliyi,  hakimiyyətbazlıq 
xüsusiyyətləri məhz sərt rejimləri meydana gətirir. Birinci məsələdə dövlət və 
cəmiyyət  inkişaf  məruz  qalırsa,  ikinci  məsələdə  bu,  daha  çox  cəmiyyətin 
dağılması  və  xəstələnməsi  ilə  nəticələnir.  Zəruri  bərk  rejimlərdə  şəxs  öz 
xislətini  ümumi  mənafe  səviyyəsinə  endirir.  Digər  formada  isə  şəxs  ümumi 
mənafeni şəxsi mənafe bucağından axtarır.   

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin