43
dəyərli tərəfdən götürür. Bu baxımdan da dəyərləri özündə cəmləşdirir. Dövlət
müəyyən tərkiblərdən ibarət olduğundan daima öz tərkibini qorumaq
funksiyasını həyata keçirir. Dövlət bir tərəfdən subyektləri, elementləri
qoruyur, müdafiə və mühafizə edir, digər tərəfdən də subyektlərin hərəkətlərini
qoruyur. Deməli, inkişaf prosesləri qorunur. Dövlət öz tərkibi ilə bir tərəf kimi,
kompleks subyekt kimi tamamlanır. Çatışmazlıqlar dövlətin normal
fəaliyyətinin qarşısını alır. Bu baxımdan da dövlət müdafiə siyasətini həyata
keçirir. Dövlətin müdafiəsi iki istiqamətdə təmin olunur: dövlətin daxildən
müdafiəsi və sərhədkənar ünsürlərdən müdafiəsi. Dövlət vətəndaşlarını
müdafiə etdiyindən vətəndaşlarının maraqlarının əks olunduğu sahələri də
müdafiə edir. Çünki həmin sahələr elə dövlətin özünü təşkil edən sahələrdir.
Dövlət elementləri ona görə qoruyur ki, öz daxilini zənginləşdirsin və boşluq
yaranmasının qarşısını alsın. Dövlət elementləri və onların fəaliyyətini
qoruyur. Dövlət müdafiə üçün aidiyyatı qurumları: ictimai-asayişi qoruyan,
təhlükəsizliyi təmin edən hüquq mühafizə qurumları təşkil edir. Müdafiə özü
də siyasət olduğundan dövlət bu istiqamətdə hüquq normaları sistemini təşkil
edir. Dövlət subyektləri, onların dəyərlər verən fəaliyyətini, dövlətə zərbələr
vurmağa çalışan ünsürləri qoruyur. Dövlətin müdafiəsi inkişaf strategiyasının
tərkibini təşkil edir.
Dostları ilə paylaş: