Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə54/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   50   51   52   53   54   55   56   57   ...   140
Azf-286777

Siyasət və hüquq norması 
 
Dövlət  hüquqdan  yaranan,  yəni  insanların  hüquqlarından  yaranan  bir 
qurumdur.  Bu  baxımdan  da  səlahiyyətli  bir  tərəfdir.  Hüquq  tərəfidir  və 
hüquqlar müəyyən edəndir. Dövlət hüquqları sahələr üzrə təsbit və təmin edən 
tərəfdir.    Hüquq  mövcud  olan  və    hərəkət  edən  tərəf  üçündür.  Bu  baxımdan 
dövlət  də  bir  tərəfdir.  Dövlət  insan  hüquqlarının  onların  şüurlarında  təsdiqini 
tapması ilə yaranan bir qurumdur. Dövlət insan hüquqlarının onların istedad və 
qabiliyyətləri  ilə  müəyyən  olunmasını  və  təsdiqini  həyata  keçirən  vasitədir.  
Dövlətin  vəzifə  və  funksiyaları,  səlahiyyətləri  və    öhdəlikləri  onun  hüquqları 
ilə  meydana  gəlir.  Dövlət  hüququ  vətəndaşların  hüquqlarının  təmin  olunması 
ilə  fəlsəfi  baxımdan  tamamlanır.  Dövlət  müəyyən  hədlərdə  vətəndaşların  və 
ə
cnəbilərin  hüquqlarının  təmin  olunmasını  həyata  keçirir  və  bununla  da 
tamamlama  meydana  gəlir.    Dövlət  nizamlayıcı  tərəfdir  və  güc  strukturudur. 
Bu  aspektdə  də  idarəedəndir.  İdarə  etdiyi  üçün  hədlər  və  normalar  müəyyən 
edəndir.  Normaların  yerinə  yetirilməsi  sayəsində  maraqlar  hədlərlə,  şəraitə 
müvafiq  olaraq,  mövcud  resurslar  əsasında    təmin  olunur.    Siyasət  hüquq 
normasının qəbulu və icrasından ibarət olan bir fəaliyyətdir. 
Siyasət  hərəkətlərlə  ifadə  olunduğundan  normalara  və  hədlərə  tabedir. 
Normalar  ölçüləri  yaratdığından  hüquq  da  tərkiblə  müəyyən  edilir.  Hüquq 
sistemin tərkibini təşkil edən normalara bölünür. 
Hüquq  normaları  tənzimləyici  olduğundan  özlərində  həm  də  saxlama, 
qarşısını almaq  funksiyasını  yerinə  yetirir. Hüquq  normaları sərhədlər  yaradır 
ki,  əlaqələr  və  münasibətlərdə  problemlərin  qarşısı  alınsın.  Hüquq  normaları 
dövlət  və  vətəndaş  arasaında  hədli  və  ölçülü  əlaqələrin  və  münasibətlərin 
ə
saslarını  ortaya  qoyur.  Dövlət  hüquq  normalarının  yaranması  və  tətbiqi  ilə 
özünün fəlsəfi mahiyyətini aşkarlamış olur.  
     

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin