Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Haradan bilirsiniz, axı, siz onu hələ yaşamamısınız



Yüklə 485 Kb.
səhifə5/6
tarix28.12.2021
ölçüsü485 Kb.
#17125
1   2   3   4   5   6
Haradan bilirsiniz, axı, siz onu hələ yaşamamısınız.

…Mən federasiyanın yenilənməsi tərəfdarıyam və separatizmə qarşıyam. Bəzləri bu yanaşmanı imperiya təfəkkürünün davamı kimi şərh edirlər. Şəxsən mənim üçün bu, üzvi şəkildə qəbuledilməzdir. Mənim yanaşmam reallıqlara, hər şeydən öncə iqtisadiyyat sahəsindəki qarşılıqlı əlaqələrə əsaslanır. Onlar unitar dövlətdən federasiyaya keçid şəraitində bütün respublikaların zəngin potensialını üzə çıxarmalıdırlar.

Bu gün biz həm Mejalaytisi, həm Oleyniki, həm də şimal xalqının təmsilçisi olan Rıtxeunu oxuya bildiyimizə görə zəngin deyilikmi? Bütün bunlar reallıqlar, həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mübadilələrdir. Söhbət bütöv xalqların taleyindən getdiyi zaman siyasi oyunlar oynamaq olmaz» (6).

M. Qorbaçovun bu çıxışı bir daha sübut edir ki, onun guya bilincli şəkildə SSRİ-ni dağıtmaq istədiyi və bunu mərhələ-mərhələ həyata keçirdiyi barədə söylənilənlər uydurmadan və cəfəngiyyatdan başqa bir şey deyil. O, sovet imperiyasını qoruyub saxlamaq üçün yollar axtarırdı. Fəqət milli respublikalarda, o cümlədən Azərbaycanda gedən və hər keçən gün güclənən milli hərəkatlar onun bu səylərini heçə endirirdi. O, SSRİ-ni qoruyub saxlamaqda qərarlı idi, bunun dərin və əsaslı islahatların həyata keçirməailə mümkün olacağına inanırdı. Respublikaların müstəqillik istəklərini isə hər an ən qəddar yollarla boğmağa hazır idi. Elə bu səbəbdən də 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya sovet qoşunlarının yeridilməsi və xalqa güllə açılması barədə əmr vermişdi.



Yüklə 485 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin