D-T 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
K-T 441 “Uzunmüddətli pensiya öhdəlikləri”
2. Pensiyanın bir hissəsi ödənilmişdir:
D-T 441 “Uzunmüddətli pensiya öhdəlikləri”
K-T 221 “Kassa”
3. Gələcək dövrün illik abunə haqqı nəzərə alınmışdır:
D-T 171 “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor
borcları”
K-T 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
4. Hər ayın sonunda abunə haqqı satış hesabına silinir (il ərzində hər ay
təkrar olunur) :
D-T 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
K-T 601 “Satış”
5. Uzunmüddətli avans alınmışdır:
D-T 223 “Bank hesabaşma hesabları”
K-T 443 “Alınmış uzunmüddətli avanslar”
6. Avansın məbləği nəqliyyat vasitəsilə ödənilmişdir:
D-T 443 “Alınmış uzunmüddətli avanslar”
K-T 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
7. Gələcəkdə alınacaq torpaq sahəsi üçün maliyyə vəsaiti ayrılmışdır:
D-T
343
“Keçmiş
illər
üzrə
bölüşdürülməmiş
mənfəət
(ödənilməmiş zərər) ”
38
K-T
444
“Uzunmüddətli
məqsədli
maliyyələşmələr
və
daxilolmalar”
8. Həmin maliyyə vəsaitinin bir hissəsi ödənilmişdir:
D-T
444
“Uzunmüddətli
məqsədli
maliyyələşmələr
və
daxilolmalar”
K-T 223 “Bank hesabaşma hesabları”
9. Məhkəmə işinə görə hüquq firması qarşısında öhdəlik yaranmışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
K-T 445 “Digər uzunmüddətli öhdəliklər”
10. Həmin öhdəliyin bir hissəsi ödənilmişdir:
D-T 445 “Digər uzunmüddətli öhdəliklər”
K-T 221 “Kassa”
2.3. Qısamüddətli faiz xərcləri yaradan və qiymətləndirilmiş öhdəliklərin
uçotu metodikası
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər Hesablar Planının 5 – ci
bölməsinin 50-ci maddəsində uçota alınır. Bu məqsdələ aşağıdakı hesablar nəzərdə
tutulmuşdur:
501 № li “Qısamüddətli bank kreditləri”;
502 № li “İşçilər üçün qısamüddətli bank kreditləri”;
503 № li “Qısamüddətli konvertasiya olunan istiqrazlar”;
504 № li “Qısamüddətli borclar”;
505 № li “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhçlər”
(qısamüddətli);
506 № li “Törəmə (asılı müəssisədə qısamüddətli faiz xərcləri yaradan
öhdəliklər)”;
507 № li “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”
Qısamüddətli öhdəliklərin müddəti 12 ay müddətindən artıq olmayan
kreditlər 501 № li hesabda qeydiyyata alınır.
39
Müvafiq hesabda müəəsisənin ölkə ərazisindəki və xarici banklardam milli
və xarici valyutalarla aldığı müxtəlif qısamüddətli kreditlərin vəziyyəti və hərəkəti
əks etdirilir.
Kreditləşmə, kreditlərin sənədləşdirilməsi və onların ödənilməsi qaydaları
bankın müvafiq təlimatları və kredit müqavilələri ilə tənzimlənir.
Vaxtında ödənilməmiş bank kreditləri ayrıca uçota alınır.
Kreditlər alındıqda 501 № li hesabın kreditinə, ödəniş mənbəini uçota alan
hesabların debetinə yazılır. Kredit faizi ödənmə vaxtından asılı olmayaraq aid
olduğu ayın xərclərinə daxil edilir (uçot siyasətində hesablama metodundan
istifadə edildikdə).
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin mühasibat uçotu
hesablarında əks etdirilməsi qaydası aşağıda verilmişdir:
1. İşdən azad edilmə ilə bağlı müavinət hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 511 “İşdən azad olunması ilə bağlı qısamüddətli müavinətlər və
öhdəliklər”
2. Müavinətin bir hissəsi ödənilmişdir:
D-T 511 “İşdən azad olunması ilə bağlı qısamüddətli müavinətlər və
öhdəliklər”
K-T 211 “Kassa”
3. Uzunmüddətli zəmanət öhdəliklərinə görə hesablanmışdır:
D-T 731 “Sair əməliyyat xərcləri”
K-T 512 “Qısamüddətli zəmanət öhdəlikləri”
4.Xalis mənfəət hesabına zəmanət öhdəlikləri hesablanmışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
K-T 512 “Qısamüddətli zəmanət öhdəlikləri”
5.Zəmanət öhdəlikləri ödənilmişdir:
D-T 512 “Qısamüddətli zəmanət öhdəlikləri”
K-T 223 “Bank hesablaşma hesabları”
40
6. Bölüşdürülməmiş mənfəət hesabına hüquqi xismət üzrə öhdəlik
hesablanmışdır:
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”
K-T 513 “Qısamüddətli hüquqi öhdəliklər”
7. Hüquqi öhdəliklərin bir hissəsi ödənilmişdir:
D-T 513 “Qısamüddətli hüquqi öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabları”
8. İşçilərə müavinət hesablanmışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
K-T 514 “Mənfəətdə iştirak planı və müavinət planları”
9.Müəssisə öz işçisinin mağazadan aldığı mala görə götürdüyü öhdəlik üzrə
hesablama aparmışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
K-T 515 “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”
10. İşçinin öhdəliyi ödənilmişdir:
D-T 515 “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”
K-T 221
11. Sığorta müqaviləsi üzrə öhdəlik hesablanmışdır:
D-T 515-1 “Sığorta müqaviləsi üzrə qısamüddətli öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabları”
2.4. Əmlak və şəxsi sığorta üzrə hesablaşmaların uçotu metodikası
Müəssisə sığortaçı kimi çıxış edərkən onun əmlakının və işçi heyətinin
sığorta
edilməsi
üzrə
qısamüddətli
öhdəliklər
haqqında
məlumatları
ümumiləşdirmək üçün uçotda 515 № li “Digər qısamüddətli qiymətləndirilmiş
öhdəliklər ” hesabının 1- ci “Sığorta müqavilələri üzrə qısamüddətli
öhdəliklər” subhesabından istifadə edir.
41
Hesablanan sığorta xərci istehsal məsrəfləri uçota alınan hesabların debetinə,
515 № li hesabın kreditinə yazılır. Bu hesab üzrə mühasibat köçürmələri aşağıdakı
kimidir:
1.Sığortalanmış mal-material ehtiyatları üzrə itkilər silinmişdir:
D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
K-T 201 “Material ehtiyatları”
K-T 204 “Hazır məhsul”
K-T 205 “Mallar”
2. Sığorta şirkətinə sığorta haqqı ödənilmişdir:
D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
K-T 221 “Kassa”
K-T 223 “Bank hesablaşma hesabları”
3. Sığorta ödənişinin məbləği müəssisəyə dəyən zərərdən artıq olmuşdur:
D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
K-T 611 “Sair əməliyyat gəlirləri”
4. Xarici valyuta ilə haqq-hesab aparılarkən müsbət məzənnə fərqi
yaranmışdır:
D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
5. Əmlakın və işçilərin məcburi sığortalanması üzrə borclar istehsal
məsrəflərinə silinmişdir:
D-T 202 “İstehsal məsrəfləri”
K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
6. Gələcək dövrlər üçün sığorta haqqı hesablanmışdır:
D-T 223 “Bank hesablaşma hesabları”
K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
7. Sığorta müqaviləsi üzrə sığorta ödəmələri daxil olmuşdur:
D-T 223 “Bank hesablaşma hesabları”
K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
42
8. Xarici valyuta ilə haqq-hesab aparılarkən mənfə məzənnə fərqi
yaranmışdır:
D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
9. Sığorta orqanları tərəfindən ödənilməmiş itkilər silinmişdir:
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmişmənfəət”
K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər”
2.5. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu metodikası
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər Hesablar Planının 52- ci
maddəsində qeydə alınır və bu məqsəd üçün aşağıdakı sintetik hesablar nəzərdə
tutulmuşdur:
521 № li “Vergi öhdəlikləri”
522 № li “Sosial sığorta və təminat üzrə öhdəliklər”
523 № li “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
521 № li hesab müəssisənin, onun işçi heyətinin və təsisçilərinin büdcəyə
ödədikləri, bütün növ vergilər (ƏDV, mənfəət vergisi, aksizlər, fiziki şəxlərin gəlir
vergisi, əmlak vergisi, yol və mədən vergisi və s.) üzrə hesablaşmaları
ümumiləşdirmək üçün istifadə edilir.
Büdcəyə köçürülməsi vergilər 521 № li hesabın kreditində, həmin vergilər
üzrə ödənilən məbləğlər isə kreditinə yazılır.
Büdcəyə vergilərin hesablanması və ödənilməsi Azərbaycan Respublikası
Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər orqanların
müvafiq qərar və normativ sənədləri ilə tənzimlənir. Analitik uçot vergilərin
növləri üzrə aparılır.
Artıq respublika xəzinədarlıq sisteminə keçdiyi üçün büdcəyə ödənilən
bütün vergilər yerli xəzinədarlıq idarəsinə köçürülür. Ödənişin təyinatı qrafasında
köçürülən verginin adı və hesabat dövrü göstərilir.
43
523 № li “Digər məcburi ödənişlər üzrə ehtiyatlar” hesabda rüsum, lisenziya
və digər məcburi ödənişlərin uçotu aparıla bilər
Vergi və sair məcburi ödənişlər üzrə ehtiyatların mehasibat uçotu
hesablarında əks etdirilməsi qaydası aşağıda verilmişdir:
1. ƏDV və aksiz hesablanmışdır:
D-T 701 “Satışın maya dəyəri”
K-T 521 “Vergi öhdəlikləri”
2. Mənfəətdən vergi hesablanmışdır:
D-T 901 “Cari mənfəət vergisi üzrə xərclər”
K-T 521 “Vergi öhdəlikləri”
3. Fiziki şəxlərin əmək haqqından gəlir vergisi hesablanmışdır:
D-T 533 “Əməyin ödənişin üzrə işçi heyətinə olan borclar”
K-T 521 “Vergi öhdəlikləri”
4. Təsisçilərdən gəlir vergisi hesablanmışdır:
D-T 534 “Dividentlərin ödənilməsi üzrə işçilərə kreditor borcları”
K-T 521 “Vergi öhdəlikləri”
5. Əmlak, torpqa, mədən və s. vergi növləri hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
D-T 731 “Sair əməliyyat xərcləri”
K-T 521 “Vergi öhdəlikləri”
6. Vergilərin uçotdan gizlədilməsi, vaxtında ödənilməməyə görə tətbiq
olunan maliyyə sabksiyaları və cərimələr üzrə büdcəyə hesablanmışdır:
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”
D-T 731 “Sair əməliyyat xərcləri”
K-T 521 “Vergi öhdəlikləri”
7. Büdcəyə artıq ödənilmiş vergi və rüsumlar geri qaytarımışdır:
D-T 223 “Bank hesablaşma hesabları”
K-T 521 “Vergi öhdəlikləri”
8. Istehsal və tədavül xərclərinə aid edilən maddi sərvətlər, iş və xidmətlərə
görə ödənilmiş ƏDV silinmişdir:
44
D-T 521 “Vergi öhdəlikləri”
K -T 241 “Əvəzləşdirilən ƏDV”
9. Büdcəyə olan borc hesabından ödənilmişdir:
D-T 521 “Vergi öhdəlikləri”
K-T 223 “Bank hesablaşma hesabları”
10. Büdcəyə olan borc ƏDV sub-uçot hesabından ödənilmişdir:
D-T 521 “Vergi öhdəlikləri”
K-T 224 “Tələbələrə əsasən verilən digər bank hesabları”
11. Büdcəyə olan borc bank krediti hesabına ödənilmişdir:
D-T 521 “Vergi öhdəlikləri”
K-T 501 “Qısamüddətli bank kreditləri”
12. Nəqliyyat xidmətinə görə rüsum hesablanmışdır:
D-T 721 “İnzibati xərclər”
K-T 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
13. Rüsum ödənilmişdir:
D-T 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
K-T 221 “Kassa”
Müəssisə ödəyicisi olduğu hər bir vergi üzrə Vergi Məcəlləsində nəzərdə
tutulduğu qaydada vergi orqanına hesablanmış və ödənilmiş vergilərin haqq-
hesabını təqdim edir. Eyni zamanda vergi uçot şöbəsində bütün tədiyəçilərin
təqdim etdikləri hesabat ödəniş sənədlərinə əsasən şəxsi hesab vərəqəsi tərtib
olunur. Mütəmadi olaraq büdcə ilə hesablaşmaların dəqiq uçotunu aparmaqdan
ötrü tədiyyəçilər özlərinin mühasibat uçotunda və vergi orqanının şəxsi hesab
vərəqəsində əks olunan göstəricilərin uyğunluğunu yoxlamalıdırlar.
2.6. Sosial sığorta və təminat üzrə öhdəliklərin uçotu metodikası
Işçi heyətinin dövlət sosial sığorta, pensiya təminatı və başqa bu kimi
hesablaşmalar haqqında məlumatların uçotu üçün Hesablar Planında 522 № li
“Sosial sığorta və təminat üzrə öhdəliklər” adlı hesab nəzərdə tutulmuşdur.
45
Sosial sığorta və təminatlara ayırmaların qaydaları müvafiq orqanların
qanunvericilik aktları ilə nizama salınır.
Bu hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:
522-01 “Sosial sığorta hesablaşmalar”
522-02 “Pensiya təminatı üzrə hesablaşmalar”
522-01 № subhesabda müəssisənin işçi heyətinin pensiya təminatı ayırmalar
əks etdirilir.
Soial sığorta və təminat üzrə öhdəliklərin mühasibat uçotu hesablarında
qeydə alınması qaydası aşağıdakı kimidir:
1. Hesablanmış əmək haqqına, mükafatlara, məzuniyyət haqlarına və digər
gəlirlərə görə sosial sığorta fonduna ayırmalar edilmişdir:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
2. Hesablanmış əmək haqqından 3 % həcmində pensiya təminatına ayırmalar
hesablanmışdır:
D-T 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borlcar”
K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
3. Xalis mənfəət və digər fondlar hesabına aparılan işlər üzrə, yaxud tərtib
olunan maliyyə sanksiyalarına və cərimələrə görə ayırmalar hesablanmışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”
K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
4. Sosial sığorta fondu üzrə ödəmələr, sığorta ayırmalarından artıq olduqda,
sosial fondan pul vəsaitləri alınmışdır:
D-T 223 “Bank hesablaşma hesabları”
K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
5.Hesablanmış cərimə məbləği təqsirkar şəxsin hesabına aid edilmişdir:
D-T 217 “Digər qısamüddətli debitor borcları”
K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
6. Sosial sığorta fonduna olan borclar ödənilib:
46
D-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
K-T 221 “Kassa”
K-T 223 “Bank hesablaşma hesabları”
7. Əmək qabiliyyətini itirməsinə görə ilk 14 təqvim gününə düşən müavinət
hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
8. Sosial sığorta fondu hesabına müavinat ödənilmişdir:
D-T 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
Sosial sığortaqanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş
əmək haqqlarının, gəlirlərinin və ya əlavə xərclərinin konpensasiya edilməsinə,
habelə itirlməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta
formalarında olur.
Məcburi dövlət sığortası işə götürənlər tərəfindən bütün əmək müqaviləsi
üzrə işləyənlər barəsində həyata keçirilir. Qanunda nəzərdə tutlmuş hallarda digər
şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Sosial sığorta hadisəsi elə bil haldır ki, onun baş verməsi ilə sığorta
olunanın, sığorta təşkilatlarından sığorta ödəməsi hüquqi yaranır. Sosial sığorta
hadisəsinə aşağıdakılar aiddir:
pensiya yaşına çatmaq;
əlil olmaq;
ailə başçısını itirmək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
hamiləlik və doğum;
uşağın anadan olması;
uşağa qulluq;
ölüm;
47
sanatoriya-kurort müalicəsi zərurəti;
işsiz olmaq (qanunvericiklə müəyyən edilmiş dövr ərzində)
Məcburi dövlət sığorta haqqı hüquqi şəxs statusunda olan müəssisələr, onların
filialları və nümayəndəlikləri, habelə başqasının sosial sığorta edən şəxslər üçün
hesablanmış əməyin ödənişinin 22 faizi miqdarında nəzərdə tutlur.
Sığortaçı sığorta olunana sosial sığorta şəhadətnaməsi verir. Şəhadətnamənin
forması AR-nın Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir.
Sığorta edənlər uçotda olduqları DSMF – yə məcburi dövlət sığortası üzrə
rüblük (illik hesabat) (forma B1) təqdim edirlər. Rüblük hesabat həmin rübdən
sonra gələn birinci ayın 20 dən gec olmayaraq təqdim edilir.
Illik hesabat hər il üçün növbəti ilin mart ayının 1 – nə kimi təqvim edilməlidir.
Uzun müddət xəstə olanlar əmək qabiliyyətini itirdiyi gündən başlayıb, xəstəlik
müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəztəlik üzrə) 6 aydan
çox olduqda yoxlanılmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 təqvim günü üçün
işəgötürənin vəsaiti hesabına müavinət ödənilir.
Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə
verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir:
AR-nın qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
hamiləliyə və doğuma görə müavinət;
uşağın anadan olmasına görə birdəfəlik müavinət;
qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatanadək uşağa qulluqla
əlaqədar müavinət;
dəfn üçün müavinət;
sığorta olunanların sanatoriya – kurort müalicəsi üzrə xərclərin tam ya
qismən ödənilməsi.
Əmək pensiyaları müvafiq qanunvericilikdə nəzərdə tutlan qaydalarda və
şərtlərlə verilir.
48
Əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət aşağıdakı hallarda
verilir:
xəstəlik və zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
sanatoriya-kurort müalicəsi zamanı;
xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
epidemoloji hallarda karantin zamanı;
vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi
zaman və s.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim
günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sığorta
haqları hesabına ödənilir.
Əgər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində
qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik
vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği işəgötürənin vəsaiti
hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda
verilmir:
6 ay sosial sığorta stajı olmayan işçilərə;
işdən boyun qaçırmaq məqsədilə qəsdən öz sağlamlığına zərər vuran,yaxud
da özünü yalandan xəstə kimi qələmə verən (simulyant) işçilərə;
törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini
müvəqqəti itirdikdə;
məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa);
həbsdə olduğu və məhkəmə-tibbi ekspertizası aparılan zaman.
Əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin
müvəqqəti itirilməsinə görə müavinət qazancın 100 % i miqdarında verilir.
Əmək şikəstliyi və ya peşə xəstəliyindən başqa əmək qabiliyyətinin
müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:
əlillərə qazancın 150% i həcmində;
49
8 il və daha çox ümumi iş stajına malik olan işçilərə qazancın 100 % i
həcmində;
öhdəsində 16 yaşa çatmamış (təhsil alırsa 18) və daha artıq uşağı olan
işçilərə qazancın 100 % i həcmində;
5 ildən 8 ilə qədər ümumi iş stajı olan işçilərə qazancın 80 % i həcmində;
21 yaşına çatmamış və 5 ilədək ümumi iş stajı olan ata anasız yetim uşaqlara
qazancin 80 % i həcmində;
5 ilədək ümumi iş stajı olan işçilərə qazancın 60 % i həcmində.
Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətini müvəqqəti
itirməyə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat
xərcliyinin 100 % i miqdarında verilir.
Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətın həcmi həmkarlar
ittifaqlarının üzvlüyündən asılı deyildir.
Respublikanın vətəndaşı olmayan, lakin burada işləri və məcburi dövlət
sosial sığorta haqqı ödəyən işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə müavinət ümumi əsaslarla ödənilir.
Müavinətin məbləği təyin edilərkən ümumi iş stajı pensiya qanunvericiliyinə
müvafiq olaraq əmək qabiliyyətinin itirildiyi günədək hesablanır.
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126
təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü)
müddətinə ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda 2 və daha çox uşaq
doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə
birdəfəlik müavinət hesablanır. 2 və daha çox uşaq olduqda birdəfəlik müavinət
hər uşağa görə verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.
Dəfn üçün müavinət işçi vəfat etdikdə və ya onun himayəsində olan
aşağıdakı ailə üzvləri öldükdə verilir:
arvadı (əri);
50
18 yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları, qardaşları və
bacıları (yaşından asılı olmayaraq);
valideynləri;
babası və nəvəsi;
Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyıtin
müavinət təyin edən kommisiyası və ya kommisiyanın səlahiyyət verilmiş üzvləri
tərəfindən təyin edilir.
Sığorta olunanların sanatoriya – kurort müəssisələrində müalicə olunmaq
üçün aldıqları yollayışların dəyəri məcburi dövlət sosial sığortası hesabına ödənilir.
Belə xərclərin maliyyələşdirilməsi üçün ADSMF tərəfindən mərkəzləşdirilmiş
qaydada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılmış vəsait
hesabına həyata keçirilir.
Dostları ilə paylaş: |