Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0.57 Mb.
PDF просмотр
səhifə1/7
tarix14.01.2017
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ 

AZƏRBAYCAN  DÖVLƏT  İQTİSAD  UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ 

 

Əlyazması hüququnda 

 

M A H M U D L U     T Ü R K A Y     R Ə Ş A D Ə T 

 

«Uzunmüddətli və qısamüddətli öhdəliklərin uçotu və təhlili» 

 

 

M

M

a

a

g

g

i

i

s

s

t

t

r

r

 

 

d

d

i

i

s

s

s

s

e

e

r

r

t

t

a

a

s

s

i

i

y

y

a

a

s

s

ı

ı

 

 

 

 

 

İxtisasın şifri və adı  

 

 

IIM010002 

“Mühasibat uçotu və audit” 

 

Magistr proqramın rəhbəri           

 

 

 prof. Ə.İ. Daşdəmirov 

Elmi rəhbər: 

 

 

 

  

 

          prof. S.M.Səbzəliyev 

Kafedra müdiri:             

   

      

 

           prof. S.M.Səbzəliyev 

 

 

 

 

BAKI – 2015 

 

 

Plan: 



 

İşin ümumi xarakteristikası 

I  FƏSİL.  Uzunmüddətli  öhdəliklərin  iqtisadi  mahiyyəti  və  onun  uçotunun 

qarşısında duran vəzifələr 

1.1. Uzunmüddətli öhdəliklərin  mahiyyəti qiymətləndirilməsi üsulları və uçotunun 

qarşısında duran vəzifələr 

1.2. Uzunmüddətli borcların uçotu 

1.3. Qısamüddətli öhdəliklərin mahiyyəti və uçotu 

1.4. Borc qiymətli kağızların xarakteristikası və uçotu 

II FƏSİL. Öhdəliklərin Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq uçotda 

və hesabatda əks etdirilməsi metodikası standartlara uyğunlaşdırılması 

2.1.  Uzunmüddətli  fazi  xərcləri  yaradan  və  qiymətləndirilmiş  öhdəliklərin  uçotu 

metodikası 

2.2.  Təxirə  salınmış  vergi  öhdəliklərinin  və  uzunmüddətli  kreditor  borclarının 

uçotu metodikası 

2.3.  Qısamüddətli  faiz  xərcləri  yaradan  və  qiymətləndirilmiş  öhdəliklərin  uçotu 

metodikası 

2.4. Əmlak və şəxsi sığorta üzrə hesablaşmaların uçotu metodikası 

2.5. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu metodikası 

2.6. Sosial sığorta və təminat üzrə öhdəliklərin uçotu metodikası 

2.7. “Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər üzrə”  10 № li 

Standartdan istifadə imkanları 

III FƏSİL. Borcların və öhdəliklərin təhlilinin təkmilləşdirilməsi 

3.1. Müəssisə vəsaitlərinin yaranma mənbələrinə ümumi qiymət verilməsini təhlili 

3.2. Kreditor borclarının təhlili 

3.3.  Uzunmüddətli  aktivlərin  və  qeyri-maddi  aktivlərin  ödənilməsi  mənbələrinin 

təhlili 

Nəticə 

Ədəbiyyat siyahısı 


 

İşin ümumi xarakteristikası 



 

Mövzunun  aktuallığı  Öhdəliklər  dedikdə,  bir  tərəfin  digər  bir  tərəf  hesabını 

müəyyən  fəaliyyət  göstərməsi  (əmlak  verməsi,  iş  görməsi,  pul  ödəməsi  və  i.a.) 

başa  düşülür.  Eyni  zamanda  öhdəliklərdən  aşağıdakı  terminlər  ortaya  çıxır: 

“tərəflərin  (şəxslərin)  qarşılıqlı  münasibəti”,  “borclu  və  kreditor”,  “fəaliyyət 

göstərmək və ondan kənarda qalmaq”, “tələb etmək hüququ” və “vəzifə”. 

“Öhdəlik”  sözü  “öz  üzərinə  borc  götürmək”  deməkdir.  Daha  yeni 

interpretasiyada  “sözsüz  yerinə  yetirməyi  tələb  edən  vəd”  deməkdir.  İqtisadi 

ədəbiyyatda  “öhdəlik”  anlayışı  ən  azı  minimum  üç  mövqedən  nəzərdən 

keçirilməlidir: hüquqi, iqtisadi və mühasibat. 

Hüququ  traktovka  daha  dəqiq  xarakter  daşıyır.  Bu  anlayış  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsində  öz  əksini  tapmışdır.  Ənənəvi  surətdə  hüquqi 

konteksdə  öhdəlik  meydana  gəlməsinin  üç  mənbəyi  fərqləndirmək  lazımdır: 

müqavilə, qanun və delikt (vurulan ziyan). 

İqtisadi  nöqteyi-nəzərdən  öhdəlik  verilən  və  təsərrüfat  subyekti  tərəfindən 

alınan kreditlər formasında vəsaitlərin gələcək axınlarının nümayiş etdirir. 

Mühasib  üçün  öhədliklərin  meydana  çıxmasının  mənbələrinə  təsərrüfat 

həyatının  faktları  aiddir.  Təsərrüfat  həyatında  mühasibat  uçotunda  əks  etdirilən 

öhədliklərin  tərkibi  mühasibat  normativ  sənədlərinin  əsasını  təşkil  edən  nəzəri 

baxışlardan  asılıdır.  Bu  zaman  müəssisə  həm  aktiv,  həm  də  passiv  subyekt 

qismində çıxış edir. Mühasibat uçotu terminologiyasında öhədliklər debitor (aktiv) 

və kreditor (passiv) borclarına bölünür. Hüquqi mənada öhədliklərin həcmi həmişə 

mühasibat uçotunda əks etdirilən öhədliklərin məbləğindən çox olur. 

Yuxarıda  qeyd  olunanların  araşdırılmasında  uçot  və  təhlilin  çox  mühüm  rolu 

var. 


İxtisaslı  iqtisadçı,  maliyyəçi,  mühasib  və  auditor  iqtisadi  tədqiqatın  müasir 

metodlarının, sistemli metodikasının, kompleks iqtisadi təhlili dərindən bilməlidir. 

Hazırda  respublika  ictimaiyyəti  üçün  ən  aktual  problemlərdən  birisi  ölkədə 

mövcud  olan  mühasibat  uçotu  və  hesabatı  sistemi  bazar  iqtisadiyyatının  və 



 

beynəlxalq  standartlarının  tələblərinə  uyğunlaşdırmaq  hesab  olunur.  Bununla 



əlaqədar  olaraq  təsərrüfatçılığının  bazar  sistemi  inkişaf  edən  ölkələrin  xüsusən  də 

ABŞ-ın həmin sahədəki təcrübəsi öyrənilməlidir. 

Təcrübə  göstərir  ki,  ABŞ-da  mövcud  olan  mühasibat  uçotu  və  hesabatı 

sisteminin  qurulmasının  bir  sıra  prinsiplərinin  və  konseptual  əsaslarının 

Azərbaycanda  mühasibat  uçotunun  təkmilləşdirilməsində  böyük  metodoloji 

əhəmiyyət kəsb edir. 

Magistr  işinin  mövzusu  müəssisələrin  uzunmüddətli  və  qısamüddətli 

öhdəliklərinin  uçotu  və  təhlil  problemlərinə  həsr  olunmuşdur.  İş,  müasir  elmi  və 

praktik baxımdan kifayət qədər aktualdır və bazar münasibətləri şəraitində işləyən 

müəssisələrin fəaliyyətinə qiymət verilməsində çox vacib şərtlərdən biridir. 



Problemin  öyrənilmə  vəziyyəti.  Aktivlərin  başqa  sözlə  kapitalın  və 

öhdəliklərin uçotda, hesabatda və iqtisadi təhlildə əks etdiriləsi bütün hallarda həm 

ölkə, həm də  xarici ölkələrin  iqtisadçı  və uçotla  məşğul olan alimlərin tədqiqat  və 

intepretasiya obyekti olmuşdur. Həmin alimlərə aid etmək olar: E. Hendrikson, M. 

Bred,  K.  Druri,  B.  Nidlız,  X.  Anderson,  D.  Kolduell,  Y.  Sakalov,  V. 

Novodvorskiy,  N.  Kondrakov,  P.  Bezrukix,  A.  Şeremet,  V.  Kovalov,  V.  Petrova, 

V. Paliy, C. Leontiyeva və başqaları. 

Bizim ölkəmizdə uzunmüddətli və qısamüddətli öhdəliklərin uçotu və təhlilinin 

bir sıra  məqamları V. İsayevin,  H. Namazəliyevin,  A.Səlimovun, V. Novruzovun, 

S.  Səbzəliyevin,  Q.  Abbasovun,  İ.  Abbasovun,  V.  Quliyevin,H.  Cəfərlinin,  S. 

Yaqubovun, R.Əliyevin və başqalarının əsərlərində araşdırılmışdır. 

Tədqiqatın məqsəd və vəzifəsi. Beynəlxalq praktikada qəbul olunan “Maliyyə 

uçotu  konsepsiyasında”  öhdəliklər  və  yaxud  passivlər  dedikdə  müəssisənin 

gələcəkdə  əldə  edə  biləcəyi  iqtisadi  xeyirdən  imtina  etməsinin  mümkünlüyü  başa 

düşülür. Öhdəliklərin əsas xarakteristikası aşağıdakılar hesab olunur: 

a) 


müəssisələrdə  müəyyən  öhdəliklərin  mövcud  olması.  Bu  zaman 

müəssisə özünün  malik olduğu aktivləri  və yaxud  xidmətləri  gələcəkləri 

digər təşkilatlara verir; 


 

b) 



həmin öhdəliklərin baş verməsinə gətirib çıxaran təsərrüfat hadisələrinin 

artıq baş verməsi; 

c) 

öhdəliyin meydana gəlməsi güman oluna bilər (belə bir hal, öhdəliklərin 



baş  verə  biləcəyi  və  yaxud  baş  verə  bilməyəcəyi  mövqelər  üçün 

xarakterikdir.  Məsələn,  tutalım  ki,  aviasiya  şirkəti  onun  reysi  ilə 

müəyyən miqdarda km “uçan” sərnişinə güzəşt nəzrdə tutur. Sərnişin bu 

güzəştdən  həm  istifadə  edə,  həm  də  etməyə  bilər.  Belə  halda  şirkətin 

sərnişinlərə  güzəşt  öhdəliyi  güman  sayılır.  Əslində  bu  güman  100  % 

sayıla  bilməz.  Başqa  sözlə  həmin  öhdəliyi  yalnız  statistika  üsulları  ilə 

hesablamaq mümkündür. 

Beynəlxalq  və  Milli  standartlara  uyğun  olaraq,  müəyyən  əlamətlərə  görə 

bağlanılan öhdəliklər  mühasibat uçotunda və  hesabatda onun baş verdiyi anda əks 

etdirilə  bilər.  Borcların  baş  verməsinin  əks  etdirən  ilk  sənədlərdə  qaydaya  görə 

onun əməli gəldiyi tariz göstərilir. Lakin təsərrüfat praktikasında elə hallar olur ki, 

borcların baş verdiyi tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Mümkün 

öhdəliklərin  məbləğini  dəqiq  bilinmədikdə  müəssisə  həmin  məbləği  öz 

hesabatlarında  qiymətləndiriləcək  öhdəliklər  və  yaxud  mümkün  zərərlər  adı  altına 

əks etdirirlər. 

Tədqiqatın  predmeti  və  obyekti.  Öhdəliklərin  dəyəri  dedikdə,  onun  baş 

verməsinə  səbə  olan  təsərrüfat  əməliyyatları  haqda  məlumatlar  başa  düşülür. 

Öhdəliklərin  dəyərinin  artımı  öhdəliklər  uçota  alınan  hesabların  kreditində  qeydə 

alınır.  Aktivlərin  bir  yaxud  bir  neçə  hesablaşmaların  debetində  əkd  etdirilən 

dəyərinin  artımı  ona  uyğun  gəlir.  Müəssisənin  qəbul  etdiyi  öhdəliklərin  əvəzinə 

aktivlər  əldə  olunan  zaman  sonuncunun  dəyəri  xərc  prinsiplərinə  və  satın  alınan 

aktivin dəyərinə bərabər surətdə müəyyənləşdirilir. 

Öhdəliklərin  dəyəri  faiz  hesablanılan  öhdəliklərin  əsas  məbləğinə  görə 

müəyyənləşdirilir.  Prinsipcə  öhdəliklərin,  tutalım  ki,  borcların  məbləği  gələcəkdə 

ödəniləcək məbləğdə uçotda əks etdirilməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  öhdəliklər  üzrə  faizlərin  ödənilməsi  bütün  hallarda 

ayrıca  mühasibat  köçürməsi  ilə  rəsmiyyətə  salınır.  Qaydaya  görə  malsatan  və 



 

malalan təşkilatlarla əməliyyatların gedişində baş verən debitor və kreditor borcları 



normal iqtisadi əlaqələr şəraitində bir il ərzində ödənilir. Buna görə də müəssisələr 

adətən  qısa  müddətli  kreditor  borclarını  onların  ödənmə  tarixinə  dəyərləri  ilə 

uçotda  əks  etdirirlər.  Belə  ki,  onun  dəyəri  ilə  öhdəlik  hesabına  əldə  olunan 

aktivlərin  dəyəri  bir-birinə  tamamilə  uyğun  gəlir.  Qeyd  etmək  lazımdır  ki, 

yuxarıdakı  tələblərə  uyğun  gəlməyən  qısamüddətli  öhdəliklərdə  ödənmə  tarixinə 

olan dəyərilə qiymətləndirilir. 



Dissertasiya 

işinin 

nəzəri 

və 

metodoloji 

əsaslarını 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ,  AR  Mülki  Məcəlləsi,  “Mühasibat  uçotu”  haqda  

Azərbaycan  Respublikasının  Qanunu,  Nazirlər  Kabinetinin  qərarları,  Milli 

Mühasibat  Uçotu  Standartları  ölkə  və  xarici  iqtisadi  amillərin  uçot,  hesabat  və 

təhlilə dair əsərləri və s. təşkil edir.  

Tədqiqat  prosesində  aşağıdakı  metodlardan  istifadə  edilmişdir:  mücərrəd-

məntiqi, ümumiləşdirmə, iqtisadi təhlil, müqayisə və s. 



Işin elmi yeniliyinə aiddir: 

  uzunmüddətli    və  qısamüddətli  öhdəliklərin  müxtəlif  növlərinin 

mahiyyəti və məzmunu dəqiqləşdirilmişdir; 

  uçot,  hesabat  və  təhlil  üçün  çox  mühüm  əsas  hesab  edilən  öhdəliklərin 

təsnifatı dərindən araşdırılmışdır; 

  Milli  Mühasibat  Uçotu  Standartlarına  istinad  etməklə  öhdəliklərin 

müxtəlif növlərinin dəqiq qiymətləndirilməsi yolları göstərilmişdir; 

  öhdəliklərin  uçotunun  mövcud  metodikasında  müşahidə  edilən  bəzi 

çatışmazlıqlara tənqidi münasibət bildirilmişdir; 

  öhdəliklərin  müxtəlif  növlərinin  sintetik  və  analitik  uçotunun 

təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflər verilmişdir; 

  öhdəliklərin  təhlili  sistemində  göstəricilərin  seçilməsinə  yeni  yanaşma 

işlənilib hazırlanmışdır və s. 

İşin  həcmi  və  strukuturu.  Magistr  dissertasiyası  girişdən,  üç  fəsildən, 

nəticələrdən və ədəbiyyat siyahisindən ibarətdir. 



 

I  FƏSİL.  Uzunmüddətli  öhdəliklərin  iqtisadi  mahiyyəti  və  onun 



uçotunun qarşısında duran vəzifələr 

 

1.1 Uzunmüddətli öhdəliklərin mahiyyəti qiymətləndirilməsi üsulları və 

uçotunun qarşısında duran vəzifələr 

 

Uzun  müddətli  öhdəliklərin  müddəti  bir  ildən  yuxarı  olur,  uzunmüddətli 

öhdəliklər  və  onlara  hesablanılan  faizlər  həm  borc  verənin,  həm  də  borcu  olanın 

mühasibat  hesablarında  bərabər  məbləğdə  əks  etdirilir.  Beynəlxalq  uçot 

prinsiplərinə  uyğun  olaraq  həmin  öhdəliklərin  məbləği  aşağıdakı  amillərdən  asılı 

olaraq müəyyənləşdirilir. 

1. 

Uzun  müddətli  öhdəliklərin  məbləği  həmin  öhdəliklərin  əvəzinə  əldə 



olunan  kapitalın,  malların  və  xidmətlərin  bazar  dəyərinə  bərabərdir. 

Güman  edilir  ki,  borclar  üzrə  sövdələşmələrin  və  yerləşmələtin  əsasın 

faiz  stavkalarını  bazar  dəyəri  təşkil  edir.  Bu  dəyərin  köməyilə  borcun 

əvəzinə  əldə  olunan  kapitalın  və  yaxud  iş  və  xidmətlərin  bazar  dəyərini 

tarazlaşdırmaq mümkündür. 

2. 


Uzun müddətli öhdəliklər üzrə faizlərin müntəzəm ödənilməsi faizi bazar 

stavkaları əsasında müəyyənləşdirilir. 

3. 

Uzun  müddətli  öhdəliklərin  balans  məbləği  onun  yerdə  qalan  nəğd 



məbləğinin  indiki  dəyərinə  bərabərdir.  Uzun  müddətli  borcların  balans 

dəyərini  hesablamaq  üçün  istifadə  olunan  faiz  stavkaları  həmin  borcun 

yerləşdirdiyi müddətdə dəyişilmir. 

Beynəlxalq  standartlara  uyğun  olaraq  müəssisənin  balans  hesabatına 

uzunmüddətli  öhədliklər  uzunmüddətli  kreditlər  ayrıca  rubrikada  əks  etdirilir.  Bu 

rubrika  isə  özlüyündə  ayrıca  subrubrikalarda  bölüşdürülür.  Hər  bir  subrubrikada 

konkret müəssisənin uzunmüddətli borclarının strukturu əks etdirir. 

Beynəlxalq  standartlar  səviyyəsində  hazırlanılan  “uzunmüddətli  öhdəliklər” 

rubrikası respublikada qüvvədə olan hesablar planının aşağıdakı hesablarına uyğun 

gəlir: 


 

92 “Uzunmüddətli bank kreditləri” hesabının saldosu; 



95 “Uzunmüddətli borclar” hesabının saldosu; 

97 “İcarə öhdəlikləri” hesabının saldosu. 

ABŞ-da  və  bir  sıra  qərb  ölkələrində  uzunmüddətli  borcların  verilməsi 

özlüyündə  şirkətlər  tərəfindən  həyata  keçirilən  kapital  qoyuluşların  əsas  mənbəyi 

hesab  olunur.  Qiymətli  kağızlar  satın  alınan  zaman  (borc  öhdəlikləri)  kreditorlar 

səhmlərin  sahibkarların  əleyhinə  səs  vermək  hüququ  qazanmışlar.  Başqa  sözlə 

səhmləri  satan  müəssisə  həm  investisiya  cəlb  edir,  həm  də  özlüyündə  mühüm 

təsərrüfat  qərarlarının  çıxarılmasında  nəzarəti  öz  əlində  saxlayır.  Bundan  başqa 

dividentlərdən  fərqli  olaraq  uzunmüddətli  borclar  üzrə  faizlərin  ödənməsi  şirkətin 

xərclərinə aid edilir. Həmin məbləğ onun vergiyə cəlb olunan mənfəətindən çıxılır. 

Uzunmüddətli  öhdəliklər  səmərəli  yerləşdirildikdə,  cari  mənfəət  həmin 

öhdəliklər üzrə ödənilməsi faizlərin məbləğin üstələyir. Eyni zamanda müəssisənin 

gəlirliyi  aşağı  düşdükdə,  mənfəət  və  uzunmüddətli  borclar  üzrə  ödənişlər 

arasındakı azalır və bəzən zərərli kəmiyyətə çevrilir. Belə hallarda müəssisə həmin 

ödəncləri  dividendlərin  aşağı  salınması  və  yaxud  bəzi  aktivlərin  imtina  etməsi 

hesabına həyata keçirilməlidir. 

Uzunmüddətli  öhdəliklər  istiqrazlar  (istiqraz  sertifikatları),  borc  öhdəlikləri, 

borc  intizamı  formasında  yerləşdirilir.  Bu  sənədlər  hüquqi  qüvvəyə  malikdir,  onu 

buraxan təşkilatın öhdəliklərin əks etdirir. 

İstiqrazlar  üçün  uzunmüddətli  borcların  yerləşdirilməsi  sənədlərindən  başqa 

istiqraz  kontraktları  da  tərtib  olunur.  Kontraktda  bu  sövdələşmələrin  konkret 

şərtləri,  habelə  borclunun  və  kreditorun  hüquq  və  vəzifələri  müəyyənləşdirilir. 

Eyni  zamanda  kontraktda  borcun  məbləği,  ona  görə  faizlər,  onların  ödənmə 

dövrləri,  ödənmə  müddəti  habelə  borcların  vaxtından  əvvəl  ödənilməsi  tələbləri 

göstərilir. 

Öhdəliklərin  yerləşdirilməsi  haqda  kontraktda  həmçinin  həm  kreditorun,  həm 

də borclunun maraqlarını təmin edən şərtlər öz əksin tapır. 

Uzunmüddətli  öhdəliklərin  yerləşdirilməsi  haqda  sazişı  borclu  müəssisənin 

ödəmə  qabiliyyəti  riskinin  aşağı  salınmasına  yönəldilən  məhdudiyyətlər  də  daxil 


 

edilə  bilər.  Belə  məhdudiyyətlərə  aiddir:  aksioner  cəmiyyət  tərəfindən  ödəniləsi 



dividendlərin  yuxarı  həddinin  müəyyənləşdirilməsi;  likvidlik  və  yaxud  gəlirliliyin 

müəyyən səviyyəsinin gözlənilməsi; borcların və faizlərin ödənilməsini təmin edən 

ödəniş  fondunun  saxlanılması  (mühasibat  uçotunda  belə  fond  müəssisənin 

investisiya kimi təsnifləşdirilir). Sadalanan şərtlərin gözlənilməməsi o deməkdir ki, 

borclu təşkilat borcları üzrə öhdəlikləri yerinə yetirilir və kreditorun ixtiyarı var ki, 

ona çatası məbləğini və faizi istəniləndən tələb etsin. 

Uzunmüddətli  öhdəliklər  kapital  bazarına  bir  neçə  üsulla  yerləşdirilə  bilər. 

Xarici  ölkələrdə  ən  geniş  yayılan  metodlardan  birisi  anderraytinq  adlanır.  Həmin 

metodun  mahiyyəti  ondadır  ki,  buraxılan  səhmlərin  bütün  həcmi  bank  və  şirkət 

arasındakı saziş əsasında investisiya bankına satılır. Bank kommersiya riskinin tam 

və yaxud bir qismini öz üzərinə götürür və istiqrazları fond bazarında daha yüksək 

qiymətə  satır.  Bank  tərəfindən  satın  alınan  istiqrazların  qiyməti  ilə  onların  fond 

bazarına  satılan  qiyməti  arasındakı  fərq  anderraytinq  əməliyyatlarına  görə  bankın 

gəlirləri sayılır. 

Bəzi hallarda istiqrazların buraxılışı prospekt sənədin köməyilə yerləşdirilir. Bu 

prospektdə  şirkətin  auditor  yoxlamasından  keçən  maliyyə  hesabatının  məzmunu, 

satışın  şərtləri  və  habelə  şirkətin  kommersiya  fəaliyyətinin  xarakteri  göstərilir. 

İnvestorları  cəlb  etmək  üçün  maliyyə  xarakterli  mətbuatda  anderrayterin  siyahısı 

ilə birlikdə istiqrazların buraxılması haqda elanlar dərc etdirilməlidir. 

İstiqrazların  bilavasitə  investisiya  firmalarına  və  müxtəlif  şəxslərə  satılması 

anderraytinqin alternativi kimi çıxış edir. 

Fond bazarında  yerləşdirilən  istiqrazlar  investorla arasındakı alqı-satqı obyekti 

sayılır. Eyni zamanda onların arasındakı sövdələşmələr uçotunda əks olunmur. 

Qeyd  etmək  lazımdır  ki,  şirkətin  uzunmüddətli  öhdəliklərinin  balans  dəyəri 

qaydaya  görə  onların  bazar  dəyərləri  ilə  üst-üstə  düşmür.  Uzunmüddətli  borcların 

balans  dəyərinin  qiymətləndirilməsi  istiqrazda  göstərilən  bir  sıra  göstəricilər 

əsasında qurulur. 

Bunlara aiddir: 

a)  istiqrazların nominal dəyəri; 


10 

 

b)  istiqrazların  fəaliyyət  müddəti  başa  çatdıqdan  sonra  çatan  ödəniş  müddəti 



(bu müddəti borclu kreditora istiqrazların nominal dəyərini ödəməlidir); 

c)  faiz stavkalarının elan olunması; 

d)  faizlərin ödənilməsi tarixi; 

e)  istiqrazların buraxıldığı rəsmi tarix. 

Uzunmüddətli  öhdəliklərin  bazar  dəyərlərini  dəqiq  qiymətləndirmək  üçün 

istiqrazda göstərilməyə və fond bazarında təşəkkül tapan bəzi mühüm  məlumatları 

da  bilmək  lazımdır.  Bir  sıra  səbəblər  üzündən  istiqrazlar  rəsmi  tarixdən  daha  gec 

buraxıla  bilər.  Belə  bir  halda  buraxılan  istiqrazları  qeydiyyata  alınmasının  rəsmi 

prosedurasının gecikdirilməsi ilə əlaqədardır. Borcların yerləşdirilməsinin çətinliyi 

və ləngidilməsi şirkətin iqtisadi vəziyyətindəki ciddi dəyişikliklərlə də əlaqədar ola 

bilər.  Bazarda  faiz  stavkaların  aşağı  düşməsi  ilə  əlaqədardır.  Şirkət  düşüncəli 

surətdə istiqrazların satışını ləngitməsi hallarına da təcrübədə təsadüf olunur. 

Sonuncu  amil  şirkətdən  asılı  olmayan,  lakin  istiqrazların  bazar  dəyərinə  təsir 

edən  ən  mühüm  amillərdəndir.  İstiqrazların  elan  olunan  və  bazar  faizlərinin 

stavkaları  bərabər  olduqda  istiqrazlar  fond  bazarında  nominal  dəyəri  ilə  satılır. 

Eyni  zamanda  ümumiqtisadi  vəziyyətin  təsiri  altında  faizin  bazar  stavkasının 

hərəkəti  elan  olunan  stavkadan  kənarlaşmaya  gətirib  çıxarır.  Buna  baxmayaraq 

bütün  müəssisələr  elan  olunan  stavkanı  bazar  stavkasını  maksimum  yaxınlaşmağa 

cəhd  göstərirlər.  Müəssisənin  faizinin  bazar  stavkasının  və  istiqrazlarının  və 

istiqrazların  bazar  dəyərinin  dəyişilməsi  biri-birinə  əks  asılılıqdır.  Əgər  bazar 

stavkası  elan  olunandan  yüksəkdirsə,  onda  istiqrazların  bazar  dəyəri  onların 

nominal dəyərindən aşağı düşür. 

Beləliklə,  əgər  faizin  bazar  stavkası  elan  stavkanı  üstələyərsə,  onda  istiqrazlar 

güzəştlə satılır. 

İstiqrazların  güzəştlə  və  yaxud  mükafatla  satılması  istiqrazların  keyfiyyətini 

sübut etmir. Sadəcə olaraq onların bazar qiymətlərinə düzəlişi həyata keçirir. 

Faktik olaraq istiqraz əldə olunan zaman onu saxlayan nəğd pul vəsaitlərinin iki 

tipini satın alır: a) borcun əsas hissəsini; b) faiz qaydasında ödənilən məbləği. Əgər 



11 

 

istiqrazın  nominal  dəyəri  onların  dəyərini  üstələyərsə,  onda  istiqraz  mükafatla, 



əksinə olduqda isə güzəştlə satılır. 

Tutalım  ki,  müəssisə  fond  bazarında  nominal  dəyəri  400000  manat  olan 

istiqrazı  illik  10  %  stavka  ilə  10  il  müddətinə  yerləşdirir  (ödəniş  hər  ilin  dekabr 

ayının  31-də  hesablanılır).  Eyni  dərəcədə  risklə  istiqrazlar  üzrə  bazarda  mövcud 

olan  stavka  illik  15  %-dir.  Bu  rəqəmləri  istinad  edərək  istiqrazın  bazar  qiymətini 

müəyyənləşdirək: 

Əsas borcun cari dəyəri: 

400000 x (PYI, 15 %, 10) = 400000 x 0,4942370 

98873,88 

 

Ödənişin cari dəyəri: 



400000 x (PYI, 15 %, 10) = 400000 x 6,14457  

245783,4 

 

İstiqrazın bazar qiyməti 



 

 

 



 

344656,52 

Borcun nominal dəyərinə görə 

edilən güzəşt   

 

 

 



 

 

55343,44 



Qeyd  etdiyimiz  kimi  misalda  istiqraz  borcunun  indiki  dəyəri  və  yaxud  bazar 

qiyməti  onun  nominal  dəyərindən  aşağı  olmuşdur.  Buna  görə  də  həmin  borc  üzrə 

gəlirlərin  səviyyəsini  gəlirlərin  bazar  səviyyəsini  gəlirlərin  bazar  səviyyəsinə 

tarazlaşdırmaq üçün borc güzəştlə satılmalıdır. 

 

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə