25
II FƏSİL. ÖHDƏLIKLƏRIN MİLLİ MÜHASİBAT UÇOTU
STANDARTLARINA UYĞUN OLARAQ UÇOTDA VƏ HESABATDA ƏKS
ETDİRİLMƏSİ METODİKASI
2.1. Uzunmüddətli faiz xərcləri yaradan və qiymətləndirilmiş
öhdəliklərin uçotu metodikası
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər hesablar Planının 4-cü
bölməsindən 40-cı maddəsində qeydə alınmışdır. Bu bölməyə aşağıdakı sintetik
hesablar aiddir:
401 № li “Uzunmüddətli bank kreditləri”
402 № li “İşçilər üçün uzunmüddətli bank kreditləri”
403 № li “Uzunmüddətli konvertasiya olunan istiqrazlar”
404 № li “Uzunmüddətli borclar”
405 № li “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzun-
müddətli)”
406 № li “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
407 № li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
408 № li “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
Uzunmüddətli öhdəliklərin müddəti adətən 12 aydan (1 ildən) artıq olmalıdır.
Müəssisənin bankdan götürdüyü 12 ay müddətindən artıq kreditlər 401 № li
hesabda əks etdirilir.
Müvafiq hesabda müəssisənin ölkə ərazisindəki və xarici banklardan milli və
xarıcı valyutalarla aldığı müxtəlif uzunmüddətli kreditlərin vəziyyəti və hərəkəti
uçota alınır.
Kreditləşmə, kreditlərin sənədləşdirilməsi və onların ödənilməsi qaydaları
bankın müvafiq təlimatları və kredit müqavilələri ilə nizama salınır. Vaxtında
ödənilməmiş bank kreditləri ayrıca uçota alınır. Kreditlər alındıqda 401 № li
hesabın kreditinə, ödəniş mənbəyini uçota alan hesabların debetinə yazılır. Kredit
26
faizi ödənilmə vaxtından asılı olmayaraq aid olduğu ayın xərclərinə daxil edilir
(uçot siyasətində hesablama metodundan istifadə edildikdə).
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotunun mühasibat
hesablarında əks etdirilməsi qaydası aşağıdakı kimidir:
1. Bankdan uzunmüddətli kredit alınmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 401 “Uzunmüddətli bank kreditləri hesabı”
2. Alınmış kreditlərə görə faiz hesablanmışdır:
(Bu yazılış 16 ay ərzində hər ay təkrar olunur)
D-T 721 “İnzibati xərclər”
K-T 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
3. Kreditə görə faiz ödənilmişdir:
D-T 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
K-T 223 “Bank hesablaşma hesabı”
4. Cərimə hesablanmışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti, zərəri”
K-T 538 “Digər qısamüddətli kreditor borcları”
5. Cərimə ödənilmişdir:
D-T 538 “Digər qısamüddətli kreditor borcları”
K-T 223 “Bank hesablaşma hesabı”
6. Kredit ödənilmişdir:
D-T 401 “Uzunmüddətli bank kreditləri hesabı”
K-T 223 “Bank hesablaşma hesabı”
7. Hesablaşma və valyuta hesabına bank krediti mədaxil edilmişdir:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 401 “Uzunmüddətli bank kreditləri hesabı”
8. Malsatan və podratçılara olan borc kredit hesabına ödənilmişdir:
D-T 431“Malsatan və podratçılara uzunmüddətli kredit alınmışdır”
K-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
9. Alınmış avanslar üzrə borclar kredit hesabına ödənilmişdir:
27
D-T 443 “Alınmış uzunmüddətli avanslar”
K-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
10. Vergilərə görə budcəyə olan borclar kredit hesabına ödənilmişdir:
D-T 521 “Vergi öhdəlikləri”
K-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
11. Qısamüddətli kreditlər üzrə borclar alınmış uzunmüddətli kredit hesabına
ödənilmişdir:
D-T 501 “Qısamüddətli bank kreditləri”
K-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
12. Törəmə müəssisələr üçün kredit alınmışdır:
D-T 172 “Törəmə asılı müəssisələrin uzunmüddətli debitor borcları”
K-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
13. Xarici valyuta ilə alınmış kreditlər üzrə mənfi məzənnə fərqi əks
etdirilmişdir:
D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
K-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
14.Xarici valyuta ilə alınmış kredit üzrə müsbət məzənnə fərqi əks etdirilmişdir:
D-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
15. Kredit üzrə borc nəgd ödənilmişdir:
D-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
K-T 221 “Kassa”
16. Kredit üzrə borc bank hesabından ödənilmişdir:
D-T 401“Uzunmüddətli bank kreditləri hesabı”
K-T 221 “Kassa”
Uzunmüddətli kreditlər üzrə analitik uçot, kreditlərin növləri, onları verən
banklar valyuta növləri və s. üzrə aparılır. Müəssisənin işçilərinə fərdi mənzil
tikintisi, bağ evlərinin tikintisi və s. məqsədlərlə borc vermək, həmçinin kreditə
satılmış mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər üçün müəssisənin
aldığı bank kreditlərinin uçotu 402 nömrəli “İşçilər üçün uzunmüddətli bank
28
kreditləri” hesabında aparılır. Işçilər üçün uzunmüddətli bank kreditləri ilə bağlı
əməliyyatları mügasibat hesablarında əks etdirilməsi qaydası aşağıdakı kimidir:
1. İşçilərə verilmək üçün kredit alınmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
2. İşçilərə kreditlə satılmış mallara görə sənədlərin ödənişinə yönəldilmiş kredit
əks olunmuşdur:
D-T 173 “Əsas idarə heyətinin uzunmüddətli debitor borcları”
K-T 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
3. Alınmış kredit vaxtı bittiyi üçün banka qaytarılmışdır:
D-T 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
K-T 223 “Bank hesablaşma hesabı”
4. Alınmış kreditin bir hissəsi işçi tərəfindən kassaya təhvil verilmişdir:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 173 “Əsas idarə heyətinin uzunmüddətli debitor borcları”
5. Nominal dəyəri 5000 manat olan istiqraz 5000 manata satılmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 403 “Uzunmüddətli konvertasiya olunan istiqrazlar”
6. Müddətin sonunda həmin istiqraz nominal dəyərlə geri alınmışdır:
D-T 403 “Uzunmüddətli konvertasiya olunan istiqrazlar”
K-T 221 “Kassa”
7. Müəssisə uzunmüddətli borc almışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 404 “Uzunmüddətli borclar”
8. Xarici valyuta ilə cəlb olunan borclar üzrə müsbət məzənnə fərqi nəzərə
alınmışdır:
D-T 404 “Uzunmüddətli borclar”
K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyyat”
9. Borcun bir hissəsi qaytarılmışdır:
D-T 404 “Uzunmüddətli borclar”
29
K-T 223 “Bank hesablaşma hesabı”
10. Geri alınan məhdud tədavül müddətli səhm 7000 manata satılmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 405 “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər
(uzunmüddətli)”
11. Emissiya gəliri qeydə alınmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 311 “Emissiya gəliri”
12. Müddətin sonunda satılan səhmlər nominal dəyərlə geri alınmışdır:
D-T 405 “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər
(uzunmüddətli)”
K-T 221 “Kassa”
13. Avadanlığın uzunmüddətli (18 ay) maliyyə icarəsi əks etdirilmişdir:
D-T 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
K-T 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
14. Bir ayın borcu kassadan nağd ödənilmişdir:
D-T 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
K-T 221 “Kassa”
15. Ödəniş hər ay xərclərə silinir:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
16. Səhmə görə törəmə müəssisəyə öhdəlik yaranmışdır:
D-T 344 “Elan edilmiş devidentlər”
K-T 407 “Törəmə müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
17. Mənfi məzənnə fərqi qeydə alınmışdır:
D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyyat”
K-T 407 “Törəmə müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
18. Öhdəliyin bir hissəsi hazır məhsulla ödənilmişdir:
30
D-T 407 “Törəmə müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
K-T 204 “Hazır məhsul”
19.Auditora olan öhdəlik qeydə alınmışdır:
D-T 202 “İstehsal məsrəfləri”
K-T 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
20.Borc auditora ödənilmişdir:
D-T 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabı”
Hesablar planına uyğun olaraq 41 ci maddədə qeydə alınan uzunmüddətli
qiymətləndirilmiş öhdəliklərə 411 № li “İşdən azadolma ilə bağlı uzunmüddətli
müavinətlər və öhdəliklər”, 412 № li “Uzunmüddətli zəmanət öhdəlikləri”, 413 №
li “Uzunmüddətli hüquqi öhdəliklər”, 414 № li “Digər uzunmüddətli
qiymətləndirilmiş öhdəliklər” adlı hesablar daxildir.
Yuxarıda qeyd olunan hesablar üzrə əməliyyatların uçotda əks etdirilməsi
aşağıdakı kimidir:
1. İşdən azadedilmə ilə bağlı müavinət hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 411 “İşdən azadolunma ilə bağlı uzunmüddətli müavinətlar və
öhdəliklər”
2. Müavinətin bir hissəsi ödənilmişdir:
D-T 411 “İşdən azadolunma ilə bağlı uzunmüddətli müavinətlar və
öhdəliklər”
K-T 221 “Kassa”
3. Uzunmüddətli zəmanət öhdəliklərinə görə hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 412 “Uzunmüddətli zəmanət öhdəlikləri”
4. Xalis mənfəət hesabına uzunmüddətli zəmanət öhdəlikləri aid edilmişdir:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
K-T 412 “Uzunmüddətli zəmanət öhdəlikləri”
31
5. Öhdəliklər hesablaşma hesabından ödənilmişdir:
D-T 412 “Uzunmüddətli zəmanət öhdəlikləri”
K-T 223 “Bank hesablaşma hesabları”
6. Bölüşdürülməmiş mənfəət hesabına hüquqi xidmət üzrə öhdəliklər
hesablanmışdır:
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”
K-T 413 “Uzunmüddətli hüquqi öhdəliklər”
7. Hüquqi xidmət üzrə öhdəliklərin bir hissəsi ödənilmişdir:
D-T 413 “Uzunmüddətli hüquqi öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabları”
8. Müəssisə öz işçisinin mağazadan aldığı mala görə götürdüyü öhdəliyi
hesablamışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
K-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
9. İşçinin öhdəliyi ödənilmişdir:
D-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
K-T 221 “Kassa”
10. Sığorta müqaviləsi üzrə öhdəlik hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
11. Sığorta öhdəliyinin bir hissəsi ödənilmişdir:
D-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabları”
2.2. Təxirə salınmış vergi öhdəliklərinin və uzunmüddətli kreditor borclarının
uçotu metodikası
Təxirə salınmış vergi öhdəlikləri Hesablar Planının 42 – ci maddəsində
uçota alınır və bunun üçün 2 sintetik hesabdan istifadə olunur:
32
421 № li “Təxirə salınmış vergi öhdəlikləri”
422 № li “Digər təxirə salınmış vergi öhdəlikləri”
Adları çəkilən hesablar üzrə əməliyyatlar aşağıdakı köçürmələr vasitəsi ilə
rəsmləşdirilir:
1. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi hesablanmışdır:
D-T 161 “Mənfəət”
K-T 421 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri”
2. Digər təxirə salınmış vergi öhdəliyi hesablanmışdır:
D-T 162 “Digər təxirə salınmış vergi aktivləri”
K-T 422 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri”
Hesablar planının 43 cü maddəsində 12 aydan (1 ildən) artıq olan
uzunmüddətli kreditor borcları uçota alınır. Belə borclar üçün aşağıdakı sintetik
hesablar nəzərdə tutulmuşdur:
431 № li “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
432 № li “Törəmə asılı müəssiələrə uzunmüddətli kreditor borcları”
433 № li “Tikinti müqaviləsi üzrə uzunmüddətli kreditor borcları”
434 № li “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
435 № li “Digır uzunmüddətli kreditor borcları”
431 № li hesab malsatan və podratçılarla olan bütün növ hesablaşmalar
özündə əks etdirir. Belə hesablaşmalara aşağıdakılar daxildir:
Alınmış mal - material sərvətlərinə;
Yerinə yetirilmiş işlərə və istehlak tələbatı üçün qəbul edilən elektrik
enerjisi, su, kommunal və digər xidmətlərə habelə daşınmaya və
emala görə alınmış sənədlərə əsasən hesablaşmalar;
Haqq-hesab planlı ödəmələr qaydasında aparılan mal - material
sərvətləri, iş və xidmətlərə görə hesablaşmalar;
Daşınmalar üzrə göstərilmiş xidmətlərə rabitə xidmətinin bütün
növlərinə, həmçinin başqa iş və xidmətlərə görə hesablaşmalar.
33
Alınmış mal - material ehtiyyatları, iş və xidmətlər mədaxil edildikdə
müvafiq hesabların debetinə 431 № li hesabın kreditinə yazıır. Kreditor borclar
ödəndikdə isə 431 № li hesab debetləşir, digər hesablar isə kreditləşir. Bu zaman
istifadə olunan mühasibat köçürmələrini nəzərdən keçirək:
1. Malsatanlardan quraşdırılması tələb edilən avadanlıqlar alınmışdır:
D-T 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin
kapitallaşdırılması”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
2. ƏDV nəzərə alınmışdır:
D-T 241 “Əvəzləşdirilən ƏDV”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
3.Material ehtiyatları və hazır məhsullar mədaxil edilmişdir (ƏDV-siz)
D-T 201 “Material ehtiyatları”
D-T 204 “Hazır məhsul”
4. ƏDV hesablanmışdır:
D-T 241 “Əvəzləşdirilən ƏDV”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
5. Borc ödənilmişdir:
D-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
K-T 223 “Bank hesablaşma hesabları”
6. ƏDV əvəzləşdirilmişdir:
D-T 521 “Vergi öhdəlikləri”
K-T 241 “Əvəzləşdirilən ƏDV”
7. Kommunal (elektrik, su, qaz və s.) daşıma həmçinin podrat işləri üzrə
xərclər çəkilmişdir:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
8. ƏDV hesablanmışdır:
D-T 241 “Əvəzləşdirilən ƏDV”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
34
9. Əskikgəlmələrə və hesab sənədlərində uyğunsuzluğlara görə iddia tədim
olunmuşdur:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş
zərər)”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
10. Xarici valyuta ilə hesablaşma zamanı mənfi məzənnə fərqi əmələ
gəlmişdir:
D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
K-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
11. Xarici valyuta ilə hesablaşma zamanı müsbət məzənnə fərqi əmələ
gəlmişdir:
D-T 431 “Malsatan və podratçılarla uzunmüddətli kreditor borcları”
K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
12. Törəmə (asılı) müəssisədən mal alınmışdır:
D-T 205 “Mallar”
K-T 432 “Törəmə müəssisələrə uzunmüddətli kreditor borcları”
13. Borcun bir hissəsi ödənilmişdir:
D-T 432 “Törəmə müəssisələrə uzunmüddətli kreditor borcları”
K-T 221 “Kassa”
14.Tikinti müqavilsəinə görə borc əks etdirilmişdir:
D-T 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
K-T 433 “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”
15.ƏDV hesablanmışdır:
D-T 241 “Əvəzləşdirilən ƏDV”
K-T 433 “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”
16. Kredit hesabına borcun 50 % i ödənilmişdir:
D-T 433 “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”
K-T 401 “Uzunmüddətli bank kreditləri”
17. ƏDV əvəzləşdirilmişdir:
35
D-T “Vergi öhdəlikləri”
K-T 241 “Əvəzləşdirilən ƏDV”
18. Lizinqlə alınan avadanlığa görə faiz borcu əks etdirilmişdir:
D-T 202 “İstehsalat məsrəfləri”
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti”
K-T 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
19. Borc təhtəlhesab şəxs tərəfindən ödənilmişdir:
D-T 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
K-T 244 “Təhtəlhesab məbləğlər”
20. Barter əməliyyatı zamanı qarşılıqlı əvəzlənmə yolu ilə hesablaşma
aparılmışdır:
D-T 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”
K-T 171 “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları”
21. Nəqliyyat xidmətinə görə borc əmələ gəlmişdir:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 435 “Digər uzunmüddətli kreditor borcları”
22. Malsatanlara olan borc əmlakla ödənilmişdir:
D-T 701 “Satışın maya dəyəri”
K-T 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
23. Eyni zamanda həmin borc müqavilə qiyməti ilə əks etdirilir:
D-T 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”
K-T 601 “Satış”
24. Həmin əmlakın köhnəmə məbləği silinir:
D-T 112 “Torpaq, tikili və avadanlıqıar-amortizasiya”
K-T 701 “Satışın maya dəyəri”
25. ƏDV hesablanmışdır:
D-T 701 “Satışın maya dəyəri”
K-T 521 “Vergiz öhdəlikləri”
26. Mənfəət əks etdirilir:
D-T 601 “Satış”
36
K-T 801 “Ümumi mənfəət (zərər)”
27. Zərər əks etdirilir:
D-T 801 “Ümumi mənfəət (zərər)”
K-T 701 “Satışın maya dəyəri”
28. Malsatan və podratçılara verilən avans zaçot edilmişdir:
D-T 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”
K-T 192 “Verilmiş uzunmüddətli avanslar”
29. İddia müddəti başa çatan kreditor borcu silinmişdir:
D-T 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”
K-T 611 “Sair əməliyyat gəlirləri”
Qarşılıqlı hesablaşmaların dəqiq olması üçün vaxtaşırı olaraq müəssisə,
malsatan və podratçılarla birlikdə mövcud olan qalıqları yoxlayıb üzləşdirmə aktı
tərtib etməlidirlər.
Sair uzunmüddətli öhdəliklər hesablar planının 44-cü maddəsində uçota
alınır və bu məqsədlə aşağıdakı hesablar nəzərdə tutulmuşdur:
441 № li “Uzunmüddətli pensiya öhdəlikləri”
442 № li “Gələcək hesabat dövrlərinin gəlirləri”
443 № li “Alınmış uzunmüddətli avanslar”
444 № li “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxil olmalar”
445 № li “Digər uzunmüddətli öhdəliklər”
Əgər müəssisə pensiya təminatı planına malik olarsa və ya hər hansı şəkildə
keçmiş işçilər üçün onlar təqaüdə çıxdıqdan sonar pensiya öhdəliyini qəbul edərsə,
bu əməliyyat 441 № li hesabda uçota alınır.
Hesabat dövründə alınmış, lakin gələcək hesabat dövrlərinə aid olan gəlirlər
(faizlər) 442 № li hesabda göstərilməli və aid olduğu gələcək dövrdə mənfəət və
zərər haqqında hesabatda təqdim edilməlidir.
Hesabat tarixindən 12 ay müddətindən artıq vaxta alınan avanslar 443 № li
hesabda qeydə alınır.
37
Hesabat tarixindən sonar 12 ay müddətindən artıq dövr ərzində torpaq, tikili
və avadanlıqların alınması üçün əldə olunan maliyyə vəsaitləri 444 № li hesabda
əks etdirilir.
Sair uzunmüddətli öhdəliklərin müxtəlif mühasibat uçotu hesablarında əks
etdirilməsi qaydası aşağıda verilmişdir:
1.Əvvəlki illərdə istehsalatda xəsarət (zədə) aldığı üçün işçiyə pensiya
hesablanmışdır:
Dostları ilə paylaş: |