Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Heyvanların ətinin emalı və texnologiyasına qoyulan baytar sanitar- gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə35/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   31   32   33   34   35   36   37   38   ...   82
Baytarlıq sanitariyası CAVAB

Heyvanların ətinin emalı və texnologiyasına qoyulan baytar sanitar- gigiyenik tələblər



Mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir.
Mal-qaranın kəsimi zamanı zəruri qaydalar:
- Heyvanın saxlanıldığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı
- Kəsimə aparılan heyvan düzgün daşınmalı
- Baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli
- Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı
- Kəsim prosesinə cəlb olunmuş işçi heyət fərdi mühafizə vasitələri ilə təmin olunmalı
- Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli
- Kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli
- Əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı
- Saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı
- Ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalı
Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.



  1. .Balıqların daşınmasına və saxlanmasına qoyulan baytar sanitar- gigiyenik tələblər

Qida rasionumuzda ət və digər ət növləri xüsusi yer tutur. Bu məhsulların tərkibi insan orqanizminin böyüməsi, inkişafı və normal həyat fəaliyyəti üçün lazım olan bütün maddələrlə zəngindir. Yüksək qidalılıq dəyərinə baxmayaraq, ət, toyuq və balıq məhsulları düzgün saxlanmadıqda müxtəlif mikroorqanizmlər, o cümlədən patogenlərin inkişafı üçün əlverişli mühit yaranır. Həmçinin kəsim zamanı gigiyenik qaydalara riayət edilməməsi səbəbindən ət məhsullarında müxtəlif mikroorqanizmlərlə (Salmonella, Eşerixiyakoli, Kampilobakteriya, Listeria, Stafilokokk, Streptokokk, Clostridium, Şigella və s.) çirklənmə baş verə bilər. İnsanlar arasında tez-tez rast gəlinən qida mənşəli zəhərlənmələrin (qida toksikoinfeksiyaların) əsas səbəbi məhz bu kimi mikroorqanizmlərlə sirayətlənmiş ət məhsullarının istehlakıdır. Bu baxımdan ət, toyuq və balıq məhsullarının səbəb ola biləcəyi təhlükələrin profilaktikası məqsədilə istehlakçılar diqqətli olmalıdırlar. Təzə və qidaya yararlı ət, toyuq və balıq məhsulları bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Bu məhsulları sanitar-gigiyenik normalara cavab verən satış obyektlərindən əldə etmək tövsiyə olunur. 


Ət, toyuq və balıq məhsullarının düzgün saxlanması şərtdir. Saxlanma qabiliyyətinə görə ət, toyuq və balıq tez xarab olan məhsullar sayılır. Bu məhsulların soyuducuda saxlanmasının düzgün təşkili itkilərin azaldılması, keyfiyyətin və təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yüklə 196,75 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin